Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-230/2021 25.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nəsimi rayonu, «Papanin» deyilən ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 1,701 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bükümü 40 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 17 mart 2021-ci il tarixdə saat 12:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ev 40 ünvanın yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nın inzibatı binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,701 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, subaydır, əvvəllər məhkum olunmuşdur, sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin 11 sentyabr 2018-ci il tarixli hökmü ilə 01 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və 31 avqust 2020-ci il tarixdə cəzasını çəkib qurtarmış, təxminən beş ildir narkotik vasitə olan heroindən daxili orqanına inyeksiya yolu ilə vurmaqla istifadə edir. Bundan başqa o, göstərmişdir ki, 15 mart 2021-ci il axşam saatlarında «Papanin» deyilən əraziyə gedərək orada üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün bir büküm narkotik vasitə olan heroini 40 manat verib əldə etmiş və həmin heroini əynində olan qara rəngli uzunqol gödəkcəsinin sol yan cibinə qoyub saxlayaraq özü ilə gəzdirib istifadə etməsi üçün bədənində ağrılar olmasını gözləmişdir. Eləcə də o, göstərmişdir ki, 17 mart 2021-ci il tarixdə saat 12 radələrində yaşadığı ünvan 3 ünvanın yaxınlığı ilə piyada hərəkət edən zaman tanımadığı iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmiş, sonra onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib xidməti vəsiqələrini göstrdikdən sonra barəsində olan əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, sonra isə onu Yasamal RPİ-nin 28-ci PB-nə dəvət etmiş, etiraz etməyərək polis əməkdaşları ilə bölməyə getmiş, orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, sonra ona hüquq və vəzifələri izah edilərək bu barədə ona bildiriş təqdim edilmiş, bundan sonra üzərinə şəxsi baxış keçirilməyə başlanılmış, şəxsi baxış keçirilən zaman ona üzərində olan qanunsuz əşyaların və narkotik vasitənin olub-olmaması soruşulmuş və çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuş, bundan sonra şəxsi istifadəsi üçün əldə etdiyi və əynində olan qara rəngli uzunqol gödəkcəsinin sol yan cibinə qoyub saxladığı və özü ilə gəzdirdiyi bir büküm narkotik vasitə olan heroini çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmiş,sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən içərisində siqaret dənəsi olan siqaret qutusu, qara rəngli idman şalvarının sol yan cibindən isə 2 manat pul aşkar olunaraq götürülmüş, bundan başqa şəxsi axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar olunmamış, daha sonra təqdim etdiyi heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi iki qram olmuş, sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və AR DİN-nin 7 saylı möhürü ilə möhürlənərək üzəri imzalanmış, lakin içərisində siqaret dənəsi olan siqaret qutusu və iki manat pul özünə qaytarılmışdır. Daha sonra o, göstərmişdir ki, müdafiəçinin iştirakı ilə şifahi sorğu zamanı üzərindən aşkar olunaraq götürülmş bir büküm narkotik vasitə olan heroinin özünə məxsus olmasını və tutulmamışdan iki gün əvvəl, yəni 15 mart 2021-ci il tarixdə axşam saatlarında «Papanin» deyilən yerə gedərək orada üzdən tanıdığı, lakin adını, soyadını və ünvanını dəqiq bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini, təxminən 5 ildir narkotik vasitə olan heroindən istifadə etməsini, əvvəllər 3 dəfə Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmasını, digər yerlərdə narkotik vasitə saxlamadığını, narkotik vasitə olan heroini yalnız istifadə etdiyini və heç vaxt satışı ilə məşqul olmadığını, yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən ona hər hansı bir formada təzyiq göstərilmədiyini bildirmişdir. Əməlindən səmimi peşman olmasını, əvvəllər psixi xəstəlikdən əziyyət çəkdiyini, buna görə də narkotik tərkibli dərmanlardan istifadə etdiyini, bu üzdən sonralar arada narkotik vasitələr istifadə etdiyini, lakin psixi vəziyyətinin normal olduğu vaxtlarda bu əməlləri etmədiyini, anasının xərçəng xəstəsi olduğunu, atasının vəfat etdiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, polis baş leytenantıdır. Bundan başqa o, göstərmişdir ki, xidmət etdiyi idarəyə xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri öz şəxsi istifadəsi üçün əldə edərək Bakı şəhəri Yasamal rayonu ərazisində dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında İdarə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçrilməsi barədə idarə rəisinin əmri əsasında özünün rəhbərliyi ilə BNMİ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış, 17 mart 2021-ci il tarixdə saat 12.00-da tərəflərindən keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayonu V.Əliyev küçəsi ev 40-da qeydiyyatda yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığı ilə piyada gedərkən saxlanılmış, həmin vaxt özlərini Təqsirləndirilən şəxs təqdim edərək AR DİN-nin BNMB-nin əməkdaşları olduqlarını bildirmiş, sonra ona qanunsuz olaraq narkotik vasitələrin əldə olunması, saxlanması və satışında şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirmiş, PB-nin inzibati binasında İdarənin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı Nizami Omarov tərəfindən Təqsirləndirilən şəxs dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər “Mərkəz” vəkil bürosunun vəkili X4 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, sonra onların və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatçı tərəfindən «şəxsi axtarış və götürmə aparılması haqqında» qərar qəbul edilmiş və Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasında xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Eləcə də o, göstərmişdir ki, baxış keçirilən zaman şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları və ya narkotik vasitəni könüllü olaraq çıxarıb təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol gödəkçəsinin sol yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli uzunqol gödəkçəsinin sağ yan cibindən içərisində siqaret dənəsi olan siqaret qutusu, qara rəngli idman şalvarının sol yan cibindən 2 manat pul aşkar olunaraq götürülmış, daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və 2 qram olması müəyyən edilmiş, sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi tərəfindən imzalanmış, içərisində siqaret dənəsi olan siqaret qutusu və 2 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Daha sonra o, göstərmişdir ki, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin özünə məxsus olmasını, həmin heroin kütləsini tutulmamışdan 2 gün əvvəl Nəsimi rayonu, Papanin adlanan yaşayış massivi yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini, özünün təxminən 5 ildir ki, narkotik vasitə aludəçisi olduğunu, narkotik vasitə olan heroindən istifadə etdiyini, əvvəllər 3 dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunduğunu, digər yerlərdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, şəxsi axtarış və götürmə Yasamal RPİ-nin 28-ci PB-nin xidməti iş otaqlarından birində gündüz vaxtı, süni işıqlandırma şəraitində keçirilmiş, şəxsi axtarış və götürmə zamanı «Samsung Galaxy» markalı mobil telefondan istifadə etməklə BNMİ-nin əməliyyat müvəkkili, polis kapitan, Şahid2 tərəfindən video çəkilişi aparılmış, şəxsi axtarış və götürmə aparılarkən çəkilişi yazan 01 ədəd DVD disk protokola əlavə olunmuş, sonra protokol tərtib edilərək ucadan oxunmuş və iştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığından imzalarla təsdiq edilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda heç bir məlumat olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 17.03.2021-ci il tarixli, 6/1083 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...təqdim etdiyi...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,701 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış çəkisi - 1,651 qram təşkil edir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 17.05.2021-ci il tarixli 1468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunmuşdur, lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Yasamal Rayon Məhkəməsinin 11.09.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 may 2018-ci ildən 11 sentyabr 2018-ci ilə qədər, yəni 03 ay 22 gün həbsdə olma müddəti 01 günü 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin edilmiş cəzadan çıxmaqla onun üzərində qəti olaraq 01 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını saxlanılmışdır. 31 avqust 2020-ci il tarixdə cəza müddəti başa çatdığından şöbədə qeydiyyatdan çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Lakin CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar hesidivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 07.08.2008-ci il tarixli 371 saylı Neyrocərahiyyə Xəstəxanasına ünvanlandığı məktubunun surətindən görünür ki, İİ reanimasiya şöbəsində stasionar müalicədə olan Təqsirləndirilən şəxs neyrocərraha göndərilməsi xahiş edilir. Diaqnoz: qapalı kəllə beyin travması. Baş beyin əzilməsi orta dərəcə. Koma İ-İİ. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının 07.12.2016-cı il tarixli sənədindən görünür ki, X8 2-ci dərəcəli əlillik təyin edilib, yumurtalığın bədxassəli yenitörəməsi diaqnozu ilə. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yuxarıda qeyd edilən xəstəliyinin olmasını, həmçinin anasının İİ qrup əlil olmasını, yuxarıda qeyd edilən xəstəliyinin olmasını, təqsirləndirilən şəxsin atasının vəfat etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində 19.03.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17.03.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 17 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 109,90 manat (yüz doqquz manat 90 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,651 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd “ZYKLEN" yazı olan, ağ rəngli DVD-R formatındakı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-230/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-230/2021
25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver