Məhkəmə qərarları › İş №1(004)-239/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-239/2023

19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-239/2023 19.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, Müdafiəçi1 Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Zərər çəkmiş şəxsin qanuni nümayəndəsi: Şahid4 Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 kirayədə yaşamış, barəsində «həbs» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1977-ci ildə Sumqayit şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 kirayədə yaşamış, barəsində «həbs» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 kirayədə yaşamış, barəsində «həbs» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 03 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospektində yerləşən “20 Yanvar” abidəsinin yaxınlığında 14 saylı xətt avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs1 əynindəki paltosunun sağ cibindən sonuncuya məxsus 15 manat dəyərində ***-***-**-** və 3 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən, üzərində 10 manat dəyərində qoruyucu qabı olan 672 manat dəyərində «Samsung Galaxy A23» markalı mobil telefon aparatını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs1 697 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşları Təqsirləndirilən şəxs3 olu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 10 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Ş.Mehdiyev küçəsində 6 saylı xətt avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs2 əynindəki gödəkcəsinin sağ cibindən 9 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən, üzərində 15 manat dəyərində qoruyucu üzlüyü və 15 manat dəyərində qoruyucu qabı olan 3519 manat dəyərində “İphone 14 Pro Max” markalı mobil telefon aparatını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 3558 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 10 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində 6 saylı xətt avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs2 əynindəki gödəkcəsinin sağ cibindən 9 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən, üzərində 15 manat dəyərində qoruyucu üzlüyü və 15 manat dəyərində qoruyucu qabı olan 3519 manat dəyərində “İphone 14 Pro Max” markalı mobil telefon aparatını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 3558 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qardaşları Təqsirləndirilən şəxs1 olu və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 10 noyabr 2022-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Ş.Mehdiyev küçəsində 6 saylı xətt avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs2 əynindəki gödəkcəsinin sağ cibindən 9 manat dəyərində ***-***-**-** nömrəsi ilə işləyən, üzərində 15 manat dəyərində qoruyucu üzlüyü və 15 manat dəyərində qoruyucu qabı olan 3519 manat dəyərində “İphone 14 Pro Max” markalı mobil telefon aparatını gizli olaraq talayıb, ümumilikdə Zərərçəkmiş şəxs2 3558 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, həqiqətən də qardaşları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birgə bir ilə yaxındır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində fərdi yaşayış evində kirayədə yaşayırlar. O, sonuncu dəfə Bakı Aır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nin 180.2.1, 326.1 və 234.1-ci maddələri ilə 6 il 6 ay il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qardaşları Faiq və Ruslan da əvvəllər eyni cinayətlərə görə məhkum olunmuşlar. O, hər iki qardaşı ilə bir yerdə, yəni üçü cibgirliklə məşğul olurlar. Əvvəlcədən razılaşdıqları kimi insanların cibinə girib pul və ya qiymətli əşyaları oğurlamaq məqsədi ilə qardaşları Faiq və Ruslan 10 noyabr 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən Mazakeya uşaq geyimləri mağazasının qarşısından 6 saylı avtobusa minmiş və «Lider TV»-nin yaxınlığına çatanda böyük qardaşı Ruslan həmin avtobusda təxmini 14-15 yaşlarında bir oğlanın cibində telefonu görüb onlara işarə etmişdir. Həmin vaxtı qardaşı Faiq həmin oğlanı itələyəndə Ruslan fürsətdən istifadə edərək oğlanın əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən telefonu götürmüş, o, isə Faiqlə kənarda dayanmışdır. Ruslan telefonu götürəndən sonra həmin telefonun qızılı rəngdə olduğunu və İphone-14 Pro max olduğunu görmüş və onlara işərə edərək «Lider TV»-nin yanında düşəcəklərini işarə etmişdir. Yerə düşəndən sonra Ruslan telefonu ona vermiş, o, Elnur da həmin telefonu Mazakeyanın yanında İsmayıl adlı şəxsə 350 manata nisyə vermişdir. O, həmin telefonu İsmayıla oğurluq etdikləri gündən iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə gecə saat 01:20 radələrində verərkən yanında kimsə olmamışdır. İsmayılın harada yaşadığını bilmir. O, İsmayılla küçədə təsadüfən görüşmüş və İsmayıla telefonun oğurluq olduğunu deməmiş, telefonun özünə məxsus olduğunu, sadəcə pula ehtiyacı olduğundan satdığını bildirmişdir. İsmayıl razılaşmış və ona demişdir ki, telefonu sabah satacaq və ona pulunu verəcəkdir. Bu cinayətdən başqa, üç qardaş İphone-14 Promax telefonunundan başqa bir yerdə oğurluq etməmişlər. Ola bilsin ki sonuncular özləri ayrı-ayrılıqda oğurluq etmişlər. Həmin oğurluqdan əvvəl, yəni 03 noyabr 2022-ci il tarixdə o, Azərsu ASC-nin qarşısında avtobusda rus milliyətinə oxşar qadından bir ədəd «Samsunq Galaxy» markalı telefonunu oğurlayıb həmin telefonu axşam saatlarında Velotrek adlanan ərazidə yerləşən telefon alqı satqı mağazasına 170 manata satmışdır. İkinci oğurluqda qardaşlarının məlumatı olmamışdır. Əldə etdiyi pulu ərzaq və digər yeyinti məhsulları alıb yemişdir. Törətdiyi əməldən peşman olmasını, əməli etiraf etməsini, ailəli olmasını, 1 uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, bir ilə yaxındır ki, qardaşları Faiq və Elnurla ünvan 2 kirayədə yaşayır. Özü sonuncu dəfə 2015-ci ildə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə AR CMnin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə 5 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qardaşları Faiq və Elnur da əvvəllər eyni cinayətlərə görə məhkum olunmuşlar. O, hər iki qardaşı ilə bir yerdə cibgirliklə məşğul olur. Əvvəlcədən razılaşdıqları kimi insanların cibinə girib pul və ya qiymətli əşyaları oğurlamaq məqsədi ilə qardaşları Faiq və Elnur 10 noyabr 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti Mazakeya uşaq geyimləri mağazasının qarşısından 6 saylı avtobusa minmiş və «Lider TV»-nin yaxınlığına çatanda o, həmin avtobusda təxmini 14-15 yaşlarında bir oğlanın cibində telefonu görmüş və yanında olan qardaşlarına göz qaşla işarə etmiş, həmin vaxtı qardaşı Faiq həmin oğlanı itələyəndə o, fürsətdən istifadə edərək oğlanın əynində qara rəngli gödəkçəsinin sağ cibindən telefonu götürmüş, digər qardaşı Elnur da onun yanında olmuş, o, telefonu götürəndən sonra həmin telefonun gızılı rəngdə olduğunu və İphone olduğunu görmüş və göz-baş işərələri ilə qardaşlarına bildirmişdir ki, «Liderin» yanında düşsünlər və elə də etmişlər. Yerə düşəndən sonra o, telefonu Elnura vermiş, Elnur da səhv etmirsə həmin telefonu tanıdığı şəxsə 350 manata nisyə vermişdir. O, Elnur və Faiqlə bir yerdə bu cinayətdən başqa cinayət törətməmişdir. Ola bilər sonuncular ayrıayrılıqda özləri oğurluq ediblər, amma bundan onun məlumatı olmamışdır. Əldə olunan pula narkotik vasitələr kakos və ya şüşə alıb hər üçü qəbul edirmişlər. Hər dəfə də onlar narkotik vasitələri tanımadıqları şəxslərdən «Papanin» və «Kubinka» adlanan ərazidən alırmışlar. Narkotik vasitələrdən mütəmadi istifadə etməsələr də hərdən inyeksiya yolu ilə qəbul edirmişlər. Onlardan başqa bu işdə dördüncü şəxs iştirak etməmiş və törətdikləri cibgirlik cinayətlərindən başqa cinayətlər törətməmiş,onların işi yalnız insanların sıx olan yerində əsasən avtobuslarda sərninişlərin ciblərində olan pul və ya mobil telefonları oğurlamaqdan ibarətdir. Törətdikləri oğurluq cinayətlərindən kimsənin xəbəri olmamışdır. Törətdiyi əməldən peşman olmasını, əməli etiraf etməsini, ailəli olmasını, 1 uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, bir ilə yaxındır ki, qardaşları Ruslan və Elnurla ünvan 2 kirayədə yaşayırlar. 2020-ci ildə Yasamal Rayon Məhkəməsinin qərarı AR CM-nin 234.1-ci maddəsi ilə 1 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qardaşları Ruslan və Elnur da əvvəllər eyni cinayətlərə görə dəfələrlə məhkum olunmuşlar. O, hər iki qardaşı ilə bir yerdə cibgirliklə məşğul olur. Əsas oğurluqları edən böyük qardaşı Ruslanla kiçik qardaşı Elnurdur. O, sadəcə yan verməklə sonunculara şərait yaradır. Onlar əvvəlcədən razılaşdıqları kimi insanların cibinə girib pul və ya qiymətli əşyaları oğurlamaq məqsədi ilə qardaşları Ruslan və Elnurla bir yerdə 10 noyabr 2022-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid prospekti Mazakeya uşaq geyimləri mağazasının qarşısından 6 saylı avtobusa minmiş və «Lider TV»-nin yaxınlığına çatanda böyük qardaşı Ruslan həmin avtobusda təxmini 14-15 yaşlarında bir oğlanın cibində telefonu görüb ona işarə etmiş, o, həmin oğlanı çiynilə itələmiş bundan istifadə edən Ruslan həmin oğlanın əynində qara rəngli gödəkçəsinin sağ cibindən telefonu götürmüş, digər qardaşı Elnur da onun yanında olmuşdur. Ruslan telefonu götürəndən sonra həmin telefonun qızılı rəngdə olduğunu və İphone-14 Pro max olduğunu görmüş və göz-baş işərələri ilə onlara bildirmişdir ki, Liderin yanında düşsünlər. Yerə düşəndən sonra Ruslan telefonu Elnura vermiş, Elnur da həmin telefonu tanıdığı şəxsə 350 manata nisyə vermişdir. O, Ruslan və Elnurla bir yerdə bu cinayətdən başqa bir neçə cibgirlikdə də iştirak etmişdir. Əldə olunan telefon və ya pullar aralarında bölüb xərcləmiş, hərdən isə narkotik maddə heroin maddələrini başqa-başqa tanımadığı şəxslərdən alıb istifadə edirmişlər. Ailəli olmasını, 3 qız övladının olmasını nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 35 il əvvəl X2 rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuş, birgə nigahdan bir övladı dünyaya gəlmişdir. Həyat yoldaşı Stepan vəfat etdikdən sonra o, 2000-ci ildə X6 ilə ailə həyatı qurmuşdur. İkinci evliliyindən xx.xx.2002-ci ildə qızı dünyaya gəlmişdir. 03 noyabr 2022-ci il tarixdə saat 17:20 radələrində Şərifzadə pospektində yerləşən İran Klinikasından çıxıb evə getmək üçün 14 nömrəli Baku Bas avtobusuna əyləşərək 20 yanvar metrostansiyasına gəlmişdir. Həmin vaxtı avtobusda sərnişinlər olduğundan sıxlıq olmuşdur. O, avtobusdan Azərsu ASC-nin qarşısında yerləşən avtobus dayanacağında orta qapısından yerə düşmüş və 20 yanvar metrostansiyasının yaxınlığında yolun digər tərəfində yəni abidə tərəfdən Velotrek tərəfə yolu keçmişdir ki, Bakı Sumqayıt marşurut mikroavtobuslarına əyləşsin. Körpünün altında dayanacaqda təxmini 10-15 dəqiqə dayanmış və Sumqayıt şəhərinə gedən mikroavtobus gəlmiş, o, həmin mikroavtobusa əyləşən kimi əlini əynindəki ağ rəngli gödəkçənin sağ yan cibində «Samsunq-Galaksi A-23» markalı telefonunun olmadığını görmüş və yanında əyləşən tanımadığı şəxsin telenfonu ilə birinci dəfə öz ***-***-**-** nömrəsinə zəng etmiş, lakin nömrə bağlı olduğundan ikinci dəfə əri Abbasın telefon nömrəsinə yəni 050- ***-**-** nömrəsinə yığmış və sonuncuya telefonunun oğurlandığını demişdir. O, həmin telefonu təzə vəziyyətdə 15 aprel 2022-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən «Soliton» mağazasından oğlu Romanın adına bir il müddətində yəni 12 aylıq kreditlə hər ay 56 manat pul ödəmək şərti ilə almışdır. İlkin ödəniş kimi mağazaya iki aylıq krediti yəni 112 manat pul ödəmişdir. Telefonun mağazasında olan dəyəri 579 manat olmuş, ancaq o, hər ay kredit olaraq 56 manat ödədiyinə görə həmin telefon ona 672 manata başa gələcəkdir. 2022-ci ilin aprel ayına kimi onlar hələ də aylıq 56 manat pulu ödəyirlər. Həmin ödəniş qəbzlərini və mağazadan verilmiş telefona aid müqavilə, digər sənədləri və «Samsung Galaxy A23» modelli mobil telefonun qutusunu təqdim edəcəkdir. Bundan əlavə həmin telefonun içərisində iki nömrə olmuşdur.Nömrənin biri ***-***-**-** sim nömrəsi olmuş, həmin nömrə onun öz adına olmaqla 3 il əvvəl 15 manata Bakı şəhərində «Ulduz» Metrostansiyasının yaxınlığında satış mərkəzindən almışdır. Həmin sim nömrəsində 3 manatlıq danışıq konturu olmuşdur. İkinci nömrə ***-***-**-** cin nömrəsi olmuşdur ki, həmin nömrəni oğlu Roman öz adına 3 manata alıb 2 il əvvəl ona hədiyyə etmişdir. Cin nömrəsində də 4 manatlıq danışıq konturu var olmuşdur. Bundan başqa telefonun qara rəngli qoruyucu kaburası var olmuşdur ki, həmin kaburanı da həmin vaxtı Sumqayıt şəhərində yerləşən telefon alqı satqı mağazasından 10 manata almışdır. Ümumilikdə həmin telefonun oğurlanması nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. O, 14 saylı avtobusda olarkən telefonun saatına baxıb sağ yan cibinə qoymuşdur. Sonra həmin avtobusdan düşüb yolu keçmiş və 10-15 dəqiqə Velotrek tərəfdə yolun kənarında avtobus dayanacağında dayanmış, sonra Sumqayıt şəhərinə gedən 6 nəfərlik mirkroavtobus gəlmiş və həmin mikroavtobusa əyləşmişdir. O, mikroavtobusda oturacaqda əyləşən kimi telefonunun cibində olmadığını hiss etmişdir. Bu barədə təhqiqatçı həmin yerdə fotoşəkilini çəkib protokol da tərtib etmişdir. O, 14 nömrəli avtobusdan düşəndən Sumqayıta gedən mikroavtobusa əyləşənə kimi telefonunu cibindən çıxartmamışdır. Təhqiqat zamanı polis şöbəsini izahat verən adını sonradan Elnur kimi bildiyi lakin əvvəllər tanımadığı və üzünü belə görmədiyi şəxs onun telefonunu 14 nömrəli avtobusdan orta qapıdan düşən zamanı götürmüşdür. Ona vurulmuş ziyan ödənilməmişdir, ödənilməsi üçün təqsirləndirilən şəxslər heç bir cəhd də göstərmirlər. Ona görə də şikayətçidir, onların cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi Şahid4 iştirakı ilə ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:25 radələrində Bakı şəhəri Yasamal rayonu Mazakeya uşaq geyimləri mağazasının yaxınlığında yerləşən 16 mərtəbəli binada müəllim yanından çıxıb yaşadığı evinə getmək üçün həmin mağazanın qarşısında yerləşən avtobus dayanacağına gəlmiş, o, həmin dayanacaqda 15-20 dəqiqə 6 saylı avtobusu gözlədikdən sonra avtobus gəlmiş və o həmin avtobusa minmiş, avtobusda sərnişin çox olduğuna görə o mindiyi yerdənə təxmini 1-2 metr irəlidə dayanmış avtobusda sərnişinlər bir birinə sıxılmış vəziyyətdə idi, həmin vaxtı özünə məxsus İphone-14 Pro Max markalı telefonu əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində idi. Avtobus bir neçə dayanacaqdan sonra təxmini «Lider TVnin» yaxınlığında avtobusdan dayanacaqda düşəndən sonra əlini cibinə atmış və telefonun cibində olmadığını görmüş və bilmişdir ki, avtobusda insanların sıx olduğu zaman cibindən telefonu kimsə oğurlamışdır, amma o, telefonunu cibindən çıxardan şəxsin kim olduğunu görməmiş və bunu hiss etməmişdir. Lakin təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 ondan xahiş etmişdir ki, avtobus pulu olmadığı üçün, avtobus kartını ona da istifadə etməsinə icazə versin, o da Faiqin də yolpulusunu kartından ödəmişdir. Faiq görmüşdür ki, onan İphone-14 Pro Max markalı telefonu var, ona görə də sonradan başa düşmüşdür ki, Faiq onunla söhbət edib başını qarışdırmışdır, digərləri də rahat oğurluq etsin. Avtobusdan yerə düşəndə telefonun oğurlandığını bilən kimi oradan qaçaraq 100-150 metr aralı məsafədə yerləşən evinə gəlmiş və evdə atasına bu barədə demiş atası da öz telefonu ilə yəni ***-***- **-** nömrəsindən onun telefonunda olan ***-***-**-** nömrəsinə zəng etmiş lakin nömrəyə zəng getsə də telefonu götürən olmamış, daha sonra atası öz mobil nömrəsi ilə DİN-in 102 zəng mərkəzinə onun telefonunun oğurlanması barədə məlumat vermiş, bildirir ki, atası həmin telefonu ona hədiyyə olaraq xx.xx.2022-ci ildə Sahil metrostansiyasının yaxınlığında telefon mağazasından nağd olaraq 3.519 (üç min beş yüz on doqquz) manat pul verərək almış, Telefonun içərisində atasının adına ***-***-**-** nömrəsi var idi, həmin nömrəni də atası ona hədiyyə kimi 9 manata almışdı. O həmin nömrənin dublikatını çıxartmışdır, hazırda istifadə edir, həmin nömrənin içərisində 3 manatlıq danışıq konturu və əlavə olaraq telefonda üzlük qoryucu plyonkası da var idi həmin üzlüyə görə atası 15 manat pul vermişdi. Telefonun şəffaf rəngli kaburası da var idi həmin kaburanın dəyəri 15 manat idi. Bildirir ki, həmin telefon onun adına olsa da telefonu o işlətsə də telefonu, nömrəsini, qoruyucu kaburasını, danışıq konturunu və qoruyucu üzlüyünü atası öz pulu ilə ona almışdır, maddi ziyan da atasına dəymişdi, xahiş edir ki, ümumilikdə telefonumun oğurlanmasına görə atasına dəymiş maddi ziyan olaraq 3.558 manat pulu həmin tutulan şəxsdən alınsın və ya həmin telefonu alıb ona qaytarılmasında köməklik olunmasını xahiş edir. Ona vurulmuş ziyan ödənilməmişdir, ödənilməsi üçün təqsirləndirilən şəxslər heç bir cəhd də göstərmirlər. Ona görə də şikayətçidir, onların cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 göstərmişdir ki, 2019-cu ildən Bakı şəhəri, Azadlıq prospekti 18 ünvanında yerləşən «Nar-28may» telefon mağazasında satıcı işləyir, həmin mağazada ondan başqa iki nəfər də işləyir. Fuad telefon ustası Nicat isə proqramist işləyirlər. Mağazanın müdiri X4r. İsmayıl Bayramov adlı şəxs əvvəllər onun işlədiyi mağazada proqramist işləmişdir. Onun işlədiyi mağazada işlənmiş və təzə telefonlar da satılır. 2021-ci ilin yanvar ayında İsmayıl işə vaxtında gəlib getmədiyinə görə işə laqeyd münasibət bəslədiyi üçün mağaza rəhbərliyi sonuncunu işdən çıxartmışdır. 14 noyabr 2022-ci il tarixdə saat 18:00 radələrində iş yerində olduğu zaman keçmiş iş yoldaşı İsmayıl istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək tanışının Türkiyədən satması üçün az işlənmiş İphone-14 Pro Max markalı mobil telefon göndərdiyini, telefonun kodda olduğunu lakin telefonun sahibinin özünün ekranın açılması üçün kodu unutduğunu dedikdən sonra ondan həmin telefonu almalı olduğunu, bir neçə gün əvvəl göndərdiyini və həmin telefonu hansı qiymətə ala biləcəyini soruşmuşdur. O, da həmin vaxtı yanında olan iş yoldaşı telefon təmiri ustası Fuada İsmayılla telefonda danışa danışa Fuada İsmayılın ona dediklərini demiş və telefonu ehtiyat hissələri kimi alınmasına görə nə qədər pul verə biləcəyini soruşmuş, Fuad ona demişdir ki, telefonu görməsə qiymət deyə bilməz. Lakin İsmayıl telefonda əl çəkməmiş və təxmini həmin telefona ehtiyat hissəsi kimi neçəyə ala biləcəyini soruşmuşdur. O, bu barədə yenə də Fuaddan soruşanda Fuad bir iki tanışına zəng edib qiyməti öyrəndikdən sonra ona həmin telefonu 900 manata alacağını demişdir. O, da həmin sözü İsmayıla deyəndən təxmini 1 saat sonra sonuncu mağazaya gəlmişdir. İsmayılın gətirdiyi İphone-14 Promax mobil telefonun kodu olmadığından Fuad həmin telefonu farmat edəndən sonra telefon Aykloda düşmüş və telefon aykloda düşəndən sonra həmin telefon yararsız kimi qəbul olunur və telefon işlək vəziyyətdə olmur bu baxımdan da Fuad İsmayıldan ehtiyat hissəsi kimi həmin telefonu qəbul etmiş, şəxsiyyət vəsiqəsini almış və telefonun imei kodlarını yazıb İsmayıl A-4 vərəqində çıxan şəxsiyyət vəsiqəsinin surətinin yan hissəsində telefonu aldığı tarixini öz nömrəsini telefonun modelini və İmei kodlarını qeyd etdikdən sonra telefona görə öz kassasından 850 manat pulu ona, o, da həmin pulu Fuadın yanında İsmayıla vermişdir. O, və Fuad dəfələrlə İsmayıldan telefonun oğurluq olub olmadığını soruşduqda İsmayıl onlara israrla deyirmiş ki, telefon onun yaxın dostunundur həmin dostu Türkiyədə yaşayır, sadəcə pula ehtiyacı olduğundan telefonu satmaq istəyir. Onlar yenə də dostunun həmin telefonu Türkiyədə oğurlayıb oğurlanmadığını soruşanda İsmayıl onları inandırmış və həmin telefon sənəd əsasında İsmayıldan ehtiyat hissəsi kimi almışlar. Sabahısı günü isə onlara məlum olmuşdur ki, həmin telefon oğurluq imiş və İsmayıla həmin telefonu Elnur adlı şəxs satmaq üçün nisyə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə daktiloskopik ekspertizasının 30 noyabr 2022-ci il tarixli, 3/1656 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıcağıdır, üzərində hər hansı əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilmir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs3 ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələrinə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər 3 dəfə məhkum edilmişdir. 1) ilk dəfə Tərtər Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2) Xətai Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 3) Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 180.2.1, 234.1 və 326.1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2014-cü il tarixdən hesablanmışdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər 5 dəfə məhkum edilmişdir. 1) İlk dəfə Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 180.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2009-cu il tarixdə Bakı Şəhəri Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. 2) Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-cil tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 3) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib, 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. 4) Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-cil il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş 01 ay 26 gün vaxtından əvvəl şərti azad edilmişdir. 5) Sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1, maddəsi ilə təqsirli bilinib, qəti olaraq 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs3 məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər 5 dəfə məhkum olunmuşdur. 1) ilk dəfə Hərbi Dəniz Qüvvələri Hərbi Tribunalının xx.xx.1996-cı il tarixli hökmü ilə CM-nin 143 və 242-ci maddələri ilə təqsirli bilinib 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1997-ci ildə Nizami Rayon Məhkəməsinin qərarı ilə 02 il 06 ay 04 gün vaxtından əvvəl şərti azad edilmişdir. 2) Ağır Cinayətlərə Dair İşlər Üzrə AR Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2002-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 3) Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 07 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2012-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 19 gün vaxtından əvvəl şərti azad edilmişdir. 4) Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 177.1 və 234.1-ci maddələri ilə 02 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. 5) Sonuncu dəfə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə qəti olaraq 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020ci il tarixdə Xətai Rayon Məhkəməsinin qərarı ilə 08 ay 11 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Beləliklə, cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edillbqb xx.xx.2020-ci il tarixdən hesablanmaqla, həmin gündən məhkumluğun ödənilməsi üçün CM-nin 83-cü maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanlar ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin cavan olmasını, onlardan Elnur və Ruslanın törətdiyi əməli etiraf etmələrini, əməllərindən səmimi peşman olmasını, təqsirləndirilən şəxslərin ailəli olmalarını, uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 münasibətdə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs3 barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd üzərində “tarix - xx.xx.2022, Qeyd: özüm satdım oğurluq və girov olmadığını öz imzamla təsdiq edirəm, **********61721, İmei **********51720” əlyazmaları olan Təqsirləndirilən şəxs1 adına olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin və 01 ədəd üzərində tarix -xx.xx.2022 Model: 14pro max zapçast, imei H29TVJ7R4P zapçast tel, Seria **********32777, əlaqə telefon ***-***-**-**” əlyazmaları olan X1 adına olan AZE17490057 seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən hər birindən bərabər məbləğdə tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il 08 ay (iki il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il 08 ay (iki il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il 02 ay (iki il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 ədəd üzərində “tarix - xx.xx.2022, Qeyd: özüm satdım oğurluq və girov olmadığını öz imzamla təsdiq edirəm, **********61721, İmei **********51720” əlyazmaları olan Təqsirləndirilən şəxs1 adına olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin və 01 ədəd üzərində tarix -xx.xx.2022 Model: 14pro max zapçast, imei H29TVJ7R4P - zapçast tel, Seria **********32777, əlaqə telefon ***-***-**-**” əlyazmaları olan X1 adına olan AZE17490057 seriyalı şəxsiyyət vəsiqəsinin kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc olan 64 manata (altmış dörd manat) görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 21,33 (iyirmi bir manat 33 qəpik) manat, Təqsirləndirilən şəxs3 21,33 (iyirmi bir manat 33 qəpik) manat və Təqsirləndirilən şəxs2 21,33 (iyirmi bir manat 33 qəpik) manat məbləğdə pul tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi3 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar