Məhkəmə qərarları › İş №1(004)-233/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-233/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-233/2025 01.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi Bakı şəhəri “39 saylı” vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, X12 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X12 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək barələrində azadlıqdan məhrum edilmələrinə dair növündə cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 1993-cü ildən Qarabağ əlili, DİN-in zabit pensiyasıçısı kimi pensiya alır. Pensiya 2007-ci ildən DSMF-ə keçəndə “Əmək pensiyaları haqqında” qanunun 26.1-ci maddəsinə zidd olaraq 45,10 manat azaldılıb. Qanunla, Prezident Fərmanı ilə onlara ayrılan güzəştlərin, ödənişlərin, əlavələrin heç biri verilmir. Hətta məhkəmə qərarı ilə xx.xx.2017-ci ildən pensiyasına əlavə olunan 110 manatı XŞTMF xx.xx.2023-cü ildən özbaşına ləğv edib ki, məhkəmənin əsaslandığı qanun maddəsi ləğv olunub. XŞTMF-nın direktoru Şahin Əliyev və onun özbaşınalığını müdafiə edən Eyvaz İsmayılov internet resursları vasitəsilə dövlət orqanlarına barəsində böhtan, təhqir yayır, nüfuzuna kölgə salan hərəkətlər edirlər. Onun pensiyasını mənimsəməkləri bəs deyil, qərəzlə ona qulluq edən həyat yoldaşının da pensiyasını azaldıblar. Bu ən böyük təhqirdir, mənəviyyatsızlıqdır. Bunlar vəzifələrindən sui-istifadə edib Qarabağ qazisinin əmlakını ələ keçirib, ailəsinin də təminatına qadağa qoyurlar. Məhkəmə təminatının müdafiəsi, hüquqi yardım hüquqununa da qeyri-prosessual qadağa qoyublar. Onu intihara sövq edirlər. Həyat yoldaşının pensiyasının azaldılmasının “fərdi məlumat”, “dövlət sirri” olduğunu bildirib özbaşınalıq edilir, təhqirə yol verilir. Göstərilənlərə əsasən X2 və X7 hər birinin CM-in 147.1-ci maddəsi ilə 06 ay, 148-ci maddəsilə 06 ay, toplam 01 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində göstərmişdir ki, İttiham olunan şəxslərin cinayətkar özbaşınalıqlarını sübut edən, daha ağır cinayət təqibinə səbəb olan məlumatları, sübutları, xx.xx.2017 tarixli, 2-1 (81 )-1889/17 saylı DÖVLƏTİN ADİNDAN ÇİXARİLAN MƏHKƏMƏ QƏRARİNİ, Bakı inzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyevanın icranı tələb edən xx.xx.2023 tarixli və xx.xx.2023 tarixli 2 (icra) vərəqini, Eyvaz İsmayılovun xx.xx.2025 tarixli təhqir, böhtan məktubunu əlavə edib, CPM-in 302.2.2 maddəsi əsasında istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Qərarının 13-cü bəndinə əsasən, CPM-in 276.4 maddəsinin tətbiq edilməsi üçün məlumatları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi xahiş edilmişdir. Bu şəxslərin əməlləri daha ağır maddə ilə təqib olunmalıdır. Onun məhkəmə qərarı ilə haqq etdiyi daşınar əmlakını mənimsəyiblər, pensiyasına əlavələri hesablamayıb mənimsəyirlər, şikayətinə görə, həyat yoldaşının da pensiyasını gizlin azaldıblar və bu dələduzluq əməlini “dövlət sirri” sayırlar. Hələ 12 ildir mənzil növbəsindədirlər, 9 ildir xx.xx.2016 tarixli, 2-1 (81 )-1095/16 saylı məhkəmə qərarını da icra etmirlər. 11 nəfərlik ailəsi ƏƏSMN-in və tabeliyindəki qurumların məsul şəxslərinin özbaşınalığı, korrupsiyası nəticəsində kirayələrdə qalır. Bu şəxslərin özbaşınalığından, əmlak-pensiya dələduzluğundan, vəzifələrindən sui-istifadə etmələrindən intihar həddindədir. Çünki prokurorluğu, məhkəməni də DSMF-də qanunsuz yaradılan 39 saylı vəkil bürosu vasitəsilə qeyri-prosessuallıqla şikayətinə baxılmasına qoymurlar, aldadırlar. O, əmlakından əl çəkən deyil, qanuni yolla əmlakının pensiyasının müdafiəsini edir. Bu şəxslər məhkəmə təminatı hüququna da qadağa qoyublar. Tamam özbaşınalıqdır. Bunlara başa salın ki, əmlakı, pensiyası bərpa olunmadıqca, cinayət təqibindən yaxa qurtara bilməyəcəklər. Sübut edin ki, ölkədə məhkəmə var, Konstitusiya var! Konstitusiya, qanun şahdır, şah Konstitusiya, qanun deyildir! Ya onun əmlakını qaytarmalıdırlar, ya da məsuliyyətə alınmalıdırlar. Başqa yol yoxdur! Onun kimisə tutdurmaq fikri də yoxdur, amma əmlakının qaytarmağın başqa yolu da yoxdur. Göstərilənləri əsas tutub, işin istintaq aidiyyəti üzrə ibtidai araşdırmaya həyata keçirən prokurora göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi Müdafiəçi məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətində qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra - Mərkəzi Filial) direktoru X12 internet resursları (xəbər portalları və s.) vasitəsi ilə ali dövlət hakimiyyəti orqanlarına onun haqqında böhtan xarakterli məlumat verməklə adına, nüfuzuna və mövqeyinə zərər vurmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, adıçəkilən şəxs tərəfindən ona təyin edilmiş əmək pensiyası üzrə 3188,7 manat məbləğində artıq vəsaitin ödənildiyi barədə dövlət orqanlarına yalan məlumat vermişdir. Şikayətə münasibətdə bildirmişdir ki, X8 ona təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanması barədə eyni məzmunlu müraciəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmanına), Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Nazirliyə, Fonda və Mərkəzi Filiala ünvanlamış, həmçinin eyni tələblə dəfələrlə məhkəməyə müraciət etmişdir. Sözügedən müraciətlərə cavab olaraq aşağıdakı məzmunda məktublar müvafiq olaraq aidiyyəti üzrə göndərilmişdir: “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Məğrub Bədəlliyə 18 iyun 1993-cü il tarixindən İ dərəcə əlilliyə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Fond həyata keçirdiyindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş ona dair 21095 nömrəli məlumat vərəqinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.1-ci maddəsinə əsasən, İ dərəcə əlilliyə görə əmək pensiyası Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixindən vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 530,00 manat, rütbə maaşı 144,00 manat, xidmət illərinə görə 5 faiz əlavəsi 33,70 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 771,70 manat təşkil edib. Məğrub Bədəlliyə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İ dərəcə əlilliyə görə təminat xərcliyinin 100 faizi miqdarında pensiya hesablanıb. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində əmək pensiyası 1082,70 manat məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7.1-ci maddəsinə əsasən İ dərəcə əlilliyi olan şəxslərin əmək pensiyasının sığorta hissəsinə 110,00 manat məbləğində əlavə verilirdi. Sözügedən əlavənin pensiyasının üzərinə əlavə edilməsi üçün vaxtilə məhkəməyə müraciət etmişdir. Nəticədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(81)-1889/2017 nömrəli qərarına əsasən pensiyana əlavənin ödənilməsinə başlanılıb. Qanuna edilmiş müvafiq dəyişikliyə uyğun xx.xx.2021-ci il tarixindən 19.1.7.1-ci maddə ləğv edilib. Nəticədə qeyd olunan maddə əsasında ödənilən 110,00 manat əlavənin bütün şəxslərə ödənilməsi dayandırılıb. Yəni fərq etmir sözügedən əlavə şəxsin müraciəti əsasında Mərkəzi Filial tərəfindən müəyyən edilərək ödənildiyi halda belə və ya məhkəmə qərarı əsasında müəyyən edilərək ödənilsə də həmin maddə ləğv olunduğundan sözügedən əlavənin ödənişi dayandırılıb. Belə ki, sözügedən məhkəmə qərarına əsasən pensiyasına Qanunun 19.2.5-ci maddəsinə uyğun olaraq, əlavənin ödənilməsi Mərkəzi Filiala həvalə edilmişdi. Məhkəmə qərarında konkret rəqəm və ya başqa məlumat göstərilməyib. Qanuna illər ərzində edilmiş dəyişikliklərlə əlaqədar 19.2.5-ci maddədə nəzərdə tutulan əlavə 19.1.7.1-ci maddə ilə əvəzlənib. Eyni zamanda da adıçəkilən şəxsin xeyrinə verilmiş məhkəmə qərarından sonra ona ödənilən həmin əlavənin məbləği qeyd olunan maddəyə müvafiq illər üzrə edilmiş dəyişiklərə uyğun artırılaraq ödənilib. Yəni 19.1.7.1-ci maddə də qeyd olunan əlavənin məbləği İllər üzrə artdıqca ona ödənilmiş müvafiq əlavənin məbləği illər üzrə artırılıb, qeyd olunan maddə ləğv olunduğuna görə əlavənin ödənilməsi də dayandırılıb. Eyni zamanda, qeyd olunan maddənin ləğvi müvafiq kateqoriyadan olan şəxslərin digər sosial ödənişinin - Prezident təqaüdünün məbləğinin artırılması ilə paralel aparılıb. Belə ki, Məğrub Bədəlliyə “Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğurunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı İ dərəcə müharibə əlillərinə” ödənilən Azərbaycan Respublikası Prezidentinin 250,00 manat məbləğində təqaüdü Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1230 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixindən (yəni Qanunun 19.1.7.1-ci maddəsinin ləğv edildiyi gündən) 400,00 manata artırılıb (xx.xx.2023cü il tarixindən isə 500,00 manat). Müvafiq araşdırma zamanı pensiyasında yuxarıda göstərilən əlavənin, lazımi məlumatlar vaxtilə elektron bazaya daxil edilmədiyindən vaxtında dayandırılmadığı aşkar olunub. Bununla əlaqədar 2023-cü ilin aprel ayında pensiyası yenidən hesablanaraq 1112,44 manatdan 973,65 manata azaldılıb. Nəticədə ona xx.xx.2021-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində 3188,37 manat artıq vəsait ödənilib. Həmin artıq ödənilmiş 3188,37 manat vəsaitin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi məqsədilə yazılı razılığının qısa müddətdə Mərkəzi Filial təqdim etməsi xahiş olunmuşdur. ” Bundan başqa, adıçəkilən şəxs bu və ya digər məsələlərlə bağlı xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət edib. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-7485/2023 nömrəli qərardadı ilə iddiası mümkün sayılmayıb. Eyni zamanda, apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)- 3863/2023 nömrəli qərardadı ilə təmin edilməyib. Həmin qərardan adıçəkilən şəxs tərəfindən verilmiş kassasiya şikayəti də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2983/2023 nömrəli qərarı ilə mümkün hesab edilməyib. Əlavə olaraq qeyd edək ki, Məğrub Bədəllinin eyni məzmunlu müraciətlərinə: - Fondun Aparatı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-1355xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-1522xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3- 17-1/2-B-163691/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-1733xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-2349xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2- B-2342xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-260040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-2638xx/xx/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3- 17-1/2-B-10333/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-17066/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-24859/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-B- 35678/5/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-47184/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-17-1/2-B-105733/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-B- 116337/2024 nömrəli, 9 iyul 2024-cü il tarixli 3-17-1/2-B-159007/2024 nömrəli və 21 oktyabr 2024-cü il tarixli 3-17-1/2-B-257326/2024 nömrəli məktublarla; - Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən isə xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-1062xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B- 1323xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-1522xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-1948xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2- B-2355xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-2627xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2-B-2823xx/xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2- B-3063xx/xx/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-170xx/xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-19423/4/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-B- 39595/6/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-451xx/xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-936xx/xx/2024 nömrəli məktublarla; - Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə xx.xx.2023-cü il tarixli 3-17/2-B-77xx/xx/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17/2-B-89xx/xx/2023 nömrəli, Azərbaycan Respublikası Milli X1ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinə xx.xx.2023-cü il tarixli 3-17-1/2- B-3018xx/xx/2023 nömrəli, Sosial qanunvericilik şöbəsinə xx.xx.2024-cü il tarixli 3-17/2- 2103/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-17-1/2-116354/2024 nömrəli və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Aparatına xx.xx.2024-cü il tarixli 3-17- 1/2-B-1163xx/xx/2024 nömrəli məktublarla ətraflı məlumat verilib. Məlumat üçün qeyd etmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya X11 X10 əldə olunan məlumatlara əsasən Məğrub Bədəllinin mənzil, pensiya, təqaüd, icbari sığorta və s. məsələlərlə bağlı indiyədək Nazirliyə ümumilikdə 319 müraciəti olmuşdur. Qeyd olunan müraciətlər Nazirlik tərəfindən cavablandırılmışdır. Göründüyü kimi, Məğrub Bədəllinin müxtəlif dövlət orqanlarına etdiyi müraciətlərin cavablandırılması məqsədilə Mərkəzi Filial tərəfindən yuxarıda qeyd edilən məzmunda cavab məktubları direktor Şahin Əliyev tərəfindən imzalanaraq aidiyyəti üzrə göndərilmiş və həmin məktublarında məzmununda heç bir böhtan xarakterli ifadələrdən istifadə edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasında böhtanın anlayışı verilmişdir: böhtan deyildikdə yalan olduğunu bilə- bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatlar nəzərdə tutulur. Göründüyü kimi, hazırki halda barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12 və X13 tərəfindən vəzifəli şəxs kimi vətəndaş müraciətinin cavablandırılması və qanunvericilik müddəalarına istinad edilərək vətəndaşa artıq məbləğin ödənildiyinin qeyd edilməsi böhtan xarakterli məlumat kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Şikayət nəzərdən keçirilərək qeyd edilməlidir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində ümumi formada internet resursları vasitəsilə ali dövlət hakimiyyəti orqanlarına M.Bədəlli haqqında böhtan xarakterli məlumat verməklə adına, nüfuzuna və mövqeyinə zərər vurulduğu qeyd olunub. Yəni Ş.Əliyevin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaları xahiş edilsə də, onların hansı əməlləri ilə həmin Məcəllənin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri qeyd edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayılması, həmçinin şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılması öz təsdiqini tapmamışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 293.3.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyil, xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri yoxdur, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmir. ‘‘Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd edilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər. Göründüyü kimi, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından, həmçinin şikayət əsassız olduğu və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyi üçün xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Əlavə olaraq qeyd etmişdir ki, xüsusi ittihamçı ağır yataq xəstəsi olduğunu və bu səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmədiyini bildirsə də, bunu təsdiq edəcək sübutları şikayətinə əlavə etməmişdir. Məlumat üçün qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixindən indiyədək X3 Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 141 (yüz qırx bir), ümumilikdə isə 170 (yüz yetmiş) müraciəti olmuşdur. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müxtəlif məzmunlu yüzlərlə müraciətləri olmuşdur. Əlavə olaraq ona təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanmasına dair iddia tələbi ilə bir neçə dəfə məhkəməyə müraciət etmiş, iddia tələbinin rədd edilməsinə baxmayaraq eyni iddia tələbi ilə təkrarən məhkəməyə müraciət etməyə davam edir və müvafiq olaraq iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan iddia mümkün hesab edilmir. Yuxarıda sadalananları nəzərə alaraq, xüsusi ittihamçı X8 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 iştirakı olmadan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olubolmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Xüsusi ittiham qaydasında şikayətin törədilmiş cinayət haqqında məlumata bərabər tutulmasını nəzərə alaraq belə şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasında biləbilə yalan xəbərçilik etməyə görə CM-nın 296-cı maddəsi ilə xəbərdar olunur. Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdə keçirərək şikayətin AR CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməməsi və şikayətin forma və məzmun baxımından qanunvericliyin tələblərinə uyğun olmaması qənaətinə gəlir. Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində əməlin harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə göstərməmişdir. AR CPM-nin 293.3.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği şikayətdə göstərilməlidir. Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində əməlin məhz X12 və X9 tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilməmişdir. AR CPM-nin 293.3.3-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi göstərilir. Belə ki, xüsusi ittiham qaydasında şikayət ərizəsində əməlin məhz X12 və X9 tərəfindən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Həmin Məcəllənin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Bununla yanaşı, verilmiş şikayətdən görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayət ərizəsinin tərtibatı zamanı AR CPM-nin 293.3.6-cı maddəsinin tələblərinə riayət etməyərək xüsusi ittiham qaydasında şikayətin verildiyi yeri göstərməmişdir. Halbuki, AR CPM-nin 293.3.6-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilir. Bundan əlavə xüsusi ittiham qaydasında şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin CM-nin 147.1 və ya 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmələri göstərilsə də, məlumatın hansının və ya hansı hissəsinin CM-nin 147.1 və ya 148-ci maddələrinin tərkibinin yaratdığı konkretləşdirilməmişdir. Yəni yayılması iddia edilən məlumatların hansı hissəsində şəxsin konkret hansı əməlinin CMnin 147.1 və ya 148-ci maddələrinin tərkibini yaratdığı əsaslandırılmamışdır. Eyni bir əməlin CM-nin həm 147.1, həm də 148-ci maddəsinin tərkibinin yaratmasının da əsaslılığı şikayətdə göstərilməmişdir. Belə olan halda xüsusi ittiham qaydasında şikayətin forma və məzmun baxımından qanunvericiliyin tələblərinə uyğun olmaması verilmiş şikayətin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını istisna edir. Həmçinin qeyd edilməlidir ki, şikayətçi X8 təyin edilmiş məhkəmə iclaslarında təkrar olaraq iştirak etməmişdir. Belə ki, iş üzrə məhkəmə hazırlıq iclasları xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərə təyin edilsə də, bu barədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs rəsmi qaydada məlumatlandırılsa da, (həmçinin telefon nömrəsinə SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişin elektron imza ilə təsdiq edilmiş qaydada) məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzrlü səbəblər olduğu barədə məhkəməyə məlumat versə də, bu səbəblərin həqiqətən üzrlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. Bununla da şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazirlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, AR CPM-nin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 və X5 qarşı xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar