Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-239/2022 30.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: X3 Təqsirləndirilən şəxs: xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs barəsində məhkəməyə verilmiş ittiham aktına əsasən o, təqsirləndirilir ondan ötrü ki, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 fevral 2022-ci il tarixdə saat 20:38-də Bakı şəhəri, Yasamal rayonu, İ.Qulqaşınlı 68 ünvanında yerləşən "xxxx" MMC tərəfindən tikintisi aparılan çox mərtəbəli binanın saxlanc yeri hesab edilən mühafizə olunan və hasarlanmış həyətyanı sahəsinə qanunsuz daxil olaraq uzunluğu 3.30 metr olan 01 ədədinin dəyəri 500 manat olan 04 ədəd aliminum profili gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMCyə ümumilikdə 2000 manat miqdarda maddi ziyan vurmaqla oğurluq elmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən onun tərəfindən törədilməsi qeyd edilən əməl üzrə cinayət hadisəsi olmadığı müəyyən müəyyən edildi və dövlət ittihamçısı tərəfindən bəraətverici əsaslarla ittihamdan imtina edildi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı 68 ünvanında yerləşən "xxxx" MMC tərəfindən tikintisi aparılan çox mərtəbəli binanın həyətinə yaxın həyət evində qalır. Həmin MMC-nin tikdiyi binanın yerində həyət evlərində qalmışdır, hazırda da həmin binanın qonşuluğunda yaşadığı üçün "xxxx" MMC tərəfindən tikintisi aparılan ozvby çoxmərtəbəli binanın həyətinə daima gedib gəlib, ora rahat və maneəsiz girib çıxıb, MMC-nin işçiləri də onu tanıyır. xx.xx.2022-ci il tarixdə saat 20:38-də Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı 68 ünvanında yerləşən "xxxx" MMC tərəfindən tikintisi aparılan çox mərtəbəli binanın həyətinin dəmir qapısının açıq olmasını görüb qapını açaraq tikinti ərazisinə daxil olmuş ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra binanın həyətində yerə qoyulmuş bir bağlamada olan 04 ədəd aliminum profili götürərək tikinti ərazisindən çıxardıb yaxınlıqda yerləşən 5 mərtəbəli yaşayış binasının qurtaracağına gəlirmiş, daha sonra ara yollar ilə Yasamal rayon «Space» telekanalının binasının yaxınlığında yerləşən dəmir qəbulu məntəqəsinə gəlmiş və özü ilə gətirdiyi profili satmaq istədiyini Rəşad adlı işçiyə bildirmişdir. Rəşad gətirdiyi profili tərəziyə qoyaraq çəkisinin 20 kiloqram olmasını bildirmiş və hər kiloqramına ona 2 manat olmaqla cəmi 40 manat pul vermişdir. O da həmin pulu götürdükdən sonra aptekə gedərək həmin pul ilə nənəsi üçün dərman vasitələri almışdır. Belə ki, atası və anası vəfat etmişdir, nənəsi ilə birlikdə qalır. Nənəsi ahıl adam olduğu üçün nənəsinə yalnız o baxır, nənəsinin təmizliyi, yeməyi, dərmanlarını o alır. Nənəsinə ondan başqa baxan adam yoxdur. Həmçinin nənəsinə baxdığı üçün digər bir işlədə məşğul ola bilmir. Nənəsinin pensiyası ilə və özünün ara işlərində fəhləlik etməsi ilə dolanır. Bu səbəbdən də həmin profilləri oğurlamasının səbəbi nənəsinin dərmanlarını almağa pulu olmaması olmuşdur. Göstərilən cinayət hadisəsini tək törətmiş, ona heç kim kömək etməmişdir. Vurduğu ziyanı tam ödəmişdir, profillər sağ salamat qaytarılmışdır, zərərçəkənin ondan şikayət və tələbi yoxdur. Bu səbbəbdən də ədalətqit qərar çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 01 il olar ki, "xxxx" MMC-nin Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı 68 ünvanında yerləşən hazırda tikintisi davam etdirilən hündürmərtəbəlı binasında anbardar vəzifəsində işləyir. 07 fevral 2022-ci il tarixdə axşam saatlarında binanın həyətində yerə qoyulmuş 8 ədəd uzunluğu 3,30 sm eni 14 sm olan aliminum profillərdən 4 ədədinin yerində olmadığını ustalar görüb ona bildirmiş, bundan sonra həmin profillərin oğurlanmasını bilmiş və bu səbəbdən də Yasamal RPİ-nın 26-cı PB-nə ərizə ilə müraciət etmişdir. Qısa müddət ərzində, təqminən 1-2 günə həmin profilləri yaxınlıqdakı dəmir qəbulu məntəqəsindən sağ-salat tapılıb, onlara təhfil verilmişdir. Hər hansı bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında sorğu sual zamanı X3 bildirmişdir ki, həmin profillərin oğurlandığı yer anbar deyildir. Binada tikinti materiallarının saxlanması üçün anbar mövcuddur, materiallar andarda olur, o anbardar işləyir, ustalara həmin anbardan lazım olduğu miqndarda material verir. O cümlədən binaya alınan profillər də anbarda saxlanılır. Həmin oğurlanmış 4 ədəd profilləri həmin günü ustalara vermişdir ki, binada işlətsinlər, ustalar da həmin profilləri binanın həyətinə qoymuşlar ki, səhəri günü gəlib oradan götürüb işlədəcəkdilər. Bu səbəbdən də profillərin oğurlandığı yer həyətdir, anbar deyil. Həyətdə həmin oğurlanmış profillərin saxlanması üçün xüsusi bir yer, reşotka düzəldilməmişdir. Dəmir reşotkadan olan hasar ümumi həyətin hasarı olmuşdur, həmin həyətə bir neçə yerdən giriş vardır, bir neçə qapı vardır. Oğurluq olan gün də hasarın qapısı kilidli olmamışdır, açıq olmuşdur. Həyətdə mühafizəçi vardır, həmin mühafizəçi axşamlar ümumi həyəti, binaları mühafizə edir. Profillərin alış qiyməti barədə hər hansı bir sənədləri yoxdur. Həmin profillərin qiymətini istintaqda ona görə 2000 manat göstərmişdir ki, bir ədəd profilin uzunluğu 12 metrdir və oğurlanmış 4 ədəd 3,30 metrlik profilin həmin 12 metrlik profillərdən kəsilərək düzəldildiyindən, bu səbəbdən də həmin oğurlanmış profillərin qiymətini 2000 manat göstərmişdir. Lakin onlardan 4 ədəd 12 metrlik profil oğurlanmamışdır. Əslində oğurluq olan ərəfədə də həmin binada təmir işi, o cümlədən pəncərələrin quraşdırılması işləri yekunlaşmamışdır, davam edirdi. Müntəzəm olaraq 12 metrlik profillər yenə də alınır. Profillərin 1 metri hardasa 30 manat civarındadır, 12 metrlik profil hardasa 360 mata alınır və 12 metrlik profillər kəsilərək hardasa 3 dənə 3,3 metrlik profil alınır və əlavə də 2,1 metrlik profil qalır. Həmin qalan 2,1 metrlik profil də pəncərələrin quraşdırılmasında istifadə edilir. Çünki yalnız 3,3 metrlik profillər istifadə edilmir, fərqli ölçüdə profillər istifadə edilir. Bu səbəbdən də 12 metrlik profilin kəsilərən 3 dənə 3,3 metrlik və 1 dənə 2,1 metrlik profil alınması hesabı ilə hesablandıqda vurulmuş ziyan məbləği 2000 manat təşkil etmir. Əgər 1 ədəd 12 metrlik profildən 1 dənə 3,3 metrlik profil əldə edilməsi qəbul edilərsə, onda 4 ədəd 3,3 metrlik profilin əldə edilməsi üçün 4 ədəd 12 metrlik profil kəsilməlidir. Belə hesablandıqda ziyan məbləği artıq edir. Lakin hər bir 12 metrlik profil kəsilərək 3,3 metrlik profil əldə edilməsi hesabı ilə də hesablaqndıqda, kəsilmiş qalan hissə olan 8,7 metrlik hissədə doğranaraq əlavə 2 ədəd 3,3 metrlik və 1 dənə 210 metrlik profil əldə edilir ki, həmin profillər də pəncərələrin quraşdırılmasında eyni ilə 3,3 metrlik profil kimi istifadə edilir. Ekspert rəyində göstərilən ziyanın 369,60 manat olması isə, yalnız oğurlanmış 4 ədəd 3,3 metrlik profilin hər birinin işlətmək üçün kəsilmiş vəziyyətdəki qiyməti kimi qeyd edilmişdir. Hazırda onlara dəyən ziyan tam ödənilmişdir, oğurlanmış həmin profillər onlara salamat vəziyyətdə qaytarılmışdır, hər hansı bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 22 ildir ki, əlvan metalların qəbulu ilə məşğul olur. Hazırda ünvan 8 ünvanında yerləşən qarajda metal qəbul edir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində əvvəllər də tanıdığı və bır neçə dəfə ona metal salmış Ağasəlim adlı oğlan yaxınlaşaraq 04 ədəd aliminum profili salmaq istədiyini bildirmişdir O Ağasəlimdən şəxsiyyət vəsiqəsinin surəti almış, sonra isə həmin profili haradan götürməsi ilə maraqlanmışdır. Ağasəlim ona bildirmişdir ki. yeni tikilmiş binada fəhləlik etdiyinə görə ona pul əvəzinə həmin profillər verilmişdir. Pula ehtiyacı olduğu üçün həmin profilləri satır. O da Ağasəlimə inanaraq həmin profilləri çəkdikdən sonra 24.5 kq olmasını müəyyən etmiş və ona kiloqramına 2 manatdan olmaqla cəmi 48 manat pul vermişdir. Təxminən 2 gün sonra ona tikintidən gəldiyini bildirən şəxs ondan yaxın vaxtlarda aliminum profil alıb almadığımı soruşmuş, o da həmin profilləri həmin şəxsə göstərdikdə həmin şəxs profilləri tanıyaraq işlədiyi şirkətə aid olduğunu bildirmişdir. Sonra o da polisə bu barədə məlumat vermiş və könüllü olaraq həmin profilləri polisə təhvil vermişdir. O, həmin aliminium profilləri alan zaman oğurluq olmasım bilməmiş Ağasəlim həınm profilləri ona əmək haqqı əvəzinə verildiyini ona bildirmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/1060 № saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş “Alufar” sözləri yazılmış 65,5 sm x 12 sm ölçüdəki 01 ədədinin uzunluğu 3,30 metr olan aliminium profilin orta bazar qiyməti təxminən 92,40 manat, 4 ədədi 369,60 manat müəyyən edilir. Cinayət işi materiallarında olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qulqaşınlı 68 ünvanında yerləşən "xxxx" MMC tərəfindən tikintisi aparılan çox mərtəbəli binanın həyətində quraşdırılmış kameranın qeydə alındığı və iş materiallarında olan CD diskdəki videogörüntüdən görünür ki, həmin profillər bir neçə binanın həyətində yerə qoyulmuşdur. Həmin həyətin hasarı dəmir barmaqlıqla (reşotka) ilə hasarlanmışdır. Həmin həyətə bir neçə giriş çıxış qapısı vardır və qapı da dəmir barmaqlıqdan (reşotka) ilə düzəldilib. Bir neçə qapı həmin həyətə açılır. Bir nəfər şəxs həmin dəmir barmaqlıqdan düzəldilmiş qapını açır və həyətə daxil olur, həyətin ortasında yerə qoyulmuş profilləri götürüb, oradan uzaqlaşır. Beləliklə məhkəmə istintaqı zamanı araşdırılan yuxarıda sadalanan subatlarla müəyyən edilir ki, 4 ədəd 3,3 metrlik profillərin dəyəri 369,60 manat müəyyən edilir. Yəni həmin oğurlanmış profillər kimi göstərilən əmlakın dəyəri 500 manatdan aşağıdır. Çünki zərərçəkənin nümayəndəsinin ifadəsindən, ekspert rəyindən, şahidin ifadəsindən də məlum olur ki, 1 ədəd 3,3 metrlik profillər bütöv şəkildə alınmış 12 metrlik profillərin həmin 3,3 metr ölçüdə kəsilməsi ilə alınır. Profilin 1 metrinin qiyməti ekspert rəyində də göstərilodiyi kimi 28 manat olduğu təqdirdə, hətta dindirilmiş şəxslərin ifadələrində göstərdiyi kimi 30 manat olsa da belə, bu hesablama ilə 4 ədəd 3,3 metrlik profilin qiyməti 400 manatdan çox etmir. Həmçinin 4 ədəd 12 metrlik profil oğurlanmamışdır ki, 4 ədəd 12 metrlik profilin dəyəri həcmində, yəni metri maksimum 30 manatdan hesablanmaqla 1440 manat ziyan vurulmuş olsun. 1 ədəd 12 metrlik profildən 3 ədəd 3,3 metrlik və 1 ədə 2,1 metrlik profil əldə edilir. Bununla da 2 ədəd 12 metrlik profildən 6 ədəd 3,3 metrlik, 2 ədəd 2,1 metrlik profil əldə edilir ki, həmin profillərdən 4 ədəd 3,3 metrlik profil oğurlandığı üçün və yerdə qalan 2 ədəd 3,3 metrlik və 2 ədəd 2,1 metrlik profillər yararsız olmadığından, tikintidə istifadə edildiyindən, zərərçəkənə konkret olaraq oğurlanmış 4 ədəd 3,3 metrlik profillərin dəyəri həcmində zərər vurulmuş olur. Çünki yerdə qalan 2 ədəd 3,3 metrlik və 2 ədəd 2,1 metrlik profillər tikintidə istifadə edilir. Hətta 4 ədəd 3,3 metrlik profil oğurlanmadığı təqdirdə də belə, yenə də tikinti davam etdiyindən istifadə etmək üçün anbarda olan 12 metrlik profillər kəsilməlidir ki, istifadə etmək üçün müxtəlif ölçülü profillər, 0 gümlədən 3,3 metrlik profillər əldə edilmiş olsun. Beləliklə oğurlanmış profillərin dəyəri 369,60 manat müəyyən edilməklə, CM-nin 177.1-ci maddəsinin tərkibili yaradan 500 manatdan artıq deyildir. Bununla da məhkəmədə həmçinin müəyyən edilir ki, təqsirləndirilən şəxsin profilləri oğurladığı yer kimi göstərilən ərazi Bakı şəhəri, Yasamal rayonu, İ.Qulqaşınlı 68 ünvanında yerləşən "xxxx" MMC tərəfindən tikintisi aparılan çox mərtəbəli binanın həyətidir. Qapı kilidli, bağlı olmamışdır, sındırılmamışdır. Sadəcə ortulu olmuşdur. Hər bir kəsin başa düşdüyü tərzdə həmin profillərin götürüldüyü yer bir neçə binanın həyətinin ortasıdır. Həmin həyətdə bir neçə çoxmərtələbi bina inşa edilmişdir. Məhkəmədə araşdırılmış subatlarla müəyyən edilir ki, profillərin götürüldüyü həmin yer CMnin 177.2.3-cü maddəsində göstərilən yaşayış sahəsi, habelə bina, anbar və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma kimi qiymətləndirilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş Bununla da profillərin götürüldüyü yer saxlanc yeri hesab edilmir. Çünki dəmir barmaqlıqlarla hasarlanmış ərazi ümumi bir neçə hündürmərtəbəli binanın həyətidir, həmin binalar üçün (sakinlər, gəlib gedənlər, binalara xidmət edənlər) ümumi istifadədə olan həyətdir. Binada tikinti materiallarının saxlanması üçün ayrıca anbar mövcuddur. Profillər həmin anbardan oğurlanmamışdır. Ümumi istifadədə olan həmin həyətdən oğurlanmış profillərin götürüldüyü yer xüsusi olaraq mühafizə funksiyaları ilə təchiz edilməmişdir, yəni talamadan, xarab olmadan, təbiətin kortəbii qüvvələrdən qorumaq və saxlamaq üçün təchiz edilmiş, uyğunlaşdırılmış və ya nəzərdə tutulmuş xüsusi qurğular və ya sahələrə aid deyildir. Çünki saxlanc yerlərinə müxtəlif maddi dəyərləri talamadan, xarab olmadan, təbiətin kortəbii qüvvələrdən qorumaq və saxlamaq üçün təchiz edilmiş, uyğunlaşdırılmış və ya nəzərdə tutulmuş xüsusi qurğular və ya sahələr aid edilir. Hazırkı cinayət işi üzrə profillər hammının başa düşdüyü formada bir neçə binanın ümumi həyətinin ortasından götürülmüşdür. Həmin profillərin və ya digər tikinti materialların saxlanması üçün həmin həyətdə, o cümlədən profillərin götürüldüyü yer xüsusi olaraq talamadan, xarab olmadan, təbiətin kortəbii qüvvələrdən qorumaq və saxlamaq üçün təchiz edilmiş, uyğunlaşdırılmış və ya nəzərdə tutulmuş xüsusi qurğular və ya sahələrlə təchiz edilməmişdir. Beləliklə, ittiham aktında şəxsin təqsirləndirildiyi konkret əməl üzrə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olma baş verməmişdir. CMnin 177.2.3-cü maddəsində göstərilmiş xüsusi tövsifedəci əlamət mövcud deyildir. CM-nin 177-ci maddəsinin QEYDinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Belə olduğu təqdirdə həmçinin məhkəmədə oğurlanmış profillərin dəyərinin 369,60 manat olduğu müəyyən edildiyindən, bundan başqa CM-nin 177.2.3-cü maddəsindəki xüsusi tövsifedici əlamətlərin mövcud olmadığı müəyyən edildiyindən, 369,6 manat dəyərində əşyanın oğurlanması ilə zərərçəkənə zərər vurulması hadisəsində nə CM-nin 177.2.3-cü maddəsindəki, nə də ki CM-nin 177.1-ci maddəsindəki cinayət hadisəsi baş vermiş olmur. Cinayət hadisəsi olmaması dedikdə, hadisənin baş verməməsinin sübut olunduğu və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadığı hallar hesab edilir. Beləliklə də məhkəməyə verilmiş və Təqsirləndirilən şəxs qarşı elan edilmiş ittihamda göstərilən baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadı. Bu səbəbdən də dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində cinayət ttəqibindən bəraətverici əsaslarla imtina edərək, cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Buna görə də məhkəmə hesab edir ki, dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində cinayət təqibindən bəraətverici əsaslarla imtinası qəbul edilməli və cinayət təqibinə cinayət hadisəsi olmaması əsası ilə bəraətverici əsaslarla xitam verilməlidir. Çünki CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 39.3-cü maddəsinə əsasən həmin Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edənvə bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. CPM-nin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. CPM-nin 41.5-ci maddəsinə əsasən məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən bəraətverici əsasları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etmədiyi hallarda bəraət hökmü çıxarır. CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. CPM-nin 43.4-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Beləliklə, sadalanan prosessual normalara əsasən cinayət təqibinə xitam verilməsi qaydası, xitamın əsasları müəyyən edilmişdir. CPM-nin 41.3-cü maddəsinə əsasən ümumi 2 əsasla, yəni cinayət təqibini istisna edən hallarda (maddə 39) və ya cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallarla (maddə 40) bağlı dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina etməyə haqlıdır. CPM-nin 40-cı maddəsindəki əsaslar bəraətverici əsaslar deyildir, həmin əsaslar cinayət qanunu ilə (yəni Cinayət Məcəlləsi ilə) nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar kimi müəyyən edilmişdir. Hazırkı halda dövlət ittihamçısı CPM-nin 40-cı maddəsində sadalanmış hallarla bağlı ittihamdan imtina etmir. Dövlət ittihamçısı cinayət təqibini istisna edən hallarla (maddə 39) bağlı cinayət təqibindən imtina edir. CPM-nin 39-cü maddəsində sadalanan əsaslardan hansıların bəraətverici əsaslar olması CPM-nin 39.3-cü maddəsində müəyyən edilmişdir. Bu əsaslardan bəraətverici əsaslar olduqda, dövlət ittihamçısı mübafiə tərəfinin razılığı olmadan da ittihamdan imtina edə bilər, yalnız bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edilə bilər. Hazırkı halda dövlət ittihamçısı bəraətverici əsaslarla ittihamdan imtina etdiyi üçün, bu imtinaya müdafiə tərəfinin razılığı tələb edilmir, həmçinin bəraətverici əsaslarla dövlət ittihamçısı ittihamdan imtina etdiyi üçün, hazırkı cinayət təqibi çərçivəsində məhkəmə baxışının nəticəsi üzrə bəraət hökmü deyil, məhz cinayət təqibinə cinayət hadisəsi olmaması əsası ilə bəraətverici əsaslarla xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Həmin qətimkan tədbiri ləvğ edilməli və şəxs həbsdən dərhal azad edilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış "xxxx" MMC-yə məxsus oğurlanmış 04 ədəd aliminium profilin zərərçəkmiş hüquqi şəxs (sahibinə) "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalı, 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc dövlət büdcəsinə aid edilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə başlanılmış cinayət təqibindən dövlət ittihamçısı bəraətverici əsaslarla imtina etdiyindən, həmin cinayət təqibinə cinayət hadisəsi olmaması əsası ilə bəraətverici əsaslarla xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd aliminium profilin zərərçəkmiş şəxsə (sahibinə) qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertizanın keçirilməsinə çəkilmiş 50 (əlli) manat məhkəmə xərci dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-239/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-239/2022
30.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver