Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-23/2025 05.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi Xudaqulu oğlunun iştirakları ilə Təqsirləndirilən şəxs: xx xxxxxx 1983-cü il tarixdə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkumluğu olan, Beyləqan rayonu, Əmirzeyidli kəndində qeydiyyatda olmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən həkim kimi təqdim etməklə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs2 xəstəlikdən əziyyət çəkən oğlu X13 üçün əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə qeyd edilən məsələdə ona köməklik göstərəcəyini yalandan bildirib əslində sonuncuya məxsus xeyli miqdarda pulları ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 xəstəlikdən əziyyət çəkən oğlu X13 üçün əlillik dərəcəsinin təyin edilməsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifələrdə işləyən tanışları vasitəsilə köməklik göstərəcəyinə dair yalan vədlər verib inandıraraq 2021-ci ilin may ayında Abşeron rayonu Masazır qəsəbəsi "Yeni Bakı” yaşayış massivi 29 ünvanında yerləşən tanışı Şahid3 yaşadığı evdə Zərərçəkmiş şəxs2 4500 (dörd min beş yüz) manat pul aldıqdan sonra cinayət əməlini davam etdirərək təxminən 2 gün sonra sonuncu ilə əlaqə saxlayıb Sadiq Abbasova əlillik dərəcəsinin təyin olunması adı ilə verilmiş pulun miqdarının az olduğunu bildirərək yalnız tələb olunan pulun tam şəkildə veriləcəyi halda müvafiq işlərin başlanacağını qeyd etməklə Zərərçəkmiş şəxs2 tərəfindən göndərilmiş 2500 (iki min beş yüz) manat pulu yuxarıda qeyd edilən ünvanda yerləşən evə gedərək Şahid3 anası Şahid1 götürüb ümumilikdə 7000 (yeddi min) manat pulu vahid niyyətlə alıb etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sosial Şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs1 özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında işləyən həkim kimi təqdim etməklə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs1 xəstəlikdən əziyyət çəkən həyat yoldaşı Şahid5 kəsilmiş təqaüdünün bərpa edilməsinə köməklik edilməsində ona müraciət etdikdə qeyd edilən məsələdə ona köməklik göstərəcəyini yalandan bildirib əslində sonuncuya məxsus pulu ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 xəstəlikdən əziyyət çəkən həyat yoldaşı Şahid5 kəsilmiş təqaüdünün bərpa edilməsinə Respublika Klinik xəstəxanasında işləyən tanış həkimləri vasitəsilə köməklik göstərəcəyinə dair yalan vədlər verib inandıraraq 25 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə İ.Talıblı küçəsinin kəsişməsində yerləşən "Kafe Park" restoranında onunla görüşüb 3500 (üç min beş yüz) manat pulunu aldıqdan sonra vədinə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 3500 manat məbləğində maddi ziyan vurmaqla təkrar törədilməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə barəsində Yasamal RPİ-nin İŞ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə həbs qətimkan tədbiri seçilmiş X2 həbsdən azad olunmasına kömək olunmasını istəyən Zərərçəkmiş şəxs3 şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldatmaqla əslində sonuncuya məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs3 qardaşı Pərviz Abdullayevin həbsdən azad olunmasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətlərə malik olmadıqları halda yalandan sonuncuya qardaşı P. Abdullayevin məhkəmə vasitəsi ilə azadlığa buraxılacağına vəd verib əslində Zərərçəkmiş şəxs3 məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Binəqədi rayonu Rəsulzadə qəsəbəsi 15 ünvanında 10000 manat, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən Zərdabi küçəsində yerləşən N.Tusi adına Klinikanın qarşısında 10000 manat, 05 iyul 2023-cü il tarixdə isə saat 22:00 radələrində həmin yerdə 8000 manat olmaqla ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 28000 (iyirmi səkkiz min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vuraraq təkrar törədilməklə dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 epizod olmuşdur. Hadisə prokurorun dediyi qaydada olmuşdur. Fatma xanım 4500 manat bir verib, 2500 manat da bir. Uşağına əlillik düzəltdirmək üçün almışdır. İş alınmadığı üçün pulu Fatma xanımın kürəkəninə qaytarıb. 4500 manat əlbəəl verib, 2000 isə kart vasitəsi ilə. Demək olar ki, bütün pulu qaytarmışdır. 700-800 manat pul qalıb. İttihamda yazılmış 7000 – i qəbul etmir. Məbləğ 6500-dir. Zərərçəkmiş şəxs1ə münasibətdə isə ancaq 3500 manat borc almışdır. Başqa hər hansı vədlə bağlı söhbət yoxdur. Zərərçəkmiş şəxs3 də cəmi 3200 manat borc almışdır. Hər hansı 28000 manat söhbəti yoxdur. İttihamda yazılanlar həqiqəti əks etdirmir. Əməlindən səmimi peşman olmasını, iki uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, o, xəstəxanaya gedib-gəlirdi. Rahib həkimlə orada tanış olmuşdur. Onun özünə də müalicə yazmışdı. Söhbət əsnasında ona deyib ki, 2 oğlu da “44 günlük” ikinci Qarabağ Müharibəsində iştirak etmişdir. Uşaqlarından birinin başında problem var. Zədə almışdır. Ona pensiya təyin etdirmək istəyirdi. Təqsirləndirilən şəxs deyib ki, o, kömək edə bilər və guya uşağa prezident təqaüdü təyin etdirəcək. Onun oğlu müharibə veteranıdır, amma qazi deyil. Müharibədən qayıtdıqdan sonra elektrik işləyirdi. Xəstəliklə bağlı kağız-kuğuz və digər sənədləri toplamaq üçün işindən də olub. O həkimə get, bu aparata gir. Boş-boşuna vaxt itirib. Özü də ödündən əməliyyat olub. Bu vaxtlar telefona cavab verə bilməyib. İşlərinin hamısını kürəkəni görürdü. Amma Rahibin dediyi ancaq bu idi ki, narahat olmasınlar. Şüar eləmişdi. Oğlunun evində 4500 manat sayıb verib. Sonra zəng eləyib deyib ki, bu məbləğ azdır. 2500 manat da əlavə etməlidir. O, da tanışı var Şahid2, ona sayıb verdi ki, aparıb Rahibə versin. Vüqar onu xəbərdar etmişdi ki, hər kəsə inanmaq olmaz. Vüqar da pulu aparıb verib Sənubərin anasına, çünki təqsirləndirilən şəxs belə demişdi. Sənubər özü evdə olmamışdır. Bu məsələlər olandan sonra kürəkəni Vüqara 1300 manat pul qaytarılıb. Qalan pul durur. Vüqar başqa hər hansı pulun ona verilmədiyini bildirmişdir. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, qardaşı X1 təcridxanada olarkən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Qardaşının o vaxt dediyinə görə X4 Xidmətində Xankişi adında rütbəli bir tanışı var imiş. Qardaşının xahişi ilə o, Rahiblə əlaqə saxlamağa başlamışdır. Rahib çölə çıxdıqdan sonra onunla görüşüblər. Gələndə özü ilə medallarını da gətirmişdi. Həmçinin özünü mayor kimi təqdim edib. Onlar detalları danışmağa başlayıblar. Rahib qardaşının işinə kömək edəcəyini bildirib. Əlaqələri var imiş. Xankişi ilə danışıb deyəcəy imiş. Bir gün sonra gəlib deyib ki, hakim qolbaqla buraxmaq üçün 10 min manat, tamamilə cinayət məsuliyyətindən azad edib bəraət vermək üçün 50 min manat istəyir. Məsələləri Hökməli qəsəbəsində atasının evində müzakirə ediblər. Onlar deyiblər ki, elə böyük məbləğə gücləri çatmır. Amma 10 min manat qolbaq üçün münasibdir. Maşını satıb oradan 10 min manat pulu Rahibə veriblər. Bir az keçəndən sonra Rahib onlara zəng edib. Deyib ki, prokuror da 10 min manat istəyir. Onlar da əlacsız qalıb o pulu da veriblər. Daha sonra yenə 10 min lazım olduğunu deyib. Onlar 8000 manat veriblər. 2000 manatın özü düzəldəcəyini deyib. Avqust ayında tutulduğunu eşidiblər. Buna kimi münasibətləri həmişə yaxşı, isti olmuşdur. Tutulduqdan sonra onun fırıldaqçı olduğunu başa düşüblər. Ümumi onlardan 28000 manat pul alıb. Hazırda şikayətçidir, vurulmuş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsüdür. Fatma xala ona 2500 manat pul verib ki, aparıb Masazıra çatdırsın. Heç kimlə kini-küdurəti yoxdur. Heç kimin də onunla qərəzli münasibəti yoxdur. Gedib pulu çatdırıb. Sənubər xanımın anasına verib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun qaynanasıdır. O vaxt hələ yoldaşı ilə evlənməmişdən ora gedib-gəlirdi. O vaxt hələ nişan etmişdilər. Həyətlərində iş görən zaman qaynanası deyib ki, 4500 manat pul olub, onu Rahib adlı şəxsə vermişdir. Sənubərin də adı çəkilmişdi. Amma onu tanımır. Qızına deyib ki, qonşudan faizə pul almışdır. Onu gətirsin. Qonşunun dükanı var. Pulu alıb Vüqara veriblər. O da Rahibə çatdırıb. Sonra iş alınmayıb. Fatma xanım 7000 manat pul verib. Rahib o puldan cəmi 1350 manat qaytarıb. Xeyr, təqsirləndirilən şəxs dediyi qədər pul qaytarmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Cəmilin qardaşı həbsdə idi. Ramil də orada həbsdə olmuşdur. Bənzər maddələrlə yatmışlar. Dediyinə görə qandalla azad olunmuşdur. Qardaşı xəbər göndərib ki, bəs bu Ramil çox böyük adamdır. Əli-qolu uzundur. Yuxarılarda adamı var. Həm də qazidir. Gəlib onlarla görüşüb. Pul onda idi. Yaşadığı ünvanda 10000 manat pulu Rahibə veriblər. Maşın onun vasitəsilə satılmışdı. O, axıra kimi bu işin içində olmuşdur. Gözünün qabağında verilən pul 10000 olsa da, ümumi olaraq Rahibə 28000 manat pul verilib. İş çox uzanıb. Onlara bu işin aldadılma olmasını ehtimalını deyənlər də olub. Onlar da bir az narahat olmuşdurlar. Artıq şəxs dələduzluq maddəsi ilə tutulduqdan sonra, əmin olublar ki, aldadılmışdırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü əvvəldən həkim kimi tanıtmışdır. Tiktok, instaqram və digər sosial şəbəkələrdə özünü həkim pulmonoloq kimi təqdim etmişdir. Teleqramda da həkim qrupu var. Əslində heç həkim deyil, feldşerdi. Özü epilepsiya xəstəliyindən əziyyət çəkir. Yoldaşı vasitəsi ilə 3500 manat pul veriblər. Onlara deyib ki, sənədləri təqdim etsin. Ona pensiya düzəldəcək. Sonra öyrəniblər ki, dediyi adamlar uydurma imiş. Elə həkimlər də yox imiş. Xeyr, zərər ödənilməyib. Zərər bir yana, heç sənədlərini də qaytarmayıb. Bəli, yoldaşı Sevinc xanım şikayətçidir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2022-ci ilin avqust ayında "Facebook" sosial şəbəkəsində "Online hekimler" qrupunda tanış olmuşdur. Sonradan öz "İnstagram" səhifəsində Təqsirləndirilən şəxs "dr_terapevt_ rahibb" adlı istagram səhifəsini gördükdə onun "Grand Hospitaf'da çalışdığını qeyd etdiyini müşahidə etmiş və həkim kimi onunla danışmağa başlamışlar. Söhbət əsnasında o Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid5 epilepsiya xəstəliyindən əziyyət çəkməsi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs tezliklə Respublika Klinik Xəstəxanasına işə düzələcəyini demişdir. O ona həyat yoldaşının təqaüdünün kəsilməsi ilə bağlı məlumat verdikdən sonra Təqsirləndirilən şəxs ona Respublika Klinik Xəstəxanasında İlkin adlı qrup yoldaşının işlədiyini və onun vasitəsilə həyat yoldaşının kəsilmiş təqaüdünün bərpa edilməsinə köməklik edə biləcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs ondan işin qısa və rahat şəkildə həll olunması üçün 3500 manat pul istəmişdir.O da Rahiblə razılaşmışdır.25 avqust 2022-ci il tarixdə o həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə İ.Talıblı küçəsinin kəsişməsində yerləşən "Kafe Park" restoranında Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs ondan 3500 manat pulu və həyat yoldaşının xəstəliyi ilə bağlı sənədləri götürüb tezliklə əlaqə saxlayacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlamadığını gördükdə müntəzəm olaraq ona zəng etməyə başlamışdır. Təqsirləndirilən şəxs onu müxtəlif bəhanələrlə aldatmağa başlamışdır. Sonuncu dəfə danışanda Rahibə ona qarşı dələduzluq etdiyini demiş və bu barədə polisə məlumat verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs polisə məlumat verməməyini xahiş etmiş və tezliklə işi qaydasına salacağını bildirmişdir. 2022-ci ilin sentyabr ayının sonlarında Təqsirləndirilən şəxs ondan Respublika Klinik xəstəxanasında çalışan nevroloq Aytən Xələfovanm yanma getmələrini istəmişdir. X11 yanına gedərək onunla görüşmüşlər və müvafiq sənədləri təqdim etmişlər. Aytən xanım onları rəsmi sənədlə "Diaqnostika" tibb mərkəzinə monitorinqə göndərmişdir. Monitorinqə getdikdən sonra tibbi müayinə prosedurları ilə tanış olduqda Aytən Xələfovaya zəng edərək 3500 manat pul verdiyi təqdirdə nə üçün tibbi müayinədə süründərmiçiliyə məruz qaldıqlarını soruşmuşdur. Aytən Xələfova ona dediyi xüsusatlarla bağlı məlumatsız olduğunu və hər hansı bir məbləğdə pul almadığını demişdir.O bundan sonra Təqsirləndirilən şəxs tərəfindən yenidən aldadıldığını və onun vaxt qazanmağa çalışdığını anlamışdır. Daha sonra Rahibə zəng edərək nə üçün onu aldatdığını soruşduqda Rahib müxtəlif bəhanələr gətirərək narahat olmamağını və məsələni qısa müddət ərzində həll edəcəyini bildirmişdir.Təxminən 02 ay müddətində Təqsirləndirilən şəxs eyni qaydada onu aldatmağa başlamışdır. 27 noyabr 2022-ci il tarixdə o Təqsirləndirilən şəxs pulunu geri tələb etdikdə o, pulu qaytarmayacağını demiş və «istənilən yerə şikayət edə bilərsən» ifadələrini işlətmişdir. O bundan sonra baş vermiş hadisə barədə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə, daha sonra Yasamal rayon Polis idarəsinə müraciət etmişdir. 25 avqust 2022-ci il tarixdə o həyat yoldaşı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə İ.Talıblı küçəsinin kəsişməsində yerləşən "Kafe Park" restoranında Təqsirləndirilən şəxs 3500 manat pulu verərkən yanında həyat yoldaşı Şahid5 olub. Təqsirləndirilən şəxs ondan aldığı 3500 manat müqabilində verdiyi vədlə bağlı hər hansı bir addım atmayıb və ondan aldığı pulu geri qaytarmayıb. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 10 ildir ki, tanıyır. Təxminən 2021ci ilin may ayında Fatma onların evinə gələrək həmin vaxt anası Rayanı müalicə edən həkim Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt o evdə olmamış, lakin sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs Fatmaya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında həkim-terapevt işlədiyini bildirmişdir. Sonradan onda olan məlumata görə söhbət əsnasında Fatma övladı X8 xəstəliyi barədə Rahib həkimə ətraflı məlumat vermiş və oğluna əlillik dərəcəsinin təyin edilməsi üçün dəfələrlə müxtəlif qurumlara müraciət etdiyini, lakin müsbət nəticə əldə edə bilmədiyi üçün kömək edə biləcək şəxs axtardığını bildirmişdir. Həkim Rahib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu və tanışları vasitəsilə Fatmanın oğluna əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərə biləcəyini demişdir. Buna görə də Təqsirləndirilən şəxs əlaqə saxlayacağını Fatmaya bildirmişdir. Bir neçə gün sonra Fatmanı onların aparıb gətirən Vüqar adlı taksi sürücüsü vasitsi ilə anası Rayaya bağlamada pul göndərmişdir. Anası Raya da, pulu Vüqardan aldığı günün səhəri onlara gələn Rahibə bağlamanı olduğu kimi vermişdir. Anasını müalicə edən həkim Təqsirləndirilən şəxs tanışları Zərərçəkmiş şəxs2 oğlu X8 xəstəliyi ilə əlaqədar ona əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar Fatmadan 7000 manat pul alması barədə sonradan məlumatı olmuşdur. Hətta anası Rayaya Rahibə vermək üçün verilən 2500 manat pulun Rahibin kartına vurulması barədə o və anası Raya Fatmaya bir neçə dəfə desələr də, Fatma yenə də, anası Rayanın vasitəsi ilə 2500 manat pulu Rahibə verilməsini istəmişdir. Anası Raya da onların hər ikisini tanıdığı üçün bu işdə onlara insan olaraq köməklik etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 10 ildir ki, tanıyır.Təxminən 2021ci ilin may ayında Fatma onların evinə gəlmişdir. Həmin vaxt onu müalicə edən həkim Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs Fatmaya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında həkim-terapevt işlədiyini bildirmişdir. Söhbət əsnasında Fatma övladı X8 xəstəliyi barədə Rahib həkimə ətraflı məlumat vermiş və oğluna əlillik dərəcəsinin təyin edilməsi üçün dəfələrlə müxtəlif qurumlara müraciət etdiyini, lakin müsbət nəticə əldə edə bilmədiyi üçün kömək edə biləcək şəxs axtardığını bildirmişdir. Həkim Rahib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu və tanışları vasitəsilə Fatmanın oğluna əlillik dərəcəsinin təyin edilməsinə köməklik göstərə biləcəyini demişdir. Buna görə də Təqsirləndirilən şəxs əlaqə saxlayacağını Fatmaya bildirmişdir. Bir neçə gün sonra Fatmanı onlara aparıb gətirən Vüqar adlı taksi sürücüsü vasitsi ilə ona bağlamada pul göndərmişdir. O da pulu Vüqardan aldığı günün səhəri onlara gələn Rahibə bağlamanı olduğu kimi vermişdir. Onu müalicə edən həkim Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs2 oğlu X8 xəstəliyi ilə əlaqədar ona əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar Fatmadan 7000 manat pul alması barədə sonradan məlumatı olmuşdur. Hətta ona Rahibə vermək üçün verilən 2500 manat pulun Rahibin kartına vurulması barədə o və qızı Sənubər Fatmaya bir neçə dəfə desələr də, Fatma yenə də, onun vasitəsi ilə 2500 manat pulu Rahibə verilməsini istəmişdir. O da onların hər ikisini tanıdığı üçün bu işdə onlara insan olaraq köməklik etmişdir. İş materiallarında olan zərər çəkmiş Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs ilə aralarında olan səsli mesajların və telefon danışıqların olduğu elektron informasiya daşıyıcıısı hesab edilən fleşkarta və Şahid5 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs ilə aralarında olan WattsApp yazışmalarının ksero surətlərinə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)–178/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinib, ona 01 il 11 ay 12 gün azadlığın məhdudlaşması cəzası təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(105)–469/2023 saylı qərarı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)–178/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır, elə həmin tarixdə də qanuni qüvvəsini almışdır. İş materiallarında olan Beyləqan Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 34/2023 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)–178/2023 saylı hökmü Beyləqan Rayon İcra və Probasiya şöbəsinin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı çəkməmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli xx.xx.2023-cü il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)–178/2023 saylı hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il tarixli X9 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, iki uşağının olmasını və Vətən müharibəsi iştirkaçısı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)–178/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 3 ay 9 gün həbsdə olmuşdur. Bundan əlavə hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Bundan sonra 15 dekabr 2023-cü il tarixdə Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 14 gün müddətinə, yəni, 01 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Bundan sonra 29 dekabr 2023-cü il tarixdə Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 2 ay 16 gün müddətinə, yəni, 16 mart 2024-cü il tarixədək uzadılmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 4 ay 27 gün həbsdə olmuşdur. Beləliklə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 18 oktyabr 2023-cü il tarixdən 16 mart 2024-cü il tarixədək 4 ay 27 gün, əvvəlki cinayət işi üzrə 3 ay 9 gün, ümumilikdə isə 8 ay 6 gün həbsdə olmuşdur. Bundan sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış səsli mesajların və telefon danışıqlarının olduğu 1 ədəd “flash” kart və “WhatsApp” yazışmalarının kserosürətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)– 178/2023 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (1 il 3 ay azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 3 ay 9 gün (ilkin hökm üzrə) və 18 oktyabr 2023-cü il tarixdən 16 mart 2024-cü il tarixədək 4 ay 27 gün (hazırki cinayət işi üzrə), ümumilikdə 8 ay 6 gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 il 6 ay 24 gün (iki il altı ay iyirmi dörd gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış səsli mesajların və telefon danışıqlarının olduğu 1 ədəd “flash” kart və “Whats app” yazışmalarının kserosürətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-23/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-23/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver