Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-235/2022 01.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilmiş, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, o, 20 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu 3 saylı Asan Xidmət binasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,916 qram olan qəhvəyi rəngli dənəvər formalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış 20 yanvar 2021-ci il tarixdə saat 13:00-dəqiqədə ünvan 2 ünvanın qarşısında Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin Yasamal RPİ-nin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,916 qram olan qəhvəyi rəngli dənəvər formalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o təqribən 1 ildir ki, narkotik vasitə qəbul edir. Öz istifadəsi üçün narkotik vasitələri isə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə isə 20 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Yasamal rayonu 3 saylı Asan Xidmət binasının yaxınlığına getmişdir. Orada üzdən tanıdığı, narkotik maddələrin satışı ilə məşğul olduğunu bildiyi, heç bir anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində narkotik vasitə olan heroin almışdır. O, həmin şəxsə bir ədəd 20 manatlıq əskinas verdikdən sonra qeyd etdiyi həmin şəxs bir ədəd siqaretin gümüşü kağızına bükülmüş olan narkotik vasitə heroini ona veribdir. O da bundan sonra həmin bükümü götürdükdən sonra uzaqlaşmış və həmin bükümü üzərində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuş və yaşadığı ünvana doğru hərəkət etmişdir. Saat 13:00 radələrində qonşusu Şahid3 ilə yaşadığı evin yaxınlığında görüşüb söhbət edərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar narkotik vasitələrin istifadəsində şübhəli olduğlarını bildirərək onları Yasamal RPİ-nin İnzibati binasına dəvət etmişlər. Yasamal RPİ-nin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmişlər və ayrı ayrı otaqlarda əyləşmişdirlər. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə saat 13:50-da təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilibdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra üzərində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bağlamada olan bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilibdir və o doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində narkotik vasitə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bağlamada olan büküm zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülübdür. O, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməyibdir. Ona narkotik vasitə satan şəxsin təxminən 40-45 yaşlarında, arıq bədən quruluşlu, kişi cinsindən olan orta boylu bir şəxs olmasını, tanışı Şahid3 üzərində narkotik vasitə olmasından məlumatlı olmamasını bildirmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını,1 yetkinlik yaşına çatmayan uşağın olmasını və qara ciyərin xəstəliyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin X2 əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 yanvar 2022-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin NMB-nə Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal raport əsasında idarənin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən ona həvalə edilməklə həmin bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, 20 yanvar 2022-ci il tarixdə polis əməkdaşı Şahid2la birlikdə inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 13:00-da əməliyyat məlumatında bildirilən Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında bir nəfər şəxslə söhbət edərkən dərhal yaxınlaşıb onları saxlamışlar. Həmin şəxsləri saxladıqdan sonra onların şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, onlar, xx.xx.1974-cü il təvəllüdlü Şahid3 və xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Onlar Təqsirləndirilən şəxs və Şahid3 saxlayarkən özlərini təqdim edərək onları qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaları barədə məlumatları olduğunu bildirərək onlardan Yasamal RPİ-nə getmələrini təklif etmişlər. Təqsirləndirilən şəxs və Şahid3 razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin inzibati binasına gəlmişlər. Bundan sonra, onlar saxlanılaraq Yasamal RPİ-nə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi İdarənin Təhqiqat şöbəsinin təhqiqatçısı Tural Abdullayevə həvalə olunmuşdur. Saxlanılan şəxslər ayrı ayrı xidməti otaqlarda əyləşdirilmişdir. Bununla bağlı, X7 Baxışovun və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onları müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını onlara təqdim etmişdir. Şahid3 hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri 22 saylı Vəkil Bürosnun vəkili Nizami Canıyev tərəfindən, Təqsirləndirilən şəxs isə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Tural Abdullayev vəkillər Nizami Canıyevi və Müdafiəçi1 İdarəyə dəvət etmişdir. Tural Abdullayev tərəfindən Şahid3 və Təqsirləndirilən şəxs 20 yanvar 2022-cu il tarixdə şübhəli şəxs qismində tutularaq, onlara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O, həmin təklifi qəbul edir. Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağızda olan bükümü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içindəki maddə kakos kimi bildiyi narkotik vasitə heroindir. Həmin narkotik vasitəni 20 yanvar 2022-ci il tarixdə səhər saatlarında Yasamal rayonu 3 saylı Asan Xidmət Binasının yaxınlığında üzdən tanıdığı, adını və anket və məlumatlarını bilmədiyi şəxsdən özünün istifadəsi üçün alıb əynində olan boz rəngli şalvarının sağ yan cibinə qoymuş və 20.01.2022-ci il tarixdə saat 13:00-da ünvan 4 ünvanın qarşısında Şahid3la birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bundan sonra Tural Abdullayev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs üzərindən aşkar olunub-götürülməsi ilə bağlı Tural Abdullayev tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O da, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzasıyla təsdiq etmişdir.Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «Samsung» markalı mobil telefon vasitəsilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir.Keçirilmiş tədbirlər nəticəsində Şahid3 və Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi və onun narkotik vasitəni əldə edib satması müəyyən etmək mümkün olmamışdır. Həmçinin Şahid3 və Təqsirləndirilən şəxs saxlanılarkən və ondan əvvəl də narkotik vasitə satması ilə məşğul olması müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 Malik oğlunun ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, təqribən 3 ildir ki, narkotik vasitə qəbul edir. Öz istifadəsi üçün narkotik vasitələri isə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə isə 20 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Yasamal rayonu “Kaktus” restoranı kimi tanıdığı, 3 saylı Asan Xidmət binasın arxa hissəsinə getmişdir. Orada üzdən tanıdığı, narkotik maddələrin satışı ilə məşğul olduğunu bildiyi, heç bir anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində narkotik vasitə olan heroin almışdır. O, həmin şəxsə bir ədəd 20 manatlıq əskinas verdikdən sonra qeyd etdiyi həmin şəxs bir ədəd siqaretin gümüşü kağızına bükülmüş olan narkotik vasitə heroini ona veribdir. O da bundan sonra həmin bükümü götürdükdən sonra uzaqlaşmış və həmin bükümü üzərində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuş və yaşadığı ünvana doğru hərəkət etmişdir. Saat 13:00 radələrində qonşusu Təqsirləndirilən şəxs ilə yaşadığı evin yaxınlığında görüşüb söhbət edərkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Onlar narkotik vasitələrin istifadəsində şübhəli olduğlarını bildirərək onları Yasamal RPİ-nin İnzibati binasına dəvət etmişlər. Yasamal RPİ-nin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmişlər və ayrı ayrı otaqlarda əyləşmişdirlər. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmiş və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə saat 14:00-da təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilibdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra üzərində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bağlamada olan bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilibdir və o doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində narkotik vasitə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bağlamada olan büküm zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülübdür. O, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməyibdir. Ona narkotik vasitə satan şəxsin təxminən 40-45 yaşlarında, arıq bədən quruluşlu, kişi cinsindən olan orta boylu bir şəxs olmasını, tanışı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatlı olmamasını bildirmişdir. Törətdiyi cinayət əməlindən peşmandır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə ilə onun üzərindən aşkar edilmiş narkotik vasitənin eynilik təşkil etməsini ola bilsinki eyni şəxsdən alınması ilə ehtimalı ilə əsaslandırmışdır. Cinayət işinin 49-cu vərəqəsində olan 20.01.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 144-149-cu vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmişdir və o dərhal məhkəmə iclas zalından azad olmuşdur. Cinayət işinin 156-157-ci vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında 22.01.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.01.2022-ci il tarixli, 6/393 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,916 qram olan qəhvəyi rəngli dənəvər formalı maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin 73-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 237-246-cı vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 12.04.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsdun üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0.916 qram təşkil edən, lakin məhkəmə kimyəvi ekspertizası tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0.866 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal RPİ-yə təhvil verilmişdir, həmçinin bir ədəd “DVD” markalı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 206-207-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 05.02.2022-ci il tarixli, 555 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 183-184-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04.02.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2007-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1; 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3300 manat cərimə cəzası təyin edilmiş 17.05.2017-ci ildə AR Milli Məclisinin 08.05.2007-ci il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 22.06.2012-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay 15 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 01 ədəd VTS_01_1 yazılmış 06 dəqiqə 41 saniyə video fayl vardır. Həmin video faylda olan görüntülərdən görünür ki, Azərbaycan Respublikası DİN-in TŞ-nin təhqiqatçısı, polis kapitanı X5, Yasamal RPİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, Yasamal RPİ-nin əməliyyat müvəkkili Şahid1 Müdafiəçi1 iştirakları ilə 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərlərində həmin tarixdə saat 15:40-da şəxsi axtarışın aparılacağını elan edir. İstintaq hərəkətinin Samsung markalı mobiltelefon vasitəsi ilə qeydə alınacağını bildirir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşur Təqsirləndirilən şəxs isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Təhqiqatçı tərəfindən şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunub-olunmadığını soruşur. Namid Bədəlov saxlanılarkən AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquqların izah olunmasını və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını təhqiqatçıya bildirir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs AR CPM-nin 246-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir və onların üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində boz rəngli şalvarın sağ yan cibindən gümüşü rəngli bükülünü təqdim edərək masanın üzərin qoyur. Təhqiqatçı həmin bükümdə nə olduğunu soruşduqda şübhəli şəxs kakos deyilən narkotik vasitə olmasını bildirir, həmin narkotik vasitəni Yasamal rayonu 3 saylı Asan Xidmət binasının yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Təhqiqatçı tərəfindən həmin bükülüyə baxış zamanı qəhvəyi rəngli maddələr aşkar edilir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılır lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli bükülüdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılır və AR DİN-in 42 saylı möhürü ilə möhürlənir. Qablaşdırılmış zərflər Təqsirləndirilən şəxs, Müdafiəçi1, polis əməkdaşları tərəfindən imzalanır. Daha sonra təhqiqatçı içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, ailəli olmaqla 1 yetkinlik yaşına çatmayan uşağın olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4.3-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 20 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın 05.02.2022-ci il tarixli, 555 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.866 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 114 (yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Kredo» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 6 (ay) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdən 22 yanvar 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər Yasamal RPİ-də saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.866 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-235/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-235/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver