Məhkəmə qərarları › İş №1(004)-231/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-231/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-231/2022 06.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili “Prospekt” Vəkil Bürosunun vəkili X17, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X10 və onun vəkili X4, X14 vəkili Müdafiəçi, X5 və onun vəkili X18 iştirakları ilə, X10, X14 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmalarına dair X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X10, X14 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X22 və X25 adlı şəxslərlə (doğma qardaşdlardır) qaynı X33 arasında işgüzar münasibət olmuş, sonradan adı çəkilən qardaşlar onlara satmaq üçün verilən malları (məişət avadanlıqlarının) və ya onların dəyərini ödəmədiyinə görə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 07.09.2016-cı il tarixli 2(008)-7330/2016 saylı qətnaməsi ilə X8 24.559 manat, X12 isə 52.380 manat tutularaq qaynı X26 ödənilməsi qət edilmişdir. Bu qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Qətnamə üzrə 27.03.2018-ci il tarixdə verilmiş icra vərəqəsi Sabunçu rayon İcra şöbəsinə göndərilmiş, ötən 4 il müddətində isə qətnamənin icrası başa çatmamış və borcdan heç bir vəsait ödənilməmişdir. İcra sənədi üzrə 09.04.2018-ci il tarixdə Sabunçu rayon icra şöbəsində başlanılmış icraat zamanı Mənsur Sadiqova və onun qardaşı Rasim Sadıqova könüllü icra üçün vaxt verilmiş, lakin tələb təmin edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hər iki borclunun axtarılması haqqında qərar qəbul edilmiş, yalnız bundan sonra 15.05.2018-cı ıl tarixdə M.Sadıqov tapılaraq icra məmuruna təhvil verilmiş, izahatında borcu qısa müddətdə ödəyəcəyinə bildirsə də, hazıradək heç bir vəsait ödəməmişdir. İcraat zamanı digər borclu Rasim Sadıqov da polis orqanları tərəfindən tapılaraq icra şöbəsinə təhvil verilmiş, 23.10.2018-ci il tarixli ərizəsində Elvin Novruzova olan borcun ona məxsus guya dəyəri 150.000 (yüz əlli mtn) manat təşkil edən qab-qacağa yönəldilməsini xahiş etmişdir. 23.10.2018-ci il tarixdə “Sədərək” ticarət mərkəzində Rasim Sadıqova məxsus qab-qacaq siyahıya alınaraq saxlanılması üçün ona təhvil verilmiş, bu barədə müvafiq akt tərtib olunmuş və CM-in 303-cü maddəsi ilə məsuliyyət daşıması barədə iltizam alınmışdır. İcra məmurunun təqdimatına əsasən Sabunçu Rayon Məhkəməsinin 20.02.2019-cu il tarixli qərardadı ilə həmin əmlaklar üzərinə həbs qoyulmuşdur. Bundan əvvəl isə icra məmurun digər təqdimatı ilə Sabunçu Rayon Məhkəməsinin 01.11.2018-ci il tarixli qərardadı ilə Mənsur Sadiqova məxsus “Toyota Camry” markalı **-SS-*** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, lakin hazıradək M.Sadiqov avtomobili təqdim etmədiyindən tələbin həmin əmlaka yönəldilməsi də təmin olunmamış, nəticədə dövlətin adından çıxan qətnamə icrasız qalmaqla sahibkarın da hüquqlarını pozmuşdur. Siyahıya alınaraq üzərinə həbs qoyulmuş qabqacaqlar "xxxx" MMC-nin 19.06.2019-cu il tarixli hesabatına əsasən 28302,15 manat dəyərində qiymətləndirilmiş, bu barədə Rasim Sadıqovun məlumatı olmuş və əmlak satılması üçün hərrac təşkilatına sifariş verilmişdir. İcra işinin materiallarından görünür ki, hərracın keçirilməsi 14.08.2019-cu il tarixə təyin edilmiş, lakin borclular həmin qiymətləndirmənin nəticəsi barədə hesabatın ləğv edilməsi ilə bağlı Nərimanov Rayon Məhkəməsində iddia qaldırdıqlarına görə görə hərrac keçirilməmişdir. Nərimanov Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli qətnaməsi ilə borcluların iddiası təmin olunmuş, "xxxx" MMC-nin 19.06.2019-cu il tarixli qiymətləndirmə rəyi ləğv edilmişdir. 2021-ci ilin sentyabr-oktyabr aylarında Elvin Novruzovun aidiyyəti qurumlara müraciətindən sonra icra işi üzrə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tədbirlər görülməyə başlamış, bu isə borclular X22 və X19 narahat etmişdir. Bundan sonra əmlakların yenidən qiymətləndirilməsinin həyata keçirilməsi üçün icra məmuru tərəfindən 10.09.2021 -ci il tarixdə qiymətləndiricinin dəvət olunması haqqında qərar qəbul edilərək "xxxx" MMC-və sifariş verilmiş, lakin borclu əmlaka baxış keçirilməsi üçün şərait yaratmadığından qiymətəndirmə işini həyata keçirmək mümkün olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasından yayınmaq üçün M.Sadiqov və R.Sadıqov böhtan xarakterli məlumatlar yaymaqdan da çəkinməmişdir. Belə ki, ölkədə reket jurnalist kimi tanınan, hədə-qorxu ilə tələb etməyə görə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan və məhkum olunan, “Gündəlik Bakı” qəzetinin baş redaktoru. “Gündəlik Bakı TV” internet kanalının rəhbəri X5 rəhbəri olduğu kanalda və www.qundelikbaku.com saytında 06.10.2021-ci il tarixdə yayımlanmış “Neptun marketlərdə olan qanunsuzluqlar” başlıqlı video çarxda (03 dəqiqə 16 saniyə) və yazıda qeyd edilmişdir: “Obyektivlik naminə qeyd edək ki, əvvəllər Naxçıvan camaatı arasında bu qardaşların əməlli-başlı hörməti var idi. Ancaq qardaşların yaxın qohumu olan Gəncəli İsmayılovun əməlləri Bağırov qardaşlarının da üzərinə kölgə salır. Gəncəli İsmayılov ətrafında şalışan adamlara sözün həqiqi mənasında qan uddurur. Hansı ki, yaxın dostlarının bizə dediyinə görə, Gəncəli özü də imkansız ailədən olub və vaxtilə Naxçıvanda üzərlik qabı satmaqla məşğul olub. Növbəti yazıda X25 adlı şəxsin 101 min manat “yüklənməsindən", şirkətin vergi borclarından, Gəncəli İsmayılovun güclü şahmatçı olmasından, satıcı katibə ilə macəralarından, qaynanasının ofisdəki həngamələrindən və digər hallardan bəhs edəcəyik Başqa sözlə, guya Gəncəli X2 adlı şəxsi 101.000 manat “yükləməsi” və s barədə” süjet hazırlanacağı anons edilmişdir. Bundan sonra Habil Vəliyevlə telefon əlaqəsi saxlanılmış (***-***-**-**), ona tərəfin mövqeyini öyrənmədən bu tipli məlumatların paylaşılmasının jurnalist etikasına zidd olduğunu bildirmişdir. O isə videoçarxı və yazını Rasim və Mənsur Sadıqov qardaşlarının sifarişi ilə hazırlandığını qeyd etmiş, Rasim Sadıqovun borclu olduğu pulun 3 ii bundan əvvəl üzərinə həbs qoyulmuş və dəyəri borcdan qat-qat az olan məişət avadaniıqiarı iiə əvəziəşdiriidikdən sonra Elvin Novruzov, Gəncəli İsmayıiov (bu məsələlərə heç bir aidiyyəti yoxdur) və onların ailə üzvləri barəsində böhtan xarakterli məlumatlar paylaşılmayacağını bildirmişdir. Halbuki, Mənsur Sadiqov və Rasim Sadıqov qardaşlarının Elvin Novruzova olan borcları dövlətin adından qəbul edilmiş qətnamələrdə öz təsdiqini tapmışdır. 19.10.2021-ci i! tarixdə “Gündəlik Bakı TV” internet kanalında yayımlanan "xxxx" şirkəti Rasim və Mənsur Sadıqov qardaşlarına 100 minlərlə pul atıb” başlıqlı videoçarxda (04 dəqiqə 42 saniyə) və www.gundelik-baku.com saytındakı yazıda deyilir: Yazının girişi: "xxxx" şirkəti Rasim və Mənsur Sadıqov qardaşlarına 100 minlərlə pul atıb-Şirkətin sahibi Müseyib Bağırov zərəçəkənlərə deyir ki, qardaşımın qaynı Gəncəli İsmayılov mənə də pul atıb...” Mətndə deyilir: “Ötən yazımızda vaxtilə Naxçıvanda üzərlik qabı satmaqla məşğul olan Gəncəli İsmayılovun şirkətdə çalışanlara qan uddurmasını da ötəri qeyd etmişdik. İndiki yazını isə şirkətdə baş verən cinayət əməlləri ilə bağlı Rasim və Mənsur Sadıqov qardaşlarının Gundelik-Bakıya müraciəti əsasında hazırlayırıq. Rasim Sadıqov müraciətində qeyd edir ki, mən 2009-cu ildə Karaca qabqacaqlarını satmaq üçün Saliton (Neptun) şirkətinin əməkdaşı Gəncəli İsmayılovla görüş təyin etdik, görüş zamanı ölkəyə yeni gətirilən Karaca qablarının satışına razılıq verdi və şad olduğunu bildirdi və bu qabların satışı üçün bizə Saliton şirkət rəhbərliyinin şərtlərini sadaiadı: ' Şərtlərdən biri bu idi ki, mağazaiarın təmiri yüksək səviyyədə olmalıdır və mağazaların daxili dizaynı Soliton rəhbərliyinin tələbinə tam cavab verməlidir. Bizim mağazalar orta təmirli olmasına baxmayaraq Soliton şirkətinin əməkdaşı tərəfindən bəyənilmədi. Mağazanın yeni dizaynı üçün ön şüşələrin dəyişdirilməsi, qiymətli alkopan örtüklə bəzədüməsi, mağazanın daxilinin isə rəhbərliyin verdiyi dizayna uyğun mebel vitrinlərlə təchiz ofunmast bizdən tələb olunurdu. Hesablamalar zamanı bizə küllü miqdarda pul vəsaiti lazım olacağını gördük və etirazımızı bildirdik, çünki Soüton şirkətinin ölkəmizə gətirdiyi Karaca brendinin, qoyduğumuz sərmayənin bizə nə qazandıracağı şübhə altında idi. Bu zaman şirkət əməkdaşı Gəncəli İsmayılov bizə bildirdi ki, mağazaya çəkilən bütün xərclər Soliton şirkəti tərəfindən ödəniləcək. O, bizi tam əmin etdi ki, biz şirkətin əməkdaşı Gəncəlinin şirkət rəhbərliyin yaxın qohumu və güvəndiyi adam olduğu üçün onun dediklərinə inanaraq mağazalarımıza şəxsi büdcəmizdən 30.000 (otuz min) manat ayıraraq mağazaları tam Soliton şirkətinin istəyinə uyğun təmir etdik. İlkin olaraq 2009-cu ilin avqust ayında Soliton şirkətinin əməkdaşlarının gətirdikləri məhsulları bizə təqdim edə-edə təhvil verdilər. İlk aylarda normal işləməyimizə baxmayaraq Soliton şirkətinin süni qiymət artımını görüb tez-tez etirazımızı bildirirdik, cavab olaraq G.İsmayılov əsassız bəhanələr gətirirdi. Bizə olunan haqsızlıqlara baxmayaraq şirkətə məxsus Karaca qablarının 5 ilə yaxın müddət ərzində satışı ilə məşğul olduq. Bu illər ərzində icarəyə götürdüyümüz mağazalara aylıq ödəniş olaraq 200,000 (iki yüz min )manatdan artıq icarə haqqı ödədik, Soliton şirkəti tərəfindən gələn qabları saxlamaq üçün ayrılan anbara isə 42,000 (qırx iki min) manatdan artıq xərcimiz çıxmışdır. Soliton şirkətinin 1 qəpik xərci belə çıxmadan (icarə haqqı ,anbar pulu, işçi pulu və kommunal xərclər) bizim üzərimizdən rahat pul qazandığına əmin olub Soliton şirkətinə məxsus olan qabları təhvil vermək qərarına gəldik. Soliton şirkətinin anbardan başda olmaqla işçi qrupuyla birlikdə şirkətə məxsus məhsulları yük avtomobilinə dolduraraq Hökməlidə yerləşən Solitona aid bazaya təhvil verdik. Aradan keçən 2 ildən sonra bizi Elvin Novruzov adlı tanımadığımız şəxs tərəfindən Sabunçu rayon məhkəməsinə çağırıldıq, bu zaman biz Soüton şirkətinin rəhbəri Müseyib Bağırovun qəbuluna gedərək məsələnin mahiyyətini öyrənmək istədik. Müseyib müəllimlə söhbət əsnasında məlum oldu ki, tanımadığımız X36 İsmayılovun oyununun bir parçası və qayınıdır. Müseyib müəllim bizə açıq və səmimi etiraf etdiki Gəncəli İsmayılov şirkətə məxsus küllü miqdarda pul vəsaitini mənimsəmiş və Çexiyaya gedərək bahalı brend qabları ölkəyə gətirməsinə xərcləmiş, bununla da öz şəxsi biznesini qurmuşdur. Müseyib müəllim açıq etiraf etdiki Gəncəli İsmayılov, qardaşı Sahib Bağırovun qayını olduğu üçün heç bir quruma şikayət etməmişdir”. İndi isə söz hüquq-mühafizə orqanlarınındır.” Əvvəla qeyd edir ki, halal yolla pul qazanmaq heç vaxt eyib olmayıb, lakin onun Naxçıvanda MRdə üzərlik qabı satmağını sübut edəcək heç bir dəlil ortaya qoyulmamış, məqsəd onun işgüzar nüfuzunu ləkələmək və aşağı salmaq olmuşdur. Guya "xxxx" şirkətinə məxsus külli miqdarda pulu mənimsəmiş, həmin pul vəsaiti ilə Çexiyadan bahalı markalara aid qabqacaq mallarını Azərbaycana gətirərək öz biznesini qurmuş, "xxxx" şirkətinin rəhbərinin qardaşının qaynı olduğuna görə guya barəsində heç bir hüquq mühafizə orqanlarına şikayət olunmamışdır. Əgər külli miqdarda pul mənimsəmiş olsaydı barəsində Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə ən azı cinayət işi başlanar, dəymiş ziyan ödənilməsə idi ittihamedici hökm olardı. Lakin barəsində hüquq mühafizə orqanlarında nə mənimsə ilə bağlı araşdırma olmuş, nə cinayət işi balanılmış, nə də belə bir ittihamedici hökm yoxdur, başqa sözlə, deyilənlər böhtan xarakterli olmaqla yenə də işgüzar nüfuzu ləkələmək və aşağı salmaq məqsədi güdmüş, Eivin Novruzova borclu olduqları vəsaiti ödəməkdən bu yolla yayınmağa çalışmışlar. Elvin Novruzov guya onun oyununun bir parçası olmuş, Elvin Novruzovdan satmaq üçün aldıqları və qaytarmadıqları məişət avadanlıqlarını guya "xxxx" şirkətinə məxsus Hökməli qəsəbəsində yerləşən anbara təhvil verdiklərini bildiriblər. Qeyd olunan məsələlər Azərbaycan məhkəmələrində dəfələrlə araşdırılmış, lakin təsdqini tapmamışdır. Beləliklə, X22, X25 və “Gündəlik Bakı TV” internet televiziya kanalı və www.qundelik-baku.com saytı onu ağır cinayət törətməkdə, yəni 100.000 (yüz min) manatdan artıq vəsaiti mənimsəməkdə ittiham etməklə və barəmdə digər həqiqətə uyğun olmayan məlumatları paylaşmaqla böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində yaymışdır. Göstərilənlərə əsasən X10, X14 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi və vəkili X30 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 və onun vəkili X13 bildirmişdirlər ki, hazırki şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Bundan əlavə şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də cavab vermir. Belə ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar yəni, məşğuliyyət növü və vəzifəsi qeyd edilməmişdir. Bundan başqa şikayətin verildiyi tarix (il, ay və gün) və yer də ümumiyyətlə göstərilməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etmədən şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq M.R.Sadıqov qeyd etdi ki, G.İsmayılov onun barəsində edilən şikayəti qeydiyyatda olduğu və faktiki yaşayış yeri olan Sabunçu rayonun müvafiq məhkəməsinə verməlidir.Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X15 bildirmişdir ki, xüsusi ittihamçı X11 Azərbaycan Respublikasının CPM-nin 293.3.1, 293.3.7 maddələrinin tələblərini kobud surətdə pozmuşdur, Azərbaycan Respublikasının Ali məhkəməsinin 21.02.2014-cü il tarixli Plenumun Qərarına diqqət yetirməmişdir və bu qaydaları kobud surətdə pozaraq, onu xüsusi ittiham qaydasında məhkəməyə vermişdir. İlk olaraq onu göstərir ki, xüsusi ittihamçı Gəncəli İsmayılov şikayət ərizəsində Gündəlik Bakı TV internet televiziya kanalını xüsusi ittiham qaydasında məhkəməyə versə də belə bir kanalın mövcud olmadığı və ona aid olmadığı bəllidir. Bundan əlavə sübut etmə qarşı tərəfin üzərində olduğu üçün X24 Baku.com saytının X9 aid olması barədə heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Gündəlik Baku.com saytı Gündəlik Bakı qəzeti MMC-nin balansında deyildir. Nə Gündəlik Bakı TV, nə də Gündəlik Baku.com Gündəlik Bakı qəzeti redaksiyası MMC-nin balansında deyildir. Gündləlik Baku.com saytı və Gündəlik Bakı TV, Gündəlik Bakı qəzeti redaksiyası MMC-nin balansında olmadığı üçün və X9 heç bir aidiyyatı olmadığı üçün, X3 ona qarşı qərəzli mövqedə olduğunu başa düşülməlidir. O, X1 Gəncəli İsmayıl oğlu haqqında heç bir məqalə yazmamış, heç bir məqalənin müəllifi deyil, rəhbərlik etdiyi Gündəlik Bakı qəzetində X11 haqqında heç bir məqalə dərc olunmamışdır. Əgər olunmuşdursa qarşı tərəf qəzetin orijinallarını məhkəməyə təqdim etsin. Bundan başqa Gündəlik Bakı qəzeti 2016-cı ilin dekabr ayından fəalliyətini dayandırmışdır. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən H.Vəliyevin vəkili X31 müdafiə etdiyi şəxsin çıxışına uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 vəkili Müdafiəçi bildirmişdir ki, hazırki şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Bundan əlavə şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də cavab vermir. Belə ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar yəni, məşğuliyyət növü və vəzifəsi qeyd edilməmişdir. Bundan başqa şikayətin verildiyi tarix (il, ay və gün) və yer də ümumiyyətlə göstərilməmişdir. Nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etmədən şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət ərizəsində şikayət vermiş şəxs haqqında məlumatlar yəni, məşğuliyyət növü, vəzifəsi, həmçinin şikayətin verildiyi tarix və yer də qeyd edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək şikayət vermiş şəxsin vəzifəsidir. Lakin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs qanunvericliklə üzərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Eyni zamanda məhkəmə aidiyyat məsələsinə də diqqət yetirərək hesab edir ki, Yasamal rayon məhkəməsinə müraciət edilməsi üçün heç bir əsas mövcüd deyil, belə ki Ali Məhkəmənin 21 fevral 2014-cü il tarixli Qərarın 12-ci bəndinə qeyd edilmişdir ki, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlagədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələrində baxılmalıdır. Göründüyü kimi, nə fiziki şəxslərin (M.Sadıqov, R.Sadıqov, H.Vəliyev) nə də ki, “Gündəlik Bakı tv” və www.gündəlik-baku.com qeydiyyat və hüquqi ünvanları Yasamal rayonu deyil. Həmçinin məhkəmə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10, X14 və X5 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkilləri X6, Müdafiəçi və X23 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X16, X20 və X9 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkilləri X6, Müdafiəçi və X23 məhkəmədə iştirak etdikləri 20 saata gorə hər birinə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X10, X14 və X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X27 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkilləri X6, Müdafiəçi və X23 məhkəmədə iştirak etdikləri 20 saata gorə hər birinə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar