Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-231/2018 21.08.2018 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçiləri: Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 01 saylı hüquq məsləhətxanasının vəkili X5 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 01 saylı hüquq məsləhətxanasının vəkili X6, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Gədəbəy rayonu, Qurudərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Cəbrayıl rayonu, Hovuslu kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İİİ mədən, nömrəsiz evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 141, mənzil 55-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə daircinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 22.07.2017-ci il tarixdə saat 23.30 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti, ev 20 A saylı binanın 15-ci mərtəbəsində yerləşən 58 saylı mənzilinin eyvanına yaxın məsafədə yerləşən "xxxx" MTK tərəfındən inşa edilən hündürmərtəbəli binanın dam hissəsinin kənarından taxtadan hazırladıqlan keçidi qoyaraq eyvanın pəncərəsini sındırma yolu ilə həmin mənzilə qanunsuz daxil olaraq mənzilin yataq otağındakı paltar şkafından Zərərçəkmiş şəxs məxsus içərisində bir ədəd 500 manat dəyərində 5 qram çəkidə 995 əyyarlı qızıldan olan külçə, 75 manat dəyərində mərcan muncuqlar, bir ədəd 1277 manat dəyərində 15.02 qram çəkidə 850 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 1570 manat dəyərində 26.14 qram çəkidə 583/585 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 1382 manat dəyərində 23,03 qram çəkidə 750 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 440 manat dəyərində 7,97 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 423 manat dəyərində 4,47 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, 1245 manat dəyərində 4,47 qram çəkidə 583/585 əyyarlı qızıldan olan sırga cütü-üzük dəsti, bir ədəd 1650 manat dəyərində 22 qram çəkidə 750 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 1480 manat dəyərində 19.74 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı, bir ədəd 2052 manat dəyərində 25,65 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı, bir ədəd 2042 manat dəyərində 24.58 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı, 658 manat dəyərində 8,77 qram çəkidə 750 əyyarlı qızıldan olan sırğa cütü, 402 manat dəyərində 5.36 qram çəkidə 750 əyyarlı qızıldan olan sırğa cütü, 135 manat manat dəyərində 2.46 qram çəkidə 583/585 əyyarlı qızıldan olan sırğa cütü, bir ədəd 106 manat dəyərində 1.92 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 292,00 manat dəyərində 5.30 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 625 manat dəyərində 11,36 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 945 manat dəyərində 12.6 qram çəkidə 750 əyyarlı qızıldan olan üzük, bir ədəd 490 manat dəyərində 6,54 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon, bir ədəd 451 manat dəyərində 8,20 qram çəkidə 583/585 əyyarlı qızıldan olan kulon, bir ədəd 343 manat dəyərində 6.23 qram çəkidə 583/585 əyyarlı qızıldan olan medalyon, bir ədəd 530 manat dəyərində 7.05 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon, bir ədəd 528 manat dəyərində 7.04 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon, 1740 manat dəyərində 23.20 qram çəkidə 750 əyyarlı qızıldan olan sırğa cütü-üzük-qolbaq dəsti, bir ədəd 320 manat dəyərində 4.23 qram çəkidə 900 əyyarlı qızıldan olan «5 рублей 1898 г.» sikkəsin, üç ədəd ümumilikdə 650.00 manat dəyərində 25,67 qram çəkidə 900 əyyarlı qızıldan olan «10 рублей 1899 г.» sikkələri, bir ədəd 260 manat dəyərində 3,57 qram çəkidə 916 əyyarlı qızıldan olan qulplu «Cümhurivyət altunu» medalyonu, 225 manat dəyərində 2.5 qram çəkidə 900 əyyarlı qızıldan olan bitişik vəziyyətdə üç ədəd qırıq diş koronkası, bir ədəd 530 manat dəyərində 8 qram çəkidə 583/585 əyyarlı qızıldan olan «Чайка» markalı qol saatının gövdəsi, bir ədəd 765 manat dəyərində «Eagİe Safes. ES-035» markalı dəmir seyfı, yəni ümumilikdə 24 min 131 manat dəyərində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda əmlakı oğurlayıb taxta keçidin üstü ilə gəldikləri inşa edilən binanın dam hissəsinə keçirərkən gözətçilərin bunu görüb səs-küy salmaları səbəbindən oz iradələrindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmişlər. Təqsirləndirilən şəxs1tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadın əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 22.07.2017-ci il tarixdə saat 23.30 radələrində vətəndaş Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayonu, İnşaatcılar prospekti, ev 20 A saylı binanın 15-ci mərtəbəsində yerləşən, 5S saylı mənzilinin eyvanına yaxın məsafədə yerləşən "xxxx" MTK tərəfındən inşa edilən hündürmərtəbəli binanın dam hissəsinin kənarından taxtadan hazırladıqları keçidi qoyaraq eyvanın pəncərəsini sındırma yolu ilə həmin mənzilə qanunsuz daxil olaraq İbrahimov Məsimovun xəbəri olmadan mənzilin yataq otağındakı dolabdan Zərərçəkmiş şəxs məxsus bir ədəd 150 manat dəyərində «Tissot 1853» qızıl saatını cibinə qoyaraq oğurlamış, sonra Təqsirləndirilən şəxs2İa birlikdə yataq otağındakı paltar şkafından zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus içərisində bir ədəd 500 manat dəyərində 5 qram çəkidə 995 əyyarlı qızıldan olan külçə, 75 manat dəyərində mərcan muncuqlar, bir ədəd 1277 manat dəyərində 15.02 qram çəkidə 850 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 1570 manat dəyərində 26.14 qram çəkidə 583/585 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 1382 manat dəyərində 23,03 qram çəkidə 750 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 440 manat dəyərində 7.97 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 423 manat dəyərində 4.47 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, 1245 manat dəyərində 14.04 qram çəkidə 583/585 əyyarlı qızıldan olan sırğa cütü-üzük dəsti, bir ədəd 1650 manat dəyərində 22 qram çəkidə 750 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 1480 manat dəyərində 19,74 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı, bir ədəd 2052 manat dəyərində 25.65 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı, bir ədəd 2042 manat dəyərində 24.58 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı, 658 manat dəyərində 8,77 qram çəkidə 750 əvyarlı qızıldan olan sırğa cütü, 402 manat dəyərində 5.36 qram çəkidə 750 əyyarlı qızıldan olan sırga cütü, 135 manat manat dəyərində 2.46 qram çəkidə 583/585 əyyarlı qızıldan olan sırğa cütü, bir ədəd 106 manat dəyərində 1.92 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 292,00 manat dəyərində 5.30 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 625 manat dəyərində 11.36 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 945 manat dəyərində 12.6 qram çəkidə 750 əyyarlı qızıldan olan üzük, bir ədəd 490 manat dəyərində 6.54 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon, bir ədəd 451 manat dəyərində 8.20 qram çəkidə 583/585 əyyarlı qızıldan olan kulon, bir ədəd 343 manat dəyərində 6.23 qram çəkidə 583/585 əyyarlı qızıldan olan medalyon, bir ədəd 530 manat dəyərində 7.05 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon, bir ədəd 528 manat dəyərində 7.04 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon, 1740 manat dəyərində 23.20 qram çəkidə 750 əyyarlı qızıldan olan sırğa cütü-üzük-qolbaq dəsti, bir ədəd 320 manat dəyərində 4,23 qram çəkidə 900 əyyarlı qızıldan olan «5 рублей 1898 г.» sikkəsin, üç ədəd ümumilikdə 650.00 manat dəyərində 25.67 qram çəkidə 900 əyyarlı qızıldan olan «10 рублей 1899 г.» sikkələri, bir ədəd 260 manat dəyərində 3.57 qram çəkidə 916 əyyarlı qızıldan olanqulplu «Cümhuriyyət altunu» medalyonu, 225 manat dəyərində 2.5 qram vəkilin 900 əyyarlı qızıldan olan bitişik vəziyyətdə üç ədəd qırıq diş koronkası, bir ədəd 530 manat dəyərində 8 qram çəkidə 583/585 əyyarlı qızıldan olan «Чайка» markalı qol saatının gövdəsi, bir ədəd 765 manat dəyərində «Eagİe Sales, ES- 035» markalı dəmir seyfi, yəni ümumilikdə 24 min 131 manat dəyərində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda əmlakı oğurlayıb taxta keçidin üstü ilə gəldikləri inşa edilən binanın dam hissəsinə keçirərkən gözətçilərin bunu görüb səs-küy salmaları səbəbindən öz iradələrindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmişlər. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,tutduğu cinayət əməlinə görə çox peşmandır. Onun daimi iş yerləri olmasa da, müxtəlif vaxtlarda və ünvanlarda fərdi qaydada ev təmiri ilə məşğul olmuşdur. 2017-ci ilin iyun-iyul aylarında o, Yasamal rayonunda «RA» tikinti şirkətinin inşa etdirdiyi hündürmərtəbəli binada qaynaqçı işləmişdir və demək olar ki, həmin binanın ana xətdən yuxarı mərtəbəsinədək qaz-boru xəttlərini tək özü çəkmişdir. 2017-ci ilin yanvar ayında başqa fərdi ev tikintiçində Təqsirləndirilən şəxs1lə tanış olub münasibət yaratmışdır, birlikdə işləmişlər. O, sonuncu iş yerində axşam vaxtlarında qalıb işləyən zaman fıkir vermişdir ki, işlədiyi binanın yanındakı hündürmərtəbəli binadakı əksər pəncərələrdə işıqlar yanmış, son zamanlar isə həmin binanın 15-16-cı mərtəbələrində işıqlar yanmamışdır və videomüşahidə kameraları quraşdırılmışdır. Həmin mənzilin sahibini tanımamışdır və kim olduğunu bilməmişdir. O, fikirləşmişdir ki, həmin ev imkanlı şəxsin evidir və evdə yəgin ki, pul olmalıdır. Həmin zaman maddi vəziyyəti çox çətin olmuşdur və fikirləşmişdir ki, həmin mənzildə sahibləri olmadığı üçün həmin evdən oğurluq eləsin, yəni pul oğurlasın. Sonra bir neçə gün müşahidə edərək düşünüb qəti qərara gəlmişdir ki, həmin mənzildən oğurluq eləsin və bu barədə Sabirə bildirmişdir. Sabir dərhal razılıq verməsə də, bir qədər düşünüb maddi çətinliklərinin və borclarının olduğu üçün onunla birlikdə oğurluq etməyə öz razılığını vermişdir. 22.07.2017-ci il tarixdə axşam vaxtlarında o, Sabirə zəng edib demişdir ki, işdə hamı çıxıb gedir. o, isə ış yerində binada qalır, xəlvəti gəlsin ki, mühafizəçi görməsin. Bundan sonra orada işlənən köhnə taxtalardan başlamışdır keçid hazırlamağa ki, qonşu binadakı həmin mənzilin eyvanına keçə bilsinlər. Həmin tarixdə saat 21.00 radələrində Sabir də gəlib çıxmışdır onun yanına. Sabirlə birlikdə mismar və şuruplarla, sirnlə bərkitməklə həmin taxta keçidı düzəldib tamamlamışlar və gözləmişlər ki, hava tam qaralsın ki, binanın altından insanlann gediş-gəlişi kəsilsin. Bundan sonra həmin taxta keçidi Sabirlə birlikdə işlədiyi binanın sonuncu mərtəbəsinin kənarından həmin uzbə-üz mənzilin eyvanının kənarına sallamışlar və öz tərəflərindən divara bağlayıb bərkitmişlər ki, tərpənməsin. Təxminən saat 23.30 radələrində onlar Sabirin gətirdiyi tikintidə istifadə olunan parça qoruyucu maskaları üzlərinə çəkmişlər, o, əllərinə sarı tkinti əlcəklərini. Sabir isə oradan tapdığı corablan taxmışlar və həmin keçidin üstü ilə dizləri üstə iməkləmək yolu ilə həmin mənzilin eyvanına tərəf keçmişdilər. Birinci o, dalınca isə Sabir eyvana düşmüşlər. Eyvana düşdükdən sonra o, əvvəlcə özü ilə gətirdiyi alçipan kəsici aləti ilə kondisioner tərəfdə olan yerdə yan pəncərənin ağcaqanad torunu kəsib yerə atmışdır, sonra özü ilə götürdüyü dəmir zubillə həmin pəncərənin şüşəsini dəstək olan yerdən sındırmışdır və dəstəyi vasitəsilə pəncərəni açmışdır, ikisi də şüşəli eyvanın içinə daxil olmuşlar. Eyvanla yataq otağının arasındakı plastik qapı kilidli olmadığı üçün dəstəklə açıb həmin otağa daxil olmuşlar və başlamışlar mənzilin içindəki şkaf və siyirtmələrdə pul axtarmağa. Onlar əvvəlcədən razılaşmışlar ki, yalnız pul götürsünlər, başqa heç nə götürmək fikirləri olmamışdır. O, mənzilin giriş qapısına yaxınlaşan zamanı içəridən çiftəni bağlamışdır ki, bayırdan qapını kimsə aça bilməsin. Mənzilin içindən ikincimərtəbəsinə də qalxmışlar və orada da şkaf-siyirtmələrə baxmışlar, lakin pul tapmamışlar. Həmin zaman mənzildə kameraların quraşdırıldığını gördüyü üçün fıkirləşmişdir ki, onları çəkib, ona görə ikinci mərtəbədə kameraların yaddaş blokunu nəqillərdən ayırmağa başlamışdır. Qırmızı nəqili dartsa da, çıxmadığı üçün orada olmuş qara rəngli kağız kəsən alətlə həmin qırmızı nəqili kəsmişdir və apparatı özü ilə götürmüşdür ki, sındırıb məhv etsin, ələ keçməsin. Sonra mənzilin aşağı mərtəbəsinə düşüb şkallara baxanda Sabir yataq otağının paltar şkafında dəmir seyfi görüb ona bildirmişdir. Onlar fıkirləşmişlər ki, içində pul var və onlara gəlmişlər ki, həmin seyfı aparsınlar gəldikləri binaya və orada o, laqonda kəsici aparatla kəssin ki, içindən pul olsa götürsünlər. Sonra həmin dəmir seyfi gətirmişlər gəldikləri eyvana və görmüşlər ki, pəncərədən çıxmayacaq. Ona görə də qərara gəlmişlər ki, pəncərənin yanındakı şüşə çərçivəsini söküb çıxartsınlar. Bu məqsədlə o, özü ilə gətirdiyi vintaçanla çərçivəni sökməyə başlasa da, materialı bərk olduğu üçün sınmışdır. Ona görə də mənzilin içinə qayıdıb giriş qapısının yanında olmuş siyirtmənin içindən bir ədəd iri vintaçan və sarı metaldan olan ayaqqabı rajokunu götürüb qayıtmışdır eyvana. Həmin alətlərin vasitəsilə çərçivəni söküb, şüşəni çıxardıb qoymuşlar kənara və yaranmış boşluqdan seyfı qaldırıb keçidin yanına keçirtmişlər. Bundan sonra onlar həmin seyfı qaldırmışlar və taxta keçidin üstünə qoymuşlar. Ortasından kəndirlə dolayıb bağlamışlar ki, keçidin üstü ilə sürükləyib digər binaya keçirsinlər. Bundan sonra o, keçidin üstü ilə qayıtmışdır geriyə gəldikləri binaya və başlamışdır kəndirlə seyfı dartmağa. Sabir isə seyfin arxasından itələmişdir. Bu yolla bir təhər ortaya qədər çəkərək sürükləmişlər ki, bu zaman aşağıdan mühafızəçilərin səsini eşitmişlər ki, «nağarırsız orada? 102-ni yığın. 102-ni yığın» və başa düşmüşlər ki, polis gələcək, ona görə də seyfi tez sürükləyib salmışlar bu biri binaya ki, keçidin üstündə qalmasın. O, qorxmuşdur ki, keçidin üstündə qoyub qaçsalar, düşər aşağı kiminsə üstünə. Bundan sonra Sabirlə birlikdə pilləkənlərlə aşağı qaçmağa başlamışlar və bu yolla düşmüşlər binanın zirzəmisinə ki, oradan bayıra çıxsınlar. Zirzəmidə o, özü ilə götürdüyü videokameraların yaddaş apparatını əlində tutulmasın deyə taxtaların arasında gizlətmişdir ki, sonra qayıdıb məhv etsin. Sonra binanın arxasından zirzəmidən çıxmışlar arxa yola və oradan qaçmışlar. Yolda maskaları, əlcəkləri və əyinlərinə əlavə geyindikləri köhnə paltarları çıxarıb zibilliyə atıb həmin ərazidən çıxıb getmişlər. Hadisə yerini tərk edəndə 23.07.2017-ci il tarixdə saat 01.00-dan sonrakı vaxtlar olmuşdur. Onlar «Elmlər Akademiyası» metro stansiyasına qədər gəlib oradan tanımadıqları taksi ilə evə getmişlər. Səhər açılandan sonra o, işə gəlmişdir ki, həm nələrin danışıldığını öyrənsin, həmçinin DVR aparatını da götürüb polis bölməsinə gedib səmimi etiraf etsin. Ora gələndə çoxlu sayda polis əməkdaşlarının olduğunu görmüşdür və ona məlum olmuşdur ki, həmin apparatı artıq taxtaların arasından tapmışlar. O, bir qədər fikirləşmişdir ki, artıq könüllü təslim olmaq gecdir və qorxuya düşmüşdür. Oradan uzaqlaşmışdır. O, başa düşmüşdür ki, bu işə görə tutulacaq, ona görə qərara gəlmişdir kı, Gürcüstana getsin və oradan Türkiyəyə. O, heç kimə heç nə demədən yola düşmüşdür və bunu edərkən Qazax rayonunda sərhəddə onu saxlayıb polisə təhvil vermişlər. O, da nə eləmişdirsə, hamısını səmimi etiraf etmişdir. Həmin mənzilin kimə məxsus olmasınıbilməmiş, oğurluq etmək fikrinə özü gəlmişdir və sonradan evin sahibinin kim olduğunu bilmişdir. Həmin mənzilə oğurlamaq məqsədilə girmişlər, mənzildə nə olduğu barədə dəqiq heç bir məlumatı olmamışdır. Lakin elə başa düşmüşdürki, imkanlı şəxsin mənzilidir. Niyyətində beş-on min manat pul tutmuşdur ki, həmin pulla Türkiyədə təhsil ala bilsin, əldə edəcəkləri pulu Sabirlə bərabər hissələrə böləcəkdilər. Təqsirləndirilən şəxs1 mənzildən bir ədəd «Tissol» markalı saat oğurlaması barədə məlumatı olmamışdır. Sonuncu saatı götürəndə o, bunu görməmişdir. Sonra da Sabir ona bu barədə heç nə bildirməmişdir. Saat barədə o, yalnız istintaq zamanı bilmişdir. Həmçinin oğurlamağa cəhd etdikləri seyfin içində nə olduğunu əvvəlcədən bilməmişlər.Əməlindən səmimi peşman olmasını, ziyanı tmamilə ödəməsini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki,tutduğu cinayət əməlinə görə çox peşmandır. Onun daimi iş yerləri olmasa da, santexnika ustasıdır. Təxminən 2017-ci ilin yanvar ayında fərdi ev tikintisində Təqsirləndirilən şəxs2lə tanış olub münasibət yaratmışdır, bir yerdə işləmişlər. 2017-ci ilin iyul ayının 20-21 tarixlərində İbrahim ona zəng edib yanına Yasamal rayonunda «Olimp» dükanının yaxınlığında yerləşən və qaynaqçı işlədiyi yeni tikilən hündürmərtəbəli binaya yanına çağırmışdır. O, ora gəldikdən sonra İbrahim həmin yeni tikilən binanın sonuncu mərtəbəsindən ona üzbə-üz bınanın sonuncu mərtəbəsində olan bir mənzili göstərib bildirmişdir ki, hazırda orada yaşayış yoxdur və həmin mənzildən pul oğurlamağı təklif eləmişdir. O, əvvəllər oğurluqla məşğul olmadığı üçün sonuncuya dərhal öz razılığını verməmiş, tərəddüd eləmişdi, demişdir ki, fıkirləşib deyər. Həmin vaxtı onun borcları olduğu üçün o, fikirləşmişdir və İbrahimə öz razılığını vermişdir. Onlar qərara gəlmişlər ki, həmin mənzilin eyvanına taxtadan keçid qoymaq yolu ilə mənzilə oğurluğa girsinlər. 22.07.2017-ci il tarixdə axşam vaxtlarında İbrahim ona zəng edərək yeni tikilən binaya yanına gəlməsini demiş və tapşırmışdır ki, xəlvəti keçsin ki, gözətçi onu görməsin. O, da bir gün əvvəl aldığı boz və qara rənglərdə tikintidə istifadə olunan parça qoruyucu maskaları da götürüb getmişdir ora və arxa tərəfdən xəlvəti binaya daxil olub qalxmışdır pilləkənlə yuxarı mərtəbəyə İbrahimin yanına. Həmin vaxt təxminən saat 21.00 radələri olardı. Onlar bir qədər orada taxta parçalardan İbrahimin düzəltməyə başladığı keçidi tamamlayıb qaranlıq düşməyini gözləmişlər. Təxminən saat 23.30 radələrində onlar həmin 4- 5 metr uzunluğunda taxta keçidin bir kənarının endirmişlər oğurluq edəcəkləri həmin mənzilin eyvanının kondisioner olan və şüşələnməmiş hissəsinə, sonra öz tərəflərindən olan kənarını divara bərkitmişlər. O, qara maskanı, İbrahim isə bu maskanı üzlərinə taxmışlar. İbrahim sarı tikinti əlcəklərini, o, isə oradan tapdığı corabları əllərinə taxmışlar. Bundan sonra, İbrahim qabaqda olmaqla və o, arxasında həmin keçidin üstü ilə dizləri üstə iməkləmək yolu ilə eyvana tərəf keçib düşmüşlər. Eyvana düşdükdən sonra İbrahim özü ilə gətirdiyi alçipan kəsici aləti ilə kondisioner tərəfdə olan yerdə yan pəncərənin ağcaqanad torunu kəsıb atmışdır yerə, sonra özü ilə götürdüyü dəmir zubillə həmin pəncərəni dəstək olan yerdən sındırmışdır və dəstəyi vasitəsilə pəncərəni açmışdır. Bundan sonra ikisi də içəriyə, yəni şüşəli eyvanın içinə daxil olmuşlar. Eyvanla yataq otağının arasındakı plastik qapını kilidli olmadığı üçün dəstəklə açıb həmin otağa daxil olmuşlar və başlamışlar mənzilin içindəki şkaf və siyirtmələrdə pul axtarmağa. Lakin tapmamışlar. İbrahim mənzilin giriş qapısına yaxınlaşan zaman içəridən çiftəni bağlamışdır kı, bayırdan qapını kimsə aça bilməsin. Siyirtmələrə baxanda o, yataq otağındakı dolabın orta siyiriməsindən bir ədəd «qızıl» kimi bildiyi «Tissot» markalı saatı götürüb cibinə qoymuşdur. Sonra mənzilin içindən ikinci mərtəbəsinə də qalxmışlar və orada da şkaf və siyirtmələrə baxmışlar. Lakin yenə də pul tapa bilməmişlər. Sonra İbrahim bildirmişdir ki, onları kameralar çəkib, ona görə də ikinci mərtəbədə kameraların yaddaş blokunu nəqillərdənayırmağa başlamışdır. Qırmızı nəqili kağız kəsən alətlə kəsmişdir və aparatı götürmuşdür ki, məhv etsin. Sonra onlar birinci mərtəbəyə düşüb yenidən şkaflara baxanda o, yataq otağının paltar şkafında olan dolabın içində bir orta ölçülü dəmir sefi görüb İbrahimə bildirmişdir. Onlar qərara gəlmişlər ki, həmin seyfı aparsınlar gəldikləri binaya və orada İbrahim kəsərək açsın. Sonra həmin dəmir seyfı gətirmişlər gəldikləri eyvana və görmüşlər ki, pəncərədən keçmir. Ona görə də qərara gəlmişlər ki, pəncərənin yanındakı şüşə çərcivəsini söküb cıxartsınlar. İbrahim özü ilə gətirdiyi vintaçanla çərvivəni sökməyə başlamış, lakin materialı bərk olduğu üçün vintaçan sınmışdır. Ona görə də mənzilin içinə qayıdıb giriş qapısının yanında olmuş siyirtmənin içindən bir ədəd iri vintaçan və sarı metaldan olan ayaqqabı rajokunu götürüb qayıtmışdır. Onlar köməkli həmin alətlərin vasitəsilə çərçivəni söküb, şüşəni çıxardıb qoymuşlar kənara və yaranmış boşluqdan seyfı qaldırıb taxta keçidin yanına keçirtmişlər və qaldırıb üzərinə qoymuşlar. Sonra İbrahim seyfı ortasından kəndirlə dolayıb bağlamışdır və keçmişdir yeni tikilən binaya. Bundan sonra İbrahım başlamışdır kəndirlə seyfi dartmağa, o, isə seyfın arxasından itələmişdir. Bu yolla bir təhər ortaya qədər çəkib çatmışlar ki, bu zaman aşağıdan mühafizəçilərin səsini eşitmişlər ki, 102yə zəng etmək istəyirlər. Onlar başa düşmüşlər ki, sonuncular polisi çağırırlar. Sonra onlar seyfı tez sürükləyib salmışlar bu biri binaya ki, qalıb kiminsə üstünə düşməsin və İbrahimlə birlikdə pilləkənlərlə aşağı qaçmağa başlamışlar, düşmüşlər binanın zirzəmisinə. Orada İbrahim özü ilə götürdüyü kameranın yaddaş apparatını taxtaların arasında gizlətmişdir kı, sonra götürüb məhv etsin və ikisı də binanın arxasından zirzəmidən çıxıb küçə ilə qaçmışlar. Yolda maskaları, əlcəkləri və əyinlərinə əlavə geyindikləri köhnə paltarları çıxarıb zibilliyə atıb oradan uzaqlaşmışlar. Sonra «Elmlər Akademiyası» metro stansiyasının yanında tanımadıqları bir taksi maşınına minib qayıtmışİar evə. Hadisə yerindən uzaqlaşan vaxt 23.07.2017-ci il tarixdə saat 01:00-dan sonrakı vaxtlar olmuşdur. Sonra İbrahiınin telefonuna zəng çatmamışdır və o, başa düşmüşdür ki, onun dalınca gələcəklər. Həmin mənzildən götürdüyü saatı evindən çıxmasın deyə qərara gəlmişdir ki, kiməsə versin və bu məqsədlə qonşusu olan İlqara təmənnasız hədiyyə etmişdır. İlqar əvvəlcə götürmək istəməsə də, o, demişdir ki, öz saatıdır, taxan deyil, əgər özü taxmırsa, oğluna versin. Üç gün sonra polis əməkdaşları onun ünvanına gəlmişlər və o, hər şeyi səmimi etiraf eləmişdir. O, həmin mənzilin kimə məxsus olmasını bilməmiş, sahibi barəsində heç bir məlumatı olmamışdır. Həmin mənzilə pul oğurlamaq məqsədilə girmişlər, mənzildə nə olduğu barədə dəqiq bilməsələr də, fikirləşmişlər ki, beş-on min manat pul olsa, maliyyə problemlərini, borclarını həll edərlər. Elə keçirəcəkləri pulu bərabər hissələrə böləcəkdilər. Oğurlamaq istədikləri seyfin içində nə olması barədə heç bir məlumatları olmamışdır. Evin içindən heç bir pul tapa bilmədikləri üçün fikirləşmişlər ki, seyfdə bir qədər olar, seyfdə qızıİ əşyaları və ya kağız-sənədlər olduğunu bilməmişdilər. O, saatı götürəndə Təqsirləndirilən şəxs2 bunu görməmişdir və bilməmişdir.Əməlindən səmimi peşman olmasını, ziyanı tmamilə ödəməsini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı şahidqismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2017-ci ilin may ayından Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 494-cü məhəllədə yerləşən "xxxx" tikinti şirkəti tərəfındən inşa edilən 16 mərtəbəli yaşayış binasında texniki işlərə nəzarətçisi işləyir. 2017-ci ilin iyun ayının ikinci yarısı vaxtlarından işə qaynaqçı kimi Təqsirləndirilən şəxs2 də işə götürülmüşdür. Sonuncunun işi binanın qaz-boru xəttinin və hər mərtəbədə çıxışlarının qaynaq edilməsindən ibarət olmuşdur. İşlədiyi müddət ərzində İbrahim 40lıq dəmir borudan ibarət ana xətti artıq 15-ci mərtəbəyədək qaldırmışdır. Qalan işləri hələ çoxdu. İbrahimin hər hansı qəbahətini görməmişdir və sonuncuya normal münasibət bəsləyirdi. 23.07.2017-ci il tarixdə saat 01.30-dan sonrakı vaxtlarda tikintinin gecə gözətçisi Şahid4 onun əl telefonuna zəng edərək yuxudan qaldırıb bildirmişdir ki, yanakı yerləşən binadan əvvəllər tanımadığı generalın evindən seyf oğurlayıb binalarının üstündə çəkib çıxarmışlar. O, da durub gəlsin. O, da yola düşüb binanın yanına gəlmişdir. Həmin zaman orada polis əməkdaşları olmuşlar. Birlikdə əhatəyə alınmış binanın bütün mərtəbələri və otaqlarını gəzib səhər açılanadək yoxlasalar da, heç kimi tapa bilməmişlər. Sonuncu mərtəbəyə baxanda görmüşdür ki, qonşu binanın eyvanına taxtadan hazırlanmış keçid qoyulmuşdur. Yanında kəndir və bir ədəd dəmir seyf olmuşdur. Həmçinin yerdə iki ədəd 40-lıq dəmir boru və bəzi iş alətləri də olmuşdur. Polis əməklaşları hadisə yerinə baxış keçirmişlər və artıq səhər açılmışdır ki, zirzəmidə videokameraların yaddaş bloku da tapılmışdı. Səhər açıldıgı üçün artıq işçilər də işə gəlməyə başlamış və ən tez gələnlərdən biri də qaynaqçı Təqsirləndirilən şəxs2 olmuşdur. Lakin tez gəlsə də, işə başlamamışdır. Bildirmişdir ki, iş şalvarı yoxdur və sair, sonra isə ümumiyyətlə çıxıb getmişdir. Sonra məlum olmuşdur ki, həmin oğurluğu İbrahim dostu ilə birlikdə həyata keçirmişlər. Təqsirləndirilən şəxs1 heç vaxt görməmiş və tanımamışdır. Məhkəmə istintaqı zamanı şahidqismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, yaşadığı ünvanın qonşuluğunda "xxxx" tikinti şirkəti tərəfindən 16 mərtəbəli bina inşa edilir. O, 2015-ci ildən əvvəlcə iş icraçısı «Piramida» şirkətində, sonra isə hazırki şirkətdə gecə gözətçısi işləvir. Onun işi ondan ibarətdir ki, saat 18.00-dan saat 07.30-dək müddət ərzində gözətçilik etsin, tikinti obyektinin sərhədləri çərçivəsində əraziyə giriş-çıxışa və tikinti materiallarına nəzarət etsin. Təqsirləndirilən şəxs2 həmin tikintidə bir müddət idi ki, qaynaqçı işləyirdi və sonuncunu mədəni, ədəb ərkanlı və işini işləyən işçi kimi tanıyırdı. 22.07.2017-ci il larixdə saat 18.00 radələrində o, işə gələrək növbəni qəbul etmişdir. Həmin zaman işçilər işdən gedirdilər. Gecə yarıya qədər obyektdə hər hansı səs eşitməmişdir. Demək olar ki, sakit keçmişdir. Eyni zamanda kiminsə obyektə kənardan daxil olduğunu da görməmişdir. İbrahimin bir qədər iş görüb gedəcəyini bilsə də, gedibgetmədiyini dəqiq görməmişdir, elə bilmişdir ki, çıxıb gedib. 23.07.2017-ci il tarixdə saat 00.30- 01.00 arası vaxtlarda əyləşdiyi yerin qarşısından bir küt səs eşidərək yanakı yerləşən bina ilə araya çıxmışdır ki, baxsın, lakin heç kimi görməmişdir. Həmin zaman həmin binanın gözətçisi Əliheydərin iş yerinin kənarından durub telefonla danışdığını görmüşdür və ona demişdir ki, «Zahid. sənsən?». O, da demişdir ki, «mənəm. səs eşitdim. cıxdım ki, baxım». Həmin zaman sonuncu ona demişdir ki, yuxarıya baxsın. Obyektin yuxarı mərtəbəsindən digər binanın eyvanına taxta keçid qoyulub. O, da başını yuxarı qaldıranda görmüşdür kı, həqiqətəndə yuxarıda taxta keçid var və əlindəki fonarın işığını yuxarının ətrafına edərək bir nəfərin konturlarını görmüşdür. O, çığırmışdır ki, «nə eləyirsən orada?», həmin şəxs tez keçmişdir dama tərəf.Bu zaman Əliheydər polisə zəng eləmişdir. Sonra çalışmışlar ki, binanı əhatə etsinlər və pilləkənlərlə düşən şəxslərin səsini eşitmişdir ki. «tez ol, tez ol». Sonra ora polis əməkdaşları da gəlmişdilər və binanın içini axtarsalar da, heç kimi tapa bilməmişlər. Yuxarıda sonuncu mərtəbədə qarşı binaya atılmış taxta keçid və kəndir var idi, həmçinin orada bir ədəd orta ölçülü dəmir seyf də var idi, apara bilməmişlər. Bir-iki gün sonra polis əməkdaşları müəyyən eləmişdilər ki, oğurluq edən Təqsirləndirilən şəxs2dur. O, əvvəlcə inanmasa da, sonra dəqiq məlum olmuşdur ki, İbrahim adını bilmədiyi dostu ilə həmin obyektin sonuncu mərtəbəsindən qarşı tərəfdəki binanın 16-cı mərtəbəsinə taxta keçid qoymaqla generalın evindən bir ədəd dəmir seyfı oğurlayıb keçidin üstü ilə keçirmişlər gəldikləri binanın üstünə və onlar bunu aşkar etdikləri üçün qoyub qaçmışdılar. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20A, mənzil 58-də ailəsi ilə birlikdə yaşayır. Yaşadığı məzil binanın 15-ci mərtəbəsində yerləşir. Eyni zamanda üstündəki mansardın da mənzilinin sahəsinə bərabər hissəsini də almışdır. Giriş qapısı ilə üzbə-üz yerdə mənzilin içindən həmin hissəyə giriş açıb pilləkən quraşdırmışdır, yəni mənzili fakıiki olaraq iki mərtəbədən ibarətdir. 15-ci mərtəbədə üç yataq otaqları yerləşir, axırıncı yataq otağının eyvanı var. Həmin eyvanı plastik şüşə-pəncərə sistemi ilə əhatə etmişdir. Yalnız kondısioner olan hissə bağlanmamışdır. Eyni zamanda, binanın 5-6 metr aralığında «RA» tikintı şirkəti tərəfindən başqa bir hündürmərtəbəli bina inşa edilməkdədir və artıq sonuncu mərtəbəsi də tamalanıb. Həmin binanın sonuncu mərtəbəsinin kənarı ilə mənzilinin həmin eyvanının kənarı ilə təxminən 4-5 metr məsafə vardır. 2017-ci ilin iyun ayının axır tarixlərində ailəliklə yay mövsümü ilə əlaqədar Novxanı bağ massivinə qalmağa getmişlər. Sonuncu dəfə həyat yoldaşı 20.07.2017-ci il tarixdə günorta vaxtlarında evdə olub baxmışdır və qayıtmışdır bağa. 23.07.2017-ci il tarixdə saat 00.50 radələrində yaşadığı binanın gözətçisi Əliheydər onun əl telefonuna zəng edərək bildirmişdir ki, mənzilinin eyvanına yeni tikilən binadan taxta atıb evə giriblər, gəlsin,o, da demişdir ki, təcili 102-yə zəng eləsin, indi gəlir. O, evə gəlib çıxanda qapının kilidiın açmaq istəsə də, məlum olmuşdur ki, içəridən çiftəsi bağlıdır və məcbur olub qonşunun mansardındakı eyvandan keçmişdir mənzilinin eyvanına və plastik qapının kilidini qırıb içəriyə mənzilə daxil olmuşdur. Mənzilin birinci mərtəbəsinə düşdükdə aşkar etmişdir ki, evdəki şkafların qapıları və siyirmələr açıq vəziyyətdədir. Yataq otağının qarderobunda olmuş bir ədəd dəmir seyf yerində yoxdur. Həmin otağın eyvanının kondisioner olan tərəfdən şüşəsi sındırılıb və bir tərəfi sökülüb. Həmin yerdən yeni tikilən binanın sonuncu mərtəbəsinə taxta körpücük çəkilib. Bundan sonra qonşular və polis əməkdaşları ilə qalxmışdır həmin yeni tikilən binanın yuxarımərtəbəsinə və seyfin orada olduğunu aşkar etmişdir. Sonra ona məlum olmuşdur ki, evinin videomüşahidə kameralarının yaddaş blokunu da çıxarıb aparmışdır. Həmin aparatı sonra yeni tikilən binanın zirzəmisində taxtaların arasından tapıb polis əməkdaşları götürmüşdülər. Lakın qoşub baxsalar da, məlum olmuşdur ki, hadisə zamanı çəkiliş olmamışdır, yəni kamera sistemi sönülü olmuşdur. Mənzilindən bir ədəd «Eagle Safe» markalı orta ölçülü ağır seyfi çıxarılıb digər binanın son mərtəbəsinə keçirilmiş, yataq otağından bir dəd qızıl saat oğurlanmış və videokameraların yaddaş bloku götürülmüşdür. Seyf ilə yaddaş bloku oğrular tərəfındən yeni tikilən binada atılmışdır. Həmin seyfın içində bir ədəd 200 manat dəyərində mirvari boyunbağı, 300 manat dəyərində 750 əyarlı ağ qızıldan qolbaq, 600 manat dəyərində 585 əyarlı sarı qızıldan qədimi qolbaq, 1000 manat dəyərində 750 əyarlı ağ qızıldan və bıilyant qaşlı sırğaüzük komplekti, 400 manat dəyərində 750 əyarlı sarı qızıldan qolbaq, 200 manat dəyərində 585 əyarlı sarı qızıldan zümrüd qaşlı üzük, 350 manat dəyərində 750 əyarlı ağ-sarı qızıldan üzük, 300 manat dəvərində 999 əyarlı sarı qızıldan 5 qramlıq külçə, birinin qiyməti 600 manat olan 3 ədəd 10 rubl və 300 manat olan 1 ədəd 5 rubl «Nikoİay» sikkələri, qutunun içində - 500 manat dəyərində 585 əyarlı sarı qızıldan boyunbağı, 400 manat dəyərində 750 əyarlı sarı qızıldan boyunbağı, 600 manat dəyərində 750 əyarlı ağ-sarı qızıldan qolbaq, 400 manat dəyərində 583 əyarlı sarı qızıldan boyunbağı, sonra 500 manat dəyərində 750 əyarlı ağ qızıldan qolbaq-üzük-sırğa komplekti, 200 manat dəyərində 750 əyarlı ağ-sarı qızıldan kulon, 150 manat dəyərində 750 əyarlı sarı qızıldan bir cüt sırğa, 150 manat dəyərində 583 əyarlı sarı qızıldan bir cüt sırğa, 300 manat dəyərində 750 əyarlı ağ qızıkdan bir cüt sırğa, birinin qiyməti 150 manat iki ədəd 585 əyarlı sarı qızıldan nişan üzüklərini, 200 manat dəyərində 750 əyarlı ağ-sarı qızıldan gül şəkilli üzük, 300 manat dəyərində 750 əyarlı ağ-sarı qızıldan üzük, 200 manat dəyərində 750 əyarlı sarı qızıldan medalyon, ikisinin qiyməti 500 manat dəyərində 750 əyarlı sarı qızıldan medalyonlar, 500 manat dəyərində 783 əyarlı sarı qızıldan «Çayka» markalı qadın saatı, 300 manat dəyərində 583 əyarlı sarı qızıldan medalyon olmuşdur, ümumilikdə həmin qızılların qiyməti 10150 manatdan çoxdur. Seyfi o, 500 manata almışdır, bir ədəd qızıl saaatın dəyəri 2000 manatdır. Hal hazırda ona dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur, onlarla barışmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının18.09.2017-ci il tarixli 21485/21486 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş: 1. Ağ rəngli, şəffaf plastmas futlyarda bir ədəd 5 qram çəkidə 995 əyyarlı qızıldan olan və üzərində Aversinde «GOLDAS», reversinde «GOLDAS Switherland 5 gr FİNE GOLD 995,0 CERTİFİED BAR A0124372» mətni yazılmış dördbucaq formalı külçə - 500.00 manat; 2. Ağ rəngli, şəffaf plastmas futlyarda ipə düzülmüş çəhrayımtılnaqıncı rəngli mərcan muncuqlar - 75 manat; 3. Qırmızı rəngli futlyarda 15,02 qram çəkidə 850 əyyarlı qızıldan olan içərsində «Mariam" yazısı olan bir ədəd sarı-qırmızı-yaşıl kombinə edilmiş halqavari qolbaq - 1277,00 manat; 4. Qəhvəyi futlyarda 26,14 qram çəkidə 583/585 əyyarlı qızıldan olan qövsvari formalı. 2 ədəd yaşımtıl, şəffaf qaşı olan, üst hissəsi gül, yarpaq işləməli qolbaq - 1570.00 manat; 5. Qara rəngli futlyarda 23,03 qram çəkidə 750 əyyarlı qızıldan olan ellipsvari elementləri olan gümüşü rəngli qolbaq - 1382.00 manat; 6. Qırmızımtıl-qara futlyarda 7,97 qram çəkidə 583/585 əyarlı qızıldan olan qaş hissəsi «X» formalı, gümüşü-sarı kombinə edilmiş üzük - 440,00 manat; 7. Bozumtul rəngli plastmas futlyarda 1 ədəd qeyri-şəffaf, yaşıl kabaşon, 11 ədəd yaşımtıl, şəffaf qaşı olan 4,47 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük - 423,00 manat; 8. Taxta futlyarda qaş hissəsi gül formalı, gümüşü-sarı kombinə-edilmiş ümumilikdə 3 ədəd kabaşon yaşıl, 24 ədəd ağ-şəffaf qaşı olan, 14,04 qram çəkidə 583/585 əyyarlı qızıldan olan sırğa cütü-üzük dəsti - 1245,00 manat: 9. Versace naxışlı. gümüşü-sarı kombinəedilmiş halqalardan təşkil olunmuş 22.00 qram çəkidə 750 əyyarlı qızıldan olan qolbaq - 1650,00 manat; 10. İlan formalı, uclarında kürəcikləri olan 19,74 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı - 1480,00 manat; 11. Sarı rəngli, kombinəedilmiş toxunuşlu 25.65 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı - 2052,00 manat; 12. Gümüşü rəngli, dairə formalı elementləri olan, hil formalı muncuqlardan və zəncirdən təşkil olunmuş 24.58 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı - 2042,00 manat; 13. Gümüşü rəngli 8,77 qram çəkidə 750 əyyarlı qızıldan olan sırğa cütü - 658,00 manat; 14. Sarı rəngli, dördbucaq formalı 5,36 qram çəkidə 750 əyyarlı qızıldan olan sırğa cütü - 402,00 manat; 15. Aypara formalı 2,46 qram çəkidə 583/585 əyyarlı qızıldan olan sırğa cütü - 135,00 manat; 16. Halqa formalı 1,92 qram çəkidə 583/585 əyyarlı qızıldan olan ensiz üzük - 106,00 manat; 17. Halqa formalı 5.30 qram çəkidə 583/585 əyyarlı qızıldan olan enli üzük - 292,00 manat; 18. Gül formalı, gümüşü-sarı kombinəedilmiş 11,36 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük - 625,00 manat;
19. Gümüşü-sarı-qırmızı kombinəedilmiş 12,60 qram çəkidə 750 əyyarlı qızıldan olan üzük- 945,00 manat; 20. Konusvari 6,54 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon – 490,00 manat; 21. Gümüşü və sarı dairələrdən ibarət 8.20 qram çəkidə 583/585 əyyarlı qızıldan olan kulon - 451,00 manat; 22. Qırmızımtıl-sarı rəngli, dairə formalı 6,23 qram çəkidə 583/585 əyarlı qızıldan olan medalyon - 343.00 manat; 23. Dairə formalı, kənarları şəbəkə naxışlı, mərkəzində ərəb və ya fars dilində söz yazılmış 7,05 qram çəkidə 750 əyarlı qızıldan olan kulon - 530.00 manat; 24. Dairə formalı, kənarları şəbəkə naxışlı, mərkəzində ərəb və ya fars dilində söz yazılmış 7,04 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon - 528,00 manat; 25. İlan formalı 23,20 qram çəkidə 750 əyyarlı qızıldan olan sırğa cütü-üzük-qolbaq dəsti - 1740.00 manat; 26. Bir ədəd 4,23 qram çəkidə 900 əyyarlı qızıldan olan «5 rubley 1898 q» sikkə - 320,00 manat; 27. Üç ədəd ümumilikdə 25,67 qram çəkidə 900 əyyarh qızıldan olan «10 rubley 1899 q» sikkə - 650,00 manat; 28. Bir ədəd 3,57 qram çəkidə 916 əyyarlı qızıldan olan qulplu «Cümhuriyyət altunu» 2011 medalyonu - 260,00 manat; 29. Üç ədəd 2,5 qram çəkidə 900 əyyarlı qızıldan olan bitişik vəziyyətdə qırıq diş koronkası - 225,00 manat; 30. Bir ədəd 8.00 qram çəkidə 583/585 əyyarlı qızıldan olan «Çayka» markalı qol saatın gövdəsi - 530,00 manat; 31. Bir ədəd işlək vəziyyətdə qiymətsiz metaldan «Tissot 1853» qol saatı - 150,00 manat; 32. Bir ədəd 2015-ci ildə alınmış «Eagle Safes, ES- 035» markalı dəmir seyf - 765.0 manat dəyərində müəyyən edilir. Ümumilikdə həmin əşyaların orta bazar qiyməti 24 min 281 manat dəyərində müəyyən edilir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 sentyabr 2017-ci il tarixli 1449 № li rəyinə əsasən Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 12 sentyabr 2017-ci il tarixli 1450 № li rəyinə əsasən ƏfəndiyevSabir Azəddin oğlunda hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslərhəmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərəcəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə cərimə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxslərin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm təqsirləndirilən şəxslərin başa çatmayan cinayətdə təqsirləndirilmələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəzasiyasətininhumanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativcəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə cərimə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən S.A.X1 ilə nikahlarından 15.08.2011-ci il təvəllüdlü Mədinə, 20.10.2012-ci il təvəllüdlü Fatimə adlı qızları vardır. İş materiallarında olan Cəbrayıl rayon İHB Hovuslu kənd İƏD üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs2 barədə verdiyi xasiyyətnamədən görünür ki, İ.S.Məsimov müsbət xarakterizə edilir. İş materiallarında olan Səhiyyə Nazirliyinin Elmi Tədqiqat travmatologiya və ortopediya institutunun 719 saylı, 11.11.2011-ci il tarixli arayışından görünür ki, İ.S.Məsimovun sol diz oynağının sinoviti, sol aşağı ətrafın 2 sm qısalığı, sol diz oynağının yarığının iç tərəfdən daralması, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağ ciyər xəstəlikləri institutunun 13.10.2015-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə aktından görünür ki, İ.S.Məsimovun bronxial astma, Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli oftalmologiya mərkəzinin 20.08.2011-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə aktına əsasən İ.S.Məsimovun gözlərində mürəkkəb astiqmatizm, hər iki gözün zəif görməsi xəstəliyi vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsinə əsasən ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərin cinayəti etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini, zərər çəkmiş şəxsin onlardan şikayət və tələbinin olmamasını, əlavə olaraq təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ailəli olmasını, 2 azyaşlı qız uşağının olmasını, təqsirləndirilən şəxslərdən İ.S.Məsimovun məcburi köçkün olmasını, fiziki qüsurunun, xəstəliklərinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 barəsində Yasamal Rayon Məhkəməsinin 27.07.2017-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəzi 25.07.2017-ci il tarixdən hesablanmışdır. 19.01.2018-ci il tarixli qərarla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həbsdə saxlanılma müddətinin uzadılmasına dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina etmiş, təqsirləndirilən şəxs 23.01.2018-ci il tarixdə həbsdən azad edilib və barəsində 23.01.2018-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 25.07.2017-ci il tarixdən 23.01.2018-ci il tarixədək 5 ay 28 gün həbsdə qalmışdır. Təqsirləndirilən şəxs1 barəsində Yasamal Rayon Məhkəməsinin 28.07.2017-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəzi 26.07.2017-ci il tarixdən hesablanmışdır. 19.01.2018-ci il tarixli qərarla ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həbsdə saxlanılma müddətinin uzadılmasına dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina etmiş, təqsirləndirilən şəxs 23.01.2018-ci il tarixdə həbsdən azad edilib və barəsində 23.01.2018-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 26.07.2017-ci il tarixdən 23.01.2018-ci il tarixədək 5 ay 27 gün həbsdə qalmışdır. Maddi sübut kimi tanınan bir ədəd 150 manat dəyərində «Tissot 1853» qızıl saat, bir ədəd 500 manat dəyərində 5 qram çəkidə 995 əyyarlı qızıldan olan külçə, 75 manat dəyərində mərcan muncuqlar, bir ədəd 1277 manat dəyərində 15.02 qram çəkidə 850 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 1570 manat dəyərində 26.14 qram çəkidə 583/585 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 1382 manat dəyərində 23,03 qram çəkidə 750 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 440 manat dəyərində 7.97 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 423 manat dəyərində 4.47 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, 1245 manat dəyərində 14.04 qram çəkidə 583/585 əyyarlı qızıldan olan sırğa cütü-üzük dəsti, bir ədəd 1650 manat dəyərində 22 qram çəkidə 750 əyyarlı qızıldan olan qolbaq, bir ədəd 1480 manat dəyərində 19,74 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı, bir ədəd 2052 manat dəyərində 25.65 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı, bir ədəd 2042 manat dəyərində 24.58 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağı, 658 manat dəyərində 8,77 qram çəkidə 750 əvyarlı qızıldan olan sırğa cütü, 402 manat dəyərində 5.36 qram çəkidə 750 əyyarlı qızıldan olan sırga cütü, 135 manat manat dəyərində 2.46 qram çəkidə 583/585 əyyarlı qızıldan olan sırğa cütü, bir ədəd 106 manat dəyərində 1.92 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 292,00 manat dəyərində 5.30 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 625 manat dəyərində 11.36 qram çəkidə 583/585 əyyarlı qızıldan olan üzük, bir ədəd 945 manat dəyərində 12.6 qram çəkidə 750 əyyarlı qızıldan olan üzük, bir ədəd 490 manat dəyərində 6.54 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon, bir ədəd 451 manat dəyərində 8.20 qram çəkidə 583/585 əyyarlı qızıldan olan kulon, bir ədəd 343 manat dəyərində 6.23 qram çəkidə 583/585 əyyarlı qızıldan olan medalyon, bir ədəd 530 manat dəyərində 7.05 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon, bir ədəd 528 manat dəyərində 7.04 qram çəkidə 750 əyyarlı qızıldan olan kulon, 1740 manat dəyərində 23.20 qram çəkidə 750 əyyarlı qızıldan olan sırğa cütü-üzük-qolbaq dəsti, bir ədəd 320 manat dəyərində 4,23 qram çəkidə 900 əyyarlı qızıldan olan «5 рублей 1898 г.» sikkəsin, üç ədəd ümumilikdə 650.00 manat dəyərində 25.67 qram çəkidə 900 əyyarlı qızıldan olan «10 рублей 1899 г.» sikkələri, bir ədəd 260 manat dəyərində 3.57 qram çəkidə 916 əyyarlı qızıldan olanqulplu «Cümhuriyyət altunu» medalyonu, 225 manat dəyərində 2.5 qram vəkilin 900 əyyarlı qızıldan olan bitişik vəziyyətdə üç ədəd qırıq diş koronkası, bir ədəd 530 manat dəyərində 8 qram çəkidə 583/585 əyyarlı qızıldan olan «Чайка» markalı qol saatının gövdəsi, bir ədəd 765 manat dəyərində «Eagİe Sales, ES-035» markalı dəmir seyfi, yəni ümumilikdə 24 min 131 manat dəyərində əmlakın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 1000 (min) manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.1, 29,177.2.3 və 29,177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək, üzərində qəti olaraq 1000 (min) manat cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 146,60 manatın (yüz qırx altı manat 60 qəpik) 73 manat 30 qəpik hissəsi Təqsirləndirilən şəxs2dan və 73 manat 30 qəpik hissəsi Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış əşyaların qanuni sahibi olan zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov