Məhkəmə qərarları › İş №1(004)-235/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-235/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-235/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxsin hüquqi varisi: X12 Təqsirləndirilən şəxs: xx xxxx 1961-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Orucov küçəsi ev 46, mənzil 23-də qeydiyyatda olan, Abşeron rayonu Qobu qəsəbəsi S.Axundov küçəsi 2-ci döngədə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 09 noyabr 2022-ci il tarixdə saat 06:40 radələrində «B» kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “QAZ-2410” markalı **- DS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindən Yasamal rayonu Kənar dairəvi yol istiqamətində Nazim Hikmət küçəsi ilə 52 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsi ilə Ümid Ələkbərov küçələrinin kəsişməsində - Ümid Ələkbərov küçəsi 101 ünvanın qarşısında yolu sağdan sola keçən piyada X3 idarə etdiyi həmin avtomobillə vuraraq ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan onurğa beyninin boyun şöbəsinin əzilməsi, lll boyun fəqərələrinin sınığı, sol Vİİ-Xİ qabırğaların, döş sümüyünün, sağ çanaq sümüklərinin, sol baldır sümüklərinin sınıqları, başın ənsə nahiyəsinin əzilmiş yarası, sağ budun qançırı xəsarətləri ilə müşayiət olunan ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 1 ünvanda qeydiyyatda olsa da, ünvan 2 yaşayış evində arvadı X10 ilə birlikdə yaşayır. Rəsmi qaydada heç bir yerdə işləməsə də, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 11 saylı bazarda pendir, meyvə və tərəvəz satışı ilə məşğul olur. Şəxsi istifadəsində 1987-ci il buraxılışlı QAZ-2410 minik markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili В kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 09 noyabr 2022-ci il tarixdə səhər saat 05 radələrində yaşadığı ünvan 3 ünvan fərdi yaşayış evindən QAZ-2410 minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilini işə salıb əvvəlcə Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Keşlə” bazarına gəlmişdir. “Keşlə” bazarında bazarlıq edib QAZ-2410 minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib Qaradağ rayonuna getmək üçün 06:40 radələrində Bakı şəhəri Yasamal rayonu 3 saylı Asan xidmətinə çatmış və avtomobili ilə saatda 50 km sürətlə 3 saylı Asan Xidməti istiqamətindən, Yasamal dairəvi kənar yolu istiqamətində hərəkətdə olan zaman yolun sağında düzülmüş zibil yeşiklərinin yanından qəflətən bir qadın onun hərəkət zolağına orta qaçışla çıxmış və o, -adını vurmamaq üçün ayağını əyləcə atsa da avtomobilin orta hissəsi ilə qadını .urmuşdur. Avtomobilin zərbəsindən qadın bir neçə metr qabağa düşüb asfalt üzərində yuvarlanmışdır. O, avtomobildən düşüb vurduğu piyadaya yaxınlaşmış, artıq qadın ölmüşdür. Lakin bununla belə o, hadisə yerinə gələn bir nəfər tanımadığı kişidən xahiş etmişdir ki, təcili tibbi yardım avtomaşını çağırsın. Tanımadığı şəxs də mobil telefonu ilə təcili tibbi yardıma zəng vurmuşdur. Bir azdan polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlmişdir. Müstəntiq tərəfindən hadisə yerinə baxışda o, da iştirak etmişdir. Qadının meyitini isə polis əməkdaşları ilə birlikdə avtomobilinə qoyub Yasamal rayon Məhkəmə tibbi şöbəsinə gətirmiş və ekspert müayinəsi üçün ekspertə təqdim etmişdir. Hadisə yerindən qaçmamışdır, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardımın təşkil edilməsini təmin edildiyini, özünün 62 yaşının olmasını, zərərçəkənin hüquqi varisinin çəkdiyi xərcləri 12000 manat dəyərləndirdiyini, həmin məblədən zərərçəkənin ailəsinə çəkilmiş xərclərlə bağlı hadisənin ilk vaxtlarında 3000 manat ödəniş etdiyini, 5000 manat isə sığorta şikrəti tərəfindən ödəniləcəyini, yerdə qalan 4000 manatı isə ödəmək istədiyini, lakin zərərçəkənin hüquqi varisinin həmin məbləği qəbul etmədiyini, məhkəmə zalında da 4000 manatı ödəmək istədiyini, lakin zərərçəkənin hüquqi varisinin yenə də imtina etdiyini, bununla da barışıq üçün hər vasitədən istifadə etdiyini, buna real cəhdlər etdiyini, zərərçəkənin ailəsindən üzr istədiyini, istəmədən belə bir hadisənin baş verdiyini, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X12 ifadəsində göstərmişdir ki, mərhum xx.xx.1961-cı il təvəllüdlü X5 onun arvadı olmuşdur. 1981-ci ildə Aynaxanımla ailə həyatı qurmuş, birgə nikah dövründə 1982-ci il təvəllüdlü Rəşad, 1984-cü il təvəllüdlü Kamil və 1987-ci il təvəllüdlü İlahə adlı övladları olmuşdur. Qızı İlahə ailə həyatı qurub Bakı şəhərində yaşayır. Oğlanları Kamil və Rəşad isə Qobustan şəhərində yaşayırlar. Onlar Qobustan şəhərində qeydiyyatda olsalar da 2019-cu ildən Aynaxanımla birlikdə Bakı şəhərinə köçüb Bakı şəhəri Yasamal rayonunda ünvanını bilmədiyi evdə kirayədə yaşayırmışlar. X1 Bakı şəhəri, Yasamal rayonu ərazisində MİDA adlanan ərazisində “Bazarstore” marketində xidmətçi işləyirmiş. 09 noyabr 2022-ci il taridə səhər saat 05:50 radələrində Xırdalan şəhərinə işlədiyi «AAAF» binaları tikintisi ərazisinə getmişdir. Aynaxanım isə evdə qalmış, sonuncu da adətən hər gün səhər saat 06:30 radələrində Bakı şəhəri Yasamal rayonu MİDA adlanan ərazidə olan “Bazarstore” marketinə işə gedirmiş. Həmin gün saat 10:21 dəqiqədə o, Xırdalan şəhərində işdə olarkən Yasamal RPİ-nin İş-nin müstəntiqi mobil telefonla ona məlumat vermişdir ki, arvadı X11 rayonu ərazisində yolu keçərkən avtomobil sonuncunu vurmuş və Aynaxanım ayağından xəsarət almışdır. O, bu xəbəri eşidəndən 5 dəqiqə sonra Yasamal rayon Məhkəmə Tibbi ekspertizası şöbəsinin müdiri Tahir İsmayılov da ona mobil telefonla zəng vuraraq oğlanlarını soruşmuşdur. O, da nəyə görə oğlanlarını soruşduğunu dedikdə, həmin şəxs Aynaxanımın morqda olmasını kömək lazım olduğunu bildirmişdir. O, həmin vaxt başa düşmüşdür ki, Ayanxanım artıq ölmüşdür. O, Yasamal rayon Məhkəmə Tibbi ekspertizası şöbəsinə gəlmişdir və morqda həqiqətən Ayxanımm meyidini görüb tanımışdır. X9 meyiti ekspertiza müayinəsindən keçirilmişdir. Həmin meyidxanadan Aynaxanım Əliyevanın meyidini götürüb el adəti ilə Qobustan şəhərində qəbrstanlıqda dəfn etmişlər. O, Yasamal RPİ-nin İş-nə dəvət edilmişdir. X8 meyidinin müayinəsi zamanı üzərindən aşkar edilmiş «Samsung» markalı mobil telefonu, şəxsiyyət vəsiqəsini, dövlət sosial sığorta şəhadətnaməsini, «Bazar store» kartını, Bank kartını, pul kisəsini, 29 manat pulu, Access banka və Red Raşa banka aid kartları bir ədəd qış geyim papağını, bir cüt ayaqqabısını Yasamal RPİ-dən götürməyi barədə istintaq qəbz yazıb vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar onun dəqiqliklə məlumatı yoxdur, “QAZ-2410” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun və ailə üzvlərinin Təqsirləndirilən şəxslə heç bir ədavət, şəxsi qərəzçiliyi və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən tərəfdən hər hansı bir məbləğdə pul istəməmişdir, lakin hadisənin ilk əvvəllərində təqsirləndirilən tərəfin adamları onun yaxın adamlarına 3000 manat pül vermişlər, hazırda təqsirləndirilən tərəf ona 4000 manat ödəniş etmək istəsə də həmin məbləği qəbul etmir və təqsirləndirilən şəxsin qanunda nəzərdə tutulmuş cəzalandırılmasını xahiş edir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 09 noyabr 2022-ci il tarixli 128 saylı rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edildi. Onurğa beyninin boyun şöbəsinin əzilməsi, l-ll boyun fəqərələrinin sınığı, sol Vİİ-Xİ qabırğaların, döş sümüyünün, sağ çanaq sümüklərinin, sol baldır sümüklərinin sınıqları, başın ənsə nahiyəsinin əzilmiş yarası, sağ budun qançırı. Bu xəsarətlər həyatı olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan yol nəqliyyat qəzası nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Vət. X2 ölümünə səbəb İ-İİ boyun fəqərələrinin sınığı ilə müşayiət olunan onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir. Vət. X2 meyiti üzərində sürtünmə və təkərlərin üstündən keçmə əlamətləri aşkar edilməmişdir. X4 xəsarət yetirilən anda ayaqüstü vəziyyətdə, bədənin sağ ön yan səthi hərəkətdə olan avtomaşına qarşı ola bilərdi. Vət. X2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş xx.xx.2023-cü il tarixli, 8/333 nömrəli rəyə əsasən “QAZ-2410” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa hexniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin saksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə əlavə cəza ilə yanaşı azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. CM-nin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi də cəzanı yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. İş üzrə müəyyən edilir ki, hadisə nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisinin hadisə ilə bağlı çəkilmiş xərcləri 12000 manat dəyərləndirmiş, məsüliyyətin icbari sığortasına görə sığorta şirkəti tərəfindən 5000 manat ödəniş edilməli olduğunu, cinayətin törədilməsindən bilavasitə sonra isə təqsirləndirilən şəxsin yaxınları tərəfindən zərərçəkmişin ailəsinə 3000 manat maddi köməklik etmiş, hazırda da isə təqsirləndirilən şəxs 4000 manat ödəmək istəyir, lakin zərərçəkəmiş şəxsin hüquqi varisi həmin məbləği qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, 62 yaşının olmasını, hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini, hazırda etmək istəməsini, lakin zərərçəkənin hüquqi varisinin həmin məbləği qəbul etmək istəməmsini, barışıq üçün real cəhdlər etmələrini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış “QAZ-2410” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il (beş il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan “QAZ-2410” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar