Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-236/2024 30.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, Bakı şəhəri Nəsimi rayonu Vidadi küçəsi ev 146 mənzil 17-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd polietilen siqaret kağızı bükümündə təmiz çəkisi 0,185 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvana daşımış, qeyri-adekvat hərəkətlərə yol verərək əsaslı şübhələrə səbəb olduğundan 17 oktyabr 2023-cü il tarixdə saat 17:45 dəqiqədə ünvan 1 ünvanda Bakı şəhəri Səbail RPİnin 9-cu Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Səbail RPİ-nin 9-cu Polis bölməsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 18:35-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli qısaqol jiletinin qabaq sol üst cibindən 01 ədəd polietilen siqaret kağızı bükümündə təmiz çəkisi 0,185 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, o, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində «Kubinka» adlanan ərazidən istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısına daxil edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,330 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 ədəd bükümdə təmiz çəkisi 0,098 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 20 manata alıb, əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 20:30 dəqiqədə ünvan 5 ünvanda Yasamal RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq, 26-cı PB-ə gətirilmiş və üzərində axtarış və götürmə aparılan zaman, əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,330 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd bükümdə təmiz çəkisi 0,098 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, sonuncu dəfə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 16 dekabr 2021-ci il tarixdə azad olunmuşdur. 17 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yахınlаşıb özlərini Səbail RPİ-nin 9-cu PB-nin əməkdаşlаrı kimi təqdim etmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Səbail RPİ-nin 9-cu PB-nə dəvət etmişlər, o isə polis əməkdaşının tələbinə tabe olaraq onlarla birlikdə polis şöbəsinə getmişdir. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə və psixotrop maddə olmamışdır. Polis bölməsində olan zaman polis əməkdaşları ona zor tədbiq etmişlər. Bundan sonra polis əməkdaşı ona bir büküm narkotik vasitə heroin verib, ondan həmin narkotik vasitə cibinə qoyub çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olduğunu və güya “Kubinka” adlanan ərazidən aldığı bildirməsini tələb etmişlər. O qorxduğu üçün onların tələbi ilə razılaşıb, polis əməkdaşları təfərindən ona təqdim olunmuş psixotrop maddəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan göy rəngli qısaqol jiletinin qabaq sol üst cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş bükülünü cıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində narkotik vasitə heroin var, həmin narkotik vasitəni o, “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddəni zərfə qoyub qablaşdırmışlar. O isə həmin zərfi və protokolu imzalamışdır. Bundan əlavə 21 noyabr 2023-cü il tarixində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan əraziyə gedərək orada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin almışdır. Həmin gün, yəni 21 noyabr 2023-cü il tarixində saat 20:30 radələrində ünvan 7 ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onu Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişdirlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşaraq onlarla birlikdə polis bölməsinə gəlmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan tünd boz rəngli şalvarının sol yan cibində saxladığı iki bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükümün birinin icərisinə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin var, həmin heroini və metamfetamini Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə heroini və psixotrop maddə metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, o, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 oktyabr 2023-cü il tarixdə saat 17:45 radələrində əməliyyat müvəkkili olan Şahid2la birlikdə Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsində xidmətdə olan zaman bir şəxsin qeyri-adekvat hərəkətlər etdiyini görüb ona yaxınlaşmışlar və onu Səbail RPİ-nin 9-cu PBnə dəvət etmişlər. Həmin şəxs onların tələbinə tabe olaraq onlarla bir yerdə polis bölməsinə getmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Sahib onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Sahib əynində olan göy rəngli qısaqol jiletinin qabaq sol üst cibindən bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış, lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Sahib həmin bükülünün içərisində olan narkotik vasitə olan heroini həmin gün səhər saatlarında Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərmişdir ki, Yasamal RPİ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. 21 noyabr 2023-cü-ci il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 12/26 ünvanının qarşısıda Şahid4 ilə birlikdə xidmətdə olan zaman bir şəxsin mübahisə etdiyini və özünü qeyri adekvat apardığını görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər.Bundan sonra həmin şəxs 26-cı PB-nə təmin edilmişdir. Orada həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və polis əməkdaşlarının sualına cavab olaraq bildirmişdir ki, narkotik vasitə istifadəcisidir və hazırda üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə olan heroin var. Bundan sonra polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Sahib əynində olan tünd boz rəngli şalvarının sol yan cibindən iki bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Sahib bildirmişdir ki, bükümün birinin içərisində psixotrop maddə metamfetamin, digərinin isə narkotik vasitə olan heroin var, onları “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən alıb üzərində saxladığını bildirmişdir. Həmin psixotrop maddə və narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 оğlu digər Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində axtarış və götürülmə aparılan zaman sonuncu əynindəki tünd boz rəngli cins şalvarının sol yan cibindən könüllü olaraq 01 ədəd bükümdə narkotik vasitə olan heroini və 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. (i.v. 30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tаriхli 3-16-16/2-6/6108 sаylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,330 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,098 qram olan maddə kustur üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “narkotik vasitələr”-in İ siyahısına daxildir. Metamfetamin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən “narkotik vasitələr”-in İ siyahısına daxildir. (i.v. 38-43) “Maddi sübut kimi tanınma haqqında” 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,330 qram narkotik vasitə heroin və təmiz çəkisi 0,098 qram psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 0,260 qram heroin və 0,088 qram metamfeatmin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 96-97) “Video görüntülərə baxış keçirilməsi haqqında” 28 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin dvd diskdə əks edilmiş görüntülər 21 noyabr 2023-cü il tarixdə qeydə alınır. Görüntü 08 dəqiqə 59 saniyədən ibarətdir. Süni işıqlandırma şəraitində otaq Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis mayoru X3 xidməti otağıdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçi N.Abdullayev özünü təqdim etdikdən sonra, 22 saylı vəkil bürosunun vəkili X2, Yasamal RPİ PPXB- nün polis nəfərləri Şahid3 və Şahid4 təqdim etdikdən sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs özünü təqdim etmiş, videoçəkilişin davamında təhqiqatçi Təqsirləndirilən şəxs şübhəli şəxsə saxlanılarkən AR CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunduğunu xatırlatmış, baxışın mobil telefon vasitəsilə həyata keçirilməsini qeyd etmiş, Təqsirləndirilən şəxs heç bir şikayət və etirazının olmadığını demiş, təhqiqatçi tərəfindən AR CPM-nin 246-cı maddəsində nəzərdə tutulan tələblər səsləndirildikdən sonra Səbuhi Məlikova üzərində, geyimində, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş yaxud iş üzrə sübutedici əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd selofana bükülmüş maddəni çıxarıb təqdim etməsi müşahidə olunur. Təhqiqatçi tərəfindən bunun nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin 1 büküm bükülünün içərisində şüşə,digər 1 büküm bükülünün iəçrsində isə kakos olduğunu bildirmiş, həmin maddəni bu gün günorta saatlarında “Kubinka” adlanan ərazidə adını və digər anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 manata alaraq sonradan istifadə etmək məqsədilə üzərində saxladığını, 12 ildir ki,bu maddəni qəbul etdiyini, polis əməkdaşları tərəfindən bu gün İnşaatçılar prospektində saxlanıldığını və PB-ə gətirildiyini,PB-də ona heç bir təzyiq edilmədyini bildirmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik digər əşya və maddələr aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhürlənir, iştirakçılar tərəfindən imzalanır. Bundan sonra heç bir sual, əlavə və qeyd olmadığından şəxsi axtarış və götürmə aparılması başa çatmışdır. (i.v. 98) “Maddi sübut kimi tanınma haqqında” 28 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə RPİ-nin 26-cı PB-dən daxil olmuş Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin götürülməsini videoçəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 01 ədəd disk məlumatlarına baxış keçirilərək bu barədə protokol tərtib edilmiş, həmin disk cinayət işi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 99) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o, əynində olan tünd göy rəngli qısaqol jiletinin qabaq sol üst cibindən çıxarıb təqdim etdiyi bir ədəd polietilen siqaret kağızı bükümünün içərisindəki kütlənin heroin olmasını və həmin tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində “Kubinka” adlanan yerdən 20 manat müqabilində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən əldə edib şəxsi istifadəsi üçün üzərində daşımasını bildirmişdir. (i.v. 131- 132) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2024-cü il tаriхli 3-16-16/2-7/5613 sаylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,185 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən «narkotik vasitələr»-in İ siyahısına daxildir. (i.v. 138-142) “Video görüntülərə baxış keçirilməsi haqqında” 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis bölməsinin əməkdaşlarının, 3 saylı vəkil bürosunun müdafiəçisi Nizami Əliyevin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qısaqol jiletinin qabaq sol üst cibindən çıxarıb təqdim etdiyi bir ədəd polietilen siqaret kağızı bükümünün içərisindəki kütlənin heroin olmasını və həmin tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində “Kubina” adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün əldə edib üzərində daşımasını bildirmişdir. (i.v. 146-147) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 19 oktyabr 2023-cü il tаriхli 6848 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 168-169, 189-190); “Maddi sübut kimi tanınma haqqında” 07 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin 9-cu PB-də şəxsi axtarış zamanı təqdim etdiyi tədqiqata təqdim edilmiş təmiz çəkisi 0,185 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qalıq qalmış 0,135 qram heroin saxlanılması üçün Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v. 185-186) “Maddi sübut kimi tanınma haqqında” 09 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş narkotik vasitənin götürülməsini videoçəkilişdən istifadə etməklə həmin prosessual hərəkətlərin edilməsini özündə əks etdirən 1 ədəd disk cinayət işi üzrə sübutedici əhəmiyyət kəsb etdiyindən xx.xx.2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 187-188) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir əvvəllər 3 dəfə CM-nin 177-ci maddəsi ilə məhkumluq həyatı yaşamış,sonuncu dəfə 2018-ci ilin oktyabr ayında Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşam, 2022-ci ilin yanvar ayında azadlığa çıxmış, təxminən 12 ilə yaxındır ki, narkotik vasitə və şüşə-metamfetamin qəbul edir. 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində “Kubinka” adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsi barədə heç bir məlumatı olmayan şəxsi görmüş və onu biraz kənara çəkib üzərində narkotik vasitə olub-olmadığını soruşduqda o, müsbət cavab vermişdir. Bundan sonra o, həmin şəxsdən 20 manat qarşılığında şəxsi istifadəsi üçün bir ədəd büküm narkotik vasitə heroin almışdır. Həmin bükümü əynindəki tünd göy rəngli jiletinin sol üst cibinə qoyub yaşadığı ev istiqamətinə hərəkət etmişdir. Bakı şəhəri Səbail rayonu İstiqlaliyyət küçəsi 3 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşmasını görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini ona göstərmişlər. Onların polis əməkdaşı olmasını başa düşmüş və ondan şübhələndiklərini zənn etmişdir. Onu Səbail RPİ-nin 9-cu Polis bölməsinin inzibati binasına dəvət etmişlər və o, etiraz etməyərək onlarla birlikdə qeyd olunan bölməyə getmişdir. Orada xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşlarının iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sualına cavab olaraq o, əynindəki tünd göy rəngli qısaqol jiletinin sol üst cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə fiziki axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra üzərindən aşkar edilmiş 01 ədəd büküm narkotik vasitə heroinə bənzər kütlə müvafiq ekspert rəyi alınmasından ötrü ekspertizaya göndərilməsi üçün bir ədəd kağız zərfə qoyularaq qablaşdırlılmışdır. Daha sonra iştirakçılarla birlikdə o, da həmin zərfin üzərinə imza etmişdir. Ona ünvanlanmış suallara cavab olaraq göstərmişdir ki, həmin narkotik vasitə heroini 17 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisində “Kubinka” adlanan yerdən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlumatı olmadığı şəxsdən 20 manat qarşılığında əldə etmişdir. Məqsədi narkotik vasitəni istifadə etmək olmuşdur. Daha sonra göstərmişdir ki, qeyd olunan narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır.Barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azad olunduqdan sonra da narkotik vasitə əldə edərək qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə günorta saat 15 radələrində Kubinka adlanan ərazidən üzdən tanıdığı, lakin şəxsiyyəti barədə dəqiq məlumatı olmadığı şəxsdən hər biri 20 manat olmaqla 1 büküm kakos-heroin və 1 büküm patını öz şəxsi istifadəsi üçün almış, heroini və patını alandan sonra orada olan çayxanaların birində oturub çay içmiş,aldığı narkotik vasitəni axşam saatlarında qəbul etmək fikrində olmuşdur.Saat 20:30 radələrində İnşaatçılar prospektində olarkən bu zaman tanımadığı 1 nəfər ondan nəsə soruşmuş, ona cavab verərkən bu zaman 2 nəfər PPX əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim etmişlər və onu sorğu-sual etməyə başlamışlar və onların suallarını qeyri dəqiq və qeyri səmimi javablandırdığı üçün onu Yasamal RPİ-nin 26-cı PB-ə getməyini xahiş etmişlər.Həmin vaxtı metamfetamin və heroin əynindəki tünd boz rəngli şalvarının sağ yan cibində idi. Polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-ə gəlmiş, burada dəvət olunmuş müdafiəçinin iştiraki ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamani ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etmək təklif olunmuş, bu təklifdən sonra əynindəki tünd boz rəngli cins şalvarin sağ yan cibindən içərisində 1 (bir) ədəd şəffaf sallafana bükülmüş bükümdəki kakos adlanan heroin və 1 büküm “ şüşə-patı” deyilən maddəni təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamani üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansi bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş heroin və metemfetamin hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə zərfə qoyulmuş,bu barədə protokol tərtib edilmiş,protokolun doğruluğunu imzasıyla təsdiq etmiş,aşkar olunmuş heroini və metamfetamini isə ekspertizaya göndərmişlər. Əlavə olaraq qeyd etmişdir ki,polis əməkdaşları tərəfindən ona qarşı hər hansısa bir fiziki zor tətbiq edilməmişdir. Polis əməkdaşı tərəfindən ona verilən suala cavab olaraq üzərindən aşkar olunmuş maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-2133/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı sol saidin ön nahiyəsində, sağ saidin arxa nahiyəsində saylı müxtəlif ölçülü kəsilmiş üzəri qərtməkli yaralar, sol dirsək, sol biləyin arxa nahiyəsində 5-6 sm ölçüdə üzəri qərtməkli yaralar müşahidə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Səbail Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olan, CM-nin 234.1 ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 01:50 radələrində Səbail RPİ-nin MSY-nə qəbul edilib və xx.xx.2023-cü il saat 17:30 radələrində MSY-dən azad olunmuşdur. MSY əməkdaşları tərəfindən yoxlanılan zaman onun üzərində heç bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Prokurorluğu Bakı Şəhər Yasamal Rayon Prokurorluğunun 09 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən qeyri qanuni hərəkətlərə məruz qalması barədə aparılan araşdırmada cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 29 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, 17 oktyabr 2023-ü il tarixdə Səbail RPİ-nin əməkdaşları tərəfindən saxlanılmış, şəxsi axtarış zamanı ondan qanunsuz olaraq saxladığı narkotik vasitə aşkar edilərək götürülmüşdür. Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir qanunsuzluq edilməmiş, fiziki və psixi zora məruz qalmamışdır. Saxlanılan zaman xəsarət almamışdır. Hazırda heç bir şikayət və tələbi yoxdur. aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Səbail rayon polis idarəsinin əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyri insanı rəftara məruz qalması faktı öz təsdiqini tapmamış, toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilməmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən birini etiraf etməməsinə, yəni onun 17 oktyabr 2023-cü il tarixdə saxlanılarkən üzərində narkotik vasitə olan heroin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar, 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 0.185 qram və 0.330 qram, psixotrop maddə olan metamfetaminin isə çəkisi 0.098 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, 0.185 qram və 0.330 qram narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir, lakin onun üzərindən aşkar edilmiş 0.098 qram psixotrop maddə olan metamfetamin cinayət məsuliyyəti yaratmır. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd bükümdə təmiz çəkisi 0.098 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunmasına münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metafetaminin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin təmiz çəkisi 0.098 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci tarixli, 2 nömrəli qərarının 14-cü bəndində göstərilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 0.098 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin istehlak miqdarından artıq miqdarda olmadığından həmin əməl cinayət məsuliyyətinə səbəb olmur və bu əmələ görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə, narkotik vasitə ilə bağlı müddəaların Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama daxil edilməsini əsassız sayır və hesab edir ki, bu hal ittihamdan xaric olunmalı və maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 21 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 20) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 4(004)-922/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 67-69) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Akulov X5 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(006)-95/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 03 avqust 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasının çəkilməmiş 750 (yeddi yüz əlli) manat məbləği hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə tam olaraq birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 750 (yeddi yüz əlli) manat cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci madəsinə əsasən 750 (yeddi yüz əlli) manat cərimə cəzası müstəqil olaraq icra olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilsin. (i.v. 78-80, 82-91) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 xx.xx.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə Qərardan görünür ki, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə uyğun olaraq Amnistiya Qərarının 36-cı bəndinə əsasən çəkilməmiş 5 ay 23 gün təşkil edən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilmişdir. Cinayət işinin mateiallarına əlavə edilmiş ƏN PX-nin İMM-nin 06 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə cəzadan azad olunmuşdur. (i.v. 93-94) “Şübhəli şəxsin tutulması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 192) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 163-164) “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 165-166) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(003)-1342/2021 nömrəli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü ilə təyin olunmuş narkomaniyadan məcburi müalicə tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs müəssisəmizə xx.xx.2020-ci il tarixdə Penitensiar Xidmətin 14-saylı cəzaçəkmə müəssisəsindən daxil olmuşdur. Cəza çəkdiyi müddət ərzində məhkuma aid 1(006)-95/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən 50 manat məhkəmə ekspertiza xərci məhkumun əmək haqqından tutulub dövlət nəfinə tam ödənilmişdir. Məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4 bəndinə əsasən xx.xx.2022-ci il tarixdə çəkilməmiş cəzadan azad olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs üzərində olan cərimə cəzası ilə bağlı heç bir məlumat yoxdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(006)-48/2024 nömrəli qərarına əsasən “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli, 1(006)-95/2019 saylı tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 750 manat cərimə cəzasını çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13 mart 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cərimə cəzasını çəkməkdən azad olunduğu vaxtdan, yəni 16 dekabr 2021-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 13 mart 2019-cu il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 03 mart 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini qismən səmimi etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsini və cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.260 qram və 0.135 qram narkotik vasitə heroin və 0.88 qram qalıq çəkisi olan psixotrop vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs ətrafında həyata keçirilmiş əməliyyat tədbiri zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri 203 (iki yüz üç) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəza saxlanılmalı (CM-in 69.3), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə məhv edilməli (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli(CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 21 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.260 qram və 0.135 qram narkotik vasitə heroin və 0.88 qram qalıq çəkisi olan psixotrop vasitə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 203 (iki yüz üç) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X4, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Zəfər” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-236/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-236/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver