Məhkəmə qərarları › İş №1(004)-238/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-238/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-238/2023 24.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və “Sirius” Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Qazaxıstan Respublikası Kamenaqorsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 12 dekabr 2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonu Şamaxinka adlanan yerdən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq miqdarından artıq miqdarda 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 1,747 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 14 dekabr 2022-ci il tarixdə saat 11:10-da BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Yasamal rayonu, Ə.Əhmədov 22 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilib, üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş təmiz çəkisi 1,747 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan kannabisdən istifadə etsə də, sonradan Bakı şəhərində yerləşən “Narkoloji Dispanserdə” müalicə almışdır və 2022-ci ilin avqust ayında onun müalicəsi başa vuraraq sağalmışdır. Sonradan narkotik vasitə qəbul etməmişdir, Ağdaş rayonunda daimi qeydiyyatda olmaqla anası ilə birgə ünvan 4 ünvanında yaşamışdır. Həqiqi hərbi xidmətini döyüş bölgəsində yerləşən hərbi hissələrin birində davam etdirmişdir və hərbi hissə rəhbərliyinin yazılı şəkildə müsbət xasiyyətnaməsini almışdır. Hərbi xidmətdən sonra Dövlət Sərhəd Xidmətində qulluq etmək niyyəti və istəyi olduğu üçün müvafiq sənədləri toplayıb həmin dövlət orqanına təqdim etmiş, bundan sonra hərbi həkim komissiyasından keçmişdir. İşsiz olduğu üçün demək olar ki, gün ərzində yaşadıqları evdə olur, gündəlik xərclik pulunu isə onun anası qarşılayır. 14 dekabr 2022-ci il tarixdə səhər saat təxminən 10:00 radələrində o, yaşadıqları mənzildə yatarkən anası Rima İsmayılova ona zəng etmiş, işə düzəlməsi ilə bağlı təqdim etdiyi sənədlərlə əlaqədar polis əməkdaşlarının onu sorğu-sual etmək məqsədi ilə axtardıqlarını bildirmiş və ***-***-**-** saylı mobil telefon nömrəsini ona verərək həmin mobil telefon nömrəsi ilə əlaqə saxlamasını tapşırmışdır. Bundan sonra o, həmin telefon nömrəsi ilə əlaqə saxlamış, qarşı tərəfdə telefona cavab verən şəxs özünü polis əməkdaşı kimi təqdim etmiş, onunla görüşmək istədiyini bildirmiş, o, isə cavabında görüşmək üçün hara gəlməli olmasını soruşmuşdur. Zəng vurduğu ***-***-**-** saylı mobil nömrəsinə cavab verən şəxs ona bir qədər sonra zəng edərək görüşməli olacaqları yerin ünvanını ona bildirəcəyini demişdir. Sonradan ***-***-**-** mobil nömrəsinə cavab verən şəxs ona zəng edərək yarım saat sonra görüşə biləcəklərini, bir qədər sonra yenidən zəng edərək 1 saatdan sonra 29-cu polis bölməsinə yaxın yerləşən “Bravo” marketin qarşısında görüşmələri üçün yer təyin etdiklərini bildirmişdir. Bundan sonra o anası ilə telefon əlaqəsi saxlayaraq ona bu barədə məlumat vermişdir, eyni zamanda aparılmış danışıq barədə mobil telefonunda olan "WhatsApp" yazışma proqramı vasitəsi ilə səsli mesaj və yazışmalar göndərmişdir. Hətta anası ona polis əməkdaşları ilə görüşə gedəcəyi üçün səliqəli görsənməsi üçün bərbərə getməsini tapşırmış və bu məqsədlə evdə saxladığı 5 manat pulun götürməyi ona bildirmişdir. Razılaşdırılmış vaxtda, yəni saat 11:00-da Yeni Yasamalda yerləşən və yaşadıqları evə yaxın məsafədə olan “Bravo” marketin qarşısına gəmiş, ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etdikdə bir neçə metrlik məsafədən telefon zənginin səsini eşitdikdə çönüb həmin istiqamətə baxarkən ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu avtomobilə əyləşdirib bir qədər aralıda avtomobili saxlayıb onu sorğu-sual etmişlər, həmin vaxt üzərində psixotrop maddə olan metamfetamin olmamışdır, üzərində aşkar olunmadığı üçün ona hədə-qorxu gəlməyə başlamışlar, “ağ rəngdə olan salafan klyoku” ona göstərərək içərisində narkotik vasitə olduğunu deyərək bildirmişlər ki, əgər bir büküm psixotrop maddə olan metamfetaminin üzərində olmasını boynuna almasan “onda çəkilişlə gedib sənin yaşadığın evdən 300 qram psixotrop maddə metamfetamin aşkar edib götürəcəyik onda sən küllü miqdarla cəlb ediləcəksən” demişlər. Polis əməkdaşları ona bildirmişlər ki, “əgər onların dedikləri ilə razılaşsan sənədləşdirdikdən sonra səni buraxacayıq və işin çöldən-çölə aparılacaq”. Əvvəllər narkotik vasitə istifadəçisi olduğundan, yaşadığı evin açarlarının üzərində olduğu və polis əməkdaşlarının bunu gördüyü, yaşadığı mənzildə həmin vaxt heç kimin olmadığından yaşadıqları evə küllü miqdarda narkotik vasitə qoyulacağından qorxaraq o məcburiyyətdən ona edilən təkliflə razılaşmışdır. Eyni zamanda bildirmişdir ki, tutulduqdan dərhal sonra 29-cu polis bölməsinə aparılmamışdır, onu tutan şəxslərin avtomobilində bir müddət saxlanıldıqdan sonra və o, psixotrop maddə olan metamfetaminin üzərində olmasını boynuna alacağı ilə bağlı razılıq verdikdən sonra onu yaxınlıqdakı 29-cu polis bölməsinə aparmışlar. Onu saxlayan polis əməkdaşları iki nəfər olmuşlar, onlardan biri hazırda məhkəmə iclasında iştirak edən Şahid1 ona bir büküm (bir çet) psixotrop maddə metamfetamin vermiş və videoçəkiliş zamanı özünə məxsus olmasını deməsini bildirmişdir, lakin o imtina etdikdə ona hədə-qorxu gələrək “ağ rəngdə olan salafan klyoku” ona göstərərək içərisində narkotik vasitə olduğunu bildirmiş və razılaşmadığı təqdirdə evindən həmin narkotik vasitənin aşkar ediləcəyi və bundan sonra daha artıq çəkidə narkotik vasitə ilə məsuliyyətə cəlb ediləcəyini bildirmişdir. Onun saxlanılmasında iştirak etmiş digər polis işçisinı nə ibtidai istintaq zamanı, nə də ki, hazırda məhkəmə iclaslarında görməmişdir. O, hazırda məhkəmə iclasında həqiqəti söyləyir, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini təzyiq və təsir altında verdiyi üçün ondan imtina edir, hazırkı iş üzrə onun heç bir günahi yoxdur və əsassız yerə məsuliyyətə cəlb olunmuşdur. Ona görə də məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ona verilmiş suala cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, onu saxlayan iki polis əməkdaşı olmuşdur, onlardan biri iş üzrə şahid qismində hazırda məhkəmədə iştirak edən Elşad adlı şəxs olmuşdur, digərini isə tanımır və saxlanıldıqdan sonra görməmişdir. Yasamal RPİ-nin 29-cu PB-nin əməkdaşı və iş üzrə hazırda məhkəmə iclasında iştirak edən digər şahid Elmar Ələkbərli onun saxlanmasında iştirak etməmişdir. Tutularkən üzəridə psixotrop maddə metamfetamin olmadığı, üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin ona Elşad adlı əməkdaşın verdiyini və “əgər bu miqdarı qəbul etməsən “onda çəkilişlə gedib sənin yaşadığın evdən 300 qram narkotik vastə aşkar edib götürəcəyik onda sən küllü miqdarla cəlb ediləcəksən” dediyini, əvvəllər narkotik vasitə istifadəçisi olduğundan, yaşadığı evin açarlarının üstündə olduğu və polislərin bunu gördüyü, yaşadığı evdə heç kimin olmadığından yaşadıqları evə narkotik vasitə qoyulacağından qorxaraq məcburiyyətdən ona edilən təkliflə razılaşdığını bildirmişdir. Eyni zamanda bildirmişdir ki, onun üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkəti iş materiallarında qeyd edilən kimi saat 12:00-da olmamışdır. Belə ki o, polis bölməsinə bir neçə saat sonra aparılmışdır. Buna sübut kimi onu qeyd edə bilər ki, üzərində axtarış keçirildikdən sonra təxminən saat 17:00- 18:00 radələrində özünə məxsus telefonla anasının istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng eləmişdir. Eyni zamanda ifadəsinin dəqiqləşdirilməsi ilə əlaqədar verilmiş suala cavab olaraq bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinə işə qəbul olunması ilə bağlı həmin orqana sənədlərini verdiyini, bununla bağlı yaşadığı ərazinin polis idarəsi tərəfindən onun barəsində müvafiq sorğu-sual edilməsi, sənədlərin istənilməsi və sairələrlə əlaqədar qeydiyyatda olduğu Ağdaş rayonunda yaşayan və işləyən dayısı Teymur Mustafayev tərəfindən onun anası R.İsmayılovaya verilmiş telefon nömrəsi ilə əlaqə saxladığını, qarşı tərəf özünü polis əməkdaşı olduğunu bildirərək onuna görüşmək istədiyini bildirməsi, onların bir saat sonra 29-cu PB-nin yaxınlığında görüşmələri ilə bağlı razılığa gəldiklərini, razılaşdırılmış vaxtda həmin yerə gəldikdən sonra onu saxladıqlarını, üzərində heç bir psixotrop maddə metamfetamin olmadığı halda orada özünü Baş Narkotiklərə Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edən Şahid1 ona təzyiq göstərdiyini ona görə də etirafedici ifadələri imzaladığını, ifadələrinin müstəntiq tərəfindən kompüter vasitəsi ilə yazıldığını və özü tərəfindən oxunmadan imzalandığını, polis əməkdaşları tərəfindən çəkiliş zamanı nə deməli olduğunu öyrətdiklərini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsində və çəkiliş zamanı onun üzərində aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2022-ci il tarixdə “Şamaxinka” adlanan ərazidən 40 manat məbləğində alındığının bildirilməsini ona polis əməkdaşları bildirmişlər, onların diktəsi ilə bunları deməyə məcbur olmuşdur. Halbuki, nə 12 dekabr tarixində, nə də ki, digər vaxtlarda Şamaxinka deyilən ərazidə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Həmin idarəyə məlumat daxil olmuşdur ki, ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, xx xxxxxx 1996-ci il tarixdə anadan olmuş Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Bu səbəbdən 14 dekabr 2022-ci il tarixdə təxminən saat 11:10-da əlamətləri ona məlum olar Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 22 ünvanın yaxınlığında olarkən tərəfindən saxlanılaraq xidməti vəsiqəni göstərək özünü təqdim etmiş və həmin şəxsi narkoti vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirmiş və dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üzərinə qoysun. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət maddəni masanın üzərinə qoymuşdur və bundan sonra üzərinə baxış keçirildikdə əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd boz rəngli “İphone” 6S markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra baxış zamar digər qanunsuz əşya və maddələr aşkar olunmamışdır. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunaraq götürülmüş psixotrop maddəni Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 40 manat qarşılığında əldə etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və çəkiliş aparılmışdır. Məhkəmə iclasında ona verilmiş suala cavab olaraq Şahid1 bildirmişdir ki, məlumat daxil olduqdan sonra yaradılmış əməliyyat qrupuna o rəhbərlik etmişdir, qrupda Yasamal rayon Polis İdarəsinin 29-cu PB-də əməkdaşları da iştirak etmişlər. Hazırda onların adlarını xatırlamır, səhv etmirsə videoçəkilişdə iştirak edən əməkdaş olmuşdur, onun tərəfindən Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə səhər saatlarında telefon zəngi edilməmişdir, təqsirləndirilən şəxsin qeyd elədiyi ***-***-**-** saylı mobil telefon nömrəsinin kimə məxsus olmasını bilmir, onun tərəfindən təqsirləndirilən şəxsə hər hansı bir təsir göstərilməsi, psixotrop maddə verməsi, “ağ rəngdə olan salafan klyoku” ona göstərərək içərisində narkotik vasitə olduğunu bildirməsi və razılaşmadığı təqdirdə evindən həmin narkotik vasitənin aşkar ediləcəyinin bildirməsi, təqsirləndirilən şəxsə hədəqorxu göstərməsi bağlı qeyd edilənlər yalandır və müdafiə xarakteri daşıyır. Anten məlumatlarına əsasən onun şəxsi istifadəsində olan mobil nömrənin və ***-***-**-** saylı mobil nömrənin 14 dekabr 2022-ci il tarixdə səhər saatlarında eyni məkanda olmaları ilə bağlı yəni hər ikisinin “Bakı şəhəri Badamdar şossesi 31, AR Prezidentinin İşlər İdarəsinin Avtomobil Parkının damı”/Səbail 40/35xx/xx.8103 – anten dairəsi ünvanında olmaları ilə bağlı verilmiş suala cavab verməyə çətinlik çəkmişdir və izah edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal rayon Polis idarəsinin 29-cu Polis bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 dekabr 2022-cı il tarixdə saat təxminən 11:20 radələrində işlədiyi polis bölməsinə ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəsi ilə BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən gətirilmişdir. Dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs bildirilmişdir ki, üzərində qanunsuz gəzdirdiyi əşyalar varsa masanın üzərinə qoysun. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində ağ rəngli kristallardan ibarət maddəni masanın üzərinə qoymuşdur və bundan sonra üzərinə baxış keçirildikdə əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd boz rəngli “İphone” 6S markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra baxış zamar digər qanunsuz əşya və maddələr aşkar olunmamışdır. Məhkəmə iclasında ona verilmiş suala cavab olarq Şahid2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov 22 ünvanında saxlanılmasında iştirak etməmişdir, ümumiyyətlə həmin əməliyyat qrupundan məlumatsız olmaqla əməliyyatda istirak etməmişdir, Təqsirləndirilən şəxs həmin gün bölməyə gətirilən zaman polis bölməsinin inzibati binasında xidməti otağında olmuşdur, iş üzrə digər Şahid1 hansı səbəbdən onun da əməliyyatda iştirak etdiyini bildirməsi ona məlum deyil. O yalnız Təqsirləndirilən şəxs uzərində səxsi axtarış və götürmə aparılarkən onun yanında dayanmışdır. Müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş X7 bildirmişdir, o, Təqsirləndirilən şəxs anasıdır, onunla birgə Yasamal rayonu, Kənar dairəvi yol, ev 22, mənzil 51 ünvanında yaşamışlar. Nurlan işləmədiyi üçün ailəyə o baxır, Nurlan hərbi xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinə işə düzəlmək istədiyini, bununla əlaqədar sənədlərini həmin Xidmətə verdiyini və hərbi həkim komissiyasından keçdiyini, ailələrinin yoxlanılması üçün qeydiyyatda olduqları Ağdaş rayon Polis söbəsinə sorğular göndərildikdən sonra işə götürəcəklərini bildirmişlər. 10 dekabr 2022-ci il tarixdə Ağdaş rayon Polis idarəsinin adını bilmədiyi əməkdaşı qardaşı X3 zəng edərək Nurlan barədə maraqlanmış və onun barəsində bir sıra məlumatın ona verilməsini xahiş etmişdir. Qardaşı isə öz növbəsində Nurlanın işə qəbul olunması ilə bağlı sorğu ola biləcəyi üçün onlar barəsindəə (doğum tarixləri, iş yerləri, yaşayış yerləri, telefon nömrələri və.s) olan məlumatları onlara vermişdir. Bəzi məlumatları isə o, mobil telefonunda olan "WhatsApp" yazışma proqramı vasitəsilə Teymur Mustafayevə səsli mesajla göndərmişdir. Bundan bir neçə gün sonra qardaşı T.Mustafayev ona zəng edərək Nurlanın işə qəbul olunması ilə bağlı polis əməkdaşları tərəfindən sorğu sual üçün axtarıldığını bu səbəbdən ***-***-**-** saylı mobil telefon nömrəsini ona verdiyini, həmin nömrəyə mütləq zəng olunmalı olduğunu bildirmişdir. 14 dekabr 2022-ci il tarixdə səhər saatlarında bu barədə Nurlana xəbər verdiyini və Teymurun ona bildirdiyi polis əməkdaşlarının mobil telefon nömrəsini ona göndərmişdir. 14 dekabr 2022-ci il tarixdə səhər saat 10:00 radələrində Nurlana zəng edərək göndərmiş olduğu həmin mobil nömrə ilə əlaqə saxlanılmalı olmasını bildirmişdir. Sonradan yenidən ona zəng edərək danışığın nəticəsini soruşmuş və yenidən tapşırmışdır ki, mütləq həmin nömrəyə ilə əlaqə saxlasın. Bir qədər sonra Nurlan ona "WhatsApp" yazışma proqramı vasitəsilə səsli mesaj göndərərək “danışdım Bakıdan polisdən idi, dedi vaxt elə yarım saat sonra görüşərik, gələrsən 29-cu polis bölməsi tərəfə, “Bizim market” tərəfə” məzmunda məlumat vermişdir. Bu mesajdan sonra o, Nurlana “hə get başını qırxdır” sözlərin yazaraq göndərmişdir ki, işə düzəlməsi ilə əlaqədar polis əməkdaşları ilə görüşə getdiyindən səliqəli görsənsin. Bundan sonra Nurlan ona səsli mesaj göndərmişdir ki, “səhər-səhər dəllək olur ki”. Sonra Nurlan saat 10:11-də səsli mesaj göndərmişdir ki, “deyir ki, 11:00 üçün olacam “Bravo”-nun qarşısında, gələrsən ora, dedim yaxşı, deyərsən zəng eləmişdi”. 10:11-də yenidən Nurlana mesaj yazmışdır ki, “yatma ha yatıb qalarsan”, “başını əynini səliqəyə sal deyilən vaxt orda ol”. Sonra Nurlan ona mesaj yazmışdır ki, “pul var evdə” o, isə cavabında “5 manat qoymuşam bərbər pulu” məzmunda cavab vermişdir. Eyni zamanda şahid bildirmişdir ki, Nurlanın 40 manata Şamaxinka deyilən ərazidən psixotrop maddə metamfetamin alması mümkün deyildir, birincisi ona görə ki, o, işləmir onun qazancı yoxdur, və ona pulu az miqdarda özü verir və Nurlanda heç bir vaxt 40 manat məbləğində pul olmamışdır. İkincisi isə Nurlan işləmədiyindən demək olar ki, bütün günü evdə və ya evə yaxın ərazidə olur. İfadəsinin sonunda şahid ifadəsində qeyd etdiyi halları təsdiq edən "WhatsApp" yazışma proqramı vasitəsilə T.Mustafayevlə və Təqsirləndirilən şəxsla aralarında mövcud olan səsli mesajları və aparılmış yazışmaları DVD disk şəklində məhkəməyə təqdim etmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs dayısıdır, özü Ağdaş rayonunda yaşayır və Ədliyyə Nazirliyinin Ağdaş rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyir, tutduğu vəzifəyə görə rayonda işləyən hüquq mühafizə orqanlarının bir çox əməkdaşlarını tanıyır. Bacısının həyat yoldaşı rəhmətə getdiyindən həmin ailəyə demək olar ki, hər işdə o köməklik edir. Nurlan hərbi xidmətdən qayıtdıqdan sonra işə düzəlmək məqsədilə sənədlərinin Dövlət Sərhəd Xidmətinə verməsi, orada komissiyadan keçməsi ilə bağlı məlumatlı olmuşdur və bu səbəbdən o, şifahi qaydada iş fəaliyyəti ilə əlaqədar tanıdığı Ağdaş rayonunda işləyən polis əməkdaşlarına bu barədə məlumat vermiş və xahiş etmişdir ki, əgər onun bacısı oğlu Nurlan barədə hər hansı bir məlumat tələb olunarsa ona müraciət edə bilərlər. Ona görə ki, Nurlan Ağdaş rayonunda qeydiyyatda olduğu ünvanda deyil Bakı şəhərində yaşayır. 10 dekabr 2022-ci il tarixdə saat 09:53-də Ağdaş rayonunda işləyən və şəxsən tanıdığı Samit adlı polis işçisi tərəfindən ona “WhatsApp" tətbiqi proqramı vasitəsilə səsli mesaj göndərərək Nurlan və ailəsi barədə (onun təvəllüdü, doğum tarixi, ailə üzvləri, hansı ünvanda qeydiyyatdadırlar, hazırda hansı ünvanda yaşayırlar, nə işlə məşğuldurlar, telefon nömrələri və.s) bəzi məlumatlar istənilmişdir. Bundan sonra özünün bildiyi məlumatları qarşı tərəfə səsli mesajla göndərməklə bildirmiş, bilmədiyi məlumatları isə bacısı R.İsmayılovaya göndərdiyini və bacısının ona göndərdiyi sorğu edilən məlumatları özündə əks etdirən səsli mesajı həmin polis əməkdaşına gödərmişdir. Daha sonra rayonda işləyən polis əməkdaşı tərəfindən əlaqə saxlanılması üçün verilən mobil telefon nömrənsini Nurlana ötürülməsi üçün bacısı Rimaya dediyini və həmin nömrə ilə əlaqə saxlanılmalı olmasını bildirmişdir. 14 dekabr 2022-ci il tarixində “WhatsApp" yazışma proqramı vasitəsilə bacısına səsli mesaj göndərərək Nurlanın həmin nömrə ilə əlaqə saxlayıbsaxlamadığını öyrənmək istəmişdir, bacısı isə ona cavabında “hə danışdı görüşmək üçün onu Bravonun yanına çağırdılar indi gedir ora” kimi məlumat vermişdir. Sonradan axşam saatlarında görüşün nəticəsini bilmək üçün bacısı ilə əlaqə saxladıqda bacısı ona “Nurlan indi zəng elədi öz nömrəsindən dedi ki, köhnədən olan şeylərə görə məni saxlayıblar sabah məni buraxacaqlar” demişdir. İfadəsinin sonunda şahid ifadəsində qeyd etdiyi halları təsdiq edən "WhatsApp" yazışma proqramı vasitəsilə Ağdaş rayon Polis idarəsinin əməkdaşı kimi mobil telefonunda adını “polis Samit axtarış” kimi qeyd etdiyi şəxslə və bacısı R.İsmayılova ilə aralarında mövcud olmuş səsli mesajları DVD disk şəklində məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli şəxs qismində tutulmuşdur ( səh.20). “Şübhəli şəxsin tutulması haqqında” 14 dekabr 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli şəxs qismində 11:10-da tutulmuşdur (səh.21). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə sübhəli olan şəxs Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılması və həmin qərarla Təqsirləndirilən şəxs tanış edilməsi qərara alınmışdır (səh.30). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu, Ə.Əhmədov 22 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PBnə gətirilmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş psıxotrop maddə metamfetamin, sol yan cibindən isə 1 ədəd boz rəngli “İphone” markali telefon aşkar edilərək götürülmüşdür (səh.31-32). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 14 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində ağ rəngli kristal şəkilli maddə olan 1 (bir) ədəd sellofana bükülmüş, sol yan cibindən isə 1 ədəd boz rərgli “İphone” markali telefon çıxardıb təqdim edir. Təqdim etdiyi bükümün içərisindəki maddənin nədən ibarət olması ilə bağlı verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdəki metamfetamin adlı psixotrop maddədir və həmin maddəni xx.xx.2022-ci il tarixdə “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı şəxsdən öz şəxsi istifadəsi məqsədilə 40 manata almışdır. “Maddi sübut kimi tanıma haqqında” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamin götürülərkən çəkilmiş videogörüntü əks olunan 1 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir (səh.50). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 6/7040 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülən 01 ədəd bükümdə təmiz çəkisi 1,747 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, tədqiqata sərf edildi 0,1qr, qalıq: 1,647qr. Ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir ( səh.38-42). Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji X12 Şəxsin verdiyi 01 mart 2023-cü il tarixli 1482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticə ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadar məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (səh.86-87). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir (səh. 89-90). Azərbaycan Respublikası SN-nin “Bakı Şəhər Narkoloji Mərkəzi” X13 verdiyi 01 sentyabr 2022-c il tarixli 1101 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs ekspres test üzulu ilə müayinə olunmuşdur və onda narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1.747 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 1.647 qram çəkidə psixotrop maddə metamfetamin Yasamal RPİ-nin saxlama yerinə təhvil verilmişdir (səh. 91-97, 103). Yasamal Rayon Məhkəməsinin 4(004)-1076/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla 3 ay müddətinə həbs qismində qətimkan tədbiri seçilmişdir (səh.69-70). Müdafiə tərəfinin vəsatəti əsasında maddi sübut kimi təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan görüntülərdən məlum olur ki, 10 dekabr 2022-ci il tarixdə yəni Təqsirləndirilən şəxs tutulmamışdan 4 gün əvvəl iş üzrə şahid qismində ifadə vermiş Teymur Mustafayev istifadəsində olan mobil telefonun "WhatsApp" tətbiq proqramı vasitəsilə kontaktında mövcud olan və adı “Polis Samit axtarış” kimi qeyd olunmuş şəxslə saat 09:50-də "WhatsApp" tətbiq proqramı vasitəsilə səsli mesajlaşır və qarşı tərəf ona bildirir ki, “Teymur müəllim zəhmət olmasa Nurlanın təvəllüdünü, hansı ünvanda qeydiyyatdadır, hansı ünvanda hazırda yaşayır, ailə üzvləri barəsində, telefon nömrəsi və sairə məlumatların ona göndərilməsini xahiş edir”. Teymur Mustafayev isə cavabında “oldu müəllim mən Bakıya gedirəm hazırda olarsa mən sizə səsli mesaj ataram, mən indi bacıma deyərəm ünvanıda mənə desin mən sizə deyəcəm indi” kimi cavab verir. Bir qədər sonra bacısı yəni iş üzrə digər şahid olan Təqsirləndirilən şəxs anası Rima İsmayılova hazırda Bakı şəhərində yaşadıqları evin ünvanını səsli mesajla T.Mustafayevə göndərir. Sonradan T.Mustafayev bacısının ona göndərdiyi həmin o səsli mesajı və Təqsirləndirilən şəxs barədə özünə məlum olan məlumatları (Nurlanın və ailə üzvlərinin anadan olduğu yerlər, doğum tarixləri, qeydiyyatda olduqları ünvan və yaşadıqları ünvanları, iş yerləri, və sairə məlumatları) səsli mesajla qarşı tərəfə yəni “Polis Samit axtarış” kimi qeyd olunmuş şəxsə göndərir. Müdafiə tərəfinin vəsatəti əsasında maddi sübut kimi təqdim edilmiş və məhkəmə iclasında baxış keçirilməklə tədqiq edilmiş DVD diskdə olan “anasıyla "WhatsApp" yazışması” adlı fayldan görünür ki, 14 dekabr 2022-ci il tarixində Təqsirləndirilən şəxsla onun anası - iş üzrə şahid R.İsmayılova arasında həm yazılı, həm də səsli mesajlar mövcuddur. Belə ki, həmin tarixdə R.İsmayılova saat 09:54 dəqiqədə Təqsirləndirilən şəxs “danışdın atdım?” kimi məzmunda sms yazır, Təqsirləndirilən şəxs isə cavabında səli mesaj göndərərək “danışdım Bakıdan polisdən idi, dedi vaxt elə yarım saat sonra görüşərik, gələrsən 29-cu polis bölməsi tərəfə, “Bizim market” tərəfə”. Sonradan R.İsmayılova “hə get başını qırxdır” sözlərin yazaraq sms şəklində ona göndərir. Təqsirləndirilən şəxs isə cavabında “səhər-səhər dəllək olur ki” məzmunda mesaj göndərmişdir. Sonradan Təqsirləndirilən şəxs saat 10:11-də “deyir ki, 11:00 üçün olacam “Bravo”-nun qarşısında, gələrsən ora, dedim yaxşı, deyərsən zəng eləmişdi” kimi məzmunda anasına səsli mesaj göndərmişdir. Saat 10:11-də R.İsmayılova yenidən Təqsirləndirilən şəxs “yatma ha yatıb qalarsan”, “başını əynini səliqəyə sal deyilən vaxt orda ol” məzmununda mesaj göndərmişdir. Buna cavab olaraq Təqsirləndirilən şəxs anasına “pul var evdə”, anası isə ona “5 manat qoymuşam bərbər pulu” kimi mesaj göndərmişdir. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyul 2023-cü il tarixli Bakcell Telekom MMC-dən əldə edilmiş 1 ədəd CD diskdə olan: - “SMS tarixçəsi 559625516” adlı faylda olan məlumatlarından görünür ki, təqsirləndirilən şəxsin anası - iş üzrə şahid R.İsmayılova oğlu Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixində saat 10:01 “atdım” məzmunda sms göndərmişdir. - “Zənglərin detallaşdırılması 559625516” adlı faylda olan məlumatlarından görünür ki, 14 dekabr 2022-ci il tarixində saat 09:49-da təqsirləndirilən şəxsin dayısı, iş üzrə şahid T.Mustafayev bacısı R.İsmayılovaya öz istifadəsində olan ***-***-**-** nömrəli mobil nömrədən zəng etmişdir və onların aralarında 38 saniyəlik danışıq olmuşdur. Həmin zəngdən bir dəqiqə sonra yəni 09:50-də R.İsmayılova özünə məxsus ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə zəng etmişdir və aralarında 21 saniyəlik danışıq olmuşdur. Bu zəngdən səkkiz dəqiqə sonra yəni 09:58-də R.İsmayılova yenidən Təqsirləndirilən şəxs zəng etmişdir və aralarında 36 saniyəlik danışıq olmuşdur. Həmin gün saat 18:48-də Təqsirləndirilən şəxs anası R.İsmayılovaya zəng etmişdir və aralarında 22 saniyəlik danışıq olmuşdur. - “Zənglərin detallaşdırılması 556760000” adlı faylda olan məlumatlarından görünür ki, mobil telefon məlumatlarına əsasən iş üzrə Şahid1 14 dekabr 2022-ci il tarixində saat 08:33-də, 11:33-də və 14:33-də işlədiyi DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin yerləşdiyi “Bakı şəhəri, Badamdar şossesi 31, ARPİİ Avtomobil parkının damı”/Sabail/40.35xx/xx.8103 anten dairəsi ünvanında olmuşdur. Həmin gün saat 15:52-də, 18:52-də və 21:52-də isə Yasamal RPİ-nin 29-cu Polis bölməsinin yerləşdiyi “Bakı şəhəri Yasamal rayonu Talıblı küçəsi19/Yasamal 40.3941/49,7945” anten dairəsi ünvanında olmuşdur. Məhkəmənin sorğusu əsasında əldə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 25 iyul 2023-cü il tarixli Azerfon MMC-dən əldə edilmiş 1 ədəd CD diskdə olan “Zənglərin detallaşdırılması **********5218” adlı faylda olan məlumatlardan görünür ki, 14 dekabr 2022-ci il tarixində saat 10:03 dəqiqədə Təqsirləndirilən şəxs öz istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxlamış və onların arasında 57 saniyəlik danışıq olmuşdur. Sonradan ***-***-**-** saylı telefon nömrəsindən Təqsirləndirilən şəxs birinci dəfə saat 10:09-da zəng olunmuş və aralarında 14 saniyəlik və ikinci dəfə isə saat 11:02-də 12 saniyəlik danışıq olmuşdur. Saat 11:04-də yenidən Təqsirləndirilən şəxs öz istifadəsində olmuş ***-***-**-** saylı nömrədən ***-***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxlamışdır. 14 dekabr 2022-ci il tarixində tutulduqdan 7 saat sonra, yəni saat 18:48-də Təqsirləndirilən şəxs özünə məxsus ***- ***-**-** saylı mobil nömrə ilə anası Rima İsmayılovaya məxsus ***-***-**-** saylı nömrəyə zəng etmişdir və aralarında 22 saniyəlik danışıq olmuşdur. Eyni zamanda mobil telefonlara aid əldə edilmiş anten məlumatlarından görünür ki, 14 dekabr 2022-ci il tarixində saat 10:03 dəqiqədə Təqsirləndirilən şəxs öz istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayarkən (onlar arasında zəng baş tutarkən) ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəçisi iş üzrə şahid olan polis əməkdaşı Şahid1la eyni ünvanda yəni “Bakı şəhəri Badamdar şossesi 31, ARPİİ Avtomobil parkının damı”/Sabail/40.35xx/xx.8103 anten dairəsi ünvanında olmalarını göstərir. Həmin diskdə olan “anten 8677” adlı fayda olan anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixində yaşadığı evin ünvanını göstərən “Yeni Yasamal ipek yolu” anten dairəsi ünvanında olmuşdur, eyni zamanda xx.xx.2022-ci il tarixində ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ona zəng edilərkən də həmin ünvanda olmuşdur. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün etirafedici ifadələri olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özüözlüyündə həmin ifadələrə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrini iş materialları və məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə təhlil edərək, toplanmış materialların məcmusuna qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyinə dair ifadələrində göstərdiyi xüsusatlar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunur, ona görə də ibtidai araşdırma orqanı tərəfindən toplanmış sübutların məcmusu, onun ittiham olunan cinayət əməlində təqsirliliyini təsdiq etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin təqdim etdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilən DVD disklərdə olan məlumatlarla (yazışmalar, səsli mesajlar) həmçinin məhkəmə tərəfindən mobil operatorlardan sörğu edilərək əldə edilmiş CD-disklərdə əks olunan yuxarıda sadalalan məlumatlarla təqsirləndirilən şəxsin ifadəsinin, müdafiə tərəfinin vəsatəti əsasında iş üzrə əlavə şahid qismində dindirilmiş X1 və X4 ifadələrinin doğruluğu müəyyən edilir. Belə ki, həmin sübutlardan müəyyən olunur ki: - Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə saxlanıldığı vaxtadək yaşadığı ünvanda olmuşdur (onun anten məlumatlarına əsasən o, Yeni Yasamal ipək yolu ünvanında olmuşdur). - anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs 12 dekabr 2022-ci il tarixdə Nəsimi rayonunun Şamaxinka adlanan ərazisində olmamışdır; 10 dekabr 2022-ci il tarixdə Ağdaş rayon polis şöbəsinin əməkdaşı iş üzrə şahid Teymur Mustafayevə "WhatsApp" mobil tətbiqi proqramı vasitəsilə zəng edərək təqsirləndirilən şəxs barəsində ətraflı məlumatın ona verilməsini xahiş etmişdir və T.Mustafayev özü bildiyi məlumatları verməklə yanaşı, digər məlumatları bacısı iş üzrə şahid Rima İsmayılovadan səsli mesaj şəklində alaraq həmin polis əməkdaşına göndərmişdir; 14 dekabr 2022-ci il tarixdə Ağdaş rayon polis şöbəsinin əməkdaşı tərəfindən iş üzrə şahid Teymur Mustafayevə həmin nömrəyə zəng etmək məqsədi ilə verilən ***-***-**- ** mobil telefon nömrəsi T.Mustafayev tərəfindən bacısı R.İsmayılovaya o, isə öz növbəsində həmin mobil nömrəni oğlu Təqsirləndirilən şəxs vermişdir. Mobil operatoran əldə edilmiş məlumatdan görünür ki, həqiqətən də Teymur Mustafayev 14 dekabr 2022-ci il tarixdə saat 09:49-da bacısı Rima İsmayılovaya zəng etmişdir və onların aralarında 38 saniyəlik danışıq baş tutmuşdur; 14 dekabr 2022-ci il tarixində saat 09:50 də Rima İsmayılova özünə məxsus ***-***- **-** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə zəng etmişdir və aralarında 21 saniyəlik danışıq olmuşdur. Sonradan 09:58-də yenidən onların aralarında 36 saniyəlik danışıq olmuşdur. Bir qədər sonra Təqsirləndirilən şəxs anasının mobil nömrəsinə "WhatsApp" yazışma proqramı vasitəsilə səsli mesaj göndərərək “danışdım Bakıdan polisdən idi, dedi vaxt elə yarım saat sonra görüşərik, gələrsən 29-cu polis bölməsi tərəfə, “Bizim market” tərəfə”. Bu səsli mesajdan sonra R.İsmayılova oğlunun polis əməkdaşları ilə görüşə gedir deyə səliqəli görünsün deyə onun mobil telefonuna “hə get başını qırxdır” sözlərin yazaraq göndərmişdir. Cavabında Təqsirləndirilən şəxs “səhər-səhər dəllək olur ki” mesajını anasına göndərmişdir. Saat 10:11-də Təqsirləndirilən şəxs tərəfindən anasına “deyir ki, 11:00 üçün olacam “Bravo”-nun qarşısında, gələrsən ora, dedim yaxşı, deyərsən zəng eləmişdi” kimi səsli mesaj göndərmişdir. Saat 10:11-də R.İsmayılova yenidən Təqsirləndirilən şəxs “yatma ha yatıb qalarsan”, “başını əynini səliqəyə sal deyilən vaxt orda ol”, “5 manat qoymuşam bərbər pulu” məzmunda mesaj göndərmişdir; DİN-nin Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşı, hazırkı iş üzrə şahid olan Şahid1 istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatlarından görünür ki, o, 14 dekabr 2022-ci il tarixində səhər saat 8:33-də (ümumiyyətlə əksər vaxtlar) “Bakı şəhəri Badamdar şossesi 31, ARPİİ Avtomobil parkının damı”/Sabail/40.35xx/xx.8103” anten dairəsi ünvanında olmuşdur. Digər tərəfdən həmin anten məlumatlardan görünür ki, Ağdaş rayon polis idarəsinin əməkdaşının T.Mustafayevə (Təqsirləndirilən şəxs tərəfindən zəng edilməsi məqsədi ilə) verilmiş ***-***-**-** saylı mobil telefon nömrəsinın istifadəcisinin də anten məlumatları onun 14 dekabr 2022-ci il tarixində “Bakı şəhəri Badamdar şossesi 31, ARPİİ Avtomobil parkının damı”/Sabail/40.35xx/xx.8103” ünvanında olduğunu göstərir. Həmçinin 14 dekabr 2022-ci il tarixində saat 10:03-də Təqsirləndirilən şəxs tərəfindən ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edilərkən (aralarında danışıq baş tutarkən də) həmin nömrənin anten dairəsi məhz “Bakı şəhəri Badamdar şossesi 31, ARPİİ Avtomobil parkının damı”/Sabail/40.35xx/xx.8103” ünvanı olmuşdur. Yuxarıda qeyd edilən bütün hallar onu göstərir ki, Təqsirləndirilən şəxs saxlayan polis əməkdaşı nə qədər də ***-***-**-** saylı mobil telefon nömrəsinin onlara aid olmamasını bildirsə də, həmin mobil nömrə ilə əvvəlcədən Təqsirləndirilən şəxs zəng etmələri, görüş yeri təyin etmələri inkar edilsə də təqsirləndirilən şəxsin saxlanılmasını həyata keçirən polis əməkdaşı Şahid1 şəxsi istifadəsində olan mobil telefon mömrəsinin anten dairəsi ilə təqsirləndirilən şəxslə danışıq aparılmış ***-***-**-** saylı mobil telefon nömrəsinin istifadəcilərinin anten dairələrinin eyni ünvanda olmaları onu deməyə əsas verir ki, hər iki abonent həmin vaxt eyni məkanda, bir ünvanda olmuşlar və iş üzrə əhəmiyyət kəsb edən bu hal mötəbər sübutlarla öz təsdiqini tapdığı üçün iş üzrə Şahid1 tərəfindən verilmiş ifadənin, həm də onun iştirakı ilə aparılan digər istintaq hərəkətlərinin də həqiqiliyini əhəmiyyətli dərəcədə şübhə altına alır. 14 dekabr 2022-ci il tarixində saat 10:03 dəqiqədə ilk olaraq Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlamış və onların arasında 57 saniyəlik danışıq olmuşdur. Sonradan ***-***-**- ** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs birinci dəfə saat 10:09-da zəng edilmiş və aralarında 14 saniyəlik danışıq olmuşdur və ikinci dəfə saat 11:02-də aralarında 12 saniyəlik danışıq olmuşdur. Saat 11:04-də yenidən Təqsirləndirilən şəxs öz istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxlamışdır. Məhkəmə hesab edir ki, iş materiallarına sorğu edilərək əlavə edilmiş, həmçinin müdafiə tərəfindən təqdim edilmiş maddi sübutlarda əks olunan həm yazılı və səsli mesajlar (onların aparılma vaxtı, tarixi, saatı, dəqiqəsi), danışıqlar, anten məlumatları, mobil operatorlarla aparılan danışıqların vaxtları və saatları, dəqiqələri ilə bağlı məlumatlar iş üzrə əhəmiyyət kəsb edən mühüm halların müəyyən edilməsində təkzibedilməz və saxtalaşdırılması mümkün olmayan sübutlardır. Məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, təqsiləndirilən Təqsirləndirilən şəxs həqiqi hərbi xidmətini başa vurduqdan sonra işsiz olmuşdur, əvvəllər narkotik vasitədən istifadə etmişdir, sonradan müalicə kursu keçmişdir, işə düzəlmək məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir, sənədlərini təqdim etmişdir (tibbi müayinədən keçmişdir), qeydiyyat ünvanı Ağdaş rayonunda olduğu üçün Təqsirləndirilən şəxs şəxsi məlumatları ilə hüquq-mühafizə orqanlarının maraqlanacağını güman etdikləri üçün iş üzrə şahid olan dayısı Teymur Mustafayevə rayon polis şöbəsində işləyən tanışı tərəfindən şifahi sorğu edilmişdir (Təqsirləndirilən şəxs şəxsi məlumatları, yaşayış yeri, telefonu və s), T.Mustafayev həmin məlumatları bacısı olan digər şahid Rima İsmayılovadan öyrəndikdən sonra həmin polis əməkdaşına ötürmüşdür, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən əlaqə saxlanılması üçün verilmiş telefon nömrəsini təqsirləndirilən Təqsirləndirilən şəxs çatdırılması üçün bacısı R.İsmayılovaya vermişdir, Təqsirləndirilən şəxs öz növbəsində anasının göndərdiyi həmin telefon nömrəsi ilə əlaqə saxladıqdan sonra anasına “danışdım Bakıdan polisdən idi, dedi vaxt elə yarım saat sonra görüşərik, gələrsən 29-cu polis bölməsi tərəfə, “Bizim market” tərəfə” kimi məzmunda mesaj göndərmişdir, ilk olaraq Təqsirləndirilən şəxs özünə mxsus mobil nömrədən ***-***-**-** saylı telefon nömrəsi ilə əlaqə saxlamışdır, tutulmamışdan əvvəl bir neçə dəfə polis əməkdaşına məxsus olduğunu bildiyi həmin nömrə ilə danışmışdır, ***-***-**-** saylı telefon nömrəsinə zəng edilərkən həmin nömrənin anten ünvanı məhz “Bakı şəhəri Badamdar şossesi 31, ARPİİ Avtomobil parkının damı”/Sabail/40.35xx/xx.8103” olmuşdur, Təqsirləndirilən şəxs saxlanılarkən iş üzrə şahid Yasamal RPİ-nin 29-cu PB-nin əməkdaşı Şahid2 orada olmamışdır. Digər tərəfdən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs işə düzəlməsi ilə əlaqədar onu sorğu-sual etmək məqsədi ilə dəvət edən şəxsin polis əməkdaşı olduğunu (ona özünü polis əməkdaşı olmasını bildirən və 29-cu polisn bölməsnin yaxınlığında təyin edilmiş yerə onlarla görüşə gedən bir şəxsin) bildiyi halda, həmçinin polis əməkdaşlarında yaxşı təsürat bağışlanması üçün görüşdən əvvəl anası tərəfindən oğluna 5 manat pul qoyularaq bərbərə getməsi təkid edildiyi halda, anası tərəfindən oğluna görüşə getdiyi üçün səliqəli geyinmək tövsiyə edildiyi bir halda, Təqsirləndirilən şəxs bir neçə gün qabaq əldə etdiyi 1,747 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əynində olan qara rəngli cins şalvarının sağ yan cibinə qayaraq polis əməkdaşı kimi bildiyi şəxslərlə əvvəlcədən vaxtı, yeri və saatı razılaşdırılmış görüş yerinə özü ilə aparması ağlabatan, inandırıcı və məntiqli sayıla bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrlə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. İbtidai istintaq orqanının istinad etdiyi digər sübut növü iş üzrə dindirilmiş şahidlərin ifadələri olmuşdur. İbtidai istintaq orqanı ittihamın əsası kimi iki şahid ifadəsini əsas götürərək Təqsirləndirilən şəxs qarşı ittiham irəli sürmüşdür, halbuki həmin şahidlərin məhkəmə baxışında verdikləri ifadələr bir-birini tamamlamır və ziddiyyətlidir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən, Təqsirləndirilən şəxs saxlanılması ilə bağlı əməliyyat qrupuna rəhbərlik etmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı olan iş üzrə Şahid1 Təqsirləndirilən şəxs barəsində onlara daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar keçirilmiş tədbirdə (konkret olaraq Təqsirləndirilən şəxs tutulmasında) onunla bərabər Yasamal RPİ-nin 29-cu PB-nin əməkdaşlarının, konkret olaraq iş üzrə digər şahid olan Şahid2 də iştirak etdiyini bildirsə də, bu hal həm cinayət işinin materialları ilə, həm də məhkəmə iclasında ifadə verən Şahid2 özü tərəfindən qəti şəkildə inkar edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı ifadə verən Şahid2 həmin əməliyyatda iştirak etmədiyini, həmin gün səhər saatlarından etibarən işlədiyi Yasamal RPİ-nin 29-cu PB-nin inzibati binasında olduğunu, yalnız Təqsirləndirilən şəxs bölməyə gətirildikdən sonra onu gördüyünü, onun üzərinə baxış keçirilərkən onun yanında dayandığını bildirmişdir. Belə olan halda keçirilmiş əməliyyat axtarış tədbirində digər hansı polis əməkdaşının iştirak etdiyini müəyyən etmək mümkün olmur, əməliyyatda iştirak edən ikinci şəxsin kimliyi müəmmalı olaraq qalır. Halbuki, təqsirləndirilən şəxs onu saxlayan şəxslərin iki nəfər olmasını qeyd etməklə bərabər ikinci şəxsin məhkəmə iclasında iştirak edən Şahid2 olmadığını bildirmişdir. Bundan başqa cinayət işi üzrə Şahid1 məhkəmə istintaqı zamanı ona verilmiş suala cavab olaraq bildirmişdir ki, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs onu saxlayan polis əməkdaşlarının ***-***-**-** saylı mobil nömrədən istifadə etmələri, xx.xx.2022-ci il tarixində görüşmək üçün həmin nömrə ilə ona zəng etmələri, həmin mobil nömrədən polis işçiləri tərəfindən Təqsirləndirilən şəxsla danışıqların aparılması və onunla bağlı əməliyyat tədbiri həyata keçirilərkən istifadə edilməsi ilə bağlı bildirdikləri həqiqətə uyğun deyildir. Lakin Azerfon MMC-dən götürülmüş anten məlumatlarından görünür ki, anası tərəfindən təqsirləndirilən şəxsə polis əməkdaşı olması kimi bildirilən və ona zəng edilməsi xahiş edilən, sonradan Təqsirləndirilən şəxs tərəfindən görüşmək üçün zəng olunan ***-***-**-** saylı abonent təqsirləndirilən şəxslə aparılan telefon danışıqları zamanı iş üzrə şahid olan polis əməkdaşı Şahid1la (ona məxsus və şəxsi istifadəsində olan) eyni anten dairəsi ünvanında yəni “Bakı şəhəri Badamdar şossesi 31, ARPİİ Avtomobil parkının damı”/Sabail/40.35xx/xx.8103”-də eyni məkanda olmuşlar. Məhkəmə yuxarıda qeyd edilən halları nəzərə alaraq şahidlər Şahid1 və Şahid2 ifadələrini qeyri-səmimi hesab etməklə bərabər onların həqiqiliyinə şübhə ilə yanaşır. Məhkəmə hesab edir ki, iş üzrə olan iki şahid ifadəsi bir-biri ilə uyğun gəlməyərək ziddiyyət təşkil etdiyindən onlara mötəbər, obyektiv və qərəzsiz sübut növü kimi yanaşıla bilinməz və bu səbəbdən hazırki iş üzrə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın irəli sürülməsində sübut növü kimi istifadə edilə bilinməz. Belə olan halda həmin şəxslərin iş materiallarında olan şahid ifadələrinin sübuti əhəmiyyəti olmayan sübut kimi qiymətləndirilərək sübutlar siyahısından xaric edilməsi üçün əsasdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iş üzrə şahid qismində ifadə vermiş T.Mustafayev və R.İsmayılova təqsirləndirilən şəxsin yaxın qohumları (biri anası, digəri dayısı) olmasına baxmayaraq, onların ifadələri həqiqəti əks etdirir, obyektiv və qərəzsizdir, ona görə iş üzrə əhəmiyyətli halların müəyyən edilməsində mötəbər sübut kimi nəzərə alınmalıdır. Belə ki, həmin şəxslərin ifadələrində bildirdikləri halların hər biri onlar tərəfindən maddi sübut kimi təqdim edilmiş DVD disklərdə olan məlumatlarla, həmçinin də məhkəmənin sorğusu əsasında əldə edilmiş mobil operatorlardan alınmış məlumatlarla öz təsdiqini tapır. İbtidai istintaq orqanın mötəbər sübut qismində istinan etdiyi digər sübut növü 14 dekabr 2022-ci il tarixli, saat 12:05-dən saat 12:25-dək keçirilmiş “şəxsi axtarış və götürmə aparılması”ndan ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Belə ki, iş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 dekabr 2022-ci il tarixli, protokoldan görünür ki, şəxsi axtarış və götürmə əməliyyat müvəkilləri Şahid2 və Şahid1 iştirakları ilə saat 12:05-də başlanmış və saat 12:25-da başa çatmışdır. Halbuki, "xxxx" MMC tərəfindən təqdim edilmiş məlumatlara əsasən Şahid1 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun anten məlumatları onun 14 dekabr 2022-ci il tarixdə, saat 11:33-dən 14:33-dək “Bakı şəhəri Badamdar şossesi 31, ARPİİ Avtomobil parkının damı”/Sabail/40.35xx/xx.8103” anten ünvanında olmasını yəni DİNnin Baş narkotiklərlə mübarizə idarəsinin ünvanında olmasını göstərmişdir. Bundan başqa “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətini özündə əks etdirən diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “Şəxsi axtarış Nurlan” adlı videofayl 14 dekabr 2022-ci il tarixdə, saat 17:40-da yaradılmışdır. Göstərilən bu hal özü şəxsi axtarış və götürmə aparılmasına dair istintaq hərəkətinin aparılması zamanı qanunvericiliyin tələblərinin pozulmasının, qeyd olunan protokolun formal şəkildə tərtib edilməsinin göstəricisidir. Belə ki, AR CPM-nin 247.1.1-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxtını əks etdirən protokol tərtib edilir. Bununla yanaşı, şəxsin axtarış və götürmə aparılması haqqında protokolda “Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması”na dair qərarla tanış edildiyi, onun üzərindən çıxan həmin maddənin xx.xx.2022-ci il tarixdə səhər saatlarında alması, üzərində daşıyaraq xx.xx.2022-ci il tarixdə saat 11:10 dəqiqədə polis əməkdaşları tərəfindən ünvan 21 ünvanının qarşısında saxlanıldığını” bildirməsi göstərilsə də, şəxsi axtarış və götürməni özündə əks etdirən və məhkəmə istintaqı zamanı baxış keçirilən diskdəki görüntülərdən aydın olur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə zamanı ümumiyyətlə belə bir xüsusatı göstərmir və o, sözügedən qərarla tanış edilmir. Bundan savayı, DVD diskə baxış zamanı açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş əşya olması soruşulan zaman o, ilkin olaraq hər iki əli ilə əynindəki şalvarının ciblərini üstdən yoxlayır və bir neçə saniyə sonra sağ cibindən bir ədəd bükümü çıxarıb stolun üstünə qoyur. Bu hal onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs hansı cibində nəyin olmasını bilmir və ya əmin deyil yaddan çıxarıb, özünə əmin olmaq üçün ilkin olaraq ciblərini yoxlayır (baxmayaraq ki, ifadəsində həmin maddəni bir neçə gün bundan qabaq almasını və üzərində daşıması qeyd edilir). Həmin diskdəki görüntülərə baxış zamanı, həmçinin məhkəmədə Təqsirləndirilən şəxs cavablarının sanki əzbərlənmiş cavablar olması təəssüratı yaranmışdır. Eyni zamanda, sözügedən protokolun məzmunundan görünür ki, həmin Protokolda götürülmüş əşyanın fərdi əlamətləri konkret olaraq ölçüsü və çəkisi göstərilməmişdir, bu barədə də heç bir qeyd aparılmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-in 247.1.9-cü maddəsinə əsasən, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir olunmalıdır. Digər tərəfdən məhkəmə hesab edir ki, ittihamın əsasını təşkil edən iş üzrə digər bir sübut 14 dekabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında protokol” və qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntü şahidlər Şahid2 və Şahid1 bilavasitə iştirakı ilə aparıldığına görə protokolun və ona əlavə olunmuş görüntünün mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, adı çəkilən şahidlərin ifadələri ziddiyyətli olmaqla (Şahid1 bildirir ki, əməliyyat axtarış tədbirləri birgə aparılmışdır və Şahid2 də orada iştirak etmişdir, halbuki, E.Əkbəri deyilənləri təkzib edir) biri-birlərinə uyğun gəlmirlər, Şahid1 göstəridiyi xüsusatlar iş materiallarında olan digər sübutlarla tam təkzib olunur. Yuxarıda sadalanan halların hər biri iş üzrə sübut kimi qiymətləndirilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilməsinə dəlalət etməklə həmin sübutun da mötəbərliyini şübhə altına alır. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 6/7040 nömrəli rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə iş üzrə sübut kimi qiymətləndirilmiş şahid ifadələrinin sübuti əhəmiyyətini itirdiyini, şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyini, həmin protokolda istintaq hərəkətinin aparılması vaxtının formal göstərildiyi halda göstərilən bu halların sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə imkan vermir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 mart 2023-cü il tarixli, 1482 saylı rəyi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 01 mart 2023-cü il tarixli, 1482 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs səmimilik göstərərək əvvəllər kannabis istifadə etdiyini, lakin sonradan Narkoloji dispanserdə müalicə olunduğunu, 2022-ci ilin avqust ayının 1-dən yəni müalicəsi başa çatdıqdan sonra həmin maddədən istifadə etmədiyini bildirmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi yuxarıda qeyd edilən sübut təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetaminin əldə edib saxlamaqla daşımasını təsdiq edən sübut deyildir, həmin sübut yalnız təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyinin, onun müalicəyə ehtiyacının olub-olmamsını müəyyən edən sübutdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X9 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, iş üzrə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra həmin psixotrop maddə metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməli, maddi sübut kimi saxlanılan psixotrop maddə metamfetaminin qalıq miqdarı araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 08 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(004)- 238/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 1,747 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilsin, maddi sübut kimi saxlanılan 1,647 qram psixotrop maddə metamfetaminin araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat pul dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk, müdafiə tərəfindən təqdim edilmiş 03 ədəd “DVD” disk, məhkəmə istintaqı zamanı əldə edilmiş anten məlumatları özündə əks etdirən 04 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar