Məhkəmə qərarları › İş №1(004)-235/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-235/2020

21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-235/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, müdafiəçilər Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1944-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfat Birliyinin 138 saylı MKİS-də sahə nəzarətçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa getməmək qətimkan haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs fiziki şəxsin qanunla qorunan hüquqlarına və mənafeyinə mühüm zərər vurulmasına səbəb olan işə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə səhlənkarlıq cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Yasamal rayonu 138 №-li mənzil komunal-istismar sahəsinin mühəndisi vəzifəsində işləyərkən həmin müəssisənin balansında olan ünvan 2 ünvanında yerləşən yataqxananın1-ci girişindən sağ tərəfdə yerləşən alçaq gərginlikli elektrik naqillərinin birləşdiyi yardımçı otağın açıq vəziyyətdə olmasını müəyyən edərək həmin yerin qapı və ya digər hər hansı vasitə ilə bağlanmasını və bununla da təhlükəsiz istismarını təmin etməli olduğu halda bunu etməyərək, işə vicdansız və laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyib “Bakı şəhər İcra Hakimiyyəti mənzil-kommunal təsərrüfatı departamenti Xüsusi Təyinatlı Mənzil-Kommunal İstismar Sahələrinin 2006-cı il tarixli Əsasnaməsi”nin “İİ.Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi” başlığının 1-ci, yəni yaşayış və qeyri-yaşayış sahələrinin mövcud texniki normalara uyğun istismar olunmasını təmin etmək və 3-cü abzasının, yəni texniki, istehsalat və istismar personalına rəhbərlik etmək, yaşayış və qeyri-yaşayış sahələrinin texniki baxışını təşkil etmək, keçirilən baxışların nəticələrinə uyğun olaraq mənzil fondunun vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə təkliflər vermək, bundan başqa “Elektrik qurğularının quraşdırma qaydaları” nın 1.1.32, 2.1.31, 2.4.37-ci bəndlərinin, yəni elektrik qurğuları, onlara xidmət göstərən və kənar şəxslərin təhlükəsizliyi müvafiq qaydada seçilmiş saz izolyasiya, ara məsafələri, qoruyucu çəpərlənmə, torpaqlanma (sıfırlaşmanın) və tez bir zamanda elektrik qurğusunun qəza (elektrik gərginliyinin altına düşmüş və s.) baş vermiş hissəsini avtomatik olaraq elektrik enerjisi mənbəyindən ayıran elektrik aparatları ilə təmin olunması, elektrik naqilləri ətraf mühitin şəraitinə, tikilinin təyinatına, konstruktiv və memarlıq xüsusiyyətlərinə uyğun olması, yaşayış məntəqələrində çöllə çəkilmiş elektrik veriliş xətlərinin naqillərinə təsadüfən insanların toxunmasının qarşısının alınması üçün həmin xətlərin çəpərlənmiş yerlərdə çəkilməsi qaydalarının tələblərini pozmuş, onun bu hərəkətsizliyi nəticəsində xx.xx.2019-cu il tarixdə saat 17 radələrində həmin yataqxanada yaşayan, xx.xx.2013-cü il tarixdə anadan olmuş, azyaşlı Zərərçəkmiş şəxs həmin ərazidə oynayarkən qeyd olunan elektrik qurğularının olduğu yerə daxil olaraq orada olan pişiklərə çörək vermək istəyərkən ehtiyatsızlıqdan həmin qurğuda izolyasiya örtüyü tam olmayan və gərginlik altında olmuş elektrik naqillərinə toxunaraq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin dayanıqlı olaraq 1/3-dən az (20%) itirilməsinə səbəb olmuş elektrik cərəyanının təsirindən törənmiş sağ əlin İİ barmağının əsas-orta falanqa oynağından amputasiyası, sağ gözün üst qapağının tuş hissəsinin və sağ budun yanıq yaraları kimi ümumilikdə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almaqla onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2007-ci ildən etibarən 138 saylı MKİS-də müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2016-cı il tarixdən həmin MKİS-də mühəndis vəzifəsində işləmiş və xx.xx.2020-ci il tarixdə öz ərizəsi əsasında həmin vəzifədən çıxmışdır. Halhazırda 138 saylı MKİS-də sahə nəzarətçisi vəsifəsində işləyir. 138 saylı MKİS-ə 47 yaşayış binası daxildir. Həmin binalardan biri də Yasamal rayonu Z.Xəlilov küçəsi 14 ünvanında yerləşən yataqxana tipli binadır. Binanın bloklarından birinə olan girişin sağ tərəfində məcburi köçkün tərəfindən zəbt olunaraq gözəllik salonu kimi fəaliyyət göstərən sahənin alt hissəsi uzun müddət öncə həmin şəxs tərəfindən hörülmüşdür. Həmin hörülmüş yerin divarının alt hissəsində olan boşluqda elektrik naqilləri olmuş, lakin həmin yer hər zaman bağlı olduğu üçün onun o orada elektrik naqillər olmasından xəbəri olmamış və oranın həmin gözəllik salonuna aid olduğunu düşünmüşdür. Buna səbəb onun işlədiyi MKİS-ə daxil olan binalarının sayının cox olması olmuşdur. xx.xx.2019-cu il tarixdə Yasamal rayonu Z.Xəlilov küçəsi 14 ünvanında yerləşən yataqxanada yaşayan 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs həmin boşluğun qapısı olmadığı üçün, orada yaşayan pişiklərə yemək vermək məqsədi ilə ora girmiş və onu elektrik vurması nəticəsində Amin bir neçə yanıq xəsarətləri almış və nəticədə onun bir barmağı amputasiya olunmuşdur. hadisədən sonra həmin yer Yasamal rayonu RETSİ-nin əməkdaşları tərəfindən dəmir qapı ilə qaynaqlanmışdır. Hazırda həmin yer açılıb bağlanmır. Zərərçəkmiş şəxs xəsarət aldığı yerin ağzı əvvəllər taxta qapı ilə örtülü olmuşdur. Həmin qapının sonradan kim tərəfindən açılması və ya götürülməsi barədə məlumatı olmamışdır. Hadisədən sonra həmin boşluğa Yasamal rayonu RETSİ-nin tərəfindən qapı goyulması bu məsələdə həmin idarənin təqsirirnin olmasını sübüt edir. Lakin yekun məhkəmə iclasında o özünü təqsirli bilib, hadisənin onun səhlənkarlığı nəticəsində törədildiyini etiraf edərək əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmə tərəfindən onun yaşının cox olmasını nəzərə alınaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Novruz bayramı ərəfələrində, həyətdə dostları ilə bir yerdə oynayan zaman binanın girişində olan balaca yerdə pişiklərin olduğunu görüb onlara yemək vermək üçün evə qalxmışdır. Evdən biraz çörək götürüb pişiklər olduğu yerə yaxınlaşmışdır. Həmin yerdə zibillər və qara rəngli tok var idi. O pişiklərə yemək vermək üçün onlara doğru əyildikdə üzü toka dəymiş və bir anda tokun onun üzündən dəyib barmağından cıxdığını hiss edib və yerə yıxılmışdır. Daha sonra həmin yerə atası gəlib və onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx xxxx 2013-cü il tarixdə kiçik oğlu Amin anadan olmuşdur. 2017-ci ilin avqust ayından etibarən məcburi köçkünlərin məskunlaşdığı Yasamal rayonu Z.Xəlilov küçəsi 14 saylı yataqxanada yaşayır. Uşaqları həmişə yataqxananın qarşısında olan həyətdə oynayırlar. Özü fəhləliklə məşğul olaraq ailəyə baxır. xx.xx.2019-cu il tarixdə o işə getmiş, yoldaşı Təranə Quliyeva isə 24 saylı MKİS-də süpürgəçi işlədiyi üçün yaxınlıqda olan binanın bloklarını təmizləməklə məşğul olmuş, balaca oğlu Amin isə həyətdə oynamışdır. Saat 17 radələrində o, işdən qayıdarkən oğlu Aminin qonşusu Cəmilə adlı qadının qucağında olduğunu görmüşdür. Həmin vaxt Aminin üzü, əli və sağ ayağında yanıq xəsarətləri olmuşdur. O dərhal təcili tibbi yardıma zəng vuraraq Amini 1 saylı X4, oradan isə 5 saylı Şəhər xəstəxanasının yanıq şöbəsinə aparmışdır. Amin bir müddət həmin xəstəxanada müalicə aldıqdan sonra onu V.Qələndərov adına klinikaya yerləşdirmişlər və orada onun barmağını amputasiya etmişlər, üzünü və ayağını müalicə edərək yenidən əməliyyat olunmalı olduğunu bildirmişlər. Onların yaşadığı binanın blokuna olan girişin sağ tərəfdə, içərisində tok və zibil yığını olan bir yer var hansınınki qapısı hec vaxt olmayıb. O oğlu Amin ilə danışan zaman bilmişdir ki, həmin yerdə pişik olduğunu görüb onlara çörək vermək üçün ora girdikdə onu elektrik vuraraq çölə tullamışdır. Bu hadisədən sonra həmin yer dəmirlə qaynaqlanmışdır. Yekun olaraq o təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənildiyini və onların barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Yasamal rayonu Z.Xəlilov küçəsi 14 saylı yataqxanada yaşayır. xx.xx.2019-cu il tarixdə saat 16 radələrində bloku təmizləmək üçün evdən çıxmış, həmin vaxt Elməddinin oğlu Aminin blokda balalamış pişiklə oynadığını görmüşdür. O təmizlik işlərinə başladıqdan bir neçə dəqiqə sonra Qəflətən başını qaldırdıqda Aminin blokun giriş qapısının ağzında yerdə uzanıqlı vəziyyətdə olduğunu və titrədiyini görmüşdür. Bu zaman o tez qaçıb Amini qucağına alıb kənara çəkilərək telefonla təcili tibbi yardıma zəng etmişdir. Həmin vaxt Aminin sifəti və əli yanmışdır. Bir neçə dəqiqədən sonra Aminin atası Elməddin və anası Təranə ora gəlmişlər. Bir müddət sonra təcili tibbi yardımın həkimləri gəlib onları xəstəxanaya aparmışlar. Orada həkimlər Aminə ilkin tibbi yardım göstərib bədəninin yanmış hissələrini dərmanla sarımışlar. Onların blokunun giriş qapısının yanında təxminən 50x50 sm ölçüdə olan, icərisində zibil yığını və tok birləşmələri olan bir yer var, hansıki heç vaxt qapısı olmadığına görə açıq vəziyyətdə olmuşdur. Həmin gün Amin həmin yerdə olan pişikləri yedizdirmək istədiyi zaman üzü ilə toka toxunmuş və nəticədə onu tok vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 1996-cı ildən Yasamal rayonu, Z.Xəlilov küçəsi 14 saylı yataqxanada 70 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır. Şahid1da ailəsi ilə birlikdə həmin yataxanada yaşayır. Yataqxananın iki giriş hissəsi vardır. xx xxxx 2019-cu il tarixdə o, Elməddinin oğlu Aminin yataqxananın sağ tərəfində yerləşən girişinin qarşısında divarın içərisində elektrik naqili olan yerdə elektrik vurmasını və yanıq xəsarətləri almasını öyrənmişdir. Məcburi köçkün yataqxanası olduğundan yataqxanada yaşayan heç bir ailədə elektrik sayğacı yoxdur. Bir ədəd ümumi sayğac binadan bir qədər aralıda Transformator məntəqəsində vardır. Yaşadığı müddət ərzində Amini tok vuran yerdə elektrik naqıllərinin açıq vəziyyətdə olmasına baxmayaraq, hər hansı qapının və bağlamaq üçün digər lazım olan əşyanın olduğunu görməmişdir. Bu hadisədən sonra həmin yer dəmir qapı ilə örtülmüşdür. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 183-186 vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2000-ci ildən “Bakı Elektrik Şəbəkəsində”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Azər İşıq ASC-nın Yasamal RETİS-də İstismar şöbəsinin rəisi vəzifəsində çalışır. Xidməti vəzifəsi daimi olaraq əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etməkdən, baş verəcək qəzaların qarşısını vaxtında almaqdan ibarətdir. Ümumiyyətlə, “xxxxxxxx” ASC-nın Yasamal RETİSdə İstismar şöbəsində Paylacı şəbəkələrin xidməti briqadası, hava xətlərinə baxan briqada, kabel xətlərinə baxan briqada, səyyar əməliyyat briqadası və dispetçerlər briqadası fəaliyyət göstərir. 2019-cu ilin mart ayının axırlarında öyrənmişdir ki, xx.xx.2019cu il tarixdə Yasamal rayonu Z.Xəlilov küçəsi 14 saylı yataqxanada yaşayan 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs binanın giriş hissəsində olan elektrik naqilləriNƏ toxunduğu üçün yanıq xəsarətləri almışdır. Sonradan yenidən bədbəxt hadisə baş verməməsi üçün onun göstərişi əsasında həmin yer dəmirlə qaynaqlanmışdır. Həmin yataqxana 138 saylı MKİS-in balansındadır və məcburi köçkünlər məskunlaşmışdır. Həmin bina Yasamal rayonu RETSİ-nə nəzarətində heç bir zaman olmamış, belə ki, ümumiyyətlə binalarda rayon RETİS-lərinin cavabdeh olduqları hissə sayğaca qədər olan yerlərdir. Yataqxanada sayğac binanın yanında yerləşən TM 641-nin içərisindədir. Bununla əlaqədar hətta 2005ci il tarixdə onda qabaqkı “xxxxxxxx” ASC-nın Yasamal RETİS-də İstismar şöbəsinin rəisi vəzifəsində işləyən Şahid4 ilə Yasamal rayonu Z.Xəlilov küçəsi 14 saylı binanın abonenti arasında bağlanan AKTda da öz əksini tapmışdır. Belə ki, həmin aktda da “xxxxxxxx” ASC-nin Yasamal RETİS-in binanın yaxınlığında quraşdırılmış TM 641-də 0.4 KV-lıq lövhəyə kabelin avadanlıqlarının qoşulduğu nöqtənin onların cavabdeh olduqları hissə olduğu qeyd edilmişdir. Çünki, balans və hesabat sayğacı TM 641-nin daxilində quraşdırılmışdır. Buna görə də “xxxxxxxx” ASC-nın Yasamal RETİS-in bina və onun üzərində olan elektrik naqillərinin təhlükəsizliyinə və onların istismarına cavabdehlik daşımır və bununla bağlı hər hansı tədbir görmür. Həmin işlərə Yasamal rayonu Z.Xəlilov küçəsi 14 saylı yataqxananın balansında olduğu 138 saylı MKİS cavadehlik daşıyır. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 172-176 vərəqlərində olan ifadəsində göstərmişdir ki, 1968-ci ildən “Bakı Elektrik Şəbəkəsində”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xx xxxxxx ASC-nin Yasamal RETİS-də İstismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. Sonradan müxtəlif rayonlarda İstismar şöbəsinin rəisi vəzifəsində işləmiş, hazırda Azərişiq Qaradağ rayonu Elektrik şəbəkəsi İstismar şöbəsinin mühəndisi vəzifəsində işləyir. hələ Sovet dövründən etibarən elektrik şəbəkəsi ilə abonent arasında sərhəd xidməti Aktı bağlanaraq gələcəkdə baş verəcək hadisələr zamanı cavabdeh şəxsin və qurumun aşkar edilməsi müəyyən edilir. Həmin aktlarda abonentin hansı transformator məntəqəsindən elektrik enerjisi aldığı və xidmət sərhədinin harada təyin olunduğu nöqtə göstərilmişdir. Həmin qayda müstəqillik dövründən bu günə qədər davam edir və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Elektrik Enerjisindən istifadə qaydalarının 5.1-ci maddəsində nəzərdə tutularaq göstərilmişdir. Yasamal RETİS-də İstismar şöbəsinin rəisi vəzifəsində işləyərkən də müxtəlif binalarla bağlı da Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında Akt bağlanmışdır. Ona təqdim edilmiş “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti” haqqında xx xxx 2005-ci il tarixli AKTla tanış olaraq bildirmişdir ki, həmin Aktı o, Yasamal rayonu Zahid Xəlilov küçəsi 14 saylı yataqxana ilə bağlı abonent Sabir Əliyevlə bağlamışdır. Ancaq, hazırda 15 il keçdiyindən Sabir Əliyevin kim olmasını xatırlamır. Aktı o, Barmek Azərbaycan Elektrik şəbəkəsi MMC-nin Yasamal şöbəsinin rəisi olaraq bağlamış, aktdakı imza da ona məxsusdur. Həmin aktla enerji müəssisəsinin Yasamal rayonu Z.Xəlilov küçəsi 14 saylı yataqxana ilə bağlı balans mənsubiyyəti sərhədi yataqxananın yanında yerləşən Transformator Məntəqəsi 641-də 0.4 kv-lıq lövhəyə kabelin ucluqlarının qoşulduğu nöqtə müəyyən edilmişdir. Bu o deməkdir ki, həmin binanı elektrik enerjisi ilə qidalandıran Kabel və binadakı elektrik paylacı lövhə abonentə məxsusdur. Gələcəkdə yataqxanada elektriklə bağlı hər hansı hadisə baş versə məsuliyyət abonentin üzərinə düşür. Həmin Aktların əsli abonentdə, surəti isə enerji müəssisəsinə verilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid5 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 172-176 vərəqlərində olan ifadəsində göstərmişdir ki, Fizuli rayonundan məcburi köçkün olmaqla 1996-cı il tarixdən Yasamal rayonu, Z.Xəlilov küçəsi 14 saylı yataqxanada 70 saylı mənzildə ailəsi ilə birlikdə məskunlaşmışdır. Həmin yataqxanada digər rayonlardan da təxminən 125 ailə məcburi köçkün kimi məskunlaşmışdır. Həmin yataqxananın daxili hissəsi və dam örtüyü 4-5 il bundan qabaq Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən əsaslı surətdə təmir edilmişdir. Binanın xarici hissəsi isə təmir edilməmişdir. Yataqxananın iki giriş hissəsi vardır. Əsas giriş yataqxana ilə üzbəüz dayandıqda sol tərəfdə yerləşir. Digər girişdən yalnız yataqxananın birinci mərtəbəsinə qədər qalxmaq mümkün olduğundan o qədər də işlək deyildir. Yataqxanada məskunlaşan ailələrdən biri də Şahid1 ailəsidir. 2019-cu ilin mart ayının 22-də o, Şahid1 oğlu olan Zərərçəkmiş şəxs yataqxananın işlək olmayan giriş hissəsində, üzbəüz dayandıqda sağ tərəfdə yerləşən girişinin qarşısında divarın içərisində elektrik naqili olan yerdə elektrik vurmasını və yanıq xəsarətləri almasını öyrənmişdir. Həmin yerdən yataqxanaya gedən elektrik naqili keçir. Məcburi köçkün yataqxanası olduğundan yataqxanada yaşayan heç bir ailədə elektrik sayğacı yoxdur. Bir ədəd ümumi sayğac binadan bir qədər aralıda Transformator məntəqəsində vardır. Yaşadığı müddət ərzində 2013-cü il təvəllüdlü övladı Zərərçəkmiş şəxs tok vuran yerdə hər hansı qapının və bağlamaq üçün hər hansı lazım olan əşyanın olduğunu görməmişdir. Həmin yerdə olan elektrik naqilləri baxan kimi görünmüşdür. Sonradan hadisədən sonra, Zərərçəkmiş şəxs tok vurduqdan sonra həmin yer dəmir qapı ilə örtülmüşdür. Yasamal rayonu Z.Xəlilov küçəsi 14 saylı yataqxananın elektrik xətlərinə, kabel xətlərinə nəzarətin kim tərəfindən həyata keçirilməsini bilmir. Yasamal rayonu Z.Xəlilov küçəsi 14 ünvanında yerləşən yataqxananın komendantı və ya bina sakinlərindən hər hansı nəzarət edən şəxs yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ünvan 2 ünvanında yerləşən yataqxanadır. Həmin yataqxana binası beşmərtəbəli olmaqla 3 giriş hissəsindən ibarətdir. Hadisənin baş verdiyi yer, yəni Zərərçəkmiş şəxs elektrik naqillərinə toxunaraq xəsarət aldığı yer həmin binanın üzbəüz dayandıqda sağ tərəfdən 1-ci giriş hissəsinin sağ tərəfində yerləşən 1-ci mərtəbənin artırma hissəsinin alt hissəsidir. Həmin hissənin girişi dəmir və taxta materialdan olan örtüklə bağlanmışdır. Girişin ümumi ölçüsü 60x65 sm ölçüdədir. Giriş divar hissəsinə eni 21 sm uzunluğu 84 sm olan nazik taxta materialdan olan örtük (laminat), sonuncuya paralel isə dəmir materialdan olan list vurulmuşdur. Daha sonra dəmir materialdan olan listin divara bərkidilməsini təmin edən mismarlar yerindən çıxarıldı və həmin hissəyə baxış keçirildi. Baxış zamanı həmin hissədə 400 mm diametrlik kabellərin yerləşdiyi müəyyən edildi. Ümumi baxış zamanı kabellərin üzərinin qara rəngli izolyasiya lenti ilə örtüldüyü görünür. Xətlər müxtəlif hissədə əyilmiş formadadırlar. Daha ətraflı öyrənildikdə, yəni xətlərə yaxından baxış keçirildikdə müəyyən edildi ki, həmin hissədə olan diametri 400 mm olan xəttin üzərinə vurulmuş izolyasiya örtüyü tam deyil. Belə ki, xəttin üzəri indiqatorla yoxlanıldı və izolyasiya örtüyü tam olmadığı müəyyən edildi. Həmin hissədə naqilin üzərinin açıq, cərəyan daşıyan damarların üzərinin açıq vəziyyətdə olduğu müəyyən edildi. İndiqatorla yoxladıqda həmin xəttin gərginlik altında olduğu müəyyən edildi. Belə ki, indiqatorla həmin hissəyə toxunduqda indiqatorun üzərində olan potensialın yaranmasına işarə verən qırmızı rəngli işıq yandı. Daha sonra hadisənin baş verdiyi hissəyə elektrik xəttinin hansı istiqamətdə çəkildiyi öyrənildi. Baxışda iştirak edən Yasamal RETSİ-nin İstismar şöbəsinin rəisi Şahid3 bildirdi ki, həmin hissəyə xətlər yeraltı şəkildə çəkilmişdir. Belə ki, həmin hissədən xətt təxminən binadan 50-60 metr transformator yarımstansiyası yerləşir. Yarımstansiyanın giriş dəmir materialdan olan qapı ilə bağlanmışdır. İçəri daxil olduqda elektrik lövhələri vardır. Həmin lövhələrin üzərində xətlərin çəkildiyi ünvanların adları qeyd edilmişdir. Yasamal RETSİ-nin İstismar şöbəsinin rəisi Şahid3 üzərində "Məktəb No38" və "Z.Xəlilov 14" sözləri yazılmış lövhəni təqdim etdi və binaya çəkilmiş xətlərin həmin hissədən uzadıldığını bildirdi. Lövhədən sol tərəfdə divarın üzərində iki ədəd elektrik sayğacı vardır ki, Şahid3 bildirdi ki, sağ tərəfdə yerləşən elektrik sayğacı həmin binaya aiddir. Şahid3 həmçinin bildirdi ki, balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında (elektrik enerjisinin təchizatı üzrə birtipli alqı-satqı müqaviləsinə əlavə) AKT-a əsasən balans sərhədinin TM 641-də 0.4 kV-luq lövhəyə kabelin ucluqlarının qoşulduğu nöqtənin təqdim olunan üzərində "Məktəb N238" və "Z.Xəlilov 14” sözləri yazılmış lövhənin daxili olduğunu bildirdi. (Cild İ, i.v.39-49, 251- 260) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyinin “Sağlamlığa zərər vurmanın təyini” barədə 17/335 nömrəli ekspert rəyinə əsasən 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə, onun adına tərtib edilmiş tibbi sənəddə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında qeyd olunanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq nəticəyə gəlinmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər:- sağ əlin İİ barmağının əsas-orta falanqa oynağından amputasiası, sağ gözün üst qapağının tış hissəsinin və ağ budun yanıq yaraları elektrik cərəyanının təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin dayanıqlı olaraq 1/3-dən az (20%) itirilməsinə səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. (Cild İ, i.v. 59-62) Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil- Kommunal Təsərrüfatı Departamentindən daxil olmuş xx.xx.2019-cu il tarixli 602 saylı məktubdan görünür ki, Bakı Şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 14 ünvanında yerləşən yataqxana binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il, tarixli 113 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2001-ci il tarixli, 113 saylı sərəncamı ilə mövcud vəziyyətdə əvəzsiz olaraq Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş və sonradan həmin Birliyin bazasında 2 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyi yaradılmışdır. Hazırda yataqxana binası 2 saylı Xüsusi Təyinat Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında bu Birliyin 138 saylı mənzilkommunal istismar sahəsinin xidmət dairəsindədir. (Cild İ, i.v. 64) 138 saylı MKİS-in Yasamal Rayon İcta Hakimiyyətinə ünvanladığı məktubundan görünür ki, Z.Xəlilov küçəsi, ev 14 əvvəllər Bakı şəhər Baş tikinti idarəsinin fəhlə yataqxanası olub. Sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il 149 nömrəli qərarına və Baki şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il 266 saylı sərəncamına əsasən Bakı şəhər Mənzil-kommunal təsrüffatı departamentinin balansına əvəzsiz olaraq qəbul edilərək 138 saylı Mənzil-kommunal istismar sahəsinin xidmət dairəsinə verilmişdir. Hal-hazırda həmin binada məcburi köçkünlər məskunlaşıb. (Cild İ, i.v. 67) xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən Təqsirləndirilən şəxs 2 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyində məşğulluq təsnifatı üzrə mühəndis, mülki tikinti/magistrallar və küçələr, əmək müqaviləsi üzrə: 138 MKİS mühəndis vəzifəsində çalışır. (Cild İ, i.v. 92) Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2016-cı il tarixli 149/11 nömrəli əmrə əsasən əməyin təşkili prosesində dəyişikliklərin aparılmasında yaranmış zərurəti nəzərə alaraq, hazırda çalışdığı vəzifə üzrə işi davam etdirməklə qüvvədə olan əmək müqaviləsi bildirişinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində iş yeri üzrə qeydiyyata alınması məqsədilə xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi vəzifəsi üzrə Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdən 2 saylı Xüsusi Təyinatlı MKTB-nin 138 saylı Mənzil- Kommunal İstismar Sahəsinin mühəndisi vəzifəsinə təyin edilmişdir. (Cild İ, i.v. 93) Yasamal rayon Mənzil-Kommunal Təsərüffatı Birliyinin rəisi tərəfindən təsdiq edilmiş MKTB-nin MKİS mühəndisinin vəzifə borclarına dair sənəddən görünür ki, MKİS mühəndisi mənzil fondunun istismarı ilə əlaqədar olan sanitar-texniki avadanlıqların (liftlərin, elektrik qaz qurğularının istilik xətlərinin və s.) fasiləsiz işləməsini təmin edir. Yaşayış binalarının bayır konstruksiyasının təmir işlərinin planlı qaydada və qrafik əsasında yerinə yetirilməsinə nəzarət edir, aşkar edilmiş nöqsanlar haqqındakı MKİS rəisinə və MKTB-nin Baş mühəndisinə məlumatlar verir. Qəzalı evlərin uçotunu aparır, əsaslı təmirə ehtiyacı olan yaşayış evlərini müəyyən edir və MKTB-nə təqdim edir. Aparılan bütün təmir və sair işlər zamanı texniki təhlükəsizliyə və yanğından mühafizə norma və qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. (Cild İ, i.v. 130) xxxxxxxx ASC-dən daxil olmuş xx.xx.2019-cu il taixli xx/xx/1582 saylı məktubdan görünür ki, saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 138 saylı MKİS-in xidməti ərazisində olan Yasamal rayonu, Zahid Xəlilov küçəsi 14 ünvanında yerləşən yataqxananın balans və hesabat sayğacı 641 saylı transformator məntəqəsinin 0.4 kV-lıq paylacısı qurğusunda quraşdırıldığı üçün 0.4 KV-lıq kabel xətləri abonentə məxsusdur. (Cild İ, i.v. 133) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Əmək təhlükəsizliyinin tədqiqi” barədə xx xxxxxxx 2019-cu il tarixli 23947 nömrəli ekspert rəyindən görünür ki, Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırma qaydalarının”nın 1.1.32, 2.1.31 və 2.4.37 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən yataqxananın 1-ci girişindən sağ tərəfdə yerləşən elektrik qurğularının yerləşdiyi hissənin girişinin qoruyucu çəpərlə bağlanılması, eləcə də tikilinin daxilində olan elektrik xətlərinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə “Elektrik qurğularının quraşdırma qaydalarının” 1.1.32, 2.1.31 və 2.4.37 bəndlərinin tələbləri “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında AKT-a əsasən həmin qurğuların təhlükəsizlik istismarına cavabdeh olan Yasamal rayon 138 saylı MKİS-in vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur. Zərərçəkmiş şəxsin özü tərəfindən texniki təhlükəsizlik qaydalarının və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. (Cild İ, i.v. 139-142) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Əmək təhlükəsizliyinin tədqiqi” barədə xx xxxxxxx 2019-cu il tarixli 26978 nömrəli ekspert rəyindən görünür ki, Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırma qaydalarının”nın 1.1.32, 2.1.31 və 2.4.37 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən yataqxananın 1-ci girişindən sağ tərəfdə yerləşən elektrik qurğularının yerləşdiyi hissənin girişinin qoruyucu çəpərlə bağlanılması, eləcə də tikilinin daxilində olan elektrik xətlərinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə “Elektrik qurğularının quraşdırma qaydalarının” 1.1.32, 2.1.31 və 2.4.37 bəndlərinin tələbləri “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında AKT-a əsasən həmin qurğuların təhlükəsizlik istismarına cavabdeh olan Yasamal rayon 138 saylı MKİS-in vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur. Zərərçəkmiş şəxsin özü tərəfindən texniki təhlükəsizlik qaydalarının və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. (Cild İ, i.v. 150-153) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Əmək təhlükəsizliyinin tədqiqi” barədə xx xxxxxx 2020-ci il tarixli 4097 nömrəli ekspert rəyindən görünür ki, Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırma qaydalarının”nın 1.1.32, 2.1.31 və 2.4.37 bəndlərinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən yataqxananın 1-ci girişindən sağ tərəfdə yerləşən elektrik qurğularının yerləşdiyi hissənin girişinin qoruyucu çəpərlə bağlanılması, eləcə də tikilinin daxilində olan elektrik xətlərinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə “Elektrik qurğularının quraşdırma qaydalarının” 1.1.32, 2.1.31 və 2.4.37 bəndlərinin tələbləri “Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti haqqında AKT-a əsasən həmin qurğuların təhlükəsizlik istismarına cavabdeh olan Yasamal rayon 138 saylı MKİS-in vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda, zərərçəkmiş şəxsin özü tərəfindən texniki təhlükəsizlik qaydalarının və təlimatların tələblərinin pozulması halı müəyyən edilməmişdir. (Cild İİ, i.v. 49-54) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “Komisyon Əmək təhlükəsizliyinin tədqiqi” barədə xx xxx 2020-ci il tarixli 10/841 nömrəli ekspert rəyindən görünür ki, İstintaq tərəfindən hadisə ərəfəsində ünvan 2 ünvanında yerləşən yataqxananın 1-ci girişindən sağ tərəfdə yerləşən elektrik qurğularının yerləşdiyi hissənin girişinin açıq vəziyyətdə olması müəyyən edildiyi halda, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırma qaydaları” nın 1.1.32, 2.1.31, 2.4.37 bəndlərinin, “Bakı şəhər İcra Hakimiyyəti mənzil-kommunal təsərrüfatı departamenti Xüsusi Təyinatlı Mənzil-Kommunal İstismar Sahələrinin 2006-cı il tarixli Əsasnaməsi” nin İ başlığının 1, 2, 10-cu abzaslarının, İİ başlığının 1, 3 abzaslarının, “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.3.6 bəndinin və “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları və İstehlakçıların elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın G1.2.2, G1.2.7 bəndlərinin tələbləri pozulmuşdur. MKİS-in ərazisində yerləşən və istismarında olan dövlət yaşayış fondunun qorunmasını, texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, sanitar-texniki və yanğından mühafizə qaydalarına riayət etməklə yaşayış evlərininqurğu və avadanlıqlarının müntəzəm və fasiləsiz işləməsini təmin etmək məqsədilə yaşayış fonduna texniki baxışın keçirilməsini təşkil etmədiyinə görə, “Bakı şəhər İcra Hakimiyyəti mənzil-kommunal təsərrüfatı departamenti Xüsusi Təyinatlı Mənzil Kommunal İstismar Sahələrinin 2006-cı il tarixli Əsasnaməsinin”nin “İ.Mənzil- Kommunal İstismar Sahəsinin rəisi” başlığının 1,2 və 10-cu abzaslarının tələbləri 138 saylı mənzil-kommunal istismar sahəsinin rəisi tərəfindən pozulmuşdur. Texniki, istehsalat və istismar personalına rəhbərlik etməklə yaşayış fonduna mütəmadi texniki baxışın keçirilməsini təşkil edərək yaşayış və qeyri- yaşayış sahələrinin mövcud texniki normalara uyğun istismar olunmasını, yəni ünvan 2 ünvanında yerləşən yataqxananın 1-ci girişindən sağ tərəfdə yerləşən elektrik qurğularının yerləşdiyi hissənin girişinin açıq vəziyyətdə olması müəyyən edərək müvafiq tədbirlərin görülməsini təmin etmədiyinə görə, “Elektrik qurğularının quraşdırma qaydaları” nın 1.1.32, 2.1.31, 2.4.37 bəndlərinin, “Bakı şəhər İcra Hakimiyyəti mənzil-kommunal təsərrüfatı departamenti Xüsusi Təyinatlı Mənzil-Kommunal İstismar Sahələrinin 2006-cı il tarixli Əsasnaməsi”nin “İİ Mənzil-Kommunal İstismar Sahəsinin mühəndisi başlığının 1 və 3-cü abzaslarının tələbləri 138 saylı mənzilkommunal istismar sahəsinin mühəndisi tərəfindən pozulmuşdur. (Cild İİ, i.v. 101-107) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, İş üzrə zərərçəkmiş və şahid ifadələri, məhkəmə tibbi, məhkəmə təhlükəsizlik-texnikası ekspertizalarının rəyləri, üzləşdirmə, hadisə yerinə baxış, əlavə baxış keçirilməsi istintaq hərəkətlərinin nəticələrinə dair tərtib edilmiş protokollar və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (Cild İİ, i.v. 181-201) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolları mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sübut növü kimi qəbul edib hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır və onun əməli CM-in 314.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144- 146-cı maddələri). Belə ki, CM-in 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən cinayətin obyektiv cəhəti aşağıdakı zəruri əlamətləri özün-də əks etdirir: - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xid-məti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi; - fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurul-masında ifadə olunan ictimai təhlükəli nəticənin olması; - ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması. Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, hə-min vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə, vəzifəli şəxsin öz vəzifələ-rini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya la-zımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd müna-sibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə etinasız yanaşması və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair”xx xxxx 2013-cü il tarixli Qərarında göstərilir: CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb etmə üçün vəzifəli şəxsin uzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bu hüquq və vəzifələrin konkret olaraq hansı qanunvericilik aktı ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilmədiyini və ya lazımınca yerinə yetirilmədiyini, qulluq vəzifələrinin yerinə yetirikmək üçün vəzifəli şəxsin real imkanlarının olub-olmadığını müəyyən etmək zəruridir. Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildi ki, Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən yataqxananınərazisində oynayarkən1-ci girişdən sağ tərəfdə yerləşən alçaq gərginlikli elektrik naqillərinin birləşdiyi yardımçı otağın açıq vəziyyətdə olması səbəbindən elektrik qurğularının olduğu yerə daxil olaraq orada olan pişiklərə çörək vermək istəyərkən ehtiyatsızlıqdan həmin qurğuda izolyasiya örtüyü tam olmayan və gərginlik altında olmuş elektrik naqillərinə toxunaraq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin dayanıqlı olaraq 1/3-dən az (20%) itirilməsinə səbəb olmuş elektrik cərəyanının təsirindən törənmiş sağ əlin İİ barmağının əsas-orta falanqa oynağından amputasiyası, sağ gözün üst qapağının tuş hissəsinin və sağ budun yanıq yaraları kimi ümumilikdə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı Bakı şəhər Mənzil-Kommunal Təsərüffatı Departamenti İşçilərin vəzifə borcları haqqında ümumi təlimata əsasən birliyin baş mühəndisinin vəzifələri sırasına texnoloji intizama, əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edilməsinə nəzarət etmək; texniki sənədləşdirmənin vaxtında hazırlanmasını təşkil etmək, müəssisənin texniki xidmət işçilərinə rəhbərlik etmək, onlaın işlərinə, əmək istehsalat intizamına nəzarət etmək; Mənzil-kommunal obyektlərinin saxlanılması, texniki cəhətdən düzgün istismar edilməsinə nəzarət etmək; Mənzil-kommunal obyektlərinə texniki baxış keçirilməsini təşkil etmək və müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək daxildir. (Cild İ, i.v. 236-247) Yasamal rayon Mənzil-Kommunal Təsərüffatı Birliyinin rəisi tərəfindən təsdiq edilmiş MKTB-nin MKİS mühəndisinin vəzifə borclarına dair sənəddən görünür ki, MKİS mühəndisi mənzil fondunun istismarı ilə əlaqədar olan sanitar-texniki avadanlıqların (liftlərin, elektrik qaz qurğularının istilik xətlərinin və s.) fasiləsiz işləməsini təmin edir. Yaşayış binalarının bayır konstruksiyasının təmir işlərinin planlı qaydada və qrafik əsasında yerinə yetirilməsinə nəzarət edir, aşkar edilmiş nöqsanlar haqqındakı MKİS rəisinə və MKTB-nin Baş mühəndisinə məlumatlar verir. Qəzalı evlərin uçotunu aparır, əsaslı təmirə ehtiyacı olan yaşayış evlərini müəyyən edir və MKTB-nə təqdim edir. Aparılan bütün təmir və sair işlər zamanı texniki təhlükəsizliyə və yanğından mühafizə norma və qaydalarına riayət olunmasına məsuliyyət daşıyır. (Cild İ, i.v. 130) Beləliklə, məhkəmə, CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad . Odurki, Təqsirləndirilən şəxs CMinÜmumihissəsininmüddəalarınəzərəalınmaqlaXüsusihissəsininmüvafiqmaddəsindənəzər dətutulmuşhəddəcəzatəyinedilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin olunarkən aşağıdakılar da nəzərə alınmalıdır: İşdə olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilib və o təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil- Kommunal Təsərüffatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 138 saylı Mənzil kommunal İstismar Sahəsinin mühəndisi vəzifəsində işləyib. İşlədiyi müddət ərzində kollektivin dərin hörmətini qazanmış və özünü nümunəvi bir işçi kimi göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs ictimai tədbirlərdə yaxından iştirak etmiş, rəhbərlik tərəfindən verilmiş tapşırıqları vaxtında və məsuliyyətlə icra etmişdir. Həmçinin işlədiyi müddətdə Təqsirləndirilən şəxs barəsində Birliyə şikayət daxil omamışdır. Bundan başqa Təqsirləndirilən şəxs öz dərin mənəvi-insani keyfiyyətlərinə görə daima digər əməkdaşlara nümunə olmuşdur. (Cild İİ, i.v. 168) 56 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, xx.xx.1944-cü ildə Zəngilan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs həqiqətən Bakı şəhəri, Moskva prospekti, ev 75, mənzil 15-də yaşayır. Ali təhsillidir, ailəlidir. Yaşadığı müddət ərzində qonşularla xoş münasibətdə olub, binanın ictimai işində fəal iştirak etmişdir. Onun barəsində 56 saylı MKİS-nə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə, CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını və zərəçəkmiş şəxsin qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onunla barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda, məhkəmə,CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə,cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Belə ki, CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxsna CM-in 314.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 nömrəli qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 314.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, yaşının cox olması,cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatların dəyəri olan 400 (dörd yüz) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun aylıq qazancından ilk dəfə dövlət nəfinə tutulmanın aparıldığı gündən hesablanmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMin314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona aylıq qazancından 20 (iyirmi) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin Cəza çəkməsinin əvvəli Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Dövlət Xəzinadarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFTBİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab Z34CTRE********************). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar