Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-230/2024 05.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək qəti olaraq 02 il 03 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmiş, həmçinin təkrarən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında qohumu Zərərçəkmiş şəxs avtomobillərin alqı-satqısı ilə məşğul olmaları barədə bilə-bilə yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs özünə məxsus nasaz vəziyyətdə olan “Daewo Espero” markalı avtomobilini təmir etdirməklə satılmasına köməklik göstərməsi, həmçinin xaricdən ölkəyə avtomobil gətirib satışını təşkil etməklə qazanc əldə etmək üçün köməklik göstərmələri ilə bağlı onlara müraciət etdikdə qeyd olunan məsələ ilə bağlı köməklik göstərəcəklərini yalandan bildirib əslində Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirmək məqsədilə sonuncunu aldatmış, qrupun digər üzvü Anar Cəfərovla aralarında olan razılaşmaya əsasən 2021-ci ilin mart ayında Zərərçəkmiş şəxs məxsus nasaz vəziyyətdə olan dəyəri 3500 manat təşkil edən “Daewo Espero” markalı avtomobili Bakı şəhəri Xətai rayonu Həzi Aslanov metrostansiyasının yaxınlığında sonuncudan təmir etdirib satmaq adı ilə götürdükdən sonra həmin avtomobili istintaqa məlum olmayan vaxtda və şəraitdə 3000 manata sataraq Zərərçəkmiş şəxs güya həmin avtomobili kredit yolu ilə aylıq 300 manat ödənilməsi şərti ilə satdıqlarını deyərək sonuncuya məxsus əmlakları ələ keçirməkdə davam etmək kimi öz cinayətkar niyyətlərinə nail olmaq məqsədilə aylıq ödəniş adı ilə ilkin olaraq Zərərçəkmiş şəxs 300 manat vermiş, daha sonra cinayətkar əməllərini davam etdirib xaricdən avtomobil gətirib satmaq adı ilə 2021-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs Hacıqabul rayonu ərazisində yerləşən “Qədri-Xum” restoranında 10000 manat, bir həfət sonra 2021-ci ilin aprel ayı ərzində Bakı şəhəri Xətai rayonu Həzi Aslanov metrostansiyasının yaxınlığında ayrı-ayrı vaxtlarda 500 manat, 1500 manat, 600 manat, 300 manat, sonuncu dəfə isə 2021-ci ilin may ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində metronun “İnşaatçılar” stansiyasının yaxınlığında 600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 17000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 aprel 2022-ci il tarixə saat 21 radələrində qohumu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gələrək mobil telefonunun guya xarab olmasını bildirib Zərərçəkmiş şəxs telefonunu zəng etmək üçün istəmiş, sonuncu özünə məxsus üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrə olan 01 ədəd 180 manat dəyərində “Samsung A21S” markalı mobil telefonu zəng etməsi üçün ona verdikə o, həmin telefonu götürüb danışmaq bəhanəsi ilə mənzilin eyvanına çıxmış, az sonra mənzilə qayıdıb guya telefonla danışarkən həmin telefonun əlindən yerə düşməsini bildirib mənzili tərk edib gedərək Zərərçəkmiş şəxs məxsus 190 manat dəyərində əmlakını gizli talamaqla oğurluq etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs məxsus üzərində ***-***-**-** GSM nömrə olan 01 ədəd “Samsung A21S” markalı mobil telefonu gizli olaraq taladıqdan sonra təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu 20 Yanvar metrostansiyasının yaxınlığına gələrək Yasamal rayonu Moskva prospekti 47A ünvanının qarşsında əvvəlcədən özündə olan Q.Şərifaovaya məxsus “Kapital Bank”a aid plastik kartın 16 rəqəmli kodunu internet üzərindən istintaqa məlum olmayan qumar oyunamaq üçün nəzərdə tutulmuş tətbiqdə qeydiyyatdan keçirmiş, sonuncuya məxsus taladığı mobil telefonun üzərində olan ***-***- **-** GSM nömrəni özünə məxsus “Samsung S4” markalı mobil telefona quraşdıraraq həmin nömrəyə gələn təhlükəsizlik kodunu qumar oyunamaq üçün nəzərdə tutulmuş tətbiqə daxil etməklə elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə Qənirə Şərifaovaya məxsus “Kapital Bank”a aid hesabdan həmin gün ayrı-ayrı vaxtlarda birinci dəfə 500 manat, ikinci dəfə 50 manat, üçüncü dəfə 45 manat, dördüncü dəfə 4 manat 50 qəpik, beşinci dəfə 300 manat və altıncı dəfə 30 manat olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 929 manat 50 qəpik pul vəsaitini gizli olaraq talamaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə qohumdurlar. 2021-ci ilin mart ayında Qənirə ona zəng edərək nasaz vəziyyətdə olan “Daevvo Espero” markalı avtomobili olduğunu və həmin avtomobili təmir etdirməkdə və gələcəkdə icarəyə verməyə və ya satmaqda köməklik göstərməsini xahiş etmişdir. O da qarşılığında bu işdə Qənirəyə köməklik edə biləcəyini bildirmiş və bir gün sonra dostu X7 ilə birlikdə Qənirənin yaşadığı Xətai rayonu Həzi Aslanov metrostansiyasının yaxınlığında olan evin qarşısında görüşmüşlər. Anarla o avtomobilə baxdıqdan sonra Anar avtomobili təmir etdirmək üçün tanıdığı servisin olduğunu,lakin bəzən də təmirlə əlaqədar olaraq idarə edəcəyindən Qənirədən etibarnamə verməsini xahiş etmişdir. Qənirə avtomobilin yeznəsi Toğrul adlı şəxsin adına olduğunu bildirmiş və Toğrula zəng edərək onu Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən notariusa çağırmışdır. Daha sonra Toğrul notariusda Anara etibarnamə verdikdən sonra avtomobili evakator vasitəsi ilə götürərək Anarın tanıdığı Babək prospektində yerləşən servise aparmışlar. Bir müddət sonra avtomobili təmir etdirdikdən sonra Anarla birlikdə avtomobilə müştəri tapmış və 3000 manata satmışlar. Qənirəyə isə avtomobili satmaqları barədə məlumat versələrdə alan şəxsin avtomobilin pulunu hər ay 300 manat olmaqla ödəyəcəyini bildirmişlər. Qənirə isə bununla razılaşmış və o bir neçə gün sonra Qənirəyə 300 manat, 10 gün sonra isə 200 manat vermişdir. 2021-ci ilin aprel ayının əvvəllərində o Qənirənin Şirvan şəhərində olan evini satmaq istədiyini bildiyi üçün evi sataraq pulun bir hissəsini ona və Anara verməsini, onlar isə qarşılığında ABŞ-dan avtomobil gətirərək üzərinə pul qoyub baha qiymətə satmaqla qazanc əldə edəcəklərini bildirmişdir. Qənirə isə ona inandığından və “Daevvo Espero” markalı avtomobili satmaqda köməklik etdiklərini düşündüyündən onlara inanmışdır. 2021-ci ilin aprel ayının ortalarında o, Anar və Qənirə ilə birlikdə evi satmaq üçün Şirvan şəhərinə getmiş və Qənirə evi 23000 manata satmışdır. Daha sonra Bakıya qayıdarkən Hacıqabul rayonu ərazisində yerləşən “Qədir Xum” restoranında Qənirə onun yanında Anara əvvəlcədən danışdıqları kimi 10000 manat pul vermişdir. O və Anar isə qarşılığında sifarişlə ABŞ-dan gətirdikləri avtomobilin bir neçə gün ərzində Bakı şəhərində olacağı vədini vermişlər. Daha sonra isə o Qənirəyə zəng edərək avtomobilin Gürcüstanda gömrükdə qaldığını, yaranmış problemlə əlaqədar pul lazım olduğunu bildirmişdir. Qənirə isə əvvəlcə ona və X11 metrostansiyanın yaxınlığında 1 həftə ərzində ümumilikdə 3000 manat pulu onlara vermişdir. Həmin məbləğdən 1500 manatını Anar, geri qalan 1500 manat pulu isə o götürmüşdür. Daha sonra Qənirə aldadıldığını bildikdə onlara verdiyi pulu geri istəmiş və bu səbəbdən 19 aprel 2022-ci il tarixdə saat 21 radələrində o Qənirənin yaşadığı ünvan 4 ünvanına gəlmişdir. Mənzilə daxil olduqdan sonra onun və Anarın dələduzluq faktlarını özündəı əks etdirən səs yazılarını silmək məqsədi ilə ona məxsus mobil telefonun xarab olduğunu bəhanə gətirərək Qənirəyə məxsus “Samsung A21” markalı mobil telefonu danışmaq üçün istəmişdir.Qənirə telefonu ona verdikdən sonra o telefonla danışmaq məqsədi ilə mənzilin eyvanına çıxmış və bir neçə dəqiqə sonra mənzilə daxil olduqda telefonun əlindən yerə düşdüyünü,aşağı düşüb telefonu gətirəcəyini bildirmişdir. Daha sonra o 2 ay əvvəldən Zərərçəkmiş şəxs məxsus “Kapital Bank” kartı ilə ödəniş edən zaman kartın fotoşəkilini çəkib telefonunda saxladığı üçün oradan taksi ilə Zərərçəkmiş şəxs xəbər etmədən Yasamal rayonu, 20 yanvar metrostansiyası yaxınlığına gəlmişdir. Orada Zərərçəkmiş şəxs məxsus “Samsung A21” markalı mobil telefonunun içərisindəki nömrəni özünün istifadəsində olan “Samsung S4” markalı mobil telefona taxmış, Zərərçəkmiş şəxs məxsus “Samsung A 21” markalı mobil telefonu yolun kənarına atmışdır. Daha sonra istifadəsində olan telefona gələn təhlükəsizlik kodunu yazdıqdan sonra elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs məxsus “Kapital Bank” kartından ümumilikdə 929 manat 50 qəpik pul vəsaitini onlayn şəkildə qumar oyunlarına köçürtmüşdür. Bir neçə dəqiqə sonra isə həmin qumar oyunları oynadığı üçün həmin məbləği qumarda uduzmuşdur. Bir müddət sonra Qənirənin ondan və Anardan şikayət edəcəyini eşidən zaman Anarla birlikdə Qənirədən aldıqları pulu geri qaytarmaq istəsələrdə Xətai rayon polis idarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə cinayət əməli törətdiklərinə görə həbs edilmişlər. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib səmimi peşman olmasını, eləcə də yaxın vaxtlarda həm anası, həm də atasının vəfat etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab qismində bildirmişdir ki, mülki iddianı qismən yəni 8500 manat həcmində qəbul edir.Məhkəmə istintaqı zamanı mülki iddiaçı Zərərçəkmiş şəxs ödəniş etdiyi ümumilikdə 900 manat məbləğində pulun da nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün və qazanc yeri olmadığı üçün 2020-ci ilin avqust ayında 3500 manata "Daevvo Espero" markalı avtomobil almış və təmir elətdirib taksi kimi gündəlik arendaya vermək istəmişdir. Təxminən 2020-ci ilin sonlarında qohumu Təqsirləndirilən şəxs ona bu işdə köməklik edə biləcəyini düşünmüş və görüşmək istədiyini bildirmişdir. 1 gün sonra Ceyhunla Xətai rayonu Həzi Aslanov metrostansiyasının yaxmiığında görüşmüşlər.Ceyhun onunla görüşə yaxın dostu kimi təqdim etdiyi X7 ilə birlikdə gəlmişdir. O aldığı Daevvo Espero markalı avtomobili taksi kimi icarəyə verməkdə köməklik etmələrini istəmişdir. Ceyhun və Anar isə avtomobilin bəzi xərcləri olduğunu, təmir etdirdikdən sonra icarəyə verməyin mümkün olduğunu bildirmişlər. O isə təkliflə razılaşdıqda Anar ona maşını təmir etdirdiyi müddətdə idarə edəcəyini bildirdi və bu səbəbdən avtomobili idarə edə bilmək üçün adına etibarnamə verilməsini bildirmişdir. Avtomobil onun yeznəsi Toğrul Bəhrambəylinin adına olduğu üçün o Toğrula zəng etmiş və onlar birlikdə Bakı şəhəri, Xətai rayonu. Həzi Aslanov metrostansiyasmın yaxmlığında yerləşən notariusda gedərək Anara etibarnamə vermişdir. Təxminən 20 gün sonra Ceyhun ona zəng edərək avtomobili təmir etdirdiklərini və hər ay 300 manat ödəməklə ümumilikdə 3500 manata satacaqlarını bildirmişdir. O isə təklif edilən şərtlə razılaşmışdır.2021-ci ilin aprel ayında Ceyhun ona ilk ödənişi, yəni 300 manatı vermişdir. Daha sonra isə o 2021-ci ilin aprel ayının ortalarınnda Ceyhun və Anarla yenidən görüşmüş və Şirvan şəhərində mənzilinin olduğunu, həmin mənzili satıb qazanc əldə etmək istədiyini bildirdikdə Anar və Ceyhun ona mənzili sataraq pulu onlara verməyini və qarşılığında isə ABŞ-dan avtomobil gətirəcəklərini və həmin avtomobili sataraq qazanc əldə edəcəklərini bildirmişlər. O təkliflə razılaşmış və 2021-ci ilin aprel ayının ortalarında Ceyhun və Anarla birlikdə Şirvan şəhərinə gedərək orada olan mənzilini 23000 manat satmışdır. Həmin gün Bakı şəhərinə geri qayıtdıqda Hacıqabul rayonu ərazisində yerləşən Qədir Xum restoranında o Anar və Ceyhuna ABŞ-dan avtomobili gətirməsi üçün 10000 manat pul vermişdir. Təxminən 1 ay sonra Ceyhun ona zəng edərək avtomobili Gürcüstan Respublikasına gətirdiklərini, lakin orada gömrükdə müxtəlif problemlərin olduğunu və buna görədə onlara əlavə 3500 manat verməli olduğunu bildirmişlər. O 1 həftə ərzində əvvəlcə Xətai rayonu, Həzi Aslanov metrostansiyasının yaxınlığında Anara 500 manat,1500 manat, 600 manat, 300 manat, sonuncu dəfə isə 2021 -ci ilin may ayının sonlarında Yasamal rayonu, İnşaatçılar metrostansiyasmın yaxınlığında Ceyhunla görüşərək 600 manat pul vermişdir. Bir müddət sonra Ceyhun ona zəng edərək ABŞ-dan gətirdikləri avtomobildə bəzi problemlərin olduğunu, əvəzində isə Audi Q5 markalı avtomobillə barter etdiklərini, həmin avtomobili satacaqlarını və ondan aldığı pulu geri qaytarcağını bildirmişlər. Daha sonra Anar və Ceyhun müxtəlif bəhanələrlə onu aldadaraq pulunu geri qaytaracqlarmı bildirsələr də verdikləri vədə əməl etməmişlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 21 radələrində onun yaşadığı ünvan 5 ünvanma qohumu Təqsirləndirilən şəxs ondan borc pul almaq məqsədi ilə qonaq gəlmişdir. Qohumu Ceyhun mənzildə olarkən mobil telefonla danışmaq üçün ona məxsus içərisində dəyəri 10 manat olan ***-***-**-** GSM mobil nömrə olan Samsunq A21C markalı **********76083 və **********76084 imei kodlu moblil telefonunu ondan istəmişdir. O da Ceyhuna danışmaq üçün telefonunu vermişdir. Ceyhun ondan mobil telefonu alıb danışmaq bəhanəsi ilə mənzilin eyvanına getmişdir. Sonra Ceyhun ona mobil telefonla danışarkən ehtiyatsızlıqdan əlindən telefon həyətə düşdüyünü ona bildirmişdir.Sonra ondan eyvana çıxıb həyətə baxmasmı deyərək Ceyhun həyətə düşüb mobil telefonunu götürmək üçün getmişdir. Bir müddət keçdikdən sonra Ceyhunun mənzilə qayıtmadığını görmüş və nəticədə Ceyhun onu aldadaraq mobil telefonunu ələ keçirməsini başa düşmüşdür. O Ceyhunun əlaqə nömrələrinə digər telefonla zəng etdikdə sonuncu zənglərə cavab verməmişdir. Bundan başqa ona məlum olmuşdur ki, ona məxsus Kapital bank tərəfindən verilmiş debet kartın mobil telefonuna yüklədiyi mobil tətbiqi vasitəsi ilə kartında olan 900 manat pul vəsatini çıxardaraq oğurlamışdır. Hadisə nəticəsində mobil telefonun bü günə olan qiyməti 400 manat olmaqla və kartından çıxarılan 929,5 manat pul vəsaiti ilə birlikdə ona ümumilikdə 1329,5 manat maddi ziyan dəymişdir. Sonradan yəni məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən oan mobil telefonu 929,5 manat pul vəsaiti qaytarılmışdır.Bundan başqa təqsirləndirilən şəxs tərəfindən onu vurulmuş ziyandan ümumilikdə 900 manat məbləğində pul vəsaitinin ödənildiyini qeyd etmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxsin barəsində ədalətli qərar qəbul edilməsini və mülki iddiasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixdə Kapital bankın ödəniş kartı üzrə çıxarışdan görünür ki, 19 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus 416973******0553 kredit kartında olan 935,33 manat məbləğdən həmin tarixdə 500 manat, 50 manat,45 manat,4,5 manat,300 manat, və 30 manat məbləğində pul London GB adlanan hesaba köçürülmüşdür. (İ/V. 55- 56). xx.xx.2022-ci il tarixdə “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus “Samsung A21” markalı mobil telefonda olan 929,50 manat məbləğində pulu Yasamal rayonu Moskva prospekti 47A ünvanının qarşsında mərc oyunlarına köçürür və mobil telefonu həmin ünvana atır. (İ/V. 64-68). xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilmişdir. (İ/V. 95). xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 96-97). xx.xx.2022-ci il tarixli Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 9/8487 №-li rəyindən görünür ki, ekspertizanın təyini haqqında qərarda göstərilmiş 01 ədəd “Samsung A21S” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarlarının olmaması və orta istissmar intensivliyi parametrlərinə uyğun olaraq 2022ci ilin aprel ayına olan orta bazar qiyməti nzəri hesablam yolu ilə təxminən 180,00 manat müəyyən edilmişdir. (İ/V. 101-103). xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 106-107). xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən İnşaatçılar metrostansiyasının qarşısıdır. (İ/V. 112-114). xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş və icraat sonuncu nömrə altında davam etdirilmişdir. ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. (İ/V. 118-119). xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında" protokoldan görünür ki, X1 məxsus mənzilin su sayğacının oğurlandığı yer ünvan 6 ünvanının yerləşdiyi beşmərtəbəli binanın üçüncü mərtəbəsidir. (İ/V. 11-12). xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.1 və 178.2.4-cü maddələri ilə ettiham elan olunmuşdur. (İ/V. 127). xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 128-129). xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 668/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 160-163). xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi il cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (İ/V. 1). xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (İ/V. 33). xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilərək bir icraatda ********* nömrəsi altında davam etdirilmişdir. (İ/V. 41-42). xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 868/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədəl uzadılmışdır. (İ/V. 173-177). xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 1018/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədəl uzadılmışdır. (İ/V. 187-191). xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” qərardan görünür ki, X7 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ettiham elan olunmuşdur. (İ/V. 192). xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında” qərardan görünür ki, X7 barəsində axtarış elan edilmişdir. (İ/V. 193-194). xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 90/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 230/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnamədən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 27 yanvar 2022-ci il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri milətəqsirli bilinib 02 il azadlıqdan məhrum edilmiş, 29 mart 2023-cü il tarixdə Bakı Apellyasiya məhkəməsinin qərarı ilə Xətai rayon məhkəməsinin hökmü dəyişdirilərək barəsində 03 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. (İ/V. 91-92, 199-205). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-18/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək tutulduğu 02 gün müddət azadlıqdan məhrumetmə cəzasının 01 (bir) günə 01 (bir) hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edlmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmış və onun üzərində çəkməsi üçün 01 (bir) il 11 (on bir) ay 28 (iyirimi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 19 noyabr 2022-ci il tarixdən hesablanmışdır. Şirvan Şəhər Məhkəməsinin 1(032)-81/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.1 və 178.2.2-ci maddələri ilə barəsində cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-801/2023 sayiı, xx.xx.2023-cü il tarixli AR CM-nin 178.2.1, 178,2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay 06 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası barədə göstəriş və hökmün surəti xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, xx.xx.2023-cü il tarixdə məhkum C V.Qurbanov Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə gələrək qeydiyyata düşmüş və cəza müddəti həmin vaxtdan hesablanmağa başlanılmışdır. xx.xx.2023-cü il tarixə məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzandan 04 ay 09 gününü çəkmiş məhkumun çəkilməmiş cəzası 01 il 10 ay 27 gün təşkil edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, ona vurulmuş zərərən 929 manatın ödənildiyini və hazırda təqsirləndirilən şəxsdən 17.000 (on yeddi min) manat tələb etdiyini bildirmişdir. 421196 nömrəli “Ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. 339247 nömrəli “ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. “Elektron məhkəmə informasiya sistemi”ndə olan məlumatdan görünür ki, təqsirləndirilən şəxsin xx.xx.2015-ci il təvəllüdlü Ayxan adlı və xx.xx.2016 Tuncay adlı iki azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1, 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi təqsirləndirilən şəxsin öz etirafı, zərərçəkmiş şəxsin eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsi, peşman olmasını, vurulmuş ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını və yaxın zamanlarda hər iki valideynini itirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, şəxsin əvvəllər də eyni tipli cinayəti törətməklə oğurluq əməlinə meyilli olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ona təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən 06 may 2022ci il tarixədək tutulduğu iki gün müddət və 19 noyabr 2022-ci il tarixdən 29 mart 2023-cü il tarixədək həbs saxlanıldığı cəmi 04 ay 12 gün müddət, habelə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)801/2023 saylı, qərarı ilə ona təyin edilmiş 03 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 04 ay 09 gün müddəti CM-nin 68.1.1-1-ci madəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla 02 ay 05 günə bərabər tutulmaqla cəmi olaraq 06 ay 17 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, cinayət hadisəsi ilə bağlı ona vurulmuş maddi zərər olan 1729 manat 50 qəpik məbləğində pul vəsaitinin mülki cavabdehdən mülki iddiaçının xeyrinə tutulmasına dair qərar qəbul edilməsni xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs 2021-2022-ci il ərzində tamah niyyəti ilə ümumilikdə 17929 manat 50 qəpik məbləğində külli miqdarda pul vəsaitini ələ keçirmişdir. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq 30 yanvar 2024-cü il tarixdə ittiham aktı tərtib edilmiş və cinayət işi Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Mülki cavabdehin törətdikləri cinayət nəticəsində zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan məhkəmə qaydasında mülki cavabdehdən tutulmalıdır. Cinayət nəticəsində Zərərçəkmiş şəxs qızma vurulan 17929 manat 50 qəpik məbləğində maddi ziyan mülki cavabdeh-Təqsirləndirilən şəxs məhkəmə qaydasında tutulmalıdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, mülki iddia tələbinə dəqiqləşmə edərək ona vurulmuş zərərən 949 manatın ödənildiyini və hazırda təqsirləndirilən şəxsdən 17.000 (on yeddi min) manat tələb etdiyini bildirmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, cinayət əməli iştirakçılıqla törədildiyi üçün məhkəmə hesab edir ki, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərin həcmi hər iki iştirakçıya münasibətdə müəyyən olunmuş paylar üzrə ödənilməlidir.Hazırki halda məhkəmə hesab edir ki, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə uyğun olaraq təqsirləndirilən şəxsin-mülki cavabdeTəqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın həcmi (onun payı) 8500 manat həcmində müəyyən olunmalıdır. Bu nöqteyi nəzərdən məhkəmə hesab edir ki, vurulmuş maddi ziyanla bağlı irəli sürülmüş tələb məhkəmə tərəfindən təmin olunduğu halda məhz həmin həcmdə ola bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə, hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan iş materiallarında olan sənədlərlə tam sübut olunur. Digər tərəfdən məhkəmə iclaslarında mülki cavabdeh də onun tərəfindən 8500 manat həcmində ziyanın vurulmasını etiraf etdiyini bildirmişdir. Həmçinin işin mübahisəsiz halı ondan ibarətdir ki, mülki cavabdeh 900 manat həcmində maddi ziyanı məhkəmə istintaqı dövründə ödəmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 7.600 (yeddi min altı yüz) manat məbləğində maddi ziyan, iddiaçı tərəfindən ödənilmiş 145 (bir yüz qırx beş) manat məbləğində dövlət rüsumunun 50 faizi olmaqla ümumilikdə 7.672,50 (yeddi min altı yüz yetmiş iki manat 50 qəpik) manat məbləğində pul ondan tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi qızının vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-230/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs 02 (iki) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü azadlıqdan məhrumetmənin bir günü hesabı ilə hesablanmaqla 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən toplanılsın və Təqsirləndirilən şəxs 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək tutulduğu iki gün müddət və 19 noyabr 2022-ci il tarixdən 29 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 04 ay 12 gün müddət, habelə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)801/2023 saylı, qərarı ilə ona təyin edilmiş 03 il azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş olan 04 ay 09 gün müddəti CM-nin 68.1.1-1-ci madəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə növündə cəzanın bir günü hesabı ilə hesablanmaqla 02 ay 05 günə bərabər tutulmaqla cəmi olaraq 06 ay 17 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 7600 (yeddi min altı yüz) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddiaçı tərəfindən ödənilmiş 145 (bir yüz qırx beş) manat məbləğində dövlət rüsumunun 50 faizi mülki iddiaçıya, 50 faizi mülki cavabdehə aid edilməklə, mülki cavabdeh Təqsirləndirilən şəxs 72,50 (yetmiş iki manat 50 qəpik) manat pul mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi 32 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-230/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-230/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver