Məhkəmə qərarları › İş №1(004)-234/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-234/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-234/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 1(002)-115/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü ildə 02 ay 03 gün vaxtından əvvə şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin cibindən çıxarmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 dekabr 2024-cü il tarixdə saat 19 radələrində ünvan 2 ünvanda yerləşən avtobus dayanacağının qarşısında Bakı şəhəri, Yasamal rayonu ərazisindən keçən 211 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna sərnişin kimi minmək istəyən zərərçəkmiş şəxs Hacıyeva (Əlimova) Şəfa Minacəddin qızının əynində olan gödəkçəsinin sağ yan cibindən üzərində 10 manat dəyərində ***-***-**-** GSM nömrə olan 1700 manat dəyərində 01 ədəd 356 942 289 726 757 və 356 942 289 *** **** imei kodlu “İphone 13 Pro» markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 1710 (bir min yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, 09 dekabr 2024-cü il tarixdə o, Qaradağ rayonunda yerləşən “Binə” Ticarət Mərkəzində spirtli içki gəbul etmişdir. Sonradan o, Yasamal rayonunda yerləşən 20 yanvar metrostansiyasının qarşısında çanta satmaq üçün getmişdir. O 20 yanvar metrostansiyasının qarşısına gəlmiş və orada küçədə çanta satmağa başlamışdır. Çantaları satan zaman ona polis əməkdaşları yaxınlaşmış və çanta satmağa icazə verməmiş, bildirmişlər ki, dərhal satışı aradan qaldırsın. Həmin vaxt o, çantaları orada olan saxlanc yerinə yığışdırmış və yaşadığım ünvana getmək üçün Yasamal rayonunda yerləşən “Azər Su” İdarəsinin qarşısında yerləşən dayanacağa getmişdir. Saat təxminən 19 radələrində o, Yasamal rayonunda yerləşən “Azər Su” idarəsinin qarşısında dayanacaqda 193 nömrəli avtobusu qözləmişdir ki, həmin avtobusla yaşadığı Lökbatan qəsəbəsinə getsin. Bu zaman dayanacaqa 211 nömrəli avtobus yaxınlaşmış və həmin vaxt qarşısında tanımadığı qadın telefonla danışmışdır. Tanımadığı qadın telefonla danışığını bitirdikdən sonra, telefonu gödəkçənin sağ yan cibinə qoymuşdur. Tanımadığı qadın telefonu gödəkçənin cibinə qoyan zaman telefonun yarı hissəsi cibin çölündə qalmışdır. Bu zaman qadın avtobus tərəfə getmiş və o, dayanacaqda olan sıxlıqdan istifadə edərək qadın avtobusa minən zaman qadının arxasıyca gedib qadına çatıb yaxınlaşaraq hisss etmədən qadına məxsus olan “İphone 13 Pro” markalı telefonu cibindən oğurlayaraq qadından kənarlaşmışdır. O, qadından kənarlaşan kimi yolun əks tərəfinə keçmiş və yaşadığı ünvana getmişdir. Sonradan 10 dekabr 2024-cü il tarixdə 20 yanvar metrostansiyasının yaxınlığında olan telefon dükanların birinə yaxınlaşaraq oğurladığı “İphone 13 pro” markalı mobil telefonu 95 manata satmışdır. Telefonu satandan sonra o, yaşadığı ünvana getmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş zərərin tamamilə ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Hacıyeva (Əlimova) Şəfa Minacəddin qızı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir, bu səbəbdən məhkəmə iclasları bir necə dəfə təxirə salınmışdır lakin o, məhkəməyə gəlməməyin səbəbi kimi səhhətində problemlərin olmasını, o, səbəbdən iştirak etməsinin mümkünsüzlüyünü bildirməklə məhkəmə iclaslarına gəlməmişdir.Məhkəmə iclaslarını onun iştirakları olmadan keçirilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Hacıyeva (Əlimova) Şəfa Minacəddin qızının məhkəməyə ünvanladığı teleqramdan görünür ki, ona vurulmuş ziyan ödənilmişdir, onun təqsirləndirilən şəxsdən şikayəti yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Hacıyeva (Əlimova) Şəfa Minacəddin qızının məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində o, Sumqayıt şəhərindən Bakı şəhərinə qayıtmış və Bakı şəhərinə qayıtmaq üçün taksi xidmətindən istifadə etmişdir. Bakı şəhərinə gələn zaman Yasamal rayonunda yerləşən “Azər SU” İdarəsinin qarşısında taksidən enmiş və yaxınlıqda olan avtobus dayanacağına yaxınlaşmışdır ki, avtobus xidmətindən istifadə edərək yaşadığı ünvana getsin. Həmin vaxt 211 saylı marşrut avtobuzunu gözləmiş, avtobuzu gözləyən zaman özünə məxsus olan 356 942 289 726 757 və 356 942 289 *** **** imei kodlu “İphone 13 pro” markalı 055 ***-**-** mobil nömrəli telefonun “WhatsApp”-ına baxaraq gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin vaxt dayanacaqa 211 nömrəli avtobus yaxınlaşmış və o, avtobusa daxil olmuşdur.Avtobusa daxil olduqda “Bakı Kart”-dan istifadə etmiş, lakin həmin vaxt kart balansında gediş haqqı olmadığı üçün telefon vasitəsi ilə ödəniş etmək istəmişdir. Həmin vaxt özünə məxsus olan 1700 manat dəyərində «İphone 13 Pro» markalı telefonu gödəkçənin sağ yan cibindən çıxartmaq istəmişdir. Əlini gödəkçənin cibinə salan zaman aşkar etmişdir ki, «İphone 13 Pro» markalı telefon gödəkçənin cibində yoxdur. Bu zaman o, avtobusun içərisinə, əlində olan çantaya və avtobusdan enərək ətrfa baxmış, lakin telefonu tapa bilməmişdir. Sonradan o, yenidən avtobusa daxil olmuş və tanımadığı qadın ona öz köməkliyini təklif etmiş və tanımadığı qadının telefonundan istifadə edərək öz nömrəsinə zəng vurmuşdur. Həmin vaxt onun mobil nömrəsin zəng çatsa da, avtobusda zəngin səsini eşitməmiş və sonradan ümumiyyətlə telefona zəng çatmamışdır.O, başa düşmüşdür ki, ona məxsus «İphone 13 Pro» markalı mobil telefon oğurlanmışdır. Sonradan o, oğurluq barədə ailə üzvlərinə və 102 xidmətinə məlumat vermişdir. Oğurlanan telefonu 2024-cü ilin mart ayında 1.700 manata əldə etmiş, telefonunun üzərində 10 manat dəyərində 055 ***-**-** mobil nömrə olmuş, hadisə nəticəsində ona 1710 manat maddi zərər dəymişdir. Ona dəymiş ziyanın iş üzrə keçirilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizasının vermiş yolduğu rəyinə uyğun deyil, talanmış əşyların dəyərini onun göstərəməyinə əsasən qəbul edilməsini xahiş etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs Hacıyeva (Əlimova) Şəfa Minacəddin qızı məhkəməyə teleqram vuraraq bildirmişdir ki, məhkəmə iclasında iştirak edə bilməyəcəkdir, oğurlanmış telefonu ona geri qaytarılıb və ona vurulmuş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən müəyyən edilmişdir ki, 1 ilə yaxındır ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 16 ünvanında yerləşən telefon dükanında satıcı işləyir. xx.xx.2024-cü il tarixində axşam saatlarında bir nəfər şəxs dükana yaxınlaşaraq özünə məxsus olan «İphone 13 Pro» markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Mobil telefonu baxdıqda açılmadığı üçün həmin şəxsdən 95 manat ödəməklə ehtiyyat hissəsi kimi alacağını demişdir. Həmin şəxs razılaşmış və həmin şəxsin şəxsiyyət vəsiqəsinin ksero surətini çıxarıb üzərində qeydlər apararaq mobil telefonu almışdır.Şəxsiyyət vəsiqəsinə əsasən mobil telefonu satan şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Daha sonra sözügedən mobil telefonu yandırmış və satmaq məqsədi ilə vitrinə yerləşdirmişdir. xx.xx.2024-cü il tarixində polis əməkdaşları sözügedən mobil telefonu satın aldığı üçün onui PŞ-yə dəvət etmişlər.O, da «İphone 13 Pro» markalı mobil telefonu Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqat orqanına, almış olduğu sənədlərlə birlikdə təqdim etmişdir.Mobil telefonu satan Təqsirləndirilən şəxs adlı şəxs mobil telefonu satarkən özünə məxsus olduğunu bildirmişdir. Həmin telefonu şəxsiyyət vəsiqəsinə əsasən almışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “Baxış keçirilməsi haqqında” 9 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, X2 məxsus «İphone 13 Pro» markalı mobil telefonunun oğurlandığı hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 39-da yerləşən avtobus dayanacağında yerləşir. (İ/V. 09-12). “Təqdimetmə və götürmə barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işinin stintaqı zamanı Şahid təhqiqat araşdırması zamanı 01 ədəd «lphone 13 Pro» markalı mobil telefonu təqdim etmişdir. (İ/V. 18). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə (saat 17:00-dan) ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 45). xx.xx.2025-ci tarixli qəbzdən görünür ki, «İphone 13 Pro» markalı mobil telefon zərərçəkmiş şəxs Hacıyeva (Əlimova) Şəfa Minacəddin qızına geri qaytarılmışdır. (İ/V. 114). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 57-58). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-67/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 80-84). Məhkəmə-əmtəəşunaslıq ekspertizasının 30 yanvar 2025-ci il tarixli 3-16-16/2- 9/228/2025 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «İphone 13 Pro» markalı 356 942 289 726 757 imei kodlu boz rəngli mobil telefonunun satış üçün komplekləşdirilməsiə daxil edilən aksesuarlarının olmaması və istifadə olması nəzərə alınmaqla 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 915,00 manat müəyyən edilir. (İ/V. 108-111). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 fevral 2025-ci il tarixli 394 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal- hazırda “EMOSİONAL DAVAMSİZ TİP ŞƏXSİYYƏT POZUNTUSU” (F.60.3) müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar (yeniyetmə yaşlarından əsəbi olması, xarici qıcıqların təsirindən tez qıcıqlanması, əsəb gərginlik anlarında özünə xəsarət yetirməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi’də “Şəxsiyyətin emosional davamsız pozuntusu” qeyd edilməsi) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (əhvali ruhiyyəsinin dəyişkən olması, emosional sferasının dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o, dərəcədə ifadə olunmayıb ki, ictimat təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəl il iyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xaraektirini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (İ/V. 112-113). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzası sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (İ/V. 93-96). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış “İphone 13 Pro” markalı mobil telefonun zərərçəkmiş şəxs Hacıyeva (Əlimova) Şəfa Minacəddin qızına qaytarılması nəzərə alınmışdır. (İ/V. 115-121). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tamamilə ödənilməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və məhkəmə hökmün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 07 ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 02 ay 03 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü il tarixdə cəzası sona çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “İphone 13 Pro” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı və cinayət hadisəsinin baş vermə anını özündə əks etdirən videogörüntü əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14.003.2025-ci il tarixli, 1(004)-234/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli tutulduğu xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “İphone 13 Pro” markalı mobil telefon zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 17 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar