Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-232/2024 23.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X5 və fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli olmaqla himayəsində iki azyaşlı uşağı olan, orta ixtisas təhsilli, məhkum olunmamış, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda mütəxəssis işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilə-bilə hüquq verən saxta vəsiqədən istifadə etmişdir. Belə ki, o, nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan “Sergey” adlı şəxs və ya qeyriləri tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1” kateqoriyalı 1829 890124 nömrəli sürücülük vəsiqəsini əldə etmiş, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 08 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ünvan 2 ünvanında fəaliyyət göstərən 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin Qeydiyyat imtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB257842” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlaşırmış. Həmin vaxt həyat yoldaşı ona hədiyyə etmək məqsədilə Rusiyada Federasiyasında hazırlanmış sürücülük vəsiqəsini təqdim etmişdir. O, həmin sürücülük vəsiqəsini görən kimi demişdir ki, bunun üstündə onun adı rus dilində yazılmışdır. Həyat yoldaşına demişdir ki, o, Rusiyada olmaya-olmaya bu necə verilib? Onun "ASAN xidmətə' təqdim etdiyi Rusiya Federasiyasında hazırlanmış sürücülük vəsiqəsi saxta imiş. Çünki o, vəsiqədə göstərilən tarixdə yəni, xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında olmamışdır.Həmin sürücülük vəsiqəsini əldə etmək üçün heç bir dövlət orqanına müraciət etməmiş və imtahan verməmişdir. Həmin saxta sürücülük vəsiqəsi onun üçün Rusiyada hazırlanmışdır. O, həmin sürücülük vəsiqəsini Bakı şəhəri 3 saylı “ASAN xidmətə” təqdim edəndə dərk edirmiş ki, həmin sürücülük vəsiqəsi qanuni şəkildə hazırlanmayıb, yəni saxtadır. Təqsirləndirilən şəxs şahid qismində ifadəsində ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyun ayının 23-ü həyat yoldaşı Şahid1 tərəfindən ona sürücülük vəsiqəsi ad günü münasibəti ilə hədiyyə kimi təqdim edilmişdir. Həmin vaxt o, imtahan yolu ilə sürücülük vəsiqəsi əldə etmək üçün kitablar oxuyurmuş. Həyat yoldaşı onun kitablarla çox əziyyət çəkdiyini görüb hədiyyə etmək qərarına gəlmişdir. Həyat yoldaşı ona sürücülük vəsiqəsini təqdim edəndə görmüşdür ki, o, Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsidir. Onun verilmə tarixi xx.xx.2022-ci il imiş. Bundan bir müddət əvvəl həyat yoldaşı ondan şəxsiyyət vəsiqəsinin şəklini və 3*4 ölçüdə şəklini istəmişdir. O da həmin şəkilləri göndərmişdir. Həyat yoldaşı həmin vəsiqəni ona verəndə ondan necə əldə etdiyini soruşmuşdur. Həyat yoldaşı ona demişdir ki, həmin vəsiqəni hansısa tanışının vasitəçiliyi ilə hazırlatdırmışdır. Onun ürəyində narahatlıq qalmışdır ki, axı o, Rusiyada olmamış və həmin vəsiqəni əldə etmək üçün heç bir orqana müraciət etməmişdir. Bundan sonra yoldaşı ona demişdir ki, o, həmin vəsiqəni iş yoldaşı vasitəsilə 600 manata hazırlatdırmışdır. Belə ki, o, həmin saxta rus vəsiqəsini Asan Xidmətə təqdim etməklə heç bir imtahan vermədən 1 illik sürücülük vəsiqəsi əldə etmək qərarına gəlmişdir. Bunun üçün 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 157 ünvanında fəaliyyət göstərən 3 saylı “Asan Xidmət” mərkəzinə getmişdir. O, oraya gedəndə hiss etmişdir ki, həmin saxta sənədi dövlət orqanına təqdim etməklə özünü təhlükəyə atır. Çünki onlar müvafiq yoxlamalarla həmin sənədin saxta olduğunu müəyyən edə bilərdilər. Könülsüz olsa da, həmin saxta sürücülük vəsiqəsini Asan Xidmətə təqdim etmiş, həmin gün də ona yeni Azərbaycan Respublikasına məxsus 1 illik sürücülük vəsiqəsi verilmişdir. Orada ona demişlər ki, ona 1 illik sürücülük vəsiqəsi veriləcək, həmin rus vəsiqəsi isə yoxlama aparılması üçün Baş ofisə göndəriləcək. Həmin saxta vəsiqənin yoxlamaya göndərilməsini eşidəndə o, çox narahat olmuş və artıq başa düşmüşdür ki, həmin sənədin saxta olduğu ortaya çıxacaq. Daha sonra ona Daxili İşlər Nazirliyindən zəng gəlmiş və onu həmin məsələ ilə bağlı Baş İdarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, başa düşürmüş ki, özü Azərbaycanda ola-ola onun adına Rusiya Federasiyasında xx.xx.2022-ci il tarixdə sürücülük vəsiqəsinin verilməsi reallığı əks etdirmir. Yəni həmin sənədin qeyriqanuni yolla hazırlandığını, saxta olduğunu dərk edirmiş. O, ümumiyyətlə, heç vaxt Rusiyada olmamışam. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 2023-cü ilin iyun ayının 23-ü həyat yoldaşı Təqsirləndirilən şəxs ad günü münasibəti ilə ona sürücülük vəsiqəsi hədiyyə etmək qərarına gəlmişdir. Aqil adlı iş yoldaşından eşitmişdir ki, Rusiyada asan yolla sürücülük vəsiqəsi əldə etmək olur. Aqil ona demişdir ki, bu işdə heç bir problem yoxdur, tam qanunidir, onu Asan Xidmətə təqdim etməklə Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək mümkün olur. Aqil ona demişdir ki, bu iş üçün həyat yoldaşının şəxsiyyət vəsiqəsinin və 3*4 ölçüdə şəkli lazımdır. Bir də Rusiyada bu işlə məşğul olan quruma 600 manat rüsum ödəmək lazımdır ki, adam orda olmadan ona vəsiqə verilsin. Aqil ona demişdir ki, Rusiya qanunlarına görə şəxs özü orada olmadan da sürücülük vəsiqəsi əldə etmək mümkündür, amma rüsumu bir az çox olur. O da inanıb Aqilə 600 manat pul vermişdir. Bundan təxminən 1 həftə sonra Aqil ona həmin sürücülük vəsiqəsini vermiş və o da onu həyat yoldaşına ad günündə, yəni 23 iyun 2023-cü il tarixdə hədiyyə vermiş və sonradan qərara gəlmişlər ki, həmin saxta sürücülük vəsiqəsini Asan Xidmətə təqdim etməklə müvəqqəti 1 illik sürücülük vəsiqəsi alsınlar, daha sonra növbəti il 10 illik vəsiqə əldə edərlər. Belə ki, həyat yoldaşı 08 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 157 ünvanında fəaliyyət göstərən 3 saylı “Asan Xidmət” mərkəzinə gedərək həmin saxta vəsiqəni təqdim etmiş və Azərbaycan Respublikasına məxsus 1 illik sürücülük vəsiqəsi əldə etmişdir. Daha sonra ona Daxili İşlər Nazirliyindən zəng gəlmiş və onu həmin məsələ ilə bağlı Baş İdarəyə dəvət etmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 2023-cü ilin yay aylarına qədər Azər-enerji tikinti quraşdırma müəssisəsində fəhlə kimi çalışmışdır. Şahid1 oradan tanımışdır. Əbülfəz orada fəhlələrə nəzarət edirmiş. 2023-cü ilin iyun ayının əvvəllərində Əbülfəz ona demişdir ki, işdəkilərdən eşidib ki, onun bir neçə tanıdığı şəxs Rusiyadan asan yolla sürücülük vəsiqəsi əldə etmişlər. Əbülfəz müəllim bununla bağlı ondan soruşmuş və o da demişdir ki, onun Səxavət adlı bir tanışı var, onunla əvvəllər bir yerdə ofissiant işləmişdirlər. Ondan eşitmişdir ki, Rusiyada asan yolla, heç ora getmədən də sürücülük vəsiqəsi əldə etmək mümkündür. Səxavət demişdir ki, onun tanıdığı bir neçə şəxs bu yolla sürücülük vəsiqəsi əldə edib və bu günə kimi heç bir problem yaşamayıblar. Əbülfəz müəllim ondan həmin məsələ ilə bağlı geniş maraqlanmağını xahiş etmişdir. O da Səxavətə bu barədə demişdir. Səxavət də demişdir ki, maraqlanıb xəbər edəcək. Bir müddət sonra Səxavət ona zəng edib demişdir ki, məsələnin həll edilməsi mümkündür. Bunun üçün adamın şəxsiyyət vəsiqəsinin şəkli, 3*4 ölçüdə şəkilləri və rüsum kimi də 600 manat pul lazımdır. O da bunu Əbülfəz müəllimə demiş və o da razı olmuşdur. Həmin işi Əbülfəz müəllimə deyəndə dəfələrlə bildirmişdir ki, o, həmin adamları tam tanımır, birdən pulları batar, vəsiqəni göndərməzlər, sonra o, pis vəziyyətdə qalar. Belə ki, Əbülfəz müəllim ona dediyi şəkilləri və 600 manatı vermişdir. O da həmin 600 manat pulu Səxavətin dediyi, hazırda xatırlamadığı karta göndərmişdir. Təxminən 5-6 gündən sonra, yəni 2023-cü ilin iyun ayının ortalarında Səxavət ona Rusiyaya məxsus sürücülük vəsiqəsini vermiş və o da həmin vəsiqəni Əbülfəz müəllimə təqdim etmişdir. Daha sonra həmin vəsiqədən onların necə istifadə etməsi ilə bağlı heç bir məlumatı olmamışdır. Daha sonra məsələ ilə əlaqədər ona Daxili İşlər Nazirliyindən zəng gəlmiş və Baş İdarədə öyrənmişdir ki, həmin sürücülük vəsiqəsi saxta imiş. Onun bu işdə heç bir maddi marağı, gözləntisi olmamışdır. 600 manat pulu da Səxavətin ona dediyi karta göndərmiş və həmin pulun qarşılığında da Rusiyada sürücülük vəsiqəsi hazırlanıb göndərilmişdir. Cinayət işinin istintaqı zamanı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmədə elan olunmuş ifadəsindən məlum olmuşdur ki, 2021- 2022-ci illərdə iş elanları saytında qida əlavələrinin satışı ilə bağlı iş təklifi görmüşdür. Orada qeyd olunan nömrə ilə əlaqə saxlamış və adını Mahir kimi təqdim edən şəxslə danışmışdır. Həmin şəxs ona demişdir ki, qida əlavələrinin onlayn reklamı və satışı ilə məşğul olurlar. O, onlayn qaydada bir müddət işləmiş, amma əhatə dairəsi çox da geniş olmadığı üçün həmin işdə yaxşı gəlir qazana bilməmişdir. Həmin ərəfələrdə Mahir adlı şəxsdən 100 manat borc pul istəmişdir. O, həmin pulu Mahirdən sürücülük vəsiqəsi əldə etməyə görə onlayn kursa yazılmaq üçün istəmişdir. Mahir isə ona ona demişdir ki, nəyə görə əziyyət çəkib imtahana hazırlaşırsan, Rusiyadan 400-500 manata rahat şəkildə sürücülük vəsiqəsi əldə etmək mümkündür. Bu, ona maraqlı gəlmiş və bunun necə olacağını soruşmuşdur. Mahir isə ona demişdir ki, Rusiyada yaşayan bir qrup şəxslər var ki, adamın özü olmadan belə, ona sürücülük vəsiqəsi hazırlaya bilirlər və həmin sürücülük vəsiqəsini rahat şəkildə Asan Xidmətə təqdim edib Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsinə dəyişmək mümkün olur. Mahir ona demişdir ki, onun tanıdığı çoxlu sayda adam bu yolla sürücülük vəsiqəsi əldə edib və heç bir problem olmadan nəqliyyat vasitələrini idarə edirlər. Belə ki, həmin vaxt Mahir ona bir rus nömrəsi vermişdir və o, özünü Sergey kimi təqdim edən şəxslə yazışmışdır. Sergey ona Rusiyada yaşadığını demişdir. O, həmin şəxslə ancaq yazışmış, səsli qaydada danışmamışdır. Sergey ona demişdir ki, 500 manat pul göndərsə, bir həftəyə ona sürücülük vəsiqəsi göndərə bilərmiş. Amma həmin vaxt o, 500 manatı toplaya bilmədiyi üçün sürücülük vəsiqəsi əldə edə bilməmişdir. Lakin həmin şəxsin xarici nömrəsi onun telefonunun yaddaşında qalmışdır. Daha sonra həmin qida əlavələrinin satışı işi ona çətin gəldiyi üçün işdən ayrılmışdır. O, həmin işdə təxminən 15-20 gün işləmişdir. O, özünü Mahir kimi təqdim edən şəxsin üzünü heç vaxt görməmişdir. Onun sadəcə adını bilirmiş. Ondan sonra o, bir çox yerdə ofisiant, fəhlə kimi işləməyə başlamışdır. Belə ki, bir müddət “Sonalar Sonası” şadlıq sarayında Şahid2la birlikdə ofisiant işləmişdir. O, sürücülük vəsiqəsi məsələsini söhbət zamanı Aqilə də demişdir. Mahirin dediyi sözü ona da demişdir ki, deyirlər ki, çox adam artıq sürücülük vəsiqəsini bu yolla alır. Bundan bir müddət sonra, təxminən 2023-cü ilin yay aylarında Aqil ona zəng edib sürücülük vəsiqəsi düzəltmək barədə maraqlanmışdır. O, Aqilə demişdir ki, artıq Mahir adlı şəxslə birlikdə işləmir. Həmçinin onun nömrəsinə zəng etmiş, amma zəng çatmamışdır. Amma yoxlamaq üçün “Sergeyin” nömrəsinə yazmış və mesajın çatdığını görmüşdür. Bir neçə gündən sonra Sergey ona cavab yazmışdır və ona bir tanışı üçün sürücülük vəsiqəsi lazım olduğunu demişdir. Sergey də ondan 600 manat pul istəmiş və demişdir ki, adamın şəxsiyyət vəsiqəsinin, 3*4 ölçüdə şəklinin olması kifayətdir. O da bunu Aqilə demişdir. Bir müddət sonra Aqil ona demişdir ki, həmin adamlar razıdırlar. Belə ki, o, “Sergey” adlı şəxsə yazmış və Sergey də pulu göndərmək üçün ona kart nömrəsi göndərmişdir. O da həmin kartın nömrəsini Aqilə göndərmişdir və Aqil demişdir ki, həmin karta 600 manat göndərib. Təxminən 15 gün sonra “Sergey” ona yazmışdır ki, vəsiqə hazırdır və onu Nəsimi rayonunda “İmperial” şadlıq sarayının yanındakı poçt məntəqəsinə göndərəcəyini demişdir. Belə ki, bir neçə gündən sonra poçta yaxınlaşmış və onun adına Rusiyadan bağlama gəldiyini demişdirlər. Həmin bağlamanın içində rus dilində nazik kitab var imiş. Kitabı vərəqləyəndə içərisində bir nəfər xanıma məxsus vəsiqə olduğunu görmüşdür. Aqillə görüşüb həmin vəsiqəni ona vermişdir. Daha sonra məsələ ilə əlaqədər ona Daxili İşlər Nazirliyindən zəng gəlmiş və Baş İdarədə öyrənmişdir ki, həmin sürücülük vəsiqəsi saxta imiş. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Könüllü təqdim edilən əşyanı götürmə haqqında” 18 oktyabr 2023-cü il tarixli “könüllü təqdim edilən əşyanı götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd Azərbaycan Respublikasına məxsus BB257842 nömrəli sürücülük vəsiqəsi götürülmüşdür. (İ/V. 15-16). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-117843/2023 nömrəli məktubdan və həmin məktubun qoşmasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş, həqiqiliyi şübhə doğuran sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı “ASAN xidmət” mərkəzinə müraciət etmişdir. Belə ki, yoxlama zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 18 29 890124 nömrəli Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin Rusiya Federasiyası vətəndaşı X4 məxsus olması və eyni seriyalı, lakin xx.xx.2022-ci il tarixli sürücülük vəsiqəsi barədə məlumatların olmaması müəyyən edilmişdir. (İ/V. 4-12). “Sənədlərin məhkəmə texniki ekspertizasının” 24 oktyabr 2023-cü il tarixli 5/1497 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 18 29 890124 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Fləmçinin tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş 18 29 890124 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra" məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. (İ/V. 20-21). “Baxış keçirilməsi haqqında” protokoldan və sərhədkeçmə barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 22 may 2020-ci il tarixdə C03012365 nömrəli ümumvətəndaş pasportu əldə etmiş və o, həmin pasportla yalnız xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasına getmiş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasına geri qayıtmışdır. (İ/V. 54-56). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 3 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 77-78). “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 3 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ/V. 91-93). “Sübutların qiymətləndirilməsi haqqında” 2 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs etirafedici izahat və ifadəsi, şahidlərin ifadələri, DİN-in Baş X12 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-117843/2023 nömrəli məktub, “könüllü təqdim edilən əşyanı götürmə haqqında” və xış keçirilməsi haqqında” protokollar, sənədlərin məhkəmətexniki ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 5/1497 nömrəli rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmiş və Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş ' 04.2022-ci il tarixli 1829 890124 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli BB257842 nömrəli sürücülük vəsiqəsi cinayət işi üzrə maddi sübut hesab edilmişdir. (İ/V. 60-67). Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 adında 2 azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni bilə-bilə hüquq verən saxta vəsiqədən istifadə etməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edib səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, ona Azərbaycan Respublikasının CM-in 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs 70 (yetmiş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli və maddi sübut qismində tanınmış Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli 1829 890124 nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli BB257842 nömrəli sürücülük vəsiqəsi cinayət işi materiallarında saxlanılmalıdır Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-232/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 20 (iyirmi) iş saatına bərabər hesab edilərək, göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə məsrəfləri yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut qismində tanınmış Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli 1829 890124 nömrəli sürücülük vəsiqəsi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2023-cü il tarixli BB257842 nömrəli sürücülük vəsiqəsi cinayət iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 70 (yetmiş) manat ekspertiza xərci Ağayev Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi 27 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-232/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-232/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver