Məhkəmə qərarları › İş №1(004)-238/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-238/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-238/2020 30.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X10 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs, onun nümayəndəsi və eyni zamanda vəkili “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X15, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin (bundan sonra CM) 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx xxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə və xx xxxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə dostları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 oğu və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə təxminən saat 18:15-də ünvan 5 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “BMW X5” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsinin açıq olmasından istifadə edərək arxa sağ qapını açmaqla arxa sağ oturacaqda olan çantadan sonuncunun Azərbaycan Respublikası manatının həmin dövr üçün olan məzənnəsi ilə 12.410 (on iki min dörd yüz on) manat dəyərində 7.300 (yeddi min üç yüz) ABŞ dolları pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə dostları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 oğu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə təxminən saat 18:15-də ünvan 5 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “BMW X5” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsinin açıq olmasından istifadə edərək arxa sağ qapını açmaqla arxa sağ oturacaqda olan çantadan sonuncunun Azərbaycan Respublikası manatının həmin dövr üçün olan məzənnəsi ilə 12.410 (on iki min dörd yüz on) manat dəyərində 7.300 (yeddi min üç yüz) ABŞ dolları pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə dostları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 oğu və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə təxminən saat 18:15-də ünvan 5 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “BMW X5” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsinin açıq olmasından istifadə edərək arxa sağ qapını açmaqla arxa sağ oturacaqda olan çantadan sonuncunun Azərbaycan Respublikası manatının həmin dövr üçün olan məzənnəsi ilə 12.410 (on iki min dörd yüz on) manat dəyərində 7.300 (yeddi min üç yüz) ABŞ dolları pulunu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə dostları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğu və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə təxminən saat 18:15-də ünvan 6 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus “BMW X5” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsinin açıq olmasından istifadə edərək arxa sağ qapını açmaqla arxa sağ oturacaqda olan çantadan sonuncunun Azərbaycan Respublikası manatının həmin dövr üçün olan məzənnəsi ilə 12.410 (on iki min dörd yüz on) manat dəyərində 7.300 (yeddi min üç yüz) ABŞ dolları pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərində cinayət tərkibi vardır və onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və verilmiş mülki iddianı etiraf edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə Bakı şəhəri Yasamal rayonu ərazisində olan 21 saylı tam orta məktəbdə bir sinifdə oxumuşlar və həmin vaxtdan mehriban dostluq münasibətləri olmaqla adətən gündəlik həyatda tez-tez görüşüb söhbətləşir, birlikdə zaman keçirirlər. Kamil 2020-ci ilin aprel ayının əvvəlində soyuqdəymə ilə bağlı xəstələnib ev şəraitində müalicə olunduğundan xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində onu Yasamal rayonu, B.Şahtaxtinski küçəsi ev 49 ünvanındakı yaşadığı evdə ziyarət etmişlər. Təxminən bir saat orada qalmışlar və saat 18:10 radələrində evdən çıxmışlar. Evin həyətindən çıxdıqda məhəllədə dayanmış “BMW X5» modelli, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının açıq vəziyyətdə olmasını görmüşlər. Sonradan maraqlandıqda avtomobilin əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus olmasını öyrənmişlər. Həmin vaxt diqqətlə nəzər yetirdikdə avtomobilin arxa sağ qapısının açıq qalmış şüşəsindən sağ oturacaqda bir ədəd qara rəngli çanta olmasını görmüşlər. Avtomobilin ümumi olaraq zəngin görünüşündən həmin çantada qiymətli əşya və ya xeyli miqdarda pulun olmasını ehtimal etmişlər. Öz aralarında danışıb oğurluq etmək üçün əlverişli şəraitin olmasını düşünmüşlər. Onlar birlikdə danışıb mövcud vəziyyətdən istifadə edib avtomobildəki çantanı oğurlamaqla bağlı razılığa gəlmişlər. Elvin əvvəlcədən razılaşmasa da sonradan kənardan dayanıb nəzarət etməyə razılaşmışdır. O, Qürbətəli ilə birlikdə avtomobilin ətrafında gəzişmiş, ətrafa nəzər salaraq diqqət çəkmədən çantanı açıq pəncərədən götürməyə cəhd göstərmişlər. Həyəcanlı olduqlarından çantanı pəncərədən götürmək alınmamışdır. Bu səbəbdən o, özü cəld qapını açmış, Qürbətəli isə çantanı götürmüş və onlar birlikdə oradan qaçaraq uzaqlaşmışlar. Elvin isə kənarda dayanıb onları izləmişdir. Daha sonra onlar bir qədər aralıda təhlükəsiz yer tapıb çantaya üçü birlikdə baxış keçirmiş və içərisində 100-lük ABŞ dolları əskinasları aşkar edib saydıqda 7300 (yeddi min üç yüz) ABŞ dollar olmasını aşkar etmişlər. Pulu götürdükdən sonra bir müddət oğurluq hadisəsinin aşkar edilməməsi və diqqət çəkməməsi üçün, həmçinin içərisində sənədlər olduğundan çantanı götürdükləri qaydada avtomobilə geri qoymuşlar. Kamilə isə zəng edib təcili olaraq “Asan Xidmət”in binasının qarşısına gəlməsini bildirmişlər və görüşüb ona da məlumat vermişlər. İlk dəfə olaraq belə əməl törətdiklərindən həddən artıq həyəcan keçirib özlərini itirmişlər. Bundan başqa Kamil onlara həmin ərazidə müşahidə kameralarının olması barədə məlumat vermişdir. Bu səbəbdən də gərginlik yaşayıb hərəkətlərini idarə edə bilməmişlər. Kamil və Elvinin təklifi ilə pulu çantaya geri qoymaq üçün dördü birlikdə məhəlləyə yaxınlaşıb kənardan baxdıqda avtomobilin qapı və şüşəsinin bağlı olduğunu görmüşlər. Bir qədər gözləmişlər ki, bəlkə avtomobilin sahibi küçəyə çıxar və onlar pulu onun özünə qaytararlar. Təxminən 5 dəqiqə gözləmişlər, lakin küçəyə heç kim çıxmamışdır. Daha sonra birlikdə düşünüb razılaşmışlar ki, hər biri stresdə olmaqla həyəcan keçirir və sakitləşmək üçün Kamilin ailəsinə məxsus bağ evinə gedib bir qədər yeyib-içsinlər, oğurladıqları pulları isə öz aralarında bölsünlər. Ümumi razılaşmaya əsasən üzərlərində xərclik üçün pul olmadığından onlar birlikdə əldə etdikləri 7300 ABŞ dollarından 100 ABŞ dolları Azərbaycan manatına dəyişmişlər. O, bunu üzdən tanıdığı, lakin adını bilmədiyi tanışı vasitəsilə etmiş, lakin həmin tanışına oğurluq əməli barədə heç bir məlumat verməmişdir. Bundan sonra dördü birlikdə yoldan tanımadıqları və hazırda əlamətlərini xatırlamadığı taksi ilə Kamilin ailəsinə məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində olan bağ evinə getmişlər. Bağ evinə gedərkən yolüstü onun yaxınlığındakı “Oba Novxanı” adlı marketdən Kamillə birlikdə yeməyə ərzaq, spirtli və enerji içkiləri almışlar, bu vaxt Elvin və Qürbətəli marketə daxil olmadan onları çöldə gözləmişlər. Onlar bağ evində olarkən o, oğurlanmış vəsaitdən qalıq qalmış 7.200 (yeddi min iki yüz) ABŞ dollar pulu masanın üzərinə qoymuş, ümumi razılaşmaya əsasən adambaşına 1.800 (min səkkiz yüz) ABŞ dolları olmaq şərti ilə bölüşməyi qərara almışlar. O və Kamil mətbəxə keçərək yemək hazırlamaqla və süfrə açmaqla məşğul olduqlarından həmin an Elvinlə Qürbətəlinin masanın üzərindən nə qədər pul götürmələrini görməmişdir. Lakin o, özü payını götürüb cibinə qoymuşdur. Onlar birlikdə aldıqları yeməkdən yeyib spirtli içki qəbul etmişlər, bir qədər sonra Elvin və Qürbətəli sağollaşıb getmişlər, lakin sonuncuların gedərkən pul götürüb-götürməmələri, əgər götürmüşdürlərsə məbləği barədə məlumatı olmamışdır. O, Kamillə birlikdə bağ evində qalmış və spirtli içki qəbul etməyə davam etmişlər, bu müddət ərzində pul vəsaitindən hansı məbləğdə qalıq qalmasına diqqət etməmişdir. Ertəsi gün, yəni xx xxxxx 2020-ci il tarixdə polis əməkdaşları bağ evinə gəlmişlər, mənzilə baxış zamanı Kamil qalıq qalan pul vəsaitini onlara təqdim etmiş, lakin təqdim edilən pul vəsaitinin məbləğinə diqqət etməmişdir. Daha sonra onları polis bölməsinə aparmışlar, orada olarkən o, öz üzərində cibində saxladığı 1700 (bir min yeddi yüz) ABŞ dolları polis əməkdaşlarına təqdim etmiş və bu barədə tərtib edilmiş protokola imza etmişdir. Həmçinin orada ona məlum olmuşdur ki, Qürbətəli də oğurluq nəticəsində əldə edilmiş pul vəsaitinin bir hissəsini, yəni 1.700 (min yeddi yüz) ABŞ dolları polis əməkdaşları vasitəsi ilə zərərçəkmişə çatdırılması üçün onun qohumu X6 təqdim etmişdir. Verilmiş suallar əsasında Təqsirləndirilən şəxs2 qeyd etmişdr ki, Kamilgilin yaşadığı evdən çıxarkən avtomobilin pəncərəsinin açıq olmasını gördükdən sonra ilk olaraq o, digərlrinə oğurluq etməyi təklif etmişdir. Qürbətəli onun bu təklifi ilə dərhal razılaşmasına baxmayaraq, Elvin birbaşa olaraq iştirak etmək istəməmiş və kənarda dayanıb onları izləmişdir. O, Qürbətəli ilə birlikdə avtomobildən çantanı götürərkən Elvinin onları kənardan izləməsinə arxayın olub kənar şəxslərin gələcəyi təqdirdə onları xəbərdar edəcəyindən əmin olmuşlar. Elvin onlardan təxminən 10 metr kənarda dörd yol ayrıcında dayanaraq həm ətrafı, həm də onları müşahidə etmişdir. Razılaşmaya əsasən o, Qürbətəli ilə birlikdə çantanı avtomobildən götürmüş, lakin çantaya birlikdə baxış keçirib orada olan 7300 ABŞ dollar pul vəsaitini qanunsuz olaraq ələ keçirmişlər. Hadisədən sonra istifadəsində olan (050) ***- **-** mobil nömrəsində olan «Whatsapp» proqramı vasitəsi ilə Kamilin istifadəsində olan (070) ***-**-** mobil nömrəsinə yazaraq onu təcili olaraq çağırmışdır, Kamilgilin bağ evində isə pul vəsaitini dörd nəfər arasında adambaşına 1800 ABŞ olmaqla bölüşdürmüşlər. Lakin istintaq zamanı zərərçəkmişə qaytarılmamış 2500 ABŞ dolların hansı səbəbdən qalıq qalması barədə məlumatı yoxdur, lakin əminliklə qeyd edir ki, avtomobildən oğurlanmış pul vəsaitinin ümumilikdə məbləği 7300 ABŞ dollar təşkil etmişdir. Belə ki, həmin vəsaiti özü şəxsən saymışdır. Törətdikləri cinayət əməli barəsində isə kənar şəxslərə məlumat verməmişlər. Təqsirləndirilən şəxs2 hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, onların əməli nəticəsində vurulmuş ziyanın digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə müştərək qaydada zərərçəkmiş şəxsə tam şəkildə ödənildiyini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, əvvəllər məhkumluğunun olmamasını, cavanlığını və ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və verilmiş mülki iddianı etiraf edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə Bakı şəhəri Yasamal rayonu ərazisində olan 21 saylı tam orta məktəbdə oxumuşlar və həmin vaxtdan mehriban dostluq münasibətləri olmaqla adətən gündəlik həyatda tez-tez görüşüb söhbətləşir, birlikdə zaman keçirirlər. Kamil 2020-ci ilin aprel ayının əvvəlində soyuqdəymə ilə bağlı xəstələnib ev şəraitində müalicə olunduğundan xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində onu Yasamal rayonu, B.Şahtaxtinski küçəsi ev 49 ünvanındakı yaşadığı evdə ziyarət etmişlər. Təxminən bir saat orada qalmışlar və saat 18:10 radələrində evdən çıxmışlar. Evin həyətindən çıxdıqda məhəllədə dayanmış “BMW X5» modelli, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının açıq vəziyyətdə olmasını görmüşlər. Sonradan maraqlandıqda avtomobilin əvvəllər tanımadığı Zərərçəkmiş şəxs məxsus olmasını öyrənmişlər. Həmin vaxt diqqətlə nəzər yetirdikdə avtomobilin arxa sağ qapısının açıq qalmış şüşəsindən sağ oturacaqda bir ədəd qara rəngli çanta olmasını görmüşlər. Avtomobilin ümumi olaraq zəngin görünüşündən həmin çantada qiymətli əşya və ya xeyli miqdarda pulun olmasını ehtimal etmişlər. Öz aralarında danışıb oğurluq etmək üçün əlverişli şəraitin olmasını düşünmüşlər. Onlar birlikdə danışıb mövcud vəziyyətdən istifadə edib avtomobildəki çantanı oğurlamaqla bağlı razılığa gəlmişlər. Elvin əvvəlcədən razılaşmasa da sonradan kənardan dayanıb nəzarət etməyə razılaşmışdır. O, Ariflə birlikdə avtomobilin ətrafında gəzişmiş, ətrafa nəzər salaraq diqqət çəkmədən çantanı açıq pəncərədən götürməyə cəhd göstərmişlər. Həyəcanlı olduqlarından çantanı pəncərədən götürmək alınmamışdır. Bu səbəbdən Arif cəld avtomobilin arxa sağ qapısını açmış, o, isə çantanı götürmüş və onlar birlikdə oradan qaçaraq uzaqlaşmışlar. Elvin isə kənarda dayanıb onları izləmişdir. Daha sonra onlar bir qədər aralıda təhlükəsiz yer tapıb çantaya üçü birlikdə baxış keçirmiş və içərisində 100-lük ABŞ dolları əskinasları aşkar edib saydıqda 7300 (yeddi min üç yüz) ABŞ dollar olmasını müəyyən etmişlər. Pulu götürdükdən sonra bir müddət oğurluq hadisəsinin aşkar edilməməsi və diqqət çəkməməsi üçün, həmçinin içərisində sənədlər olduğundan çantanı götürdükləri qaydada avtomobilə geri qoymuşlar. Kamilə isə zəng edib təcili olaraq “Asan Xidmət”in binasının qarşısına gəlməsini bildirmişlər və görüşüb ona da məlumat vermişlər. İlk dəfə olaraq belə əməl törətdiklərindən həddən artıq həyəcan keçirib özlərini itirmişlər. Bundan başqa Kamil onlara həmin ərazidə müşahidə kameralarının olması barədə məlumat vermişdir. Bu səbəbdən gərginlik yaşayıb hərəkətlərini idarə edə bilməmişlər. Kamil və Elvinin təklifi ilə pulu çantaya geri qoymaq üçün dördü birlikdə məhəlləyə yaxınlaşıb kənardan baxdıqda avtomobilin qapı və şüşəsinin bağlı olduğunu görmüşlər. Bir qədər gözləmişlər ki, bəlkə avtomobilin sahibi küçəyə çıxar və onlar pulu onun özünə qaytararlar. Təxminən 5 dəqiqə gözləmişlər, lakin küçəyə heç kim çıxmamışdır. Daha sonra birlikdə düşünüb razılaşmışlar ki, hər biri stresdə olmaqla həyəcan keçirir və sakitləşmək üçün Kamilin ailəsinə məxsus bağ evinə gedib bir qədər yeyib-içsinlər, oğurladıqları pulları isə öz aralarında bölsünlər. Ümumi razılaşmaya əsasən üzərlərində xərclik üçün pul olmadığından onlar birlikdə əldə etdikləri 7300 ABŞ dollarından 100 ABŞ dolları Azərbaycan manatına dəyişmişlər. Pulun dəyişdirilməsini isə Arif öz tanışı vasitəsilə etmişdir. Lakin o, Arifin pul dəyişdirən həmin tanışı tanımadığından anket məlumatlarını da bilmir. Bundan sonra dördü birlikdə yoldan tanımadıqları və hazırda əlamətlərini xatırlamadığı taksi ilə Kamilin ailəsinə məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində olan bağ evinə getmişlər. Bağ evinə gedərkən yolüstü onun yaxınlığındakı “Oba Novxanı” adlı marketə Arif və Kamil birlikdə daxil olub yeməyə ərzaq, spirtli və enerji içkiləri almışlar, bu vaxt o, Elvinlə birlikdə marketin qarşısında gözləmişlər. Onlar bağ evində olarkən Arif oğurlanmış vəsaitdən qalıq qalmış 7.200 (yeddi min iki yüz) ABŞ dollar pulu masanın üzərinə qoymuş, ümumi razılaşmaya əsasən adambaşına 1.800 (min səkkiz yüz) ABŞ dolları olmaq şərti ilə bölüşməyi qərara almışlar. O və Arif əvvəlcədən öz paylarını götürüb ciblərində saxlamışlar. Elvin və Kamilin payına düşən pul vəsaitindən isə məlumatı olmamışdır. Ancaq onu bilmişdir ki, hər ikisinki birlikdə masanın üzərində qalıb. Bağ evində olduqları müddətdə onlar birlikdə aldıqları yeməkdən yeyib spirtli içki qəbul etmişlər, bir qədər sonra o, Elvinlə birlikdə Arif və Kamillə sağollaşıb çıxıb getmişlər. Evdən çıxarkən onun ümumi məbləğdən götürdüyü payı öz üzərində olmuş, lakin Elvinin evdən çıxarkən pul götürüb-götürməsi, əgər götürmüşdürsə məbləği barədə məlumatı olmamış, yalnız ümumi gedən danışıqlardan bilmişdir ki, Elvinin payı Kamildə qalmışdır. Ertəsi gün, yəni xx xxxxx 2020-ci il tarixdə öyrənmişdir ki, polis əməkdaşları bağ evinə gəlmişlər, Kamil və Arif saxlanılaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanına o, özü könüllü olaraq gəlib təslim olmuş, təqsirini səmimi olaraq etiraf etmiş və pul vəsaitindən onda qalıq qalan 1700 (min yeddi yüz) ABŞ dolları polis əməkdaşları vasitəsi ilə zərərçəkmişə çatdırılması üçün qohumu X6 təqdim etmişdir. Verilmiş suallar əsasında Təqsirləndirilən şəxs4 qeyd etmişdir ki, Kamilgilin yaşadığı evdən çıxarkən avtomobilin pəncərəsinin açıq olmasını gördükdən sonra ilk olaraq Arif onlara oğurluq etməyi təklif etmişdir. O, Arifin bu təklifi ilə dərhal razılaşsa da, Elvin birbaşa olaraq iştirak etmək istəməmiş və kənarda dayanıb onları izləmişdir. O, Arif ilə birlikdə avtomobildən çantanı götürərkən Elvinin onları kənardan izləməsinə arxayın olub kənar şəxslərin gələcəyi təqdirdə onları xəbərdar edəcəyindən əmin olmuşlar. Elvin onlardan təxminən 10 metr kənarda dörd yol ayrıcında dayanaraq həm ətrafı, həm də onları müşahidə etmişdir. Razılaşmaya əsasən o, Ariflə birlikdə çantanı avtomobildən götürmüş, lakin çantaya hamısı birlikdə baxış keçirib orada olan 7300 ABŞ dollar pul vəsaitini qanunsuz olaraq ələ keçirmişlər. Hadisədən sonra Arif istifadəsində olan mobil nömrəsindən «Whatsapp» proqramı vasitəsi ilə Kamilin istifadəsində olan (070) ***-**-** mobil nömrəsinə yazaraq onu təcili olaraq çağırmışdır, Kamilgilin bağ evində isə pul vəsaitini dörd nəfər arasında adambaşına 1800 ABŞ olmaqla bölüşdürmüşlər. Lakin istintaq zamanı zərərçəkmişə qaytarılmamış 2500 ABŞ dolların hansı səbəbdən qalıq qalması barədə məlumatı yoxdur, lakin əminliklə qeyd edir ki, avtomobildən oğurlanmış pul vəsaitinin ümumilikdə məbləği 7300 ABŞ dollar təşkil etmişdir. Belə ki, həmin vəsaiti onlar birlikdə saymışlar. Törətdikləri cinayət əməli barəsində isə kənar şəxslərə məlumat verməmişlər. Təqsirləndirilən şəxs4 hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, vurulmuş ziyanın digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə müştərək qaydada zərərçəkmiş şəxsə tam şəkildə ödənildiyini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, əvvəllər məhkumluğunun olmamasını, cavanlığını və ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və verilmiş mülki iddianı etiraf edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə Bakı şəhəri Yasamal rayonu ərazisində olan 21 saylı tam orta məktəbdə oxumuşlar, həmin vaxtdan mehriban dostluq münasibətləri olmaqla adətən gündəlik həyatda tez-tez görüşüb söhbətləşir, birlikdə zaman keçirirlər. O, 2020-ci ilin aprel ayının əvvəlində soyuqdəymə ilə bağlı xəstələnmiş, ev şəraitində müalicə olunduğundan xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində dostları onun Yasamal rayonu, B.Şahtaxtinski küçəsi ev 49 ünvanındakı yaşadığı evə gələrək onu ziyarət etmişlər. Təxminən bir saat onlarda qonaq olduqdan sonra saat 18:10 radələrində evdən çıxıb getmişlər. Dostlarını yola salarkən Arif ona məhəllədə dayanmış “BMW X5» modelli, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının açıq vəziyyətdə olmasını demiş və qapısını açacağı barədə zarafatlaşmışdır, lakin o, Arifə avtomobilə toxunmamasını tapşırmışdır. Bir qədər sonra Arif ona zəng edərək təcili məsələ olduğunu və “Asan Xidmət”in binasının qarşısına gəlməyini demişdir. O, cəld qeyd olunan yerə gedib onlarla görüşmüşdür. Bundan sonra bilmişdir ki, Arif, Qürbətəli və Elvin onun yaşadığı evdən çıxdıqdan sonra məhəllədə dayanmış qonşu Zərərçəkmiş şəxs məxsus “BMW X5” modelli, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində çanta olmasını görmüşlər və ümumi olaraq avtomobilin zəngin görünüşündən həmin çantada qiymətli əşya və ya xeyli miqdarda pulun olmasını ehtimal etmişlər. Daha sonra onlar avtomobilin arxa sağ qapısının açıq vəziyyətdə olmasını görüb içəri nəzər yetirdikdə sağ oturacaqda bir ədəd qara rəngli çanta olmasını görmüşlər. Öz aralarında danışıb oğurluq etmək üçün əlverişli şəraitin olmasını düşünmüşlər və mövcud vəziyyətdən istifadə edib avtomobildəki çantanı oğurlamaqla bağlı razılığa gəlmişlər. Elvin əvvəlcədən razılaşmasa da sonradan kənardan dayanıb müşahidə etmişdir. Ariflə Qürbətəli isə birlikdə avtomobildən çantanı götürmüş və oradan qaçaraq uzaqlaşmışlar. Pulu götürdükdən sonra bir müddət oğurluq hadisəsinin aşkar edilməməsi və diqqət çəkməməsi üçün, həmçinin içərisində sənədlər olduğundan çantanı götürdükləri qaydada avtomobilə geri qoymuşlar. Çantanın içərisindən 100-lük ABŞ dolları əskinasları ilə cəmi 7300 (yeddi min üç yüz) ABŞ dollar aşkar edib götürmüşlər. İlk dəfə olduğundan həddən artıq həyəcan keçirib özlərini itirmişlər. Bundan başqa o, yadına salmışdır ki, həmin ərazidə müşahidə kameraları vardır. Bu hadisənin tam olaraq onun üzərində qalacağından qorxub gərginlik yaşamış və hərəkətlərini idarə edə bilməmişdir. O, Elvinin dəstəyi ilə pulu çantaya geri qoymağı təklif etmişdir, bu məqsədlə dördü birlikdə məhəlləyə yaxınlaşıb kənardan baxdıqda avtomobilin qapı və şüşəsinin bağlı olduğunu görmüşlər. Təxminən 5 dəqiqə gözləmişlər, lakin küçəyə heç kim çıxmamışdır. Daha sonra birlikdə düşünüb razılaşmışlar ki, hər biri stresdə olmaqla həyəcan keçirir və sakitləşmək üçün onun ailəsinə məxsus bağ evinə gedib bir qədər yeyib-içsinlər, oğurladıqları pulları isə öz aralarında bölsünlər. Baxmayaraq ki, pulun sahibinə qaytarılmasını təklif etmiş və o niyyətdə olmuş, Elvin də onu dəstəkləmişdir. Ümumi razılaşmaya əsasən üzərlərində xərclik üçün pul olmadığından onlar birlikdə əldə etdikləri 7300 ABŞ dollarından 100 ABŞ dolları Azərbaycan manatına dəyişmişlər. Pulun dəyişdirilməsini isə Arif öz tanışı vasitəsilə etmişdir. Lakin o, Arifin pul dəyişdirən həmin tanışını tanımadığından anket məlumatlarını da bilmir. Bundan sonra dördü birlikdə yoldan tanımadıqları və hazırda əlamətlərini xatırlamadığı taksi ilə onun ailəsinə məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində olan bağ evinə getmişlər. Bağ evinə gedərkən yolüstü yaxınlıqdakı “Oba Novxanı” adlı marketə o, Ariflə birlikdə daxil olub yeməyə ərzaq, spirtli və enerji içkiləri almışlar, bu vaxt Qürbətəli Elvinlə birlikdə marketin qarşısında onları gözləmişlər. Onlar bağ evində olarkən Arif oğurlanmış vəsaitdən qalıq qalmış 7.200 (yeddi min iki yüz) ABŞ dollar pulu masanın üzərinə qoymuş, ümumi razılaşmaya əsasən adambaşına 1.800 (min səkkiz yüz) ABŞ dolları olmaq şərti ilə bölüşməyi qərara almışlar. Qürbətəli və Arif əvvəlcədən öz paylarını götürüb ciblərində saxlamışlar. Onun və Elvinin payına düşən pul vəsaitini isə o, bağ evində gizlədib saxlamışdır. Belə ki, o, Elvinlə birlikdə təklif etmişlər ki, ertəsi gün pulu sahibinə qaytarıb özlərinə problem yaratmasınlar. Çünki ehtimal etmişdir ki, müşahidə kameraları vasitəsilə onların əməlinin üstü açıla bilər. Ancaq Arif və Qürbətəli öz paylarını götürdükdən sonra Elvin və onun payına düşən pulun qalan hissəsini gizlədərkən saymamış, ona görə də dəqiq hansı məbləğdə pul olmasını, sonuncuların hansı məbləğdə pul götürmələrini bilmir. Bağ evində olduqları müddətdə onlar birlikdə aldıqları yeməkdən yeyib spirtli içki qəbul etmişlər, bir qədər sonra Qürbətəli Elvinlə birlikdə sağollaşıb çıxıb getmişlər. O, isə Ariflə birlikdə bağ evində qalmışlar. Evdən çıxarkən Qürbətəlinin ümumi məbləğdən götürdüyü payı öz üzərində olmuş, lakin Elvinin payı onda qalmışdır. Ertəsi gün, yəni xx xxxxx 2020-ci il tarixdə polis əməkdaşları bağ evinə gəlmişlər, mənzilə baxış zamanı o, qalıq qalan pul vəsaitini onlara təqdim etmiş, lakin təqdim edilən pul vəsaitinin məbləğinə diqqət etməmişdir. Daha sonra onları polis bölməsinə aparmışlar, orada olarkən Arif də öz üzərində cibində saxladığı 1700 (bir min yeddi yüz) ABŞ dolları polis əməkdaşlarına təqdim etmiş və bu barədə tərtib edilmiş protokola imzalamışlar. Həmçinin orada ona məlum olmuşdur ki, Qürbətəli də oğurluq nəticəsində əldə edilmiş pul vəsaitinin bir hissəsini, yəni 1.700 (min yeddi yüz) ABŞ dolları polis əməkdaşları vasitəsi ilə zərərçəkmişə çatdırılması üçün onun qohumu X6 təqdim etmişdir. Verilmiş suallar əsasında Təqsirləndirilən şəxs1 qeyd etmişdir ki, istintaq zamanı zərərçəkmişə qaytarılmamış 2500 ABŞ dolların hansı səbəbdən qalıq qalması barədə məlumatı yoxdur, lakin əminliklə qeyd edir ki, avtomobildən oğurlanmış pul vəsaitinin ümumilikdə məbləği 7.300 ABŞ dollar təşkil etmişdir. Törətdikləri cinayət əməli barəsində isə kənar şəxslərə məlumat verməmişlər. Təqsirləndirilən şəxs1 hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, onların əməli nəticəsində vurulmuş ziyanın digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə müştərək qaydada zərərçəkmiş şəxsə tam şəkildə ödənildiyini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, əvvəllər məhkumluğunun olmamasını, cinayətin törədilməsində rolunun az əhəmiyyətli olmasını, cavanlığını və ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək və verilmiş mülki iddianı etiraf edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə Bakı şəhəri Yasamal rayonu ərazisində olan 21 saylı tam orta məktəbdə bir sinifdə oxumuşlar və həmin vaxtdan mehriban dostluq münasibətləri olmaqla adətən gündəlik həyatda tez-tez görüşüb söhbətləşir, birlikdə zaman keçirirlər. Kamil 2020-ci ilin aprel ayının əvvəlində soyuqdəymə ilə bağlı xəstələnib ev şəraitində müalicə olunduğundan xx xxxxx 2020-ci il tarixdə saat 17 radələrində onu Yasamal rayonu, B.Şahtaxtinski küçəsi ev 49 ünvanındakı yaşadığı evdə ziyarət etmişlər. Təxminən bir saat orada qalmışlar və saat 18:10 radələrində evdən çıxmışlar. Evin həyətindən çıxdıqda məhəllədə dayanmış “BMW X5” modelli, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının açıq vəziyyətdə olmasını görmüşlər. Sonradan maraqlandıqda avtomobilin əvvəllər tanımadıqları Kamilin qonşusu Zərərçəkmiş şəxs məxsus olmasını öyrənmişlər. Həmin vaxt Arif və Qürbətəli ilə brlikdə diqqətlə nəzər yetirdikdə avtomobilin arxa sağ qapısının açıq qalmış şüşəsindən sağ oturacaqda bir ədəd qara rəngli çanta olmasını görmüşlər. Arif və Qürbətəli avtomobilin ümumi olaraq zəngin görünüşündən həmin çantada qiymətli əşya və ya xeyli miqdarda pulun ola biləcəyini demiş, öz aralarında danışıb oğurluq etmək üçün əlverişli şəraitin olmasını düşünmüşlər. Həmçinin mövcud vəziyyətdən istifadə edib avtomobildəki çantanı oğurlamaqla bağlı razılığa gəlmişlər. O, Qürbətəli və Ariflə razılaşmayıb kənarda dayanmış, lakin onların hərəkətlərini tam şəkildə görmək və müşahidə etmək imkanı olmuşdur. Bu vaxt Arif və Qürbətəli birlikdə avtomobilin ətrafında gəzişmiş, ətrafa nəzər salaraq diqqət çəkmədən çantanı açıq pəncərədən götürməyə cəhd göstərmişlər. Həyəcanlı olduqlarından çantanı ilk cəhddən pəncərədən götürə bilməmişlər. Bu səbəbdən Arif cəld avtomobilin arxa sağ qapısını açmış, Qürbətəli isə çantanı götürmüşdür. Arif və Qürbətəli qaçdıqlarına görə o, dostlarına qoşulub onlarla birlikdə oradan qaçaraq uzaqlaşmışdır. Daha sonra onlar bir qədər aralıda təhlükəsiz yer tapıb çantaya üçü birlikdə baxış keçirmiş, bu vaxt Arif və Qürbətəli daha fəal olmuşlar. Baxış zamanı çantanın içərisindən 100-lük ABŞ dolları əskinasları aşkar etmişlər, Arif pulları sayıb 7300 (yeddi min üç yüz) ABŞ dollar olmasını demişdir. Pulu götürdükdən sonra bir müddət oğurluq hadisəsinin aşkar edilməməsi və diqqət çəkməməsi üçün, həmçinin içərisində sənədlər olduğundan Arif və Qürbətəli çantanı götürdükləri qaydada avtomobilə geri qoymuşlar. Kamilə isə zəng edib təcili olaraq “Asan Xidmət”in binasının qarşısına gəlməsini bildirmişlər və görüşüb ona da məlumat vermişlər. İlk dəfə olaraq belə əməl törətdiklərindən həddən artıq həyəcan keçirib özlərini itirmişlər. Bundan başqa Kamil onlara həmin ərazidə müşahidə kameralarının olması barədə məlumat vermişdir. Bu səbəbdən də gərginlik yaşayıb hərəkətlərini idarə edə bilməmişlər. Kamilin və onun təkidli təklifi ilə pulu çantaya geri qoymaq üçün dördü birlikdə məhəlləyə yaxınlaşıb kənardan baxdıqda avtomobilin qapı və şüşəsinin bağlı olduğunu görmüşlər. Bir qədər gözləmişlər ki, bəlkə avtomobilin sahibi küçəyə çıxar və onlar pulu onun özünə qaytararlar. Təxminən 5 dəqiqə gözləmişlər, lakin küçəyə heç kim çıxmamışdır. Daha sonra birlikdə düşünüb razılaşmışlar ki, hər biri stresdə olmaqla həyəcan keçirir və sakitləşmək üçün Kamilin ailəsinə məxsus bağ evinə gedib bir qədər yeyib-içsinlər, oğurladıqları pulları isə öz aralarında bölsünlər. Lakin o, pulun nə bölüşdürülməsinə qarışmış, nə də pay istəməmişdir. Lakin ümumi razılaşmaya əsasən üzərlərində xərclik üçün pul olmadığından onlar birlikdə əldə etdikləri 7300 ABŞ dollarından 100 ABŞ dolları Azərbaycan manatına dəyişmişlər. Pulu Arif özü tanışı vasitəsilə dəyişmişdir. Lakin Arif onlara tanışının kim olmasını deməmişdir. Bundan sonra dördü birlikdə yoldan tanımadıqları və hazırda əlamətlərini xatırlamadığı taksi ilə Kamilin ailəsinə məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində olan bağ evinə getmişlər. Bağ evinə gedərkən yolüstü evin yaxınlığındakı “Oba Novxanı” adlı marketdən Arif Kamillə birlikdə yeməyə ərzaq, spirtli və enerji içkiləri almışlar, bu vaxt o, Qürbətəli ilə birlikdə marketə daxil olmadan çöldə gözləmişlər, marketdə xərclənən vəsaitlə bağlı maraqlanmadığından məlumatı olmamışdır. Onlar bağ evində olarkən Arif oğurlanmış vəsaitdən qalıq qalmış 7.200 (yeddi min iki yüz) ABŞ dollar pulu masanın üzərinə qoymuş, ümumi razılaşmaya əsasən adambaşına 1.800 (min səkkiz yüz) ABŞ dolları olmaq şərti ilə bölüşməyi qərara almışlar. Lakin o, yenə də pay istəmədiyini və pulun sahibinə tam qaytatılmasını təklif etmişdir. Bu səbəbdən də onun hesabına düşən payı götürməmişdir. Arif və Qürbətəli isə öz paylarını götürüb ciblərinə qoymuş və pulu sahibinə qaytarmağa razı olduqlarını demişlər. Onlar birlikdə aldıqları yeməkdən yeyib spirtli içki qəbul etmişlər, bir qədər sonra o, Qürbətəli ilə birlikdə sağollaşıb bağ evindən çıxmış, valideynlərinə olduğu yer barədə məlmat vermədiyindən, onların natahat olmaması üçün yaşadığı evə getmişdir. Lakin digərlərinin pul götürüb-götürməmələri, əgər götürmüşdürlərsə məbləği barədə məlumatı olmamışdır. Arif isə Kamillə birlikdə bağ evində qalmışdır. Ertəsi gün, yəni xx xxxxx 2020-ci il tarixdə öyrənmişdir ki, polis əməkdaşları bağ evinə gəlmişlər, Kamil və Arif saxlanılaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanına o, özü könüllü olaraq gəlib təslim olmuş, təqsirini səmimi olaraq etiraf etmişdir. İfadəsində bildirmişdir ki, o, pul vəsaitindən pay götürməmişdir. Həmçinin öyrənib bilmişdir ki, Qürbətəli pul vəsaitindən götürdüyü 1700 (min yeddi yüz) ABŞ dolları polis əməkdaşları vasitəsi ilə zərərçəkmişə çatdırılması üçün Arifin qohumu X6 təqdim etmişdir. Verilmiş suallar əsasında Təqsirləndirilən şəxs3 qeyd etmişdir ki, Kamilgilin yaşadığı evdən çıxarkən avtomobilin pəncərəsinin açıq olmasını gördükdən sonra ilk olaraq Arif onlara oğurluq etməyi təklif etmişdir. O, Arifin bu təklifi ilə razılaşmasa da, Qürbətəli razılıq vermişdir. O, yalnız 10 metr aralı məsafədə kənarda dayanıb onları izləmiş və hadisələrin gedişatında bilavasitə iştirak etmişdir. Dostluq münasibətlərinə görə təhlükə yaranacağı təqdirdə Arif və Elvini xəbərdar edəcəkdi, baxmayaraq onların bu hərəkətlərini müsbət qarşılamamışdır. Qürbətəli və Arif birlikdə çantanı avtomobildən götürmüş olsa da, lakin çantaya hamısı birlikdə baxış keçirib orada olan 7300 ABŞ dollar pul vəsaitini qanunsuz olaraq ələ keçirmişlər. Hadisədən sonra Arif istifadəsində olan mobil nömrəsindən «Whatsapp» proqramı vasitəsi ilə Kamilin istifadəsində olan (070) ***- **-** mobil nömrəsinə yazaraq onu təcili olaraq çağırmışdır. İstintaq zamanı zərərçəkmişə qaytarılmamış 2500 ABŞ dolların hansı səbəbdən qalıq qalması barədə məlumatı yoxdur, lakin əminliklə qeyd edir ki, avtomobildən oğurlanmış pul vəsaitinin ümumilikdə məbləği 7300 ABŞ dollar təşkil etmiş, evi tərk edərkən o, hər hansı məbləğdə pul götürməmiş, ona hesablanmış pul vəsaiti Kamildə qalmış, belə ki, onların pulu qanuni sahibinə qaytarmaq niyyətləri olmuşdur. Təqsirləndirilən şəxs3 hazırda törətdiyi əməlindən səmimi peşmançılıq hissi keçirdiyini, vurulmuş ziyanın digər təqsirləndirilən şəxslərlə müştərək qaydada zərərçəkmiş şəxsə tam şəkildə ödənildiyini, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, əvvəllər məhkumluğunun olmamasını, cinayətin törədilməsində rolunun az əhəmiyyətli olmasını, cavanlığını və ilk dəfə olaraq az ağır cinayət törətməsini nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə təxminən saat 17:53 radələrində işdən çıxıb Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 81 ünvanında yerləşən yaşadığı evə gəlmişdir. Bəzi işlərini həll etmək üçün qısa müddət sonra qayıtmalı olduğundan ona məxsus “BMW X5” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili B.Şahtaxtinski 81 ünvanının qarşısında park etmiş və ətrafda ancaq qonşular olduğundan təhlükəli vəziyyətin olmaması qənaətinə gəlib pəncərə və qapıların tam şəkildə bağlanmasını yoxlamadan evinə qalxmışdır. Evdəki işləri yubanmış və təxminən 1 saat 20 dəqiqədən sonra binanın mühafizəçisi Vaqif adlı şəxs ona zəng edərək avtomobilinin qapısının arxa sağ yan pəncərəsinin şüşəsinin açıq vəziyyətdə olması barədə məlumat vermişdir. O, dərhal həyətə enib avtomobilə yaxınlaşmış, arxa sağ oturacağına içərisində 7300 (yeddi min üç yüz) ABŞ dolları və bəzi bankomat kartları olan qara çantanı qoyduğunu xatırlayaraq pəncərəsini bağladıqdan sonra yenidən evə qayıtmışdır. Həmin an çanta avtomobilin arxa sağ oturacağında olmuş və o, çantanın içərisinə diqqət etməmişdir. Təxminən saat 21:08 radələrində evdən çıxıb avtomobilinə əyləşmişdir. O, avtomobilin salonunda arxa sağ oturacaqda olan qara rəngli əl çantasının yerinin dəyişməsini hiss edib şübhələnmiş, dərhal içərisinə nəzər yetirdikdə bank kartları və sənədlərin yerində olduğunu, lakin 7.300 (yeddi min üç yüz) ABŞ dollar pulunun oğurlanmasını aşkar etmişdir. Mühafizəçi ilə birlikdə müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərə baxış keçirmiş və həmin tarixdə saat 18:15-də əvvəllər tanımadığı 3 nəfər cavan oğlan uşağının ona məxsus avtomobildən çantanı götürüb oradan qaçaraq uzaqlaşmalarını, daha sonra çantanı gətirib avtomobilə geri qaytarmalarını görmüşdür. Bundan sonra o, təxminən saat 22:15-də istifadəsində olan (050) ***-**-** mobil nömrəsindən DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, həmçinin Yasamal RPİ-nin 28-ci PB-nə gedərək bu barədə ərizə və izahat yazmışdır. Sonradan ona məlum olmuşdur ki, avtomobildən oğurluq etmiş həmin şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1dur. Həmin şəxslərin heç birini hadisədən əvvəl tanımamış, onlarla heç bir münasibəti, qərəzçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs həmçinin ifadəsində qeyd etmişdir ki, cinayət əməli nəticəsində ona 7300 (yeddi min üç yüz) ABŞ dolları məbləğində, yəni xx xxxxx 2020-ci il tarixdə milli valyutanın ABŞ dollarına olan məzənnəsi ilə 12410 (on iki min dörd yüz on) manat maddi ziyan dəymişdir. xx xxxxx 2020-ci il tarixdə təxminən axşam saatlarında isə Yasamal RPİ-nin 28-ci PB-də olduqları zaman ona bildirmişlər ki, Arifi və Kamili bağ evində ifşa edərək yaxalayarkən oğurlanmış pulun bir hissəsini baxış zamanı orada götürmüşlər, oğurlanmış pulun digər hissəsini isə Elvin və Qürbətəli Arifin əmisi Cahid adlı şəxsə vermişdir. Cahid isə həmin pulun ona ödənilməsi üçün onun yanında polis əməkdaşlarına təhvil vermişdir. Beləliklə ibtidai istintaq zamanı ona dəymiş maddi ziyanın bir qismi, yəni 4800 (dörd min səkkiz yüz) ABŞ dollar qaytarılmışdır. Zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş ziyandan ödənilməmiş qalan 2500 (iki min beş yüz) ABŞ dolları pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı gedişatında Zərərçəkmiş şəxs nümayəndəsi və eyni zamanda vəkili X7 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən iddia tələbi həcminin tam dəyərinin, yəni 2500 ABŞ dollar pul vəsaitinin ödənildiyini, buna görə də mülki iddia tələbindən imtina etdiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018-ci ildən Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxx 2020-cu il tarixdə təxminən saat 22:15 radələrində əvvəllər tanımadığı, sonradan Zərərçəkmiş şəxs olmasını bildiyi şəxs “102 Zəng Mərkəzi”nə zəng edərək Bakı şəhəri, Yasamal rayonu, B.Şahtaxtinski küçəsi, 81 ünvanının qarşısında saxladığı özünə məxsus olan “BMW” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan ona məxsus 7300 (yeddi min üç yüz) ABŞ dollar pulun naməlum şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Bölmənin digər əməliyyat müvəkkilləri Şahid3 və Məcidov Namik Hakim oğlu ilə birlikdə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxx 2020-ci il tarixdə təxminən günorta saatlarında həmin oğurluq cinayət əməlinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən törədilməsi müəyyən edilmişdir. Həmçinin daxil olmuş əməliyy məlumatı ilə müəyyən edilmişdir ki, Arif və Kamil Abşeron rayonu Novxanı kəndində yerləşən Kamilin validenylərinə məxsus bağ evindədirlər. Onlar həmin gün dərhal təxminən saat 16 radələrində təhqiqatçı ilə birlikdə bağ evinə gedərək qapını döymüşlər. Qapını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 açmışlar. Özlərini təqdim etdikdən sonra onlara xx xxxxx 2020-ci il tarixdə ünvan 9 ünvanının qarşısında “BMW” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus 7300 (yeddi min üç yüz) ABŞ dolları pulun oğurlaması faktına görə şübhəli olduqları bildirilmişdir. Arif və Kamil həmin cinayəti törətdiklərini səmimi olaraq etiraf etmiş və oğurladıqları pulun bir hissəsinin həmin evdə olmasını demişlər. Təhqiqatçı həmin evə baxış keçirilməsi zərurətinin yaranmasını dedikdə Kamil bildirmişdir ki, həmin mənzilə baxış keçirilməsinə heç bir etiraz etmir. Baxış keçirilərkən evin qonaq otağında olan masanın üzərindən 3100 (üç min yüz) ABŞ dolları pul aşkar edilərək götürülmüşdür. Onlar həmçinin qeyd olunan cinayət əməli nəticəsində əldə etdikləri cəmi 7300 (yeddi min üç yüz) ABŞ dolları pul vəsaitinin qalan hissəsinin qrupun digər üzvləri Elvin və Qürbətəlidə olduğunu bildirmişlər. Şübhəli şəxslər həmçinin izahatlarında bildirmişlər ki, ünvan 9 ünvanının qarşısında dayanmış “BMW” markalı, **- AS-*** dövlət qeydiyyat nişanlı avtomobildən pul oğurladıqdan sonra Kamil hadisə yerinə çağırılmışdır. Kamil həmin şəxslərlə birlikdə görüşərək Abşeron rayonu Novxanı kəndində yerləşən “Oba” marketə gəlmiş, oğurlanmış həmin puldan 100 (bir yüz) ABŞ dolları götürərək Ariflə birlikdə həmin marketə girib oradan bir qədər ərzaq, spirtli və enerji içkiləri almışlar. Elvin və Qürbətəli isə onlar bazarlıq edənədək marketin qarşısında gözləmişlər. Daha sonra birlikdə Kamilin valideynlərinə məxsus Abşeron rayonu Novxanı kəndində yerləşən həmin bağ evinə gəlmişlər və 7200 (yeddi min iki yüz) ABŞ dolları pulu öz aralarında bölmüşlər. Elvin və Qürbətəli qabaqcadan əlbir olaraq bir qrup şəxs halında törətdikləri oğurluq cinayətinə görə özlərinə çatacaq pulun bir hissəsini götürməklə evdən getmişlər. Kamil isə Ariflə birlikdə həmin evdə qalaraq istirahət etmiş, spirtli içki qəbul etmişlər. Bundan sonra Arif və Kamil Yasamal RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və X11 eyni məzmunlu ifadələr verərək onlardan əvvəl şahid qismində dindirilmiş Şahid1 göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə şahid Məcidov Namik Hakim oğluna lazımi qaydada məhkəmə bildirişlərinin verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəfindən proses iştirakçılarının mülahizələri dinlənilib şahidin istintaq zamanı verdiyi ifadəsinin elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid Məcidov Namik Hakim oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərkən müəyyən edildi ki, o, digər şahidlərlə analoji ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, zərərçəkmiş şəxsi və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli olmaları özlərinin etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə və istintaq hərəkətlərinin protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan müəyyən edilir ki, hadisə yeri Yasamal rayonu B.Şahtaxtinski küçəsi 81 ünvanıdır və baxışda iştirak edən Zərərçəkmiş şəxs ona məxsus “BMW” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobildən 7300 ABŞ dollar pul oğurlanmasını bildirmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Abşeron rayonu Novxanı kəndində yerləşən fərdi yaşayış evində baxış keçirilərkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini digər qrup üzvləri ilə birlikdə törətmələrini, əldə edilmiş 7300 ABŞ dolların 100 ABŞ dollarını birlikdə marketdə xərcləmələrini, qalan vəsaiti öz aralarında bölüşdürdüklərini bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs1 qalan vəsaitdən 3100 ABŞ dolları baxış zamanı polis əməkdaşlarına təqdim etdiyindən götürülmüşdür. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli götürülmə aparılması haqqında protokoldan müəyyən edilir ki, X14 tərəfindən 1700 ABŞ dollar zərərçəkmiş şəxsə ödənilməsindən ötrü 28-ci PB-nin təhqiqatçısı Anar Həmidliyə təqdim edilmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, 4800 ABŞ dollar Zərərçəkmiş şəxs təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən çıxarışdan müəyyən edilir ki, xx xxxxx 2020-ci il tarixdə 1 ABŞ dolların Azərbaycan manatına olan məzənnə dəyəri 1,70 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx xxxxx 2020ci il tarixli məktubundan müəyyən edilir ki, “BMW” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə Zərərçəkmiş şəxs məxsusdur. İş materiallarında olan xx xxxxx 2020-ci il, xx xxxx 2020 və xx xxxx 2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokollardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərilən xüsusatları hadisə yeri olan Yasamal rayonu B.Şahtaxtinski küçəsi 81 ünvanında, “Oba” marketdə, Abşeron rayonu Novxanı kəndindəki fərdi yaşayış evində əyani olaraq göstərmişlər və qeyd olunan cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında birgə iştirakçılıqla törətmələrini təsdiq etmişlər. Məhkəmə baxışı zamanı hadisə yeri olan Yasamal rayonu B.Şahtaxtinski küçəsi 81 ünvanının qarşısında quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olduğu disk nümayiş etdirilərkən müəyyən edilmişdir ki, xx xxxxx 2020-ci il tarixdə saat 18:15:47-də qara rəngli, cip modelli “BMW” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ qapısının şüşəsi tam şəkildə aşağı salınmış vəziyyətdə yolun sol tərəfində park edilmişdir. Təxminən 20-22 yaşlarında olan 3 nəfər şəxs həmin avtomobilin yanından keçərək avtomobilin arxa sağ qapısının aşağı salınmış şüşəsindən salonuna baxırlar. Baxış zamanı müəyyən edildi ki, həmin şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4dur. Onlar avtomobilin yanından keçərkən bir anlıq dayanaraq avtomobilin ətrafında gəzmiş, hətta Arif sol tərəfə keçməklə bir neçə saniyə ərzində ətrafa boylanaraq diqqət yetirmişdir. Daha sonra yenidən avtomobilin sağ arxa qapısına yaxınlaşırlar. Təqsirləndirilən şəxs3 isə Arif və Qürbətəliyə nəsə deyərək onlardan kənarlaşmışdır. Lakin Arif və Qürbətəli yenidən avtomobilin arxa sağ qapısının açıq vəziyyətdə olan pəncərəsindən boylanaraq avtomobilin salonuna baxmağa və dövrə vurmağa davam etmişlər. Qürbətəli arxa sağ qapının açıq pəncərəsindən avtomobilin salonuna başını və sağ əlini salaraq iki dəfə qısa cəhdlər etməklə oradan nəsə götürmək istəmişdir. Lakin götürə bilmədiklərindən Ariflə birlikdə cəld oradan uzaqlaşıb Elvin tərəfə getmişlər. Bir neçə dəqiqədən sonra yəni, 18:18:55-də Arif və Qürbətəli avtomobilin yanına geri qayıtmışlar, arxa sağ qapısına toxunub açmağa cəhd etmişlər, lakin bu dəfə də məqsədlərinə çata bilməmişlər. Sonuncu dəfə Arif və Qürbətəli saat 18:19:16-da yenidən avtomobilin arxa sağ qapısına yaxınlaşırlar, Arif sol əlini avtomobilin salonuna salaraq arxa sağ qapını açmış, Qürbətəli isə sağ əli ilə avtomobilin arxa sağ qapısını tam şəkildə aralayıb salonuna daxil olmuş və oradan bir ədəd qara rəngli çantanı götürüb sol əlində tutaraq və sağ əli ilə əyinindəki gödəkçəsinin kapeşonunu başına keçirib Ariflə birlikdə Elvinin istiqamətində qaçaraq avtomobildən uzaqlaşmışlar. Saat 18:21:13-də isə Arif öndə olmaqla Qürbətəli ilə birlikdə geri qayıdıb yenidən avtomobilin sağ tərəfinə yaxınlaşmışlar. Bu vaxt Qürbətəli arxa sağ qapının pəncərəsindən əlindəki çantanı salonun içərisinə tullayır və dərhal birlikdə avtomobildən kənarlaşaraq qaçırlar. Baxış zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 videogörüntüdəki xüsusatların doğruluğunu, sonuncu dəfə çantanı salona tullayarkən artıq 7300 ABŞ dollar pulu götürdüklərini təsdiq etdilər. Məhkəmə baxışı zamanı “Oba Market”in Novxanı filialında quraşdırılmış müşahidə kameraları vasitəsilə qeydə alınmış videogörüntülərin olduğu disk nümayiş etdirilərkən müəyyən edilmişdir ki, başında qara idman papağı, əynində ağ rəngli köynək, qara gödəkçə və tünd göy rəngli cins şalvar olan Təqsirləndirilən şəxs1 və yanında olan qara rəngli gödəkçə, qara rəngli şalvar, tünd göy rəngli cins şalvar olan Təqsirləndirilən şəxs2 birlikdə vitrində olan ərzaq mallarına baxır, bir qədər ərzaq, spirtli və enerji içkiləri alaraq kassaya yaxınlaşıb ödəniş etməklə marketi tərk edirlər. Baxış zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, həmin videogörüntüdəki şəxslərin onlar olmasını, törətdikləri oğurluq cinayəti nəticəsində əldə etdikləri pulun bir hissəsini, təxminən 100 (yüz) ABŞ dollarını həmin marketdə sərf edərək ərzaq, spirtli və enerji içkiləri aldıqlarını təsdiq etmişlər. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri, yəni tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmələri özlərinin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2-ci maddəsi ümumilikdə az ağır cinayətlər kateqoriyasına daxil olmaqla 177.2.1-ci maddəyə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.4-cü maddəyə görə xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». 41.2-ci maddəyə görə isə «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə görə cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. 33.2-ci maddəyə görə cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. 61.3-cü maddəyə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. 64-cü maddəsinə görə iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxx 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmənin xx xxxxx 2020-ci il tarixli 4(004)-250/2020 nömərli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanılma müddəti həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. İstintaq orqanının qərarı ilə xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və xx xxxxxxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini etiraf etməklə səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş zərəri digər təqsirləndirilən şəxslərlə birgə müştərək qaydada tam şəkildə könüllü olaraq ödəməsini və əvvəllər məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nin 61.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, işin faktiki hallarından məyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlinin törədilməsini digər təqsirləndirilən şəxslərə ilkin olaraq təklif edib onları təhrik etmiş, cinayətkar məqsədə nail olunmasında xüsusi fəallıq göstərib aktiv hərəkətlərlə zərərçəkmiş şəxsə məxsus avtomobildən çantanın və onun içərisindəki pulun götürülməsində, pulun sayılaraq qrup üzvləri arasında bölüşdürülməsində, cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin marketdə sərf edilməsində onun əhəmiyyətli rolu olmuşdur. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, cinayətin törədilməsində iştirakının əhəmiyyətini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddi təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə və xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 xx xxxxx 2020-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsi üçün özü könüllü olaraq istintaq orqanına gəlmiş, həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, eyni zamanda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və xx xxxxxxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 əməlini etiraf etməklə səmimi peşmançılığını, istintaq orqanına könüllü olaraq gəlməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri digər təqsirləndirilən şəxslərlə birgə müştərək qaydada tam şəkildə könüllü olaraq ödəməsini və əvvəllər məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə CM-nin 61.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cinayətin törədilməsində xüsusilə fəal iştirak etməsini onun cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Belə ki, işin faktiki hallarından məyyən edilmişdir ki, Təqsirləndirilən şəxs4 qeyd edilən cinayət əməli üzrə digər Təqsirləndirilən şəxs2 ilə birlikdə cinayətkar məqsədə nail olunmasında xüsusi fəallıq göstərib aktiv hərəkətlərlə zərərçəkmiş şəxsə məxsus avtomobildən çantanın və onun içərisindəki pulun götürülməsində, pulun sayılaraq qrup üzvləri arasında bölüşdürülməsində onun əhəmiyyətli rolu olmuşdur. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs4 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakterizə edən halları, cinayətin törədilməsində iştirakının əhəmiyyətini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın yuxarı həddi təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx xxxxx 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmənin xx xxxxx 2020-ci il tarixli 4(004)-249/2020 nömərli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanılma müddəti həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. İstintaq orqanının qərarı ilə xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və xx xxxxxxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini etiraf etməklə səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurulmuş zərəri digər təqsirləndirilən şəxslərlə birgə müştərək qaydada tam şəkildə könüllü olaraq ödəməsini və əvvəllər məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə və xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxx 2020-ci il tarixdə cinayət məsuliyyətinə cəlb edilməsi üçün özü könüllü olaraq istintaq orqanına gəlmiş, həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham elan edilmiş, eyni zamanda barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və xx xxxxxxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlini etiraf etməklə səmimi peşmançılığını, istintaq orqanına könüllü olaraq gəlməsini, zərərçəkmiş şəxsə vurulmuş zərəri digər təqsirləndirilən şəxslərlə birgə müştərək qaydada tam şəkildə könüllü olaraq ödəməsini və əvvəllər məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmadığını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs3 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir (m.15.5-1); azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır (51-2.1); azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir (51-3.1). Məhkəmə həmçinin hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qarşı verilmiş mülki iddia ərizəsini müzakirə edərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Həmin Məcəllənin 186-cı maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Həmin Məcəllənin 179.2-ci maddəsinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim mülki iş üzrə icraata xitam verir. Müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı mülki iddia ərizəsi ilə müraciət edərək törədilmiş cinayət əməli nəticəsində ona dəymiş ziyandan ödənilməmiş qalan 2500 (iki min beş yüz) ABŞ dolları pulun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq ona ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra məhkəmə baxışı gedişatında Zərərçəkmiş şəxs nümayəndəsi və eyni zamanda vəkili X7 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən iddia tələbi həcminin tam dəyərinin, yəni 2500 ABŞ dollar pul vəsaitinin ödənildiyini, buna görə də mülki iddia tələbindən imtina etdiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə baxışı zamanı hər biri ayrıayrılıqda mülki iddia tələbini etiraf etmiş, onun dəyərini müştərək qaydada tam şəkildə ödəmişlər və iddia tələbindən imtinaya dair zərərçəkmiş şəxsin təkrar ərizəsi nəzərə alınaraq mülki iddia hissəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyandan ödənilməmiş qalan və mülki iddianın əsasını təşkil edən 2500 (iki min beş yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən müştərək qaydada tam şəkildə ödənildiyindən və hazırda zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən bu imtina məhkəmə tərəfindən qəbul edilərək mülki iddia hissəsində iş üzrə icraata xitam verilməlidir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş məhkəmə kompüter-texniki ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri olan 61,17 (altımış bir manat on yeddi qəpik) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və özündə hadisənin videogörüntülərini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş müvafiq ərazi aidiyyəti üzrə vəkil bürolarının vəkillərinə təqdim etdikləri hesabatlar üzrə dövlət büdcəsi hesabından əmək haqqı ödənilməlidir. Belə ki, məhkəməyədək icraat zamanı iştirak etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi 95 (doxsan beş) saata görə 570 (beş yüz yetmiş) manat; X8 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat; X12 90 (doxsan) saata görə 540 (beş yüz qırx) manat; X9 95 (doxsan beş) saata görə 570 (beş yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə baxışı zamanı iştirak etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X16 50 (əlli) saata görə 300 (üç yüz) manat, X12 50 (əlli) saata görə 300 (üç yüz) manat, X13 50 (əlli) saata görə 300 (üç yüz) manat və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 181-186, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə və xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs4 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs4 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək həbsdə və xx xxxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı ümumilikdə 03 (üç) ay müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət iş üzrə maddi sübut olan iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs mülki iddiadan imtinası qəbul edilsin və mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə-ekspertizası tədqiqatlarının dəyəri 61,17 (altımış bir manat on yeddi qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə məhkəməyədək icraat zamanı iştirak etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi 95 (doxsan beş) saata görə 570 (beş yüz yetmiş) manat; X8 80 (səksən) saata görə 480 (dörd yüz səksən) manat; X12 90 (doxsan) saata görə 540 (beş yüz qırx) manat; X9 95 (doxsan beş) saata görə 570 (beş yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə məhkəmə baxışı zamanı iştirak etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X16 50 (əlli) saata görə 300 (üç yüz) manat, X12 50 (əlli) saata görə 300 (üç yüz) manat, X13 50 (əlli) saata görə 300 (üç yüz) manat və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X3 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qeyd olunan məbləğlər müvafiq olaraq vəkillərə ödənilməsi üçün Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına və Bakı şəhəri 26 saylı Vəkil Bürosunun Azərbaycan X20 filialı, Bankın kodu 805142, VÖEN ********** AZ39İBAZ********************, SWİFT İBAZAZ2X M/h AZ03NABZ013501**********2944 (VÖEN **********) hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar