Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-238/2024 28.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X23, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri “Kredo” vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə təqsirli bilinib barəsində 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası seçilmiş, işləməyən, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1976-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 mart 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu X21 ev 2, mənzil 37 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs5 məxsus dəyəri 350 manat olan bir ədəd “Blast 29” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 aprel 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu X21 ev 13, mənzil 33 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs6 məxsus dəyəri 450 manat olan bir ədəd “Odidasa 29” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 aprel 2023-cü il tarixdə gecə saatlarında Yasamal rayonu X21 ev 18, mənzil 6 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs7 məxsus dəyəri 450 manat dəyərində bir ədəd “Odidasa 29” markalı və bir ədəd dəyəri 450 manat dəyərində “Crolan 29” markalı velosipedləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 aprel 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu X21 ev 11, mənzil 33 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs2 məxsus dəyəri 150 manat olan bir ədəd göy “Stelss 20” markalı velosipedi və dəyəri 180 manat olan bir ədəd yaşıl rəngli “Toba” markalı velosipedi gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 aprel 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu X21 ev 2, mənzil 69 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs1 məxsus dəyəri 320 manat olan bir ədəd “Toprider 611 26” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 aprel 2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, X21 ev 26, mənzil 51 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs4 məxsus dəyəri 350 manat olan bir ədəd “Saft 24” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 aprel 2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu X21 ev 16, mənzil 40 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs3 məxsus dəyəri 1200 manat olan bir ədəd “Forward Hardi” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 aprel 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu X21 ev 14, mənzil 57 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs8 məxsus dəyəri 400 manat olan bir ədəd “Toba 207-26” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, 11 aprel 2023-cü il tarixdə günorta saatlarında satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda cinayət yolu ilə əldə etdiyi 2 ədəd velosipedlərin qarşılığında tanışı X3 təmiz çəkisi 0,758 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə Yasamal RPİ-nin 28-ci PBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 23:15 dəqiqədə oğurluq hadisələrinin törədilməsində şübhəli qismində ünvan 11 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd çöl hissəsi ağ içi göy rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,758 qram olan tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 mart 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu X21 ev 2,mənzil 37 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs5 məxsus dəyəri 350 manat olan bir ədəd “Blast 29” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 aprel 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu X21 ev 13, mənzil 33 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs6 məxsus dəyəri 450 manat olan bir ədəd “Odidasa 29” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 aprel 2023-cü il tarixdə gecə saatlarında Yasamal rayonu X21 ev 18, mənzil 6 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs7 məxsus dəyəri 450 manat dəyərində bir ədəd “Odidasa 29” markalı və bir ədəd dəyəri 450 manat dəyərində “Crolan 29” markalı velosipedləri gizli olaraq talamaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 900 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 aprel 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu X21 ev 11, mənzil 33 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs2 məxsus dəyəri 150 manat olan bir ədəd göy rəngli “Stelss 20” markalı velosipedi və dəyəri 180 manat olan bir ədəd yaşıl rəngli “Toba” markalı velosipedi gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 330 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 08 aprel 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu X21 ev 2, mənzil 69 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs1 məxsus dəyəri 320 manat olan bir ədəd “Toprider 611 26” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 09 aprel 2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu X21 ev 26, mənzil 51 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs4 məxsus dəyəri 350 manat olan bir ədəd “Saft 24” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 Əjdər oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 aprel 2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu X21 ev 16, mənzil 40 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs3 məxsus dəyəri 1200 manat olan bir ədəd “Forward Hardi” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 10 aprel 2023-cü il tarixdə axşam saatlarında Yasamal rayonu X21 ev 14, mənzil 57 ünvanın ümumi istifadədə olan zirzəmisində trosla pilləkənin dəmir barmaqlığına bağlanmış Zərərçəkmiş şəxs8 məxsus dəyəri 400 manat olan bir ədəd “Toba 207-26” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, üzərində narkotik olmayıb, narkotiki özləri qoyub. Onlar 8-ci ayda Kürdəxanıya gediblər, başqa müstəntiq gəlib, onları qapıda qarşılayıb, aparıb, yenidən işlərinin içindən iş açıb, prokuror deyib ki, 1650 manatı ödəsin buraxacaqlar. Orda cəmi 3 epizoddur. Cəmi 3 velosiped aparmışdı, bağlı şəraitdə olmayıb. Narkotikdə özünü təqsirli bilmir. İstintaqda cibinə qoydular deyə boynuna aldı. Necə razılaşmaya bilərdi, bölmədə, cırıq cibinə gətirib kağıza narkotik qoydular. O, özünü narkotikdə təqsirli bilməmiş, narkotiki onun cibinə qoyublar. İstintaqda təsir altında olmuş, elə ifadə vermişdir. Velosipedlərin 2-ni qaytarmış, qaytarmamışdan qabaq Elmana satmışdı. Velosipedlərin 2-ni Elmana satmışdı, 50 manat pul almışdı, 3-cünü başqa yerə satmışdı, tanımadığı şəxsə. Apardı dedi satıram, yol ilə keçən adam idi, onu da 70 manata verdi. 50 manata satdıqları balaca idi. Velosipedlərin haradan olduğunu soruşmuşdu alan adam, demişdim ki, dostu verib. Özü velosiped sürə bilir, amma bunlar balaca idi, böyüyü sürə-sürə apardı. O, narkotiklə rəsmiləşdirməmişdən 4-5 gün qabaq velosiped götürmüşdür. O MİDA-dan cəmi 3 dənə velosiped götürmüş, dəqiq tarix yadında deyil. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, biryerdə gedib gətiriblər velosipedləri, aparıb satıblar. O, oğurlamamışdır. Biryerdə satdıqlarına görə özünü oğurluqda təqsirli bilir. Roman deyib 2 ədəddir, gedib adama birini gətirsinlər, tək gətirə bilmir. Heç o, oğurluq olduğunu bilmir, gedib adama bir ədəd gətiriblər. O, binaya getməmişdir, başqasının velosipedini götürməmişdir. O, heç velosipedin oğurluq olduğunu bilməmişdir. O parkda idi, yanına Roman gəlib, deyib ki dostu verib, almışdır. Roman iki dəfə velosped gətirib, o bilməmişdi haradandır. Romanın narkotik vasitə aludəçisi olmağından xəbəri olmayıb. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, polis orqanlarına ifadə vermişdir, təsdiqləyir, velosipedi də qaytarıb veriblər, şikayəti yoxdur. Oğurlanan gün polis orqanlarına müraciət etmişdir. Hadisə keçən il aprel ayında günün ikinci yarısında olmuşdu, velosipedi trosla bağlamışdır blokda-MİDA, X5 bina 2, mərtəbə 9, mənzil 69-da. Uşaq velosipedi bağlayıb çıxmışdı, sonra o, çıxıb ki, tros kəsilib, velosiped aparılıb. Kamera görüntüləri də var idi, polisə təqdim edib, özü də müraciət etmişdir. Polis müəyyən edib kimin oğurladığını görüntülərə əsasən. Hazırda təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, təqribən mart-aprel ayları idi. Oğluna aid velosiped eyvandan götürülmüşdür. Videogörüntüləri polisə təqdim etmişdirlər. O videogörüntüləri dəqiq izləməmişdir. Oradan ancaq 2 şəxsin bloka daxil olması görünür. 2 nəfər idilər. Bir nəfər girişdə gözləyirdi, digəri isə içəri daxil olur və velosipedi götürür. İstintaq zamanı hazırkı məhkəmə iclasındakı təqsirləndirilən şəxslərlə üzləşməmişdir. Videogörüntü polisə təqdim edildikdən sonra, ona hər hansı məlumat verilməmişdir. Oğurluq edən şəxslərdən şikayətçidir. Ancaq oğruların hazırki təqsirləndirilən şəxslər olduqlarını deyə bilməz. Velosipedin olmamasını 1 gündən sonra bildi. Üzərindən 1 ilə yaxın zaman keçdiyindən o, oğurluq edən şəxslərin yaşları ilə bağlı da heç nə deyə bilmir. İçəri girən şəxs başıaşağı vəziyyətdə olduğundan tam simasını görə bilmədi. Şikayətçidir. Ona dəymiş ziyan ödənilməyib. Velosipedin qiyməti 200 manat civarında idi. O, polis idarəsinə cəmi bir dəfə getmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X2 şəklində oğurluq ediblər. Özü keçmiş əməkdaşdır və bunu çox araşdırmışdır. Yerlərinə qədər bilir. Ona dəyən ziyan ödənilməyib. Həttə təqsirləndirilən şəxsin özünə aid ləqəbi da var. 10 gün dalbadal hər gün velosiped oğurlayıblar. Onların binası, arxasınca qonşu bina, daha sonra yanındakı bina. Hamısının görüntüləri var. Videoları müstəntiqə və əməliyyat-axtarışın əməkdaşlarına təqdim etmişdir. Görüntülər əsasında oğruların məhz bu şəxslər olduğunu bilmişdir. İçəri keçmək üçün başqa sakinin binaya daxil olmasından istifadə edirlər. Qapı bağlananadək sanki bu şəxslər də orada yaşayırmış ki, qapıdan keçən sakindən qapını tutmasını xahiş edir, sonra içəri daxil olurlar. Sonra da velosipedi öz malı kimi götürür gedir. Təqsirləndirilən şəxslərdən biri qapını saxlayır, digəri isə içəridə “icraat”la məşğul olur. Bu şəxslər burada yaşamışdır və binaları, ətrafı çox yaxşı tanıyırlar. Şəxslərdən biri dərzi işləmişdir. Gözəl əl qabiliyyəti olmuşdur. Ondan 2 velosiped aparıblar. Velosipedin üzərində “bluetooth” və məsafəölçən olmuşdur. Heç biri qaytarılmayıb. O şikayətçidir. Velosipedləri 20 Yanvar ərazisində rayona işləyən maşınlara satmışlar. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, gecə saat 1-in yarısı olardı. Mida 14-cü bina 7-ci mərtəbə 57-ci mənzildə yaşayır. Evdə usta var idi. Ustanı yola saldığı 15-20 dəqiqə olardı. Qapını açanda velosipedin orada olmadığını görmüşdür. Təzə velosiped idi. Şikayətçidir, amma kiminsə boynuna ata bilməz, çünki oğruları görməmişdir. Zərərin ödənilməsini istəyir. Lakin tutulmalarını istəmir. Ödəyə bilərlərsə, çox yaxşı, lakin ödəyə bilmirlərsə, o, pulu onlara bağışlayır. Hazırda təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o da İlahə xanım yaşadığı bloka uyğun yaşayır, 16-cı bina, 3-cü mərtəbədə, 40-cı mənzil. Əgər dəyərli əşya olmasa, şikayət eləməzdi. Lakin velosipedin dəyəri 1200 manatdır. Pilləkənin yanında dəmir zəncirə bağlı qalmışdı. 10 aprel tarixi idi. İşdən evə qayıdanda velosipedin aparıldığını, zəncirin də qırıldığını görmüşdür. Zənciri kimsə küt alətlə kəsib, yuxarı mərtəbəyə atmışdı. 102 polis xidmətinə zəng edib. Sahə müvəkkili yaxınlaşıb. Ərizə yazıb, sonra da məhkəməyə çağırılmışdır. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Yarısı belə ödənilsə, razıdır. Təqsirləndirilən şəxsləri görməsə də, onlara görə bura çağırılmışdır. Təqsirləndirilən şəxslər dövlət orqanı tərəfindən müəyyən olunub, o da istintaqa güvənir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçi deyil. Dəymiş zərəri bağışlayır. Onlardan şikayəti yoxdur. Nəzərə almağı xahiş edir. Müvafiq ərizəni təqdim edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ildə çoxlu çağırışlar olub. Tutduqdan sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X10 polis şöbəsinə gətiriblər. Aydın olub ki, uzun müddət narkotik vasitə aludəçisi olmuşlar. Üzərilərinə baxış keçirilib. İstintaq ifadəsini təsdiq edir. Şəxsləri saxlamamışdan qabaq narkotik vasitə istifadəçi olduqlarını bilirdi. Əvvəllər çox saxlanılıb. Barəsində müəyyən tədbirlər görülüb. Saxlayanda tək idilər. Saat 23:00 radələri olardı. Hadisədən 1 il keçmişdir. Şəxslər özlərini sakit aparmışdır, onlara təzyiq olmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlarda velosipedlə bağlı oğurluq işləri çox idi. Keçən il aprel ayında hazırkı təqsirləndirilən şəxsləri tutublar. Onlar velosipedləri oğurladıqlarını və narkotik istifadəçisi olmalarını səmimi etiraf ediblər. Heç bir təzyiq olmayıb. Özləri narkotiki üzərilərindən çıxardıblar. Döyülmə və ya hər hansı təzyiq olmayıb. Hər hansı civə maddəsi söhbəti olmayıb. Şəxsləri saxlamamışdan qabaq narkotik vasitə istifadəçi olduqlarını bilirdi. Romanın hansı cibində, dəqiq nə olduğu təfərrüatı ilə yadımda deyil. Elmanın hadisədən əvvəl, ya sonra tutulması yadında deyil. Bu şəxsi (Təqsirləndirilən şəxs1) birinci dəfədir ki, görür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 üzərində axtarış və götürməni o həyata keçirmişdir. Təqsirləndirilən şəxsin üzərindən narkotik çıxıb. Ondan sonra isə material üzrə çox iş görülüb. Narkotik maddə götürülürək, qablaşdırılmışdır. Daha sonra ekspertiza təyin edilmişdir. Bəli, videodisk iş materiallarında olmuşdur. Bəli, videoçəkiliş zamanı təqsirləndirilən şəxs narkotik vasitəni boynuna almışdır. Axtarış və götürmə aparılan şəxs hazırkı zalda olan təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs yalan danışır, bütün proses və çəkiliş tam qanuni aparılmışdır. Müvafiq protokol normaları gözlənilmişdir. Əməliyyat müvəkkilləri tərəfindən baxış keçirilən zaman protokol tərtib edilməmişdir. Lakin raport var. Baxışı əməliyyat müvəkkili keçirmir. Təqsirləndirilən şəxs2ı əməliyyat müvəkkiləri gətirmişdir. Gətirdikdən sonra onun iştirakı ilə baxış keçirildi. Üzərindən dəqiq nə çıxdığını xatırlamır, ondan sonra 100-dən çox baxış keçirmişdir. Ancaq dəqiq narkotik maddə idi. Vəkil şəxs gətirildikdən 15-20 dəqiqə sonra binada oldu. Vəkil qurumu yaxında yerləşir. Bəli, vəkillə konfidensial söhbət üçün təqsirləndirilən şəxsə şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və vəkili xidməti otaqda söhbət aparmışlar. Şəxsi axtarış telefon ilə çəkilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. Mahiyyəti üzrə bildirmək istəyir ki, övladlarının onurğalarında yaranmış problemlə əlaqədar həkim məsləhəti ilə təxminən 7 ay əvvəl Qaradağ rayonu Sədərək ticarət mərkəzində dəyəri 100 manat olan bir ədəd göy rəngli velosiped və dəyəri 150 manat olan bir ədəd yaşıl rəngli velosiped almışdır. Gündəlik övladları velosipedləri sürdükdən sonra o velosipedləri mənzilin giriş hissəsində olan dəmir barmaqlıqlara bağlayır. 07 aprel 2023-cü il tarixdə saat 18 radələrində eyni qaydada velosipedləri mənzilin giriş hissəsində olan dəmir barmaqlıqlara tros vasitəsi ilə bağlamışdır. 08 aprel 2023-cü il tarixdə saat 12 radələrində yaşadığı mənzildən çıxarkən daha öncədən mənzilin giriş hissəsinə dəmir barmaqlıqlara tros vasitəsi ilə bağladığı iki ədəd velosipedlərin yerində olmadığını aşkar etmişdir. O isə dərhal övladlarından velosipedlərin yerində olmadığı barədə məlumat aldıqda onlar velosipedləri dünən axşam gördüklərini bildirmişlər. Daha sonra o əvvəlcə DİN-nin 102 zəng xidmətinə, daha sonra isə Yasamal RPİ-nin 28-ci PB-nə bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi zamanı ona ümumilikdə 250 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. Mahiyyəti üzrə bildirmək istəyir ki, təxminən 1 il əvvəl övladı üçün dəyəri 350 manat olan bir ədəd yaşıl rəngli “Saft 24” markalı velosiped almışdır. Gündəlik övladı velosipedləri sürdükdən sonra o velosipedi mənzilin giriş hissəsində olan dəmir barmaqlıqlara bağlayırmış. 07 aprel 2023-cü il tarixdə eyni qaydada velosipedi mənzilin giriş hissəsində olan dəmir barmaqlıqlara tros vasitəsi ilə bağlamışdır. 09 aprel 2023-cü il tarixdə saat 01 radələrərində evə gələn zaman velosiped daha öncə bağladığı yerdə görmüşdür. Həmin tarixdə saat 15 radələrində işə gedərkən yaşadığı mənzil çıxarkən daha öncədən mənzilin giriş hissəsinə dəmir barmaqlıqlara tros vasitəsi ilə bağladığı velosipedin yerində olmadığını aşkar etmişdir. O isə dərhal övladından velosipedin yerində olmadığı barədə məlumat aldıqda onlar velosipedi dünən axşam gördüyünü bildirmişlər. Daha sonra mən əvvəlcə DİN-nin 102 zəng xidmətinə, daha sonra isə Yasamal RPİ-nin 28-ci PB-nə bu barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 350 manat maddi ziyan dəymişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6897 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilməyən 2 ədəd “Odidasa 29” markalı velosipedin hər biri 190 manat olmaqla 380 manat, 1 ədəd “Toprider 611 26” markalı velosiped 200 manat, 1 ədəd “Saft 24” markalı velosiped 130 manat, 1 ədəd “Toba 207 - 26” markalı velosiped 180 manat, 1 ədəd “Forward Hardi 26” markalı velosiped 250 manat, 1 ədəd “Stels 20” markalı velosiped 115 manat, 1 ədəd “BMX 16” markalı velosiped 70 manat, 1 ədəd “Blast 29” markalı velosiped 350 manat təşkil edir. Beləliklə ekspertiza təyini haqqında qərarda göstərilən velosipedlərin 2023-cü ilin aprel ayına olan orta bazar qiymətləri ilə ümümi dəyəri nəzəri qaydada təxminən 1675,00 manat müəyyən olunur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2150 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №167” dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs2 ...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,758 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 2484 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər onlara qarşı elan edilmiş ittihamda özlərini qismən təqsirli bilsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxslərin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə irəli sürülmüş ittihama görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 mart 2023-cü il, 03 aprel 2023-cü il, 08 aprel 2023-cü il, 09 aprel 2023-cü il və 10 aprel 2023-cü il tarixlərində Zərərçəkmiş şəxs6 450 manat, Zərərçəkmiş şəxs1 320 manat, Zərərçəkmiş şəxs4 350 manat, Zərərçəkmiş şəxs8 400 manat, Zərərçəkmiş şəxs3 1200 manat, Zərərçəkmiş şəxs2 330 manat, Zərərçəkmiş şəxs7 900 manat, Zərərçəkmiş şəxs5 350 manat ziyan vurmaqla oğurluq etmişlər. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/6897 nömrəli rəyinə əsasən 2 ədəd “Odidasa 29” markalı velosipedin hər biri 190 manat olmaqla 380 manat, 1 ədəd “Toprider 611 26” markalı velosiped 200 manat, 1 ədəd “Saft 24” markalı velosiped 130 manat, 1 ədəd “Toba 207 -26” markalı velosiped 180 manat, 1 ədəd “Forward Hardi 26” markalı velosiped 250 manat, 1 ədəd “Stels 20” markalı velosiped 115 manat, 1 ədəd “BMX 16” markalı velosiped 70 manat, 1 ədəd “Blast 29” markalı velosiped 350 manat təşkil edir. Beləliklə ekspertiza təyini haqqında qərarda göstərilən velosipedlərin 2023-cü ilin aprel ayına olan orta bazar qiymətləri ilə ümümi dəyəri nəzəri qaydada təxminən 1675,00 manat müəyyən olunur. İstintaq orqanı ekspertin rəyini aldığı halda əsassız olaraq zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın miqdarını məhz sonuncular tərəfindən verilmiş ifadələr əsasında müəyyən etmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanın miqdarının müvafiq ekspert rəyində göstərildiyi kimi müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. İş materiallarında olan Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun sürətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 234.1ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 üzərinə xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Faiq Süleymanov tərəfindən axtarış və götürmə keçirilərək videoçəkiliş qeydə alınmış, 1 ədəd DVD diskə köçürülərək barəsində toplanmış materiala əlavə edilərək Yasamal RPİ-nin İstintaq Şöbəsinə təqdim edilmişdir. Odur ki, qeyd edilən DVD diskinin yenidən bərpası mümkün olmamışdır. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə protokoluna əsasən Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çöl hissəsi ağ, iç hissəsi göy rəngli siqaret kağızına bir ədəd bükülünü içərisində narkotik vasitə heroini çıxarıb təqdim etdi. Şəxsi axtarış və götürmə hərəkəti aparılarkən çəkiliş yazan “İ phone 13” markalı mobil telefondan istifadə edildi. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “videoyazıya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİnin 28-cı PB-nin xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Faiq Süleymanov, Təqsirləndirilən şəxs2 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt Təqsirləndirilən şəxs2, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çöl hissəsi ağ, iç hissəsi göy rəngli siqaret kağızına bir ədəd bükülünü içərisində narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoydu. Sorğu zamanı bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirdi və ondan aşkar edilərək götürülmüş narkotik vasitə heroini X3 oğurladığı iki ədəd velosipedin qarşılığında aldığını bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Beləliklə, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs2 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd diskin hazırda cinayət işinin materiallarında olmaması təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan 12 aprel 2023-cü il tarixli Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə protokolu, xx.xx.2023-cü il tarixli “videoyazıya baxış keçirilməsi haqqında” protokol, Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunun sürəti və şahid X4 ifadəsi ilə müəyyən edilir ki, 12 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə Azərbaycan Respublikası CPM-nin 242-247-ci maddələrinin tələblərinə uyğun keçirilmiş, hər hansı prosessual pozuntuya yol verilməmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Həsənov X6 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs2 cəzasının xx.xx.2023-cü il tarixə 05 ay 16 gününü çəkmiş, çəkilməmiş hissəsi 02 il 08 gün təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilir ki, hazırda məhkum Təqsirləndirilən şəxs2 02 il 08 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə çəkilməmiş cəzası qalmışdır. Bununla da Təqsirləndirilən şəxs2 çəkilməmiş həmin cəzası nəzərə alınmaqla, ona Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Hazırkı vaxtadək həbsdədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Hazırkı vaxtadək həbsdədir. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Həmçinin iş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs6 təqdim etdikləri ərizə və məhkəmədə verdikləri ifadələrdən görünür ki, vurulmuş maddi ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur, barışıq əldə olunmuşdur. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2006cı il təvəllüdlü X12, xx.xx.2011-ci il təvəllüdlü X17, xx.xx.2014-cü il təvəllüdlü X11 və xx.xx.2019-cu il təvəllüdlü X19 adlı uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində 4 uşağının olmasını və ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2001ci il təvəllüdlü X13 və xx.xx.2003-cü il təvəllüdlü X14 adlı övladları var, həmçinin o, ikinci qrup əlildir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, ailəli olmasını və himayəsində 2 övladının olmasını, vurulmuş maddi ziyanın qismən ödənilməsini, həmçinin 2-ci qrup əlil olmasını (şəxsin bir gözü yoxdur) cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, maddi sübut kimi tanınmış 03 (üç) ədəd velosipedin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək, Azəraycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və Azəraycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2ci maddələri ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hesabı ilə müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 1(021)-25/2022 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin 1 (bir) gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (1 il 4 gün azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 01 (bir) il 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə məhkəmə məsrəfi kimi məhkəmə-kimyəvi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 istintaq zamanı həbsdə olduğu 14 may 2023-cü il tarixdən 28 oktyabr 2024-cü il tarixədək olan 1 (bir) il 5 (beş) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaq hesabı ilə 02 (iki) il 10 (on) ay 28 (iyirmi səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 2 (iki) ədəd velosipedin və Zərərçəkmiş şəxs1 1 (bir) ədəd velosipedin qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,708 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi kimi məhkəmə-əmtəəşünaslıq ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 50 manat (əlli manat) təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən həmin məbləğin yarısı olmaqla, hər birindən bərabər məbləğdə pul tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 480 (dörd yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-238/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-238/2024
28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver