Məhkəmə qərarları › İş №1(004)-230/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-230/2020

05.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-230/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X4 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının, təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Beyləqan rayonu, Örənqala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Beyləqan rayonu, Örənqala qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin (bundan sonra CM) 180.2.1 və 180.2.4-cü maddələri ilə, xx xxxxxxx 1982-ci ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağcabədi şəhəri, Vaqif küçəsi, ev 07-də qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə saat 20:50-də ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs qarşısını kəsib bir neçə dəfə sinəsindən yumruqla vuraraq sağ said nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs məxsus bir ədəd dəyəri 5 (beş) manat təşkil edən içərisində 540 (beş yüz qırx) manat nağd pul vəsaiti olan qadın çantasını sonuncunun çiynindən dartıb qaçaraq Zərərçəkmiş şəxs cəmi 545 (beş yüz qırx beş) manat dəyərində əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə görə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını açıq talama yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2020-ci il tarixdə saat 20:50-də ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs qarşısını kəsmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 bir neçə dəfə Zərərçəkmiş şəxs sinəsindən yumruqla vuraraq sağ said nahiyəsinin qançırı kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirib həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs məxsus bir ədəd dəyəri 5 (beş) manat təşkil edən içərisində 540 (beş yüz qırx) manat nağd pul vəsaiti olan qadın çantasını sonuncunun çiynindən dartıb qaçaraq Zərərçəkmiş şəxs cəmi 545 (beş yüz qırx beş) manat dəyərində əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsinə görə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır və onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə birlikdə fəhlə işlədiyi Təqsirləndirilən şəxs2 ilə Sulutəpə qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə spirtli içki qəbul etdikdən sonra nömrəsini xatırlamadığı avtobusa birlikdə əyləşərək metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtobusdan düşmüşlər. Avtobusda olarkən Təqsirləndirilən şəxs2 ona cibgirlik etdiyini bildirmiş, o isə Təqsirləndirilən şəxs2 onun yanında belə bir iş görməməsini xahiş etmişdir. Ramil isə ona cavab olaraq necə cibgirlik etdiyini göstərəcəyini bildirmişdir. Avtobusdan düşdükdən sonra onlar “Beynəlxalq Bank”a məxsus bankomatdan bir nəfər orta yaşlı qadının bankomata kartını daxil edib pul çıxararaq əlində olan qara rəngli çantasının içərisinə qoymasını gormüşlər, həmin vaxt Təqsirləndirilən şəxs2 ona qadının pulunu əlindən almalarını təklif etmişdir. O, əvvəlcə Təqsirləndirilən şəxs2la razılaşmamış, daha sonra isə pula ehtiyacı olduğundan onun bu təklifi ilə razılaşdığından onlar birlikdə qadının arxasınca getmişlər. Bu işi görməyə onu Ramil vadar etmişdir. Həmin qadın piyada “xxxxxx” ASC-nin binasının qarşısına gələrək 18 nömrəli marşrut avtobusuna minmiş və o da Ramil ilə birlikdə həmin qadının arxasınca avtobusa minmişlər. Həmin qadın İnşaatçılar metrosunun qarşısında avtobusdan düşərək yeraltı keçidə girib nəsə aldıqdan sonra geri qayıtmış, piyada “Gentleman” mağazasının yanındakı böyük keçiddən məhəlləyə daxil olmuş və binanın qarşısında qaranlıq bir yerdə dayanmışdır. Həmin vaxt o, qadının qarşısına keçərək əlinin iç hissəsi ilə sinəsindən bir dəfə itələdikdən sonra Ramil qadının əlindən çantasını alaraq qaçmış və o, da Ramilin arxası ilə qaçmışdır. Qadın onların arxasınca qışqıraraq gəlsə də onlara çata bilməmişdir. Birlikdə qaçdıqdan sona Ramil əlindəki çantanı qarşıdakı avtomobilin alt hissəsinə atmış, o, isə öz yaşadığı evə getmişdir. Evdə olarkən Təqsirləndirilən şəxs2 onun mobil nömrəsinə zəng edərək birlikdə gedib çantanı götürməyi təklif etmiş və o, da Ramilin bu təklifi ilə razılaşaraq çantanın olduğu yerə getmişlər. Həmin vaxt onlar çantanın olduğu yerə gəldikdə o, çantanın avtomobilin altında deyil, avtomobilin qarşı ön tərəfində olduğunu görmüş və Ramil çantadan 350 manat pulu çıxarıb aralarında bərabər hissəyə bölmüşdür. Sonra isə çantanı pilləkəndan düşdükdən sonra ətrafı hasara alınmış boş torpaq sahəsinə atmış və birlikdə oradan uzaqlaşmışlar. O, ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş, qadının əlindən çantanı o deyil, Təqsirləndirilən şəxs2 götürüb qaçmışdır. Belə ki, o, qadını əlinin içi ilə Ramilə doğru itələmiş, Ramil isə onun çiynindən çantanı götürüb qaçmışdır. Həmçinin bildirmişdir ki, zərər çəkmiş şəxsə məxsus çantanın içərisində 540 manat deyil, 350 manat pul olmuşdur. O, Ramillə birlikdə çantanın içərisinə baxanda orada olan pul qabında bir ədəd 5 (beş) manatlıq, 3 ədəd isə 1 (bir) manatlıq pul əskinasları, çantanın ayrıca iç cibində isə 350 (üç yüz əlli) manat pul olmuşdur. Sonradan anlamışdır ki, Ramil ondan əvvəl tək çantanın olduğu yerə getmiş və pul qabından 180 (bir yüz səksən) manat pulu götürmüş, bu barədə isə ona məlumat verməmişdir. Ona görə də onlar birlikdə çantanı götürməyə getdikdə, çanta avtomobilin altında ortada deyil, qabaq hissəsində olmuşdur. Onlar birlikdə yalnız 360 manat pulu bölmüşlər. Baxmayaraq ki, Ramil ona çantanı talamamışdan öncə içərisindən xeyli sayda 100 (bir yüz) manatlıq pul əskinaslarının çıxacağını demişdir. Hazırda o, Ramilin təklifi ilə razılaşdığı üçün törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir. Təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs1 valideynləri ağır xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün zərər çəkmiş şəxsə vurulmuş ziyanı ödəyə bilmədiyini, qeyd edilən cinayət əməlini Ramilin təkidi ilə törətdiyini bildirərək və göstərilən xüsusatlar nəzərə alınmaqla barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. Bundan başqa təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona qarşı məhkəmə baxışı zamanı verilmiş mülki iddianı qismən etiraf edərək, verilmiş 2510 (iki min beş yüz on) manat həcmində iddia tələbinin yalnız cinayət əməli nəticəsində əldə edilmiş 360 (üç yüz altmış) manat pul vəsaitinin onun payına düşən hissəsini qəbul edərək mülki iddianın qismən təmin edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxx 2020-ci il tarixdə birlikdə fəhlə işlədiyi Təqsirləndirilən şəxs1 ilə Sulutəpə qəsəbəsində yerləşən adını xatırlamadığı kafedə spirtli içki qəbul etdikdən sonra nömrəsini xatırlamadığı avtobusa birlikdə əyləşərək metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtobusdan düşmüşlər. Həmin vaxt o, içkili olmasına baxmayaraq bir çox xüsusatları dəqiq xatırlayır. Belə ki, Bəxtiyar dayanacaqdan bir az qabağa gedib dayanmış və qarşıdakı “Beynəlxalq Bank”ın bankomatının qabağında olan qadına yaxınlaşmışdır. Həmin qadın “Beynəlxalq Bank”ın bankomatına yaxınlaşıb kartını daxil edib pul çıxararaq əlində olan qara rəngli çantasının içərisinə qoymuş, piyada “xxxxxx”nun qarşısına gələrək 18 nömrəli marşurut avtobusuna minmiş və o da Bəxtiyarla birlikdə qadının arxasınca avtobusa minmişlər. Bəxtiyarla birlikdə getməkdə məqsədi ondan ibarət olmuşdur ki, Bəxtiyar ona lazım olan fəhlə geyimini vermək üçün Yasamal rayon ərazisində yerləşən yaşadığı evə dəvət etmişdir. Həmin qadın İnşaatçılar metrosunun qarşısında avtobusdan enib yeraltı keçidə düşərək nəsə aldıqdan sonra geri qayıtmış, piyada “Gentleman” mağazasının yanındakı böyük keçiddən məhəlləyə daxil olmuşdur. Bu müddət ərzində Bəxtiyar qabaqda sürətlə hərəkət etmiş, o, isə onun arxasınca gəlmiş, lakin Bəxtiyarın qadının arxasınca getməkdə niyyəti barədə məlumatı olmamışdır. Qadın binanın qarşısında qaranlıq bir yerdə dayandığı zaman Bəxtiyar onun qarşısına keçmiş, bu vaxt qadın möhkəm qışqırmış, Bəxtiyar isə oradan qaçmağa başlamışdır. O da qadının qışqırmasından, özünün isə Bəxtiyarla birlikdə olmasından ehtiyat edib Bəxtiyarın arxası ilə qaçmışdır. Lakin o, Bəxtiyarın qadını necə vurmasını görməmişdir. Birlikdə qaçdıqdan sonra yaxınlıqdakı binaların arasında müxtəlif istiqamətlərə ayrılmışlar. Bir müddət sonra o, Bəxtiyarla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb “Gentleman” mağazasının yaxınlığında görüşmüşlər. Qayıdanda Bəxtiyar başqa geyimdə gəlmiş və ona birlikdə gedib çantanı götürməyi təklif etmişdir. O, binanın qarşısındakı skamyada əyləşmiş, Bəxtiyar isə çantanı götürüb qayıtdıqdan sonra birlikdə sonuncunun yaşadığı binanın yaxınlığındakı pilləkənının üstündə oturmuşlar və ətrafda heç kimin olmadığını görüb çantanın içindən aşkar etdikləri 360 (üç yüz altmış) manat pulu aralarında bölmüşlər. Çantanı isə pilləkənın yanındakı ətrafı hasara alınmış boş torpaq sahəsinə atıb birlikdə oradan uzaqlaşmışlar. O, əlavə olaraq bildirmişdir ki, hadisə zamanı Bəxtiyar qadına yaxınlaşanda arada kolluq ağaclar olduğundan, eyni zamanda aralarında 2 metr məsafə olduğundan onun qadını necə vurmasını və çantanı götürməsini görməmişdir. Bəxtiyarın qaçdığını görüb o, da Bəxtiyarla birlikdə qaçmışdır. Lakin o, Zərərçəkmiş şəxs qarşı hər hansı bir zorakılıq etməmiş, əlindən çantasını almamışdır. Özünü yalnız 360 manat pulu Bəxtiyarla bölüşdürüb, həmin puldan 150 manat pul götürdüyü üçün təqsirli bilir. Həmin pulu ehtiyacı olduğundan götürmüşdür. Hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirir. Törətdiyi əmələ görə zərərçəkmiş şəxsdən üzr istəmiş və onunla barışmışdır. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində üç azyaşlı övladının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zərər çəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 ona qarşı məhkəmə baxışı zamanı verilmiş mülki iddianı qismən etiraf edərək verilmiş 2510 (iki min beş yüz on) manat həcmində iddia tələbinin yalnız cinayət yolu ilə əldə edilmiş vəsaitdən onun payına düşən 150 (bir yüz əlli) manat hissəsini qəbul edərək mülki iddianın qismən təmin edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxx 2020-ci il tarixdə saat 20 radələrində qohumunun yaşadığı evə qonaq getmək məqsədilə Abşeron rayonu Masazır qəsəbəsində işdən çıxıb 199 saylı marşurut avtobusu ilə Şamaxinka adlanan əraziyə gəlmiş və orada 14 saylı avtobusa minib 1 dayanacaq yol getdikdən sonra Azərbaycan Elmi-Tədqiqat və X5 yaxınlığında avtobusdan enərək həmin binanın qarşısında quraşdırılmış “Beynəlxalq Bank”a məxsus bankomata övladının pensiya kartını daxil edərək 350 manat, yəni 7 ədəd 50 manatlıq əskinası çıxarmışdır. Həmin vaxt onun sağ tərəfində 1 nəfər ağ köynəkli kişi dayanmışdır. Belə ki, o, hər zaman bankomatdan pul çıxararkən ehtiyat tədbiri olaraq ətrafına nəzər yetirir. Ona görə də əminliklə bildirir ki, bankomatın yanında ondan sağ arxa tərəfdə dayanan şəxs hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 olmuşdur. Sonra o, Bəxtiyara əhəmiyyət verməyərək piyada “xxxxxx”nun qarşısına gəlmiş və 18 nömrəli avtobusa minmişdir. Avtobusla İnşaatçılar metrosunun yaxınlığına gələrək orada olan yeraltı keçidə düşmüş və geri qayıdaraq piyada «Gentleman» mağazası istiqamətində hərəkət edərək binanın altında olan keçiddən keçib qohumu Ülkərin yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi 69 saylı ünvanın qarşısına gəlmiş və Ülkərdən qapını açmağı xahiş etmək məqsədi ilə binanın qarşısında dayanaraq ona zəng edib blokun giriş qapısının açarını pəncərədən atmağı xahiş etmişdir. Zəngi bitirdikdən sonra eyvanın altında dayanmaq üçün kolluq ağacların qarşısına keçmişdir. Həmin kolluq ağaclar bina ilə asfalt yolu arasında yerləşir. Həmin vaxt hava nisbətən qaralmışdır. Qəflətən arxaya çöndükdə bankomatın yanında gördüyü ağ köynəkli kişinin, yəni Təqsirləndirilən şəxs1 onun üzünə baxa-baxa kolluqların arxasından blok tərəfə dönüb ona tərəf gəldiyini görmüşdür. O, həmin vaxt Bəxtiyarın baxışlarından qorxuya düşmüş, belə ki, ətrafda heç kim olmamışdır. Bəxtiyar ona çatan kimi sinəsinə möhkəm zərbə ilə yumruqla ardıcıl olaraq 4-5 zərbə vurmuşdur. Bundan sonra o, zərbələrin təsirindən yerə çökmüş, Bəxtiyar isə onun çiynində olan çantanı tutub götürmək üçün dartmış, ilk cəhddə müqavimət göstərərək çantanı geri çəkmiş, lakin ikinci cəhddə çantasının tutacaq hissəsi qırılmış, Bəxtiyar isə çantanı götürüb qaçmışdır. O, özündə güc toplayıb yerdən qalxıb qışqırmış və Bəxtiyarın arxası ilə qaçmışdır. Həmin zaman çantasını alıb qaçan Bəxtiyara bir nəfər başqa kişi cinsli şəxs də qoşulmuş və birlikdə qaçmışlar. O, onların arxası ilə qaçsa da çata bilməmiş və qışqıraraq insanları köməyə çağırmışdır. Kənardan tanımadığı oğlan ona kömək etməyə cəhd etsə də Bəxtiyar və onun yanındakı, adını sonradan bildiyi Ramil binaların arasında gözdən itmişlər. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, baş vermiş hadisənin təsirindən möhkəm stress keçirmiş, ertəsi gün həkim müayinəsindən keçmiş və müayinə nəticəsində müəyyən edilmişdir ki, sinə nahiyəsində yumşaq toxumalar möhkəm əzilmişdir. Gözlə görünən heç bir xəsarəti olmasa da sinəsindəki ağrılara görə o, 15 gün müddətində oturub-qalxmaqda çətinlik çəkmiş və kənar şəxslərin köməkliyindən istifadə etmişdir. Hadisə nəticəsində qolundan xəsarət almış, belə ki, sağ əlində çanta olduğundan, Bəxtiyar çantanı əlindən dartıb götürdüyü zaman xəsarət almışdır. Hadisədən sonra sinəsində şiş aşkar edilmiş, həmin xəstəliklə bağlı, o cümlədən keçirdiyi streslə bağlı həkim göstərişi ilə müalicə alır, hadisə ilə əlaqəli olaraq ətraf mühitdə tanımadığı şəxslərdən qorxu hissi ilə çəkinir. Bundan başqa baş vermiş hadisə nəticəsində ona məxsus oğurlanmış 20 manat dəyərində olan çantasının içərisində özünə və oğlu İbrahimə aid şəxsiyyət vəsiqələri, öz adına olan içərisində pul vəsaiti olmayan «Beynəlxalq Bank»ın pensiya kartı, 540 manat nəğd pul və heç bir dəyəri olmayan 01 ədəd ev açarı olmuşdur. Zərərçəkmiş şəxs göstərilənlərlə yanaşı ona qarşı törədilmiş cinayət əməli nəticəsində əl çantasının dəyəri olan 20 manatın, çantanın içərisində olan 540 manat nəğd pul vəsaitinin, 1500 manat dəymiş mənəvi ziyanın, sağlamlığına vurulmuş zərərə görə 450 manat pulun, ümumilikdə 2510 manat pulun, həmçinin iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. O, eyni zamanda üç övladı olan Təqsirləndirilən şəxs2 ilə barışdığından bu xüsusatın ona cəza təyin edilməsi zamanı nəzərə alınmasını, buna baxmayaraq sonuncuya qarşı verilmiş mülki iddiadan imtina etmədiyini və iddia tələbinin təmin edilməsini, ona bilavasitə xəsarət yetirmiş Təqsirləndirilən şəxs1 münasibətdə isə ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş ümumilikdə 2510 manat məbləğində maddi və mənəvi zərərin, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları özlərinin qismən etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, o cümlədənməhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclası zaman Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə saat 20:50 radələrində Yasamal rayonu A.M.Şərifzadə küçəsi 69 ünvanının qarşısında onun tərəfindən deyil, digər Təqsirləndirilən şəxs2 tərəfindən insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə Zərərçəkmiş şəxs əmlakını açıq talamasına dair, eyni zamanda Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlinin törədilməsindən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılığa gəlməməsinə dair göstərdiyi məlumatları məhkəmə özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirir və hesab edir ki, iş üzrə toplanmış sübutların məcmusu ilə onların qeyd olunan cinayət əməllərini birgə icraçı kimi törətmələri tam sübuta yetirilir. Bundan başqa iş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan RespublikasıSəhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X11-Təcrübi və X9 rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 418 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş sağ said nahiyyəsinin qançırı xəsarəti küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxx 2020ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Rəylə həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə “Medical House” tibb mərkəzində qoyulan “Mastopatiya (mikro kistalar)” xəstəlik olmaqla qeyd olunan xəsarətlə əlaqəsi yoxdur. Məhkəmə-tibbi müayinə zamanı süd vəzilər nahiyəsində xəsarət aşkar olunmadığından tibbi sənəddə qeyd olunan “Yumşaq toxumanın zədələnməsi” xəsarət kimi qiymətləndirilmir. (iş vər.: 139-141) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2250 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd üzərində “MZDAİ” yazıları olan qara rəngli, kiçik ölçülü, zəncirbəndlə açılıb-bağlanan, süni dəri materiallı, 1 tutacaqlı qadın üçün nəzərdə tutulmuş çantanın istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 5 manat müəyyən edilir. (iş vər.: 142-144) İş materiallarında olan xx xxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, baxışda iştirak edən Zərərçəkmiş şəxs xx xxx 2020-ci il tarixdə ona qarşı soyğunçuluq cinayətinin törədildiyi yeri əyani olaraq göstərmiş, baxış zamanı hadisə yerinin Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 69 ünvanının qarşısı olması müəyyən edilmişdir. (iş vər.: 7-9) Cinayət işinin materiallarında olan maddi sübutun götürülməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 41 saylı evin arxa tərəfində olan torpaq sahəsindən Zərərçəkmiş şəxs məxsus içərisində Zərərçəkmiş şəxs və İ.Babayevin şəxsiyyət vəsiqələri və 01 ədəd mənzil açarı olan qadın çantası aşkar edilərək götürülmüşdür. (iş vər.: 23) Cinayət işinin materiallarında olan şəxsin tanınması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 digər 3 nəfər şəxslə birlikdə tanınma üçün Zərərçəkmiş şəxs təqdim olunmuş, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim olunmuş 4 nəfər arasında 3-cü sırada dayanmış Təqsirləndirilən şəxs1 tanıyaraq xx xxx 2020-ci il tarixdə baş vermiş soyğunçuluq hadisəsi zamanı onu sinəsindən vurub çantasını ələ keçirən şəxs olduğunu bildirmişdir. (iş vər.: 84-86) Cinayət işinin materiallarında olan şəxsin tanınması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 digər 3 nəfər şəxslə birlikdə tanınma üçün Zərərçəkmiş şəxs təqdim olunmuş, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim olunmuş 4 nəfər arasında 2-ci sırada dayanmış Təqsirləndirilən şəxs2 tanıyaraq xx xxx 2020-ci il tarixdə baş vermiş cinayət hadisəsi zamanı digər təqsirləndirilən şəxs B.Haciyevlə birlikdə ona qarşı soyğunçuluq edən şəxs olduğunu bildirmişdir. (iş vər.: 87- 89) Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında ziddiyyətlər olduğuna görə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə onun sinəsindən yumruqla vurub əlində olan çantasını ələ keçirərək Təqsirləndirilən şəxs2la birlikdə oradan qaçıb uzaqlaşmaqla onun əmlakını açıq talamaqla ona qarşı soyğunçuluq etmələrini onun üzünə qarşı deməklə həmin xüsusatı bir daha təsdiq etmişdir. (iş vər.: 90-92) Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2la birlikdə olarkən Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Elmi-Tədqiqat və X2rşısında bir nəfər qadının “Beynəlxalq Bank”a məxsus bankomatdan pul çıxarmasını gördüklərini, həmin qadın pulu çıxardıqdan sonra Təqsirləndirilən şəxs2la birlikdə onun arxası ilə hərəkət edib Yasamal rayonu, Şərifzadə küçəsi 69 ünvanına gəldiklərini, orada zərərçəkmiş şəxsin sinəsindən yumruqla vurduqdan sonra əlində olan çantasını Təqsirləndirilən şəxs2 ələ keçirməsini, bundan sonra oradan qaçıb uzaqlaşaraq Yasamal rayonu, Şərifzadə küçəsi 41 ünvanına gəldiklərini, həmin ünvanda zərərçəkmişin çantasında olan pulu Təqsirləndirilən şəxs2la aralarında böldüklərini, daha sonra isə çantanı həmin yerin qarşısında olan boş torpaq sahəyə atdıqlarını bildirməklə ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha əyani olaraq hadisə yerində təsdiqləmişdir. (iş vər.: 76-79) Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1lə birlikdə olarkən Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Elmi-Tədqiqat və X2rşısında bir nəfər qadının “Beynəlxalq Bank”a məxsus bankomatdan pul çıxarmasını gördüklərini, həmin qadın pulu çıxardıqdan sonra Təqsirləndirilən şəxs1lə birlikdə onun arxası ilə hərəkət edib Yasamal rayonu, Şərifzadə küçəsi 69 ünvanına gəldiklərini, orada Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə məxsus çantanı ələ keçirməsini, bundan sonra oradan qaçıb uzaqlaşaraq Yasamal rayonu, Şərifzadə küçəsi 41 ünvanına gəldiklərini, həmin ünvanda zərərçəkmişin çantasında olan pulu Təqsirləndirilən şəxs1lə aralarında böldüklərini, daha sonra isə çantanı həmin yerin qarşısında olan boş torpaq sahəyə atdıqlarını bildirməklə istintaqa verdiyi ifadəsini bir daha əyani olaraq hadisə yerində təsdiqləmişdir. (iş vər.: 80- 83) Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri, qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq cinayət əməllərini törətmələri məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir.İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsinə görə soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, 180.2.4-cü maddəsinə görə insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 64-cü maddəsinə görə iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılmış, xx xxxx 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.: 42-43) xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş vər.: 93-94) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(004)-366/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxx 2020-cii il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (iş vər.: 134-135) xx xxxxxx 2020-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsindən həmin Məcəllənin 180.2.1 və180.2.4-cü maddələrinə tövsif edilmişdir. (iş vər.: 155-159) xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (iş vər.: 179-180) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(004)- 230/2020 nömrəli hazırlıq iclası qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxsdir. (iş vər.136) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasəntəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs1 əməlini etiraf etməklə səmimi peşmançılığını, əvvəllər məhkumluğunun olmamasını onuncəzasınıyüngülləşdirənhallar kiminəzərəalır. MəhkəmətəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini müzakirə edərək,Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və ağırlaşdıranhallarınolmamasınınəzərə alaraq hesab edir ki, ona təyinolunan cəzaədalətli olmaqlayanaşı, törətdiyi cinayətin xarakterinə, ictimaitəhlükəlilikdərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinətam uyğunolmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdanməhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və onahəminmaddənin sanksiyasındanəzərdətutulanazadlıqdan məhrum etmə növündəcəzatəyinolunmalıdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs1 ona hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (iş vər.: 64-65) xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş vər.: 103-104) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(004)-367/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxx 2020-cii il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (iş vər.: 132-133) xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (iş vər.: 167-168) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(004)- 230/2020 nömrəli hazırlıq iclası qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Ağcabədi rayon VVAQ şöbəsindən xx xxxx 2007-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ilə Ruhiyyə Nuriyeva arasında xx xxxx 2007-ci ildə nikah bağlanılmışdır. İş materiallarında olan AZE seriyalı 11644828 nömrəli, AZE seriyalı 11644830 nömrəli və AZE seriyalı 11575971 nömrəli səxsiyyət vəsiqələrindən müəyyən edilir ki, xx xxxxxx 2007-ci il təvəllüdlü Kamilə İsmayılzadənin, xx xxxxxx 2009-cu il təvəllüdlü Zeynəb İsmayılzadənin və xx xxxxx 2010-cu il təvəllüdlü Eldar İsmayılzadənin valideynləri Təqsirləndirilən şəxs2 və Ruhiyyə İsmayılovadır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasəntəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs2 əməlini etiraf etməklə səmimi peşmançılığını, üzərində məhkumluğunun olmamasını və evli olmaqla himayəsində üç azyaşlı uşağının olmasını onuncəzasınıyüngülləşdirənhallar kiminəzərəalır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 1(017)- 6/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 01 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx xxxxxx 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi, hazırki cinayət əməlini törədərkən onun əvvəlki məhkumluğu ödənilmişdir. Hazırda isə üzərində məhkumluğu yoxdur. (iş vər.: 137-138; 149-154) Belə ki, CM-nin 83.1-ci maddəsinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. MəhkəmətəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cəza məsələsini müzakirə edərək,Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və ağırlaşdıranhallarınolmamasınınəzərə alaraq hesab edir ki, ona təyinolunan cəzaədalətli olmaqlayanaşı, törətdiyi cinayətin xarakterinə, ictimaitəhlükəlilikdərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinətam uyğunolmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdanməhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməli və onahəminmaddələrin sanksiyasındanəzərdətutulanazadlıqdan məhrumetmə növündəcəzatəyinolunmalıdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 ona hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçininhazırkicinayətişiüzrəzərərçəkmiş şəxs və mülkiiddiaçıZərərçəkmiş şəxs tərəfindən təqsirləndirilənşəxs və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2qarşıverilmişmülkiiddiatələbi iləbağlıaşağıdakılarıqeydedir: Azərbaycan Respublikası CPM-nin181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1və179.2-cimaddələrinintələblərinəəsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək, məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri bilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cinayət əməlinin törədilməsi nəticəsində zərərçəkmiş şəxs yüksək dərəcəli mənəvi sarsıntı və iztirab keçirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan cinayət əməli nəticəsində zərərçəkmiş və mülki iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Məhkəmə həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə X12 Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və X12 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X12 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə sonda qeyd edir ki,mənəvi ziyana görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 1000 manat pulun tutulması ağlabatan hesab edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünalıq ekspertiza rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus çantanın dəyəri 5 (beş) manat təşkil etmişdir. Ona görə də, mülki iddia ərizəsi çanta ilə bağlı hissədə yalnız rəydə göstərilən məbləğdə təmin edilməlidir. Bundan başqa toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, törədilmiş cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs məxsus çantada olan 540 manat pul vəsaiti təqsirləndirilən şəxslər tərəfindən ələ keçirilmişdir. Odur ki, qeyd olunan hissədə mülki iddia tələbi təmin edilməlidir. Mülki iddia tələbinin sağlamlığa vurulmuş zərərin, yəni müalicə xərci olaraq 450 manat pulun ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, buna dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən həmin hissədə təmin edilməməlidir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in180.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindikləri üçün onların bu əməlləri törətməsi ilə əlaqədar Zərərçəkmiş şəxs tərəfindən vurulmuş ziyan qismən təmin edilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyana görə 545 (beş yüz qırx beş) manat, mənəvi ziyana görə 1000 (bir min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, ümumilikdə 1575 (bir min beş yüz yetmiş beş) manat pul təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaqAzərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabınaödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus çantanın, Zərərçəkmiş şəxs və X1 məxsus şəxsiyyət vəsiqələrinin, 01 ədəd mənzil açarının qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründədövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızınavə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi2 qızına məhkəmədə iştirak etdiyi 40(qırx) saata görə 240 (iki yüz qırx) manat,Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X7 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40(qırx) saata görə 240 (iki yüz qırx) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 hökmlə ona təyin olunmuş cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 hökmlə ona təyin olunmuş cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus çantanın, Zərərçəkmiş şəxs və İ.Babayevə məxsus şəxsiyyət vəsiqələrinin, 01 ədəd mənzil açarının qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi2 qızına məhkəmədə iştirak etdiyi 40(qırx) saata görə 240 (iki yüz qırx) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X7 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 40(qırx) saata görə 240 (iki yüz qırx) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyana görə 545 (beş yüz qırx beş) manat, mənəvi ziyana görə 1000 (bir min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, ümumilikdə 1575 (bir min beş yüz yetmiş beş) manat pul təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar