Məhkəmə qərarları › İş №1(004)-23/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-23/2023

30.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-23/2023 30.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili X5, müdafiəçilər Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili X6 və 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1982-ci ildə Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə göstərilənlərə əsasən, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs əlillik dərəcəsinin təyin edilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasından tibbi müayinədən keçməklə bağlı köməklik göstərməsi məqsədi ilə ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 12 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, «Ayna Sultanova» heykəlinin yaxınlığındakı “Azpetrol” X2rşısında Zərərçəkmiş şəxs əri Şahid1 vasitəsi ilə göndərdiyi 2000 manat, 13 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhər, Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında yerləşən “Qismət” adlı şadlıq sarayının qarşısında Zərərçəkmiş şəxs 1500 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 3500 (üç min beş yüz) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Şahid2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs rəfiqəsi Şahid3 əlillik dərəcəsinin təyin edilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasından tibbi müayinədən keçməklə bağlı köməklik göstərməsi məqsədi ilə ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 15 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifazadə prospektində yerləşən “Sladkiy Kolobok” adlı uşaq bağçasının qarşısında Zərərçəkmiş şəxs 3000 manat (üç min) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olmuş, Bakı şəhərində böyümüş, milliyyətcə azərbaycanlıdır. Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan dilində sərbəst danışa bilir və tam olaraq sərbəst formada başa düşür. O bildirmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanda qeydiyyatda olmaqla və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə, 5 dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Sonuncu dəfə barəsində Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi baxılmasından ötrü xx.xx.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, hazırda hakim Eldar İsmayılov tərəfində cinayət işinə baxılıb və ona CM 70-ci maddəsi tətbiq olunaraq şərti cəza verilib. Qeyd etmişdir ki, 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhərindən Sumqayıt şəhərinə taksi ilə gedən zaman taksidə sərnişin kimi əyləşmiş Şahid2 ilə tanış olmuş və aralarında səmimi münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs da Şahid2 vasitəsi ilə tanımış və aralarında səmimi münasibətləri yaranmışdır. Tanışlığı zamanı o, özünü Kapital Bank” ASC-nin Problemli-Kreditlər üzrə Şöbənin rəisi kimi təqdim etmiş, sonradan bilmişdir ki, Şahid2 Bakı şəhərində yerləşən “Sladkiy Kolobok” adlı Uşaq Bağçasının müdiri vəzifəsində işləyir, Zərərçəkmiş şəxs da həmin baxçada dayə işləyir. xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs onun mobil telefon nömrəsinə zəng edərək “epilepsiya xəstəliyindən əziyyət çəkdiyini, 2011-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi aldığını, 2021-ci ilin sentyabr ayında ona verilən əlillik dərəcəsinin ləğv edilərək dövlət tərəfindən ona verilən təqaüdün kəsildiyini və ona əlilliyinin bərpa olunması ilə bağlı kömək edilməsi istəmişdir”. O, Aygünə “narahat olmamasını, bu işdə onun tanış həkimin olmasını, növbədən qabaq müayinədən keçirib əllik dərəcəsi almaqda köməklik etməsini, lakin həkim bunun müqabilində 3500 manat pulunu alacağını demişdir. Aygün ona evdə ərinə deməsini əgər razılaşarsa xəbər verəcəyini demişdir. 12 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Aygünün əri Həsrət onunla Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanovanın heykəlinin yaxınlığında yerləşən “Azpetrol” X2rşısında görüşüb ona 2000 manat pul vermişdir. 13 dekabr 2021-ci il tarixdə saat 10 radələrində o, Aygünlə Bakı şəhər, Yasamal rayonu, Yeni Ysamal 2-də yerləşən “Qismət” adlı şadlıq sarayının qarşısında görüşüb Aygündən əlillik dərəcəsinin bərpa olaunması ilə bağlı əlavə olaraq 1500 manat pul almış və ona bir həftəyə tibbi komisiyyadan keçməyə çağırılacağını demişdir. 14 dekabr 2021-ci il tarixdə saat 11 radələrində o, Aygünün telefonuna zəng edərək ona tanışlarından əlillik dərəcəsi almaq istəyənin olmasını, həmin şəxsi tibbi müayinədən keçmək üçün növbən qabağa salınmasında köməklik edəcəyini bildirmişdir. Aygün ona qonşusunun əlillik dərəcəsinin ləğv olunduğunu və onun da tibbi komisiyadan keçməsi ilə bağlı köməklik göstərilməsini demişdir. O, Aygünə həmin şəxsdən də 3000 manat alaraq ona verməsini və həmin pulun həkimə çatacağını bildirmişdir. 15 dekabr 2021-ci il tarixdə saat 12 radələrində o, Aygünün işlədiyi Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifazadə küçəsində yerləşən “Sladkiy Kolobok” adlı Uşaq Bağçasın qarşısında görüşüb Aygündən 3000 manat pul almışdır. Bundan sonra ona təcili pul lazım olduğundan Aygünə zəng edib Aygündən tez bir zamanda qaytarmaq şərti ilə 5500 manat borca pul istəmişdir. Aygün də onunla razılaşmışdır. O, 18 dekabr 2021-ci il tarixdə saat 21 radələrində Aygünün yaşadığı evə gedib Aygündən 5500 manat borca pul götürmüşdür. Bundan sonra o, Aygünün işlərini görə bilməmiş və Aygünün ona verdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Sonra Aygündən aldığıdığı 12000 manat puldan hissə-hissə olmaqla Aygünə 8000 manat pul qaytarmışdır. Həmçinin Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs onun üçün əlillik dərəcəsi düzəltməkdən ötrü 3500 manat, qonşusu Şahid3 əlillik dərəcəsi düzəltmək üçün Aygündən 3000 manat borca isə 5500 manat pul almışdır. Onun həmin pulları almaqda məqsədi Aygünə əlillik dərəcəsi düzəltmək olmamış Aygünün verdiyi pulu ələ keçirmək olmuşdur. O, Zərərçəkmiş şəxs aldığı 12000 manat puldan Şahid2 heç nə verməmişdir. Zərərçəkmiş şəxs dediyi Şahid3 tanımır, Arzunu görməmiş və Arzu ilə heç bir münasibəti olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçının, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, Xiyabani küçəsində yerləşən fərdi evdə yaşayır. Bakı şəhərində yerləşən “Sladkiy Kolobok” adlı Uşaq Bağçasında dayə vəzifəsin işləyir. Bildirmişdir ki, epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün 2011-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi almışdır. 2021-ci ilin sentyabr ayında ona verilən əlillik dərəcəsi ləğv edilərək dövlət tərəfindən ona verilən təqaüd kəsilmiş və o, əlilliyinin bərpa olunması ilə bağlı növbəti müayinədən keçmək üçün xəstəxanaya müraciət etməmişdir. Bununla bağlı o, iş yerində iş yoldaşlarına onun əlilliyinin dərəcəsinin bərpa olunması ilə bağlı kömək edən elə bir adam olasa bu barədə ona bildirmələrini demişdir. Təxminən 2021-ci ilin dekabr ayının ortalarında bu mövzu ilə əlaqədar söhbət əsnasında işlədiyi “Sladkiy Kolobok” adlı uşaq bağçasının müdiri Şahid2 ona ***-***-**-** saylı mobil nömrəsi verərək həmin nömrənin sahibi olan Samir adlı şəxsin "xxxx" ASC-nin Problemlər Şöbəsində işlədiyini, həmin şəxslə əlaqə saxlasa, ona əlillik dərəcəsinin bərpa olmasında köməklik edə biləcəyini demişdir. Həmin gün, yəni, xx.xx.2021-ci il tarixdə Validə xanımın verdiyi mobil telefon nömrəsi ilə əlaqə saxladıqda nömrəyə cavab verən adı Samir olan şəxs ona özünü "xxxx" ASC-nin Problemli-Kreditlər üzrə Şöbənin rəisi kimi təqdim etmişdir. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsə onun nömrəsini Validə xanımın verdiyini deyib, epilepsiya xəstəliyindən əziyyət çəkdiyi üçün 2011-ci il tarixdə 2-ci qrup əlillik dərəcəsi aldığını, 2021-ci ilin sentyabr ayında əlillik dərəcəsinin ləğv edildiyini və təqaüdün kəsildiyini, hazırda əlilliyinin bərpa olunması, yenidən pensiya alması ilə bağlı kömək etməsini istədiyini demişdir. Samir ona narahat olmamasını, bu işdə tanış həkiminin olduğunu, növbədən qabaq müayinədən keçirib əlillik dərəcəsi almaqda köməklik edəcəyini, lakin həkimin bunun müqabilində 3500 manat pulunu alacağını demişdir. O, Samirə evdə ərinə deməsini və razılaşdıqda ona deyəcəyini bildirmişdir. Həmin gün axşam evdə bu barədə həyat yoldaşı Şahid1 məlumat vermiş və bu barədə razılaşmışlar. Bundan sonra pensiyanın bərpa olunması üçün verəcəyi 3500 manat puldan 2000 manatını düzəltmiş və həyat yoldaşından xahiş etmişdir ki, həmin pulu Təqsirləndirilən şəxs çatdırsın. Bunun üçün özünə məxsus 2000 manat pulu həyat yoldaşına vermiş və 12 dekabr 2021-ci il tarixdə saat 21 radələrində həyat yoldaşı Şahid1, Təqsirləndirilən şəxsla Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanovanın heykəlinin yaxınlığında yerləşən “Azpetrol” X2rşısında görüşüb Samirə həmin 2000 manat pulu vermişdir. 13 dekabr 2021ci il tarixdə saat 10 radələrində Samirlə Bakı şəhər, Yasamal rayonu, Yeni Ysamal 2-də yerləşən “Qismət” adlı şadlıq sarayının qarşısında görüşüb Təqsirləndirilən şəxs əlillik dərəcəsinin bərpa olaunması ilə bağlı danışdıqları 3500 manat puldan qalıq qalmış 1500 manat pulu vermişdir. Samir pulu aldıqdan sonra bir həftəyə tibbi komisiyyadan keçəcəyini bildirmişdir. 14 dekabr 2021-ci il tarixdə saat 11 radələrində işdə olduğu zaman Samir telefonuna zəng edərək tanışlarından əlillik dərəcəsi almaq istəyən olduqda deməsini bildirmişdir. Sonra Samir ona həkimdən xahiş etməsini həmin şəxsi tibbi müayinədən keçmək üçün növbən qabağa salmasını demişdir. O, Samirə qonşusunun əlillik dərəcəsi ləğv edilyini, qonşusuna köməklik edərək tibbi komisiyadan keçməsini deyə müraciət etdikdə Samir ona da həmçinin köməklik edəcəyini bildirmiş və bunun üçün 3000 manat pul lazım olduğunu, onun sənədinin 3000 manata həll olacağını bildirmişdir. Bu barədə qonşusu Şahid3 onun əlillik dərəcəsini düəltmək üçün adamın olduğunu, bunun müqabilində 3000 manat pulunun alacağını demişdir. Şahid3 işinin alına biləcəyinə şad olmuş, lakin hazırda o qədər pulunun olmadığını bildirmişdir. Düşünmüşdür ki, uzun müddətdir bir-birilərini tanıyırlar, yaxın ünsiyyətləri var, onun işi alınırsa Arzunun da işi alınsın və qərar gəlmişdir ki, qonşusu Şahid3 yaxşılıq etmişdir. Onun qonşusu Şahid3 kəsilən pensiyasının bərpası, yəni əlillik dərəcəsinin yenidən əmələ gəlməsi üçün Təqsirləndirilən şəxs özündən, ona məxsus olan, lakin qonşunun sənədinin düzəlməsi üçün 3000 manat pul vermişdir. Bunun üçün 15 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs ilə işlədiyi Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifazadə küçəsində yerləşən “Sladkiy Kolobok” adlı uşaq bağçasın qarşısında görüşüb Təqsirləndirilən şəxs qonşum Şahid3 kəsilən pensiyasının bərpa olunması, yəni əlillik dərəcəsinin bərpası üçün 3000 manat pul vermişdir. Samir pulu götürərkən bir həftəyə onu və həmçinin qonşusu Şahid3 tibbi müayinədın keçmək üçün çağrılacağını bildirmişdir. Həmin söhbətdən bir gün sonra Təqsirləndirilən şəxs telefon vasitəsi ilə zəng edərək təcili pul lazım olduğunu və 5500 manat pul borc verməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, bir günə qaytaracaqdır. Düşünmüşdür ki, Samir onun və qonşusu Şahid3 sənəd məsələlərini həll edir, özünü normal aparır, yaxşı iş görmək qabiliyyətinə malik insana bənzəyir, etibar etdiyi və inandığı biri olduğuna görə borca pul verməyə qərar vermiş və 5500 manat pulu 18 dekabr 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı mənzildə Təqsirləndirilən şəxs vermişdir. Həmin söhbətdən bir neçə gün keçməsinə baxmayaraq Tibbi Sosial Ekspert Komissiyasından zəng gəlmədiyi üçün Samirlə əlaqə saxladıqda müxtəlif bəhanələr gətirərək yaxın günlərdə zəng olunacağını bildirmişdir. Daha Tibbi Sosial Ekspert Komissiyasından zəng gəlmədiyi üçün Samirə zəng edərək pulunu geri qaytarmasını tələb etmişdir. Təxminən bir ay sonra qonşusu Şahid3 onlara gələrək ona 3000 manat pul düzəltməsini, işinin düzəlməsi ilə bağlı pulu aparıb Samirə verməsini demişdir. Həmin vaxt o, Arzuya ona yaxşılıq etmək məqsədi ilə əlillik dərəcəsini bərpa etmək üçün özündən işi düzəldəcək şəxsə 3000 manat pul verdiyini, lakin həmin şəxsin onu aldadaraq onun işini düzəltmədiyini və pulunun batmasını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu aldadaraq pulunu ələ keçirdiyini bilib barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə şikayət etmişdir. Həmçinin Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs iş yoldaşı Şahid2 vasitəsi ilə tanımış. Validə xanım yolda Təqsirləndirilən şəxs ilə tanış olmuş, ünsiyyətləri yaranmış, Təqsirləndirilən şəxs "xxxx"da problemli kreditlər şöbəsində işlədiyini, vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrinin olduğunu, bütün işlərdə istənilən növ köməklik edə biləcəyini Validə xanıma inandırmışdır. İş yoldaşı Şahid2 da ona köməklik etmək məqsədi ilə Təqsirləndirilən şəxs nömrəsini ona vermiş, o da Samirlə əlaqə saxlayıb ünsiyyət qurmuş, problemi barədə məlumat vermişdir. Bildirmişdir ki, telefonla danışdıqları zaman Təqsirləndirilən şəxs əvvəllər əlilliyə görə pensiya aldığını, 2021-ci ilin sentyabr ayından aldığı pensiyanın kəsildiyini və pensiyanın bərpa edilməsinə köməklik etməyimi xahiş etmişdir. Samir də bu məsələni həll edəcəyini vəd etmiş və bunun üçün 3500 manat pulun lazım olduğunu demiş, razılaşmış və ona məxsus 3500 pulu iki dəfə olmaqla Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra qonşusu Şahid3 da kəsilən pensiyasının bərpa edilməsi məsələsini həll etməsini xahiş etmiş, eyniliklə onu da həll edəcəyini vəd etmiş və bunun üçün 3000 manat pul istəmişdir. Qonşusu Şahid3 da həmin vaxt o qədər pul olmadığından yaxşılıq etmək məqsədi ilə qonşusu Şahid3 sənədinin düzəlməsi üçün özünə məxsus 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs hər ikisi üçün sənədlərini düzəldəcəyi vədini versə də verdiyi vədinə əməl etməmiş, nədə ki, verdiyi pulları geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ona əlillik dərəcəsi almaq üçün köməklik edəcək hər hansı bir həkim, həmçinin Sosialda işləyən vəzifəli şəxs barədə məlumat verməmişdir. Bildirmişdir ki, 12 dekabr 2021-ci il tarixdə saat 21 radələrində həyat yoldaşı Şahid1 Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Binəqədi rayonu, Ayna Sultanovanın heykəlinin yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısında görüşüb onun sənədinin düzəlməsi üçün danışıb razılaşdığı 3500 manat puldan 2000 manat pulu vermiş, 13 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Bakı şəhər, Yasamal rayonu, Yeni Ysamal 2-də yerləşən “Qismət” adlı şadlıq sarayının qarşısında görüşüb Samirə əlillik dərəcəsinin bərpa olaunması ilə bağlı qalıq qalan 1500 manat pulu vermiş, 15 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Samirlə işlədiyi Bakı şəhər, Yasamal rayonu, A.M.Şərifazadə küçəsində yerləşən “Sladkiy Kolobok” adlı uşaq bağçasın qarşısında görüşüb qonşusu Şahid3 sənədinin düzəlməsi üçün Təqsirləndirilən şəxs ona məxsus 3000 manat pulu vermiş, bundan sonra Samir ondan borc istədiyi üçün 18 dekabr 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə Samirə 5500 mant borca pul vermişdir. Onun əlillik dərəcəsinin bərpası üçün 3000 manat, qonşusunun əlillik dərəcəsinin bərpası üçün 3500 manat, sonradan borca 5500 manat pul verməsi ilə Təqsirləndirilən şəxs ona ümumilikdə 12000 manat maddi ziyan vurmuşdur. Lakin bu barədə şikayət etdikdən və Təqsirləndirilən şəxs dövlət orqanına çağırıldıqdan sonra görünür Təqsirləndirilən şəxs bundan narahat olmuş və aldığı pullardan geri ödəniş etməyə başlamışdır. Belə ki, hissəhissə də olsa ilkin olaraq aldığı 5500 manat borc pulu qaytarmışdır. Onun sənədinin düzəlməsi üçün aldığı 3500 manat puldan və qonşusunun sənədinin düzəlməsi üçün aldığı 3000 manat, sənədlərinin düzəlməsi üçün ümumilikdə aldığı 6500 manat pulu hazırda ona qaytarmışdır. Daha sonra zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Bakı şəhərində yerləşən “Sladkiy Kolobok” adlı Uşaq Bağçasının müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs tanıyır, onun işçisidir. Aygünlə aralarında olan münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, təxminən 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhərindən Sumqayıt şəhərinə taksi ilə gedən zaman taksidə bir nəfər sərnişin kimi əyləşmiş adının sonrada Samir olduğunu bildiyi şəxs ondan Sumqayıt şəhərində Qaz idarəsi ilə üzbəüzdə yerləşən binaların yerini soruşmuş və o, həmin şəxsə binaların hansı məhəllədə yerləşməsini izah etmişdir. Söhbət zamanı həmin şəxs ona "xxxx" ASC-nin Problemlər Şöbəsində işlədiyini və ondan soruşduğu ünvanda olan şəxsin onun işlədiyi bankdan 10000 manat kredit yolu ilə pul götürərək geri qaytamadığını və bununla bağlı Sumqayıt şəhərinə gəldiyini” demişdir. Sonra həmin şəxs ona istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsini verib nə vaxt kreditə pul lazım olduqda və ya nəsə hər hansı bir problemi olduqda onunla əlaqə saxlamasını bildirmişdir. O, həmin şəxsdən telefon nömrəsini almış və həmin şəxs avtomobildən düşüb getmişdir. Həmin söhbətdən bir neçə gün sonra işdə olduğu zaman işçisi Zərərçəkmiş şəxs ilə söhbət zamanı Aygün “2021-ci ilin sentyabr ayında ona verilən əlillik dərəcəsinin ləğv edilərək dövlət tərəfindən ona verilən təqaüd kəsildiyini və əlilliyimin bərpa olunması ilə bağlı növbəti müayinədən keçmək üçün xəstəxanaya müraciət etməməsini, onun əlilliyinin dərəcəsinin bərpa olunması ilə bağlı kömək edən elə bir adam olmasını, bu barədə ona demələrini bildirmişdir. O da Aygünə Samirin mobil telefon nömrəsini verərək nömrənin sahibi "xxxx" ASC-nin Problemlər Şöbəsində işləydiyini, həmin şəxslə əlaqə saxlamasını, ona kömək edə biləcəyini demişdir. Aygün ondan telefon nömrəsini götürmüşdür. Sonradan təxminən 2022-ci ilin fevral ayında Aygün ona verdiyi telefon nömrəsini işlədən Samir adlı şəxsin ona əlillik dərəcəsi düzəlmək adı ilə aldadaraq 6500 pulunu, bundan başqa əlavə olaraq 5500 manat pulunu borc alaraq geri qaytarmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2, Xiyabani küçəsində yerləşən fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onun qonşusudur. Aygünlə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Qeyd etmişdir ki, əvvəllər əlil olmuş, 2021-ci ilin sentyabr ayında əlillik dərəcəsi ləğv edilərək dövlət tərəfindən verilən təqaüd kəsilmiş və əlilliyinin bərpa olunması ilə bağlı müəyyən hərəkətlər etməyə başlamışdır. Həmin vaxtlar qonşusu Zərərçəkmiş şəxs da əlillik dərəcəsi ləğv olunmuş və hər ikisi əlilliyin bərpa edilməsi yollarını axtarmışlar. Bildirmişdir ki, 14 dekabr 2021-ci il tarixdə qonşusu Zərərçəkmiş şəxs ona bir nəfər “Samir” adlı şəxson olmasını, həmin şıxsin Kapital Bank” ASC-nin Problemli Kreditlər Şöbəsində işlədiyini, imkanların və əlaqəsinin geniş olmasını, əlillik dərəcəsinin bərpa edilməsində kömək edə bilcəyini demişdir. O, Aygünə həmin şəxsdən bu işi neçə manat görəcəyini soruşmasını demişdir. Zərərçəkmiş şəxs razılaşmış və maraqlanıb ona həmin şəxsin bu işi 3000 manat pula görməsini demişdir. O, Aygünə hazırda o qədər pulunun olmadığını nə vaxt pulu düzəldib verəcəksə, ondan sonra həmin şəxs işini düzəltməsini demişdir. Bu söhbətdən bir az uzun müddət keçdikdən sonra 3000 manat pulu düzəldib qonşusu Zərərçəkmiş şəxs vermək istəmişdir ki, Aygün aparıb pulu dediyi iş düzəldəcək adama versin. Həmin vaxt Zərərçəkmiş şəxs ona yaxşılıq etmək məqsədi ilə əlillik dərəcəni bərpa etmək üçün yerinə özündən işi düzəldəcək şəxsə 3000 manat pul verdiyini, lakin həmin şəxs, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin onu aldadaraq işini düzəltmədiyini, yaxşı ki, öz pulunu həmin şəxsə verdiyi, batan pulun özünə aid pul olduğunu demişdir. Daha sonra Aygünlə sağollaşmış və getmişdir. Bildirmişdir ki, bu söhbətlə bağlı ona Zərərçəkmiş şəxs heç bir maddi ziyan dəyməmiş və bununla bağlı Zərərçəkmiş şəxs və ya qeyrisindən şikayəti, tələbi və təklifi yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 oğlunun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə oxşar eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Beləliklə, məhkəmə istintaqı zamanı tətqiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yalan məlumatlar verməklə vədd etdiyi öhdəlikləri yerinə yetirməmiş və əmlakını ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi onun məhkəmədə verdiyi etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Təqsirləndirilən şəxs məqsədi öz həqiqi niyyətini gizlədərək, zərərçəkmiş şəxsdən yalan vədlərin köməyi ilə müxtəlif bəhanələrlə əmlakını ələ keçirmək olmuşdur. Nəticədə zərərçəkmiş şəxsin əmlakını mənimsəməklə, o, dələduzluq cinayətini törətmiş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqısirli bilinərək şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 69.4-cü maddələri ilə təqısirli bilinərək 2500 cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqısirli bilinərək 03(üç)il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə və 2500 manat cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Həmin fakt üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraatına xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi baxılmasından ötrü xx.xx.2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-80/2023 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, lakin CM 70-ci maddəsi tətbiq olunaraq cəza 2 il sınaq müddəti verilərək şərti hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, onun barəsində seçilmiş “polisinin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30-da Təqsirləndirilən şəxs saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verildiyi üçün onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı tamamilə ödəmiş, sonuncuya qarşı heç bir şikayət və tələbini yoxdur. İş materiallarında olan "xxxx" ASC-nin qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1625 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia xitam olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nın 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia xitam olunsun. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar