Məhkəmə qərarları › İş №1(004)-228/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-228/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-228/2022 07.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 09 dekabr l976-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, 10 noyabr 2021-ci il tarixdə saat 11:30 radələrində, ögey bacıları X2 və Zərərçəkmiş şəxs, digər ögey bacısı Şahid1 növbəti dəfə dərman alıb gətirdikləri zaman yaşadıqları mənzilin mətbəxində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, o, onlardan mənzili tərk etmələrini tələb etmiş, münaqişə zamanı Zərərçəkmiş şəxs və X1 mərhum qızlarının və analarının məzarını söydükdə, Zərərçəkmiş şəxs ona cavab qaytardığına görə onun üzərinə hücum edib itələyərək divara çırpmış, Zərərçəkmiş şəxs başının arxası zərblə divara dəymiş, bundan sonra sol əlinin barmaqlarını burarkən ona sol əlin 4-cü barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik və qançırları, hər iki saidin sıyrıqları kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, mərhum atasında ona miras qalan ev üstündə ögey bacıları arasında məhkəmə çəkişmələri olmuşdur. Uzun məhkəmə çəkişmələrindən sonra Ali Məhkəmə tərəfindən onun xeyrinə qətnamə çıxardaraq yalnız evdə qeydiyyatda olan Dilarə, Həsrət və Səfurəya pay vermişdir. Məhkəmənin qətnaməsinə baxmayaraq ögey bacıları yenədə tez-tez onun evinə gələrək münaqişələr salmaqda davam etmişlər. xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində o bir qədər taksi fəaliyyəti ilə məşğul olub evinə qayıtdıqda Dilarə, Səfurə, Gülzara və Zenfiranın onun arvadı Dünya ilə münaqişə edib onu təhqir etdiklərini görərək Dilarəyə «ağıllı ol» sözlərini demişdir. Münaqişənin daha da qızışdığını görüb onlardan münaqişəyə son qoymaqlarını tələb etmişdir. Həmin vaxt Dilarə onun anasının goruna söydükdə, o, Dilarəyə cavab qaytarıb onun anasının gorunu söymüş və çönüb getmək istədikdə ögey bacılarının dördüdə arxadan onun üstünə hücum edib boynundan cırmaqladıqda, Dünya onların arasına girmişdir. Bu vaxt o, fürsətdən istifadə edib özünü küçəyə atıb avtomobilinə girərək qapısını bağlamışdır. Lakin buna baxmayaraq ögey bacıları küçəyədə arxasınca çıxıb orada da onu nalayiq sözlərlə təhqir etmişdilər.Bir qədərdən sonra həm qızı Zeynəbin,həm də ögey bacılarının 102 xidmətinə məlumatları əsasında oraya polis əməkdaşları gəlmişlər və Dilarə, Gülzara və Zenfiranı polis bölməsinə aparmışlar. Münaqişə zamanı ögey bacısı Zərərçəkmiş şəxs əli belə dəyməmişdir. Münaqişə zamanı özü boynunun arxasından xəsarət aldığı üçün məhkəmə-tibbi ekspertizasından keçməyindən ötrü göndəriş almışdır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, ata evlərinin bölgüsü ilə əlaqədar onlarla münaqişələr edərək onlara düşmən gözü ilə baxır.Dəfələrlə aralarında yaranmış münaqişələr zamanı Məhərrəm onun 21 yaşında, bacısı Zenfiranın isə 25 yaşında vəfat etmiş qız övladlarının qəbirlərini söyərək təhqir etmişdir. xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində o, bacısı Dilarəyə növbəti dəfə dərman alıb gətirdikdə, əvvəlcə Dünya, sonra isə oraya gələn Məhərrəm onu təhqir edərək oranı tərk etməyini tələb etmişlər. Münaqişə zamanı Məhərrəm yenə də mərhum qızının və analarının məzarını söydükdə o, Məhərrəmə cavab qaytardığına görə üstünə hücum edib itələyərək onu divara çırpmışdır. Onun başının arxası zərblə divara dəymişdir. Zərbənin təsirindən o ani olaraq huşunu itirdikdə, Məhərrəmin sol əlinin barmaqlarını burduğunu görüb kəskin ağrı hiss edib onu özündən kənara itələməyə çalışmışdır. Məhərrəmin arvadı Dünya üstünə hücum edərək qollarını cırmaqlamışdır. Məhərrəmin qızı Zeynəb isə ayaqqabı ilə başından döyəcləmişdir. Həmin vaxt Məhərrəm ani olaraq ondan aralanıb əlində oxlovla gələrək sağ qolundan zərbə vurmuşdur. Bu zaman orada olan bacıları Zenfira və Dilarə Məhərrəmi ondan aralamışlar və Dilarə DİN-nin 102 xidmətinə zəng edərək oraya polis əməkdaşlarını çağırmışdır.Polis əməkdaşları gəldikdən sonra o 28-ci PB-nə gələrək Məhərrəmin onu döyərək xəsarət yetirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ərizə ilə müraciət etmişdir. Münaqişə zamanı nə o, nə də bacıları Məhərrəmə qarşı heç bir zor tətbiq etməmişlər.Hətta hadisə yerinə gələn polis əməkdaşları Məhərrəm və onun arvadı Dünyadan xəsarətlərinin olub-olmamasım soruşduqda onlar xəsarətlərinin olmamasını bildirmişlər.Məhərrəm onların ondan şikayət etdiklərini gördükdən sonra, özünə xəsarət yetirərək onların ona xəsarət yetirmələrini uydurmuşdur. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs bağışlamadığını, ona qarşı şikayətçi olduğunu və onun barəsində ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, dəfələrlə aralarında yaranmış münaqişələr zamanı Məhərrəm bacısı Gülzaranın 21 yaşında, digər bacısı Zenfiranın isə 25 yaşında vəfat etmiş qız övladlarının qəbirlərini söyərək onları təhqir etmişdir. O, onkoloji xəstə olduğundan hər dəfə bacıları ona dərmanlar alıb gətirib ziyarət etdikdə Məhərrəm, onun arvadı Dünya və qızı Zeynəb bacılarının həmin ünvanda onun istifadəsində olan otağına gəlməməkləri üçün onlarla münaqişələr salır və təhqir edirdilər. xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində bacıları Zenfira və Gülzara ona növbəti dəfə dərman alıb gətirdikdə əvvəlcə Dünya, sonra isə oraya gələn Məhərrəm Gülzara və Zenfiranı təhqir edərək oranı tərk etmələrini tələb etmişlər. Münaqişə zamanı Məhərrəm yenə də Gülzara və Zenfiranın mərhum qızlarının və analarının məzarını söydükdə Gülzara ona cavab qaytardığına görə onun üstünə hücum edib itələyərək Gülzaranı divara çırpmış, Gülzaranın başının arxası zərblə divara dəymişdir. Bundan sonra Məhərrəm Gülzaranın sol əlinin barmaqlarını burarkən Gülzara onu özündən kənara itələməyə çalışdıqda Məhərrəmin arvadı Dünya Gülzaranın üstünə hücum edərək onun qollarını cırmaqlamışdır. Həmin vaxt Məhərrəmin qızı Zeynəb isə ayaqqabı ilə Gülzaranın başından döyəcləmişdir. Bu zaman Məhərrəm ani olaraq Gülzaradan aralanıb əlində oxlovla gələrək Gülzaranın sağ qolundan zərbə vurmuşdur. Bunları görərək o və bacısı Zenfira Məhərrəmi, Dünyanı və Zeynəbi Gülzaradan aralamışlar. Bundan sonra o DİN-nin 102 xidmətinə zəng edib Məhərrəmin bacısı Gülzaranın barmaqlarını sındırdığını bildirərək oraya polis əməkdaşlarını çağırmışdır. Münaqişə zamanı nə o, nə də bacıları Məhərrəmə qarşı heç bir zor tətbiq etməmişlər.Hətta hadisə yerinə gələn polis əməkdaşları Məhərrəm və onun arvadı Dünyadan xəsarətlərinin olub- olmamasını soruşduqda onlar xəsarətlərinin olmamasını bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ögey qardaşları Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən ata evlərinin bölgüsü ilə əlaqədar onlarla münaqişələr edərək onlara düşmən gözü ilə baxır. Dəfələrlə aralarında yaranmış münaqişələr zamanı Məhərrəm bacıları Gülzaranın 21 yaşında, onun isə 25 yaşında vəfat etmiş qız övladlarının qəbirlərini söyərək onları təhqir etmişdir. Hər dəfə o, və digər bacıları onkoloji xəstə olan bacıları Şahid1 dərmanlar alıb gətirib onu ziyarət etdikdə Məhərrəm, onun arvadı Dünya və qızı Zeynəb onların oraya getməmələri üçün onlarla münaqişələr salaraq təhqir etmişlər. xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində o və Gülzara bacıları Dilarəyə növbəti dəfə dərman alıb gətirdikdə əvvəlcə Dünya, sonra isə oraya gələn Məhərrəm onları təhqir edərək oranı tərk etmələrini tələb etmişlər. Münaqişə zamanı Məhərrəm yenə də mərhum övladlarının və analarının məzarlarını söydükdə Gülzara ona cavab qaytardığına görə onun üstünə hücum edib itələyərək Gülzaranı divara çırpdıqda Gülzaranın başının arxası zərblə divara dəymişdir. Bundan sonra Məhərrəm Gülzaranın sol əlinin barmaqlarını burarkən Gülzara onu özündən kənara itələməyə çalışdıqda Məhərrəmin arvadı Dünya Gülzaranın üstünə hücum edərək onun qollarını cırmaqlamışdı.Həmin vaxt Məhərrəmin qızı Zeynəb isə ayaqqabı ilə Gülzaranın başından döyəcləmişdir.Bu zaman Məhərrəm ani olaraq Gülzaradan aralanıb əlində oxlovla gələrək Gülzaranın sağ qolundan zərbə vurmuşdur.Bunları görərək o və bacısı Dilarə Məhərrəmi, Dünyanı və Zeynəbi Gülzaradan aralamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dəfələrlə aralarında yaranmış münaqişələr zamanı Məhərrəm bacısı Gülzaranın və Zenfıranın vəfat etmiş qız övladlarının qəbirlərini söyərək onları təhqir etmişdir. Hər dəfə bacıları, onkoloji xəstə olan və onunla birgə yaşayan bacısı Dilarəyə dərmanlar alıb gətirib onu ziyarət etdikdə, Məhərrəm, onun arvadı Dünya və qızı Zeynəb, bacılarının, həmin ünvanda istifadələrində olan otaqlarına gəlməməkləri üçün onlarla münaqişələr salaraq təhqir edirlər. xx.xx.2021 -ci il tarixdə saat 11:30 radələrində bacıları Zenfira və Gülzara Dilarəyə növbəti dəfə dərman alıb gətirdikdə, əvvəlcə Dünya, sonra isə oraya gələn Məhərrəm, Gülzara və Zenfıranı təhqir edərək oranı tərk elməklərini tələb etmişlər. Həmin zaman o öz otağında olaraq səs-küyü eşitsə də bayıra çıxmamışdır. Buna görə də Məhərrəmin guya onun da digər bacıları ilə birgə arxadan onun üstünə hücum edib boynunu cırmaqlamaları barədə yazdıqları tamamilə yalandır.O yalnız münaqişə bitdikdən sonra bayıra çıxmış və Məhərrəmgilnən bacıları Gülzara, Zenfira və Dilarənin sözlə mübahisə etdiklərini görmüşdür. O, hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, məhkəmənin qətnaməsinə baxmayaraq ərinin ögey bacıları onları evlərindən qovmaq məqsədi ilə tez-tez evlərinə gələrək onlarla münaqişələr yaradırdılar. xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində Dilarə ilə arasında münaqişə yarandıqda həmin vaxt orada olan Gülzara və Zenfira da onu təhqir etməyə başlamışdılar. Bu zaman taksi fəaliyyəti ilə məşğul olan əri Məhərrəm evə gəldikdə onları sakitləşdirmək istəmişdir. Həmin vaxt Dilarərinin anasının goruna söydükdə, Məhərrəm ona cavab qaytarib Dilarənin öz anasının gorunu söymüş və çönüb getmək istədikdə Dilarə arxadan Məhərrəmin üstünə hücum edərək əlindəki qaşıq və kanalizasiyanın dəmir qapağı ilə onun başından döyəcləmişdir. Buna görə qızı Zeynəbin 102 xidmətinə məlumatı əsasında oraya polis əməkdaşları gəlmişlər. Dilarə, Gülzara və Zenfiranı polis bölməsinə aparmışlar. Nə Məhərrəm, nə o, nə qızı Zeynəb hər hansı bir formada Gülzaraya və ya digər bacılara hər hansı bir formada vurmamış və xəsarət yetirməmişlər. Onlar mülk mübahisəsinə görə məhkəmələr yoldaşı Məhərrəmin xeyrinə qərar çıxardığına görə onları şərləyirlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:30 radələrində o evdə olmuşdur. Dilarə guya mətbəxdəki masanın anası tərəfindən Ermənistandan gətirilməsini söyləyərək ondan başqa yerdə yeməyini tələb etmişdir.Buna görə münaqişə yarandıqda həmin vaxt orada olan Gülzara və Zenfıra da anasını təhqir etməyə başlamışlar. Bu zaman taksi fəaliyyəti ilə məşğul olan atası Məhərrəm evə gəldikdə onları sakitləşdirmək istəmişdir.Həmin vaxt Dilarə atasının anasının goruna söydükdə, atası ona cavab qaytarıb onun öz anasının gorunu söymüş və çönüb getmək istədikdə Dilarə arxadan atası Məhərrəmin üstünə hücum etmiş, əlindəki qaşıq və kanalizasiyanın dəmir qapağı ilə onun başından döyəcləmişdir. Buna görə onun 102 xidmətinə məlumatı əsasında oraya polis əməkdaşları gəlmişlər. Dilarə, Gülzara və Zenfıranı polis bölməsinə aparmışlar. Hadisə zamanı o, heç kimi vurmamış və bədən xəsarəti yetirməmişdir. Münaqişə zamanı atası Məhərrəmin əli belə Gülzaraya dəyməmişdir. Münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, hadisəni adlarını sadaladığı atasının ögey bacılarından başqa o, və anası Dünya görmüşlər. Münaqişə zamanı onun əli belə Gülzaraya dəyməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusalları bir daha təsdiq etmişdir (səh. 138-140). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (səh. 147-149). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı Şahid3ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (səh. 144-146). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 mart 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, iş üzrə Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir (səh. 141-143). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək ona yalnız Təqsirləndirilən şəxs tərəfindən bədən xəsarəti yetirildiyini bildirmişdir (səh. 150-152). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusalları təsdiq edərək ona yalnız Təqsirləndirilən şəxs tərəfindən bədən xəsarəti yetirildiyini bildirmişdir (səh.153-155). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 1112 nömrəli rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sol əlin 4-cü barmağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik və qançırları hər iki saidin sıynqları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına əbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər (səh. 38-40). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 mart 2022-ci il tarixdə tərtib edilmiş hadisə yerinə baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvandır (səh. 177-181). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş fotoşəkillərdən görünür ki, zərəçəkmiş şəxsin sağ qolunun üzərində və ekspertiza rəyində qeyd edilən barmağının üzərində xəsarətlərin (şişkinliyin) olması vizual qayada görünür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (səh. 169). Cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçmək haqqında” 30 mart 2022ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barələrində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (səh. 207-209). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə şahid qismində dindirilmiş Şahid4 və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 sözügedən cinayət hadısənın baş vermə müxanizmi, işin halları və xüsusən də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qarşı hec bir xəsarət yetirməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, həmin şahidlərdən biri təqsirləndirilən şəxsin arvadı, digəri isə qızıdır ona görə də onların ifadələri təqsirləndirilən şəxsin müdafiə edilməsi məqsədi ilə verilmiş kimi qəbul edilir. Belə ki, həmin şəxslərin qeyd etdiyi xüsusatlar həm iş materialları eləcə də digər şahid ifadələri ilə təkzib edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət törətməsini, himayəsində iki azyaşlı övladının olasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək, vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-228/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar