Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-23/2020 29.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-isitifadə edərək sonuncuya məxsus «Mercedes-Benz G550» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili üçün sığorta ödənişini etdirəcəyinə dair yalandan vədlər verməklə aldadaraq Zərərçəkmiş şəxs1 xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 38 A saylı ünvanda yerləşən «Karvansaray» restoranının içərisində həmin dövr üçün milli manat məzənnəsi ilə dəyəri 11963 (on bir min doqquz yüz altmış üçün) manat 70 (yetmiş) qəpik təşkil edən 7000 (yedddi min) ABŞ dollarını və 2017-ci ilin mart ayının ortalarında həmin ünvanda əlavə olaraq 5000 manat pulunu vahid niyyətlə əhatə edilən qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 16963 (on altı min doqquz yüz altmış üç) manat 70 (yetmiş) qəpik məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus olan, sonuncunun tanışı X3 adına rəsmiləşdirilmiş «Great Wall WİNGLE-5» minik markalı, AZ **-DZ-*** dövlət qeydiyyat nişanlı pikap tipli avtomobili başqa şəxsə 6000 manata satacağına dair yalandan vədlər verməklə aldadaraq xx xxxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 saylı ünvanda yerləşən «Alov» zavodunun qarşısında Zərərçəkmiş şəxs1 həmin avtomobili götürüb ələ keçirərək Zərərçəkmiş şəxs1 12000 (on iki min) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus olan, bacısı X1 adına rəsmiləşdirilmiş «Mercedes Benz 280» markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir edəcəyinə dair yalan vədlər verməklə aldadaraq Zərərçəkmiş şəxs2 xx xxxxxx 2017-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 saylı ünvanda yerləşən «Saba Car» adlı atosalonun qarşısında 1450 (bir min dörd yüz əlli) manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin noyabr ayında «Gənclik» metrostansiyasının yaxınlığında «Karvansaray» restoranında tanışları Şahid3 və Şahid1 ilə birlikdə sonuncunun tanışı Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət etdikləri zaman Zərərçəkmiş şəxs1 özünə məxsus «Mercedes-Benz G550» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qəza törədərək zədələdiyini və sığortadan pul ala bilmədiyini bildirmiş, həmin zaman razılaşmışlar ki, həmin məsələnin həll edilməsi məqsədilə bir neçə günə Zərərçəkmiş şəxs1 bir söz deyəcək. Bundan sonra o, sığorta işi məşğul olan bir neçə tanışları ilə məsələ barədə danışıb öyrənmişdir ki, belə bir işi görmək çətindir, lakin istəmişdir ki, cəhd etsin ki, alınsa ona da bir qədər xeyir qalsın. Bundan sonra o, Zərərçəkmiş şəxs1la həmin mövzuda bir neçə dəfə telefonla danışaraq sonuncuya bildirmişdir ki, istədiyi işi görmək üçün 7000 ABŞ dollar pul lazımdır ki, maşınına kasko sığortası təşkil etsin və sonuncu sığorta şirktəindən 70-80 min manat pul ala bilsin. 2016-cı ilin noyabr ayının 22-də axşam vaxlarında o, Şahid3, Şahid1 və Zərərçəkmiş şəxs1 yenidən «Karvansaray» restoranında görüşmüşlər və orada olduqları zaman Zərərçəkmiş şəxs1 ona 5000 manat vermişdir, qalan pulu isə məsələ tam həll olunanda verməyə söz vermişdi. O, Zərərçəkmiş şəxs1 söz vermişdir ki, 2017-ci ilin yanvar ayının 5-6-sı tarixlərinə qədər məsələ öz həllini tapacaq, sığorta məbləği sonuncuya ödəniləcək. Bundan sonra o, bir neçə tanışlarına işin həll edilməsi üçün müraciət etsə də, həmin məsələni həll edə bilməmiş və həmin ərəfədə şəxsi və ailə problemləri olduğu üçün pula kəskin ehtiyacı olmuşdur, ona görə də Zərərçəkmiş şəxs1 aldığı pulu öz ehtiyaclarına və problemlərin həllinə yönəldib xərcləyərək məcbur olmuşdur ki, sonuncudan bir müddət gizlənsin. Ona görə də, bundan sonra Zərərçəkmiş şəxs1la münasibətləri gərginləşmiş, çünki sonuncu pulunu geriyə tələb etsə də, o, qaytara bilməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs1la daha bir neçə dəfə görüşərək danışmış, bir dəfə də 2017-ci ilin oktyabr ayında görüşərək əlavə vaxt istəmişdir ki, pulunu hissə-hissə qaytarsın. Həmin görüş zamanı ona Zərərçəkmiş şəxs1 «Great Wall WİNGLE- 5» markalı pikap avtomobilinin olduğu və 6000 manata satmaq istədiyi məlum olmuşdur. O, Zərərçəkmiş şəxs1 tanış bir adamın pikap maşını almaq istədiyini bildirərək təklif etmişdir həmin avtombili aparıb rayonda satsın, fikirləşmişdir ki, həmin alverdən üç-beş manat xeyiri olar. Bir qədər sonra o, Zərərçəkmiş şəxs1 demişdir ki, maşını aparıb Ağsuya bir nəfərə göstərmək lazımdır ki, baxsın və əgər bəyənərəsə alacaq, lakin sonuncu ona demişdir ki, işi olduğu üçün rayona gedə bilmir, adam özü Bakıya gələrək maşına baxsın. Bundan sonra o, Zərərçəkmiş şəxs1la razılaşmışlar ki, manşını ona versin, o da rayona aparıb adama göstərsin. xx xxxxxxx 2017-ci il tarixdə axşam vaxtlarında o, Bakı şəhəri Yasamal rayonunda «Alov» zavodunun qarşısında Sumqayıt-Bakı yolunun kənarında Zərərçəkmiş şəxs1la görüşərək həmin avtomobili rayona aparmaq üçün Zərərçəkmiş şəxs1 götürmüş, lakin sonuncu bir ədəd dövlət qeydiyyat nişanını və avtomobilin qeydiyyat şəhadətnaməsini ona verməyərək özündə saxlamış və bildirmişdir ki, maşının pulunu tam aldqdan sonra ona verəcək. Bundan sonra o, maşını Bakı-Qazax yolu istiqamətində sürüb Ucar rayonuna aparmış və bir qədər satmaq üçün müştəri axtardıqdan sonra, yəni təxminən bir ay sonra Cavid adlı bir müştərini taparaq Ucar rayonunun Küçəkənd kəndinin ərazisində Göyçay rayonuna tərəf gedən «Bərüşad yolu»nun başlandığı yerdə görüşmüşdür. Həmin şəxs avtomobili bəyənərək 7000 manata ondan almış və razılaşmışlar ki, sənədlərinin qaydasına salınması üçün yenidən görüşüb alqı-satqını rəsmiləşdirəcəklər. Daha sonra onun şəxsi problemləri imkan verməmişdir ki, həmin məsələni başa çatdırsın. O, tutulduqdan sonra həmin maşını Zərərçəkmiş şəxs1 qaytarmaq istəsə də, Caviddən götürdüyü pulu yığa bilməmiş və sonuncunun özünü də daha tapa bilməmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs2 2017-ci ilin yanvar ayından tanımış, həmin zaman o, Bakı şəhəri Nərimanov rayonunda «Təbriz» küçəsində yerləşən Şahid4 Abdurəhim oğlunun icarəyə götürüyü qəzalı avtomobillərin təmiri ilə məşğul olan «Grand Servis»də zədələnmiş maşınlara vurulmuş ziyanın qiymətləndrilməsi və təmiri ilə məşğul olmuşdur. Ə.A.Əhmədovun tapşırığına əsasən o, Zərərçəkmiş şəxs2 qəzaya uğramış “Mercedes-Benz 280” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirərək şəkillərini çəkmiş və təmir etdirmək məqsədilə qiymətləndirilməsi üçün işlədiyi «Grand Servis»ə aparılmasını təmin etmşidir. Bundan sonra həmin avtomobilə dəymiş maddi ziyan hesablanaraq 5000 manata qədər olduğu müəyyən edilmiş və sənədlər «xxxxxxxxxxx» şirktətinə göndərilmişdir. Sonra sığorta şirkətindən məlumat verilmişdir ki, maşının təmirinə başlanılsın. Maşının təmirinə başladıqları zaman ehtiyyat hissələrini almağa pul tələb olunduğu üçün Zərərçəkmiş şəxs2 məsləhət görmüşdür ki, sığortadan nə verirlərsə nəğd pul götürsün, qalan pulu da sığorta şirkətinə müraciət edərək əlavə götürər. xx xxxxxx 2017-ci il tarixdə o, Zərərçəkmiş şəxs2la birlikdə onun idarə etdiyi avtomobil ilə «Şamaxinka» adlanan yerin yaxınlığında yerləşən «Kapital Bank»ın filialına getmişlər. O, maşında gözləmiş, Zərərçəkmiş şəxs2 isə bankdan pulu qəbul edərək maşına qayıtmışdır. Oradan Zərərçəkmiş şəxs2 ilə birlikdə aralaşaraq «Alov» zavodundan bir qədər üzü «20 Yanvar» metrostansiyası istiqamətində getdikdə «Saba Cars» avtomobil salonun qarşsında yolun kənarında idarə etdiyi avtomobilin içərisində Zərərçəkmiş şəxs2 ona maşınının təmiri üçün 1450 manat pulu vermiş, o, da götürərək söz vermişdir ki, qısa müddətə avtomobilin təmirinə başlayacaq. Bundan sonra o, təmir üçün 350 manata arxa sağ qanad, 420 manata lanjerondan qabaq hissəni bütöv şəkildə, 140 manata travers almış, avtoçilingərə iş üçün 120 manat pul vermişdir ki, mühərriki çıxartsın, dəmirçiyə də 200 manat pul vermişdir ki, işə başlasın. Həmin ərəfələrdə icarə haqqı ödənmədiyi üçün işlədiyi «Grand Servis» bağlanmış və Ə.A.Əhmədovun göstərişi ilə təmirdə olan bütün maşınlar Bakı şəhəri Xətai rayonunda «Kombinat» adlanan yerdə yerləşən qapalı saxlanc yerinə aparılmışdır. Lakin həmin yerin icarə haqqı da vaxtında ödənilmədiyi üçün üç ədəd təmir olunan maşınları, o cümlədən Zərərçəkmiş şəxs2 maşınının sökülmüş vəziyətdə oradan çıxarıb Ziya Bünyadov prospektində yerləşən hazırda «Universal» adlanan «Opel» servisə aparıb yığmışlar. Bütün bu proseslərdə o, Ə.A.Əhmədov və kənardan Şahid3 iştirak etmişlər. Sonra sığorta şirkəti həmin servisin də pulunu ödəmədiyi üçün maşınların ehtiyyat hissələrini yığmışlar anbarlarına, maşınların yiyələri isə gəlib özləri aparmışlar, lakin Zərərçəkmiş şəxs2 avtomobilini həmin vəziyyətdə götürməkdən imtina etmişdir. Sonra həmin maşını göndərmişlər Ə.A.Əhmədovun Zabrat-1 qəsəbəsində yerləşən tanışının avtoservisinə. Bundan sonra o, dəmirçi ilə danışaraq maşının təmirini razılaşdırmış, təmir işlərinə başlamışlar. 5 gün sonra Ə.A.Əhmədov bildirmişdir ki, Zərərçəkmiş şəxs2 maşının aparıb Zabrat qəsəbəsində yerləşən cərimə meydançasına qoymuşlar. Bundan sonra «Opel» servisdə işləyən “Şahin” kimi çağırdıqları Şahid5 onunla əlaqə saxlayaraq bildirmişdir ki, yer olmadığı üçün maşının ehtiyyat hissələrinin bir qismini yığmışdır servisin həyətinə, lazım olduqca gəlib götürsün. Daha sonra onun başı şəxsi problemlərinə qarışmış və vəd etdiyi işləri görə bilməmişdir, çünki Zərərçəkmiş şəxs2 demişdir ki, əlavə olaraq çatışmayan 3600 manat pulu çatdırsın ki, maşınını yığıb saz vəziyətdə qaytarsın, lakin sonuncu ödəniş etmədiyi üçün o, işi başa çatdıra bilməmiş və həmin işlə daha maraqlanmamışdır. Daha sonra özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyan üzrə qismən ödəniş etməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir Təqsirləndirilən şəxsnin təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs xx xxxxxx 2016-cı ildən tanımış, həmin zaman o, özünə məxsus «Mercedes-Benz G550» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətdikdən sonra tanışı Şahid1 bu barədə bildirmiş, sonuncu da ona tanıdığı sığorta işçiləri olan Şahid3 və Təqsirləndirilən şəxs olduğunu demişdir. Sonra Şahid3 və Təqsirləndirilən şəxs ilə görüşdükdə sonuncular özlərini ona «xxxxxxxxxxx» şirkətinin işçiləri kimi təqdim etmişlər və avtomobilinin sığorta ödənişini sənədləşdirmək üçün onunla münasibət qurmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs ona zədələnmiş avtomobilinin sığorta hesabına təmir olunacağına yalan vədlər verərək xx xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Karvansaray» restoranının içərisində ondan 7000 ABŞ dolları məbləğində pulunu almış və ona bildirmişdir ki, 05-xx xxxxxx 2017-ci il tarixlərində ona 80.000 ABŞ dolları sığorta haqqını ödətdirəcək, lakin daha sonra heç bir sığorta haqqı ona verilməmiş və verdiyi həmin pulu özünə qaytarılmamışdır. O, Təqsirləndirilən şəxsni xeyli axtarsa da, tapa bilməmiş və sonuncu ilə yalnız 2017-ci ilin mart ayında görüşmüşdür. Təqsirləndirilən şəxs ona məxtəlif bəhanələr gətirərək və sənədlər göstərərək əlavə pul tələb olunduğunu bildirmiş və yenə də onu aldadaraq «Karvansaray» restoranının içərisində ondan əlavə 5000 manat pulunu almışdır. Təqsirləndirilən şəxs ikinci dəfə ondan pulu aldıqdan sonra yenə də yoxa çıxmış, yalnız ara-sıra telefonla onunla danışaraq yalan vədlər vermişdir. O, yenidən Təqsirləndirilən şəxsni axtarmağa başlamış və 2017-ci ilin oktyabr ayının ortalarında, sonuncu etiraf etmişdir ki, vəd etdiyi işi görə bilməmiş, güya Arif adlı şəxs də onu aldatmış, lakin söz vermişdir ki, pulunu bir neçə günə qaytaracaq. Həmin danışıq zamanı o, Təqsirləndirilən şəxsyə özünün də borclarının olduğunu bildirərək həmin səbəbdən məcbur olaraq 12.000 manata aldığı pikap markalı avtomobilini dəyərindən aşağı satmaq istədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin avtomobil ilə, yəni 2012-ci il buraxılışlı «Great Wall WİNGLE-5» markalı, **-DZ-*** dövlət qeydiyyat nömrəli avtomobili neçəyə satmaq istədiyi ilə maraqlanmışdır. O, isə təcili pul lazım olduğu üçün həmin avtomobili dəyərindən qat-qat aşağı, yəni 6000 manata satmaq istədiyini sonuncuya bildirmişdir. Təqsirləndirilən şəxs ona tanış adamların olduğunu, maraqlanaraq deyəcəyini bildirib həmin avtomobilin satılmasına ona tez bir zamanda köməklik göstərəcəini vəd etmişdir. Bir neçə gün sonra, yəni təxminən 2017-ci ilin oktyabr ayının 25 və ya 26-da Təqsirləndirilən şəxs ona həmin avtomobilə müştəri tapdığını, təcili Ağsu rayonuna apararaq müştəriyə göstərmək lazım olduğunu demişdir. O, Təqsirləndirilən şəxsyə rayona getməyə vaxtının olmadığını və təcili işlərinin olduğunu bildirərək müştərinin Bakıya gəlməsini istəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu əmin etmişdir ki, narahat olmasın, özü Ağsuya tez aparaq avtomobili göstərər, 6000 manata razılaşdırıb sataraq pulunu gətirər. Bunda sonra axşam vaxtlarında o, həmin avtomobili gətirmişdir Bakı şəhəri Yasamal rayonunda yerləşən «Alov» zavodunun yaxınlığına və orada Təqsirləndirilən şəxs maşını ondan götürərək səhər pulu çatdıracağını bildirib sürüb getmişdir. Təqsirləndirilən şəxs ondan maşının texpasportunu istəsə də, o, verməmiş və demişdir ki, əvvəlcə pulu çatdırsın, bundan sonra verəcək və nə sənədləşmə lazımdırsa edəcəklər. Həmçinin o, maşının bir dövlət qeydiyyat nişanını da özündə saxlamış və Təqsirləndirilən şəxsyə verməmişdir. Həmin gündən sonra o, nə Təqsirləndirilən şəxsni, nə də ki, maşını tapa bilməmişdir. Ona görə də bir ay Təqsirləndirilən şəxsni axtarıb tapa bilmədiyi üçün məcbur olaraq polisə müraciət etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs sığorta məsələsini həllə etmək adı ilə bir dəfə onun 7.000 ABŞ dollar pulunu, sonra həmin məsələ ilə bağlı 5.000 manat pulunu almış, daha sonra isə 6.000 manata satmaq adı ilə 2013-cü ildə 12.000 manata aldığı ona məxsus «Great Wall WİNGLE-5» markalı, **-DZ- *** dövlət qeydiyyat nömrəli avtomobilini ələ keçirmişdir. Bugünədək ona vurulmuş maddi ziyandan yalnız 3000 manat pulu ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2017-ci ilin yanvar ayından «xxxxxxxxxxx» sığorta şirkətinin işçisi Şahid4 Abdurəhim oğlunun vasitəsilə tanımışdır. Belə ki, o, xx xxxxxx 2015-ci il tarixdə bacısı X1 adına rəsmiləşdirməklə 7145 ABŞ dollarına «Mercedes-Benz E 280» markalı, **-ZP-*** qeydiyyat nişanlı avtomobili alaraq həmin tarixdə adına verilmiş etibarnamə ilə idarə etmişdir, həmin avtomobil onun şəxsi mülkiyyətidir. xx xxxxxx 2017-ci il tarixdə o, həmin avtomobili ilə Sumqayıt-Bakı yolunda hərəkətdə olduğu zaman Bakı Beynəlxalq Avtovağzalın yaxınlığında arxadın gələn bir VAZ-2107 markalı avtomobil onun avtomobilinə arxadan çırpılaraq yolun orta hissəsində olmuş daş arakəsməyə tərəf atmış, nəticədə avtomobilin həm arxa sağ, həm də ki, qabaq hissəsi möhkəm zədələnmişdir. Hadisə yerinə BDYP-nin əməkdaşları gələrək maşınları müvəqqəti dayanacağa aparmışlar. Bundan bir həftə sonra qarşı tərəf maşının sürücüsü onu «xxxxxxxxxxx» Dövlət Kommersiya Şirkətinə çağırmış və o, «Ayna Sultanova» heykəlinin yaxınlığında yerləşən həmin şirkətə gedərək sənədləri imzalamışdır. Orada Orxan adlı nəqliyyat şöbəsinin direktoru ilə görüşmüş və sonuncu onu Ə.A.Əhmədova yönəltmişdir. Birinci dəfə Ə.A.Əhmədovla o, sığorta şirkətinin inzibati binasının içərisində görüşərək tanış olmuşlar və maşınının təmiri ilə bağlı danışmışlar. Ə.A.Əhmədov həmin zaman onun avtomobilinin qısa müddətə təmir olunması üçün sığortanın digər işçisi kimi təqdim etdiyi Təqsirləndirilən şəxsyə yönəltmişdir. O, Təqsirləndirilən şəxs ilə öncə telefonla danışdıqdan sonra avtomobilini polisin duracağından çıxardaraq Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamalda “Tibb Kolleci” ilə üzbəüz yerləşən avtoservisə aparmış, Təqsirləndirilən şəxs də ora sığorta şirkətinin maşını ilə gələrək onun maşınının şəkillərini çəkmiş və ona bildirmişdir ki, maşınıı həmin servisdə təmir etdirməsin, çünki oranın ustaları başqa sığorta şirkəti ilə işləyirlər, güya sonuncuları dələduz kimi tanıyır və onu aldadacaqlar. Təqsirləndirilən şəxs onu inandırmışdır ki, maşını oradan aparsın sonuncuların sığorta şirkətinin Təbriz küçəsində yerləşən «Grand» adlı servisə, orada özləri təmirə götürəcəklər və qısa müddətə təmir edib özünə qaytaracaqlar. O, da Təqsirləndirilən şəxsyə inanaraq maşınını evakuatorla həmin «Grand» adlı servisə aparıb sonuncuya təhvil vermişdir. Sonra Təqsirləndirilən şəxs ilə Ə.A.Əhmədov maşınının zədələnmiş hissələrinə dair qiymətləndirmə aparmışlar, lakin o, sonradan nə qədər istəsə də, Təqsirləndirilən şəxs ona məbləği bildirməmiş, o, zərər aktını göstərməyi xahiş etsə də, müxtəlif bəhanələrlə göstərməmişdir. Həmin servisdə o, Ə.A.Əhmədovla yanaşı bir dəfə Xəyal adlı oğlanla da ünsiyyətdə olmuşdur, lakin maşınının məsələsi ilə Təqsirləndirilən şəxs ilə Ə.A.Əhmədov məşğul olmuşlar. Beləliklə də, Təqsirləndirilən şəxs və Ə.A.Əhmədov ona məsləhət görmüşlər ki, sığorta pulunu nəğd şəkildə götürsün və sonuncuların avtoservisinə nəğd şəkildə ödəsin. O, da sonuncuların məsləhətinə qulaq asaraq ilkin olaraq sığorta şirktindən “Kapital Bank” vasitəsilə xx xxxxxx 2017-ci il tarixdə 1470 manat pulu götürüb elə bankın qabağında gözləyən Təqsirləndirilən şəxsnin atomobilinə minmiş, oradan gəlmişlər «Alov» Zavodundan bir qədər «20 Yanvar» dairəsinə tərəf istiqamətdə yerləşən «Saba Cars» avtosalonunn qarşısında yolun kənardında dayanmışlar. Maşının içərisində Təqsirləndirilən şəxs ona vədlər vermişdir ki, bir ay ərzində maşınını düzəldib ona təhvil verəcəklər, sığotradan aldığı pulu versin ki, başlasınlar işləri görməyə. O, elə orada maşının içərisində Təqsirləndirilən şəxsyə 1460 manat nəğd pulu vermişdir. O, Təqsirləndirilən şəxsyə buna dair qəbz istəsə də, sonuncu ona heçnə verməyərək demişdir ki, servisdə verəcək, lakin sonra da aldadaraq verməmişdir. Bundan sonra bir ay keçsə də maşını düzəlməmiş, iki ay orada qalmışdır və heç bir iş görülməmişdir. Sonra başlamışlar maşının saxlanılma yerlərini tez-tez dəyişməyə, lakin yenə də heç bir iş görülməmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona təklif etmişdir ki, sığortaya yenidən məktub yazsın, əlavə pul versinlər, o, da bunu etmiş və əlavə 870 manat pul da almışdır, lakin Təqsirləndirilən şəxsyə daha pul verməmişdir. Belə ki, o, müxtəlif şəxslərdən maşınının ehtiyyat hissələrini də çıxarıb satdıqlarını eşitdiyi üçün həmin pulu, yəni 870 manatı Təqsirləndirilən şəxsyə verməkdən imtina etmişdir. Sonuncu dəfə maşınını hazırda «Universal» adlanan «Opel» servisdə ehtiyyat hissələri sökülmüş vəziyyətdə görmüş, həmin zaman Təqsirləndirilən şəxs ondan artıq qaçıb gizlənmişdir o, sonuncunun tanışı Şahin adlı şəxsi tanımışdır. O, Ə.A.Əhmədova müraciət etdikdə sonuncu maşnın məsələsini Təqsirləndirilən şəxsyə aid olduğunu və qarışacağının olmadığını bildirmişdir. Daha sonra maşınını «xxxxxxxxxxx» şirkətinin yanına sökülmüş vəziyyətdə aparıb qoymuşlar. Bundan da sonra o, maşınının harada olması barədə ümumiyyətlə heç bir məlumat ala bilməmişdir. Bu səbəbdən o, sonda hər şeydən bezərək polis orqanına müraciət etməli olmuş, maşınını polisin köməyi ilə Zabrat qəsəbəsində «Sultan» adlı servisdə hissələri sökülmüş vəziyyətdə görmüşdür, orada işləyən Taleh adlı usta bildirmişdir ki, maşını ora Ə.A.Əhmədov təmir üçün gətirsə də, bunun üçün pul verməmişdir. Bütün bunların nəticəsində bugünədək avtomobili ona qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şahid3 2016-cı ilin yanvar ayından avtomobillərin alqı-satqısı və sığortası ilə məşğul olan şəxs kimi tanımış, sonuncunun vasitəsi ilə Təqsirləndirilən şəxs da tanımışdır. Təqsirləndirilən şəxs özünü ona «xxxxxxxxxxx» şirkətinin işçisi kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs1 isə onun qohumudur. 2016-cı ilin noyabr ayında o, Zərərçəkmiş şəxs1la söhbət etdiyi zaman sonuncuya məxsus «Mercedes-Benz G550» markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobilinin yol nəqliyyat hadisəsi zamanı zədələndiyini eşitmiş və sığorta işləri ilə məşğul olan Şahid3lə Təqsirləndirilən şəxsni tanıdığını bildirmişdir. Ə.A.Əhmədov ondan xahiş etmişdir ki, sonunculardan maraqlansın və sonra o, Şahid3 və Təqsirləndirilən şəxsni Ə.A.Əhmədovla görüşdürmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs və Şahid3 Ə.A.Əhmədova bildirmişlər ki, avtomobilinin təmir olunması üçün işlədikləri «xxxxxxxxxxx» şirkətindən sonuncuya pul ödətdirə bilərlər, lakin əvvəlcə bunun müqabilində müəyyən qədər bəxşiş pul vermək lazım olacaq, bir neçə günə hesablayaraq yekun sözlərini deyəcəklər. Bir gün sonra, yəni xx xxxxxx 2016-cı il tarixdə o, Şahid3 və Təqsirləndirilən şəxs birlikdə getmişlər Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Karvansaray» restoranına və orada Ə.A.Əhmədovla görüşmüşlər. Orada əyləşdikləri zaman Şahid3 tez-tez bayıra çıxaraq telefonla danışmış, siqaret çəkmiş və Təqsirləndirilən şəxsni də tələsdirmişdir. Ona görə də üçü bir yerdə qaldıqları bir anda onun yanında Ə.A.Əhmədov sayaraq Təqsirləndirilən şəxsyə 7000 ABŞ dollar pulu əlbəəl vermişdir, Təqsirləndirilən şəxs da götürüb sayaraq cibinə qoymuşdur və bildirmişdir ki, 10 gün ərzində işin alınıb-alınmaması barədə xəbər verəcək, lakin hər bir halda ən geci xx xxxxxx 2017-ci il tarixdə məsələ öz həllini tapacaq və Ə.A.Əhmədova avtomobilinin təmiri üçün 80.000 ABŞ dolları məbləğində pul ödətdirəcək. Sonra Təqsirləndirilən şəxs, Şahid3 və o, birlikdə oradan çıxıb getmişlər, yolda Şahid3lə Təqsirləndirilən şəxs onu bir daha əmin etmişlər ki, narahat olmasın, məsələ öz həllini tapacaq. Bir neçə gün sonra Təqsirləndirilən şəxs və Şahid3lə danışdığı zaman sonuncular ona məsələnin alınacağını və dedikləri vaxt öz həllini tapacağını bildirmişlər. Buna baxmayaraq, nə xx xxxxxx 2017-ci il tarixdə, nə də ki, sonra məsələ öz həllini tapmamışdır. Daha sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Ə.A.Əhmədovu yenidən aldadaraq pikap modelli avtomobilini 6000 manata satmaq adı ilə götürərək yoxa çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Abdurəhim oğlu ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən «xxxxxxxxxxx» Dövlət Sığorta Şirkətində ekspert qismində işləyir. Təxmiən 4-5 il əvvəl İcrai X5 Xəyal Mübariz oğlu iləbirlikdə Bakı şəhəri Nərimanov rayonunda yerləşən «Grand» avtoservisində işləmiş və avtomobillərin təmiri işi ilə məşğul olmuşlar, Təqsirləndirilən şəxs orada dəmirçi olmuş və sonuncunu yaxşı usta kimi tanımışdır. Lakin Təqsirləndirilən şəxs heç vaxt şəxsən ona zədələnmiş avtomobilə dair sığorta haqqını almaq üçün müraciət etməmiş, sonuncu ilə həmin sahədə heç vaxt heç bir işi olmamışdır. Adətən avtomobillərin zədələnməsi ilə bağlı sığorta haqlarının alınması ilə əlaqədar həmin nəqliyyat vasitələrinin mülkiyyətçiləri şirkətə müraciət etmiş və əgər həmin vətəndaş öncədən avtomobilini şirktədə sığortalamışdırsa, onda həmin müraciətlə bağlı icraata başlanmışdır. O, Arif adlı şəxsin kim olmasını bilmir, işlədiyi şirkətdə belə bir mülki işçi olmamış, Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində göstərsədə ki, Zərərçəkmiş şəxs1 məxsus «Mercedes-Benz G550» markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta alınması üçün sonuncudan 5000 manat pul aldıqdan sonra güya onunla işləyən Arif adlı şəxsə vermiş və həmin şəxs məsələni güya onunla razılaşdırmış, bunlar həqiqətə uyğun deyildir və cəfəngiyyatdır, ümumiyyətlə hansı Arifdən söhbət getdiyini bilmir və Təqsirləndirilən şəxs ilə avtomobilin qeyri-qanuni sığortalanması barədə heç vaxt heç bir işi olmamışdır, çünki o, ekspert olbuğu üçün sığortalama işinə baxmamış, işi sığortalanma prosesində epizodik olmaqla nəqliyyat vasitəsinin vəziyyətinin vizual dəyərləndirilməsindən ibarətdir. Arxa tarixlə avtomobilin sığortalanması məsələsi isə nəinki işlədiyi, eləcə də digər sığorta şirktələrində mümkün deyilddir, çünki bütün proseduralar həm kağızda, həm də kompyuter sistemində rəsmiləşdirilir. Bundan başqa, o, 2017-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes-Benz E 280» markalı, **-ZP-*** qeydiyyat nişanlı avtomobilin qəzaya uğraması ilə əlaqədar sığorta ödənişinin qiymətləndirilməsində iştirak etmişdir. İşlədiyi sığorta şirkəti tərəfindən Zərərçəkmiş şəxs2 zədələnmiş avtomobilinin təmiri üçün 1400 manatdan bir qədər artıq pul vəsaiti ayrılmış, sonra sonuncu şirkətə gələrək ayrılmış məbləğin maşının təmirinə kifayət etmədiyini bildirib yenidən ərizə yazaraq əlavə ödəniş istəmişdir. Əlavə ödəniş ayrılması üçün isə avtomobilə təkrar baxış keçirilməli olduğu üçün o, bildirmişdir ki, avtomobil təmir sexinə gətirilməli, qaldırıcı ilə qaldırıldıqdan sonra bütün hissələrinə baxış keçirilərək dəqiq yeni qiymət müəyyən edilməlidir. Zərərçəkmiş şəxs2 özü həmin avtomobilini evakuatorla Təbriz küçəsində yerləşən «Grand» servisə gətirib orada işləyən Təqsirləndirilən şəxsyə təqdim etmişdir. Səhər günü o, da həmin servisə gələrək Təqsirləndirilən şəxs ilə avtomobilə baxışda iştirak etmişdir ki, dəqiq qiyməti müəyyən etsin. Həmin zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, avtomobili 2200 manat xərclə tam yığıb sahibinə təhvil verə bilər. O, Təqsirləndirilən şəxsyə bildirmişdir ki, ona aidiyyəti yoxdur, sahibi ilə özü danışsın, pulu aldıqdan sonra istər həmin servisində, istəməzsə başqa yerdə yığdırsın. O, Zərərçəkmiş şəxs2 da demişdir ki, əgər avtomobilini «Grand» servisdə təmir etdirmək istəyirsə, Təqsirləndirilən şəxsdən bu barədə akt alsın ki, əlində bir əsas olsun. Sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Zərərçəkmiş şəxs2 yerlisidir, öz aralarında razılaşmışlar və təmir işləri üçün 1400 manat pul almışdır. Daha sonra Zərərçəkmiş şəxs2 ərizə ilə müraciət edərək əlavə 800 manat pulu da almış və o, bir daha həmin məsələ ilə məşğul olmamışdır, çünki maşının sahibi pulu özü alaraq Təqsirləndirilən şəxs ilə özü təmiri razılaşdırmışdır. Daha sonra müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq maşının təmir olunmaması və təhvil verilməməsindən narazılığını bildirəndə o, sonuncuya dəfələrlə bildirmişdir ki, maşının təmirini özü Təqsirləndirilən şəxs ilə razılaşdırmış, onun üzərinə düşən dəyərləndirmə işindən başqa həmin işlə əlaqəsi daha yoxdur. Bundan sonra da o, dəfələrlə Təqsirləndirilən şəxsyə zəng edərək niyə maşını təmir etmədiyini sonuncuya irad bildirsə də, sonuncu ona cavab olaraq bildirmişdir ki, özü danışıb, özü də məsələni həll edəcək. Bununla yanaşı o, sığortanın hesabına Təqsirləndirilən şəxsyə həmin avtomobilə uyğun «noskat» adlanan qabaq hissəsini ekranla birlikdə dəst şəklində və yük yerinin örtüyünü Təqsirləndirilən şəxsyə vermişdir ki, maşını təmir edərək qurtarsın ki, müştərinin narazılığı kəsilsin. Buna baxmayaraq Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir və ona hər dəfə bildirmişdir ki, həmin işə qarışmasın, özü həll edəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, rəsmi sənədlərdə adı Şahnəzər yazılsa da, dost-tanışlar onu Şahin kimi çağırır. O, mebel ustasıdır. Təqsirləndirilən şəxs o, 10 ilə yaxındır ki, əvvəllər Təbriz küçəsində fəaliyyət göstərmiş «Grand Servis» avtoservisindən tanıyır. Həmin avtoservisi «xxxxxxxxxxx» şirkətində işləyən Şahid4 Abdurəhim oğlu işlətmişdir, Təqsirləndirilən şəxs isə sonuncunun işçisi olmuş, həmçinin orada Şahid3 da işləmişdir. O, 2017-ci ilin yaz aylarında Ziya Bünyadov prospektində yerləşən «Opel Servis» adlı avtotəmir müəssisəsinin daxilində bir qarajı icarəyə götürərək orada mebel təmiri ilə məşğul olmağa başlamışdır. 2017-ci ilin yay aylarında o, Təqsirləndirilən şəxs ilə görüşdükdə sonuncu onun nə işlə məşğul olduğunu öyrəndikdən sonra bildirmişdir ki, işlədiyi «Grand Servis» bağlandığı üçün başqa iş yeri axtarır və təklif etmişdir ki, onun icarəyə götürüb işlətdiyi qarajda sığortanın göndərdiyi avtomobillərin təmiri ilə məşğul olsunlar. O, müdiriyyətinin razılğını aldıqdan sonra Ə.A.Əhmədov da gələrək ora baxmış və bəyənərək bildirmişdir ki, maşınları ora təmirə göndərəcək və yaxşı iş olacaq. Bundan sonra, 2017-ci ilin yay aylarında bir ay ərzində orada birgə fəaliyyət göstərmişlər. O, özünə aid mebel işləri ilə, Təqsirləndirilən şəxs isə maşınların təmiri ilə məşğul olmuşlar. Qarajın icarəsi onun adına olmaqla Təqsirləndirilən şəxs ora zədələnmiş maşınları gətirməyə və təmir etməyə başlamış, üç maşın isə, o cümlədən adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 məxsus tünd göy rəngli “Mercedes-Benz” markalı avtomobil daha çox zədələnmiş vəziyyətdə olmuşlar. Həmin maşınların sığortadan ayırılmış pulları maşınların təmirinə deyil, şəxsi məqsədlərlə xərclənmişdir, ona görə də təmirsiz qalmışlar. Zərərçəkmiş şəxs2 da avtomobilinin pulu xərcləndiyi üçün və həmin maşın üçün heç bir ehtiyyat hissəsi alınmadığı üçün qalmışdır sökülmüş vəziyyətdə. Beləliklə də, Zərərçəkmiş şəxs2 avitomobili də sökülmüş vəziyyətdə gətirilmiş və orada maşının üzərində demək olar ki, heç bir əhəmiyyətli iş görülməmiş. Təqsirləndirilən şəxs həmin maşına Ə.A.Əhmədovun gətirdiyi «noskat» adlanan bir ehtiyyat hissəsini maşının qabaq hissəsinə qaynaq etmişdir ki, Zərərçəkmiş şəxs2 gəlib maşına baxanda onda elə bir təsurat yaransın ki, güya maşını təmir olunur. Beləliklə o, bir ay ərzində başa düşmüşdür ki, Təqsirləndirilən şəxs düz əməlli adam deyil, fırıldaqçıdır, çünki təmir etməyi öhdəsinə götürdüyü avtomobillərin sahibləri işindən narazılıq etmiş, o, sonuncuları aldatmış və yola vermişdir. Sonda isə məlum olmuşdur ki, Təqsirləndirilən şəxsnin vəd etdiklərinə əks olaraq bir ayı ziyanla başa çatdırmışlar. Beləliklə avtomobillərin yiyələri haqlı tələbləri ilə bir tərəfdən, 2000 manatdan çox yerin sahibinə icarə borcu isə digər tərəfdən olan vəziyyətdə Təqsirləndirilən şəxs bir gün yoxa çıxmış və telefonlarına zəng çatmamışdır. Servisin müdiriyyəti də işin belə vəziyyətdə olduğunu görərək tələb etmişdir ki, Təqsirləndirilən şəxsnin gətirdiyi maşınlar servisin ərazisindən uzaqlaşdırılsın. O, məcbur olaraq Ə.A.Əhmədova müraciət etmiş ki, gəlib sığortanın maşınlarını aparsınlar, sonuncu da maşınların yiyələrini çağıraraq təhvil vermiş, sonda Zərərçəkmiş şəxs2 maşını qalmışdır. Həmin zaman Zərərçəkmiş şəxs2 maşını sökülmüş vəziyyətdə olduğu üçün və Ə.A.Əhmədov yaxın durmadığı üçün servisin müdiriyyəti «156» evakuasiya xidmətinə müraciət edərək evakuatorla həmin maşını düz «xxxxxxxxxxx» şirkətinin X4 İdarəsinin yanında yerləşən ofisinin qarşısına aparıb düşürtmüşdür. Daha sonra ona məlmu olmuş ki, Ə.A.Əhmədov Zərərçəkmiş şəxs2 maşının Zabrat qəsəbəsində yerləşən «Sultan» avtoservisə aparıb qoymuş, orada da təmirsiz qalmış, hissələri sökülmüş, sonra da oranın müdiriyyəti maşını evakuatorla aparıb cərimə meyddançasına qoydurmuşdur. Zərərçəkmiş şəxs2 maşını onun iş yerindən çıxarıldıqdan sonra orada müxtəlif ehtiyyat hissələri qaldığı üçün o, bu barədə Zərərçəkmiş şəxs2 zəng edərək bildirmiş və aparıb yaşadığı evin həyətinə qoymuşdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid X2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, onun atası Xalid Mirzəyev keçirdiyi xəstəlikdən xx xxxxxx 2018-ci il tarixdə vaxtsız vəfat etmişdir. Zərərçəkmiş şəxs1 onların ailəvi dostu olmaqla sonuncunu uşaqlıqdan tanımış, çox yaxın münasibətləri olmuş, sonuncu əsasən mərhum atası ilə çox yaxın dost olmuşlar. O, təsdiq edir ki, 2013-cü ilin fevral ayında Zərərçəkmiş şəxs1 adını bilmədiyi şirkətdən «Great Wall WİNGLE-5» markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobili özü üçün satın almış, həmin zaman Zərərçəkmiş şəxs1 onun atası X.Mirzəyevdən xahiş etmişdir ki, atomobili sonuncunun adına sənədləşdirsinlər. Bundan sonra, atası ilə Zərərçəkmiş şəxs1 həmin avtomobilə dair atasının adına qeydiyyat şəhadətnaməsini almışlar, həmin şəhadətnamə onun atasının adına olsa da, avtomobil faktiki olaraq Zərərçəkmiş şəxs1 mülkiyyətində olmuş, pulunu da Zərərçəkmiş şəxs1 özü ödəyərək maşını özünə almışdır, ona görə də həmin maşının sənədləri və maşının özü də həmişə Zərərçəkmiş şəxs1 olmuşdur. Daha sonra o, Zərərçəkmiş şəxs1 öyrənmişdir ki, tanımadığı Ruslan adlı şəxs Zərərçəkmiş şəxs1 aldadaraq həmin avtomobili 6000 manat satmaq adı ilə götürərək ələ keçirmiş və qaytarmaqdan boyun qaçırmışdır. Onun və ya atası X.Mirzəyevin həmin avtomobilin kiməsə satılması ilə və ya bağışlanması ilə bağlı nə vaxtsa kiminləsə hər hansı sövdələşmələri olmamışdır. Həmçinin onun və ya ailə üzvlərinin Zərərçəkmiş şəxs1 məxsus «Great Wall WİNGLE-5» minik markalı, **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair heç bir tələbi yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2012-ci ildən tanımış, sonuncu ilə birlikdə «Grand» avtomobil təmiri servisində işləmişlər, əsasən «xxxxxxxxxxx» dövlət sığorta şirkəti ilə müqavilə əsasında zədələnmiş avtomobillərin təmiri ilə məşğul olmuşlar. O, Şahid1 2016-cı ildən tanımışdır. 2016-cı ilin noyabr ayında Təqsirləndirilən şəxs və Şahid1la Qaraçuxur qəsəbəsində olduqları zaman Şahid1 bildirmiş ki, tanıdığı bir nəfər avtomobilini yol qəzası zamanı zədələmiş və sığorta ala bilmədiyi üçün kömək etmək üçün adam axtarır, həmin işdə kömək etmələrini istəmişdir. Bundan sonra Şahid1 xahişi ilə birlikdə getmişlər «Gənclik» metrostansiyasının yanında yerləşən «Karvansaray» restoranına və orada əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 ilə görüşərək tanış olmuşlar. Birlikdə əyləşərək söhbət etdikdə Zərərçəkmiş şəxs1 bildirmişdir ki, “Mercedes-Benz” markalı avtomobilini yolda qazılmış çuxura salsa da, bu barədə məhkəməyə müraciət etsə də, heç bir nəticə əldə etməmiş və bu səbəbdən sığorta almaq üçün adam axtarmağa başlamışdır. Zərərçəkmiş şəxs1 sığorta imkanı və faizlərlə bağlı maraqlanmış, Təqsirləndirilən şəxsyə o, sonuncunun suallarını cavablandırmışlar. Onun işi zədələnmiş avtomobillərin zərərini müəyyən etməkdən ibarət olduğu üçün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 atomobilinin sığortası məsələsini öz öhdəsinə götürmüşdür. Həmin məsələ ilə o, məşğul olmamış, Təqsirləndirilən şəxs özü məşğul olmuşdur. Bundan sonra onun iştirakı olmadan Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs1 və Şahid1la görüşərək haqq-hesab etmiş, sığorta ilə bağlı pul vermə məsələsini həll etmişlər. Bir qədər sonra o, Şahid1la görüşdükdə sonuncu ona bildirmişdir ki, Zərərçəkmiş şəxs1 sığortaya görə pul versə də, Təqsirləndirilən şəxs məsələsini həll etməmiş, buna görə də narahatdırlar. O, da Təqsirləndirilən şəxsdən bir neçə dəfə kiminlə həmin işi gördüyünü və nə yerdə olduğunu soruşmuş, lakin Təqsirləndirilən şəxs bildirmişdir ki, işi gördüyü adamı o, tanımır. O, Zərərçəkmiş şəxs1 şəxsən pul almamış və bu barədə sonra bilmişdir. «Karvansaray» restoranında əyləşərək söhbət etdikləri zaman “Mercedes-Benz” markalı avtomobilə sığorta məsələsini həll etmək üçün nə şəxsən onun, nə də ki, Təqsirləndirilən şəxsnin hər hansı məbləğdə pul istəmələri olmamış, bunu sonradan Təqsirləndirilən şəxs özü Zərərçəkmiş şəxs1la danışmışdır və şəxsən onun həmin pulun alınmasında iştirakı olmamışdır. Cinayət işinin 1-ci cild 187-ci vərəqəsində olan xx xxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 211-212-ci vərəqələrində olan qətimkan tədbirini seçmək barədə xx xxxxx 2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsnin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir Cinayət işinin 1-ci cild 216-cı vərəqəsində olan şübhəli şəxsin MSY-dən azad edilməsi barədə xx xxxxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnin barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi üçün o, saxlanıldığı Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 1-ci cild 235-236-cı vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx xxx 2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin şərtlərini pozub istintaq orqanından qaçıb gizləndiyi üçün həmin tarixdə barəsində axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cild 5-ci vərəqəsində olan axtarışda olanın tutulması haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 34-cü vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnin barəsində xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla xx xxxxxx 2019-cu il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 53-54-cü vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnin barəsində seçilmiş “həbs" qətimkan tədbirinin müddəti xx xxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 110-111-ci vərəqələrində olan qətimkan tədbrinin seçilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsnin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 125-126-cı vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında xx xxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozub istintaq orqanından qaçıb gizləndiyi üçün həmin tarixdə barəsində axtarış elan edilmişdir. Cinayət işinin 2-ci cild 138-ci vərəqəsində olan xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nə təhvil verilmişdir. Cinayət işinin 2-ci cild 164-165-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnin barəsində xx xxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxx 2019-cu il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 216-218-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnin barəsində seçilmiş “həbs" qətimkan tədbirinin müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cild 236-238-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnin barəsində seçilmiş “həbs" qətimkan tədbirinin müddəti xx xxxxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 38-40-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnin barəsində seçilmiş “həbs" qətimkan tədbirinin müddəti xx xxxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 60-63-cü vərəqələrində olan təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilməsi haqqında Bakı şəhəri Yasamal rayon prokuroru Rasim Hacıyevin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsnin barəsində həbsdə saxlama müddətinin uzadılmasına dair Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi F.Nəsirovun xx xxxxxxx 2019-cu il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxsnin barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cild 64-65-ci vərəqələrində qətimkan tədbrinin seçilməsi haqqında olan xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxsnin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 119-cu vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxsnin barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan tutma haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxsnin Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxsnin, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxsyə cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsyə cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyan üzrə qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxsnin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni vəədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinəəsasən cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsindəçəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinəəsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxsnin azadlığının faktiki olaraq xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bununla belə, Təqsirləndirilən şəxsnin yuxarıda sadalanan cinayət əməlləri ilə bağlı xx xxxxx 2018 - xx xxxxx 2018-ci tarixlərdə 02 (iki) gün, xx xxxxxx 2018 - xx xxxx 2019-cu il tarixlərdə 02 (iki) ay 23 (iyirmi üç) gün, xx xxxx 2019 - xx xxxxxxx 2019-cu il tarixlərdə 04 (dörd) ay 04 (dörd) gün, ümumilikdə 06 (altı) ay 29 (iyirmi doqquz) gün həbsdə saxlanıldığı müddət məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinəəsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günəüç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxsyə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsyə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxx 2018 - xx xxxxx 2018-ci tarixlərdə 02 (iki) gün, xx xxxxxx 2018 - xx xxxx 2019-cu il tarixlərdə 02 (iki) ay 23 (iyirmi üç) gün, xx xxxx 2019 - xx xxxxxxx 2019-cu il tarixlərdə 04 (dörd) ay 04 (dörd) gün, ümumilikdə 06 (altı) ay 29 (iyirmi doqquz) gün həbsdə saxlanıldığı müddət nəzərə alınaraq, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X6 şöbəsi, Bankın kodu 805142, VÖEN ********** Müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, hesablaşma hesabı AZ39İBAZ******************** (VÖEN **********) hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-23/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-23/2020
29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver