Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-237/2021 23.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1974-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Qacar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu Ə.Qarayev küçəsi yeni yaşayış sahəsində yaşayan və barəsində 19.05.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 14 mart 2021-ci il tarixdə saat 06:00 radələrində "ABC" kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» yük markalı Furqon tipli **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti ilə üzü “20 Yanvar” dairəsi və Yasamal rayonu Ə.Salamzadə küçəsi istiqamətində iki zolaqlı yolda saatda 40-50 kilometr sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələbləri pozaraq ünvan 1 ünvanın yaxınlığında idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə həmin yolda sağ zolaqda olan piyadaçı X11 ehtiyatsızlıqdan vuraraq sonuncuya baş beyinin və beyinciyin yumşaq qişası altına, yan mədəciklərə qansızmalar, sağ ağciyərin və qaraciyərin yaralanması, sağ İ-İX qabırğaların, sol İ-İİ qabırğaların sınığı, başın və bədənin coxsaylı əzilmiş yaraları və sıyrıqları kimi xəsarətlərlə müşayiət olunan dərəcələrinə görə şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa “AGİR” zərər vurmanın əlamətlərinə malik bədən xəsarəti yetirib zərərçəkmiş şəxs Pərviz Səfərovun ölümünə səbəb olmuş, həmçinin sonradan avtomobilinin eyni hissəsi ilə bir qədər aralıda sağ zolaqda yolun kənarında dayanmış Pərviz Səfərova məxsus Mercedes Benz E320 (minik) markalı **-FX-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq sonuncu nəqliyyat vasitəsinə 1380 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o 2012-ci il tarixdən idarə etdiyi “Mercedes Benz” markalı “Furqon” tipli **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükdaşıma fəaliyyəti göstərir. 13 mart 2021-ci il tarixdə saat 15 radələrində Binəqədi rayonu ərazisindən çıxaraq Şəki şəhərinə yük aparmış və həmin gün saat 21-22 radələrində oraya çatmışdır. Təyinat yerinə çatdıqdan sonra 2 nəfər fəhlə yükü avtomobilindən boşaltmağa başlamışlar və həmin ərəfədə o, 1-2 saat avtomobildə yatmışdır. 14 mart 2021-ci il tarixdə saat 01 radələrində Şəki şəhərindən çıxaraq idarə etdiyi yük avtomobili ilə üzü Bakı şəhəri istiqamətinə gəlmişdir. Həmin gün saat təxminən 06 radələrində 40-50 km/saat sürətlə X30 ilə gəlib sağa dönərək üzü “20 Yanvar” dairəsi istiqamətinə hərəkət etməyə başlamışdır. Yasamal rayonu Moskva prospektində yerləşən “Badi Səba” adlı restorana çatmamış yolun sağ hissəsindəki ağaclıq sahədə ani olaraq 40-45 yaşlı kişinin onun hərəkət yoluna tərəf gəlməsini görmüşdür. Aradakı məsafə az olduğu, eləcə də gözü həmin şəxsdə qaldığı üçün o, özünü itirərək nədənsə avtomobilini sağa istiqamətləndirmiş və həmin şəxsi idarə etdiyi yük maşınının sağ tərəfi ilə vurmuşdur. Vurduğu şəxsin baş nahiyəsi onun avtomobilinin alın şüşəsinə dəyərək şüşəni çatlatmışdır. Bundan sonra avtomobilinin dəmirdən olan sağ ayaqaltı hissəsi təxminən 2-3 metr aralıda dayanmış boz rəngli “Mersedes” markalı avtomobilin sol arxa qanadına dəymişdir. Həmin an o, avtomobilin tormoz əyləcinə basmışdır, lakin tormoz işə düşəndə artıq onun idarə etdiyi avtomobil digər avtomobilin arxa hissəsində toxunmuşdur. Bundan sonra o idarə etdiyi yük maşınını hadisə yerindən təxminən 8-10 metr irəlidə saxlayıb vurduğu şəxsə yaxınlaşan zaman həmin şəxsin baş nahiyəsinin yolun sağ hissəsində olan beton piltəyə dəyərək qanamasını, lakin nəfəs almasını görmüşdür. Bu zaman o ilk dəfə belə hadisə törətdiyindən həddən artıq hayacanlandığı və qorxduğu üçün özü mobil telefonun düymələrini basa bilməmiş və yoldan keçən şəxslərdən 103 xidmətinə zəng edərək hadisə barədə məlumat verərək həkim çağırmalarını xahiş etmişdir. Bundan sonra onun tanımadığı bir nəfər 103 xidmətinə, ondan təxminən 6-7 dəqiqə sonra isə 102 xidmətinə zəng edərək yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməkdaşları və bir qədər sonradan isə 103 xidmətinin həkim heyəti gəlmişdir. Həkimlər gələnədək o, avtomobillə vurduğu şəxsin öldüyünü müşahidə etmişdir. Sonradan yolun kənarında dayanmış Mersedes markalı avtomobilə baxdıqda həmin avtomobilin sol arxa qanadının cırılması, arxa qapının tutacağının yerindən qopması və sol yan güzgünün yararsız hala düşməsini görmüşdür. Bir qədər sonra ölən şəxsin yaxınları hadisə yerinə gəlmiş və mərhumu morqa aparmışlar. Yekun olaraq o əməlindən peşiman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət hadisəsi törətdiyini, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X9 ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, X19 onun böyük qardaşıdır. Mərhum qardaşı 05 mart 2019-cu il tarixdə özünə “Mersedes Benz E320” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır, lakin Beyləqan rayonunda qeydiyyatda olduğu üçün aldığı avtomobilin dövlət qeydiyyat nişanını dəyişməməkdən ötrü ondan həmin avtomobili adına qeydiyyata alınmasını xahiş etmiş və bu səbəbdən həmin avtomobil onun adına qeydiyyata alınmışdır. 14 mart 2021-ci il tarixdə saat 07:30 radələrində o, işə getmək üçün yaşadığı evdən çıxmağa hazırlaşan ərəfədə ona xatırlamadığı nömrədən zəng olunmuş və özünü ona polis əməkdaşı kimi təqdim edən şəxs ondan Səfərov Pərviz adlı qardaşının olubolmamasını, eləcə də Pərvizin “Mersedes Benz E320” minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edib-etməməsini soruşmuşdur. O, zəng edən polis əməkdaşına Pərviz Səfərovun onun qardaşı olduğunu və qeyd edilən avtomobilin də sonuncuya məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs ona saat 06 radələrində Yasamal rayonu Moskva prospektində “Şamaxinka” adlanan ərazidə Təqsirləndirilən şəxs idarə etdiyi yük maşını ilə qardaşı Pərviz Səfərovu vurduğunu və Pərvizin aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü bildirmişdir. Daha sonra mərhum qardaşının Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsinə aparlıldığını öyrənmişdir. Bu xəbəri eşitdikdən dərhal sonra o tələsik şəkildə həmin morqa gəlmiş və qardaşının nəşini Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Yasamal rayon Şöbəsindən təhvil alaraq Beyləqan rayonu 1-ci Şahsevən kəndinə aparmış və orada dəfn etmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Bolt” sərnişin daşıma xidmətində şirkətə məxsus “KİA RİO” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 14 mart 2021-ci il tarixdə saat 06 radələrində o, şirkətə gələrək ona təhkim olunmuş “KİA RİO” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili götürüb xidmətə başlamışdır. Sifarış aldığı üçün o, X30dan “Şamaxinka” adlandırılan əraziyə dönərək üzü “20 Yanvar” dairəsi istiqamətində hərəkətdə olmuşdur. “Şamaxinka” adlanan ərazidə “Mercedes” salonunun yaxınlığına çatanda görmüşdür ki, iki zolaqlı yolda yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu zaman o idarə etdiyi avtomobili saxlayaraq hadisə yerinə yaxınlaşmış və orada baş nahiyəsindən qan axan bir şəxsin ikinci zolaqda yerdə uzanıqlı və hərəkətsiz vəziyyətdə olduğunu görmüşdür. O, həmin vurulan şəxsin təxminən 1-2 metr aralıda yolun kənarında dayanan boz rəngli “Mersedes” minik markalı avtomobilini, həmin avtomobildən təxminən 8-10 metr aralıda digər ağ rəngli “Mercedes” yük markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Bundan sonra həmin yol-nəqliyyat hadisəsini törədən “Mercedes” markalı yük avtomobilinin sürücüsü ona yaxınlaşmış və həyəcanlı olduğu üçün ondan polisə zəng edərək kömək çağırmasını istəmişdir. Həmin sürücünü vurduğu piyadanın yaralı olmasını gördükdə o təcili olaraq özünə məxsus ***-***-**-** saylı GSM nömrədən “102” Xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları və X28 avtomobili gəlmişdir. Lakin X28 avtomobili gələnədək hadisə nəticəsində xəsarət almış şəxs vəfat etmişdir. Bundan sonra onu müştəri gözlədiyi üçün o, hadisə yerindən aralanaraq öz işinə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X19 onun həyat yoldaşıdır və sonuncu “Mercedes” markalı **-FX-*** dövlət nömrə nişanlı avtomobil idarə edirmiş. 14 mart 2021-ci il tarixdə saat 05 radələrində mərhum əri Pərviz Səfərov yaşadıqları evdən çıxmışdır. Həmin gün saat 08 radələrində qaynı Səfərov Səbuhi ona zəng edərək əri Pərvizin Yasamal rayonu Moskva prospektində “Şamaxinka” adlanan ərazidə tanımadıqları “Mercedes” markalı yük avtomobilinin sürücüsü tərəfindən vurulması nəticəsində xəsarət almasını bildirmişdir. O hadisə yeri ilə maraqlandıqda qaynı Səbuhi Pərvizin Respublika Klinik Xəstəxanasına aparıldığını bildirmişdir. Bundan dərhal sonra o taksi ilə Respublika Klinik Xəstəxasnasına getmiş və orada həyat yoldaşı Pərvizin aldığı xəsarətlərdən hadisə yerində öldüyünü öyrənmişdir. Daha sonra isə morqa getmiş və mərhum ərinin meyitini ekspertiza şöbəsindən təhvil alaraq Beyləqan rayonu 1-ci Şahsevən kəndində dəfn etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” “Mercedes E320” (minik) markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobil sağdakı beton pilitəyə bitişik dayanmış, ondan 10 metr qabaqda “Mercedes Benz” (yük furqon) markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil sağda pilitədən aralı dayanıb. Yük avtomobilinə məxsus sağ arxa tərəfinə aid cütləşmiş tormoz izi (biri bütöv, ikisi qırıq izdir), qırılmaların bütövlüyü 1.5 metrdir. “Mercedes E320” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında ölən piyadaya məxsus qan ləkəsi vardır. Meyit “Mercedes E320” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxasında 1 metr aralıda baş nahiyəsi beton piltənin üzərində, ayaqları ilə avtomobilin yerləşməsinə görə sol arxa tərəfinə tərəfdir. Əynindəki köynək və gödəkcəsi yuxarı dartılmış və cırılmış haldadır. Yolda hər iki avtomobilə aid fara şüşəsinin qırıqları vardır. (i.v. 4-16) 03.10.2011-ci il tarixli AB seriyalı 440120 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “ABC” kateqoriyalı sürücüdür.(i.v. 22) Azərbaycan Respublikası AC seriyalı 556716 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X31” markalı “Furqon” tipli **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 14.03.2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 2/3237 nömrəli protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:35-də ayıq vəziyyətdə olmuşdur. (i.v. 25-26) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 23 mart 2021-ci il tarixli qərardan görünür ki, X18 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (i.v. 53) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 06 aprel 2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 02.10.2011-ci il tarixdə AB 440120 nömrəli “ABC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. (i.v. 87-89) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X17 X27 05.04.2021-ci il tarixli, 29 saylı ekspert rəyindən görünür ki,
1. X1 meyitinin məhkəmə-tibbi müayınəsi zamanı aşağıdaki xəsarətlər aşkar edildi: Baş beyinin və beyinciyin yumşaq qişası altına, yan mədəciklərə qansızmalar, sağ ağciyərin və qaraciyərin yaralanması, sağ l-İX qabırğaların, sol l-ll qabırğaların sınığı, başın və bədənin coxsaylı əzilmiş yaraları və sıyrıqları.
2. Bu xəsarətlər həyatı olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat qəzası nəticəsində törənə bilərdi, törənmə müddətı qərarda qeyd olunan 14.03.2021-ci il tarıxə uyğundur, dərəcəsinə görə şəxslərdə həyat üçün təhlükəli olan AGİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir.
3. Vət X10 ölümünə səbəb -almış olduğu travma nəticəsındə baş beyinin və beyinciyin yumşaq qışası altına, yan mədəciklərə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinəsindən təqribən 4-6 saat əvvələ uyğun gəlir.
4. Vət X10 meyidindən götürülmüş qanda 0,76% qatılığında etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluğun əlamətlərini daşıyır. Narkotik və psixotrop maddələr aşkar edilməmişdir. (i.v. 79-85) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 9/1623 saylı, 19 aprel 2021-ci il tarixli rəyindən görünür ki,
1. Nəzəri hesablama yolu ilə təqdim edilmiş, "İmperial Motors" Avtoservis tərəfindən tərtib edilmiş 15.03.2021 -ci il tarixli ziyan aktı məlumatlarına əsasən 2004-cü il buraxılışlı, Mercedes Benz E 320 markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1380,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 950,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 430,00 manat.
2. Nəzəri hesablama yolu ilə, təqdim edilmiş “İmperial Motors" Avtoservis tərəfindən tərtib edilmiş 15.03.2021-ci il tarixli ziyan aktı məlumatlarına əsasən, 2000-ci il buraxılışlı, X31 markalı, Furqon tipli **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1280,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 960,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 320,00 manat. (i.v. 101-106) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/867 saylı, 08 may 2021-ci il tarixli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Mercedes Benz markalı, 99DA744 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 108-111) “İfadənin yerində yoxlanılması haqqında” 16.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanı göstərərək bildirmişdir ki, 14 mart 2021ci il tarixdə saat 06:00-da həmin ünvanda idarə etdiyi “Mercedes” (yük) markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə X11, sonra isə onun arxasında yolun kənarında saxladığı sonuncuya məxsus “Mercedes” (minik) markalı, **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, P.Səfərov aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Hadisə yerinə baxış keçirildikdə baş vermiş yol-nəqliyyat hadisəsinin ünvan 2 ünvanın yaxınlığında olması öz təsdiqini tapmışdır. (i.v. 112-116) “Sübutların qiymətləndirilməsi haqqında” 17 may 2021-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X9, şahid qismində dindirilmiş Şahid2, Şahid1, eləcə də Təqsirləndirilən şəxs ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması, DİN-in X7 Xidmətindən 1 ədəd diskə köçürülərək təqdim edilmiş səs yazısı və onlara baxış keçirilməsi istintaq hərəkəti protokolları, Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X27 Yasamal rayon şöbəsinin 14.03.2021-ci il tarixli 29 nömrəli məhkəmə-tibbi, Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin 08.05.2021-ci il tarixli 8/867 nömrəli məhkəmə yol nəqliyyat hadisələri, eləcə də həmin mərkəzin 19.04.2021-ci il tarixli 9/1623 nömrəli məhkəmə-əmtəəşünaslıq üzrə ekspert rəyləri toplanmış sübutların məcmusu ilə təsdiq olunduğundan sübut növü kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” yük markalı Furqon tipli **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil və X12 məxsus Mercedes Benz E320 (minik) markalı **-FX-*** dövlət nömrə nişanlı avtomobil iş əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və “Mercedes Benz” yük markalı Furqon tipli **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, Mercedes Benz E320 (minik) markalı **- FX-*** dövlət nömrə nişanlı avtomobil isə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X13 qaytarılmışdır. DİN-in X7 Xidmətindən Şahid1 hadisə barədə 14.03.2021-ci il tarixdə “102” Xidmətinə müraciəti ilə bağlı etdiyi zəngin audioyazısı köçürülmüş 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. (i.v. 118-130) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 24.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 49) X18 tərəfindən verilmiş 23.03.2021-ci il tarixli qəbzdən görünür ki, “Mercedes Benz E320” minik markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Siqnal İLLİ-nin 5 saylı müvəqqəti duracağından təhvil almışdır. (i.v. 65) Təqsirləndirilən şəxs tərəfindən verilmiş 29.03.2021-ci il tarixli qəbzdən görünür ki, “Mercedes Benz” (yük) markalı Furqon tipli **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Siqnal İLLİ-nin 5 saylı müvəqqəti duracağından təhvil almışdır. (i.v. 76) “Qətimkan tədbiri seçilməsi haqqında” 19 may 2021-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seşilmişdir. (i.v. 160-162) Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Qacar kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 22.06.2021-ci il tarixli 36 nömrəli arayışından görünür ki, Füzuli rayonu, Qacar kənd sakini Təqsirləndirilən şəxs hal-hazırda məcburi köçkün kimi ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda məskunlaşmışlar. X3 yataq xəstəsidir. Vətəndaş Təqsirləndirilən şəxs Məhərəm oğlu ictimaiyyət arasında həmişə özünü nümunəvi aparıb, erməni işğalçılarına qarşı 1-ci Qarabağ döyüşündə iştirak etmişdir. Haqqında heç bir vaxt cinayət işi açılmamışdır. İşlədiyi kollektivdə həmişə özünə hörmət qazanmışdır. AA0234766 nömrəli Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsindən görünür ki, X4 16.11.2003-cü il təvəllüdlüdür. AA2243982 nömrəli Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsindən görünür ki, X14 12.05.2005-ci il təvəllüdlüdür. AZE seriyalı 18095180 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, X6 28.12.2013-cü il təvəllüdlüdür. X18 tərəfindən verilmiş 23.06.2021-ci il tarixli ərizədən görünür ki, qəza nəticəsində qardaşı X19 dünyasını dəyişmişdir. O istintaq tərəfindən zərərçəkmişin hüquqi varisi kimi tanınmışdır. Hadisə nəticəsində maşına dəymiş 1380 manat ziyan və dəfn xərcləri tam şəkildə Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hal-hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq, onunla barışmışdır. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmişin hüquqi varisinə dəymiş zərərin ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla rarışmasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində biri azyaşlı olmaqla yetkinlik yaşına çatmayan 2 övladının olmasını Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 , 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz” yük markalı Furqon tipli **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, “Mercedes Benz E320” (minik) markalı **-FX-*** dövlət nömrə nişanlı avtomobil isə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X13 qaytarılması nəzərə alınmalı, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Maddi sübut “Mercedes Benz” yük markalı Furqon tipli **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, “Mercedes Benz E320” (minik) markalı **-FX-*** dövlət nömrə nişanlı avtomobil isə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X13 qaytarılması nəzərə alınsın, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov