Məhkəmə qərarları › İş №1(004)-229/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-229/2021

10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-229/2021 10.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Şahid1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.04.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134; 29,144.2.3; 29,144.2.4; 29,144.2.5; 29,144.2.6, 181.3.1, 181.3.2, 217.2, 228.3, 38-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03.01.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.04.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134; 29,144.2.3; 29,144.2.4; 29,144.2.5; 29,144.2.6, 181.3.1, 181.3.2, 217.2, 228.3, 38-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunub, 03.01.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatmaqla xeyli miqdarda ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs onun vasitəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin ünvan 3 ünvanında inşa etdiyi yüksək mərtəbəli binadan 05 aprel 2019-cu il tarixli 341002 nömrəli müqavilə əsasında 35.000 manat ilkin ödəniş etməklə 75.690 manata binanın 16-cı mərtəbəsində 87 kvadrat metr sahəsi olan, 341 nömrəli, 2 otaqlı mənzili alıb,4 ay müddətində aylıq ödənişləri ödəməklə ümumilikdə 39.520 manat ödəniş etdikdən sonra binada tikintinin dayandığını görərək Zərərçəkmiş şəxs, "xxxx" MMC ilə müqaviləni pozaraq, verdiyi pulu geri istəyərkən tikinti şirkəti həmin mənzili başqa müştəriyə nə vaxt satsalar pulu onda geri qaytaracağını dedikdən sonra Təqsirləndirilən şəxs pulu alıb qaytaracağına söz verərək 06.09.2019-cu il tarixdən 16.10.2019-cu il tarixədək olan müddətdə 39.520 manat pulu "xxxx" MMC-dən tam alaraq, həmin puldan hissə-hissə ümumilikdə 11.400 manatını vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs verməyib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bır yerdə işləməsə də, qeyri-rəsmi olaraq internetdə «Topaz az» saytında öz telefon nömrələrini qoyub ev alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs əvvəldən tanımamış, o özü ona zəng edib telefon nömrəsini internetdən götürdüyünü, özünə mənzil almaq istədiyini bildirmişdir. O, Məhəmmədi görmədən telefonda danışaraq bir neçə tikinti şirkətlərinin ünvanını təklif etmiş, Məhəmməd isə ona ünvan 4dir. Ona Yasamal rayonu ərazisində ev alqı-satqı ofisi olan Ələsgər adlı maklerin telefon nömrəsini verib onun yanına göndərmişdir.Ələsgər onun xəbəri olmadan Məhəmmədə Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən inşa olanan hündürmərtəbəli yaşayış binasından 2 otaqlı mənzil almaqda köməklik etmişdir. Sonra Məhəmməd onunla görüşüb ona, Ələsgərin köməkliyi ilə Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında "xxxx" MMC tərəfindən inşa olunan hündürmərtəbəli yaşayış binasından 2 otaqlı mənzili 39.520 manata aldığını, həmin binanın tikintisi dayandığına görə o, müqaviləni pozub pulunu geri istədiyini, tikinti şirkəti isə pulu mənzili başqa müştəriyə satdıqdan sonra geri qaytaracağını demişdir. Məhəmməd ona pulunu geri qaytarmaqda köməklik etməsini xahiş edərək təklif etmişdir ki, tikinti şirkətinin rəhbərliyinə onu dayısı kimi təqdim edəcəkdir bunun müqabilində ona həmin puldan 10.000 manat verəcəyini vəd vermişdir. Razılaşdıqdan sonra onlar "xxxx" MMC-nin maliyyə işləri üzrə direktoru Şahid3 yanına getmişdirlər. Hərbidə xidmət etdiyinə görə vaxtı az olduğundan mənzilə görə verdiyi 39.520 manat pulu hissə-hissə dayısı İlqara geri qaytarmasını danışıb razılaşmışdırlar. Müqaviləni pozub pulunu geri istəməsi ilə bağlı Məhəmməd «İnşaat Konstruksiyaları MMC-yə ərizə də yazmışdır. O, dəfələrlə Zahirin yanına gedib xahiş edəndən sonra Zahir pulu hissə-hissə qaytarmağa razılaşmışdır. O, pulları hissə-hissə ofisdən götürüb heç bir sənəd tərtib etmədən Məhəmmədə vermişdir. O, Məhəmmədə hansı məbləğdə pul verməsi barədə heç bir qeydiyyat aparmamışdır. Hər dəfə pulu alanda həmin pulların üstündən müəyyən qədər özünə götürərək qalan pulları Məhəmmədə vermişdir. Çünki Məhəmməd özü demişdi ki, tikinti şirkətindən 39.520 manatı tam şəkildə geri alıb həmin puldan 10.000 manatını özünə götürsün. O da "xxxx" MMCdən aldığı pullardan ümumilikdə 10.000 manatı özünə götürmüşdür. Təxminən 15-20 gün keçmiş Məhəmməd ona zəng edərək özünə çox pul götürməsini, həmin puldan 5.000 manatını ona verməsini demişdir. Daha sonra Məhəmmədin qardaşı Xəyyam ona 10.000 manat pulun ona məxsus olduğunu, Qarabağ döyüşlərində yaralandığını bildirib ondan pulları geri istəmişdir. O da Xəyyama hissə-hissə olmaqla 1.000 manat, 500 manat pul vermişdir. Pulun qalan 8.500 manatınıda hissə-hissə verəcəyini bildirmişdir. Lakin sonradan pulu verə bilməmiş və Xəyyam ondan şikayət etmişdir. O, hazırda Zərərçəkmiş şəxs 11.400 manat deyil, 8.500 manat pul qaytarmalıdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs ona qarşı verilmiş mülki iddianı maddi ziyan hissəsində qismən, mənəvi zərər hissəsini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 26.06.2015-ci ildən zabit kimi hərbi hissədə xidmət edir. N sentyabr 2020- ci ildən Vətən müharibəsində Qarabağın azad edilməsi uğrunda döyüşlərdə iştirak edərək 14 oktyabr 2020-ci ildə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə sol qolundan və ənsə nahiyyəsindən qəlpə və güllə yarası almışdır. Hazırda sağalıb, xidmətini davam etdirir. Şahid1 onun qardaşıdır, o da vətənin müdafiəsində bilavasitə iştirak edən hərbi hissədə xidmət etdir, Vətən müharibəsində döyüşlərdə iştirak edib yaralanıb, ailəlidir, Qaradağ rayonu ərazisində kirayə ev tutub ailəsi ilə birlikdə həmin evdə yaşayır, özünə mənzil almaq fikrinə düşmüşdür. Bu məqsədlə internetdə elanlardan ev alqı satqısı ilə məşğul olan Təqsirləndirilən şəxs nömrəsi ilə əlaqə saxlayıb Yasamal rayonu ərazisindən özünə mənzil almaq istədiyini bildirmişdir. Növbəti gün İlqar onu Ələsgər adlı ev alqı- satqısı ilə məşğul olan şəxslə əlaqələndirmişdir. Ələsgər onunla ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə getmişdir. Həmin ofisdə direktor müavini ilə Zahirlə görüşüb müqavilə bağlamış, ilkin ödəniş olaraq 35.000 manat, daha sonra 4 ayda 1.131 manatdan olmaqla şirkətin xəzinəsinə pul ödəmişdir. O, Ələsgərə ona mənzil tapdığına görə 500 manat hörmət etmişdir. Sonradan binada tikintinın tam dayandığını görüb tikinti şirkətindən verdikləri pulu geri tələb etmişdir, Lakin Şahid3 pulu ona geri qaytarmaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs hüquqşünas tanışı olduğunu, 2.000 manat müqabilində həmin qadın onun pulunu geri almaqda köməklik edə biləcəyini demişdir. Onlar evvəl 1.000 manat, pulunu geri alandan sonra əlavə 1.000 manat da, verəcəyi ilə razılaşmışdırlar. İlqar əvvəl ona xanımın işlə məşğul olduğunu demiş, sonra isə xanımın xəstələndiyini, özünün onun mənzilin pulunu alması işlə məşğul olacağını, bunun üçün görüşüb Zahirin yanına getmək lazım olduğunu demişdir. İlqar özü təklif etmişdir ki, Zahirə özünü onun dayısı kimi təqdim etsin özü Zahirdən pulu geri alsın. Şirkətdə Zahir onlara pulu hissə-hissə qaytaracağını bildirmiş, onlar bu təkliflə razılaşmış, hərbiçi olduğundan, hər vaxt gəlib-gedə bilmədiyindən, pulu dayısı İlqara verilməsinə etiraz etməmişdir.Sonra İlqar onunla görüşüb, hissə-hissə olmaqla 5.000 manat, 10.000 manat, ümumilikdə 17.000 manat verib tikinti şirkətindən ona verildiyini bildirmişdir. 16 noyabr 2019-cu il tarixdə İlqarla birlikdə "xxxx" MMC-nin ofisinə getmişdirlər. Maliyyə şöbəsində işləyən Xalidə xanıb gətirib ona 10.000 manatı pul verib demişdir ki, şirkətin artıq ona borcu qalmayıb. O, qalan ödənilməyən pulların nə vaxt qaytarıldığını soruşduqda Zahir pulun qalan hissəsini dayısı İlqara hissə-hissə verdiyini, tikinti şirkətinin artıq ona borcu qalmadığını demişdir. İlqar ona Zahirin düz dediyini, Zahirdən pulunu alıb şəxsi məsrəflərinə xərclədiyini, pulunu qaytaracağına söz vermişdir. Bundan sonra İlqar onun zənglərinə cavab verməmiş, pulunu qaytarmamışdır. Hazırda Təqsirləndirilən şəxs onun 11.400 manat pulu qalıbdır. İlqar onun etibarından sui-istifadə edərək həmin pulu ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs onun pulunu "xxxx" MMC-dən alıb verdiyi halda ona həmin puldan 10.000 manat verəcəyinə söz verməmişdir. O, İlqara onun pulunu tam şəkildə alıb qaytardığı halda ona 2.000 manat hörmət edəcəyini bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs ona dəymiş ziyanın ödənilmədiyini bildirərək, Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki iddia ərizəsi təqdim edərək cavabdeh Təqsirləndirilən şəxs ona dəymiş 11.400 manat maddi ziyan, 2000 manat mənəvi ziyan, eyni zamanda ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Şahid1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində qardaşı Zərərçəkmiş şəxs ifadəsində göstərilən xususuatlara uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanında yerləşən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin maliyyə işləri üzrə drektor müavini işləyir.O, əvvəldən X1 və Təqsirləndirilən şəxs tanımamışdır. Zərərçəkmiş şəxs 2019-cu ilin aprel ayının əvəllərində "xxxx" MMC-in ofisində onun iş otağına gələrək özünə iki otaqlı mənzil almaq istədiyini bildirmişdir.Ona inşa olunan binanın boş qalan otaqları təklif olunmuş və Zərərçəkmiş şəxs "xxxx" MMC-nin Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbəsində ümumi sahəsi 87 kvadrat metr olan 341 nömrəli 2 otaqlı mənzili bəyənib almaq istəmişdir. 05 aprel 2019-cu il tarixdə Zərərçəkmiş şəxsla 341002 nömrəli müqavilə bağlanmışdır və müqavilənin şərtlərinə görə mənzilin hər bir kvadrat metrinə 870 manat ödəməsi nəzərdə tutulmuşdur.Ümumilikdə iki otaqlı mənzil 75.690 manat təşkil etmiş ki, Məhəmməd ödəniləcək məbləğdən ilkin olaraq 46 faiz, yəni 35.000 manatını nəğd olaraq ödəyib, yerdə qalan pulu isə cədvəl tərtib olunaraq həmin cədvələ uyğun olaraq hər ay 1.131 ödəməyə razılaşmışdır. Məhəmməd 23 may 2019-cu ildə 1.131 manat, 28 iyun 2019-cu ildə 1.131 manat, 24 iyul 2019-cu ildə 1.131 manat aylıq ödənişləri etməklə ümumilikdə 39.520 manat ödəniş etmişdir.Həmin dövrlərdə pandemiya xəstəliyi respublikada yayıldığına və müəyyən məhdudiyyətlər qoyulduğuna görə tikintidə işlər dayanmış və şirkət müflis olaraq bir müddət tikintidə iş aparılmamışdır.Həmin vaxtlarda Zərərçəkmiş şəxs şirkətə onun yanına gəlib müqaviləni pozub verdiyi pulu geri tələb etdiyini bildirmişdir.O, tikinti şirkətinin müflis olduğunu, hazırda pulu qaytarmağa şirkətin imkanı olmadığını, əgər müqaviləni pozmaq istəyirsə şirkət həmin mənzili başqasına satdıqdan sonra onun pulunu qaytara biləcəyini və ya pulu hissə-hissə geri qaytara biləcəyini demişdir. Məhəmməd isə razılaşmayıb çıxıb getmişdir.Məhəmməd 04 sentyabr 2019-cu ildə ona zəng edib ofisə onun yanına İlqar adlı bir şəxslə gələrək dayısı olduğunu demişdir. İlqar adlı şəxs də, ondan bacısı oğlu Məhəmmədin pulunu nə üçün qaytarmadıqlarını soruşmuşdur.O, bir daha İlqara da, pulu tam şəkildə qaytarmağa tikinti şirkətinin maddi imkanı olmadığını, tikinti şirkətinin pulu olanda hissə-hissə qaytara biləcəklərini demişdir. Məhəmməd bildirmişdir ki, o hərbidə xidmətdə olduğuna görə hər vaxt Bakı şəhərinə gələ bilmir ona görə də tikinti şirkəti nə qədər pul hissə-hissə qaytarası olsa onun dayısı İlqara qaytarar. O, xəzinədar Xalidə Qanbarçayevə tapşırmış ki, Zərərçəkmiş şəxs mənzildən imtina bərədə ərizəsini alsın və nə vaxt cəmiyyətin pulu olsa Məhəmmədin dayısı Təqsirləndirilən şəxs qaytarsın.Qaytarılan pulun məbləği barədə Təqsirləndirilən şəxs ərizə alsın.Bundan sonra İlqar dəfələrlə ona zəng edib pulu tələb etməyə başlamış, telefonda bir neçə dəfə ona kobud sözlər demişdir. Onun tapşırığı əsasında X8 Əliyevin hər dəfə ərizəsini alaraq 06.09.2019-cu il tarixdə 2.000 manat, 08.09.2019-cu ildə 10.200 manat, 18.09.2019-cu ildə 1.500 manat, 16.10.2019- cu il tarixdə 10.000 manat, Zərərçəkmiş şəxs pullarından qaytararaq hər dəfə ondan ərizə almışdır.Təxminən 2019-cu ilin noyabr ayının ilk günündə Təqsirləndirilən şəxs onun iş yerinə gəlib Zərərçəkmiş şəxs pulundan istəmişdir. Həmin gün xəzinədar Xalidə işdə olmadığından o, Təqsirləndirilən şəxs ərizəsini almadan ona 5.800 manat Zərərçəkmiş şəxs çatdırması üçün pul vermişdir.16 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə birlikdə onun iş yerinə gəlib qalan pulunu istəmişdir.Hansı ki, Məhəmməd aldığı mənzil üçün verdiyi 39.520 manat puldan 10.000 manatı qalmışdı.Onun göstərişi ilə Xalidə xanım həmin pulu "xxxx" MMC-in xəzinəsindən götürüb Zərərçəkmiş şəxs ərizəsini alıb ona ödəmək istəyəndə Məhəmməd bildirmişdir ki, onun pulunun qalan hissəsi necə olacaqdır.O, Məhəmmədə bildirmişdir ki, onun pulunun qalan hissəsini dayısı Təqsirləndirilən şəxs hissə-hissə ödəmişlər, 10.000 manat pul qalıbdır həmin pulu da, ərizə yazıb götürə bilər.Tikinti şirkətinin ona başqa borcu qalmayıbdır.İlqar dayısıdır qalan məsələlərin tikinti şirkətinə aidiyyəti yoxdur özləri öz aralarında məsələlərini həll etsinlər. Məhəmməd də,10000 manatı alıb ərizə yazaraq onun pulunun tam ödənildiyini, heç bir iddiası, tələbi qalmadığını göstərib təşəkkürlərini bildirib çıxıb getmişlər.Zərərçəkmiş şəxs polisə şikayətindən sonra bilmiş ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dayısı deyil, onların qohumluq əlaqələri yoxdur və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mənzil üçün tikinti şirkətinə verdiyi 39.520 manat pulu"xxxx" MMC-dən hissə-hissə Təqsirləndirilən şəxs ödəsə də, sonuncu həmin pulun bır hissəsini özünə götürüb Məhəmmədə verməyərək 11.400 manatını dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə ələ keçirdiyi puldan ona verməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində Şahid3 ifadəsində göstərdiyi xususuatlar üzrə vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 16.03.2021-ci il tarixli 173 nömrəli məktubla daxil olmuş sənədlərdən görünür ki, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında 05.04.2019-cu il tarixli 341002 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilədə Zərərçəkmiş şəxs "xxxx" MMC-nin ünvan 7 ünvanında 87 kv.metr sahəsi olan 2 otaqlı mənzili 75.690 manata almışdır. Zərərçəkmiş şəxs aldığı mənzilin pulundan 35.000 manatını ilkin olaraq ödəmişdir. 03.05.2019-cu il tarixdə 1.131 manat, 25.06.2019-cu ildə 1.131 manat, 24.07.2019-cu ildə 1.131 manat ümumilikdə isə 39.520 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs 04.09.2019-cu il tarixdə ərizə yazaraq maddı vəziyyəti ilə əlaqədar aldığı mənzildən imtina edərək tikinti şirkətinin balansına qaytardığını, mənzilə görə verdiyi 39.520 manat pulu geri tələb etdiyini göstərmişdir.Təqsirləndirilən şəxs "xxxx" MMC-dən ərizə yazaraq Zərərçəkmiş şəxs 39.520 manat pulundan 06.09.2019-cu ildə 2000 manat, 08.09.2019-cu ildə 10.200 manat, 18.09.2019-cu ildə 1500 manat,16.10.2019-cu ildə 10.000 manat pulları aldığını göstərmişdir (cild 1, səh. 105-117). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəməxətşünaslıq ekspertizasının 05.05.2021-ci il tarixli 4/519 nömrəli rəyi ilə təsdiq edilmişdir ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs adından olan 6 sentyabr 2019-cu il tarixli ərizənin kserosurətində əks olunmuş "xxxx" MMC-nin drektoru X3 ... «sözləri ilə başlayıb,» ... Sənəti özüm yazdım imzamla təsdiq edirəm.İmza 06.09.2019» sözləri ilə yazılar və «İmza:» qrafasındakı imza, 8 sentyabr 2019-cu il tarixli ərizənin kserosurətində əks olunmuş «.... MMC-nin drektoru X3...» sözləri ilə başlanıb, «... Özüm yazdım imzamla təsdiq edirəm.İmza: 08.09.2019» sözləri ilə başlayıb, «... Özüm yazdım imzamla təsdiq edirəm.İmza: 18.09.2019» sözləri ilə bitən yazılar və «İmza» qrafasındakı imza və 16 sentyabr 2019-cu il tarixli ərizənin kserosurətində əks olunmuş «İnşaat Konstruksiyaları MMC-nin drektoru X3» sözləri ilə başlayıb, «Özüm yazdım imzamla təsdiq edirəm. İmza: 16.10.2019» sözləri ilə yazılar və «İmza» qrafasındakı imza-Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur (cild 2, səh. 37-59). İş materiallarında olan 05 may 2021-ci il tarixli ***-**** nömrəli məktubla "xxxx" MMC-dən alınmış bir ədəd diskdə olan məlumatlardan və 29.04.2021-ci il tarixli BKC\LGL- 7637/21 nömrəli məktubla "xxxx" MMC-dən alınmış bir ədəd diskdə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin maliyyə işləri üzrə drektoru işləyən Şahid3 dəfələrlə SMS yazaraq ondan pulları ödəməsini tələb etməsi göstərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 01.09.2019-cu il tarixdən başlayaraq zənglər edib əlaqə saxlamağa başlaması müəyyən edilmişdir ( cild 2, səh. 01-35). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29.01.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10.10.1996-cı il tarixli hökmü ilə əməyə mütləq cəlb olunmaqla 02 il azadlıqdan şərti məhkum olunmuşdur. Bundan əlavə Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.04.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 ; 29, 144.2.3 ; 29, 144.2.4 ;29, 144.2.5 ; 29, 144.2.6, 181.3.1, 181.3.2, 217.2, 228.3, 38-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunub, 03.01.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur.Hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 83.3.5ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmuşdur (cild 1, səh. 33-34). İş materiallarında olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.04.2004-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134 ; 29, 144.2.3 ; 29, 144.2.4 ;29, 144.2.5 ; 29, 144.2.6, 181.3.1, 181.3.2, 217.2, 228.3, 38-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunmuşdur (cild 1, səh 222-243). İş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 18 mart 2021-ci il tarixli protokoldan, məhkəmə qərarından və “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 mart 2021-ci il tarixli qərarı ilə barəsində 1 ay 15 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, səh 137, 186-189). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(004)-165/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 27 gün olmaqla 01 iyun 2021 -ci il tarixədək uzadılmışdır (cild 1, səh 250-251). Cinayət işinin materiallarına əlavə olunmuş 27.01.2021-ci il, 29.01.2021-ci il və 22.02.2021-ci il tarixlərində yazılmış iltizamlardan aydın olur ki, Təqsirləndirilən şəxs öz xətti ilə iltizam yazaraq Zərərçəkmiş şəxs 11400 manat pulu qısa müddətdə ödəyəcəyinə söz vermişdir (cild 1, səh. 19, 30, 62) İş materiallarında olan vəsiqələrin surətindən aydın olur ki, Zərərçəkmiş şəxs hərbi hissəsinin komandiri vəzifəsində xidmət edir. İş materiallarına əlavə olunmuş xəstəlik epikrizindən görünür ki, Zərərçəkmiş şəxs 16.10.2020-ci il tarixdən-23.03.2021-ci il tarixinədək Təxirəsalınmaz cərrahiyyə Bölməsində PZ qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi, sol saidin aşağı 1/3nin kor ənsə nahiyəsinin çox saylı səthi qəlpə yaralanması diaqnozu ilə müalicədə olmuşdur (cild 1, səh. 83-84). İş materiallarında olan 18 may 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-nin 29 aprel 2021-ci il tarixli BKC/LGL- 7637/21 saylı və "xxxx" MMC-nin 05 may 2021-ci il tarixli ***-**** saylı məktublarına əlavə edilmiş 02 ədəd disk, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 05.04.2019cu il tarixli 341002 nömrəli müqavilə, aylıq pulun ödənilməsi ilə bağlı 03.05.2019-cu il, 25.06.2019-cu il, 24.07.2019-cu il tarixli arayışlar, Zərərçəkmiş şəxs 04.09.2019-cu il tarixli, 16.11.2019-cu il tarixli ərizələri və Təqsirləndirilən şəxs 06.09.2019-cu il tarixli, 08.09.2019-cu il tarixli, 18.09.2019-cu il tarixli,16.10.2019-cu il tarixli ərizələr iş üzrə maddi sübut kimi tanınmışdır (cild 2, səh. 61-69). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmlərindən məlum olur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 23.04.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134; 29,144.2.3; 29,144.2.4; 29,144.2.5; 29, 144.2.6, 181.3.1, 181.3.2, 217.2, 228.3, 38-ci maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunub, 03.01.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 112 (yüz on iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin 29 aprel 2021-ci il tarixli BKC/LGL-7637/21 saylı və "xxxx" MMC-nin 05 may 2021-ci il tarixli ***-**** saylı məktublarına əlavə edilmiş 02 ədəd disk, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 05.04.2019-cu il tarixli 341002 nömrəli müqavilə, aylıq pulun ödənilməsi ilə bağlı 03.05.2019-cu il, 25.06.2019-cu il, 24.07.2019-cu il tarixli arayışlar, Zərərçəkmiş şəxs 04.09.2019-cu il tarixli, 16.11.2019-cu il tarixli ərizələri və Təqsirləndirilən şəxs 06.09.2019cu il tarixli, 08.09.2019-cu il tarixli, 18.09.2019-cu il tarixli,16.10.2019-cu il tarixli ərizələri cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-229/2021 saylı, 10.06.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs oğlu tərəfindən verilən mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 11.400 (on bir min dörd yüz) manat məbləğində maddi və 2000 (iki min) manat mənəvi ziyan, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ümumilikdə 13430 (on üç min dörd otuz) manat alınıb ona verilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan nəticəsində ailəsi çətin maddi durumla üzləşmişdir. Cinayət işinin istintaqı zamanı cavabdeh Təqsirləndirilən şəxs ona vurulmuş 11.400 (on bir min dörd yüz) manat məbləğində maddi ziyanın ödəniləcəyi barədə iltizamlar vermişdir. Onun öz evi yoxdur bütün bu problemlərdən başqa o hal hazırda digər mənəvi iztirablar çəkir. Əsəbləri korlanıb, o, qardaşları ilə VƏTƏN MÜHARİBƏSİNDƏ döyüşüb qayıtdıqdan sonra belə Təqsirləndirilən şəxs onun hələ pulunu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Mənəvi zərər ondan ibarətdir ki, o, uzun illər müxtəlif hərbi məktəblərdə hərbi təhsil almış, ali təhsillidir. Hal hazırda yenədə vətənə qulluq edir və Təqsirləndirilən şəxs kimi adamlardan fərqli olaraq yenədə qulluq edərək lazım gəlsə canından belə keçməyə hazırdır. Daima haqq ədalət prinsipini gələcək nəslə vurğuladığını və aşkar nümayiş etdirdiyi zaman, insanlara davranış qaydalarına riayət etməyi, şərəf və layəqatlə yaşamağı öyrətmişdir. Başqalarının hüquqlarına xələl gətirməkdən çəkindirmişdir. Haminin hüququna hörmətlə yanaşmanı vurğulamışdır, lakin özü xeyli müddətdir ki, yaşamağı üçün müəyyən şəxslərdən borc almağa məcbur olmuşdur, digər bankdan kredit götürmüşdür. Bütün bunları bir vətəndaş kimi o və ailəsi özlərinə mənəvi alçalma hesab edirək mənəvi zərər kimi görür. Onun ondan-bundan borc alması, heç bir zərurət olmadan bankdan kredit götürməsi istər cəmiyyət istər isə insanlar üçün dözülməzdir. Göründüyü kimi Təqsirləndirilən şəxs oğlunun cinayətkar əməlləri nəticəsində ona həm maddi, həm də mənəvi zərər dəymişdir. Mülki iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə, hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan iş materiallarına tikilmiş iltizamlarla, Təqsirləndirilən şəxs özünün etirafı ilə tam sübut olunur. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 11.400 (on bir min dörd yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs oğluna ödənilməlidir. Məhkəmə iddianın mənəvi ziyan vurulması hissəsi ilə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər- maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixioloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs oğlu Vətən müharibəsində Qarabağın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmişdir, Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə sol qolundan və ənsə nahiyyəsindən qəlpə və güllə yarası alaraq PZ qapalı kəllə beyin travması, baş beyinin silkələnməsi, sol saidin aşağı 1/3-nin kor ənsə nahiyəsinin çox saylı səthi qəlpə yaralanması diaqnozu ilə müalicə olunmuşdur. Sağaldıqdan sonra Zərərçəkmiş şəxs hazırda da Azərbaycan Respublikasının dövlət sərhədlərinin qorunmasında iştirak edən hərbi hissədə xidmətini davam etdirmiş və ona dəymiş ziyan nəticəsində iddiaçı psixoloji gərginlik hissi ilə müşayiət olunmuşdur. Bütün göstərilənlər onda mənəvi sarsıntılar yaşatdığından məhkəmə hesab edir ki, mülki iddiaçıya mənəvi ziyan vurulmuşdur. İddia təmin edilərək cavabdehdən 2000 manat pul tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlir. Beləliklə məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs 11.400 (on bir min dörd yüz) manat məbləğində maddi və 2000 (iki min) manat mənəvi ziyan, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ümumilikdə 13430 (on üç min dörd otuz) manat mülki cavabdeh Zərərçəkmiş şəxs oğluna ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 18 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nin 29 aprel 2021-ci il tarixli BKC/LGL-7637/21 saylı və "xxxx" MMC-nin 05 may 2021-ci il tarixli ***-**** saylı məktublarına əlavə edilmiş 02 ədəd disk, "xxxx" MMC ilə Zərərçəkmiş şəxs arasında bağlanmış 05.04.2019-cu il tarixli 341002 nömrəli müqavilə, aylıq pulun ödənilməsi ilə bağlı 03.05.2019-cu il, 25.06.2019-cu il, 24.07.2019-cu il tarixli arayışlar, Zərərçəkmiş şəxs 04.09.2019-cu il tarixli, 16.11.2019-cu il tarixli ərizələri və Təqsirləndirilən şəxs 06.09.2019-cu il tarixli, 08.09.2019-cu il tarixli, 18.09.2019-cu il tarixli,16.10.2019-cu il tarixli ərizələri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 112 (yüz on iki) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Mülki iddia təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 11.400 (on bir min dörd yüz) manat məbləğində maddi və 2000 (iki min) manat mənəvi ziyan, İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ümumilikdə 13430 (on üç min dörd otuz) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs oğluna ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar