Məhkəmə qərarları › İş №1(004)-233/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-233/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-233/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X2, Təqsirləndirilən şəxs Dövlət ittihamçısı və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 iştirakları ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Dövlət ittihamçısı hüquq verən vəsiqədən saxta olmasını bilə-bilə istifadə etmişdir. Belə ki, o, nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan “İlqar” adlı şəxs və ya qeyriləri tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “B, B1, C, C1, M” kateqoriyalı 99 28 512856 nömrəli sürücülük vəsiqəsini əldə etmiş, Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə həmin saxta sürücülük vəsiqəsini 12 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi 157 ünvanında fəaliyyət göstərən 3 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB 258154” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Dövlət ittihamçısı ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2020-ci ildə işləmək məqsədi ilə Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Orada olan zaman İlqar adında şəxslə tanış olmuşdur. İlqar onun tanışlarının sənədləşmə işlərini görmüş, ona isə Moskva şəhərində müvəqqəti yaşamaq üçün icazə alınmasında köməklik etmişdir. Bundan sonra o, İlqardan sürücülük vəsiqəsi almaqda köməklik istəmiş, sonuncu isə 60.000 rubl müqabilində ona sürücülük vəsiqəsi almaqda köməklik edə biləcəyini bildirmişdir. Bir müddət sonra o, İlqarla birlikdə sürücülük məktəbinə getmiş, orada kompüterin qarşısında oturub tapşırıqları yerinə yetirmiş, daha sonra isə İlqara 60.000 rubl verdikdən sonra sonuncu məktəbinin həyətində ona sürücülük vəsiqəsini təqdim etmişdir. Bu məsələ ilə bağlı o, heç bir dövlət orqanında olmamışdır. O, həmin sürücülük vəsiqəsinin saxta olduğunu bilməmişdir. 2023-cü ilin əvəllərində o, Azərbaycan Respublikasına qayıtmışdır. Bundan sonra o, Rusiya Federasiyasına məxsus sürücülük vəsiqəsinin Azərbaycan Respublikasının sürücülük vəsiqəsi ilə əvəz etmək məqsədi ilə Bakı şəhərində yerləşən 3 saylı Asan Xidmət Mərkəzinə müraciət etmiş və rüsum ödəyərək Azərbaycan Respublikasının sürüclük vəsiqəsini almışdır. Bundan sonra onu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çağırmışlar və orada ona bildirmişlər ki, Rusiya Federasiyasında ona saxta sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X17 İdarəsindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ünvanlanmış 18 sentyabr 2023-cü il tarixli məktundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşları X7, Dövlət ittihamçısı, X6, X8 müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti yanında /ətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN Xidmət” mərkəzlərinə müraciət edərək xarici dövlətin səlahiyyətli orqanı ərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmişlər. Yuxarıda adları qeyd olunan şəxslərin təqdim etdikləri sürücülük vəsiqələrinin həqiqiliyi şübhə doğurduğundan, həmin sənədlər idarədə araşdırılan materiala əlavə edilib baxılması üçün aidiyyatı üzrə göndərilmişdir. (i.v. 3) Dövlət ittihamçısı 12 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o öz adına olan Rusiya Federasiyasına aid sürücülük vəsiqəsini dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı “Asan Xidmət” mərkəzinə təqdim etmişdir. (i.v. 5) Cinayət işinin materiallarına əlavə edilmiş saxtalaşdırılmış sürücülük vəsiqəsindən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Dövlət ittihamçısı xx.xx.2020-ci il tarixdə B, B1, C, C1, M kateqoriyalı 99 28 512856 nömrəli sürücülük vəsiqəsi verilmişdir. (i.v. 6) Rusiya Federasiyasında aparılmış yoxlamanın nəticəsi barədə məlumatdan görünür ki, Rusiya Federasiyasına aid 99 28 512856 nömrəli sürücülük vəsiqəsi barədə yoxlama aparılmış, lakin qeyd edilən sürücülük vəsiqəsi barədə məlumat aşkar edilməmişdir. (i.v. 8- 9) “Könüllü təqdim edilən əşyanı götürmə haqqında” 16 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, KMBİ-nin inzibati binasında xidməti otaqda Dövlət ittihamçısı təqdim etdiyi 1 ədəd Azərbaycan Respublikasına məxsus olan sürücülük vəsiqəsini BB258154 könüllü şəkildə təqdim etdiyindən götürülmüşdür. Həmin sürücülük vəsiqəsi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün protokola əlavə edilmişdir. (i.v. 13) xx.xx.2023-cü il tarixli BB seriyalı 258154 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Dövlət ittihamçısı “B1,B,C1,C” kateqoriyalı sürücüdür. (i.v. 14) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi 18 oktyabr 2023-cü il tarixli 5/1451 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Dövlət ittihamçısı adına verilmiş 99 28 512856 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Təqdim edilmiş Rusiya Federasiyasının Dövlət ittihamçısı adına verilmiş 99 28 512856 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra" məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. (i.v. 18-21) “Sübutların qiymətləndirilməsi haqqında” 31 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Rusiya Federasiyasına aid 99 28 512856 nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid “BB 258154” nömrəli sürücülük vəsiqəsi maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmışdır. (i.v. 29-32) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspert rəyi, Dövlət ittihamçısı Rusiya Federasiyasına aid sürücülük vəsiqəsini dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı “Asan Xidmət” mərkəzinə təqdim etməsi barədə ərizəsi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Dövlət ittihamçısı törətdiyi əməli etiraf etməməsi, yəni hüquq verən vəsiqədən saxta olmasını bilmədən istifadə etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 noyabr 2019-cu tarixli qərarına əsasən CM-in 320.1-ci maddəsinin hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədi saxtalaşdırma müddəasının şərh edilməsi üçün bu maddənin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin araşdırılması vacibdir. CM-in qeyd edilən maddəsinə əsasən, hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma əməli cinayət məsuliyyəti yaradır. Göstərilən cinayət əməli “İdarəetmə qaydası əleyhinə olan cinayətlər” fəslinə aid edilmiş və cinayətin obyekti qismində dövlət idarəetmə fəaliyyəti ilə bağlı münasibətlər çıxış edir. Cinayətin predmetini isə hüquq verən və ya vəzifədən azad edən vəsiqə və ya digər rəsmi sənədlər, dövlət təltifləri, möhürlər, ştamplar və blanklar təşkil edir. Bu əməlin predmetini təşkil edən rəsmi sənədin anlayışının və əlamətlərinin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, sənədlərin idarəetmədəki əhəmiyyəti, sənəd dövriyyəsi sahəsinin genişlənməsi, yeni növ sənədlərin, o cümlədən elektron sənədin əmələ gəlməsi, cinayət qanununda rəsmi sənəd anlayışının və əlamətlərinin açıqlanmaması cinayətin tövsifində müəyyən çətinliklər yaradır. Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 24-cü bəndinə əsasən, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Beləliklə, rəsmi sənəd hüquq əhəmiyyətli faktları müəyyən edən, dövlət tərəfindən səlahiyyət verilmiş hüquqi və (və ya) fiziki şəxslər tərəfindən tərtib və təsdiq edilən, qanunla müəyyən olunmuş formaya malik olan, qeydiyyat, ciddi hesabatlılıq və dövriyyəsi nəzarət sisteminin təsiri altına düşən sənəddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı əməli CM-in 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 fevral 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Dövlət ittihamçısı barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 28) “Qətimkan tədbiri seçilməsi haqqında” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Dövlət ittihamçısı barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 56-57) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2018-ci il təvəllüdlü X4, xx.xx.2019-cu il təvəllüdlü X5 atası Dövlət ittihamçısıdur. Məhkəmə, Dövlət ittihamçısı ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində üç azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Dövlət ittihamçısı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Dövlət ittihamçısı cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Dövlət ittihamçısı məhz cərimə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Dövlət ittihamçısı CMin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Dövlət ittihamçısı CMin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut kimi tanınmış Rusiya Federasiyasına aid 99 28 512856 nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid “BB 258154” nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş manat) manat pul vəsaiti Dövlət ittihamçısı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Dövlət ittihamçısı CM-in 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Dövlət ittihamçısı məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Dövlət ittihamçısı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Dövlət ittihamçısı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Rusiya Federasiyasına aid 99 28 512856 nömrəli saxta sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına aid “BB 258154” nömrəli sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 70 (yetmiş) manat Dövlət ittihamçısı tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Dövlət ittihamçısı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altımış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı Vəkil Bürosunun olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar