Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-239/2020 25.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X9, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan,barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Yasamal rayonu “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan “Miri” adlı şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində ümumi təmiz çəkisi - 1,070 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bükümü 20 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 12:30-da Bakı şəhəri Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi ev 2-nin qarşısında Azerbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPl-nin 27-ci Polis bölməsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçrilərkən eynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin 01 ədəd gümüşü rəngli kağız bükümə bükülmüş içərisində ümumi təmiz çəkisi – 1,070 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər heç bir yerdə işləməmişdir. Təxminən 30 ildir narkotik vasitə istifadəçisi olduğundan bədənində ağrılar olan zaman narkotik vasitə heroin inyeksiya yolu ilə qəbul etdiyini bildirmişdir. Elə buna görə də o, 3 dəfə məhkumluq həyatı yaşamışdır. İlk dəfə 2007-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş və 2009-cu il tarixdə həbsdən azadlığa buraxılmışdır. İkinci dəfə 2010-cu ildə Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum edilmiş, 2014-cü ildə cəzasının sonu ilə azadlığa buraxılmışdır. Üçüncü dəfə 2018-ci ildə Yasamal Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmiş, 2019-cu il ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə cəzası 02 ay 08 gün müddətinə endirilmiş, o, həbsdən vaxtından əvvəl azad edilmiş və 2020-ci ilin yanvar ayında şərti cəza müddəti başa çatmışdır. O, azadlığa çıxdıqdan sonra isə narkotik vasitə heroin istifadə etmişdir. X7 uşaqlıqdan tanımış, onunla dostluq münasibəti olmuş, bir məhəllədə böyümüşlər, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Mirzə də narkotik vasitə heroin istifadə etmiş, birlikdə bir neçə dəfə narkotik vasitə qəbul etmişlər. Mirzə elə vaxt olmuşdur ki, ona narkotik vasitə olan heroini pay kimi vermiş, yəni onlar birlikdə narkotik vasitə heroin istifadə etmişlər. xx xxx 2020-ci il tarixdə təxminən saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Kubinka” adlanan ərazidə olarkən əvvəllər tanımadığı “Miri” adlı şəxsdən 20 manata təxminən 1 qram narkotik vasitə olan heroin şəxsi istifadəsi üçün almışdır. O, narkotik vasitə heroin alıb yaşadığı evə tərəf piyada gedən zaman, yəni xx xxx 2020-ci il tarixdə təxminən saat 12:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmedbəyov küçəsi ilə hərəkət edərək yaşadığı 2 saylı evin qarşısında ona mülki geyimli üç nəfər şəxs yaxınlaşıb, xidməti vəsiqələrini ona göstərməklə özlərini təqdim edib polis əməkdaşları olduqlarını ona bildirmişlər. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək, Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis bölməsinin inzibati binasına getmişdir. Polis bölməsində xidməti otaqların birində müdafiəçi dəvət edilərək ona təqdim olunmuş, şübhəli şəxs qismində tutulduqdan sonra ona şübhəli şəxsin hüquq və vəzifələri izah edilmişdir. Xidməti otaqda polis əməkdaşları ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişlər. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində daşınması qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə olub-olmaması soruşulmuş və təqdim etməsi təklif edilmişdir. O isə əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroin kimi bildiyi maddəni çıxardaraq təqdim etmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı o, həmin maddənin narkotik vasitə olduğunu qeyd etmişdir. Həmin maddəni polis əməkdaşları tərəfindən saxlandıqdan öncə “Kubinka” adlanan ərazidən “Miri” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş həmin gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə olan heroinə oxşar maddə bir ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzəri və tərtib edilmiş protokol o və digər iştirakçıları öz imzasını çəkmişdir. Onun üzərinə şəxsi axtarış və götürmə aparılarken “Samsung” markalı mobil telefondan istifadə edilərək video çəkilmişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini öz istifadəsi üçün almışdır. O, “Miri” adlı şəxsi sadəcə olaraq üzdən tanıdığını, onun adı, soyadı və ata adını bilmədiyini, harada yaşadığını bilmədiyini, onun mobil telefon nömrəsini bilmədiyini, sadəcə olaraq “Kubinka” adlanan ərazidə olarkən onunla rastlaşdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən tutulduğu və üzərinə şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir formada təziq olmamış, yəni onu heç kəs döyməmişdir. Bundan başqa nə Yasamal rayonu, nə də başqa yerlərdə heç bir cinayət törətməmişdir. Mirzənin onun məhəllə uşağısı olduğunu, üzərindən aşkar edilmiş narkotik vasitə heroini Mirzədən almadığını, narkotik vasitə heroini “Miri” adlı şəxsdən aldığını bildirmişdir. Miri adlı şəxs isə Mirzə deyildir. Lakin, Mirzə ona pay olaraq tutulmamışdan bir gün əvvəl heroin vermiş, onlar həmin heroini birlikdə istifadə etmişlər. xx xxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində o, Mirzənin, yaşadığı evə gəlmiş ayağından ağrı tutduğundan ondan narkotik vasitə istəmişdir. Mirzə isə ona demişdir ki, “narahat olma məndə heroin var, gəl birlikdə bişirib vuraq”. Bundan sonra onlar birlikdə narkotik vasitə heroini hazırlayıb bir hissəsini Rəfail və bir hissəsini isə o, istifadə etmişdir. Sonra isə o, yaşadığı evə getmişdir. Üzərindən aşkar edilmiş və X5 üzərindən aşkar edilmiş narkotik vasitələrin məhkəmə-kimyəvi ekspertizası rəyinə görə eynilik təşkil etməsi barədə heç bir söz deyə biləyəcəyini bildirmişdir. Bir daha bildirmişdir ki, ona narkotik vasitə heroini dostu Mirzə satmamış, “Kubinka” adlanan ərazidən tanıdığı “Miri” adlı şəxs satmışdır. Mirzə onun dostu olduğundan bədənində ağrılar olan zaman Mirzə ona təmənnasız olaraq narkotik vasitə olan heroin vermişdir. Onunla yaxşı münasibəti olmuşdur. Törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin x.m.i.ü baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla heç bir düşmənçilik və ya ədavəti olmamışdır. xx xxx 2020-ci il tarixdə icraatına 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroini qanunsuz olaraq eldə etməsi, üzərində gəzdirərək daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədi ilə tərəfindən Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə məruzə edildikdən sonra müvafiq olaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, baş idarə rəhbərliyinin əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü təyin edilmiş, həmçinin baş idarənin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid2 və əməliyyat müvəkili, polis mayoru Şahid3 qrup üzvü təyin edilərək qrupa daxil edilmişlər. Bundan başqa, tərəfindən əməliyyat qrupunun təşkil edilməsinə dair müvafiq protokol tərtib edilmiş və qrup üzvləri protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qəbul edilmiş qərarın qanuni hesab edilməsi üçün Yasamal rayon məhkəməsinə müraciət edilmiş və Yasamal Rayon Məhkəməsi tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qəbul edilmiş qərar qanuni hesab edilmişdir. xx xxx 2020-ci il tarixdə saat 12:30-da ünvan 3 ünvanının qarşısında olarkən o və qrup üzvləri zahiri görünüşü “Təqsirləndirilən şəxs”-na oxşayan şəxsi görüb dərhal ona yaxınlaşaraq xidməti vəsiqələrini görsədib özlərini ona təqdim etmişlər. Bundan sonra həmin şəxsin şəxsiyyətinin dəqiqləşdirilməsi məqsədi ilə ad, soyad və ata adı soruşulmuşdur. Həmin şəxs özünü 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etdikdə onlar ona qanunsuz olaraq narkotik vasitə heroin eldə etməkdə, üzərində gəzdirərək daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Yasamal RPlnin 27-ci Polis bölməsinə dəvət etmişlər, özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs Yasamal RPİ-nin 27-ci Polis bölməsinin inzibati binasına gəlməyə etiraz etmədiyindən birlikdə Polis bölməsinə gəlmişlər. Polis bölməsində tərəflərindən saxlanılan şəxsin həqiqətən 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs maddi vəziyyəti yaxşı olmadığından onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə dövlət hesabına müdafiəçi dəvət edilərək ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun müdafiəçisi Müdafiəçi1 heç bir etirazının olmadığını, sonuncunun onun hüquqlarını müdafiə etməsinə razı olduğunu bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə aparılacağı bildirildikdə o, buna heç bir etirazının olmadığını demişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı maddə və ya əşyanın olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs eynində olan qara rəngli cins şalvarının sağ yan cibində 01 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan bükümün olduğunu bildirib həmin bükümü şalvarının cibindən çıxaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtanş və götürmə keçirilmiş və onun üzərindən başqa hər hansı qadağan edilmiş maddə və ya əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx xxx 2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu “Kubinka adlanan ərazidə olarkən əvvəllər tanımadığı və anket melumatlarını bilmədiyi “Miri” adlı şəxsdən 20 manata alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını, həmin narkotik vasitə heroini bədənində ağrılar olan zaman istifadə etmək fikrində olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və zərf möhürləndikdən sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış və götürmə aparılarkən çəkiliş yazan texniki vasitələrdən, yəni “Samsung” markalı mobil telefondan istifadə edilmişdir. Çəkiliş 01 ədəd DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. Protokol tərtib edildikən sonra ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığından protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şahid1 ifadəsinə əlavə olaraq qeyd etmişdir ki, baş idarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsada sonradan həmin fakt öz təsdiqini tapmamış, həmçinin Təqsirləndirilən şəxs şifahi sorğu zamanı heç bir vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını, hazırda üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan bir ədəd bükümüdə şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/940 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 1,070 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış çəkisi – 1,020 qram təşkil edir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2020-ci il tarixli 2010 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X3 arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən R.Abasov Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 02 ay 08 gün vaxtından əvvəl şərti azad olunub. xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bununla da Təqsirləndirilən şəxs məhkumluğuödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli,şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD-R formatında disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 91,76 manat (doxsan bir manat 76 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,020 qram narkotik vasitə olan-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış X4 üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı DVD-R formatlı 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 246 (iki yüz qırx altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 100 (yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-239/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-239/2020
25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver