Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-238/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2al rayonu, Mirəli Seyidov küçəsi, ev 43, mənzil 63-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 fevral 2021-ci il tarixdə Mingəçevir şəhərində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə olmaqla bir ədəd bükümdə təmiz çəkisi 0,277 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini, bir ədəd bükümdə təmiz çəkisi 2,123 qram olan tünd qəhvəyi rəngli spesifik tiryək iyli qətranabənzər kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryəki və bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 0,049 qram təşkil edən ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamini əldə edib özünə məxsus idarə etdiyi “Mercedes” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 04 fevral 2021-ci il tarixdə saat 15 radələrində idarə etdiyi həmin avtomobillə ünvan 2al rayonu, S.Dağlı küçəsi ilə hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozduğuna görə Bakı şəhər BPİ-nin DYPİnə bilavasitə tabe olan YPX alayının əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları ilə söhbət zamanı özünü şübhəli aparması səbəbindən müvafiq sənədləri təqdim etməsi tələb olunduqda polis əməkdaşlarının bu tələblərinə məhəl qoymayaraq avtomobili qəflətən hərəkətə gətirib həmin yerdən uzaqlaşaraq getsə də Bakı şəhər BPİnin DYPİ-nə bilavasitə tabe olan YPX alayının əməkdaşları tərəfindən təqib olunmaqla ünvan 2al rayonu, Mətbuat prospekti 36 saylı ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmiş, bölmənin inzibati binasının həyətində ona məxsus “Mercedes” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən həmin avtomobilin sol ön qapısının saxlanc yerindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 0,277 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq olmayan miqdarda təmiz çəkisi 0,049 qram təşkil edən ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan metamfetamin, arxa yük yerindən isə bir ədəd bükümdə təmiz çəkisi 2,123 qram olan tünd qəhvəyi rəngli spesifik tiryək iyli qətranabənzər kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən tiryək aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4-5 aydır ara-sıra narkotik vasitədən iyləmək yolu ilə istifadə edir. O, narkotik vasitəni Mingəçevir şəhərində tanımadığı şəxsdən alır. Sonuncu dəfə 01 fevral 2021-ci il tarixdə Mingəçevir şəhərində olan zaman adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 30 manat pul verməklə bir büküm narkotik vasitə heroin, bir büküm tiryək və bir büküm psixotrop maddə olan metamfetamini alaraq özünün istifadəsi üçün idarə etdiyi “Mercedes” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamışdır. 04 fevral 2021-cı il tarixdə günorta radələrində idarə etdiyi “Mersedes Benz” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu, S.Dağlı küçəsi ilə Mətbuat prospekti istiqamətində hərəkətdə olarkən yol-hərəkəti qaydasını pozduğuna görə ərazidə xidmət edən YPX əməkdaşları saxla işarəsi verdikləri üçün avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra YPX əməkdaşları ona yaxınlaşıb yol hərəkəti qaydasını pozduğuna görə sənədlərini tələb etdikdə, o, sənədlərini vermək istəməmiş, onlarla bir müddət söhbət etdikdən sonra üzərində narkotik vasitələrin müəyyən edilməsindən qorxaraq avtomobilinə oturub oradan uzaqlaşmışdır. YPX əməkdaşları onun bu hərəkətinə görə arxasınca gəlib onu Mətbuat prospekti 36 ünvanının qarşısında saxlayıb Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişlər. Bölmədə olarkən araşdırmanı aparan təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah olunmuş, polis bölməsində özünün müqavilə əsasında təyin edilmiş müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Baxış zamanı üzərində qanunsuz saxladığı hər hansı əşya, narkotik maddə vardırsa onları könüllü təqdim etməsi təklif edilmişdir. Təhqiqatçının təklifindən sonra o, əynində olan gödəkçənin sol cibindən üzərində «Vinston» sözü yazılmış içərisində bükülmüş vəziyyətdə bir manatlıq əskinas olan ağ rəngli siqaret qutusunu təqdim etmişdir. Sorğu zamanı bir manatlıq əskinasdan narkotik vasitəni iyləmək üçün istifadə etdiyini bildirmişdir. Bundan sonra ondan üzərində, yaşadığı evdə və ya avtomobilində narkotik vasitə olub-olmadığı soruşulduqda o, idarə etdiyi avtomobildə təxminən 3-4 gün əvvəl Mingəçevir şəhərindən şəxsi istifadəsi üçün aldığı narkotik vasitə olduğunu etiraf etmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə ona məxsus «Mercedes Benz» markalı, **-BJ-*** dövlət qeydiyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı o, avtomobilin sürücü tərəfdən qapısında saxladığı bir ədəd şəffaf büküm içərisində olan iki bükümdəki narkotik vasitəni və həmin avtomobilin yük hissəsində saxladığı şəffaf bükümdəki narkotik vasitə tiryəki təhvil vermişdir. O, sorğu zamanı narkotik vasitələri Mingəçevir şəhərində tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Onun təqdim etdiyi bükümlərə baxış keçirilmiş və daha sonra qablaşdırılaraq zərfin içərisinə qoyulmuş, möhürlənib bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış keçirildikdən sonra izahatı alınmış və o, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olması və evli olmaqla himayəsində bir azyaşlı övladının olması, ailədə yeganə qazanc gətirən şəxs olması nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol patrul xidməti inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 04 fevral 2021-cı il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə iş yoldaşı Şahid4 ilə birlikdə xidmət apararkən həmin gün saat təxminən 15:27 radələrində S.Dağlı küçəsi ilə Mətbuat prospekti istiqamətində hərəkətdə olan «Mercedes Benz» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol hərəkəti qaydalarını pozduğuna görə saxla işarəsi vermişlər. Bu zaman avtomobilin sürücüsü idarə etdiyi avtomobili sağa verib saxlamış və ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra şəxsiyyətini təsdiq edən sənəd və avtomobilə aid olan sənədləri təqdim etməsini xahiş etdikdə, sürücü müxtəlif bəhanələr gətirərək onları yubatmağa çalışmış və sonradan şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Lakin bir müddət sonra sürücü gözlənilmədən idarə etdiyi avtomobili hərəkətə gətirib Mətbuat prospekti ilə yoluna davam etməyə başlamışdır. Bu zaman xidmət apardıqları avtomobillə və oradan keçən **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 6 ünvanda yerləşən işiqforda tərəflərindən süni tıxac yaradılaraq «Mercedes Benz» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və sürücü avtomobili ilə birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmişdir. PBdə olarkən məlum olmuşdur ki, avtomobili idarə edən xx xxxxx 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Polis bölməsində yol hərəkəti qaydalarını pozduğuna görə saxlanıldıqdan sonra niyə qaçmasının səbəbi soruşulduqda Təqsirləndirilən şəxs üzərində narkotik maddə olduğuna və aşkara çıxarılmasından qorxduğuna görə qaçdığını bildirmişdir. Bundan sonra onlar raportla müraciət edərək baş vermiş hadisə barədə Yasamal RPİ-nin 28-ci PB-nin rəhbərliyinə məlumat vermişlər. Araşdırmanın aparılması bölmənin baş təhqiqatçısı Səyyad Gözəlova həvalə olunmuşdur. Araşdırma zamanı təhqiqatçı tərəfindən Zamiq Əfəndiyevə hüquq və vəzifələri izah edilməklə onun öz müdafiəçisi Müdafiəçi bölməyə dəvət edilmiş, ona müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilib üzərində saxladığı hər hansı bir qanunsuz əşya olub-olmaması və əgər varsa həmin əşyanın təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol cibindən üzərində «Vinston» sözü yazılmış siqaret qutusunu çıxarıb təqdim etmişdir. Siqaret qutusuna baxış keçirilərkən qutunun içərisində bir ədəd bükülü vəziyyətdə olan bir manatlıq əskinas aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bir manatlıq əskinası nə üçün siqaret qutusunun içərisinə qoyduğu soruşulduqda o, həmin bir manatlıq əskinasdan narkotik vasitəni iyləmək yolu ilə istifadə etmək üçün siqaret qutusunda saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən keçirilən baxış zamanı onun üzərindən digər hər hansı bir predmet aşkar olunmamışdır. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun və müdafiəçisinin iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin sol qapısında saxladığı bir ədəd sellofan paketin içərisində iki bükümdəki maddəni və arxa yük yerində saxladığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülüləri təqdim etmiş və iş üzrə əhəmiyyət kəsb edən digər hər hansı əşya və maddələr aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitələr olduğunu və onları təxminən 2-3 gün əvvəl Mingəçevir şəhərində adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata əldə etdiyini bildirmişdir. Bundan sonra götürülmüş maddələr zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar protokola imza etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq Şahid4 məhkəmə iclasına gəlməmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət prosesi tərəflərinin mülahizələri dinlənildikdən sonra elan edilmiş və müəyyən edilmişdir ki, o, Şahid3 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol patrul xidməti inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 04 fevral 2021-cı il tarixdə **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobildə Şahid2 ilə birlikdə xidmət apararkən həmin gün saat təxminən 15:30 radələrində S.Dağlı küçəsi ilə Mətbuat prospekti istiqamətində hərəkətdə olan «Mercedes Benz» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün **-YP-*** dövlət qeydiyyat nişanlı YPX avtomobilinə tabe olmayıb saxladığı yerdən sürətlə uzaqlaşıb getdiyini görmüşlər. Bundan sonra o, idarə etdiyi avtomobili «Mercedes Benz» markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini təqib edib Mətbuat prospektində Bakı Dövlət Universitetinin qarşısındakı işıqforda süni tıxac yaradaraq saxlamış, həmin sürücünü tabesizlik göstərdiyinə görə idarə etdiyi xidməti avtomobilə mindirərək Yasamal RPİ-nin 28-ci PB-nə aparmışlar. O, özü isə Təqsirləndirilən şəxs məxsus Mercedes markalı avtomobili idarə edərək Yasamal RPİ-nin 28-ci PB-nə gətirmişdir. Həmin şəxsi və avtomobilini PB-nə təhvil verdikdən sonra o və iş yoldaşı Şahid2 xidmət etdiyi əraziyə qayıtmışlar, buna görə də sonradan görülən ədbirlər barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol patrul xidməti inspektoru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan 04 fevral 2021-ci il tarixli raportdan və digər sənədlərdən müəyyən edilir ki, həmin tarixdə Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının yol patrul xidməti inspektorları Şahid3 və X2 RPİ-nin 28-ci PB-nə müraciət edərək bildirmişlər ki, həmin gün inzibati ərazidə xidmətdə olarkən saat 15:27 radələrində “Mercedes” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolayrıcını keçmə qaydasını pozduğuna görə Yasamal rayonu, S.Dağlı küçəsində tərəflərindən işarə verilib saxlanılmış, sürücüyə yaxınlaşıb qayda pozuntusuna yol verdiyi izah edilmiş, lakin həmin sürücü avtomobilə dair heç bir sənəd təqdim etməmişdir. Daha sonra sürücü mobil telefonla kiminləsə danışaraq diqqət yayındırıb yaranmış vəziyyətdən istifadə edərək avtomobilə əyləşərək yüksək sürətlə idarə edib oradan uzaqlaşmışdır. Sürücü Mətbuat prospektində dəfələrlə kobud qanun pozuntuları edərək işıqforun qadağanedici işığında yüksək sürətlə hərəkətini davam etdirmişdir. Sürücünün bur hərəkətlərinin qarşısının alınması məqsədilə **-YP-*** çağırışlı avtopatrulun köməkliyi ilə Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında süni tıxac yaradılaraq “Mercedes” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmış və sürücü avtopatrul maşınına əyləşdirilib barəsində tədbir görülməsindən ötrü Yasamal RPİ-nin 28-ci PB-nə gətirilmişdir. Bölmədə olarkən həmin şəxsin 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Raport əsasında Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı Səyyad Gözəlov tərəfindən aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs həmin gün özünün müqavilə əsasında təyin edilmiş müdafiəçisinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 fevral 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol cibindən üzərində “Vinston” sözü yazılmış siqaret qutusunu çıxarıb təqdim etmiş, həmin siqaret qutusuna baxış keçirilərkən içərisində bir ədəd bükülü vəziyyətdə olan bir manatlıq əskinas aşkar edilərək götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bir manatlıq əskinasdan narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq idarə etdiyi “Mercedes” markalı, **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılarkən “iPhone X” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan baxış və götürmə aparılması haqqında 04 fevral 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq sol qapısında və arxa yük yerində saxladığı iki ədəd şəffaf rəngli selofana bükülmüş bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlərə baxış keçirilərkən onlardan birinin içərisində tünd qəhvəyi rəngli plastik kütlə, digər bükümlərin birində qəhvəyi rəngli toz şəkilli maddə, digərində isə ağ rəngli kristal şəkilli maddə aşkar edilərək götürülmüş, həmin maddələr və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir manatlıq əskinas zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanıb DİN-nin zərflər üçün olan 167 saylı möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələri 3-4 gün əvvəl Mingəçevir şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Baxış və götürmə aparılarkən “iPhone X” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin idarə etdiyi “Mercedes” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə baxış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında, həmçinin baxış və götürmə aparılması haqqında 04 fevral 2021-ci il tarixli protokolların məzmunu düzgün tərtib edilmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 fevral 2021-ci il tarixli 6/516 nömrəli rəy məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 167” dairəvi möhür əksi olan, adlar, soyadlar və imzalar qeyd edilmiş zərfdə təmiz çəkisi 0,277 qram qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 167” dairəvi möhür əksi olan, adlar, soyadlar və imzalar qeyd edilmiş zərfdə təmiz çəkisi 2,123 qram olan tünd qəhvəyi rəngli, spesifik tiryək iyli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 167” dairəvi möhür əksi olan, adlar, soyadlar və imzalar qeyd edilmiş zərfdə təmiz çəkisi 0,049 qram ağ kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 167” dairəvi möhür əksi olan, adlar, soyadlar və imzalar qeyd edilmiş zərfdə 1 ədəd boru şəklində bükülmüş 1 manat yazılan əskinasın üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək mümkün deyildir. Rəydən həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 0,227 qram heroin, 2,073 qram tiryək və 0,029 qram metamfetamin qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 17 fevral 2021-ci il tarixli 502 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və tiryəki, psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 19-cu bəndinə görə narkotik vasitə hesab edilən tiryəkin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,5 qram təşkil edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə psixotrop maddə hesab edilən metamfetamin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi də 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0,277 qram, tiryəkin təmiz çəkisi isə 2,123 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 0,049 qram olan psixotrop maddə metamfetaminin miqdarı siyahıya əsasən, çəkisinə görə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli 04 fevral 2021-ci il saat 15:35-dən hesablanmışdır. 06 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru Elman Süleymanovun 06 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Vüqar Məcidovun 06 fevral 2021-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyun 2021-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 04 mart 2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş 03 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş AZ İV seriyalı 409093 nömrəli doğum haqqında şəhadətnamədən və “Elektron Məhkəmə Sistemi”ndə olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla onun himayəsində 26 dekabr 2019-cu il təvəllüdlü X8 adında bir azyaşlı övladı vardır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, evli olmaqla himayəsində bir azyaşlı övladının olmasını, onun əvvəllər məhkum olunmamasını və ilk dəfə az ağır cinayət əməlinin törədilməsində ittiham edilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitələr olan 0,227 qram heroin və 2,073 qram tiryək, həmçinin 0,029 qram psixotrop maddə olan metamfetamin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin avtomobilində baxış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 2 ədəd disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat təşkil edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitələr olan 0,227 qram heroin və 2,073 qram tiryək, həmçinin 0,029 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin avtomobilində baxış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdən 06 fevral 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddətin bir günü ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitələr olan 0,227 qram heroin və 2,073 qram tiryək, həmçinin 0,029 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 88,70 (səksən səkkiz manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-238/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-238/2021
08.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver