Məhkəmə qərarları › İş №1(004)-237/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-237/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-237/2023 07.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs: xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2022-ci il tarixdə saat 16:55 radələrində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən "Azmir” yaşayış komleksinin yaxınlığında 14 saylı marşurut avtobusunun içərisində Zərərçəkmiş şəxs3 əynində olan gödəkçənin cibindən sonuncuya məxsus olan üzərində 5 manat dəyərində “Azercell" operatoruna aid ***-***-**-** nömrəli sim kart olan 700 manat dəyərində “Samsung-Galaxi A52” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 705 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o. tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən Tədris Cərrahiyyə klinikasının yaxınlığında 33 saylı marşurut avtobusunda Zərərçəkmiş şəxs1 əynində olan açıq qəhvəyi rəngli paltosunun sağ yan cibindən sonuncuya məxsus olan üzərində 5 manat dəyərində “Bakcell” operatoruna aid ***-***-**-** nömrəli sim kart olan 1000 manat dəyərində “İphone 11 Pro” markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1005 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 dekabr 2022-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanın yaxınlığında 77 saylı marşurut avtobusunun içərisində yaranmış sıxlıqdan istifadə edərək Zərərçəkmiş şəxs2 əynində olan gödəkçənin sağ yan cibindən sonuncuya məxsus olan üzərində 5 manat dəyərində “Azerfon” operatoruna aid ***-***-**-** nömrəli sim kart olan 1800 manat dəyərində “Samsung-Galaxi S21" markalı mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1805 manat dəyərində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. O, əvvəllər narkotik vasitə istifadə etdiyinə və oğurluq cinayəti törətdiyinə görə məhkum edilmişdir. 03 dekabr 2022-ci il tarixdə saat 16:55 radələrində o, Yasamal rayonu. Şıxəli Qurbanov küçəsində yerləşən beş mərtəbə adlanan ərazidə “Boranı” restoranının qarşısıda yerləşən avtobus dayanacağında 14 saylı marşurut avtobusuna minib yol gedən zaman marşurut avtobusunda bir nəfər qadının əynində olan gödəkçənin sağ yan cibindən mobil telefonun çıxdığını görüb həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. O, həmin şəxsə yaxınlaşıb əlini qadının əynində olan gödəkçənin sağ yan cibinə salaraq həmin qadına məxsus olan “Samsung Galaxi A52” markalı mobil telefonu oğurlayıb Yasamal rayonu ərazisində yerləşən “İzmir” yaşayış kompleksinin yanındakı Aptekin qarşısında yerləşən avtobus dayanacağında düşmüşdür. Həmin gün saat 20 radələrində o, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına gedərək oğurladığı mobil telefonu həmin düküna 90 manata satmış və cinayət yolu ilə əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Bundan başqa o, 06 dekabr 2022-ci il tarixdə saat 12:20 radələrində KTMnin qarşısında 33 saylı marşurut avtobusuna minib yol gedən zaman marşurut avtobusunda bir nəfər qadının əynində olan qəhvəyi rəngli paltonun sağ yan cibindən mobil telefonun çıxdığını görüb həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. O, həmin şəxsə yaxınlaşıb əlini qadının əynində olan paltonun sağ yan cibinə salaraq həmin qadına məxsus olan “İphone 11 Pro” markalı mobil telefonu oğurlayıb Rusiya Federasiyasının səfirliyinin qarşısında yerləşən avtobus dayanacağında düşmüşdür. Təxminən bir saatdan sonra o, 20 yanvar metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına gedərək oğurladığı mobil telefonu həmin düküna 130 manata satmış və cinayət yolu ilə əldə etdiyi pulları isə öz ehtiyacına xərcləmişdir. Bundan başqa o, 09 dekabr 2022-ci il tarixdə saat 18 radələrində 77 saylı marşurut avttobusu ilə gedən zaman Yasamal rayonu ərazisində yerləşən "İran Klinikasf'-ın yaxınlığında yerləşən avtobus dayanacağında bir nəfər qadın xeylağı sərnişin kimi marşurut avtobusuna minmişdir. Həmin vaxt marşurut avtobusunda sərnişinlər çox olduğu üçün sıxlıq yaranmışdır. Həmin qadın özünə məxsus olan mobil telefonu əynində olan gödəkçənin sağ yan cibinə qoymuş o, da bunu görüb həmin mobil telefonu oğurlamaq qərarına gəlmişdir. O, həmin şəxsə yaxınlaşıb əlini onun əynində olan gödəkçənin sağ yan cibinə salaraq həmin qadına məxsus olan "Samsung Galaxi S21” markalı mobil telefonu oğurlayıb növbəti avtobus dayanacağında düşmüşdür. O, üçüncü mikrorayon dairəsinin yaxınlığında yerləşən "313“ adlı telefon mağazasına gedərək oğurladığı mobil telefonu həmin düküna 110 manata satmış və cinayət yolu ilə əldə etdiyi pulları öz ehtiyacına xərcləmişdir. Sorğu zamanı iş üzrə Təqsirləndirilən şəxs bildirmişdir ki, qeyd etdiyi cinayət hadisəslərindən başqa heç bir cinayət hadisəsi törətməmiş, oğurluq cinayətlərini törədərkən tək olmuş, onun yanında heç kəs olmamış, Samirin, Fəridin və Rəfailin işlədiyi mağazanın yaxınlığında yaşayır və onlar əvvəllərdə onun oğurluq cinayəti törətdiyinə görə məhkum olunduğunu bilmişlər, o, həmişə oğurladığı mobil telefonları həmin şəxslərə satmış və özünə məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurətini onlara vermiş, həmin şəxslər sadəcə ona məxsus olan şəxsiyyət vəsiqəsinin kserosurətlərini ona görə özlərində saxlayırmışlar ki. onlara telefon satan zaman ona məxsus şəxsiyyət vəsiqəsinin üzərində özlərinə lazım olan qeydləri aparsınlar, o, oğurladığı mobil telefonları həmin şəxslərə satarkən onlar aldığı mobil telefonların imei kodlarını sındırırmışlar. Törətmiş olduğu əməlindən peşman olduğunu, əməlini etiraf etməsini, ziyanın bir hissəsini ödəməsini nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxslərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda Azərbaycan Sənaye Sığorta ASC-də çağrı mərkəzinin rəhbəri vəzifəsində işləyir. 2022-ci il yay aylarında tarixi dəqiq yadında qalmayıb o, özü üçün 357 265 993 768 207 imei kodlu “Samsug Galaxi A 52” markalı mobil telefonu 700 manata kreditlə almışdır. 03 dekabr 2022ci il tarixdə saat 16:40 radələrində 2 saylı marşurut avtobusu ilə gəlib Yasamal rayonu. Şıxəli Qurbanov küçəsində yerləşən "Pero” kitab mağazasının qarşısında yerləşən dayanacaqda düşmüş və bir neçə vaxt oranı gəzdikdən sonra həmin yerdən 14 saylı marşurut avtobusuna minmişdir ki. yaşadığı evə getsin. O, həmin vaxt özünə məxsus olan mobil telefonu əynində olan gödəkçənin sağ yan cibinə qoymuş və avtobusunun içərisində ayaqüstə dayanmışdır. Təxminən 15 dəqiqə keçəndən sonra o, İnşaatçılar prospektində yerləşən "İzmir" yaşayış kompleksinin qarşısında yerləşən avtobus dayanacağında avtobusdan düşmüş və düşən kimi əlini cibinə salıb mobil telefonunu çıxartmaq istədikdə görmüşdür ki, ona məxsus olan mobil telefon cibində yoxdur. O, bir nəfər şəxsdən soruşmuşdur ki, ona məxsus olan mobil telefonu həmin şəxs götürmüşdür. Lakin həmin şəxs bildirmişdir ki, xeyr, ona məxsus mobil telefonu marşurut avtobusunun içərisində olan cavan oğlan götürmüşdür. O, tez marşurut avtobusunun içərisinə minəndə görmüşdür ki, avtobusda hər hansı bir cavan oğlan yoxdur. Bundan sonra o, yaşadığı evə getmiş, sonra isə Yasamal RPİ-nin 27-ci PB-nə gedərək rəsmi ərizə ilə müraciət etmişdir. Sorğu zamanı Zərərçəkmiş şəxs3 bildirmişdir ki. ona məxsus olan “Samsung Galaxi A 52" markalı mobil telefon oğurlanan zaman həmin telefonun üzərində 5 manat dəyərində Azərcell operatoruna aid sim nömrə olmuş və əsasən “Whatsapp” sosial şəbəkəsi vasitəsindən istifadə etdiyi üçün nömrədə kontur olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda X4 mama-qinekoloq işləyir. 08 mart 2022-ci il tarixdə o. özünə məxsus olan "İPHONE 11 PRO” markalı mobil telefonu 1000 manata almışdır. 06 dekabr 2022-ci il tarixdə saat 14 radələrində o, işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən X2 çıxıb iş yerinin qarşısında olan avtobus dayanacağından 33 saylı marşurut avtobusuna minmişdir ki, yaşadığı evə getsin. O, marşurut avtobusuna minən kimi özünə məxsus olan “İPHONE 11 PRO" markalı mobil telefonu əynində olan paltonun sağ yancibinə qoymuşdur. Təxminən 7-8 dəqiqədən sonra o, əlini paltonun cibinə salmışdır ki, özünə məxsus mobil telefonu çıxartsın, lakin o, aşkar etmişdir ki, ona məxsus olan 1000 manata aldığı “İPHONE 11 PRO” markalı mobil telefon naməlum şəxslər tərəfindən oğurlanmışdır. Bundan sonra o, avtobusda olan sərnişinlərdən xahiş etmişdir ki, ona məxsus mobil telefonun nömrəsinə zəng vursunlar, lakin həmin vaxt telefon söndülüməsə də zəng gəlməmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub baş vermiş oğurluq hadisəsi barədə məlumat vermiş və sonra isə Yasamal RPİ-nin 27-ci PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Sorğu zamanı Zərərçəkmiş şəxs1 bildirmişdir ki, ona məxsus olan "İPHONE 11 PRO" markalı mobil telefon oğurlanan zaman həmin telefonun üzərində 5 manat dəyərində Bakcell operatoruna aid sim nömrə olmuş və əsasən “Whatsapp” sosial şəbəkəsi vasitəsindən istifadə etdiyi üçün nömrədə kontur olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda Azərbaycan Milli Elmlər X1 Nağıyev adına Kataliz və X12 İnistitutunda kiçik elmi işçi vəzifəsində işləyir. 25 sentyabr 2022-ci il tarixdə o, özünə **********91014 imei kodlu “Samsug Galaxi S21" markalı mobil telefonu 1800 manata almışdır. 09 dekabr 2022-ci il tarixdə saat 18 radələrində o, Yasamal rayonu ərazisində yerləşən 32 saylı uşaq baxçasından azyaşlı qızı X3 götürüb Şərifzadə küçəsində yerləşən "İran Klinikasının qarşısında yerləşən avtobus dayanacağına gələrək 77 saylı marşurut avtobusuna minmişdir ki, yaşadığı evə getsin. O, həmin vaxt özünə məxsus olan mobil telefonu əynində olan gödəkçənin sağ yan cibimə qoymuşdur. Marşurut avtobusunun içərisində ayağüstə dayanmış, azyaşlı qızı Məryəmi isə otuzdurmuşdur. Həmin vaxt bir nəfər qadın sərnişin ondan xahiş etmişdir ki, onun çantasından müğayət olsun ki, çanta aşmasın. O, da həmin şəxsə etiraz etməyib əyilərək onun çantasını saxlamışdır. Növbəti dayanacaqda, yəni “İnşaatçılar” metrostansiyasının qarşısında yerləşən dayanacaqda marşurut avtobusu dayanmış və avtobusun içərisində olan sərnişinlər düşmüşlər. Avtobusun içərisində sıxlıq yaranmış və həmin vaxt o, hiss etmişdir ki, onun cibində olan ona məxsus mobil telefonu kimsə götürdü. Bu zaman o, əlini əynində olan gödəkçənin sağ yan cibinə salanda görmüşdür ki, ona məxsus olan “Samsug Galaxi S21" markalı mobil telefon cibində yoxdur. Həmin vaxt o, yanında olan tanımadığı qadınlara bildirmişdir ki. ona məxsus olan mobil telefonu oğurlayıblar. Həmin vaxt o, sərnişinlərin telefonu ilə özünə məxsus olan telefona zəng vurmuş, lakin telefonun səsi çıxmamışdır. Bundan sonra o, avtobusdan düşüb geri qayıtmışdır ki, bəlkə telefonu hardasa salmışdır. Lakin telefonu tapa bilmədiyinə görə Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək orada rəsmi ərizə ilə müraciət etdim. Sorğu zamanı Zərərçəkmiş şəxs2 bildirmişdir ki, ona məxsus olan “Samsung Galaxi S 21" markalı mobil telefon oğurlanan zaman həmin telefonun üzərində 5 manat dəyərində Azerfon operatoruna aid sim nömrə olmuş və əsasən Watsapp sosial şəbəkəsi vasitəsindən istifadə etdiyi üçün nömrədə kontur olmamışdır.. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cavadov küçəsində yerləşən telefon alqı-satqı mağazasını icarəyə götürüb işlədir. 08 dekabr 2022-ci il tarixdə saat 13 radələrində o, işlədiyi mağazada olan zaman bir nəfər əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək bir ədəd “Samsung Galaxi A 52" markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi ehtiyacı olduğundan həmin mobil telefonu satmaq istəyir. O, da Təqsirləndirilən şəxs gətirdiyi mobil telefona baxıb görmüşdür ki, həmin mobil telefonun ekranında problem var. O, da Namiqlə 180 manata razılaşıb həmin telefonu ondan almış və pulu verdikdən sonra Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb aldığı mobil telefonun imei kodunu qeyd etmiş və Namiq öz xətti ilə yazaraq bildirmişdir ki, həmin mobil terlefon onun özünə məxsusdur və altından da imza etmişdir. Təxminən 10-15 gün keçəndən sonra Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları onun işlədiyi mağazaya gələn zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı “Samsung Galaxi A 52” markalı mobil telefonu Namiq cinayət yolu ilə əldə etmişdir. Sorğu zamanı X7 bildirmişdir ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, nə də ki, onun gətirdiyi mobil telefonun oğurluq yolla əldə etdiyini bilməmiş, Təqsirləndirilən şəxs telefonu satarkən ona bildirmişdir ki, satdığı mobil telefon onun özünə məxsusdur və maddi çətinliyi olduğu üçün həmin telefonu satır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda Bakı şəhəri. Nəsimi rayonu, Rövşən Cavadov küçəsində yerləşən telefon alqı-satqı mağazasını icarəyə götürüb işlədir. 09 dekabr 2022-ci il tarixdə saat 18 radələrində o. işlədiyi mağazada olan zaman bir nəfər əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək bir ədəd “Samsung Galaxi S 21" markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi ehtiyacı olduğundan həmin mobil telefonu satmaq istəyir. O, da Namiqin gətirdiyi mobil telefona baxıb görmüşdür ki, həmin mobil telefonun ekranında problem var. O, da Namiqlə 150 manata razılaşıb həmin telefonu ondan almış və Namiqə 110 manat pul. 40 manat əvəzinə isə sadə “Samsung” markalı mobil telefon vermişdir. Daha sonra o. Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb aldığı mobil telefonun imei kodunu qeyd etmiş və Namiq şəxsiyyət vəsiqəsinin kseürosurətində imza etmişdir. Təxminən 10-15 gün keçəndən sonra Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları onun işlədiyi mağazaya gələn zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı “Samsung Galaxi S 21” markalı mobil telefonu cinayət yolu ilə əldə etmişdir. Sorğu zamanı Şahid2 bildirmişdir ki. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, nə də ki, Namiqin gətirdiyi mobil telefonun oğurluq yolla əldə etdiyini bilməmişdir, həmin vaxt Təqsirləndirilən şəxs satdığı mobil telefonun özünə məxsus olduğunu və maddi çətinliyi olduğu üçün telefonu satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 oğlu oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda Bakı şəhəri, Nəsimi rayonu, Rövşən Cavadov küçəsində yerləşən telefon alqı-satqı mağazasını icarəyə götürüb işlədir. 07 dekabr 2022-ci il tarixdə saat 15 radələrində o, işlədiyi mağazada olan zaman bir nəfər əvvəllər üzdən tanıdığı, lakin adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun işlədiyi mağazaya gələrək bir ədəd "İphone 11 Pro” markalı mobil telefonu satmaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, maddi ehtiyacı olduğundan həmin mobil telefonu satmaq istəyir. O, da Namiqin gətirdiyi mobil telefona baxıb görmüşdür ki, həmin mobil telefon işlək və yaxşı vəziyyətdədir. O, da Namiqlə 175 manata razılaşıb həmin telefonu ondan almış və pulu verdikdən sonra Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb aldığı mobil telefonun imei kodunu qeyd etmiş və Namiq həmin sənətdə imza etmişdir. Təxminən 10-15 gün keçəndən sonra Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları onun işlədiyi mağazaya gələn zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı "İphone 11 Pro" markalı mobil telefonu o, cinayət yolu ilə əldə edibmiş. O, həmin vaxt Namiqdən aldığı mobil telefonu və götürdüyü şəxsiyyət vəsiqəsinin kserosurətini polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı Şahid3 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər üzdən tanımış, lakin onun əvvəllər məhkum olunduğunu bilməmiş, nədə ki, gətirdiyi mobil telefonun oğurluq yolla əldə etdiyini bilməmiş, həmin vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, satdığı mobil telefon onun özünə məxsusdur və maddi çətinliyi olduğu üçün həmin telefonu satır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/9371 nömrəli rəyindən görünür ki, 01 ədəd “İphone 11 Pro” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 850,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslər və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda 10 dəfə məhkum edilmişdir. 1) Nəsimi Rayon məhkəməsinin xx.xx.1989-cu il tarixli hökmü ilə CM-nin 143 maddəsinin 1ci hissəsi, 84-cü maddəsi 2-ci hissəsi 38-ci maddəsi ilə 3 il azadlıqdan məhrum edilib. 2) Bakı şəhəri Oktyabr Rayon Məhkəməsimnin xx.xx.1990-cı il tarixli hökmü ilə CM-nin 143 maddəsinin 2-ci hissəsi, 143 maddəsinin 2, 4-cü hissəsi, 38,39 maddəsi ilə 4 il azadlıqdan məhrum edilib. 3) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsimnin xx.xx.1990-cı il tarixli hökmü ilə CM-nin 185 maddəsinin 1-ci hissəsi, ,39 maddəsi ilə 3 il 6 ay azadlıqdan məhrum edilib. 4) Bakı şəhəri Nizami Rayon Məhkəməsimnin xx.xx.1993-cü il tarixli hökmü ilə CM-nin 143 maddəsinin 4-cü hissəsi, 213 maddəsinin 1-ci hissəi, 38-ci maddə ilə 6 il 6 ay azadlıqdan məhrum edilib. 5) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsimnin xx.xx.1999-cu il tarixli hökmü ilə CM-nin 93- 3-cü maddəsinin 2-ci hissəsi ilə 1 il 6 ay azadlıqdan məhrum edilib. 6) ACDİÜ AR Məhkəməsimnin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 177.3.2, 177.3.3, 181.3.4, 228.4, 234.1, 304.1-ci maddələri ilə 3 il azadlıqdan məhrum edilib. 7) ACDİÜ AR Məhkəməsimnin xx.xx.2004-cü il tarixli hökmü ilə CM-nin 177.3.2, 177.3.3, 234.1-ci maddələri ilə 14 il azadlıqdan məhrum edilib. 8) ACDİÜ AR Məhkəməsimnin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 177.3.2, 177.3.3, 234.1-ci maddələri ilə 12 il 11 ay 03 gün azadlıqdan məhrum edilib. 9) Binəqədi Rayon Məhkəməsimnin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 1 il 06 ay 20 gün azadlıqdan məhrum edilib. 10) Sonuncu dəfə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.5, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Penitensiar Xidmətin və Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsinin xx.xx.2021-ci il tarixli birgə qərar ilə “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir (həmin vaxta cəzasının çəkilməmiş hissəsi 02 ay təşkil etmişdir). “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci hissəsinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Beləliklə, həmin qərara əsasən məhkumluq götürülmüşdür. Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramında ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini, cinayət işi üzrə ona vurulmuş ziyanın tam ödənildiyinin, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 oğurlanmış “İphone 11 Pro” markalı telefon həmin zərərçəkənə qaytarılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, vurulmuş zərərin bir hissəsinin ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış “İphone 11 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 12 dekabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “İphone 11 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar