Məhkəmə qərarları › İş №1(004)-23/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-23/2021

05.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-23/2021 05.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixində Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orla təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yerləşən fərdi həyət evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 28.11.2019-cu il tarixə keçən gecə saat 02:32-də texniki cəhətdən saz vəziyyətdə olan, “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə eldiyi “Mersedes Benz C180“ minik markalı 99-EK- 087 dövlət qeydiyyat nişanlı avtomobili saatda 80 kilometr surətlə Bakı şəhəri, Yasamal rayonu, 1-ci mikrorayon, Moskva prospekti 110-116 ünvanda yerləşən “Huqqa” restoranın qarşısı ilə Xırdalan istiqamətli əsas yolla hərəkət etdirərkən yol hərəkətinin iştirakçısı olaraq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni nəqliyyat vasitəsinin hadisə baş verən sahədə icazə veriləndən artıq surətdə hərəkət etdirməməli və hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək yolun sağ hərəkət hissəsindən soluna doğru keçmək istəyən zərərçəkmiş şəxs X4 avtomobilin sağ ön hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan sonuncunun ölümünə səbəb olmuş alının, burunun, sol əlin və sol budun sıyrıqları, sol baldır sümüklərinin açıq qəlpəli sınıqları, sağ baldır sümüklərinin qapalı qəlpəli sınıqları, sol İİİ,İV,V,Vİ,Vİİİ qabırğalarının sınığı, aortanın, diafraqmanın və dalağın cırılması kimi həyatı əlamətlər daşıyan xəsarətlər yetirib yol hərəkəti qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 28 noyabr 2019-cu il tarixdə, saat 02.30 radələrində faktiki mülkiyyətində olan və etibarnamə əsasında idarə eldiyi “Mersedes BenzC180” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı saz vəziyyətdə olan avtomobili 80-90 kilometr saat surətlə idarə edərək Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, Xırdalan istiqaməti ilə əsas yolla yolun sol hərəkət zolağı ilə Xırdalan şəhər istiqamətinə doğru hərəkətdə olarkən sonradan şəxsiyyəti ona məlum olan X7 adlı piyada hərəkətdə olduğu yolun sağ tərəf hissəsindəki beton səki üzərindən tullanaraq avtomobilin qarşısına doğru qaçdığını görmüş və həmin anda avtomobilin əyləcindən istifadə etsədə artıq gec olmuş, avtomobilin qabaq sağ tərəf hissəsi ilə piyadanı vurmuşdur. Piyadanı vurduğu yerdən 10-12 metrə məsafə qarşıda avtomobilini durduraraq yerə düşüb asvalt üzərində yıxılı vəziyyətdə qalmış piyadaya yaxınlaşmış və onun qan içərisində hərəkətsiz qaldığını görmüşdür. Həmin vaxt həyəcanlı olduğundan hadisə yerinə toplaşmış tanımadığı şəxslərdən təcili yardıma zəng vuraraq məlumat verilməsini xahiş etmiş və qısa zaman ərzində hadisə yerinə gəlmiş təcili yardım həkim briqadasından olan həkim vurulmuş piyadaya yerindəcə tibbi yardım göstərib müayinə edərkən artıq onun öldüyü barədə məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməlkdaşları gəlmiş, onun iştirakı ilə hadisə yeri müayinə edilmiş və ölmüş piyada hadisə yerindən götürüldükdən sonra o, sərxoşluq vəziyyətinin yoxlanılması üçün aparılaraq tibbi müayinədən keçirilmişdir. Bundan sonra o, izahat və ifadə verməsi üçün Yasamal RPİ-nə dəvət olunmuş və həmin vaxt özünə və avtomobilə aid sənədləri təqdim edərək hadisə barədə ətraflı məlumat vermişdir. Bundan əlavə o, ifadəsində göstərmişdir ki, avtomobili idarə edərkən ayıq və tək olmuş, avtomobildə hər hansı yük olmamış, avtomobilin işıqlandırma sistemində hər hansı nazazlıq olmamışdır. İfadəsinin sonunda o, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə, törətdiyi əməldən səmimi peşman olmasını, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsində öz təqsirini dərk etdiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmadığını nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27.11.2019-cu il tarixdə oğlu Anar səhər tezdən ev paltarında göy cins şalvar, qara idman gödəkçəsi, boz rəngli poliver, şabalıdı rəngdə idman ayaqqabısı ilə çıxaraq əmək haqqını almaq üçün işlədiyi tikinti yerinə getdiyini bildirmişdir. Həmin gün oğlu Anara zəng etsədə onun telefonuna zəng çatmamış və o, həmçinin arvadı Şahid oğlu Anarın Zümrüd adlı ikinci arvadının yanına getdiyini və bilərəkdən telefonunu söndürdüyünü düşünmüşlər. Bundan əlavə o, oğlu Anarın sağ qolunun çiyin nahiyəsində ürək şəkilli və həmin şəkilin yuxarısında kiçik qardaşı Orxanın, aşağısında isə Tural adlı dostunun adları həmçinin sol çiyin nahiyyəsində isə “ata-ana” sözləri döymə yolu ilə yazıldığını, Anarın hər hansı bir xəstəliyi olmamaqla əvvəllərdə məhkumluq həyatı olmamasını, onun tam sağlam insan olmaqla ara-sıra spirtli içki qəbul edən olmasını, 28.11.2019-cu il tarixdən oğlu Anan axtarmamalarının səbəbi onun ikinci arvadının yanında olması və bilərəkdən telefonu söndürməsini etimal etmələrini bildirmişdir. 29.04.2020-ci il tarixdə axşam saat 19 radələrində arvadı Şahid ilə “Space” telekanalında «Operativ hissə» verlişinə baxdıqları zaman orada oğlu Anarın 28.11.2019cu il tarixdə avtoqəza nəticəsində ölməsi, həmçinin sağ qolunun çiyin nahiyəsində ürək şəkili və həmin şəkilin yuxarısında Orxan, aşağısında Tural yazıları olması və digər döymə əlamətlərini, həmçinin əynində olmuş paltarları sadaladıqda həmin şəxsin oğlu Anar olduğunu öyrənmiş, efirdə qeyd olunan telefonla əlaqə saxladıqda ona Yasamal rayon polis idarəsinə gəlməyi təklif edilmiş və Polis İdarəsinə gəldikdə məlum olmuşdur ki, 28.11.2019-cu il tarixə keçən gecə saat 02:32-də Təqsirləndirilən şəxs adlı sürücü idarə etdiyi «MERCEDES» markalı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti ilə Xırdalan istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən oğlu Anarı vurmuş və nəticədə oğlu aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölmüş, hətta oğlunun nəşi Yasamal rayon məhkəmə tibbi ekspertizasında hadisədən sonra iki ay ərzində saxlanmış daha sonra isə Hövsan qəbirstanlıgında dəfn edilmişdir. Hazırda təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid zərərçəkmişin hüquqi varisi qismində tanınaraq dindirilmiş əri Zərərçəkmiş şəxs ifadəsində göstərilən xususuatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 13 dekabr 2019-cu il tarixli, 155 nömrəli rəyi ilə təsdiq olunur ki, naməlum kişi meyidində alının, burunun, sol əlin və sol budun sıyrıqları, sol baldır sümüklərinin açıq qəlpəli sınıqları, sağ baldır sümüklərinin qapalı qəlpəli sınıqları, sol İİİ, İV,V.Vİ.Vİİİ qabırğalarının sınığı, aortanın, diafraqmanın və dalağın cırılması aşkar olunmuşdur. Göstərilən xəsarətlər həyalı olub, ölümündən az əvvəl güclü küt əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddəidə yəni 28.11.2019-cu ildə piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsindən törənməsi mümkündür. Naməlum kişi meyitinin ölümünə səbəb almış olduğu xəsarətlərdən aorta qövsünün cırılması nəticəsində baş vermiş ürəyin lamponadası olmuşdur.Ölüm meyidin müayinəsindən təxminən 6-8 saat əvvəl baş vermişdir. Naməlum kişi meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda 2,9% etil spirti aşkar edilmişdir. Həmin miqdar mövcud təlimata əsasən canlı şəxslərdə güclü dərəcəli sərxoşluq kimi qiyməlləndirilir.narkolik və psixolrop maddələr aşkar edilməmişdir (cild 1, səh. 37-42). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə avtotexniki ekspertizasının 27 yanvar 2020-ci il tarixli, 799 nömrəli rəyi ilə təsdiq olunur ki, Mersedes Benz C180 markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Piyada yol-nəqliyyat hadisələri ekspertizasının tətqiqat obyekti olmadığından və onun hərəkətləri xüsusi texniki bilik tələb etmədiyindən yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyildir (cild 1, səh 66-68). İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 25 may 2021-ci il tarixli, 8/989 nömrəli rəyi ilə təsdiq olunur ki, Mercedes Benz C180 markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 13.05.2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Ələsgər oğlunun idarə etdiyi Mersedcs Benz C180 markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün özünə qaytarılmasının nəzərə alınması, eyni zamanda ölmüş zərərçəkmiş şəxs X3 meyidindən götürülmüş, iş üzrə maddi sübut kimi tanınan dırnaq nümunələri və DNT liftləri sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (cild 1, səh. 159-167). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.05.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, səh. 182). İş materiallarına əlavə olunmuş qətimkan tədbiri seçmək haqqında 25.03.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 104-105). İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli “yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” prolokol, hadisə yerinin sxemi və fotoşəkillərdən görünür ki, hadisə 28.11.2019-cu il tarixə keçən gecə xx.xx.1988-cı il təvəllüdlü Təqsirləndirilən şəxs idarə eldiyi **-EK-*** dövlət qeydiyyat nişanlı «MERCEDES BENZ C180» markalı avtomobillə Bakı şəhəri,Yasamal rayonu,1-ci mikrorayon, Moskva prospekti ilə Xırdalan istiqamətindəki əsas yolda baş vermişdir (cild 1, səh. 4-8). İş materiallarında olan 28 noyabr 2019-cu il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin predmeli olan **-EK-*** dövlət qeydiyyat nişanlı «MERCEDES BENZ C180» markalı avtomobilin qabaq sağ bufer,sağ fara, slop, kapot, alın şüşəsinin piyadanın vurulmasından sonra əzilərək sıradan çıxmışdır (cild 1, səh. 9-11). İş materiallarında olan 28 noybar 2019-cu il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, kişi cinsindən olan təxmini yaşı 35-37 olan ölmüş piyada arıq bədən quruluşlu, üzü orta sıxlıqda tüklü, başı seyrək qara tüklü, orta sıxlıqlı qısa buğlu, qalın qara qaşlı, uzunsov sifətli, qaraşın şəxsdir. Sağ qolunun çiyin nahiyyəsində döymə vasitəsilə içərisində S alfavilinə oxşar işarə olan ürək şəkli və həmin şəklin yuxarısında ORXAN və aşağısında isə TURAL, eləcədə sol qolun çiyin nahiyyəsində ATA-ANA sözləri ilə tac döyməsi, sağ əlin baş barmağına yaxın üst hissəsində “TURAL” sözləri yazılmış, alın,burun, sol əl, sol bud nahiyyələrində sıyrıqlar, sol baldır sümüyünün açıq qəlpəli sınığı xəsarət və əlamətlərin olduğu müəyyən edilmişdir (cild 1, səh. 19-21). İş materiallarında olan "meyidin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi” haqqında 30 aprel 2020-ci il tarixli protokoldan məlum olur ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ona təqdim edilmiş fotoşəkildəki meyidin 19.11.1984-cü ildə Tovuz rayonunun Xalınlı kəndində anadan olmuş, Tovuz rayonu, Xalınlı kəndində qeydiyyalda olmaqla onunla birlikdə Abşeron rayonu, Novxanı qəsəbəsindəki ünvansız bağ evində birgə yaşamış oğlu X5 aid meyidin fotoşəkli olduğunu təsdiq etməklə tanımışdır (cild 1, səh. 127-132). İş materiallarında olan Yasamal RPİ-dən daxil olmuş 12 may 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-in BDYPİ Qİİ 1 saylı ASAN xidmət tərəfindən 22.09.2018-ci il tarixdə "B” kateqoriyası ilə verilmiş AC081375 nömrəli sürücülük vəsiqəsi aktivdir və sürücülük hüququndan məhrum edilənlər siyahısında deyildir (cild 1, səh 153). İş materiallarında olan 12 may 2020-ci il tarixli “ifadənin yerində yoxlanması” protokolundan və fotoşəkillərlən məlum olur ki, Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadəsini hadisə yeri olan Bakı şəhəri, Yasamal rayonu, 1-ci mikrorayon, Moskva prospekti 110-116 ünvanda yerləşən “Huqqa” restoranının qarşısındakı Xırdalan şəhəri istiqamətli əsas yolda baş verdiyini əyani olaraq təsdiq etmişdir (cild 1, səh. 154-156). İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Ələsgər oğlunun idarə etdiyi Mersedcs Benz C180 markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün özünə qaylarılmışdır (cild 1, səh. 107). İş materiallarında olan AR DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 21 dekabr 2019-cu il tarixli 011-11534-1219 nömrəli məktubundan əlum olur ki, ölmüş zərərçəkmiş şəxs X3 meyidindən götürülmüş, iş üzrə maddi sübut kimi tanınan dırnaq nümunələri və DNT liftləri saxlanması üçün istintaq materiallarına əlavə edilmişdir (cild 1, səh 61-64). İş materiallarında olan “nəqliyyat vasitəsinin idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında” sərxoşluq vəziyyətinin 2/90236 nömrəli, 28.11.2019-cu il tarixli tibbi müayinə aktına əsasən sürücü Təqsirləndirilən şəxs müayinə olduğu vaxtda ayıq olduğu təsdiq olunmuşdur (cild 1, səh. 17). Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Museyib oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 3 sayı şəhər Poliklinakasının Ambulator kartadan çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs 3 saylı poliklinikada Bronxial astma diaqnozu ilə dispanser müşahidəsindədir. Xəstəyə dair Elmi tədqiqat Ağciyər xəstəlikləri İnstitutundan 04.11.2019 tarixli epiqrizi vardır (cild 1, səh. 225). İş materiallarında olan AR DİN Baş dövlət yol polisi idarəsinin 11 avqust 2020-ci il tarixli 016-71167-1220 nömrəli vəkil Müdafiəçi ünvanladığı məktubundan görünür ki, paytaxtın Nəsimi rayonu, Tbilisi prospektinin Cavadxan küçəsi ilə kəsişməsində Sumqayıt şəhəri istiqamətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin Təhlükəsizliyi Komissiyasının 31.03.2017-ci il tarixli, 43 nömrəli tapşırığına əsasən nəqliyyat vasitələrinin icazə verilən maksimum surət həddi 80 km\s müəyyən edilmişdir (cild 1, səh.238). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin iş materiallarında olan ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—ki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 25 may 2021-ci il tarixli 8/989 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C180 markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1- ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxs X3 hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi olmamış və məhkəmə araşdırılması zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələblərinə görə isə həmin Məcəllənin 59.1.8, 59.1.10, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi qeyd olunan Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində və nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 170 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, cinayət işi üzrə maddi sübut kimi tanınmış - zərərçəkmiş şəxs X3 meyidindən götürülmüş, iş üzrə maddi sübut kimi tanınan dırnaq nümunələri və DNT liftləri cinayət işinin materiallarında saxlanılmalı, - Mersedcs Benz C180 markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs X2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 55 (əlli beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 55 (əlli beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin ona 01 (bir) il 06 (altı) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - zərərçəkmiş şəxs X3 meyidindən götürülmüş, iş üzrə maddi sübut kimi tanınan dırnaq nümunələri və DNT liftləri işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış - Mersedcs Benz C180 markalı, ** EK *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə Yol nəqliyyat hadisəsi ekspertizalarının keçirilməsinə xərclənmiş 170 (yüz yetmiş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. İbtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar