Məhkəmə qərarları › İş №1(004)-24/2019

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-24/2019

27.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-24/2019 27.06.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: Bağırlı Elvin Eldar oğlu, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədov Elşən Eldar oğlu, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkilləri Tumasov Vüqar Əjdər oğlu və Məmmədov İman Gülağa oğlu, Zərərçəkmiş şəxslər: Kazımov Nurlan Qüdrət oğlu, Cəfərov Kərəm Cəfərxan oğlu və Qasımov Müzəffər Əzim oğlu Təqsirləndirilən şəxs: xx.xx.1965-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, ev 124, mənzil 10 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, ev 31Bdə kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Hüseynov Vəliş Qabil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.1964-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, ev 112, mənzil 11 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Hüseynov Elçin Yusif oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hüseynov Vəliş Qabil oğlu özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Kazımov Nurlan Qürbət oğlunun hər hansı bir iş qurub gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospektindəki 132 saylı binanın həyətində yerləşən avtomobil qarajını ona göstərib 22000 ABŞ dollarına satıldığını və həmin qarajı birlikdə şərikinə alaraq sonradan avtoyuma sexinə çevirib baha qiymətə sata biləcəkləri barədə yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Nurlan Kazımovdan 2013-cü ilin mart ayının 13-də Bakı şəhəri Nəsimi rayonu Çəmənzəminli küçəsi 9 saylı ünvanda yerləşən «Olimpik Star» əyləncə mərkəzinin qarşısında 10.000 ABŞ dolları və həmin ayın sonunda işlədiyi Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi 59 saylı ünvanda yerləşmiş ev alqısatqısı məntəqəsində 3.950 ABŞ dolları məbləğində nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdüyü pulların müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Kazımov Nurlan Qürbət oğluna ümumilikdə 13.950 ABŞ dolları - milli pul ekvivalenti ilə 10.947 manat 96 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Kazımov Nurlan Qürbət oğlunun əməlin törədildiyi vaxtı dəyərləndirilmiş 13.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 10.202 manat 40 qəpik dəyərində üzərində ümumilikdə 21 karat xırda brilyant qaşları olan 84 qram çəkidə qızıl metaldan hazırlanmış boyunbağı, qolbağ, sırğa cütü və üzükdən ibarət və əməlin törədildiyi vaxtı dəyərləndirilmiş 6000 ABŞ dolları – milli pul ekvivalenti ilə dəyərində 4.708 manat 80 qəpik dəyərində, üzərində ümumilikdə 5 karat xırda brilliyant qaşları olan 35 qram çəkidə qızıl metaldan hazırlanmış boyunbağı, qolbağ, sırğa cütü və üzükdən ibarət olan iki ədəd dəstləri (ümumi birlikdə cəmi 19.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 14.911 manat 20 qəpik olan) satması barədə bildikdə tamah niyyəti ilə guya onları nisyə olmaq şərti ilə alacağı və pullarını 3-4 ay ərzində tam ödəyəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 2014-cü ilin aprel ayında işlədiyi Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi 59 saylı ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəsində həmin iki ədəd qızıl dəstləri Nurlan Kazımovdan götürərək inandırmaq üçün ilkin olaraq ona 2.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 1.569 manat 60 qəpik, sonra isə 5.200 manat məbləğində pulu vermiş və bu yolla da həmin qızıl-zinət əşyalarını ələ keçirərək sonradan heç bir ödənişlər etməyib, zərərçəkmiş şəxs Kazımov Nurlan Qürbət oğluna ümumilikdə 8.141 manat 60 qəpik xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Hüseynov Elçin Yusif oğlu ilə cinayət ələqəsinə girib qabaqcadan əlbir olaraq qrup təşkil etdikdən sonra, Qasımov Müzəffər Əzim oğlunun tanışı Novruzov Nazim Heydər oğlunun arvadı Novruzova Sümbülə Veysəl qızının adına olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ sahəsi 183C ünvanında yerləşən 7 otaqlı ümumi sahəsi 284,7 kvadrat metr olan bağ evinin ətrafındakı 0,15 ha ölçüdə həyətyanı torpaq sahəsini özəlləşdirmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Sümbülə Novruzovanın adına rəsmi qaydada sənədləşdirəcəkləri və texniki pasportu ilə yanaşı mülkiyyət hüququna aid müvafiq çıxarışı sonuncunun adına əldə edəcəkləri barədə yalandan vəd verib aldadaraq Müzəffər Qasımovun etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Müzəffər Qasımovdan 2017-ci ilin noyabr ayının birinci yarısında Bakı Metropoliteninin “Nərimanov” stansiyasının üst hissəsində Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 104 saylı ünvanda yerləşən parkda 2.000 manat, sonra isə Bakı şəhəri Yasamal rayonu Şıxəli Qurbanov küçəsi 2/15 saylı ünvanda yerləşən “Təndir adlanan kafedə 2017-ci ilin noyabr ayının ikinci yarısında 3.000 manat və həmin ilin dekabr ayının 3-də 7.000 manat nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdükləri pulların müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Qasımov Müzəffər Əzim oğluna ümumilikdə 12000 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Həmçinin ittiham aktına əsasən ibtidai istintaq orqanı tərəfindən Hüseynov Vəliş Qabil oğluna - özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qonşusu olmuş Cəfərov Kərəm Cəfərxan oğlunun hər hansı bir böyük tikinti layihəsi üzrə iş icraçısı kimi iştirak etməklə gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya Abşeron rayonu Pirəküşkül qəsəbəsində inşa edilməli olan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinə aid hər birinin ölçüsü 1.700 kvadrat metr təşkil edəcək 50 ədəd yataqxanaların tikintisi üzrə onu iş icraçısı kimi təyin etdirəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 30 iyul 2014-cü il tarixdə işlədiyi Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi 59 saylı ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəsində Kərəm Cəfərovdan 26.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 20.389 manat 20 qəpik məbləğində nağd pul vəsaitini alaraq ələ keçirməsi və götürdüyü pulların müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Cəfərov Kərəm Cəfərxan oğluna 20.389 manat 20 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi epizodu üzrə də ittiham verilsə də, Təqsirləndirilən şəxs1 Cəfərov Kərəm Cəfərxan oğluna qarşı həmin dələduzluq əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmədi. Hüseynov Elçin Yusif oğlu özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Hüseynov Vəliş Qabil oğlu ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olaraq qrup təşkil etdikdən sonra, Qasımov Müzəffər Əzim oğlunun tanışı Novruzov Nazim Heydər oğlunun arvadı Novruzova Sümbülə Veysəl qızının adına olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ sahəsi 183C ünvanında yerləşən 7 otaqlı ümumi sahəsi 284,7 kvadrat metr olan bağ evinin ətrafındakı 0,15 ha ölçüdə həyətyanı torpaq sahəsini özəlləşdirmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Sümbülə Novruzovanın adına rəsmi qaydada sənədləşdirəcəkləri və texniki pasportu ilə yanaşı mülkiyyət hüququna aid müvafiq çıxarışı sonuncunun adına əldə edəcəkləri barədə yalandan vəd verib aldadaraq Müzəffər Qasımovun etibarından sui-istifadə etməklə ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə davamlı olaraq hissə-hissə olmaqla Müzəffər Qasımovdan 2017-ci ilin noyabr ayının birinci yansında Bakı Metropoliteninin “Nərimanov" stansiyasının üst hissəsində Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 104 saylı ünvanda yerləşən parkda 2.000 manat, sonra isə Bakı şəhəri Yasamal rayonu Şıxəli Qurbanov küçəsi 2/15 saylı ünvanda yerləşən “Təndir" adlanan kafedə 2017-ci ilin noyabr ayının ikinci yarısında 3.000 manat və həmin ilin dekabr ayının 3-də 7.000 manat nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdükləri pulların müqabilində heç bir iş görməyib zerərçəkmiş şəxs Qasımov Müzəffər Əzim oğluna ümumilikdə 12000 manat xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Kazımov Nurlan Qüdrət oğluna qarşı dələduzluq epizodu üzrə təqsirləndirilən şəxs Hüseynov Vəliş Qabil oğluna verilmiş ittiham üzrə aşağıdakılar müəyyən edildi. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Kazımov Nurlan Qüdrət oğlu ifadəsində göstərmişdir ki, Hüseynov Vəliş Qabil oğlu ilə 2005-ci ildən tanış olmuşdur. Həmin vaxt o, Bakı şəhəri Yasamal rayonu Mirzə Ağa Əliyev küçəsi 145-də yerləşən qızıl-ziynət əşyalarının təmiri emalatxanasında işləmiş, Təqsirləndirilən şəxs1 isə həmin emalatxana ilə üzbə-üz Yasamal rayonu İslam Səfərli küçəsi 49-də yerləşən evlərin alıq-satqısı məntəqəsində makler kimi ev alğı-satqısı ilə məşqul olmuşdur. Məhz bu yolla da iş yerləri bir-biri ilə üzbə-üzdə yerləşdiyi üçün onlar bir qonşu kimi tanış olaraq aralarında xoş münasibətlər yaranmışdır. 2006-cı ildə isə o, Təqsirləndirilən şəxs1 müraciət edərək onun vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi Kənar Dairəvi küçəsindəki 20 saylı binanın 305 saylı mənzilini almışdır. Bundan sonra 2011-ci ildə «Qış Parkı»-nın salınması ilə bağlı bir çox obyekt və yaşayış evləri sökülərək, həmçinin onun işlədiyi emalatxana da plana düşərək sökülmüşdür. Təqsirləndirilən şəxs1 isə işlədiyi mənqədə yerləşdiyi bina plana düşmədiyi üçün sökülməmiş və həmin bina hal hazırda da yerindədir. Lakin iş yerinin sökülməsinə baxmayaraq o, Təqsirləndirilən şəxs1la aralarında olan tanışlıq münasibətlərini davam edirmişlər. Yuxarıda göstərilən emalatxana söküləndən sonra o, bir neçə il ərzində rəsmi işsiz qalmış, daha sonra isə 2013-cü ildə Bank olmayan Kredit Təşkilatı «xxxx» MMC-yə kredit mütəxəssisi kimi işə qəbul olunmuş və 2015-ci ilin iyun ayının 25-dək daimi olaraq həmin MMC-də işləmişdir. Lakin həmin iş yerində zəhmət haqqısı bir qədər aşağı olduğundan əldə etdiyi pul ailəsini dolanışığına kifayət etməmişdir. Buna görə də, o, qərara gəlmişdir ki, bankdan kreditlə pul görürərək və ya hər hansı bir dostundan borc pul alaraq hər hansı bir balaca obyekt almaqla ticarətlə məşqul olaraq ailəsini dolandırsın. Həmçinin, o, əvvəllər qızıl-ziynət əşyalarının alveri ilə də məşqul olmuşdur, lakin 2013-cü ildən başlayaraq qızıl-ziynət əşyalarının alqı-satqısı zəiflədiyi üçün qızılın alveri demək olar kı dayanmışdır və buna görə də, o, qızıl alveri ilə məşqul ola bilmişməmişdir. Bunları nəzərə alaraq, 2013-cü ilin mart ayının əvvəllərində o, Təqsirləndirilən şəxs1 müraciət edərək ondan balaca bir obyekt almaq istədiyini bildirəndən bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ona Nərimanov rayonu Azadlıq prospekti 140 saylı ünvanda yerləşən avtomobil qarajlarından birinin sahibinə təcili pul lazım olduğu üçün ucuz, yəni demək olar kı, yarı qiyməti olan 22.000 ABŞ dollarına həmin qaraj satılır və əgər o, özü tək və ya onunla şərikinə həmin qarajı alıb bir az əl gəzdirərək onu avtoyuma sexinə çevirsək, onda sonradan iki dəfə baha qiymətə sataraq xeyli gəlir əldə edə biləcəklərini demişdir. O, isə həmin vaxt göstərilən miqdarda pulu olmamasını və həmçinin bankda göstərilən miqdarda kreditlə pulun verilmədiyini nəzərə alaraq həmin qarajı tək ala bilməyəcəyini bildirmişdir. Bununla bağlı, Təqsirləndirilən şəxs1 həmin qarajı onunla şərikli olaraq almağı ona təklif etmişdir. O da, Təqsirləndirilən şəxs1 bir neçə il tanıdığından və bu yolla da aralarında inam və etibar olduğundan onunla razılaşmışdır. Bununla bağlı, Təqsirləndirilən şəxs1 onu özü ilə Nərimanov rayonu Azadlıq prospekti 140 saylı ünvana apararaq orada qarajlardan birini, yəni sağ tərəfdə yerləşən sonuncu və darvazası yaşıl rəngli boya ilə rənglənmiş avtomobil qarajını göstərərək bildirmişdir ki, həmin qaraj 22.000 ABŞ dollarına satılır. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, göstərilən qarajın sahibi dövlət işində işlədiyi üçün həmin şəxsi hər dəfə baxış keçirmək üçün qaraja dəvət etmək olmur və buna görə də göstərilən qarajın qapısının açarları onda olmadığı üçün hazırda içinə daxil olub içəridən baxış keçirmək mümkün deyildir. Həmçinin, Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, o, özü bundan əvvəl həmin qarajın sahibi ilə qarajın içinə baxış keçirib və qarajı avtoyuma sexinə çevirmək mümkündür. Bu səbəbdən də o, yalnız çöl tərəfdən həmin qaraja baxış keçirə bilmişdir və aralarında inam və etibar olduğu üçün Təqsirləndirilən şəxs1 sözlərinə inanıb onunla razılaşmışdır. Həmin qarajın alınması ilə bağlı aralarında olan söhbət-danışıqları nəticəsində Təqsirləndirilən şəxs1 bildirmişdir ki, onun cəmi 8.000 ABŞ dolları miqdarda pulu var və məhz həmin pulları sərf edə bilər və o da, vəd etmişdir ki, qalan 14.000 ABŞ dollarını bankdan kreditlə götürərək həmin qarajın alınmasına sərf edər. Bundan sonra o, xx.xx.2013-cü il tarixdə «Acsess Bank» bankına müraciət etmiş və xx.xx.2013-cü il tarixdə orada ona 7.800 manat miqdarda kredit ayrılaraq həmin pullar göstərilən vaxt mövcud olmuş kursa uyğun olaraq 10.000 ABŞ dolları şəkilində ona verilmişdir. O da, pulları bankdan təhvil aldıqdan sonra elə həmin gün dostu Rəsul Əliyevlə birlikdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Olimpik Star” adlanan əyləncə mərkəzinin qarşısına gəlib, orada Təqsirləndirilən şəxs1la görüşərək həmin 10.000 ABŞ dolalarını əlbəəl Təqsirləndirilən şəxs1 vermişdir. Lakin pulları verərkən o, Rəsulun yanında həmin qaraj haqqında heç bir məlumat verməmiş, yəni buna heç bir ehtiyac olmamışdır. Təqsirləndirilən şəxs1 da həmin pulları ondan alaraq heç bir əlavə sözlər deməmiş və oradan çıxıb getmir. Ona görə ki, əvvəlcədən öz aralarında bütün söhbət və danışıqlarını etmişdirlər. Dostu Rəsul Əliyev 2014-cü ilin sonunda ailə üzvləri ilə birlikdə daimi yaşaması üçün Almaniyaya köçmüş və həmin vaxtdan hal hazıradək bir daha Azərbaycana qayıtmamışdır. Daha sonra isə o, dostu Babək Atamalıyevə müraciət edərək ondan 4.000 ABŞ dollarını borca almışdır. Bundan təxminən 4-5 gün sonra, yəni 2013-cü ilin mart ayının sonunda o, Təqsirləndirilən şəxs1 işlədiyi məntəqəyə gəlib, dostu Babəkdən aldığı pulların 3.950 ABŞ dollarını Təqsirləndirilən şəxs1 vermişdir. Həmin pulların 50 ABŞ dollarını isə həmin vaxt cibxərcliyi olmadığı üçün özündə saxlamışdır və Təqsirləndirilən şəxs1 xahiş etmişdir ki, çatmayan 50 ABŞ dollarını özü tapıb pulların üstünə qoysun. Bundan təxminən 3 gün sonra isə o, növbəti dəfə Təqsirləndirilən şəxs1 işlədiyi məntəqəyə gəldikdə aralarında olan söhbətləri zamanı o, ona bildirmişdir ki, artıq həmin qarajın sahibi ilə notariusa gedərək qarajın texniki pasportu əsasında alqı-satqısını öz adına rəsmişlədirmişdir. Lakin Təqsirləndirilən şəxs1 həmin alqı-satqı ilə bağlı ona heç bir sənədləri göstərməyərək bildirmişdir ki, qarajın texniki pasportunu öz adına keçirməkdən ötrü bütün sənədləri «BTİ»yə, yəni Dövlət Əmlakının Dövlət Reyestr Xidmətinə təhvil vermişdir. O da, aralarında inam olduğu üçün bununla bağlı hər hansı bir araşdırmalar aparmayaraq yalnız nəticəsini gözləmişdir. Həmçinin, həmin söhbətləri zamanı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, özü artıq 100 manat xərc çəkərək həmin qarajın içini fəhlələrə təmizlətdirməklə qaydaya salmış və bundan sonra həmin qarajı avtoyumaya sexinə çevirmək üçün təxminən 1.000 manat pul lazımdır və həmin pulun 500 manatı özü qoyacağını deyərək ondan bir həftə-on gün ərzində onun payına düşən qalan 500 manatı gətirib ona verməsini xahiş etmişdir. O da, Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşmış, ona görə ki, sərf etdiyi bütün pulları və müəyyən qazanc əldə etmək məqsədi ilə tezliklə həmin qarajı avtoyumaya çevirməklə satışa çaxırlmalı olmuşlar. Lakin təxminən 6-7 gündən sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək bildirmişdir ki, onun bir nəfər Rüfət adlı tanışı həmin qarajı almaq istəyir və Rüfətə qarajı 48.000 ABŞ dollarına təklif edərək razılaşmışlar kı, onlara 47.000 ABŞ dollarını ödəsin, 1.000 ABŞ dolları isə sonuncu özü sərf edərək qarajın avtoyumaya çevrilməsini təmin etsin. Lakin bununla yanaşı, Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, Rüfət onun yaxın dostu olduğu üçün və həmçinin Rüfətin əlində tam şəkildə hazırda pul olmadığı üçün sonuncu ilə razılaşıb ki, həmin 47.000 ABŞ dollarını 5 hissəyə bölərək hər ay 10.000 ABŞ dolları və sonuncu ay 7.000 ABŞ dollarını onlara ödəsin. Bu kimi şərt onu qane etdiyi üçün Təqsirləndirilən şəxs1la razılaşmışdır. Ona görə ki, yuxarıda göstərilən 500 manatı tapıb verməyə həmin vaxt hələdə imkanı olmamışdır. Həmin vaxt o, yalnız aralarında olan köhnə tanışlıq və etibara əsaslanaraq Təqsirləndirilən şəxs1 inanmışdır. Ona görə ki, o, həmin ərəfədə və həmçinin ondan əvvəldə bu kimi qayda da bir çox mənzil və obyektlərin alverini həyata keçirmişdir. Təxminən 10-12 gündən sonra isə o, yuxarıda göstərdiyi qarajın yerləşdiyi ərazidə olarkən gedib qaraja baxmış və görmüşdür ki, qaraj artıq avtoyuma kimi fəaliyyət göstərir. Bununla bağlı, o, dərhal Təqsirləndirilən şəxs1 mobil telefonuna zəng edərək onu sorğu-sual etmiş və o da, cavabında bildirmişdir ki, həmin qarajı artıq həmin Rüfət adlı dostu özü zəruri xərcləri edərək avtoyumaya çevirib işlədir. Həmçinin, Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, həmin qarajı artıq Rüfətin arvadının adına rəsmişlədirmişlər. O da, Təqsirləndirilən şəxs1 bütün sözlərinə inanaraq yalnız sakitçə durub gözləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 həmin ərəfədə ona bildirmişdir ki, həmin qarajı almış Rüfət adlı dostunun hansısa maddi problemləri yarandığı üçün hələlik ayda yalnız 1.000-2.000 ABŞ dolları civarında pulları ona ödəyə bilir. Həmçinin, həmin söhbətləri zamanı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, onun mərhum anası ağır xəstə olduğu üçün daim müalicəsi üçün xeyli miqdarda pul vəsaitini sərf edir və buna görə də, ona bildirmədən Rüfət adlı dostu qarajın dəyərinə aid ona ödəmiş olduğu pulları məcbur olub anasının müalicəsinə xərcləyir. Bununla bağlı o, çox etiraz etməsə də, banka olan kreditinin vaxtı ödənilib bağlanması ilə bağlı pulunun olmadığı üçün bir qədər narazılığını Təqsirləndirilən şəxs1 bildirmişdir. Məhz bu halda, Təqsirləndirilən şəxs1 onun pullarının, yəni həmin qaraja görə ona çatası olan 26.450 ABŞ dollarının təminatı kimi bildirmişdir ki, əgər gələcəkdə maddi vəziyyəti düzəlməsə, onda onun həmin pullarını ona ödəmək məqsədi ilə özünə məxsus olmaqla arvadı Hüseynova Xalidə Rəfael qızının adına rəsmləşdirilmiş Bakı şəhəri Yasamal rayonunda, 21 sayılı Orta Məktəbin yaxınlığında beş mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən və kirayəyə vermiş olduğu 2 otaqlı mənzilini satacaq. Bütün bu kimi danışıqların nəticəsində o, yenidən Təqsirləndirilən şəxs1 sözlərinə inanaraq məcbur olub onu gözləməli olmuşdur. 2013-cü ilin təxminən oktyabr-noyabr ayılarında Təqsirləndirilən şəxs1 anası uzun sürən xəstəliyindən sonra vəfat etmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs1 yasının düşməsi ilə bağlı dəfn və yas marasiminin keçirilməsi, eləcə də qəbrin və baş daşının düzəldilməsi ilə bağlı xeyli xərcə düşməsini nəzərə alaraq, heç bir maddi tələbləri irəli sürmədən gözləməli olmuşdur. Yasdan sonra isə Təqsirləndirilən şəxs1 özünün deməsinə görə həqiqətəndə yuxarıda göstərilən mənzilini satışa çıxarmış və hətta bu barədə ona məlumat verərək müştərinin tapılmasında köməklik göstərməyini xahiş etmişdir. Bütün bu kimi hallarda onu daha inandıraraq Təqsirləndirilən şəxs1 gözləməyə səbəb olmuşdur. Ona görə ki, həmin vaxt dünyada və yaşadıqları respublikada mövcud olan maliyə böhranı ilə bağlı daşınmaz əmlakın satış bazarı bir qədər zəifləmişdir. Lakin 3-4 ay keçsə də, həmin mənzili Təqsirləndirilən şəxs1 özünün deməsinə görə sata bilməmişdir, onun isə hər ay bankda olan kreditinin ödənişləri olmuşdur. Belə ki, o, bankda olan krediti üzrə olan ödənişləri vaxtında icra etmək üçün məcbur olub özünə və ailə üzvlərinə məxsus bir neçə qızıl-zinət əşyalarını sataraq pul əldə etmişdir. Buna görə də, o, məcbur olub Təqsirləndirilən şəxs1 tələsdirmişdir. Lakin bununla yanaşı həmin ərəfədə, yəni 2014-cü ilin aprel ayında keçmiş yoldaşı Seymur İbadov ona müraciət edərək bildirmişdir ki, icarəyə götürüb işlətmiş olduğu Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayonda yerləşən «Moskva» univermağındakı şöbəni bağladığı üçün bütün malları, yəni qızıl-ziynət əşyalarını evinə yığıb və buna görə də əldən olaraq tanış-bilişlərinə satır. Məhz bu səbəbdən də Seymur İbadov ona müraciət edib, həmin qızıl-ziynət əşyalarının nağd və ya nisyə olsa da belə satılması ilə bağlı müştərilərin tapılmasında ona köməklik etməyini xahiş edərək 2 ədəd qarnituru, yəni kolye, qolbağ, sırğa cütü və üzükdən ibarət 84 qram çəkidə qızıldan və 21 karat brilliyant qaşları olan 13.000 ABŞ dolları dəyərində və eyni olaraq kolye, qolbağ, sırğa cütü və üzükdən ibarət 35 qram çəkidə qızıldan və 5 karat brilliyant qaşları olan 6.000 ABŞ dolları dəyərində olan komplektləri müştərilərə göstərilməsi məqsədi ilə əvvəlcədən ona vermişdir. Belə ki, yuxarıda göstərilən qarniturlardan 13.000 ABŞ dollarına olanı onun tanışı Azad Abbasov Çin Xalq Respublikasının Honq Konq vilayətində, 6.000 ABŞ dolları dəyərində olanı isə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən alaraq satmaq üçün Bakı şəhərinə gətirmişdir. Bakı şəhərində yerləşən «Moskva Univermağı», «Mərkəzi Univermaq» və «Laçın Univermağı» adlanan mağazalarda fəaliyyət göstərən qızıl alqı-satqısı şöbələrində həmin qarniturlardan 13.000 ABŞ dollarına olan pərakəndə olaraq 20.000 manata, 6.000 ABŞ dollarına olan isə 9.000 manata satışa çıxarılırdı və alcı olanda 10-%-dək endirim olunurdu. Lakin, Azad Abbasov «Moskva Univermağında» yerləşən işlətdiyi şöbəni bağladığından bütün qızıllarını məcbur olub 30-50% aşağı qiymətlərlə əldə satmağa razılaşmışdır və məhz bu səbəbdən də həmin iki qarnituru ona verərək əldən dost-tanış arasında tezliklə satılmasında ona köməklik göstərməsini xahiş etmişdir. Həmin dəstlərdən 13.000 ABŞ dolları dəyərində olan 1-ci qarnitura daxil olan predmetlərin hər biri «assimetrik yarpaq» formasında olmuşdur. Həmin qarnitura daxil olan boyunbağının (kolyenin) qızıl hissəsinin çəkisi 35,5 qram, əyarı 750, üstündə cəmi 10,2 karat brilyat qaşlar olmuşdur. Həmin boyunbağıda olan brilyant qaşlarından 2 karatı - 20 ədəd 10 sotluq paxlava(markiz) və damcı(prinses) formalı brilyant qaşlar, qalan 8,2 karatı isə dairəvi və müxtəlif forma və ölcülərdən ibarət olmaqla 1-8 sotluq brilyant qaşlardan ibarət olmuşdur. Həmin qarnitura daxil olan qolbağın qızıl hissəsinin çəkisi 26,5 qram, əyarı 750, üstündə 5,6 karat brilyant qaşlar olmuşdur, həmin brilyant qaşlarından 0,9 karatı - 9 ədəd 10 sotluq paxlava (markiz) və damcı(prinses) brilyant qaşlar, qalan 4,7 karatı isə dairəvi və müxtəlif forma və ölcülərdən ibarət olmaqla 1-8 sotluq brilyant qaşlardan ibarət olmuşdur. Həmin qarnitura daxil olan eyni formalı sırğa cütü və üzüyün ümumilikdə qızıl hissəsinin çəkisi 22 qram, əyarı 750, üstündə 5,2 karat brilyant qaşlar olmuşdur, həmin brilyant qaşlarından 1,7 karatı - 17 ədəd 10 sotluq paxlava formalı(markiz) və damcı formalı(prinses) brilyant qaşlar, qalan 3,5 karatı isə dairəvi və müxtəlif forma və ölcülərdən ibarət olmaqla 1-8 sotluq brilyant qaşlardan ibarət olmuşdur. 6.000 ABŞ dolları dəyərində olan 2-ci qarnitura daxil olan predmetlər hər biri «yonca yarpağı» formasında olmuşdur. Həmin qarnitura daxil olan boyunbağının (kolyenin) qızıl hissəsinin çəkisi 12,3 qram, əyarı 750, üstündə cəmi 2 karat brilyant qaşlar olmuşdur. Həmin boyunbağıda olan brilyant qaşlardan 1 ədədi 10 sotluq damcı formalı (prinses) brilyant qaş, qalan 1,9 karatı isə dairəvi və müxtəlif forma və ölcülərdən ibarət olmaqla 7-9 sotluq brilyant qaşlardan ibarət olmuşdur. Həmin qarnitura daxil olan qolbağın qızıl hissəsinin çəkisi 11 qram, əyarı 750, üstündə 1,3 karat brilyant qaşlar olmuşdur, həmin brilyant qaşların 1 ədədi 10 sotluq damcı formalı (prinses) brilyant qaş, qalan 1,2 karatı isə dairəvi və müxtəlif forma və ölcülərdən ibarət olmaqla 7-9 sotluq brilyant qaşlardan ibarət olmuşdur. Həmin qarnitura daxil olan eyni formalı sırğa cütü və üzüyün ümumilikdə qızıl hissəsinin çəkisi 11,7 qram, əyarı 750, üstündə 1,7 karat brilyant qaşlar olmuşdur, həmin brilyant qaşlarından 3 ədədi 10 sotluq damcı formalı (prinses) brilyant qaşlar, qalan 1,4 karatı isə dairəvi və müxtəlif forma və ölcülərdən ibarət 7-9 sotluq brilyant qaşlardan ibarət olmuşdur. Bununla da o, öz növbəsində bu barədə müxtəlif tanışlarına bildirməklə yanaşı həmçinin Təqsirləndirilən şəxs1 da bu barədə bildirmişdir, ona görə ki, o, bir çox bahalı ev və mənzillərin alqı-satqısı ilə məşqul olduğu üçün xeyli sayda imkanlı şəxsləri tanıdığını ona bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 bu kimi sözlərini eşitdikdən sonra ona bildirmişdir ki, onsuz da özü iki oğlunu yaxın gələcəkdə evləndirmək məqsədi ilə hər oğlu üçün bir qədər qızıl-ziynət əşyaları alıb evində saxlamalıdır və əgər həmin qızılları nisyə almaq mümkündürsə, özü onları götürər, ona görə ki, yuxarıda göstərilən mənzili satıldıqdan sonra əldə etdiyi pulların bir hissəsini ona ödəyəcək, qalan pulların hesabına isə göstərilən qızılların pullarını ödəyə bilər. O da, Təqsirləndirilən şəxs1 hələdə inandığından və ona qarşı dələduzluq etməsindən xəbərsiz olduğundan yenədə ona inanmış və həmin qızıl qarniturları baxması üçün ona təqdim etmişdir. Təqsirləndirilən şəxs1 öz növbəsində həmin qızıllara baxış keçirdikdən sonra onları bəyəndiyi üçün götürmüş və yaşadığı mənzilə apararaq təxminən 15 dəqiqədən sonra 2.000 ABŞ dollarını gətirib ona verərək qızılların sahibi olan Seymur İbadova çatdırmağını xahiş etmişdir. Qalan pulları isə yaxın 2-3 ay ərzində Yasamaldakı mənzilini sataraq dərhal ödəyəcəyini vəd etmişdir. O da, həmin 2.000 ABŞ dollarını Seymur İbadova çatdırmışdır. Bununla yanaşı, o, Təqsirləndirilən şəxs1 hələ də inandığından və ona qarşı dələduzluq etdiyindən xəbərsiz olduğundan, məcbur olub kredit borcu olan bank qarşısında vaxt udmaq məqsədi ilə yenidən 10.000 ABŞ dolları hesabı ilə 7.800 manat miqdarda pulu xx.xx.2014-cü il tarixdə kreditə götürərək həmin pulların hesabına əvvəlki kreditini ödəyərək tam bağlamışdır. Lakin Təqsirləndirilən şəxs1 vəd etdiyi 3 ay müddəti keçsə də, o nə həmin qızıllara görə və nə də qarajın satışı ilə bağlı onun payına düşən pullardan ona heç bir miqdarını verməmişdir. Məhz bu səbəbdən də, Təqsirləndirilən şəxs1la aralarında onun pul tələbi ilə bağlı müəyyən problemlər yaranmışdır. Bununla da bağlı, Təqsirləndirilən şəxs1 guya onu inandırıb bir qədərdə vaxt almaqdan ötrü özünə məxsus digər, yəni Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki 124 saylı binada yerləşən 10 saylı mənzilinin çıxarışını ona verib, pullarını ödəyənədək həmin çıxarışı özündə girov kimi saxlamağını xahiş etmişdir. Lakin o, Təqsirləndirilən şəxs1 bu kimi təklifi ilə razılşmayıb, bildirmişdir ki, həmin çıxarış ona heç bir əsas vermir ki, onun vasitəsi ilə öz pullarını əldə edə bilsin, ona görə ki, göstərilən mənzil 3 otaqlı olsa da, paylı mülkiyyət hüququ üzrə onun yalnız bir otağı Təqsirləndirilən şəxs1 adına olmuşdur. Bununla da, o, Təqsirləndirilən şəxs1 həmin şərt və xahişləri ilə razılaşmayaraq ondan tələb etmişdir ki, yuxarıda göstərilən qarajı almış həmin Rüfət dostunu onunla görüşdürsün ki, o, sonuncudan nə qədər miqdarda pulun ona ödədiyini soruşub-araşdırsın. Yalnız bundan sonra, Təqsirləndirilən şəxs1 yaxın günlərdə həmin Rüfət adlı dostunu onunla görüşdürəcəyini vəd etməklə yanaşı, onu razı salıb ona vaxt verməyi məqsədi ilə özünə məxsus olmaqla həmin vaxt idarə etdiyi «Rang Rover» markalı **-ST-*** dövlət qeydiyyat nömrə nişanlı «cip» avtomobilini sürüb, işlədiyi məntəqə ilə üzbəüzdə inşa edilmiş «Qış Parkı»-nın altında olan avtodayanacağa qoymuşdur. Həmin avtomobilin əsas açarını, yəni «pult» adlanan uzaqdan komanda verən cihazı ona verərək bildirmişdir ki, Yasamalda olan mənzili hələki satılmır və buna görə də, həmin avtomobilini satışa çıxarır və satılmayadək sürməyəcək. Bu kimi halda o, məcbur olub Təqsirləndirilən şəxs1 həmin təklifi ilə razılaşaraq, onun barəsində polisə şikayət etməyib gözləmək məqsədi həmin avtomobilin «pultunu» və D.Əliyev küçəsində yərləşən həmin mənzilin çıxarışının əslini Təqsirləndirilən şəxs1 təhvil almışdır. Eyni zamanda, sonuncu dəfə bankdan kreditlə götürdüyü pullardan 9.000 ABŞ dollarını, həmçinin yenidən dostu Babək Atamalıyevdən borc götürdüyü 8.000 ABŞ dollarını, yəni ümumilikdə 17.000 ABŞ dollarını toplayıb keçmiş iş yoldaşı Seymur İbadova ödəmişdir. Ona görə ki, Şahid11 həmin qızılları bilavasitə ona vermişdir. O da, onlara cavabdeh olduğundan onun qarşısında məsuliyyət daşımışdır. Həmçinin, Şahid11 həmin qızılları ona cəmi 4 ay müddətinə nisyə olaraq vermişdir və həmin müddət keçdiyi üçün qızılları özünü və ya pullarını ondan tələb edərək artıq aralarında müəyyən narazılıq və mübahisələr başlamışdır. Son nəticədə də, o, öz adını və dürüst insan olmaduğunu qoruyub saxlamaqdan ötrü məcbur olub qızılların pulunu tamlıqla Şahid11 ödəyərək bu barədə və Təqsirləndirilən şəxs1 hələdə qızıllara görə ona 2.000 ABŞ dollarından başqa pul vermədiyini bildirərək ondan xahiş etmişdir ki, əgər gələcəkdə Təqsirləndirilən şəxs1la üzləşsə və ya Təqsirləndirilən şəxs1 qızıllara görə bir başa ona pul ödəsə, onda onun tərəfindən pulların ödənilməsi haqqında sonuncuya bildirmədən pulları ondan təhvil alaraq sonradan üda ona qaytarsın. Şahid11 da onun xahişini qəbul etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 2014-cü ilin dekabr ayanadək onu süründürmüş və yalnız dekabr ayının təxminən ortalarında ona zəng edərək həmin qızılların pulundan 5.200 manat ödəməyə hazır olduğunu bildirmişdir. Buna görə də, o, Təqsirləndirilən şəxs1 arxayın salmamaq məqsədi ilə Seymur İbadova zəng edərək ondan xahiş etmişdir ki, özü Təqsirləndirilən şəxs1la zəngləşib görüşərək həmin pulları ondan təhvil alsın və sonradan ayrılıqda pulları ona çatdırsın. Şahid11 onun xahişini yerinə yetirərək həqiqətəndə zəngləşib Təqsirləndirilən şəxs1la görüşmüş və ondan 5.200 manat pulu alaraq, sonradan həmin pulları ona qaytarmışdır. Lakin bütün yuxarıda göstərdiklərinə baxmayaraq son nəticədə də Təqsirləndirilən şəxs1 onu aldatmış və heç bir miqdarda ona pul verməmişdir. Bununla bağlı o, özü araşdırma apardıqda müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 Yasamaldakı mənzilini satsa da, ona heç bir miqdarda pul ödəməmişdir. Həmçinin müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 ona «pultunu» verdiyi həmin avtomobilini də göstərilən dayanacaqdan apararaq ikinci «pultu» əsasında başqa şəxsə satmışdır. Eləcə də, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 ondan götürdüyü həmin qızıl qarniturdan birini, yəni 13.000 ABŞ dolları dəyərində olanı ondan götürdükdən təxminən 1 və ya 2 ay sonra 25.000 ABŞ dolları hesabı ilə Arif adlı şəxsə verərək sonuncuya olan borcunu ödəmişdir. O, Təqsirləndirilən şəxs1 inandığına və ona etibarı olduğuna görə ona pul və qızıl əşyaları verən zaman aralarında heç bir sənədləşmə olmamışdır. Belə ki, o, yuxarıda göstərilən məsələlərlə bağlı dəfələrlə Təqsirləndirilən şəxs1 işlədiyi həmin məntəqəyə gedib-gələrək orada Təqsirləndirilən şəxs1 gözləmiş və sonradan da həmin pulları xırda-xırda və hissə-hissə olmaqla ondan geri almışdır. Məhz bu yolla da, o, növbəti dəfələrin birində həmin məntəqəyə gəlib Təqsirləndirilən şəxs1 gözləyərkən orada əvvəllər tanımadığı həmin Arif adlı şəxslə söhbətləşib tanış olmuşdur. Yalnız bu kimi tanışlıq nəticəsində həmin Arif adlı şəxs onun zərgər olmağı barədə bildikdə gələcəkdə ailə üzvlərinə qızıl-zinət əşyaları lazım olacağı təqdirdə ona müraciət edəcəyini bildirmişdir. Buna görə də, o, özü mobil telefon nömrəsini, eləcə də Arif öz mobil telefon nömrəsini bir-birlərinə vermişlər. Bundan sonra, yəni 2014-cü ilin təxminən may və ya iyun ayında həmin Arif adlı şəxs ona zəng edərək bildirmişdir ki, özündə olan bir ədəd qızıl qarnituru satmaq istəyir. Bununla da bağlı, o, Ariflə görüşmüş və o, özündə olan bir ədəd qızıl qarnituru göstərdikdə gördüşdür ki, həmin qarnitur məhz onun tərəfindən 1-2 ay əvvəl Təqsirləndirilən şəxs1 vermiş olduğu həmin, yəni kolye, qolbağ, sırğa cütü və üzükdən ibarət 84 qram çəkidə qızıldan və 21 karat brilliyant qaşları olan 13.000 ABŞ dolları dəyərində olan qarniturdur. Bu səbəbdən də, o, Ariflə aralarında olan söhbətləri zamanı bu barədə, yəni qarniturun onun tərəfindən 1-2 ay əvvəl 13.000 ABŞ dolları hesabı ilə Təqsirləndirilən şəxs1 verildiyini bildirmişdir. Bunun cavabında isə həmin Arif adlı şəxs ona bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 2013-cü ildə onun üçün 100 kv.m. ölçüdə sahəsi olan zirzəmini alacağı məqsədi ilə beh kimi əvvəllcədən ondan 20.000 manat pul almış, lakin sonradan vədinə əməl etməmiş və buna görə də yalnız 10.000 manatını geri qaytardıqda, qalan 10.000 manatı isə Təqsirləndirilən şəxs1 geri qaytara bilmədiyindən məhz ondan götürdüyü həmin, yəni 13.000 ABŞ dolları dəyərində olan qarnituru əvvəlcə girov kimi verərək, sonradan da onda saxlayıb 10.000 manatla əvəzləşdirmişdir. Təqsirləndirilən şəxs1 aldığı həmin qızılların pulundan 10.000 ABŞ dollarını bir başa Azadın özünə ödəməsini yalan bildirmişdir. Azad sahibkar olaraq daim xaricdə, yəni Dubay şəhərində olur və buna görə də, onun bütün işlərini xalası oğlu olan həmin Seymur adlı şəxs həyata keçirir. Buna görə də, «Moskva» univermağında olan şöbəni də məhz Seymur işlətmiş və məhz Seymur da, həmin qızıl qarniturları ona vermişdir. Yalnız bir dəfə Təqsirləndirilən şəxs1 5.200 manat pulu Azadın qohumu Seymura vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 həmin qızılların pulu ödəməyi gecikdirdiyindən o, məcbur olub bir dəfə onun yanında öz mobil telefonumdan Azadın mobil telefonuna yığıb danışmışdır. Azadı inandırmaq üçün məcbur olub telefonunu Təqsirləndirilən şəxs1 ötürərək onun Azadla danışıb, pulların gecikməsinin səbəbini izah etməsini tələb etmişdir. Ona görə ki, Azad şübhələnmişdir ki, həmin qızılları o, mənimsəyərək heç bir şəxsə verməmişdir. Novruzov Rusif Asif oğlu adlı şəxsi tanımır və heç vaxt bu kimi adlı şəxslə heç bir görüş və söhbətləri olmamışıdır. Təqsirləndirilən şəxs1 isə yalan məlumatlar verməklə özünü cinayət məsuliyyətindən qurtarmağa çalışmışdır. Belə ki, əgər Təqsirləndirilən şəxs1 onun pulunu ödəmişdirsə, nəyə görə evinin sənədini və maşınının açarını ona vermişdir. Vəliş ondan aldığı cəmi 43.450 ABŞ dollarını ona bu günə qədər ödəməmişdir. Belə ki, o, Təqsirləndirilən şəxs1 məhz yuxarıda göstərdiyi tarixlərdə və qaydada həmin qarajın alınması ilə bağlı ilk dəfə 10.000 ABŞ dolları, sonradan isə 3.950 ABŞ dolları miqdarda pulları vermişdir. Qarajın içinə isə o, yuxarıda göstərdiyi səbəblərə görə baxa bilməmişdir. Həmçinin, onun iştirakıilə Təqsirləndirilən şəxs1 nə həmin qarajın sahibi ilə görüşməmiş, nə də hər hansı bir şəxs beh kimi pul verməmişdir. Bunların hamısını Təqsirləndirilən şəxs1 özündən uydurmuşdur. Təqsirləndirilən şəxs1 ondan həqiqətəndə pul alması və sonradan pulları geri qaytaracığını vəd etməsi barədə aralarında dəfələrlə mobil telefonu vasitəsi ilə SMS məktubları vasitəsi ilə yazışmalar olmuş və onların bir neçəsini kompüterə köçürərək kağıza çap etdirərək istintaqa vermişdir. Həmçinin cinayət işi istintaqda olanda vəliş Hüseynovun qohumu Mirturabov Müşviq Rəfael oğlu Vəlişə kömək məqsədilə maddi ziyanın hissəvi ödənişi kimi ona 30.000 manat miqdarda pulu nağd şəkildə müstəntiq Əli Babayevin vasitəsilə ödəmişdir. Bu barədə protokol tərtib edilib cinayət işinə əlavə edilmişdir. Lakin vurulmuş ziyanın məbləği çox olduğu üçün, ziyanın qalan hissəsini də, yəni əlavə olaraq 30000 manat da tələb etmiş, lakin Müşfiqin pulu olmadığı üçün, öz aralarında razılaşmışlar ki, notariata gedib müqavilə bağlasınlar ki, guya Nurlan Kazımov Müşfiq Mirturabova 30000 manat borcu pul verir, Müşfiq Mirturabov da həmin pulu Nurlan Kazımova qaytaracaqdır. Belə də etdilər, notariat kontoruna gedib həmin müqaviləni Müşfiqlə öz aralarında bağladılar. Lakin Müşfiq Mirturabov müqavilədə göstərilən pulu ona qaytarmamış, əksinə Müşfiq Mirturabov məhkəməyə iddia qaldıraraq müqavilənin etibarsız edilməsini tələb etmiş, o da mülki iş üzrə qarşılıqlı iddia verərək Müşfiq Mirturabovdan 30000 manat pul tələb etmişdir. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə M.Mirturabovun iddiası rədd edilmiş, onun iddiası isə təmin edilərək M.Mirturabovdan 30000 manat alınaraq ona verilməsi qət edilmişdir. Həmin işdən M.Mirturabov apellyasiya şikayəti versə də, təmin edilməmiş, iş icraya yönəlmişdir. İcra mərhələsindədir, hələ də icra edilməmişdir. Göstərilənlərə əsasən Vəliş Hüseynovdan şikayətçidir, 60400 manat məbləğində olan mülki iddiasının təmin edilməsini və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Həmçinin Vəliş Hüseynovun cəzalanmasını da tələb edir. Məhkəmə istintaqında sorğu sual zamanı Kazımov Nurlan Qüdrət oğlu bildirmişdir ki, Vəlişə qaraj alınması ilə bağlı verdiyi 13950 ABŞ dollarını Vəliş ona qaytarmamışdır. Həmçinin 2 ədəd qızıl-zinyət əşyası olan qarniturların satılmasında tanışı Seymura kömək etmək üçün həmin qarniturları Seymurdan götürüb Vəlişə vermişdir. Qarniturların qiyməti baha olmuşdur, lakin qiymətindən çox-çox aşağı qiymətə Semur qarniturları dəyərləndirib ona vermişdir. Qarniturun birini 13000 ABŞ dollarına, digərini də 6000 ABŞ dollarına dəyərləndiriblər. Həmin qarniturları Seymurdan götürüb Vəlişə verəndə də Vəlişlə qarniturların qiymətini elə həmin qiymətə razılaşmışlar, birini 13000 ABŞ dollarına, digərini 6000 ABŞ dollarına. Vəlin həmin qarniturları ondan götürəndə 2000 ABŞ dolların həmin vaxtı vermişdir, qalan pulu da 2-3 aya verəcəyini bildirsə də, müxtəlif bəhanələrlə verməmişdir. vəlişdən aldığı 2000 ABŞ dollarını Seymura vermişdir. Həmin qızıllara görə Seymura 17000 ABŞ dolları pul ödəməli olduğu üçün həmin pulları özü ödəmişdir. Vəliş qızıllara görə ona ilkin olaraq 2000 ABŞ dolları vermiş, sonra Vəliş 5200 manatı Seymura vermiş, Seymurda həmin pulu Nurlana vermiş, həmçinin istintaq dövrü Vəlişin qohumu Müşfiq Mirturabov ona 30000 manat pul vermişdir. Müşfiq Mirturabovla xx.xx.2017-ci il tarixdə notariat kontorunda kredit müqaviləsi başlanarkən, Müşfiq Mirturabova 32000 manat pul borc kimi, kredit kimi verməmişdir. Ona görə də həmin borc müqaviləsi Müşfiq Mirturabova heç bir məbləğdə pul verilmədən bağlanmışdır. Çünki müqavilə bağlananda o Müşfiqə pul verməli deyildi, Müşfiq ona pul verməli idi, həmin pulu müşfiq ona vermək üçün həmin müqaviləni bağlayıblar. Həmin müqavilə əslində ona görə bağlanmışdır ki, Müşfiq Mirturabov ona Vəlişin borcuna görə qalan 32000 manat pulu ödəsin. Müqavilədə göstərilən 32000 manat pulu Müşfiq ona hələ də verməyib. Ataməliyev Babəkdən 20.000 manat pul götürüb. Pulları Vəlişə verib, lakin Vəliş həmin puldan 5000 manatı qaytarıb ona verib. Babək Ataməliyevə həmin 20000 manat pulu hissə-hissə Vəlişdən alıb qaytarıb. Babəkə qazanc kimi verdiyi 10.000 manat pulu da Vəlişdən alıb qaytarıb. Babəkdən 6 aya 10000 manat qazanc vermək adı ilə 20000 manat pul götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Atamalıyev Babək Rəcəb oğlu ifadəsində göstərmişdir ki, o, Kazımov Nurlan Qüdrət oğlu ilə 2006-cı ildən tanışdır. Həmin ildə onlar birlikdə «Həcc» ziyarətinə getmişlər və həmin vaxtdan hal hazıradək bir-birləri ilə dostluq edirlər. Hüseynov Vəliş Qabil oğlu ilə heç bir şəxsi tanışlığı olmamışdır. Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs1 aralarında pul tələbi ilə bağlı yaranmış mübahisə haqqında onun çox dəqiq məlumatı yoxdur, lakin Zərərçəkmiş şəxs1 deməsinə görə onların problemləri haqqında bir qədər məlumatı olub, ona görə ki, Zərərçəkmiş şəxs1 ondan bir neçə dəfə borca pul alaraq həmin pulların bir hissəsini Təqsirləndirilən şəxs1 verdiyini, digər hissəsini isə sonuncunun onun vasitəsi ilə zərgər tanışları olan Seymurdan alınmış qızıl-ziynət əşyalarının ödənişi kimi Seymura verdiyini bildirmişdir. Belə ki, 2013-cü ilin mart ayında N. Kazımov ona bildirmişdi ki, bir nəfər, yəni keçmiş iş yeri olan zərgərlik emalatxanası ilə ilə qonşuluqda yerləşən ev alqı-satqısında işləyən tanışı Vəliş adlı şəxslə şərikinə 22.000 ABŞ dollarına avtomobil qarajı alaraq sonradan həmin qarajı avtoyuma sexinə çevirib baha qiymətə satmaq istəyir və bununla bağlı 14.000 ABŞ dolları miqdarda pulu özü sərf etməlidir. Həmçinin, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, o, banklara müraciət etsə də, həmin miqdarda pulu ona verməmişlər və yalnız «Acsess Bankından» 10.000 ABŞ dollarını götürə bilmişdir. Məhz bu səbəbdən də, Zərərçəkmiş şəxs1 həmin vaxt ona müraciət edərək qalan 4.000 ABŞ dollarını ondan borc olaraq ona verməyini xahiş etmişdir. O da, aralarında olan xoş münasibətləri nəzərə alaraq razılışıb həmin gün 4.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 borc vermişdir. Zərərçəkmiş şəxs1 pulları götürdükdə bildirmişdir ki, həmin qarajı aldıqdan sonra onu avtoyuma sexinə çevirərək bir neçə ay ərzində satacaq və bu yolla da dərhal onun pullarını geri qaytaracaq. Bundan təxminən 15 gün sonra isə onun həyat yoldaşına müxtəlif qızılziynət əşyları lazım olmuş və bununla bağlı Zərərçəkmiş şəxs1 həmin əşyaları onlar üçün təşkil etmiş və həmin qızılların pulundan yuxarıda göstərilən 4.000 ABŞ dollarını çıxaraq ona olan borcunu bağlamışdır. Bundan başqa, 2014-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs1la aralarında olan növbəti görüşlərin birində o, ona bildirmişdir ki, həmin Vəliş adlı tanışı 22.000 ABŞ dolları dəyərində olan qarajla bağlı ondan 13.950 ABŞ dolları miqdarda pul almış, sonradan da həmin qarajı 47.000 ABŞ dollarına satsa da, daha sonra onun nə həmin pullarını geri qaytarmamış və nə də əldə olunmuş qazancın yarı hissəsi olan 12.500 ABŞ dollarını ona verməyərək mənimsəmiş, ona qarşı dələduzluq etmişdir. Lakin buna baxmayaraq, Vəliş özünə məxsus mənzilinin sənədlərini və özünə məxsus «Rang Rover» markalı avtomobilinin açarını ona verərək bir qədər vaxt alıb, pulları geri qatyracağını vəd etmişdir. Məhz bu səbəbdən də, o, yəni Zərərçəkmiş şəxs1 yenidən Vəlişə inanmış və nəticədə də Vəliş yuxarıda göstərilən torpaq sahəsi ilə bağlı ondan almış olduğu həmin 20.000 manatı hissə-hissə olmaqla ona geri qaytarmasına baxmayaraq, həmçinin, 2014-cü ilin aprel ayında guya öz oğlu üçün xeyir iş etməyə hazırlaşdığını bildirərək bu məqsədlə onun vasitəsi ilə ümumi tanışları olan zərgər Seymurdan 19.000 ABŞ dolları dəyərində iki ədəd qızıl qarnitur dəstini almış, lakin hal hazıradək həmin qızılların pullarından cəmi 2.000 ABŞ dollarını ödəmişdir. Buna görə də, o, qızılları Seymurdan özü zamin duraraq götürdüyündən hal hazırda da qalan 17.000 ABŞ dollarının özü Seymura ödəməlidir. Buna görə də, o, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyana düşməsini nəzərə alaraq, bir dost kimi köməklik edib, qeyri şərtsiz olaraq yaranmış problemdən çıxarmaq üçün özündə olan 8.000 ABŞ dollarını Zərərçəkmiş şəxs1 vermişdir ki, Seymura ödəsin. Zərərçəkmiş şəxs1 onunla birlikdə Seymurun yanına gedərək həmin 8.000 ABŞ dollarını onun iştirakı ilə Seymura ödəmişdir. Daha sonrakı söhbətlərində isə Zərərçəkmiş şəxs1 deməsinə görə ona məlum olmuşdur ki, sonradan Vəliş cəmi 5.200 manat miqdarda pulu həmin qızıllara görə aparıb bir başa özü Seymura ödəmiş, qalan pulları isə, eləcə də qaraja aid pulları geri qaytarmamışdır. Bununla da, Seymur qızılların pullarını Zərərçəkmiş şəxs1 əvvəlcədən tam şəkildə aldığı üçün Vəlişin ödədiyi həmin 5.200 manatı Zərərçəkmiş şəxs1 qaytarmışdır. Zərərçəkmiş şəxs1 həmin 5.200 manatın hesabına 6.500 ABŞ dolları alaraq 2-3 gündən sonra gətirib həmin pulu ona qaytarmışdır. Qalan 1.500 ABŞ dollarını isə Zərərçəkmiş şəxs1 təxminən bir aydan sonra ona qaytarmışdır və bununla da aralarında olan 8.000 ABŞ dolları borcunu ödəyərək bağlamışdır. Məhkəmə istintaqında sorğu-sual zamanı Atamalıyev Babək Rəcəb oğlu bildirdi ki, Nurlana 20000 manat pulu verəndə aralarında razılaşmışlar ki, bunun əvəzində Nurlan qazanc kimi ona əlavə olaraq 10000 manat da pul verəcəkdir. Nurlan sonradan hissə-hissə olmaqla yəni 100, 1500, 2000 və 3000 olmaqla 20.000 manıtı ona qaytardı. Nurlan bildirirdi ki, həmin pulları Vəlişdən alıb ona qaytarır. Bir müddət sonra isə hissə-hissə olmaqla qazanc kimi razılaşdırılmış 10.000 manatı da Nurlan ona qaytarmışdır. Nurlan ona bildirmişdir ki, həmin pulları da Vəlişdən alıb ona qaytarır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Novruzov Rusif Asif oğlu ifadə verərək göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi ev 46, mənzil 57-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır və 2013-cü ildə ailəsinə məxsus Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prospekti 140 saylı ünvanda yerləşən avtomobil qarajları olmuşdur. Lakin daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən siyahıya alınıb texniki pasportu tərtib edilərkən qarajın ünvanı üzbə-üzdə yerləşən Azadlıq prospekti 132-də olan yaşayış binasının həyətinə aid edilmişdir. Məhz bu səbəbdən də rəsmi sənədlərdə həmin qarajın ünvanı 132 saylı binanın həyəti kimi yazılmışdır. Həmin qaraj rəsmi sənədlər əsasında atası Novruzova Asif Usub oğluna məxsus olmuş, lakin buna baxmayaraq qarajın nəzarətini və istifadəsini özü etmişdir. 2014-cü ilin yanvar ayının 10-da göstərilən qarajı tanımadığı bir müştəriyə, yəni adı sonradan ona məlum olan Əliyev Fərid İlqar oğlu adlı şəxsə satmışlar. Belə ki, həmin qarajı o və atası Asif Novruzov 2013-cü ilin əvvəlində satmaq qərarına gəldikləri üçün onu satışa çıxarmışlar. Məhz bundan bir qədər sonra, yəni 2013-cü ilin təxminən mart ayında əvvəllər tanımadığı və adı sonradan ona məlum olan Hüseynov Vəliş adlı şəxs ona zəng edərək qarajı almaq istədiyini bildirmişdir. Bununla bağlı həmin gün onunla qarajın qarşısında görüşmüşlər və o, qarajın satış qiymətini 20.000 ABŞ dolları müəyyən etmişdir. Təqsirləndirilən şəxs1 qaraja baxıb-bəyəndikdən sonra onlar söhbətləşib satış qiymətini 18.500 ABŞ dollarına razılaşmışlar. Təqsirləndirilən şəxs1 ona 500 ABŞ dollarını beh kimi verərək üç gündən sonra təkrar görüşüb qarajın alqı-satqısını rəsmləşdirəcəkləri ilə razılaşmışlar. Həmin görüşə Təqsirləndirilən şəxs1 özünün idarə etmiş olduğu «Range Rover» markalı «Cip» tipli nömrəsinin sonu 077 olan avtomobildə gəlmişdir və həmin avtomobildə bir nəfər tanımadığı arıq bədən quruluşlu və təxminən 40-45 yaşlarında olan bir kişi də olmuşdur. Bununla da aralarında apardıqları danışıq və behləşmə nəticəsində o və Təqsirləndirilən şəxs1 bir-birlərinə mobil telefon nömrələrini verərək razılaşmışlar ki, üç gündən sonra zəngləşib-görüşərək qarajın alqı-satqısını notariusda həyata keçirəcəklər. Lakin üç gün keçdikdən sonra Təqsirləndirilən şəxs1 heç bir xəbər çıxmamış və buna görə də o məcbur olub özü ona zəng etmişdir. Təqsirləndirilən şəxs1 isə həmin gün hansısa vacib işləri ilə bağlı başı qarışıq olduğunu bildirərək sabah görüşə gələcəyini bildirmişdiir. Lakin yenə də Təqsirləndirilən şəxs1 heç bir xəbər çıxmamışı və onun mobil telefonuna nə qədər zəng etsə də, o onun mobil telefonunun nömrəsini görsə də telefonuna cavab verməmişdir. Bu kimi səbəblərə görə məcbur olub iki həftə ərzində Təqsirləndirilən şəxs1 gözlədikdən sonra qarajın satışını müvəqqəti olaraq dayandırsın və qarajı avtoyuma sexinə çevirirək həmin sexi özü işlətmək qərarına gəlmişdir. Bu səbəbdən də, o, zəruri təmir və yenidənqurma işlərini aparmaq üçün oraya ustaları dəvət etmiş və 5-6 gün ərzində bütün işləri gördürüb-tamamladıqdan sonra qarajı avtoyuma sexi kimi istifadə etməyə başlamışdır. Məhz bundan sonra, Təqsirləndirilən şəxs1 onun yanıma gələrək ilkin olaraq beh kimi vermiş olduğu 500 ABŞ dollarını geri tələb etməyə başlamışdır. O, əvvəlcə həmin behi qaytarmaq istəməmiş, ona görə ki, Təqsirləndirilən şəxs1 behi verəndə üç günə gəlib qarajı öz adına rəsmiləşdirəcəyini bildirmiş və sonradan da məhz özü gəlmədiyindən və telefon zənglərinə cavab vermədiyindən həmin proses baş tutmamışdır. Lakin Təqsirləndirilən şəxs1 böyük həyasızlıq etməyə başlamış və buna görə də, o, məcbur olub onun beh kimi vermiş olduğu 500 ABŞ dollarını onun özünə geri qaytarmışdır. Bundan sonra isə o, həmin qarajı avtoyuma sexi kimi 2013-cü ilin sonunadək istifadə etmiş və bundan sonra həmin qaraja müştəri çıxdığı üçün 2014-cü ilin yanvar ayının 10-da həmin müştəriyə, yəni Əliyev Fərid adlı şəxsə 30.000 manata satmışdır. 2013-cü il mart ayında o, Təqsirləndirilən şəxs1la qarajın alqı-satqısı baş tutmadığı üçün bir neçə gün ərzində özü ustaların vasitəsi ilə həmin qarajı avtoyuma sexinə çevirmiş və təxminən 9 ay, yəni 2013-cü ilin sonunadək həmin qarajı sex kimi işlətmişdir. Sonradan isə alıcı qismində F.Əliyev müştəri kimi ona müraciət etdiyindən o, xx.xx.2014-cü il tarixdə atası Asif Novruzovu 51 saylı Notariat Kontoruna dəvət edərək orada onun adından F.Əliyevlə alqı-satqı müqaviləsi bağlatdırmışdır. Ona məxsus həmin qaraj Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 132 (140) saylı ünvanda yerləşən avtomobil qarajlarından sağ cərgədə soldan sağa ikinci yerləşən və darvazası göy-mavi boya ilə rənglənmiş olan qaraj olmuşdur. Özümə məxsus olmuş həmin qarajı heç vaxt 22.000 ABŞ dollarına satmamış və bu kimi qiymətlə bağlı Təqsirləndirilən şəxs1la aralarında heç bir söhbət olmamışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 hansı qarajı alması və sonradan Rüfət adlı tanışına satması barədə onun heç bir məlumatı olmamışdır və yoxdur. Ona məxsus olmuş qarajla bağlı isə Təqsirləndirilən şəxs1 ona yalnız 500 ABŞ dollarını beh kimi vermiş, sonradan da geri almışdır və bununla bağlı aralarında yalnız şifahi razılışlamalar olduğu üçün qarajın alqı-satqısına dair heç bir yazılı müqavilə rəsmiləşdirilməmişdir. O, nə Kazımov Nurlan Qüdrət oğlunu və nə də Rüfət adlı şəxsləri tanımır və bu kimi şəxslərlə heç bir görüş və danışıqları olmamışdır. Hüseynov Vəliş Qabil oğlu onunla həmin qarajın alqı-satqısı ilə bağlı behləşdikdən sonra həmin əraziyə bir neçə dəfə gəlib-gedərək qarajın avtoyuma sexinə çevrilməsi ilə bağlı maraqlandıqda ətrafda yerləşən binalarda yaşayan qonşular həmin qarajın avtoyuma sexinə çevrilib təyinatı üzrə istifadə olunmasına icazə verməməsi, məhz bu səbəbdən də o, qonşuların narazılığı əsasında gələcəkdə yarana biləcək problemlərlə üzləşməməkdən ötrü məcbur olub qarajın alınmasından imtina edərək həmin behi geri alması barədə izahat və ifadəsində göstərdikləri tam yalan yazmış və bütün hadisələr reallıqda məhz onun göstərdiyi qaydada baş vermişdir. Bir daha bildirir ki, həmin qarajın alqı-satqısının baş tutmamasına səbəbkar məhz Təqsirləndirilən şəxs1 özü olmuş və məhz o, danışdıqları vaxt və sonradan da 14 gün ərzində mobil telefon zənglərimə cavab vermədiyindən və heç bir görüşlərə gəlmədiyindən o, sonradan həmin qarajı özü avtoyuma sexinə çevirmişdir. Təxminən 2013-cü ilin aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs1 meydana çıxaraq onun yanına gəlib vermiş olduğu behini geri tələb etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 yalan izahat və ifadə vermişdir ki, guya ətrafda yaşayan qonşular ona məxsus olmuş həmin qarajı avtoyuma sexinə çevirməyə icazə verməmişlər. Həmin vaxt həmin qarajın sol tərəfində yerləşən, yəni Samir adlı şəxsə məxsus olan qaraj artıq bir neçə il ərzində avtoyuma kimi fəaliyyət göstərmiş, eləcə də, həmin avtoyumadan başqa biri baş tərəfdə yerləşən qarajda və həmçinin onun qarajı ilə üzbəüzdə yerləşən qarajda eyni olaraq avtoyuma sexləri fəaliyyət göstərmişdirlər. Həmin qaraj 2000-ci ildən onun ailəsinə məxsus olmuş və 2014-cü ilədək onlar heç bir qonşunun narazılığı ilə rastlaşmamışlar. O cümlədən də, o həmin qarajı 2013-cü ildə avtoyuma sexinə çevirib 9 ay müddəti ərzində işlədikdə də heç bir qonşunun narazılığı və ya şikayəti ilə üzləşməmişdir. Məhkəmə istintaqında sorğu-sual zamanı Novruzov Rusif Asif oğlu bildirdi ki, Vəlişlə aralarında razılaşmaya əsasən qarajın qiymətini 18500 ABŞ dolları müəyyən etmişlər. Vəliş Hüseynovdan qaraj alğı-satqısı üçün beh kimi 500 ABŞ dolları pul almışdır. vəliş bir neçə günə qalan pulu da ödəyəcəyini bildirsə də, bir müddət sonra Vəlişdən xəbər çıxmadığı üçün, o da qarajı satmaq fikrindən daşınmışdır. Sonra Vəliş 500 ABŞ dollarını geri tələb etdiyi üçün, həmin pulu Vəlişə geri qaytarmışdır. Bundan sonra Vəlişlə aralarında heç bir münasibət olmamışdır. Qarajı Vəlişə satmamışdır. Bir müddət özü işlətdikdən sonra, başqa bir adama satmışdır. Qarajı özü satmışdır, Vəliş ondan qaraj almamış və onun qarajını satmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kərimov Arif Xosrof oğlu ifadə verərək göstərmişdir ki, bundan əvvəl ona məxsus Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi 49-da yerləşən 49 kvadrat metr ölçüdə olan qeyri yaşayış sahəsindən ibarət obyekti olmuş və 2011-ci ildə «Qış Parkı»-nın salınması ilə bağlı bir çox obyekt və yaşayış evləri sökülərək, həmçinin ona məxsus həmin obyektdə plana düşərək sökülmüşdür. Məhz bu yolla da, onun həmin obyekti hələ işlədiyi zaman həmin ünvanda qonşuluqda, yəni eyni olaraq İslam Səfərli küçəsi 49-da yerləşən evlərin alqı-satqısı məntəqəsində işləyən Hüseynov Vəlişlə tanış olmuşdur. Buna görə də, onun həmin obyektinin sökülməsi ilə bağlı gedən proseslər zamanı o, mütəmadi olaraq Təqsirləndirilən şəxs1 işləmiş olduğu həmin məntəqəyə gedib-gələrək söküntü ilə bağlı pul kompensasiyalarının ödəniləcəyi vaxtla maraqlanmışdır. Ona görə ki, həmin ərazidə demək olar kı, bütün alqı-satqı işlərində vasitəçiliyi Təqsirləndirilən şəxs1 etdiyi üçün Bakı şəhər və Yasamal rayon İcra Hakimiyyətlərində əlaqələri və tanışlığı olduğundan kifayət qədər əsaslı məlumatları olmuşdur. Bundan sonra isə ona məxsus həmin obyekt dövlət tərəfindən sökülmüşdür. Təqsirləndirilən şəxs1 işlədiyi məntəqə yerləşdiyi binanın hissəsi isə plana düşmədiyi üçün sökülməmiş və həmin bina hal-hazırda da yerindədir. Bununla da yuxarıda göstərdiyi qaydada onunla Təqsirləndirilən şəxs1 aralarında müəyyən tanışlıq və yoldaşlıq münasibətləri yarandığı üçün o, sonradan da bir köhnə qonşu və dost kimi onun işlədiyi həmin məntəqəyə gedib-gələrək aralarında olan münasibətlərini davam edirmişlər. Bu yolla da, 2013-cü ilin yay aylarında aralarında olan söhbətlərin birində o Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, «Qış Parkı»-nın inşası ilə bağlı həmin ərazidə başqa ev və binalar da gələcəkdə söküləcək. Həmçinin, Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, gələcəkdə söküləcək ərazilərdə bir neçə ev və binalar var ki, onların sahibləri maddi vəziyyətləri ağır olduğundan zirzəmiləri öz adlarına sənədləşdirə bilməyiblər və buna görə də həmin zirzəminin bir kvadrat metr sahəsini 500-1.000 manat arası dəyərində müəyyən edərək satırlar. Eləcə də, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, əgər o, bu kimi zirzəminin hər bir kvadrat metr sahəsini 500 manat hesabı ilə ala bilsə, onda o, ona kömək edərək Dövlət Əmlakının Dövlət Reyestr Xidmətində işləyən tanışlarının vasitəsi ilə həmin zirzəmini hər bir kvadrat metr sahəsinə görə 700 manat ödəməklə onun adıma rəsmləşdirə bilər və o da, sonradan həmin bina dövlət tərəfindən sökülərkən hər bir kvadrat metr sahəsinə görə verilən 1.500 manat kompensasiya əsasında qazanc əldə edə bilər. Bununla da Təqsirləndirilən şəxs1 ona təklif etmişdir ki, o, ümumilikdə 1.200 manat sərf etməklə bu kimi zirzəmini aldadaraq sonradan öz adına rəsmləşdirsin və daha sonra ödəniləcək kompensasiya hesabına hər bir kvadrat metrinə görə 300 manat qazanc əldə etsin. O da, işsiz olduğundan və özünə məxsus obyektin sökülməsi ilə bağlı dövlət tərəfindən kompensasiya şəklində ödənilmiş 73.800 manat miqdarda pulu olduğundan Təqsirləndirilən şəxs1 təklifini qəbul edərək onunla razılaşmışdır. Eyni zamanda, həmin obyekt söküldükdən sonra özünə məxsus Yasamal rayonu Murtuza Muxtarov küçəsi 73-də yerləşən digər obyektini 32.000 manata satdığından fikirləşmişdir ki, həmin pulların hamısını Təqsirləndirilən şəxs1 təklif etdiyi zirzəminin alınmasına sərf edərək sonradan müəyyən gəlir əldə edər. Bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs1 ona Yasamal rayonu Mirzəağa Əliyev küçəsi 236da yerləşən həyət evinin alt hissəsində 100 kvadrat metr ölçüdə sahəsi olan zirzəmini göstərərək bildirmişdir ki, məhz həmin zirzəmini yuxarıda göstərilən qaydada alaraq, adına rəsmiləşdirmək mümkündür. Təqsirləndirilən şəxs1 özü hesablama aparıb bildirmişdir ki, həmin zirzəmiyə görə zirzəminin üstündə yaşayan ev sahibinə 50.000 manat ödəməlidirlər, daha sonra isə 70.000 manat Dövlət Əmlakının Dövlət Reyestr Xidmətində işləyən tanışlarına ödəməklə zirzəmini onun adına rəsmiləşdirəcək. Daha sonra «Qış Parkı»-nın inşası ilə bağlı həmin zirzəmi söküldükdə və dövlət tərəfindən ödəniləcək 150.000 manat hesabına o, 30.000 manat qazanc əldə edəcəkdir. O da, həmin vaxt cəmi 105.000 manat pulu olduğundan fikirləşmişdir ki, qalan pulu yaxın qohumlarından borc kimi götürüb Təqsirləndirilən şəxs1 tələb etdiyi pulları tamlıqla ödəyər. Bununla da aralarında əldə olunmuş razılıq əsasında Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, həmin zirzəmi ilə bağlı lazımı sənədləri toplayıb işə başlamaqdan ötrü o, əvvəlcədən beh kimi 20.000 manatı ona verməlidir.O da, aralarında olan münasibətləri və razılaşmanı nəzərə alaraq 2013-cü ilin yay aylarında həmin pulları Təqsirləndirilən şəxs1 işlədiyi məntəqədə əlbəəl təklikdə onun özünə vermişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs1 bir il müddəti ərzində onu get-gələ salaraq heç bir iş görməmiş və 2014-cü ilin təxminən yaz ayalıranda həmin zirzəminin yerləşdiyi ev dövlət tərəfindən sökülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 verdiyi vədlərinə əməl etməyərək bildirmişdir ki, pullarını geri qaytaracaq. Lakin sonradan pullarının geri qaytarılmasını uzatmağa başlamış və bu səbəbdən də aralarında müəyyən narazılıq və mübahisələr başlamışdır. Son nəticədə o, məcbur olub pullarını qəti surətdə tələb etməyə başladıqda, 2014-cü ilin elə yaz aylarında Təqsirləndirilən şəxs1, onu razı salıb ona vaxt verməyi məqsədi ilə özünə məxsus olmaqla həmin vaxt idarə etdiyi və həmin an işlədiyi mənqənin qarşısında dayanmış «Range Rover» markalı **-ST-*** dövlət qeydiyyat nömrə nişanlı «cip» avtomobilinin texniki pasportunu və avtomobilin əsas açarını, yəni «pult» adlanan uzaqdan komanda verən cihazı ona verərək bildirmişdir ki, çalışıb 3-4 gün ərzində onun pullarını geri qaytaracaq. Lakin Təqsirləndirilən şəxs1 bu kimi vədinədə əməl etməmiş və buna görə də o, onun avtomobilinin sənədini və açarını geri qaytarmadığı üçün həmin avtomobil təxminən 2 ay ərzində Təqsirləndirilən şəxs1 işlədiyi məntəqənin qarşısında küçədə qalıb tozlanmışdır. Bundan sonra isə, 2014-cü ilin təxminən may ayının sonunda Təqsirləndirilən şəxs1 ona ilkin olaraq 10.000 manat pulu geri qaytarmış və buna görə də o da, öz növbəsində onun avtomobilinin texniki pasportunu və açarını onun özünə geri təhvil vermişdir. Bir neçə gündən sonra isə, yəni 2014-cü ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs1 onunla görüşərək pulunun olmadığını bildirib, özündə olan bir ədəd qızıl qarnituru, yəni kolye, qolbağ, sırğa cütü və üzükdən ibarət 84 qram çəkidə qızıldan və 21 karat brilliyant qaşları qızıl-ziynət əşyalarını ona göstərərək bildirmişdir ki, həmin qarnituru özünün oğlu üçün, yəni gələcəkdə oğlunu evləndirəndə gəlin üçün aparmaq məqsədi ilə bir il bundan əvvəl 25.000 ABŞ dollarına almışdır. Bununla da, Təqsirləndirilən şəxs1 həmin qızıl qarnituru ona təhvil verərək onları girov kimi özündə saxlayaraq ona bir həftə-on gün ərzində möhlət verməyini xahiş etmişdir. O da, əlacsız qaldığından məcbur olub həmin qızıl qarnituru Təqsirləndirilən şəxs1 saxlanışa təhvil almışdır. Həmin qızıl qarqnituru təhvil aldıqdan sonra onun dəyərini dəqiq müəyyən etmək məqsədi ilə onu bir neçə zərgərlərə göstərmişdir. Həmçinin, o, 2013-cü ildə Təqsirləndirilən şəxs1 işlədiyi həmin məntəqəyə gedib-gələrkən orada adını sonradan bildiyi hacı Nurlan adlı şəxslə tanış olmuşdur və bu kimi tanışlıq nəticəsində ona məlum olmuşdur ki, Hacı Nurlan zərgərdır. Məhz bu səbəbdən də, Hacı Nurlan həm onu və həm də Təqsirləndirilən şəxs1 tanıdığından o, qərara gəlmişdir ki, həmin qızıl qarnituru dəqiq dəyirləndirmək məqsədi ilə məhz Hacı Nurlana göstərsin. Bu səbəbdən də, o, həmin qarnituru Təqsirləndirilən şəxs1 təhvil aldıqdan 2-3 gün sonra Hacı Nurlanın mobil telefonuna zəng edərək onunla görüşüb, həmin qızıl qarnituru dəyərləndirmək məqsədi ilə ona göstərmişdir. Bununla da aralarında həmin söhbətlər zamanı Hacı Nurlan həmin qızıl qarnituru dərhal tanıyaraq bildirmişdir ki, göstərilən qızıl qarnituru 2 ay bundan əvvəl məhz o özü, 13.000 ABŞ dolları hesabı ilə Təqsirləndirilən şəxs1 vermişdir. Bununla da, Hacı Nurlanın deməsinə görə ona məlum olmuşdur ki, onun hansısa tanışı işlədiyi «Moskva» univermağında yerləşən qızıl satışı şöbəsini bağladığı üçün qızılları əldən satmağa başlamış və məhz bu yolla da, o, yəni Hacı Nurlan həmin tanışına köməklik etmək məqsədi ilə məhz həmin qarnituru 13.000 ABŞ dolları və əlavə olaraq bir qədər ucuz qiymətdə olan digər qarnituru 6.000 ABŞ dolları hesabı ilə Təqsirləndirilən şəxs1 göstərib-təklif etdikdə, Təqsirləndirilən şəxs1 həmin qarniturların hər ikisini də guya gələcəkdə iki oğlunu evləndirəcəyi ilə bağlı gəlinlərinə vermək məqsədi ilə ondan pulunu nisyə ödəmək şərti ilə götürmüşdür. Bununla da həmin vaxt onunla Hacı Nuralının arasında olmuş görüş və söhbətləri bitmişdir. Bundan sonra isə o, Hacı Nurlanla bir müddət görüşməmiş və zəngləşməmişdir. Təqsirləndirilən şəxs1 isə vəd verdiyi müddət ərzində ona heç bir miqdarda pul qaytarmamışdır. Buna görə də, o, 2015-ci ilin payız aylarında pula ehtiyacı olduğu üçün məcbur olub Təqsirləndirilən şəxs1la görüşmüş və onu xəbərdar edib-razılığını aldıqdan sonra həmin qızıl qarnituru 10.000 manata sataraq pullarını geri qaytarmışdır. Bununla da, o, yuxarıda göstərdiyi qaydada ilkin vermiş olduğu 20.000 manat pulu tam miqdarda Təqsirləndirilən şəxs1 geri aldığı üçün onun barəsində şikayət etməmişdir. Hal-hazırda da, Təqsirləndirilən şəxs1 ondan aldığı həmin 20.000 manatı tam miqdarda geri qaytardığından sonuncunun barəsində hər hansı bir şikayəti və ya maddi tələbləri yoxdur. Lakin, bunula yanaşı hazırda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 Hacı Nurlana qarşı dələduzluq edərək sonuncunun külli miqdarda pulunu mənimsəmişdir. Belə ki, bir neçə gün əvvəl Hacı Nurlan ona zəng edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 onunla birlikdə avtomobil qarajı alıb avtoyuma sexinə çevirmək məqsədi ilə ondan 13.950 ABŞ dolları miqdarda pulunu alaraq onu aldatmış və həmin pulları mənimsəmişdir. Eləcə də, Hacı Nurlan bildirmişdir ki, bundan əvvəl Təqsirləndirilən şəxs1 onun üçün Binəqədi rayonunda 8-ci mikrorayonda yerləşən boş sahəni alıb orada iki ədəd avtoyuma sexlərini inşa etdirmək məqsədi ilə 15.000 manat pulunu almış və sonradan heç bir iş görməmiş və həmin pullarını geri qaytarmışdır. Bundan başqa Hacı Nurlan ona bildirmişdir ki, Təqsirləndirilən şəxs1 2014-cü ilin aprel ayında ondan iki ədəd, yəni biri 6.000 ABŞ dolları və digəri isə 13.000 ABŞ dolları dəyərində olan qızıl qarniturları guya özünün iki oğlu üçün cehizlik kimi ondan nisyə götürsə də, sonradan həmin qarniturlardan 13.000 ABŞ dolları dəyərində olanı özünün pul borcu əvəzi ona vermiş, qızılların dəyəri olan 19.000 ABŞ dollarından isə ona cəmi 5.200 manat ödəmişdir. Məhkəmə istintaqında sorğu-sual zamanı Kərimov Arif Xosrof oğlu bildirdi ki, Vəlişin ona verdiyi qızılı sonradan Moskva univermağında satmaq istəsə də həmin qızılı 8000 ABŞ dollarına da sata bilməmişdir, alan olmamışdır. Həmçinin bildirdi ki, müstəntiq Əli Babayev tərəfindən ona təsir edilərək Vəliş Hüseynovun əlehinə ifadə verməyi təklif edib, ifadə verməyəci təqdirdə onu hədələmiş, lakin Vəliş Hüseynova qarşı heç bir şikayəti olmadığı üçün, Vəliş Hüseynovun onunla alış veriş münasibətlərində olduğu üçün Vəlişdən şikayət verməmişdir. Buna görə də müstəntiqdən yuxarı orqanlara, prokurorluğa şikayətlər etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İbadov Seymur Natiq oğlu ifadə verərək göstərmişdir ki, 2008-ci ildən hal hazıradək Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən «Moskva» univermağında qızıl alqı-satqısı və təmiri emalatxanasında usta işləyir. Bununla yanaşı əvvəllər, yəni 2010-cu ildən 2014-cü ilədək olan müddət ərzində qohumu Abbasov Azad Rəşid oğlu ilə birlikdə həmin univermaqda qızıl satışı şöbəsini icarəyə götürərək işlətmişdir. 2014-cü ildə isə dünyada baş vermiş iqtisadi böhranla bağlı qızıl alveri kəskin surətdə dayandığından o, icarə haqqını ödəyə bilmədiyindən məcbur olub həmin şöbəni bağlamışdır. Azad işlədikləri şöbəni bağladıqdan sonra xarici dövlətlərə, yəni əsasən Dubay şəhərinə gedib-gələrək oradan topdan satış qiymətləri ilə qızıl alıb Bakıya gətirməyə başlamışdır. Buna görə də, o, özünə və Azada məxsus bütün qızıl-zinət əşyalarını oradan çıxararaq tanış-biliş və dostlarına təklif edib satmağa başlamışdır. Bununla bağlı o, tanışı Kazımov Nurlan Qürbət oğlunada müraciət etmişdir. Belə ki, Kazımov Nurlan Qürbət oğlu ilə on ildir ki, tanışdır, aralarında da həmişə yaxşı münasibət olmuş və hazırda da yaxşıdır. Nurlan Kazımov əvvəllər Bakı şəhəri Yasamal rayonu Mirzəağa Əliyev küçəsi 145-də yerləşən qızıl-ziynət əşyalarının təmiri emalatxanasında işləyib və o da, onunla birlikdə orada bir müddət işləmişdir. Bununla da, 2014-cü ilin aprel ayında o, Nurlan Kazımova müraciət edib, bağladığı şöbədən çıxartdığı özünə və Azada məxsus olan qızılziynət əşyalarının nağd və ya nisyə olsa da belə satılması ilə bağlı müştərilərin tapılmasında ona köməklik etməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 da həmin əşyalardan Azada məxsus olan 2 ədəd qarnituru, yəni kolye, qolbağ, sırğa cütü və üzükdən ibarət 84 qram çəkidə qızıldan və 21 karat brilliyant qaşları olan 13.000 ABŞ dolları dəyərində və eyni olaraq kolye, qolbağ, sırğa cütü və üzükdən ibarət 35 qram çəkidə qızıldan və 5 karat brilyant qaşları olan 6.000 ABŞ dolları dəyərində olan komplektləri müştərilərə göstərilməsi məqsədi ilə ondan götürmüşdür. Bir neçə gündən sonra isə Nurlan Kazımov onunla görüşərək bildirmişdir, onun işlədiyi emalatxana ilə qonşuluqda yerləşən ev alqı-satıqısı ofisində makler işlən tanışı Vəliş adlı şəxs həmin iki ədəd qarniturları gələcəkdə övladlarını evləndircəyi ilə bağlı indidən almaq qərarına gəlib və buna görə də hər iki qarniturları nisyə götürərək hazırda 2.000 ABŞ dollarını ödəyərək qalan 17.000 ABŞ dollarınıda 4 ay ərzində hissə-hissə ödəyəcəyinə söz vermişdir. Bununla da, Nurlan Kazımov həmin 2.000 ABŞ dollarını ona verib bildirmişdir ki, Vəliş adlı tanışı növbəti dəfə ona yenədə pul verdikdə dərhal onları ona çatdıracaq. Lakin bundan sonra Zərərçəkmiş şəxs1 deməsinə görə ona məlum olmuşdur ki, həmin Vəliş adlı şəxs vəd etdiyi 4 ay müddətinin keçməsinə baxmayaraq heç bir miqdarda ona pul ödəməmiş, o da, öz növbəsində bu barədə Azada bildirmişdir. Azad özü Zərərçəkmiş şəxs1la danışaraq ona bildirmişdir ki, qızıllar ona verildiyi üçün məhz özü də onlara cavabdehdir və hər bir halda pulları ondan tələb edib-alacaq. Təxminən 1 aydan sonra isə Zərərçəkmiş şəxs1 özü Azadla görüşərək həmin Vəliş adlı şəxsin adına olan Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva küçəsindəki 124 saylı binada yerləşən 10 saylı mənzilinin çıxarışının əslini göstərərək bildirmişdir ki, həmin çıxarışı Vəliş özü ona girov kimi verərək qızılların pullarını ödəmək üçün 1 ay müddəti ərzində möhlət istəmişdir. Bu səbəbdən də Azad, Zərərçəkmiş şəxs1 dediklərinə inanaraq növbəti 1 ayı gözləmişdir. Lakin, 1 ay keçdikdən sonra Zərərçəkmiş şəxs1 deməsinə görə məlum olmuşdur ki, həmin Vəliş adlı şəxs yenə də heç bir miqdarda ona pul verməmişdir. Buna görə də, həmin ərəfədə Zərərçəkmiş şəxs1 onun iştirakı ilə Azadla görüşdükdə, Azad həmin Vəliş adlı şəxsin mobil telefon nömrəsini Nurlandan öyrənərək özü zəng edib danışaraq Vəlişi görüşə dəvət etmişdir. Sabahısı gün isə Azad özü gedib Vəlişlə görüşübsöhbətləşərək qızıllara görə borclu qaldığı 17.000 ABŞ dollarını ondan tələb edərək, əks halda qızılları geri qaytarmaqla ilkin ödəmiş olduğu 2.000 ABŞ dollarını geri götürməsini təklif etmişdir. Vəliş isə qızılları qaytarmayaraq Azaddan yenidən 1 ay müddəti ərzində möhlət istəmişdir. Həmçinin, həmin görüşdən sonra Azadın deməsinə görə ona məluma olmuşdur ki, Vəliş maddi vəziyyətinin ağır olmasını və buna görə də özünə məxsus Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən 5 mərtəbəli binada olan 2 otaqlı mənzilini 61.000 manata satdığını bildirərək təklif etmişdir ki, Azad həmin mənzili ondan alaraq qızıllara görə borclu qaldığı həmin 17.000 ABŞ dollarını çıxmaqla qalan pulları ona ödəsin. Bununla bağlı, Azad özü Vəlişlə birlikdə gedib həmin mənzilə baxsa da, mənzili bəyənməmişdir. Yuxarıda göstərilən görüşlərdən bir ay keçdikdən sonra isə Vəliş yenə də heç bir miqdarda pul ödəməmiş və buna görə də Azad əşəbləşərək Nurlan Kazımovu çağırıb bildirmişdir ki, qızıllara görə cavabdehlik daşıdığı üçün 2-3 gün ərzində onun pullarını ödəməlidir. Bu səbəbdən də, Nurlan Kazımov çıxılmaz vəziyyətdə qaldığından özü borc-xərc edərək və bankdan kredit görütməklə 3 gündən sonra gətirib 17.000 ABŞ dollarını onun iştirakı ilə Azada ödəmişdir. Lakin bununla yanaşı, Zərərçəkmiş şəxs1 həmin pulları Azada verdikdə xahiş etmişdir ki, bu barədə Vəlişə bildirməsin ki, bu miqdarda olan borcu Vəlişdən ala bilsin. Azadda Zərərçəkmiş şəxs1la razılaşmışdır. Bundan sonra isə, yəni 2014-cü ilin dekabr ayında Azad ona zəng edərək bildirmişdir ki, Vəliş özü ona zəng edərək qızıllara görə borclu qaldığı pullardan 5.200 manat toplayıb və həmin pulları ona çatdırmaq istəyir. Bununla da əlaqədar, Azad ondan gedib Vəlişlə görüşərək həmin pulları ondan təhvil almasını, sonra isə həmin pulları aparıb Zərərçəkmiş şəxs1 verməsini xahiş etmişdir. Həmçinin, Azad ondan xahiş etmişdir ki, o, pulları Vəlişdən götürdükdə, həmin qızıllara görə pulların bundan əvvəl Zərərçəkmiş şəxs1 tərəfindən ödənilməsini ona bildirməsin. Buna görə də, o, Azadın xahişini nəzərə alaraq Vəlişlə zəngləşərək Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən «Azərbaycan Dram Teatrı»-nın qarşısında görüşüb 5.200 manatı pulu ondan götürmüşdür. Bundan sonra isə o, həmin günü və ya sabahısı gün özü Zərərçəkmiş şəxs1la görüşərək Vəlişdən aldığı həmin 5.200 manatı Zərərçəkmiş şəxs1 təhvil vermişdir. Daha sonra Vəliş nə ona və nə də ki Azada nə zəng etməmiş və nə də heç bir miqdarda pul ödəməmiş və o, Zərərçəkmiş şəxs1la söhbətləşdikdə sonuncunun deməsinə görə ona məlum olmuşdur ki, Vəliş sonradan həmin qızıllara görə heç bir miqdarda pul ödəməyərək onu aldatmışdır. Vəliş Hüseynovun Azad Abbasovla ilk görüşü hələ 2012-ci ildə olması, həmin vaxtlarda onlar birlikdə gedib satışda olan Azad Abbasova məxsus Bakıxanov qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirməsi barədə onun heç bir məlumatım olmamışdır. Bildiyinə görə Vəliş Hüseynov yuxarıda göstərilən qızılları Zərərçəkmiş şəxs1 vasitəsi ilə götürməmişdən əvvəl Azadı tanımamışdır. 2012-ci ildə Azad Abbasovun Təqsirləndirilən şəxs1 ona müraciət edərək onun üçün Yasamal rayonu ərazisində ev axtarıb ev tapmasını xahiş etməmişdir. Bununla da əlaqədar Təqsirləndirilən şəxs1 həmin ildə onu və A.Abbasovu birlikdə «Sovetski» adlanan əraziyə dəvət etməmiş və onlara orada satılan bir neçə evləri göstərməmişdir. Belə bir hal və hadisələr həqiqətdə olmamış və bu barədə Vəliş Hüseynovun yazdıqları tam yalan və uydurmadır. Təqsirləndirilən şəxs1 həmin qızılları Zərərçəkmiş şəxs1 təhvil aldıqdan sonra pullarının ödənilməsi ilə bağlı yaranmış problemə görə sonradan Azad Abbasovla görüşüb söhbətləşdikdə A.Abbasovun ona həmin iki ədəd qızıl qarniturların dəyəri, yəni kiçik qarniturun dəyəri 4.000 manat, böyük qarniturun dəyəri isə 8.000 manat təşkil etməsini Təqsirləndirilən şəxs1 bildirməsini tam yalan və uydurmadır. Həmin qızıl qarniturları satılması üçün Nurlan Kazımova məhz o, özü vermiş və həmin qarniturlarında qiymətləri əvvəlcədən müvafiq olaraq məhz 6.000 ABŞ dolları və 13.000 ABŞ dolları olmuşdur. 4.000 və 8.000 manat dəyərləri isə Vəliş Hüseynov özündən uydurmuşdur. O, Abbasov Azad Rəşid oğluna məxsus olmuş həmin iki ədəd qızıl qarniturları Kazımov Nurlan Qüdrət oğlu Hüseynov Vəliş Qabil oğluna verməmişdən əvvəl sonuncunu tanımamışdır. Məhkəmə istintaqında sorğu-sual zamanı İbadov Seymur Natiq oğlu bildirdi ki, Vəlişlə görüşəndə Vəliş ona 5200 mant pulu verib, evin çıxarışın, yəni kupçasını istəyəndə o Vəlişə bildirib ki, kupça onda deyildir, bu barədə Nurlanla danışmalıdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mirturabov Müşviq rəfael oğlu ifadəsində göstərmişdir ki, bacım mənə zəng etdi ki Vəlişi tutublar. Mən də Yasamal RPİ-yə getdim, orada öyrəndim ki iş müstəntiq Əli Babayedədir. Ə.babayev mənə izah etdi ki, iş budur, belədir. İzah etdi ki, zərərçəkən Nurlan şikayət verib, sənin yeznən tutulacaq. Dəymiş ziyan 63000 manat göstərilmişdir. Müstəntiqin mənə dediyi məbləğ idi bu. Burada ödəmək olmalıdır ki, yeznəni buraxaq. Mənim xəbərim olmamışdır ki, yeznəm Vəlişin nə qədər borcu var, nə qədər verib, nə qədər qalır. Həmin vaxtı da yeznəmlə görüşməmişəm. məni inandırdı ki sən bu borcun yarısını ödə, mənim fikrim var idi ki depozitə qoyum pulu, mənə məsləhət gördü ki pulu ödə zərərçəkmişə ərizəsini geri götürsün. Sonra ərizəsini geri götürmədi, getdik borc müqaviləsi bağlamağa. 6 ay müddətində pul qaytarılmalıdır. Borc müqaviləsi bağlanılıb gələndən sonra Nurlan yenə ərizəsini götürmədi. Müstəntiq də dedi bu pul ödənilməlidi. Ödənilməsə yeznə tutulacaq. İş də belə uzandı. Həmin vaxtı Vəlişlə görüşmədim. Mən bilmirdim vəlişin borcu nə qədərdir, müstəntiq mənə dedi ki borc 63000 manatdır. Mənə heç bir sənəd göstərmədi. 30000 manat ödəyəndən sonra Nurlanın qardaşına da 1000 manat pul yollamışam. Qardaşı mənə dedi ki, 1000 manatda mənə ver 63000 manat tam olsun, 32000 manat borc, 31000 manatda belə. Sonra Vəliş oradan çıxandan sonra dedi ki, bu məbləğdə borcu yoxdur. Deyilən məbləğ şişirdilmiş məbləğdi. Cinayət işinin zərərçəkmiş Nurlan Kazımovun epizodu üzrə olan materiallarına əsasən: Nurlan Kazımovun qarşı edilmiş dələduzluq epizodu üzrə cinayət işinin başlanması əvvəllər 2 dəfə rədd edilib. Birinci dəfə xx.xx.2016-cı ildə cinayət işi başlanması rədd edilib (müstəntiq A.Əliyev) (cild - 1, səhifə - 189). İkinci dəfə xx.xx.2016-cı ildə cinayət işi başlanması rədd edilib (müstəntiq F.Əlizadə) (cild - 1, səhifə -255) Babək Atamalıyevin ifadəsində bildirir ki, Nurlana 20000 manat pul verib. Nurlan da əvəzində 30000 qaytarmalı idi, qazanc da daxil olmaqla. 6 aya həmin pulları qaytardı. 1000, 1500, 2000, 3000 olmaqla Nurlan pulları ona qaytarıb. Nurlan bildirib ki, pulları Vəlişdən alıb ona qaytarıb. Nurlan qızılın puluna görə Seymura 17000 Dollar qaytarıb. Arif Kərimov bildirir ki, Nurlan ona bildirib ki, həmin qızılı 13000 dollar və 6000 dollar hesabı ilə Vəlişə verib. Müstəntiq Əli Babayev şahid Arif Kərimovu məcbur edir ki, Vəlişdən şikayət etsin. Arif Baş prokurorluğa və digər hüquq-mühafizə orqanlarına müstəntiq Əli Babayevdən bu barədə şikayətlər edib (cild 3, səh 60, 66). Nurlan Kazımov ifadəsində də bildirir ki, xx.xx.2014-cü ildə 10000 ABŞ dolları manata münasibətdə 7800 manat edir. Nurlan Kazımov ifadəsində bildirir ki, sonuncu dəfə bankdan kreditlə götürdüyü pullardan 9.000 ABŞ dollarını, həmçinin yenidən dostu Babək Atamalıyevdən borc götürdüyü 8.000 ABŞ dollarını, yəni ümumilikdə 17.000 ABŞ dollarını toplayıb qızıllara görə keçmiş iş yoldaşı Seymur İbadova ödəmişdir. Ona görə ki, Şahid11 həmin qızılları bilavasitə ona vermişdir. O da, onlara cavabdeh olduğundan onun qarşısında məsuliyyət daşımışdır. Həmçinin, Şahid11 həmin qızılları ona cəmi 4 ay müddətinə nisyə olaraq vermişdir və həmin müddət keçdiyi üçün qızılları özünü və ya pullarını ondan tələb edərək artıq aralarında müəyyən narazılıq və mübahisələr başlamışdır. Son nəticədə də, o, öz adını və dürüst insan olmaduğunu qoruyub saxlamaqdan ötrü məcbur olub qızılların pulunu tamlıqla Şahid11 ödəyərək bu barədə və Təqsirləndirilən şəxs1 hələdə qızıllara görə ona 2.000 ABŞ dollarından başqa pul vermədiyini bildirərək ondan xahiş etmişdir ki, əgər gələcəkdə Təqsirləndirilən şəxs1la üzləşsə və ya Təqsirləndirilən şəxs1 qızıllara görə bir başa ona pul ödəsə, onda onun tərəfindən pulların ödənilməsi haqqında sonuncuya bildirmədən pulları ondan təhvil alaraq sonradan da ona qaytarsın. Şahid11 da onun xahişini qəbul etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 2014cü ilin dekabr ayanadək onu süründürmüş və yalnız dekabr ayının təxminən ortalarında ona zəng edərək həmin qızılların pulundan 5.200 manat ödəməyə hazır olduğunu bildirmişdir. Nurlan ifadəsində göstərir ki, Ariflə aralarında olan söhbətləri zamanı bu barədə, yəni qarniturun onun tərəfindən 1-2 ay əvvəl 13.000 ABŞ dolları hesabı ilə Təqsirləndirilən şəxs1 verildiyini bildirmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 avqust 2018-ci il tarixli 18541 saylı rəyində göstərilmişdir ki, həmin 2 ədəd qızıl-zinyət əşyalarının, qarniturların 2014-cü ilin aprel ayına nəzəri hesablamalarla qiyməti 29175 manat təşkil edir. Arif adlı şəxs isə ona bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 2013-cü ildə onun üçün 100 kv.m. ölçüdə sahəsi olan zirzəmini alacağı məqsədi ilə beh kimi əvvəllcədən ondan 20.000 manat pul almış, lakin sonradan vədinə əməl etməmiş və buna görə də yalnız 10.000 manatını geri qaytardıqda, qalan 10.000 manatı isə Təqsirləndirilən şəxs1 geri qaytara bilmədiyindən məhz ondan götürdüyü həmin, yəni 13.000 ABŞ dolları dəyərində olan qarnituru əvvəlcə girov kimi verərək, sonradan da onda saxlayıb 10.000 manatla əvəzləşdirmişdir. Kərimov Arif Xosrof oğlu ifadəsində bildirdi ki, Vəlişin ona verdiyi qızılı sonradan Moskva univermağında satmaq istəsə də həmin qızılı 8000 ABŞ dollarına da sata bilməmişdir, alan olmamışdır. Dolların kursu xx.xx.2014-də və xx.xx.2014-də 0,7848 manat olub (cild 3, səh 31). Qızılların Vəliş Hüseynova verdiyi məqamda Vəliş Hüseynov Nurlan Kazımova verdiyi 2000 ABŞ dolları ittiham aktına əsasən manata məzənnə ilə 1.569,6 manat qiymətləndirilmişdir. Nurlan Yasamal rayon prokuroru R.Hacıyevə yazdığı xx.xx.2017-ci il tarixli şikayətində göstərir ki, 2 ədəd komplekt qızılları birinin qiyməti 13000 dollar, digərinin qiyməti 6000 dollar olmaqla, cəmisi 19000 ABŞ dolları dəyərində qızılı Vəlişə verib. Nurlan şikayətində bildirir ki, Müşfiq ona 30000 manat ödədikdən sonra o, Vəlişi həbs etmiş müstəntiqə bildirib ki hələlik Vəlişdən şikayəti olmadığı üçün onun azadlığa buraxılmasına etiraz etmir. Nurlan Kazımovun Bakı şəhər BPİ-nə əlyazma şəklində yazdığı xx.xx.2016-cı il tarixli ərizəsində, həmçinin xx.xx.2016-cı il tarixli izahatında Vəlişin ondan xx.xx.2014-cü ildə 19000 ABŞ dolları dəyərində 2 ədəd qarnitur aldığını bildirmişdir. (cild - 1, səhifə - 152, 153) Vəliş Hüseynov tutulub xx.xx.2019-da şübhəli şəxs kimi Ə.Babayev tərəfindən. Şübhənin əsası qaraj alınması ilə əlaqədar 13950 ABŞ dolları Nurlana ziyan vurmaqla dələduzluq etməsi faktına görə (cild - 2, səhifə -113) Şəxs tututludu andan şübhənin əsasını bilmək hüququ vardır. Buna görə də o, 13950 ABŞ dollarına görə tutulmuşdur. Müstəntiq Ə.Babayevin tərtib etdiyi 30.000 manatın verilməsi ilə bağlı “maddi ziyanın hissəvi ödənilməsinə dair” PROTOKOL. Protokolda göstərilir ki, şübhəli şəxs kimi tutulmuş Vəlişin zərərçəkmiş Nurlana vurduğu ziyana görə Müşfiq Mirturabov tərəfindən 30000 manat pul ödənilir. Protokolda da göstərilir ki, 2013-2014-cü illərdə qaraj almaq adı və 2 ədəd qızıldan hazırlanmış qarniturların dəyəri kimi pul ödənilir. xx.xx.2017-ci il tarixli protokol 15:00-da tərtib edilib. Vəliş Hüseynovun təqsirləndirilən şəxs kimi cəlb edilməzdən əvvəl. (cild - 1, səhifə - 97) (cild -2, səhifə - 159) Sonra xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən guya Nurlan Kazımov Müşfiq Mirturabova 32000 manat pul borc verir, M.Mirturabov isə həmin pulu xx.xx.2017-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürür. Kreditin faizsin verilməsini şərtləndiriblər. Müqavilə Bakı şəhər 19 saylı notariat kontorunda təsdiqlənib. Müqavilə saat 16:14-də çap edilib (cild - 1, səhifə - 100), (cild -2, səhifə -185). Bundan sonra Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs kimi cəlb edilir 2 epizod üzrə - 13950 ABŞ dollarına qaraj alqı satqısı barədə və 19000 ABŞ dolları 2 ədəd qızıl qarnitura görə. Cəlb qərarı Təqsirləndirilən şəxs1 saat 16:15-də elan edilib. (cild -2, səhifə - 163) Bundan sonra müstəntiq Ə.Babayev Təqsirləndirilən şəxs1 barədə həbs qətimkan tədbirinin seçilməsi üçün xx.xx.2017-cu il tarixli vəsatətlə Yasamal rayon Prokuroruna müraciət edir (cild -2, səhifə -174). Yasamal rayon prokurorunun xx.xx.2017-ci il tarixli qərarı ilə vəsatət təmin edilmir (cild -2, səhifə -182). Şahid Seymur İbadov bildirir ki, Vəliş ona 2014-cü ilin dekabr ayında 5200 manat pul verib. O da həmin pulu alıb qaytarıb Nurlana (cild - 1, səhifə - 186). Beləliklə, məhkəmə Nurlan Kazımov epizodu üzrə sadalanan sübutlara və iş materiallarına qiymət verərək belə nəticəyə gəlir ki, qızıl zinyət əşyalarını Kazımov Nurlan Qürbət oğlu digər tanışından götürərkən tanışı ilə həmin əşyaları dəyərindən aşağı qiymətə, yəni 13000 ABŞ dolları və 6000 ABŞ dolları qiymətinə dəyərləndirmişlər və Zərərçəkmiş şəxs1 həmin əşyaları Vəliş Hüseynova 13000 ABŞ dolları və 6000 ABŞ dollarına vermişdir, Təqsirləndirilən şəxs1la aralarında razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 həmin qızılların satış qiymətindən 2000 ABŞ dollarını ilkin olaraq ödəmiş, Zərərçəkmiş şəxs1 həmin məbləği qızılların sahibinə qaytarmış, Təqsirləndirilən şəxs1 yerdə qalan 17000 ABŞ dollarını isə verməmiş, buna görə də Zərərçəkmiş şəxs1 qalan 17000 ABŞ dollarını qızılların sahibinə özü ödəmiş, bununla da dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlakın dəyəri müqabilində qızılların sahibinə Zərərçəkmiş şəxs1 tərəfindən məhz cəmi 19000 ABŞ dolları pul ödəmişdir. Qızılların Təqsirləndirilən şəxs1 verildiyi vaxtı 2.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 1.569 manat 60 qəpik etdiyi üçün, həmçinin iş materiallarına əsasən həmin ərəfələrdə dolların manata məzənnəsi 1 ABŞ dolları - 0,7848 manat olduğu üçün, bunun müqabilində də 19000 ABŞ dolları - milli pul ekvivalenti ilə 14.911 manat 20 qəpik təşkil etmişdir. Bu səbəbdən də iş üzrə ittiham aktında qızılların dəyərinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 avqust 2018-ci il tarixli 18541 saylı rəinə əsasən qızıllara qoyulmuş qiymətlə hesablanması qanunsuzdur. Çünki ekspert rəyinə əsasən qızıllara məhz 2014-cü ilin aprel ayına nəzəri hesablamalarla qiymət 29175 manat qoyulmuşdur. İş üzrə ifadələrlə də müəyyən edilir ki, hətta Nurlan Kazımov da ifadəsində göstərir ki, qızılların sahibi (Seymur İbadov, Azad Abbasov, ittiham aktının21-ci səhifəsi) ona müraciət edərək bildirmişdir ki, “Moskva univermağındakı” şöbəsi bağlandığı üçün bütün qızılları məcbur olub dəyərindən 30-50% aşağı qiymətə satışa çıxarıb. Göründüyü kimi ekspertiza da qızıllara dəyəri ABŞ dolları ilə deyil Azərbaycan manatı ilə müəyyən etmişdir. Belə olduğu təqdirdə həmin qızılların 2014-cü ildə “Moskva univermağındakı” şöbəsi bağlandığı üçün 50% endirimlə satış qiyməti 14587 manat 70 qəpik etməsi də mümkün idi. Lakin tərəflər həmin qızılları ifadələrə əsasən 19000 ABŞ dolları dəyərləndirdikləri üçün, 19000 ABŞ dolları da 2014-cü ildə Vəlişə qızılların satışı vaxtı 14911 manat 20 qəpik edirdi. Bu hal onu göstərir ki, qızılların qiymətinin 50% endirimli qiyməti həm hazırda keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi nəzərə alınarsa 14587,70 manat təşkil edərdi (yəni 29175 manatın 50%-i), həm də 2014-cü ildə tərəflərin müəyyən etdiyi qiymət tə təxminən uyğundur 14911,20 manata (19000 ABŞ dollarının həmin vaxtı manata məzənnəsi 14911,20 manat edirdi). Bununla da 50% aşağı qiymət nəzərə alınarsa əslində tərəflərin 2014-cü ildə qızıllara qoyduğu qiymət, ekspert rəindəki qiymətdən 323,5 manat da çox edir. Beləliklə qızılların dəyəri müəyyən edilərkən, məhkəmə əmtəəşünaslıq ekspertizasının 24 avqust 2018-ci il tarixli 18541 saylı rəyi yox, tərəflərin 2014-cü ildə müəyyən etdiyi 19000 ABŞ dollarına münasibətdə 14911 manat 20 qəpik kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, cinayət işi üzrə vurulmuş ziyanın məbləği, əməlin törədildiyi zaman vurulmuş ziyanın məbləği kimi götürülür. Cinayət işi üzrə vurulmuş ziyanın məbləği manata məzənnə ilə müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasında alqı-satqı manatla həyata keçirilir. Qeyd edilənlərə əsasən əməlin törədildiyi zaman, həmçinin ittiham aktındakı dəyərləndirməyə görə də 2000 ABŞ dolları 1.569,6 manat hesab edildiyindən, əməlin törədildiyi zaman vurulmuş ziyanın məbləği də 19000 ABŞ dolanına münasibətdə 14.911 manat 20 qəpiyə münasibətdə müəyyən edilməlidir. İttiham aktına əsasən də vurulmuş ziyan manatla hesablanmışdır. Yəni Vəliş Hüseynov Nurlan Kazımova ABŞ dolları ilə pulu qaytarmamalıdır. Əməlin törədildiyi zaman dolların manata məzənnəsi ilə vurulmuş ziyanın məbləği müəyyən edilmişdir, həmin məbləğ nə qədər edirsə, həmin manat miqdarında da ziyan vurulmuşdur və Vəliş Hüseynov Nurlan Kazımova həmin manata münasibətdə ziyanın məbləğini qaytarmalıdır. Məhz ittiham aktında da 13950 ABŞ dollarına münasibətdə ziyanın məbləği də buna görə 10947 manat 96 qəpik göstərilmişdir. Belə olduğu təqdirdə 2 ədəd qızıl qarniturların dəyəri olan 19000 ABŞ dollarından 2000 ABŞ dolları alqı-saqtı zamanı qaytarılmışdır. Yerdə qalır 17000 ABŞ dolları, yəni Azərbaycan manatına məzənnə ilə 13341 manat 60 qəpik təşkil edir. Həmin məbləğdən də 5200 manatının qaytarıldığı təsdiq edilir. Belə olduğu təqdirdə qızıllara görə Vəliş Hüseynovun Nurlan Kazımova 8141 manat 60 qəpik ziyan vurduğu müəyyən edilir və qaytarılmalı məbləğ həmin miqdarda olmalıdır. Bundan əlavə qaraj alğı-satqısı nəticəsində 13950 ABŞ dollarına görə manata məzənnə ilə 10947 manat 96 qəpik ziyan vurulduğu müəyyən edilir, qaytarılmalı məbləğ də həmin miqdarda olmalıdır. Göstərilənlərə əsasən 8141,60 manat və 10947,96 manat müqabilində, yəni 19089,56 manat Vəliş Hüseynovun vurduğu ziyana görə cinayət işi üzrə Müşfiq Mirturabov tərəfindən, cinayət işinə əlavə edilmiş protokola əsasən 30000 manat pul Nurlan Kazımova qaytarılmışdır. Bununla da Vəliş Hüseynovun Nurlan Kazımova qarşı törətdiyi dələduzluq əməli nəticəsində vurulmuş ziyandan da artıq məbləğdə pul, yəni 10910 manat 44 qəpik artıq məbləğdə pul M.Mirturabov tərəfindən zərərçəkən Nurlan Kazımova ödənilmişdir. Belə olduğu təqdirdə Vəliş Hüseynovun dələduzluq əməli nəticəsində, həmin ziyana görə Müşfiq Mirturabovun üzərinə Nurlan Kaızmova əlavə olaraq 32000 manat pul ödənilməsi öhdəliyi qoyula bilməz. Bununla da müstəntiq Ə.Babayev tərəfindən yol verilmiş pozuntular nəticəsində Müşfiq Mirturabovun hüquqları da pozulmuşdur. Çünki müstəntiq tərəfindən Vəliş Hüseynov xx.xx.2019-da 13950 ABŞ dolları məbləğində dələduzluq törətməsi şübhəsi ilə tutulur, həmin şübhə ilə tutulsa da, tutma üçün edilmiş şübhədən artıq məbləğdə pulun ödətdirilir. Müstəntiq Ə.Babayev tərəfindən xx.xx.2017-ci il tarixdə saat 15:00-da protokol tərtib edilərək Müşfiq Mirturabovdan 30000 manat pul alınıb Nurlan Kazımova verilir. Bundan sonra xx.xx.2017-ci il tarixli Kredit müqaviləsi həmin gün saat 16:14-də çap edilərək təsdiqlənir. Yalnız bu hərəkətlərdən sonra Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə təqsirləndirilən şəxs kimi cəlb edilərək, bu barədə qərar ona həmin gün saat 16:15-də elan edilir, Şəxsə nədə təqsirləndirildiyi bildirilmədən, istintaq orqanı tərəfindən ona maddi ziyan ödətdirilir. Yəni xx.xx.2017-ci il tarixdə Vəliş Hüseynov təqsirləndirilən şəxs kimi cəlb edilməzdən əvvəl, ona qarşı hər hansı bir ittiham irəli sürülmədən, vurulmuş ziyan dəqiq müəyyən edilmədən, təqsirləndirilən şəxs kimi cəlb edilmə qərarı olmadan saat 15:00-da Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 ziyan vurmasında günahlandırılır, buna görə qohumu M.Mirturabovdan 30000 manat alınıb Zərərçəkmiş şəxs1 verilir. Bundan sonra həmin gün saat 16:14-də N.Kaızmov M.Mirturabova heç bir məbləğdə borc pul vermədən, M.Mirturabovun almadığı pul müqabilində Zərərçəkmiş şəxs1 32000 manat pul qaytarmalı olmasına dair notariat qaydada borc müqaviləsi bağlanmasına nail olunur. Məhz M.Mirturabovdan 30000 manat alınıb N.Kaızmova verildikedən və M.Mirturabovla müqavilə bağlanmasına nail olunduqdan sonra Təqsirləndirilən şəxs1 saat 16:15-də təqsirləndirilən şəxs kimi cəlb edilərək ona qarşı ittiham elan edilir. Halbu ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs kimi cəlb edilməsindən əvvəl ona müstəntiq tərəfindən “maddi ziyanın hissəvi ödənilməsinə dair” PROTOKOL tərtib edilərək, protokolda ziyan vurulması israr edilərək ziyan ödətdirilməsi, CPM-nin 179-188-ci maddələrinə uyğun deyildir. Həmin protokolu tərtib edərkən müstəntiq CPM-də müstəntiqin vəzifələrindən bəhs edən 85.2.11-ci maddəsinə istinad etməklə, səlahiyyətli olması qeyd edilsə də, təqsirləndirilən şəxs kimi cəlb etmə barədə qərar olmayan Vəliş Hüseynova münasibətdə müstəntiq səlahiyyətindən kənara çıxmışdır. Çünki CPM-nin 85.2.11-ci maddəsində qeyd edilmişdir ki, cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi, habelə tətbiq oluna biləcək əmlak müsadirəsinin təmin edilməsi üçün tədbirlər görmək müstəntiqin səlahiyyətlərinə aid edilmişdir. Lakin neçə ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs kimi cəlb edilməmişdir, belə bir vəziyyətdə onun hər hansı bir cinayət törətməsini israr etmək olmaz. Belə bir vəziyyətdə müstəntiqin CPM-nin 85.2.11-ci maddəsinə istinad edib, belə bir şəxsə ziyanı ödətdirə bilməzdi. Qasımov Müzəffər Əzim oğluna qarşı dələduzluq epizodu üzrə təqsirləndirilən şəxs Hüseynov Vəliş Qabil oğluna və Hüseynov Elçin Yusif oğluna verilmiş ittiham üzrə aşağıdakılar müəyyən edildi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Qasımov Müzəffər Əzim oğlu ifadəsində göstərmişdir ki, Novruzov Nazim Heydər oğlunu 30 ildən artıq müddətdir ki, tanıyır, onunla ailəvi olaraq dostluq edir. Nazım Novruzov həyat yoldaşı Sümbülənin adına olan Xəzər rayonu Qala qəsəbəsındə Xaşa-Xuna ərazisındə hərrac vasitəsilə aldığı 1.500 km.metr sahədə yerləşən bağ evini 2017-ci ilın noyabr ayında özəlləşdirmək istəmişdir. Nazim Novruzov ona demişdir ki, bir makler tanışı var, adı Vəlidır və sonuncu vəd etmişdir ki, onun həyat yoldaşı Sümbülənin adına olan bağ evinin torpağını özəlləşdirərək həmin yeri qeyri-yaşayış sahəsı kimi qeydə aldıracaqdır. O, sonradan bilmişdir ki, Vəlinin əsil adı Vəliş, soyadı Hüseynov ata adı isə Qabildir. Belə ki, həmin məsələ ilə bağlı aralarında olmuş söhbətləri zamanı Nazim ona bildirmişdir ki, həmin bağ evinin torpaq sahəsini özəlləşdirmək üçün pulu yoxdur və bilmir ki, haradan pul əldə etsin. O da, Nazımlə dost olduğu üçün həmin məsələnin həll edilməsi üçün nə qədər pul lazım olacaqdırsa, özü verəcəyini bildirmişdir. Ona görə ki, o, Nazımlə şərikli olaraq orada restoran açmaq fikrində olduqlarından qərara almışlar ki, bununla əlaqədar Nazim həmin bağ evinin torpağını özəlləşdirdlikdən sonra oranı sataraq və yaxudda banka girov qoyub kreditə pul götürməklə əldə edəcəyi pulları birgə kommersıya fəaliyyətlərinə sərmayə kimi sərf etsin. Sonrakı görüşlərində o, Nazimə bildirmişdir ki, tanışı Rafiq adlı şəxsdən borc istəmiş, Rafiq də ona hər ayı 10 faiz ödəmək şərti ilə borca pul verəcəyini bildirmişdir. Nazim ona bildirmişdir ki, Vəliş bir ay ərzində bağ evinin torpağını özəlləşdirməyə söz vermiş və buna görə də o, tanışı Rafiqdən 10 faiz şərti ilə borca pul götürməsinə razılıq verərək borca alacağı pulun bir ayının faizini özü ödəyəcəyini, torpağı satandan sonra da əldə etdiyi pullardan borcu da ödəyəcəyini öz üzərinə götürmüşdür. Bu kimi söhbətdən təxminən 1-2 gün keçəndən sonra, yəni 2017-ci ilin noyabr ayının əvvəllərində saat 12 radələrində Nazim Novruzov, əvvəllər tanımadığı, ilk dəfə gördüyü və adlarını sonradan bildiyi Vəliş Hüseynov, eləcə də Vəlişin tanışı olan Elçin adlı şəxslə birlikdə Qala qəsəbəsi Xaşa-Xuna ərazisində Sümbülənin adına olan həmin bağ evinin yanında yerləşən kafeyə gəldiklərində o da, tək olaraq həmin vaxt oraya gəlmişdir. Həmin görüş zamanı Nazim Novruzov həmin şəxsləri onunla tanış edib bildirmişdir ki, Vəliş Hüseynov ev alqı-satqısı ilə məşqul olan makler kimi fəaliyyət göstərir. Elçin özü isə həmin vaxt bildirmişdir ki, o, əvvəllər Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində işləmiş və buna görə də «əli hər yerə çatır», torpaq sahəsini özəlləşdirməsinin sənədləşdirmə işı ilə bağlı bütün işləri yaxşı bacarır, yüksək vəzifələrdə və bilavasitə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən məsul şəxslərlə danışaraq həmin bağ evinın ətrafındakı torpaq sahəsini özəlləşdirmək və onu qeyri yaşayış massivi kimi qeydə aldırmaq üçun nə qədər pul lazım olacağını öyrənib onlara bildirəcək. Bununla bağlı, yuxarıda göstərilən görüşdə Nazim həmin bağ evinin torpağının sənədlərinin surətlərini Vəliş və Elçınə vermiş, sonra isə Vəliş və Elçin onlarla birlikdə orada olan kafedə yeyib içdikdən sonra çıxıb getmişlər. 2 gün keçədən sonra isə Nazim ona zəng edərək bildirmişdir ki, həmın bağ evinin torpağının sənədləşdirilməsi ilə əlaqədar Vəliş və Elçin 18.000 manat miqdarda pul istəyirlər. Bununla bağlı o, həmin vaxt üstündə 2.000 manat pulun olmasını bildirərək bu barədə söhbətləşmək üçün Nazimdən harada olmasını soruşmuşdur. Nazim də "Nərimanov" metrostansiyasının yaxınlığına olduğu üçün onu oraya dəvət etmişdir. Təxminən 20-30 dəqiqə ərzində o, "Nərimanov" metrostansiyasının yaxınlığına gəlmiş və orada Nazimin, Vəliş və Elçinlə birlikdə metronun çıxacağında durub gözlədiyini görmuşdür. Bu yolla da onlar dördü də orada göruşərək gedib metronun üstündəki parkın içində olan katelərin birində oturub çay içə-içə söhbət etmişlər. Həmin söhbətləri zamanı Vəliş və Elçin orada bir daha birdirmişlər kı, həmin bağ evinin torpağının lazımi qaydada özəlləşdirib-sənədləşdirilməsi məqsədi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində işləyən hansısa məsul şəxslərə 18.000 manat pul verməlidirlər. Nazim və o, Vəliş və Elçinlə razılaşsalarda özü onlara bildirmişdir kı, həmin məsələdə Nazimlə şərik olduğuqları üçün pulu özü verəcək və hal-hazırda üstündə 2.000 manat pul olduğu üçün həmin pulu onlara verməyə hazırdır, pulların qalan hissəsini isə hissə-hissə olmaqla az müddət ərzində və yaxın günlərdə yenədə özü onlara verəcəkdir. Vəlış də Elçinlə birlikdə onun təklifi ilə razılaşmışlar. Buna görə də o, həmin vaxt elə oradaca 2.000 manat pulu cibindən çıxarıb hamının iştirakı ilə Elçinə vermişdir. Elçin də pulu götürüb cibinə qoymuş və sonra Vəlişlə birlikdə onlarla sağollaşaraq “Nərimanov” metrostansiyasının yer altı keçidinə tərəf getmişlər. Bundan sonra isə o da, onların arxasında həmin yer altı keçidə daxil olduqda arxadan Elçinlə Vəlişin bir-birləri ilə hansısa miqdarda pulları öz aralarında bölüşdürdüklərini görmüşdür. Lakin fikirləşmişdir ki, onlar Nazimin torpaq sahəsinin özəlləşdirmə məsələsini həll etdikləri üçün özlərinə də qazanc əldə edəcəklər. Hətta fikirləşmişdir ki, Elçin və Vəliş ondan istədikləri 18.000 manatın 15.000 manatını Əmlak Komitəsinə, 3.000 manatı isə özlərinə qazanc kimi götürəcəklər. Elçinlə Vəlişin bu kimi pul bölüşdürmələri haqqında sonradan o, Nazimə də danışmışdır. Bundan sonra isə, yəni 2.000 manatı Elçin və Vəliş ondan aldıqdan sonra Vəliş ona zəng edərək bildirmişdir ki, Əmlak Komitəsindən mütəxəsislər Nazimin bağ sahəsinə gəlib baxmalıdırlar və bununla da əlaqədar həmin şəxslərlə əlaqə saxlamağı üçün Vəliş ona Camal adlı şəxsin 055 555-30-53 saylı mobil telefon nömrəsini vermişdir. Bu yolla da o, öz mobil telefonundan 055 555-30-53 saylı mobil telefon nömrəsinə zəng edib Camal adlı şəxslə danışmış və həmin şəxs ona bildirmişdir ki, Nazimin bağ evinin ətrafındakı torpaq sahəsinin özəlləşdirilməsi məsələsi ilə bağlı Əmlak Komitəsindən bir neçə mütəxəssisləri oraya göndərəcək, həmçinin həmin Camal aldı şəxs ondan xahiş etmişdir ki, həmin mütəxəssislərin rəhbərinə 100 manat pulu zəhmət haqqıları kimi versin. Bundan sonra, yəni 2017ci ilin noyabr ayında o, Nazimin bağ evinə gedərək orada həmin Camal adlı şəxsin göndərdiyi və özlərini Əmlak Komitəsinin işçiləri kimi təqdim edən 4 nəfər kişiləri qarşılamış və həmin şəxslərdən 2-si bağ evinin həyətinə daxil olaraq oraya baxış keçirdikdən sonra özü onlardan birinə Camalın xahişi əsasında 100 manat pulu vermişdir. Bundan təxminən bir həftə sonra, yəni 2017-ci ilin noyabr ayının ikinci yarısında o, 3.000 manat miqdarda pulu toplayaraq bu barədə Nazimə bildirmişdir. Nazim də öz növbəsində Elçin və Vəlişlə danışıb onların həmin vaxt Bakı şəhəri Yasamal rayonu "Beşmərtəbə" adlanan ərazidə yerləşən "Təndir" adlanan kafesində olduqlarını muəyyən edərək onu həmin kafeyə dəvət etmişdir. Bununla bağlı o, həmin gün təxminən saat 11-12 radələrində "Nizami" metrostansiyasının qarşına gələrək orada Nazimlə götüşüb birlikdə piyada olaraq oradan "Beşmərtəbə" adlanan ərazidə yerləşən həmin "Təndir" adlanan kafeyə gəlmişlər. Həmin vaxt Vəliş və Elçin gostərilən kafedə ikisi əyləşdiyindən o da, Nazimlə birlikdə onların masalarının arxasına əyləşərək hamının qarşısında cibində olan 3.000 manat pulu çıxarıb Elçinə vermişdir. Elçin də pulu götürüb saydıqdan sonra cibinə qoyaraq Vəlişlə birlikdə narahat olmamaqlarını bildirərək demişlər ki, bu məsələ ilə artıq məşquldurlar və lazımi adamlarla danışıqlar aparıblar. Bununla həmin görüşləri tamamlanmışıdr. Bundan təxmınən 10 gün keçəndən sonra, yəni 2017-cı ilin dekabr ayının 3-də o, əlavə olaraq 7.000 manat miqdarda pul əldə edə bildiyi üçün yenidən Nazimə zəng edərək bu barədə məlumat vermişdir. Nazim də öz növbəsində Vəliş və Elçinlə zəngləşib, onların həmın "Təndir" adlanan kafedə olduqlarını öyrənərək onu oraya dəvət etmişdir. Bununla bağlı o, həmin gün təxminən saat 12 radələrində əvvəlki kimi Nazimlə "Nizami" metrostansiyasının üstündə görüşüb oradan birlikdə piyada olaraq həmin kafeyə gəlmişdir. Vəliş və Elçin kafedə olmuşlar və onlar da onların əyləşdikləri masanın arxasına oturaraq birlikdə çay içib-söhbətləşmişlər. Aralarında olan sohbət əsnasında o, Elçin və Vəlişə bildirmişdir ki, hal-hazırda 7.000 manat miqdarda pul əldə edə bilmişdir və həmin pulu da onlara verməyə hazırdır. Həmçinin, həmin vaxt o, Elçin və Vəlişə bildirmişdir ki, əgər verəcəyi 12.000 manatın müqabilində həmin bağ evinin sənədləşdirmə məsələsini sona çatdıra bilsələr, onda qalan 6.000 manat pulu sənədləşdirmə qurtaran kimi onlara verə biləcəkdir. Vəliş isə heç bır problemin olmadığını bildirərək demişdir ki, o, özü 6.000 manatı başqa şəxsdən alaraq onun əvəzinə həmin bağ evinin torpağının sənədləşdirməsinə sərf edə bilər, lakin bu kimi halda sənədləşdirmə hazır olub qurtaran kimi o, onlara, yəni Vəlişə həmin 6.000 manatla yanaşı əlavə olaraq 1.000 manatda gəlir kimi ödəməli olacadır. O da, Vəlişin bu kimi təklifi ilə razılaşaraq elə oradaca cibindən 7.000 manat pulu çıxarıb Vəlişin deməsinə əsasən yenədə əvvəl olduğu kimi Elçinə vermişdir. Elçində pulları götürüb saydıqdan sonra öz cibinə qoymuşdur. Həmin görüşlərinin sonunda Vəliş və Elçin bir daha onlara narahat olmamağı və 10 gün muddətinə bağ evinin torpağını özəlləşdirəcəklərini və bununla da sənədləşdirmə işlərini başa çatdıracaqlarını bildirərək oradan çıxıb getmişlər. Lakın butun yuxarıda göstərilən görüş, söhbət və vədlərinə baxmayaraq, Elçin və Vəliş ona məxsus 12.000 manat pulunu ələ keçirdikdən sonra heç bir iş görməyərək yalnız vaxt uzatmağa və onlarla göruşməkdən yayınmağa başlamışlar. Bu səbəbdən də, o, mütəmadi olaraq Vəlişin istifadə etdiyi ***-***-**-** və Elçinin istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonlarına özünə məxsus 055 700-27-96 saylı nömrəsindən, eləcə də Nazim özü istifadə etdiyi 055 634-49-78 saylı nömrəsindən zənglər edərək onları sorgu-suallara tutmağa başlamışlar. Bununla bağlı əvvəlcə Elçin və Vəliş onlarla görüşüb söhbətlər edərkən ilkin olaraq Elçin demişdir ki, işləri özü başa çatdırmaq üzrədir. Lakin bu görüş və söhbətdən təxminən bir ay müddət keçəndən sonra Elçin bildirmişdir ki, o, özü bu işi həll edə bilmədiyi üçün onda olan həmin 12.000 manatı Vəliş ondan alaraq bildirib ki, həmin bağ evin torpaq sahəsinin ozəlləşdirilməsi məsələsini özü hansısa qohumlarının vasitəsi ilə həll edəcək. Bununla bağlı sonradan Vəliş özü də onunla təklikdə söhbət etdikdə həmin faktı təsdiq etmişdir. Təxminən 2 həftədən sonra isə Vəliş bildirmişdir ki, guya onun qohumu heç bir iş görə bilmədiyi üçün pulları ona geri qaytarıb və o da, yəni Vəliş guya 12.000 manatın hamısını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin surucüsü olan "Rauf' adlı şəxsə verib və məhz həmin "Rauf" adlı şəxs soz verib ki, göstərilən məsələni iki həftəyə müsbət həll edəcək. İki həftədən sonra isə Vəlış bildirmişdir ki, guya həmin "Rauf" şəxs də göstərilən məsələni həll edə bilməyib və buna görə də yaxın günlərdə pulları sonuncudan geri alaraq ona qaytaracaq. Bir neçə gün ərzində Vəliş yuxarıda göstərilən bəhanələrlə onu, eləcə də Nazimi aldadıb vaxtı uzatmışdır. Buna görə də 2018-ci ilin yanvar ayının ortalarında o və Nazim, Elçin və Vəlişlə görüşərək Vəlişdən tələb etmişlər ki, pulu kimə veribsə həmin şəxsi onlara göstərsın. Həmin gün Vəliş ondan iki gün möhlət alaraq bildirmişdir ki, özü həmin "Rauf' adlı adlı şəxsi taparaq 2 gün ərzində onun pullarını geri alacaq. Lakin bundan sonra 2 gün keçsə də, Vəliş ona heç bir miqarda pul qaytarmamışdır. Buna görə də o, Nazim birlikdə gedib təkrarən Elçin və Vəlişlə söhbət edərək bir daha Vəlişdən tələb etmişdirlər ki, həmin Rauf adlı şəxsi onlara göstərsin. Həmin görüş zamanı o, gəti şəkildə və tərzdə həmin tələbini icra etməsini Vəlişdən tələb etdiyi üçün sonuncu artıq heç bir bəhanə gətirə bilməmişdir. Bununla da o, Vəlişdən tələb etmişdir ki, onlarla birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsas binasına gedərək orada da həmin Rauf adlı şəxsi onlara göstərsin. Bu səbəbdən də Vəliş məcbur olub onunla, eləcə də Nazim və Elçinlə birlikdə Xətai rayonunda yerləşən Ali Məhkəmənin yaxınlığında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsas binasının qarşısına gəlmişdirlər. Belə ki, həmin vaxt o, Vəlişlə birlikdə ikisi iki tərəfli hərəkət olan enli avtomobil yolunu bir başa piyada olaraq keçib həmin Xidmətin əsas binasının qarşısına getmişlər. Nazim isə Elçinlə birlikdə qarşıya gedib yer altı keçiddən keçərək bir neçə dəqiqə sonra həmin Xidmətin qarşısına gəlmişlər. Məhz bu səbəbdən də o, Nazimlə Elçini gözləməyərək Vəlişlə birlikdə içəri daxil olub giriş qapısında xidmət aparan polis nəfərindən orada "Rauf' adlı şəxsin işləyibişləməməsi ilə maraqlanmışdır. Bu yolla da həmin polis nəfərinin deməsinə görə ona məlum olmuşdur ki, orada ümumiyyətlə heç bir "Rauf' adında sürücü işləmir. Bundan sonra isə Vəliş həmin vəziyyətdən çıxmaq məqsədi ilə sözünü bir qədər deyişərək onunla küçəyə çıxıb, Nazimlə Elçinlə yaxınlaşaraq bildirmişdir ki, guya həmin "Rauf" adlı şəxs göstərilən Xidmətin rəisinin ev sürücüsüdür və buna görə də Xidmətdə işləyən polis nəfəri həmin sürücünü tanımır. Bununla bağlı o və Nazim həmin "Rauf' adlı sürücünün mobil telefon nömrəsini və yaşadığı unvanın deməsini Vəlişdən tələb etmiş, lakin Vəliş müxtəlif bəhanələr gətirməklə bu tələbilərinə cavab verməkdən yayınaraq bildirmişdir ki, özü 3-4 gün ərzində mütləq həmin "Rauf' adlı şəxsi tapıb pullarını ondan geri alacaq. 3-4 gün keçəndən sonra isə Vəliş onun və Nazimin telefon zənglərinə cavab verməməyə və həmçinin onlarla görüşməkdən yayınmaga başlamışdır. Bununla da, Elçin və Vəlişin bir daha yalan danışıb onu aldatdıqlarına əmin olduğu üçüm o, 06 fevral 2018-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət edərək onların hər ikisinın də barələrində şikayət etmişdir. Həmçinin, Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Vəliş Hüseynov və Elçin Hüseynov hər ikisi də dələduzdurlar və ilk gündən onu və Nazimı aldatdıqları üçün pulların əsl həqiqi verilmə yerlərini də çaş-baş salıblar. Həqiqətdə isə o, 2.000 manatı Nərimanov rayonunda "Nərımanov" metrostansiyasının yaxınlğındakı parkda yerləşən kafedə, 3.000 və 7.000 manatı isə Yasamal rayonunda "Beşmərtəbə" adlanan ərazidə yerləşən "Təndir" adlanan kafedə Vəlişin iştirakı və razılığı ilə Elçinə vermişdir. Polisə şikayət etdikdən sonra isə o, Vəlişlə Elçini tapa bilmədiyindən və bilavasitə sonuncular onun telefon zənglərinə cavab verməyib telefonlarını sönülü vəziyyətdə saxladıqlarından məcbur olub həmin Camal adlı kişiyə zəng edərək gedib onunla görüşmüşdür. Belə ki, o, Nazimlə birlikdə gedib həmin Camal aldı kişi ilə sonuncunun yaşadığı evin yerləşdiyi Bakı şəhəri Yasamal rayonu “İnşaatçılar” prospektində yerləşlən “Naxçıvan Recensi” mehmanxanası ilə üzbə-üzdə yerləşən parkda görüşərək söhbətləşmişdir. Həmin yerə Camal kişi öz oğlu ilə birlikdə gəlmiş və söhbətləri zamanı o, Camala bildirmişdir ki, Elçin Hüseynovla Vəliş Hüseynov ondan həmin bağ evinin ətrafındakı torpaq sahəsini özəlləşdirmək üçün ümumilikdə 18.000 manat istəyərək bu məqsədlə artıq 12.000 manat miqdarda pulu aldıqdan sonra heç bir iş görməyib hazırda da qaçıb gizlənmişdirlər. Bu kimi danışıqları zamanı Camal kişi çox təəccüblənərək bildirmişdir ki, o, Vəlişi və Elçini tanıyır, lakin yalnız Elçin özü tək halda onunla görüşərək həmin bağ evinin ətrafındakı torpaq sahəsinin özəlləşdirilmə məsələsinin müsbət həlli ilə bağlı onunla danışıqlar aparmış və o da, çalışıb öz tanışlarının vasitəsi ilə köməklik edə biləcəyini bildirdiyi üçün o, yəni Elçin ona cəmi 2.000 manat pulu zəhmət haqqı və hörmət kimi vermişdir. Həmçinin, Camal kişi aralarında olan söhbətləri zamanı bildirmişdir ki, həmin 2.000 manat pullu Elçindən götürdükdən 3 gün sonra həmin məsələni müsbət həll edə bilmədiyindən göstərilən 2.000 manat pulu Elçinin özünə geri qaytarmışdır. O isə cavabında bildirmişdir ki, bu barədə, yəni ona hər hansı bir miqdarda pulların verilməsi haqqında Elçin və Vəliş ona heç bir məlumat verməyərək ümumilikdə 12.000 manat pulunu götürüb qaçmışlar və onların yaşadıqları evləri tanımadığı üçün heç birini tapa bilmir. Camal isə bildirmişdir ki, o və oğlu, Elçinin evinin tanıyırlar və ona göstərə bilərlər. Bundan sonra Camal kişi Nazimlə birlikdə göstərilən parkda qalaraq gözləmiş, o isə, Camalın hazırda adını xatırlamadığı təxminən 22-25 yaşında olan oğlu ilə birlikdə piyada olaraq oradan yaxınlıqda, yəni Yasamal rayonu Şahbazi küçəsinə gəlmiş və Camalın oğlu orada yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən Elçinin yaşadığı mənzilin qapısını ona göstərmişdir. Həmin vaxt o, aşağıda gözləmiş, Camalın oğlu isə özü tək bloka daxil olub yuxarı qalxmış və bir neçə dəqiqədən sonra geri qayıdaraq Elçinin evdə olmadığını bildirmişdir. Buna görə də o, məcbur sabahısı gün yenidən Camal kişi ilə zəngləşərək onun oğlu ilə birlikdə Elçinin yaşadığı binanın qarşısına gəlmiş və Camal oğlu özü yuxarı qalxaraq Elçinin mənzilindən çağırıb küçəyə onun yanına gətirmişdir. Elçin onu görən kimi çox təəccüblü hala düşmüşdür. Həmin vaxt Elçin etiraf edərək təsdiqləmişdir ki, həqiqətəndə Camal kişiyə 2.000 manat vermiş və bir həftədən sonra Camal kişini işi görə bilmədiyi üçün həmin pulları ona geri qaytarmışdır. Bundan sonra o, Elçini və Camalın oğlunu Yasamal rayonu Şərifzadə küçəsinin sonunda yerləşən ”Ləvəngi” adlı restoranın yanında olan balaca kafeyə dəvət etmişdir. Həmçinin, o, telefon vasitəsi ilə zəng edərək Nazimədə oraya çağırmışdır. Daha sonra isə həmin kafedə olarkən Elçin özü Vəlişə zəng edib vəziyyəti izah edərək onu da oraya dəvət etmişdir. Həmin görüşdə Camalın oğlu da sonadək iştirak edirmişdir. Orada Vəliş onun pullarının onda olmasını və məhz özü pullara cavabdeh olduğu deyərək söz vermişdir ki, yaxın günlərdə pullarını tamlıqla geri qaytaracaq. Həmin kafedə söhbətləşdikdən sonra o, Elçin və Vəlişə onların barəsində Polisə şikayət edəcəyini bildirəndə Vəliş böyük-böyük və çox arxayın tərzdə ona cavab verərək bildirmişdir ki, istənilən yerə şikayət edə bilər. Məhz bu səbəbdən də o, artıq Yasamal RPİ-nin 27-ci PB-nə onların barələrində onlardan xəbərsiz şikayət etdiyi üçün öz mobil telefonundan təhqiqatçı Nicat Abdullayevin ona vermiş oluduğu həmin bölmənin əməliyyat müvəkkilinə zəng edib olduqları yer haqqında bildirərək gəlib Elçinlə Vəlişi tutmalarını tələb etmişdir. Bundan bir neçə dəqiqə sonra isə həmin bölmədən səhf etmirsə, Emin adlı əməliyyatçı əməliyyat qrupu ilə birlikdə həmin kafeyə gələrək Elçinlə Vəlişi tutaraq oradan bir başa 27-ci PB-nə aparmışlar. Bundan sonra isə sonra Camal kişi yaşlı və düzgün adam olmasını əsas gətirərək ondan xahiş etmişdir ki, gələcəkdə baş verə biləcək problemlər zamanı onun adını Polisdə və ya başqa yerdə hallandırmasın. Məhz bu səbəbdən də bundan əvvəlki şikayət ərizəsi, izahatında və ifadəsində Camalın haqqında heç bir söz yazmamışdır. Bundan əlavə, M.ŞQasımov ifadəsində bildirmişdir ki, o, Elçin Hüseynova verdiyi həmin 12000 manatı tanışı Rafiq adlı şəxsdən ayda 10 faiz ödəmək şərti ilə borca götürdüyü üçün 2017-ci ilin dekabr ayından hal hazıradək hər ay üçün 1.200 manat miqdarda faizləri Nazimlə aralarında əldə olunmuş razılığa əsasən məhz Nazim özü həmin şəxsə ödəyir. Belə olan halda da Nazim 2018-ci ilin mart ayınadək onun borca aldığı həmin 12000 manata görə hər ay 1200 manat, ümumilikdə 4.800 manat pulu faiz kimi pul sahibinə ödəmişdir. Buna görə də, o, Yasamal RPİnin 27-ci PB-nə şikayət etməsi ilə bağlı Elçin və Vəliş yuxarıda göstərilən qayda da həmin bölməyə aparıldıqdan bir müddət sonra, 2018-ci ilin mart ayının təxminən ortalarında məhz Vəliş Hüseynov özü istifadə etdiyi 055 214-76-75 saylı mobil telefon nömrəsindən onun istifadə etdiyi mobil telefonuna zəng edərək bildirmişdir ki, guya o, kimlərləsə hansısa əmlaka aid alqı-satqı əməliyyatını həyata keçirir və bir neçə gündən sonra həmin əməliyyatı bank vasitəsi ilə həll etdikdən sonra onun pullarını geri qaytara biləcək. Bir neçə gün sonra isə, yəni xx.xx.2018ci il tarixdə də məhz Vəliş Hüseynov ona və sonradan da Nazim Norvuzova zəng edib onlarla görüşmək istədiyini bildirmişdir. Həmin danışıq zamanı Vəliş Hüseynov ona təklif etmişdir ki, birlikdə “20 Yanvar dairəsinin” yaxınlığında yerləşən hansısa Notariat Kontoruna getsinlər ki, orada ona müqavilə yolu ilə pul qaytarsın. O isə Notariusa getməkdən imtina edərək Vəliş Hüseynovdan tələb etmişdir ki, aralarında olacaq hər hansı bir pul alış-verişini rəsmləşdirmək üçün Yasamal rayon Polis idarəsinin İstintaq şöbəsinə müstəndiqin yanına getsin, çünki onun, yəni Vəlişin barəsində etmiş olduğu şikayətinə məhz orada baxılırdı. Lakin, Vəliş Hüseynov Polisə getməkdən imtina edərək onun olduğu yerə gəlmək istədiyini təklif etmişdir. Buna görə də o, bu barədə Nazim Novruzova bildirdikdə aramızda qərara gəlmişdik ki, Vəliş Hüseynovdan həmin pulları görə ödəmiş olduqları faiz pullarınıda götürmək üçün sonuncunu aldatsınlar. Belə ki, o, borc götürdüyü həmin 12.000 manatı hər ay üçün 10 faiz gəlir ödəmək şərti ilə Rafiq adlı tanışından götürdüyü üçün onunla Nazimin arasında əvvəlcədən əldə olunmuş razılıqlarına əsasən Nazim 5 aya görə hər ay üçün 1.200 manat fayız pulu, yəni ümumilikdə 6.000 manat ödədiyindən Nazim həmin pullarıda Elçinlə Vəlişdən ödəmələrini tələb etmişdir və onlarda əvvəlki bütün danışıq və söhbətləri zamanı həmin pullarıda qəbul edərək vəd etmişdirlər ki, 12.000 manatdan başqa Nazimə ödədiyi bütün faiz pullarını da geri qaytaracaqlar. Bununla da, xx.xx.2018-ci il tarixdə Vəliş onunla danışdıqdan sonra o, Nazimlə öz aralarında qərara gəlmişdirlər ki, ilk növbədə Nazim ödədiyi həmin faiz pulları Vəlişdən alsın. Bu səbəbdən də Nazim ona bildirmişdir ki, əgər özü Vəlişdən hər hansı bir miqdarda pul götürə bilsə onda həmin pulları həmin faiz pulları kimi hesab edəcəyək. O da, Nazimlə razılaşaraq bildirmişdir ki, əgər hər hansı bir miqdarda Vəliş ona Polisdə pul ödəsə onda o, özü məcbur olub həmin pulları təhvil alacaq və bu kimi halda da eyni olaraq məcbur olub həmin pulları məhz Elçinə vermiş olduğum 12.000 manatın hissəvi ödənişi kimi hesab etməli olacaq. Bu səbəbdən də o, Nazimlə Yasamal rayonu, “20 Yanvar dairəsinin“ yuxarı hissəsində “Ləvəngi” restoranının yanında, yəni Şərifzadə küçəsinin sonunda yerləşən balaca kafedə görüşərək Vəlişidə oraya dəvət etmişdirlər. Bir qədər sonra təxminəni saat 12-13 radələrində Vəliş Elçin Hüseynovla birlikdə həmin kafeyə gəlmiş və orada Vəliş 7.000 manat pulunun olmasını bildirərək ona təklif etmişdir ki, həmin pulu təhvil-təslim etməkdən ötrü birlikdə Notariat Kontoruna getsinlər ki, orada bu barədə aralarında müqavilə bağlaya bilsinlər. O isə imtina edərək bildirmişdir ki, onun şikayəti əsasında Yasamal RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanaraq istintaq aparılır və əgər həmin pulları ona qaytarmaq istəyirsə yalnız birlikdə Yasamal RPİ-nin İstintaq şöbəsinə müstəntiqin yanına getməklə orada da öz aralarında pulun alış-verişini həyata keçirə bilərlər. Lakin, Vəliş onun bu kimi tələbi ilə razılaşmayaraq bildirmişdir ki, Polisə getmək istəmir. Bu səbəbdən də o, pulları Vəlişdən götürməyərək kafedə Elçinlə birlikdə susaraq oturmuşdur. Məhz bundan sonra Nazim söhbətə qarışaraq Vəlişə təklif etmişdir ki, həmin pulları məhz ona təhvil versin. Vəlişdə razılaşaraq həmin pulları götürməsi ilə bağlı qəbz yazıb ona verilməsini Nazimdən xahiş edərək bildirmişdir ki, qalan 5.000 manatı da bir həftədən sonra eyni olaraq özü geri qaytaracaq. Nazimdə həmin zaman Vəlişə bildirmişdir ki, göstərilən 12.000 manat pula aid onun Elçinlə birlikdə onlara qarşı etdikləri dələduzluqlarına görə 5 ay ərzində olmaqla hər üçün 1.200 manat olmaqla ümumilikdə pul sahibinə 6.000 manat pulu şəxsən özü ödəyib və buna görə də həmin pullarıda ona, yəni Nazimə ödəməsini Vəlişdən tələb etmişdir. Lakin Vəliş həmin vaxt əvvəllki bütün vəd və sözlərini danaraq bildirmişdir ki, 12.000 manatdan başqa heç bir miqdarda pul ödəməyəcək və Nazimin ödəmiş olduğu həmin faizların ona heç bir aidiyyətı yoxdur. Buna görə də Nazim, əvvəlcədən onunla öz aralarında əldə olunmuş razılığımıza əsasən heç bir etiraz bildirməyərək və mübahisə etməyərək yalandan Vəlişlə razılaşaraq təklif etmişdir ki, həmin 7.000 manat pulu ona istədiyi pulun ödənişi kimi təhvil versin. Bununla da Nazim çalışmışdır ki, həmin pulları götürməklə sonradan Vəlişə bildirsin ki, göstərilən pulları məhz faiz pullarının ödənişi kimi hesablayır. Vəliş isə razılaşsada Nazimdən tələb etmişdir ki, həmini pulları götürməsi ilə bağlı ona əvvəlcədən qəbz yazıb versin. Bu səbəbdən də Nazim məcbur olub Vəlişin diktəsi altında Elçinin şahidliyi və iştirakı ilə onu, yəni Vəlişi qane edən məzmunda olan qəbzi yazaraq bildirmişdir ki, guya ona daşınmaz əmlaka sənəd düzəltmək üçün vermiş olduğu 12.000 manat puldan 7.000 manatı hazırda Vəliş ona qaytardı və qalan pullarıda bir həftəyə qaytaracağına söz verir. Həmin qəbzi Nazim, Vəliş və şahidlik edən Elçində birlikdə öz aralarında imzalamışdırlar. Halbu ki, Nazim nə Vəlişə və nə də ki Elçinə hər hansı bir məqsədlə heç bir miqdarda pul verməmişdi. Məhz bundan sonra Vəliş heç bir söz demədən cibindən pulu çıxarıb sayaraq 7.000 manatı Nazimə təhvil vermişdir. Bu yolla da, Nazim həmin 7.000 manat miqdarda pulu Vəlişdən almağına nail olduqdan sonra ona bildirmişdir ki, həmin pulları məhz ödədiyi 6.000 manat miqdarında olan faizların ödənişiki kimi hesablayır və əgər o, yəni Vəliş növbəti ay ərzində ondan, yəni Zərərçəkmiş şəxs3 aldıqları həmin 12.000 manatı tam şəkildə qaytarmasa onda, hazırda ondan götürmüş olduğu həmin 7.000 manatdan qalmış 1.000 manatıda növbəti ayın faiz ödənişi kimi hesablayaraq pul sahibinə ödəyəcəyək. Vəliş isə bununla bağlı etirazını bildirməyə başladıqda, o, söhbətə qarışaraq bildirmişdir ki, şəxsən onun özünə hazırda heç bir miqdarda pul ödəməyib və özünə aid olan 12.000 manatı hər bir halda tam şəkildə ondan tələb etmiş və hazırda, eləcə də sonradan da tələb edəcək. Həmin vaxt Vəliş etiraz edərək Nazimdən həmin pulları geri qaytarmasını tələb etmiş, Nazim isə imtina edərək ona rədd cavabı verib bildirmişdir ki, ona, yəni Zərərçəkmiş şəxs3 qarşı dələduzluq etməyi azdır həmçinin onun özünüdə (Nazimi) əlavə maddi ziyana salmışdır. Bununla da həmin görüş, söhbət və Nazimlə Vəlişin aralarında pul alış-verişi tamamlanmışdır. Hal hazırda ona dəymiş ziyandan 5000 manatı Elçin Hüseynov tərəfindən ödənilmişdir, yerdə qalan 7000 manatı vəliş Hüseynovdan tələb edir. Elçin Hüseynovun həbs edilməsini istəmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Novruzov Nazim Heydər oğlu göstərmişdir ki, Müzəffər qnasımovla 30 ildir ki tanışdırlar, ailəvi münasibətləri vardır. Nazim Novruzovun arvadı Sümbülənin adına qala qəsəbəsində Xaşa-Xuna ərazisində bağ evinin torpaq sahəsini özəlləşdirmək lazım olmuşdur. Vəliş Hüseynovu da 10 ildir ki makler kimi tanıyır. Bu səbəblə də Vəliş Hüseynova müraciət etmişlər. Vəliş də torpağın sənədləşdirilməsi ilə əlaqədar gələndə yanında Elçin Hüseynovu gətirmişdir. Pul müqabilində torpağın özəlləşdirməsini öz üzərlərinə götürdülər. Torpağın özəlləşdirilməsi üçün sonradan 2017-ci ilin təxminən dekabr ayında Müzəffər Elçinə 7000 manat pul bir dəfə, bundan bir müddət sonra sonra 2000 manat, sonra isə 3000 manat pul veribdir. Lakin sonradan torpağın özəlləşməsi uzandı. Vəliş bildirdi ki işlər alınmır, pullarınızı qaytaracağıq. Bu minvalla iş uzandı. Müxtəlif bəhanələrlə pulun qaytarılması gecikdi. Bundan sonra 2018-ci ilin fevral ayında Müzəffər polisə şikayət elədi. Bundan sonra o, Müzəffər, Elçin və vəliş xx.xx.2018-ci ildə “20 Yanvar” dairəsinin yanında “ləvəngi” restoranın yanında yerləşən kafedə görüşmüşlər. Orada Vəliş 7000 manat pulu olduğunu bildirdi və Müzəffərə qaytarmaq istədiyini bildirdi. Vəliş buna görə də Müzəffərə demişdir ki, gedək notariatda pulu verim, sənədləşdirək. Lakin Müzəffər bildirmişdir ki, o artıq Polisə şikayət edib, ona görə Müzəffər təklif etdi ki gedək Polisdə İstintaq şöbəsində müstəntiqin yanında pulu ver. Vəliş də bundan imtina etdi. Bu səbəbdən də Nazim işə qarışaraq Vəlişə təklif edib ki, 7000 manatı ona versin, vəliş də buna razı olaraq həmin pulu Nazimə verdi və o da öz növbəsində bu barədə qəbz yazaraq Vəlişə verib. Vəliş də söz verdi ki qalan 5000 manatı isə bir həftəyə qaytaracaq. Lakin bu sözünə əməl etmədi. Buna görə də hazırda torpağın özəlləşdirilməsi üçün Müzəffərin Elçinə verdiyi 12000 manatdan 7000 manatını Vəliş qaytarmışdır ona. Nazim də həmin 7000 manat məbləği Müzəffərə verməlidi. Yəni Vəlişin torpağın özəlləşdirilməsi üçün aldıqları 12000 manat müqabilində Vəliş 7000 manatı qaytarmış hesab edilir, yerdə qalan 5000 manatı isə qaytarmamışdır. İş materiallarında olan Nazim Novruzov tərəfindən xx.xx.2018-ci ildə yazılmış əlyazmada göstərilir ki, Elçin Hüseynovun və Vəliş Hüseynovun ondan daşınmaz əmlaka sənəd düzəltmək məqsədi ilə aldığı 12000 manatın 7000 manatını qaytarır. Qalan pulu isə bir həftə ərzində qaytaracaqdır. 7000 manatı təhfil verdi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, təhfil aldı Şahid5. Həmin sənədi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid5 imzaları ilə təsdiq etmişlər (cild 4, səh 195). İş materiallarında olan xx.xx.2018-ci il tarixli Novruzov Nazim Heydər oğlunun, Vəliyev Kərəm Kərim oğlunun şahidliyi ilə Qasımov Müzəffər Əzim oğlunun əlyazma ilə yazaraq təsdiq etmişdir ki, Hüseynov Elçin Yusif oğlundan 5000 manat pulu aldı. Həmin sənədi Novruzov Nazim Heydər oğlu, Vəliyev Kərəm Kərim oğlu, Qasımov Müzəffər Əzim oğlu, Hüseynov Elçin Yusif oğlu imzaları ilə təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əliyev Camal Fərzəli oğlu ifadə verərək göstərmişdir ki, Elçin Hüseynovu tanıyır. Bir dəfə Elçin Hüseynov zəng edərək Xəzər rayonu Qala Qəsəbəsində yerləşən Xaşa-Xuna adlanan yerdə torpaq sahəsinin sənədlərini göstərmək istəmiş və həmin torpağın özəlləşdirilməsinin mümkün olub-olmaması barədə ondan məsləhət almaq istəmişdir. O da həmin sənədlərə baxıb Elçinə məsləhət vermişdir. Bundan bir müddət sonra bir dəfə Elçinə hal-əhval tutmaq üçün zəng edəndə, Elçin ondan xahiş etmişdir ki, Tarzan adlı, sonradan adının Müzəffər olduğu şəxsin telefon nömrəsini vermişdir ki, Müzəffərə zəng edib Elçinin adından bildirsin ki, Müzəffərin bağ evinə gəlmiş hansısa şəxsə 100 manat pul verilməlidir. O da Elçinin ona verdiyi müzəffərin telefon nömrəsinə zəng edib Elçinin ona dediklərini Müzəffərə demişdir. Bundan sonra da bir dəfə Müzəffər adlı şəxs onun telefon nömrəsinə zəng edərək onunla görüşmək istəyib, onlar İzmir parkında görüşüblər. Müzəffər ondan xahiş edib ki, onu Elçinlə görüşdürsün, o da oğlu Orxandan xahiş edib ki, Müzəffəri Elçinin yaşadığı evə aparsın. Oğlu Orxan da Müzəffəri Elçinin yaşadığı yerə aparmışdır. Sonradan bilmişdir ki, Müzəffər Elçin və vəlişdən polisə şikayət edib. Beləliklə Qasımov Müzəffər Əzim oğluna 12000 manat qarşı dələduzluq epizodu üzrə müəyyən edilir ki, vurulmuş ziyan tam şəkildə ödənilmişdir. Cəfərov Kərəm Cəfərxan oğluna qarşı dələduzluq epizodu üzrə təqsirləndirilən şəxs Hüseynov Vəliş Qabil oğluna verilmiş ittiham üzrə aşağıdakılar müəyyən edildi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Cəfərov Kərəm Cəfərxan oğlu ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi ev 135-də qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər «Bakı Milli Televiziyasında» redaktor vəzifəsində işləmiş, 2017-ci ilin yanvar ayından hal-hazıradək isə «Kanal Az.TV» saytının rəhbəri vəzifəsində işləyir. Hüseynov Vəliş Qalib oğlu onunla qonşu olduğu üçün əvvəllər onunla aralarında münasibətləri yaxşı olmuşdur. Əvvəllər Vəliş Hüseynov Yasamal rayonu İslam Səfərli küçəsi 59-da yerləşən daşınmaz əmlakın alqı-satqısı məntəqəsində vasitəçi (makler) kimi fəaliyyət göstərmişdir. Belə ki, 2013-2014-cü illərdə o, tikinti işlərində səriştəsi olan tanışı İsmayıl Sərdarov adlı şəxslə iş birliyi qurmaqla böyük lahiyəli tikintiləri icra edib qazanc əldə etmək fikrində olmuşlar. Bu səbəbdən də o, Vəliş makler kimi fəaliyyət göstərdiyi üçün 2014-cü ilin əvvəllərində ona müraciət edərək soruşmuşdur ki, hər hansı bir böyük lahiyəli tikinti işlərinin icrasını tender vasitəsi verən rəhbər adamları tanıyır ya yox. Vəliş də cavabında ona bildirmişdir ki, bu kimi tanışları çoxdur və onlarla soraqlaşıb bu məsələni öyrənərək ona məlumat verəcək. Bununla bağlı o, öz mobil telefon nömrəsini Vəlişə verərək xahiş etmişdir ki, müsbət halda onunla əlaqə saxlasın. 2014-cü ilin iyul ayının axırlarında Vəliş ona zəng edərək onu özü işlədiyi ev alqı-satqısı məntəqəsinə dəvət etmişdir. O, oraya gəldikdə Vəliş bildirmişdir ki, Pirəşükül qəsəbəsində Müdafiə Nazirliyinin sifarişi əsasında 100 ədəd hər biri 1.700 kv.m. sahədə olan hərbi yataqxanaların inşası ilə bağlı yaxın vaxtlarda onların 50 ədədinin katlavanları qazılaraq bünövrələri tökülməlidir. Həmçinin, Vəliş bu kimi sifarişin çox yaxşı, sərfəli və böyük gəlir verə biləcəyi barədə deyərək bildirmişdir ki, onu həmin tikintiyə iş icraçısı kimi təyin etdirə bilər. Lakin bunu tender vasitəsi ilə etməlidir və bunun üçündə ona 50.000 ABŞ dolları miqdarda pul verməlidir ki, həmin pulların hesabına lazımı adamlardan razılıq ala bilsin. O da, razılaşaraq cavabında bildirmişdir ki, həmin pulları işə başlayandan sonra verə bilər. Lakin Vəliş razılaşmayaraq bildirmişdir ki, o, əvvəlcədən Müdafiə Nazirliyində işləyən hansısa vəzifəli şəxslərlə bu barədə danışıb razılıq almalıdır və buna görə də o, həmin pulları əvvəlcədən ona verməlidir ki, bu işi onun xeyirinə müsbət həll etdirə bilsin. O da,cavabında bildirmişdir ki, özündə o qədər pul olmadığı üçün borc axtarmalıdır və əgər həmin miqdarda pul tapa bilsə, onda onunla təkrar əlaqə saxlayacaqdır. Bununla da həmin görüşləri tamamlanmışdır. Sabahısı gün o, doğma qardaşı Rabilə bu barədə bildirərək onun üçün borca pul tapmasını xahiş etmişdir. Qardaşı Rabil də bildirmişdir ki, çalışıb öz dostlarından borca pul götürəcək. Sabahısı gün isə qardaşı Rabil ona bildirmişdir ki, 26 000 ABŞ dolları miqdarda onun üçün pul tapa bilmişdir. Bir neçə gündən sonra isə Vəliş ona zəng edərək həmin məsələ ilə əlaqədar olaraq onu öz işlədiyi ev alqı-satqısı məntəqəsinə dəvət etdiyi üçün o, dostu İsmayıl Sərdarovla birlikdə oraya gəlmişlər. Aralarında olan söhbətləri zamanı Vəliş yenə də həmin tikintini çox tərifləyərək birlikdə gedib oraya baxmaqlarını təklif etmişdir. Razılaşaraq bundan sonra Vəliş onu və İsmayılı Pirəşükül qəsəbəsində yerləşən Hərbi Hissələrə məxsus ərazidə gedən tikinti yerinə aparmışdır. Oraya gəldikdə həqiqətəndə həmin yerdə hərbi əməkdaşların olduğunu və ətrafda böyük həcmdə olan müxtəlif tikinti işlərinin getdiyini görmüşdürlər. Vəliş göstərilən ərazini onlara təqdim edərək ona verəcəyi tikintiyə aid olan iş yerinin məhz həmin yer olduğunu bildirmişdir. O da, həmin yerin ətrafında həqiqətəndə tikinti işlərinin getdiyini görərək Vəlişə inanmış və onlar yenə də Vəlişin işlədiyi məntəqəyə qayıtdıqları üçün qardaşı Rabili də oraya çağırmışdır. Məhz həmin gəlişləri zamanı o, orada Vəlişin tanışı olan əvvəllər tanımadığı və adını sonradan bildiyi Məhərrəmov Tahir adlı şəxsi görmüşdür. Bununla da o, Şahid3, qardaşı Rabilin və tanışı İsmayılın yanında Vəlişə demişdir ki, bu işlə bağlı hələki yalnız 26.000 ABŞ dolları miqdarda pulu verə bilər. Vəliş də bununla bağlı onlardan bir qədər kənara çəkilib, öz mobil telefonu ilə kiməsə zəng edərək və yaxud da zəng etməsi görünüşünü yaratmaqla danışıb-qurtardıqdan sonra bildirmişdir ki, onu çoxdan tanıdığı üçün həmin vəzifəli adamdan xahiş etmişdir ki, hələlik 26.000 ABŞ dolları götürməklə bu tikintini ona versin və qalan pulları o, işə başlayandan sonra həmin ilin, yəni 2014-cü ilin sonunadək ödəsin. Bu kimi söhbətlərindən təxminən 1- 2 gün sonra, daha doğrusu 30 iyul 2014-cü il tarixdə o, qardaşı Rabil və tanışı İsmayıl Sərdarovla birlikdə Vəlişin işlədiyi həmin ev alqı-satqısı məntəqəsinə gələrək Vəlişlə görüşmüşlər. Həmin vaxt yenə də Tahir Məhərrəmov orada olmuşdur. Həmçinin həmin vaxt göstərilən məntəqədə daha iki nəfər tanımadığı şəxslər olmuşdur.Onları Vəliş ona Asəf və Natiq adlı şəxslər kimi təqdim edərək bildirmişdir ki, Müdafiə Nazirliyi tərəfindən həmin hərbi yataqxanaların tikinti lahiyəsi və inşa məsələlərinə nəzarət və rəhbərlik etməsi məhz Natiq adlı şəxsə həvalə olunmuşdur. Lakin bununla yanaşı həmin vaxt Vəliş əvvəlcədən ayrıca olaraq ona müraciət edərək xahiş etmişdir ki, o, pul haqqında Asəflə Natiqin yanında danışmasın, ona görə ki, sonuncular yalnız həmin lahiyəni icra edirlər, pulları isə o, yəni Vəliş özü Müdafiə Nazirliyində işləyən hansısa vəzifəli şəxsə verəcək və buna görə də istəmir ki, Asəflə Natiqin pul haqqında məlumatları olsun, çünki belə olan halda sonuncular da özləri üçün əlavə pul istəyə bilərlər. Həmçinin, əvvəlcədən Vəliş ona müraciət edərək bildirmişdir ki, o, həmin Asəf və Natiq adlı şəxslərə bildirib ki, guya göstərilən tikintini o özü icra edəcək və o da, bu işdə onun şəriki olacaqdır. Bu kimi sözlərini Vəliş onunla əsaslandırmışdır ki, guya Asəf və Natiq onun dostu olan Tahir Məhərrəmovla dostluq etdikləri üçün bu işdə ondan, yəni Vəlişdən heç bir təmənna güdmürlər və əgər bilsələr ki, bu işi tam kənar şəxs, yəni o icra edəcək, onda bu kimi halda özləri üçün pul tələb edə bilərlər və yaxudda da tikintinin inşasını ona verilməsinə maneəçilik törədə bilərlər. O da, heç bir fərqi olmadığı üçün yalnız müsbət nəticədə əldə etmək fikrində olduğundan Vəlişin bu kimi təklifi ilə razılaşaraq Asəf və Natiqlə istər pul, istərsə də həmin tikinti haqqında heç bir söhbətlər etməmişdir. Bundan sonra isə Vəlişin həmin iş yerində ümumilikdə hamının arasında təxminən 3-4 dəqiqə ərzində olmuş danışıqları zamanı Natiq həmin tikintinin real olmasını təsdiq edərək bildirmişdir ki, onun dostu Asəf, Tahir və Vəlişlə dostluq etdikləri üçün, ona müraciət edərək xahiş etmişdir ki, tikilməli olacaq yataqxanaların 50 ədədini onlara, yəni daha doğrusu Vəlişə həvalə olunmasında köməklik etsin və o da, buna görə həmin münasibətləri nəzərə alaraq razılaşmışdır. Bu kimi söhbətdən dərhal sonra Asəf və Natiq hamı ilə sağollaşaraq oradan harasa çıxıb getmişdirlər. Məhz bundan sonra o, məntəqədə qalan şəxslərin qarşısında qardaşı Rabildən 26.000 ABŞ dollarını götürərək onları, yəni 100-lük ABŞ dolları əskinaslarından ibarət olan cəmi 26.000 ABŞ dollarını sayaraq əlbəəl Vəlişin özünə vermişdir. Vəliş də həmin pulları özü də yenidən sayaraq ondan təhvil alıb əyləşdiyi masadakı rəfi açıb pulları oraya qoymuş və bildirmişdir ki, 2 gün ərzində bu məsələni müsbət həll edəcək və o, xx.xx.2014-cü il tarixdən artıq işə başlalaya biləcəkdir. Həmin vaxt, yəni o, pulları Vəlişə verdikdə göstərilən məntəqdə makler işləyən Şahin adlı kişi də olmuşdur. Lakin həmin şəxs onların söhbətlərinə qarışmayaraq kənarda oturmuşdur. Həmin vaxt Şahin onun tərəfindən pulları Vəlişə verilməsi prosesini görübgörmədiyini bilmir. Lakin həmin vaxt Tahir Məhərrəmov bilavasitə yanlarında olduğu üçün pulları məhz Vəlişə verdiyini və Vəlişin də pulları götürüb saydıqdan sonra masada olan rəfə qoymasını görmüşdür. Bununla da həmin gün olan görüş, söhbət və pul alış-verişləri tamamlanmışdır. Bundan sonra həmin vaxt çatsa da Vəliş heç bir iş görməmiş və o, bu barədə ondan sorğu-sual etməyə başladıqda Vəliş müxtəlif bəhanələr gətirərək həmin ərazidə ümumi işlərin başlaması prosesinin bir qədər gecikməsi ilə bağlı onunda işinin gecikdiyini bildirmişdir. xx.xx.2014-cü il tarixdə o, Vəlişlə görüşdükdə sonuncu bildirmişdir ki, narahatçılığa səbəb yoxdur, avqust ayının 7-də işə başlayacaqsan. Lakin, bu görüşdən bir neçə saat sonra Vəliş ona zəng edib, bu işin alınmadığını və buna görə də bir-iki günə götürmüş olduğu pulları özünə geri qaytaracağını bildirmişdir. Bununla bağlı o, Vəlişdən ətraflı məlumat almaq üçün onu sorğu-sual etdikdə sonuncu bildirmişdir ki, həmin tikinti layihəsini və inşasını Müdafiə Naziri şəxsən özü başqa şəxslərə həvalə etdiyi üçün həmin nazirlikdə məsul vəzifədə işləyən onun tanışı bu işi onların xeyirinə həll edə bilməmişdir. Həmçinin, Vəliş ona bildirmişdir ki, yuxarıda göstərilən səbəbə görə həmin Natiq adlı şəxsidə göstərilən tikinti lahiyəsi və inşasından kənarlaşdırıblar. Bu səbəbdən də o, əlacsız qalaraq Vəlişdən xahiş etmişdir ki, pullarını yaxın günlər ərzində ona geri qaytarsın. Vəliş də ona bildirmişdir ki, guya ondan aldığı pulları tamlıqla Müdafiə Nazirliyində məsul vəzifədə işləyən hansısa şəxsə verdiyi üçün məhz sonuncudan da pulları geri alaraq ona qaytarmalıdır. Belə ki, həmin ərəfədə onun həyat yoladaşı ciddi xəstələndiyi üçün onun cərrahiyyə əməliyyatına ehtiyacı olmuş və bununla da bağlı ona pul lazım olduğundan o, sabahısı gün Vəlişin yanına gedib bu barədə ona deyərək pullarını tezliklə geri qaytarmasını üzüzə danışaraq ondan xahiş etmişdir. Nəticədə də sabahısı gün, yəni xx.xx.2014-cü il tarixdə o, təkrarən Vəlişin işlədiyi həmin ev alqı-satqısı məntəqəsinə gəlib pullarının dəqiq qaytarılma tarixi ilə maraqlandıqda Vəliş həmin vaxt cibindən cəmi 500 ABŞ dolarını çıxararaq ona verib bildirmişdir ki, qalan pullarını da 10 gün müddəti ərzində hissə-hissə olsa da belə tam şəkildə ona qayrtaracaq. Lakin bundan sonra Vəliş hər dəfə müxtəlif bəhanələr götirməklə yalnız vaxt uzatmağa başlamış və üstündən uzun müddət keçməsinə baxmayaraq qalan pulları ona qaytarmamışdır. O, Vəlişə dəfələrlə zəng etmiş və dəfələrlə onun ofisinə gəlibgedərək ondan ona verdiyi pulların qalığı olan 25.500 ABŞ dollarını geri qaytarmasını istəsə də, Vəliş onu müxtəlif bəhanələrlə aldadaraq bu gün sabaha salaraq ona əlavə heç bir miqdarda pul qaytarmamışdır. 2014-cü ilin noyabr ayında isə Vəliş əvvəlki sözlərini dəyişərək ona bildirmişdir ki, guya o, ondan aldığı həmin 26.000 ABŞ dollarını Müdafiə Nazirliyində işləyən şəxsə məhz Asəfin dostu olan həmin Natiq adlı şəxsin vasitəsi ilə vermiş və hal-hazırda Natiq mobil telefon nömrəsini dəyişərək yoxa çıxdığı üçün onu tapıb pullarını geri ala bilmir. Bununla əlaqədar olaraq o, özü də həmin Natiq adlı şəxsi axtarmağa başlamış və nəticədə də 2014-cü ilin dekabr ayında o, digər ümumi tanışlarının vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu «Beş Mərtəbə» adlanan yerdə yerləşən «Azərbaycan Dram Teatrı»nın sağ tərəfində olan çayxanada olarkən orada Zeynalov Şamil Rəşid oğlu adlı şəxslə tanış olaraq onun deməsinə görə bilmişdir ki, o da, böyük lahiyəli tikintilərdə iştirak edib və bu sahədə çalışan şəxslərin əksər hissəsini tanıyır. Buna görə də, o, həmin vaxt aralarında olan söhbətləri zamanı Vəlişin ona qarşı etdiyi dələduzluğu barədə danışaraq bildirmişdir ki, özü də tikinti işləri ilə məşqul olmaq istəmiş və bu məqsədlə də Vəliş adlı şəxs ondan 26.000 ABŞ dolları miqdarda pul alaraq əvəzində vəd etmişdir ki, Abşeron rayonunda Pirəsükül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrinin yataqxanalarının inşasını iş icraçısı kimi ona həvalə edəcək, lakin sonradan heç bir iş görməyərək Vəliş onu aldatmağa başlamışdır. Həmçinin, aralarında olan söhbətləri zamanı o, Şamil Zeynalova bildirmişdir ki, həmin Vəliş adlı şəxs ilk vaxtlar onu aldadaraq bildirmişdir ki, guya ondan aldığı pulları özü Müdafiə Nazirliyində məsul vəzifədə işləyən hansısa şəxsə vermiş, hal-hazırda isə sözlərini dəyişərək bildirir ki, pulları həmin şəxsə özü yox tikinti işləri ilə məşqul olan Tağıyev Natiq adlı şəxsin vasitəsi ilə vermişdir. Məhz bununla əlaqədar olaraq o, tikinti işləri ilə məşqul olan şəxslərin arasında Tağıyev Natiq adlı şəxsin olub-olmaması barədə maraqlandıqda Şamil Zeynalov bu kimi şəxsi tanıdığını və ondan bu barədə maraqlanaraq soruşub ona cavab verəcəyini bildirmişdir. O da, bu barədə eşidən kimi Şahid10 Natiq Tağıyevin mobil telefon nömrəsinin olub-olmamasını öyrəndikdən sonra ondan xahiş etmişdir ki, bir başa onun qarşında zəng edərək həmin şəxslə danışıb bu məsələyə bir aydınlıq gətirsin. Şahid10 razılaşaraq onun qarşında öz mobil telefonundan həmin Tağıyev Natiq adlı şəxsin mobil telefonuna zəng edib danışaraq onunla bağlı Vəliş adlı şəxsin ona pul verib-verməməsi ilə maraqlanmışdır. Həmin Natiq adlı şəxsdə göstərilən danışıq zamanı Vəlişin yalan danışmasını və heç vaxt Vəlişdən ona və ya digər şəxslərə görə hər hansı bir miqdarda pul almadığını və ümumiyyətlə Vəlişlə heç bir yaxın münasibətlərinin olmadığını bildirmişdir. Həmin danışıqdan sonra o, Şahid10 xahiş etmişdir ki, həmin məsələyə aydınlıq gətirmək məqsədi ilə onunla birlikdə piyada olaraq yaxınlıqda yerləşən həmin Vəliş adlı şəxsin işlədiyi ev alqı-satqısı məntəqəsinə gedərək öz qulağı ilə Vəlişin sözlərini eşitsin. Şahid10 razılaşaraq onunla birlikdə oradan çıxıb bir başa Vəlişin iş yerinə gəlmişlər. Yolda gələrkən isə o, Şahid10 xahiş etmişdir ki, onun sözlərinə dəstək olaraq bildirsin ki, guya Natiqlə adlı şəxslə o, özü telefonda danışmışdır. Beləliklə də, Şahid10la birlikdə həmin məntəqəyə daxil olduqdan sonra bilavasitə onun qarşısında Vəlişə bildirmişdir ki, yarım saat bundan əvvəl guya özü Tağıyev Natiqlə telefonda danışaraq pullarının onda olub-olmaması ilə maraqlanmışdır və Natiq də heç bir miqdarda pul götürmədiyini deyərək bildirmişdir ki, o, yəni Vəliş dələduzluq edib və onun adından istifadə etməklə ondan həmin pulları almışdır. Onun bu kimi sözlərini eşidən kimi Vəliş dərhal çaşbaş vəziyyətə düşüb kəkələyib pəltəkləməyə başlamışdır. Lakin sonradan Vəliş yenidən əvvəlki sözlərini təkrarlayaraq Natiq Tağıyevin yalan danışdığını və ondan aldığı 26.000 ABŞ dollarının guya tamlıqla Natiqdə olduğunu bildirmişdir. Bu səbəbdən də həmin vaxt onunla Vəlişin arasında söz mübahisəsi düşərək ona bildirmişdir ki, gedib Natiqi onun yanına gətirərək onları üzləşdirəcəkdir və onda məlum olacaq ki, onların hansısı yalan danışır. Bu sözləri deməklə də o, Şahid10la birlikdə Vəlişin işlədiyi məntəqədən çıxıb getmişdirlər. Bundan sonra isə o, Şahid10la bir daha Natiq haqqında söhbətləşərək ondan xahiş etmişdir ki, onu Natiqlə görüşdürsün. Şahid10 da etiraz etməyərək bu kimi görüşü təşkil edəcəyini söz vermişdir. Bundan təxminən 4-5 gün sonra, yəni 2014-cü ilin dekabr ayının sonunda Şahid10 zəng edib onu axşam saatlarında Bakı Dəmiryol Vağzalının aşağı hissəsində yerləşən Bələdçilər idarəsinin qarşısında olan çayxanaya dəvət etmiş və oraya gəldikdə həmin Tağıyev Natiq adlı şəxsin Şahid10la bir masa arxasında əyləşdiklərini görmüşdür. Bununla da onlar üçü həmin çayxanada əyləşib çay içəiçə söhbətləşərkən o, Natiqə bildirmişdir ki, bir neçə ay əvvəl, yəni yuxarıda göstərilən tarixdə və qayda da onunla Vəlişin işlədiyi ev alqı-satqısı ofisində görüşdüyü gün o, yəni Natiq Asəf adlı şəxslə birlikdə oradan çıxıb getdikdən sonra Vəliş ondan 26.000 ABŞ dollarını alaraq vəd etmişdir ki, Abşeron rayonunda Pirəşükül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrinin 1.700 kvadrat metr sahədə tikilməli olan 50 ədəd yataqxanalarından 50 ədədinin inşasını ona həvalə olunmasını təşkil edəcək. Lakin sonradan Vəliş heç bir iş görməmişdir. Həmçinin, o, həmin vaxt Natiqə bildirmişdir ki, Vəliş pulları ondan aldıqdan sonra bir neçə ay ərzində vaxtı uzadaraq bildirmişdir ki, guya ondan aldığı pulları tamlıqla özü Müdafiə Nazirliyində məsul vəzifədə işləyən hansısa şəxsə vermiş, 2014-cü ilin noyabr ayından başlayaraq isə bildirmişdirki, guya ondan aldığı həmin 26.000 ABŞ dollarını tamlıqla ona, yəni Natiqə vermişdir. Həmin vaxt, Şahid10 da bu faktı təsdiq edərək bildirmişdirki, onunla birlikdə Vəlişin iş yerində olarkən həqiqətəndə Vəliş bu cür bildirmişdir. Onun bü kimi sözləri Natiqi qəzəbləndirdiyi üçün o, Vəlişin ünvanına söyüş söyüb bildirmişdir ki, Vəlişlə heç bir şəxsi, yaxın tanışlığı və münasibətləri olmayıb və yoxdur. Həmçinin, Natiq bildirmişdir ki, onu, Vəlişlə ümumi tanışları olan Asəf adlı şəxs tanış etmiş, lakin sonuncuların heç biri ilə istər mənə və istərsə də digər hər hansı bir şəxsə aid heç bir pul alış-verişi və ümumiyyətlə pul barədə söhbətləri olmamışdır. Bununla yanaşı, həmin danışıqları zamanı Şahid4 bildirmişdir ki, həqiqətəndə 2014-cü ilin birinci yarısında onun tanışları olmaqla Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən şəxslər həmin ərazidə 100 ədəd yataqxanaların inşasına nəzarət və rəhbərliyi ona həvalə olunacağını vəd etmişlər, lakin həmin məsələ yalnız sözdə olmaqla sonradan həyata keçirilməsi mümkün olmamış, ona görə ki, həmin ilin yay aylarında Müdafiə Naziri özü şəxsən həmin lahiyə və tikintinin inşasını başqa şəxslərə, yəni öz qohumlarına həvalə etmişdir. Həmçinin, Şahid4 həmin söhbətləri zamanı bildirmişdir ki, göstərilən yataqxanaların inşasının ona həvalə olunacağı barədə Asəf adlı tanışı bildikdən sonra ondan xahiş etmişdir ki, həmin yataqxanaların 50 ədədinin inşasını ona, yəni Asəfə tapşırsın ki, o da, öz tanışı Vəliş adlı şəxslə birlikdə işləyib bir qədər pul qazana bilsinlər. Buna görə də o, yəni Natiq aralarında olan münasibətləri və həmin layihənin həcminin çox böyük olmasını nəzərə alaraq heç bir təmanna güdmədən Asəflə razılaşmışdır. Bu yolla da, yuxarıda göstərilən məzmunda olmuş söhbətləri nəticəsində ona tam aydın olmuşdur ki, məhz Vəliş dələduzluq edərək ondan 26.000 ABŞ dollarını Şahid4 xəbəri olmadan alaraq mənimsəmişdir. Həmin görüş və danışıqların sonunda o, istəmişdir ki, zəng edib Vəlişi də həmin çayxanaya dəvət etməklə onu Natiqlə üzləşdirib araşdırma aparsın, lakin Vəlişin mobil telefonu bağlı olduğundan onunla həmin vaxt əlaqə saxlaya bilməmişdir. Həmçinin, həmin görüşülərinin sonunda artıq axşam vaxtı və bir qədər gec olduğundan, yəni Vəlişin işlədiyi məntəqə bağlı olduğundan onların birlikdə oraya gedişi alınmamışdır. Buna görə də o, Natiqlə xahiş etmişdir ki, yaxın 2-3 gün ərzində onunla zəngləşib-görüşərək birlikdə Vəlişin işlədiyi həmin ev alqı-satqısı məntəqəsinə gedib Vəlişlə araşdırma aparmağına köməklik etsin. Natiqlə razılaşaraq öz mobil telefonunun nömrəsini ona verərək vəd etmişdir ki, mütləq yaxın günlərdə onunla zəngləşib birlikdə Vəlişin iş yerinə gedəcək ki, bu məsələyə aydıqlıq gətirsin və araşdırsın ki, hansı səbəbdən də Vəlişin yalandan onun adından istifadə edərək ondan pul almışdır. Bununla da, həmin görüş və söhbətləri tamamlanmışdır. Lakin bu kimi görüşlərindən bir neçə gün sonra o, Natiqin mobil telefonuna zənglər etsə də, onun telefonu söndürülmüş vəziyyətdə olduğundan onunla əlaqə saxlaya bilməmişdir. Təxminən 2-3 aydan sonra isə ona digər tanışlarımın vasitəsi ilə məlum olmuşdur ki, Natiq, onunla yuxarıda göstərilən tarixdə çayxanada görüşdükdən bir neçə gün sonra özü hansısa başqa cinayət törətməsi ilə bağlı həbs edilmişdir. Məhz bu səbəbə görə də o, Natiqlə birlikdə Vəlişin iş yerinə gedişləri alınmamışdır. Nəticədə də o, Vəlişin ona qarşı etdiyi dələduzluğa görə məcbur olub onun barəsində Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi “Məhərrəmov Tahir Məhəmməd oğlu” adlı və “Seyidov Asəf Rza oğlu” adlı şəxslərin adından tərtib edilmiş 2 ədəd əlyazmadan ibarət olan iltizamların məzmunu ilə tam tanış olmuş və bununla bağlı bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1 ifadəsində bu barədə göstərdikləri və həmin iltizamda buna uyğun yazılanlar tam yalan və cəfəngiyyatdır və bilavasitə hər birinin uşaqlıqda oxudu “Turp” nağılına bənzəyir. Belə ki, yuxarıda göstərilən yataqxanalarla bağlı bütün danışıqları onunla bilavasitə məhz və yalnız Vəliş Hüseynov özü aparmış və 26.000 ABŞ dollarını da bir başa məhz Təqsirləndirilən şəxs1 şəxsən özü xx.xx.2014-cü il tarixdə ondan sayıb-alaraq işlədiyi Yasamal rayonu İslam Səfərli küçəsi 59-da yerləşən ev alqı-satqısı məntəqəsində olan iş masasının rəfinə qoymuşdur. Bundan sonra isə məhz Təqsirləndirilən şəxs1 özü onu aldadaraq hər dəfə müxtəlif vədlər verməklə yalnız vaxtı uzatmağa başlayıb və aldığı puldan da cəmi 500 ABŞ dollarını xx.xx.2014-cü il tarixdə ona qaytardıqdan sonra onunla görüşməkdən yayınmağa başlamışdır. Nəticədə də məcbur olub xx.xx.2016-cı il tarixdə onun barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Ona təqdim olunmuş həmin iki ədəd iltizamların məzmununun sonundan isə görünür ki, A.Seyidovun adından tərtib olunmuş da tarix “2014.26.12.” kimi, Şahid3 adından tərtib olunmuşda isə tarix “xx.xx.2016” kimi göstərilib və bu kimi hallarda bir daha təsdiq edir ki, həmin iltizamlar bilavasitə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə ya onun özü tərəfindən və yaxud da onunla əlbir olan A.Seyidov və Şahid3 tərəfindən müxtəlif tarixlərdə yazılmışdır. Belə ki, A.Seyidovun adından yazılmış iltizamda göstərilmiş tarix, onunla Şamil Zeynalovun və Natiq Tağıyevin söhbət və görüşməzdən sonra, eləcə də bilavasitə onunla Şahid10 birlikdə V.Hüsenynovun iş yerinə gedib mübahisə etdiklərindən sonra yazılıb və bu kimi halda Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmağa çalışmasını təsdiq edir. Bundan başqa, ikinci, yəni Tahir Məhərrəmovun adından yazılmış iltizamda göstərilmiş tarix, onun şikayətindən sonra Yasamal rayon Polis idarəsinin İstintaq şöbəsində gedən araşdırmalar ərəfəsinə təsadüf edir və bu kimi halda bir daha Təqsirləndirilən şəxs1 məsuliyyətdən yaxa qurtarmağa və bilavasitə istintaq orqanını çaşdırmağa çalışmasını təsdiq edir. Həmçinin, əsl həqiqətdə o, Təqsirləndirilən şəxs1 20.000 manat deyil, məhz 26.000 ABŞ dolları miqdarda olan nağd pul vəsaitini xx.xx.2014cü il tarixdə vermişdir və o da, 10 gündən sonra ona cəmi 500 ABŞ dollarını geri qaytarsa da qalan 25.500 ABŞ dolları miqdarda olan pullarını ələ keçirməklə ona qarşı dələduzluq etmişdir. Həmin iltizamlarda yazılmış halları isə, yəni kiminsə pulların masadan götürməsi və sonradan da küçəyə çıxaraq digərinə verməsini nə görməmiş və nə də heç vaxt eşitməmişdir. Qeyd etmək istəyir ki, Natiq Tağıyev 2014-cü ilin dekabr ayında onunla Şahid10 iştirakı ilə görüşdükdən bir neçə gün sonra həbs edilmişdir və buna görə də ola bilər ki, V.Hüsyenov bütün məsuliyyəti onun üstünə yıxmaq məqsədi ilə həmin ilin dekabr ayının 26-da Asəf Seyidova yuxarıda göstərilən iltizamı yazdıraraq fikirləşmişdir ki, həbsdə olan insandan, yəni Şahid4 heç nə soruşmaq olmayacaq və bununla da sonuncu həbsdə olduğu üçün ondan alınmış pullarda onun üstünə yazılacaq. Yəgin ki, Təqsirləndirilən şəxs1 artıq 2014-cü ilin noyabr ayında Şahid4 tutulacağı barədə məlumat aldığı üçün ona əvvəl demiş sözlərinə dəyişərək guya ondan aldığı pulları Şahid4 verdiyini bildirməyə başlamışdır. Bununla yanaşı ola bilər ki, Təqsirləndirilən şəxs1 ondan almış olduğu 26.000 ABŞ dollarını A.Seyidov və Şahid3la üçü birlikdə öz aralarında bölüşdürmüşlər və buna görə də sonradan hər üçü də cinayət məsuliyyətindən yaxa qurtmaq məqsədi ilə bütün təqsiri həbsdə olan Natiq Tağıyevin üstünə yıxmaq məqsədi ilə yuxarıda göstərilən iltizamları yazmaqla həm istintaqı və həm də onu çaşdırmağa çalışıblar. Buna görə də əsl həqiqəti müəyyən etməkdən ötrü onunla Şahid4 üzləşmələrini, eləcə də onunla A.Seyidov və Şahid3 aralarında eyni olaraq üzləşdirmənin keçirilməsini zəruri olduğunu hesab edir. Bundan başqa Şahid3la A.Seyidovun digər cinayətlər törətmələri bağlı barələrərində Binəqədi məhkəməsində hər hansı bir cinayət işlərinə baxılması və onların həmin məhkəmələrdən yayınmaları haqqında onun heç bir məlumatım yoxdur. Eləcə də, mən, Şahid4lə 2014-cü ilin dekabr ayında görüşüb-söhbətləşərkən o özü də ona barəsində hər hansı bir cinayət işinin olub-olmaması barədə heç bir məlumat verməmiş və onun həmin ayda həbs olunması barədə 2-3 aydan sonra başqa şəxslərin vasitəsi ilə bilmişdir. Həqiqətəndə həmin 26.000 ABŞ dollarını onun doğma qardaşı Rabil Cəfərov özü və dostlarından borc götürməklə 2 ay ərzində geri qaytarmaq məqsədi ilə eyni olaraq ona borc vermişdir, lakin Təqsirləndirilən şəxs1 onu aldadıb həmin pulların 25.500 ABŞ dollarını ələ keçirdiyi üçün, eləcə də həmin ərəfədə həyat yoldaşının cərrahiyyə əməliyyatına ehtiyacı olduğundan o, məcbur olub sonuncuya və özünə məxsus olan bir neçə dəyərli olan qızıl-zinət əşyalarını sataraq pul əldə etmişdir və məhz həmin pulların hesabına qardaşı Rabil Cəfərovdan götürdüyü 26.000 ABŞ dolarını geri qaytarmışdır. Həmçinin həyat yoldaşının cərrahiyyə əməliyyatı ilə bağlı bütün tibbi xərcləri ödəmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs1 dələduzluq hərəkətləri nəticəsində 25.500 ABŞ dolları miqdarda olan maddi ziyan məhz ona vurulmuşdur. O, hazırda tam həqiqi ifadə verir və hətta həyat yoldaşı Cəfərova Nəzakət Xosrov qızının nə vaxt və harada cərrahiyyə əməliyyatı olması ilə bağlı xəstəxanadan verilmiş çıxarışın 01 vərəqədə olan surətini ifadəsinə əlavə etmişdir. Vəliş Hüseynov etdiyi dələduzluğu nəticəsində ona xeyli miqdarda maddi ziyan dəydiyindən və eləcə də böyük əsəb və sarsıntılar keçirdiyim üçün ürək xəstəliyinə tutulmuş və buna görə də, 2015-ci ildə özü xəstəxanaya düşərək ürəyində cərrahiyyə əməliyyatı olunmuşdur. Bununla da bağlı o, nə vaxt və harada cərrahiyyə əməliyyatı olmağı ilə bağlı xəstəxanadan verilmiş çıxarışın və ürəyinin çəkilişinə aid fotoşəkilin surətlərini 05 vərəqədə ifadəsinə əlavə edir. Eləcə də bildirmək istəyir ki, Təqsirləndirilən şəxs1 barəsində 2015-ci il ərzində şikayət etməməyinin səbəbi də məhz onun həmin ürək xəstəliyi olmuşdur. Bundan əlavə, Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Məhərrəmov Tahir Məhəmməd oğlu vermiş olduğu ilkin izahat və ifadəsi tam yalan və uydurmadır, o, Təqsirləndirilən şəxs1 işlədiyi həmin məntəqədə nə Təqsirləndirilən şəxs1 özü ilə və nə də ki, istər Tahir Məhərrəmovla və ya başqa şəxslərlə heç vaxt nərd oynamamışdır, həmçinin Şahid3la aralarında heç vaxt yaxın tanışlıq və yaxudda dostluq münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs1la «Ağ Şəhər» adlanan ərazidə aparılan tikintilərdə iştirak etməyi bağlı heç vaxt söhbət etməmiş və bu barədə ondan heç bir xahişlər etməmişdir. Vəliş Hüseynov və tanışı İsmayılla birlikdə Pirəküşkül qəsəbəsinə gedərək orada Təqsirləndirilən şəxs1 həmin yataqxanaların tikiləcəyi ərazini onlara göstərmişdir. O, Asəf Seyidovla isə ümumiyyətlə heç bir yerə getməmiş və ona Şahid4lə birlikdə yalnız bir dəfə və cəmi 4-5 dəqiqə ərzində Təqsirləndirilən şəxs1 işlədiyi ev alqı-satqısı məntəqəsində görmüşdür. Pulları verməmişdən əvvəl məhz həmin günü o, qardaşı Rabillə və tanışı İsmayılla birlikdə Vəliş Hüseynovun işlədiyi həmin məntəqəyə gəlmişlər və Şahid3la yanaşı Asəf Seyidov və Natiq Tağıyev orada olmuşdurlar. Əsl həqiqətdə o, 26.000 ABŞ dolarını məhz A.Seyidovla Şahid4 oradan çıxıb getdikdən sonra qalan şəxslərin qarşısında əlbəəl Vəliş Hüseynovun özünə vermişdir. O, Natiq Tağıyevlə həmin yataqxana tikintilərinə aid heç bir müqavilə bağlayıb-imzalamışlar və həmçinin onunla aralarında bu barədə heç bir danışıqlar olmamışdır. Əsl həqiqətdə məhz Vəliş Hüseynov ona bildirmişdir ki, o, Müdafiə Nazirliyində məsul vəzifədə işləyən hansısa şəxsdən müsbət cavabı aldıqdan sonra həmin nazirliyin Təsarrüfat idarəsində onunla müqavilə bağlanacaq. Şahid3 bu barədə yazdıqları isə tam yalan və uydurmadır. Bundan başqa, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 26.000 ABŞ dollarını əsl həqiqətdə məhz Təqsirləndirilən şəxs1 özünə əlbə əl vermiş, Təqsirləndirilən şəxs1la və Tahirlə birlikdə Neftçilər Stadionun yanına və yaxudda da “Şamaxinkada” olan çayxanaya getməmiş və bu kimi yerlərdə Şahid4 və Asəf adlı şəxslərlə görüşüb-söhbətləşməmiş və bu barədə Təqsirləndirilən şəxs1 yazdıqları hamısı yalanı və öz uydurmasıdır. Həmçinin, o, nə Təqsirləndirilən şəxs1la və nə də Tahirlə birlikdə Yasamal RPİ-nin 26-cı Polis bölməsinə getməmiş və həmin bölmənin rəis müavini ilə də görüşməmişdir. Bundan başqa, Şahid4 Xətai rayon Polis idarəsində tutulması barədə o, çox sonradan eşitmiş və həmin vaxtlar artıq Təqsirləndirilən şəxs1la bütün əlaqələri demək olarkı kəsilmişdir. Buna görə də belə bir hal olmayıb ki, Təqsirləndirilən şəxs1, Şahid4 həbs olunması barədə onunla birlikdə bilsin və məhz həmin zaman ona Şahid4 və Asəfin barələrində şikayət etməyi məsləhət görsün. Təqsirləndirilən şəxs1 isə bu barədə yalan ifadə verib və bu kimi ifadələrlə özünü cinayət məsuliyyətindən yayındırmağa çalışıb. Həmçinin, nə o özü, və nə də Təqsirləndirilən şəxs1 və Tahir onun yanında pullarını götürüb Şahid4 və ya Asəfə verməmişdirlər ki, sonradan da o, həmin pulları sonunculardan tələb etsin. Buna görə də, Təqsirləndirilən şəxs1 göstərdiyi qaydada onun, Şahid4 və Asəfin barələrində şikayət etməyi yalan və absurt olardı. Əslə həqiqətdə o, sonradan tanışı Şamil Zeynalovun vasitəsi ilə Şahid4lə yalnız bir dəfə telefon əlaqəsi saxlamış və bir dəfədə Dəmir yol Vağzalının yanındakı çayxanada görüşüb söhbətləşmiş və həmin görüşlərdə Təqsirləndirilən şəxs1 iştirak etməmişdir. Asəf adlı şəxslə isə sonradan, yəni Təqsirləndirilən şəxs1 işlədiyi məntəqədə görüşdükdən sonra heç bir əlaqəsi və ya görüşləri olmayıb. Hal hazırda ona dəymiş ziyan ödənilməmişdir, ziyanı tam şəkildə ödənilməsini, Vəliş Hüseynovun ən ağır formada cəzalandırılmasını tələb edir. Məhkəmə istintaqında sorğu sual zamanı Cəfərov Kərəm Cəfərxan oğlu bildirmişdir ki, o nə Natiqi, nə Asəfi tanımamış, elə bir adamları Tahir Məhərrəmov vasitəsilə tanımamışdır. Tahir Məhərrəmovu tanımamışdır, onunla münasibəti omamışdır. Vəliş Hüseynovun yanına gedib gələndə Tahiri görmüşdür, adını sonradan bilmişdir ki, Tahirdir. Onunla ünsiyyəti olmamışdır. Nə Tahirlə, nə Natiqlə, nə də Asiflə telefon əlaqələri olmamışdır, onlarla danışmamışdır. O yalnız Vəlişi tanımışdır, tikinti işini Vəlişlə danışmışdır. 26000 ABŞ dollarını xx.xx.2014-cü il tarixdə Vəlişin ofisində Vəliş Hüseynovun əlinə vermişdir. Vəliş ondan pulu alıb ayağa durmadan, stolun altındakı siyirməni çəkib, siyirməyə qoymuşdur. Həmin vaxtı ofisdə Tahir Məhərrəmov, Vəliş Hüseynov, Kərəm Cəfərov, qardaşı Rabil Cəfərov, tanışı İsmayıl Sərdarov və sonradan ora 2 nəfər gəlmiş, onları tanımamış, Vəliş onların adlarının Natiq və Asəf olduğunu orada onlara bildirmişdir. Natiq tikinti işinin real olmasını təsdiq etmişdir. Bundan sonra Asəf və Natiq oradan çıxıb getmişlər və onlar gedəndən sonra Kərəm Cəfərov Rabildən 26000 ABŞ dollarını götürüb Vəlişə verib. Vəliş pulu alıb stolunun altındakı siyirməni çəkib siyirməyə, yəni iş masasının rəfinə qoymuşdur. Vəliş pulu siyirməyə qoyanda ayağa durmamışdır, çünki siyirmə oturduğu stolun altında idi. Pulu dəmir seyfə yox, siyirməyə, yəni stolunun altındakı taxta materialdan olan rəfə qoymuşdur. Pulları sayıb Vəlişə verib, Vəliş də pulları sayaraq götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Cəfərov Rabil Cəfərxan oğlu ifadə verərək göstərmişdir ki, “Transnasional” jurnalında redaktor vəzifəsində işləyir. Kərəm Cəfərov onun doğma qardaşıdır. Qardaşı Kərəm 2014cü uilin iyul ayının əvvəllərində ona demişdir ki, tikinti işinə iş icraçısı kimi işə düzəlmək istəyir və bunun üçün də ona 50.000 ABŞ dolları pul lazımdır. Onlar həmin günü Kərəmlə evdə görüşmüş və Kərəm ona demişdir ki, qonşusu Vəliş onu Pirəküşkül qəsəbəsində Müdafiə Nazirliyinin balansında olan tikinti işinə iş icraçısı vəzifəsinə təyin edəcəkdir və bunun müqavilində 50000 ABŞ dolları pul alacaqdır. O, Kərəmə demişdir ki, 26000 ABŞ dollarını özü düzəldib ona verə bilər. 30 iyul 2014-cü il tarixdə evdə olan 26000 ABŞ dollarını götürüb Kərəmlə görüşmüşdür. Həmin vaxtı Kərəmin yanında İsmayıl da olmuşdur. Oların üçü də Vəlişin işlədiyi ofisə getmişlər və Vəlişlə görüşmüşlər. Həmin vaxtı sonradan adını bildiyi Tahir də orada olmuşdur. O, həmin ofisdə olan zaman üzərində olan 26000 ABŞ dollarını çıxarıb Kərəmə vermişdir. Həmin pul ağ kağıza bükülmüş vəziyyətdə olmuşdur. Kərəm həmin pulu ağ kağızdan çıxararaq saymış və həmin pulu Vəlişə vermişdir. Vəliş də həmin pulu sayıb qəbul edərək bildirmişdir ki, narahatçılığa səbəb yoxdur, avqust ayının 7-də işə başlayacaqsan. Bununla da həmin görüş və pul alış-vermişi tamamlanmışdır. Amma buna baxmayaraq sonra eşitmişdir ki, Vəliş qardaşı Kərəmi aldadaraq onun pulunu ələ keçirmiş və heç bir işlə də təmin etməmişdir. O, əvvəllər Vəliş Hüseynovu tanımamış, amma qardaşının deməsinə görə məlum olmuşdur ki, sonuncular bir biri ilə qonşu olmuşdurlar. 30 iyul 2014-cü ildə o, qardaşı Kərəm və İsmayılla Vəlişin ofisində olarkən onunla tanış olmuşdur. 26000 ABŞ dollarını o, qardaşı Kərəmə borc kimi vermişdir. Vəliş Hüseynovun Kərəm Cəfərovu iş icraçısı kimi təyin edəcəyi mövzuda onlar arasında olan söhbətdə iştirak etmişdir. Məhərrəmov Tahir Məmməd oğlu isə onların söhbətlərində və həmçinin də Kərəm pulu Vəlişə verəndə bunun şahidi olmuşdur. Məhkəmə iclasında sorğu-sual zamanı Cəfərov Rabil Cəfərxan oğlu bildirmişdir ki, Kərəm Cəfərov pulları Vəliş Hüseynova verdikdən sonra, Vəliş stolun arxasından durub, qapıya tərəf getmiş və qapının yanında olan dəmir seyfi açıb, pulları həmin seyfə qoymuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sərdarov İsmayıl Nəriman oğlu ifadə verərək göstərmişdir ki, o, ali təhsilli memardır. Kərəm Cəfərovu 2000-ci ildən tanıyır. Onunla qohumluq əlqələri yoxdur. Sadəcə olaraq bir ərazidə yaşadıqları üçün onunla ara bir ünsiyyətdə olmuşdur. Kərəm onun işsiz olduğunu bilmişdir. 27 iyul 2014-cü il tarixdə Kərəm ona zəng edərək ona iş təklif olunduğunu, görüşüb bu barədə ətraflı danışmağı bildirmişdir. 28 iyul 2014-cü il tarixdə Kərəmlə «Nizami» metrostansiyasının yaxınlığında yerləşən «Qış parkı» adlanan yerdə gürüşmüşlər. Söhbət zamanı Kərəm bildirmişdir ki, Vəliş adlı qonşusu ona tikinti işində iş icraçısı vəzifəsini təklif etmiş, əgər bu iş alınarsa, onu da ora memar kimi işə götürəcək, bu işə görə Vəliş ondan 50000 ABŞ dolları pul istəmişdir. Həmin vaxtı Kərəm qardaşı Rabilə zəng edərək bu barədə onunla danışmışdır. Onların danışığından ona məlum olmuşdur ki, Rabil 50000 ABŞ dolların müəyyən hissəsini tapa bilməyəcəkdir. Kərəm ona səhər gedib həmin tikinti yerinə baxarıq demişdir. 29 iyul 2014-cü ildə o, Kərəmlə birlikdə Vəliş adlı şəxsin «Nizami» metrosu yaxınlığında yerləşən ofisinə getmişlər. Həmin ofisə gedənə kimi o, Vəliş adlı şəxsi tanımamış və onunla heç bir münasibəti olmamışdır. İlk dəfə həmin günü Vəlişin işlədiyi ofisdə Vəlişlə tanış olmuş, Vəliş həmin ofisdə ev alqısatqısı ilə məşğul olmuşdur. Vəlişlə söhbət zamanı Vəliş onlara Pirəküşkül qəsəbəsində Müdafiə Nazirliyinin hərbi yataqxanaları tikilməli olduğunu demişdir. Bundan sonra oradan Vəliş və onlar Kərəmin maşını ilə Pirəküşkül qəsəbəsinə getmişlər. Həmin əraziyə çatanda Vəliş avtomobildən düşərək nəzarətçi duran əsgərlərə yaxınlaşıb nəsə dedikdən sonra həmin nəzarətçi əsgərlər şlaqbaumu açaraq onların avtomobilini içər buraxmışlar. Onlar içəri keçdikdən sonra tikinti gedən əraziyə nəzər salmışlar. Həmin vaxtı tikinti işləri başlamışdır. Vəliş Kərəmə onu burada gedən tikintiyə iş icraçısı təyin edəcəyini bildirmişdir. Orada 30 dəqiqə dayanıb söhbət etdikdən sonra Vəlişin işlədiyi ofisə qayıtmışlar. Həmin günün səhəri, yəni 30 iyul 2014-cü il tarixdə saat 12.00-da o, Kərəm və Kərəmin qardaşı Rabillə birlikdə Vəlişin ofisinə getmişlər. Onlar ofisin qarşısında Vəlişlə görüşərək və ofisə daxil olmüşlər. Həmin vaxtı ofisdə o, Rabil, Kərəm və Vəliş olmuşdur. Onlar orada 5 dəqiqə hal-əhval tutduqdan sonra Rabil cibindən ağ vərəqə bükülmüş vəziyyətdə olan bükülünü çıxararaq Kərəmə vermişdir. Kərəm də həmin bükülünü onların yanında açmışdır. Həmin bükülüdən çıxan 100 ABŞ dollarlarından ibarət pul əskinazları olmuşdur. Kərəm həmin pulu saymış və həmin pul 26000 ABŞ dolları olmuşdur və həmin pulu Vəliş Hüseynova vermişdir. Vəliş də öz növbəsində pulu sayıb, stolunun altındakı siyirməyə qoymuşdur. Bundan sonra Vəliş Kərəmə dedi səhər gedib işə başlayarsan. Onlar oradan çıxıb evə gəlmişlər. Həmin günün səhəri günü o və Kərəm Pirəküşkül qəsəbəsində həmin tikinti yerinə getmişlər. Tikinti yerinə çatanda orada duran əsgərlər onları tikinti yerinə buraxmamışlar. Belə olan halda onlar Vəlişin yanına gələrək bu barədə ona demişlər. Vəliş Kərəmə onu orada qəbul edən adamın anası rəhmətə getdiyi üçün onu orada qəbul edən olmamış, həmin şəxs hüzürünü yola verəndən sonra ona xəbər verəcəyini bildirmişdir. O, Kərəmlə bir neçə dəfə Vəlişin ofisinə getmişlər, lakin Vəliş hər dəfə müxtəlif bəhanələr gətirərək onları yola vermişdir. Belə olan halda onlara məlum olmuşdur ki, Vəliş Kərəmi aldamış, boş boşuna vaxt gedir, həmçinin bir daha Vəlişin ofisinə getməmişdir. Məhkəmə iclasında sorğu-sual zamanı Sərdarov İsmayıl Nəriman oğlu bildirmişdir ki, ofisdə vəlişə pul veriləndə, orada o, Vəliş, Kərəm və Rabil olmuşdur. Başqa heç kim olmamışdır. Tahir Məhərrəmo adlı şəxs orada olmamışdır. Orada başqa şəxsləri görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zeynalov Şamil Rəşid oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər 2015-ci ilədək Azər Enerji Tikinti-quraşdırma idarəsinin elektrik-quraşdırma idarəsində rəis işləmiş və bu yolla da müxtəlif obyeklərin təmir-tikinti işləri ilə bağlı 2014-cü ilin yay aylarında Bakı şəhərində bu kimi işlərin təşkili işlə məşqul olmaqla prorablıq edən Tağıyev Natiq İbrahim oğlu tanış olmuşdur. Bundan sonra isə, yəni 2014-cü ilin sonunda o, ümumi tanışları vasitəsi ilə Bakı şəhəri Yasamal rayonu «Beş Mərtəbə» adlanan yerdə yerləşən «Azərbaycan Dram Teatrı»-nın sağ tərəfində olan çayxanada olarkən orada Cəfərov Kərəm Cəfərxan oğlu ilə tanış olmuş və həmin vaxt aralarında olmuş söhbət əsnasında Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, o, özü də tikinti işləri ilə məşqul olmaq isləmiş və bu məqsədlədə tanışı olan Vəliş adlı şəxsə 26.000 ABŞ dolları miqdarda pul vermiş və Vəliş də əvəzində vəd etmişdir ki, bunun müqabilində ona, Abşeron rayonunda Pirəküşkül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrinin yataqxanalarının inşasını həvalə olunmasını təşkil edəcək, lakin bundan sonra Vəliş heç bir iş görməyərək bildirmişdir ki, guya ondan almış pulları Natiq Tağıyevə vermişdir. O da, bu kimi məlumatı eşitdikdə Zərərçəkmiş şəxs2 həmin vaxt bildirmişdir ki, Natiq Tağıyevi tanıdığı üçün sonuncudan bu barədə maraqlanıb ona məlumat verəcək. Zərərçəkmiş şəxs2 isə bu zaman gözləmək istəmədiyini bildirərək ondan xahiş etmişdir ki, birbaşa onun qarşısında dərhal Natiq Tağıyevin mobil telefonuna zəng etməklə bu barədə ondan soruşsun. O da, həmin vaxt etiraz etməyərək öz mobil telefonu ilə N. Tağıyevin mobil telefonuna zəng edərək ondan bu barədə soraqlaşmışdır. Həmin telefon danışıqları zaman Şahid4 də cabında ona bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 özündən və ya hər hansı bir digər şəxslərdən bu məqsədlə heç bir miqdarda pul almamış, Vəliş adlı şəxs isə onun adından istifadə edərək dələduzluq yolu ilə Zərərçəkmiş şəxs2 pul almışdır. O da, Şahid4 dediyi sözləri Zərərçəkmiş şəxs2 çatdıraraq bildirmişdir ki, onun pullarını Vəliş adlı şəxs Şahid4 verməmişdir. Bu kimi məzmunda olan danışıqlarından sonra Zərərçəkmiş şəxs2, həmin Vəliş adlı şəxsin göstərilən çayxananın yaxınlığında yerləşən ev alqı-satqısı məntəqəsində işlədiyini bildirərək ondan əl çəkməyib xahiş etmişdir ki, birlikdə Vəlişin iş yerinə gedib onun iştirakı ilə bir daha sonuncudan bu barədə soruşsun. O da, etiraz edə bilmədiyindən məcbur olub razılaşaraq bir yoldaş kimi Zərərçəkmiş şəxs2la birlikdə piyada olaraq həmin çayxanadan təxminən 200-250 metr aralıda İslam Səfərli küçəsində olan 2 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən ev alqı-satqısı ofisinə gəlmişlər və içəriyə daxil olaraq orada əvvəllər tanımadığı və ilk dəfə gördüyü Vəliş adlı şəxslə görüşmüşdürlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 apardığı söhbətə qarışmayaraq yalnız göstərilən ofisin içində olmaqla müşahidə edib qulaq asmışdır. Beləliklə də, həmin vaxt Zərərçəkmiş şəxs2 söhbət edərək Vəliş adlı şəxsə bildirmişdir ki, o, guya özü Natiq Tağıyelə telefon vasitəsi ilə əlaqə saxlayaraq ondan pullarının olub-olmamasını soruşmuş və Şahid4 də heç bir miqdarda pul götürmədiyini bildirərək onun pullarının məhz Vəliş də olmasını bildirmişdir. Həmin söhbət zamanı Vəliş isə bir qədər çaş-baş vəziyyətə düşərək əvvəlcə Zərərçəkmiş şəxs2 konkret cavab verə bilməsə də, sonradan Natiq Tağıyevin yalan danışdığını deyərək bildirmişdir ki, guya ondan, yəni Zərərçəkmiş şəxs2 aldığı 26.000 ABŞ dollarını tamlıqla Şahid4 vermişdir. Bununla həmin məzmunda söhbət bitdikdən sonra o, Zərərçəkmiş şəxs2la birlikdə həmin ofisi tərk etdikdən sonra Zərərçəkmiş şəxs2 ondan xahiş etmişdir ki, yaxın günlərdə onu bilavasitə Natiq Tağıyevlə üz-üzə görüşdürsün ki, özü onunla bu barədə ətraflı söhbət edə bilsin. O da, etiraz etməyərək təxminən 5-6 gündən sonra, yəni təxminən «Yeni İl Bayramı»-na 1-2 gün qalmış zəngləşib Şahid4 və Zərərçəkmiş şəxs2 hər ikisinidə Dəmiryol Vağzalının aşağı hissəsində yerləşən S.Vurğun parkı ilə üzbəüzdə yerləşən «Ehtiyyat Bələdçilər» idarəsinin qarşısında olan çayxanaya dəvət etmişdir. Bu yolla da, onların hər üçü həmin çayxanada görüşüb söhbətləşərkən Zərərçəkmiş şəxs2 özü üz-üzə Şahid4 bildirmişdir ki, bir neçə ay əvvəl, yəni həmin ilin yay aylarında Vəliş özü işlədiyi ev alqı-satqısı ofisində ondan 26.000 ABŞ dollarını alaraq vəd etmişdir ki, Abşeron rayonunda Pirəküşkül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrinin 1.700 kvadrat metr sahədə tikilməli olan 50 ədəd yataqxanaların inşasını ona həvalə olunmasını təşkil edəcək, lakin sonradan heç bir iş görməmiş və hal hazırda da bildirir ki, guya ondan aldığı həmin 26.000 ABŞ dollarını tamlıqla ona, yəni Natiq Tağıyevə vermişdir. Şahid4 isə bu kimi xəbəri eşitdikdə çox təəcüblənmiş və bildirmişdir ki, Vəliş adlı şəxslə şəxsi və yaxın tanışlığı yoxdur və onunla onu ümumi tanışları Asəf adlı şəxs tanış etmiş, lakin sonuncuların heç biri ilə istər ona, yəni Zərərçəkmiş şəxs2 aid və istərsə də digər hər hansı bir şəxsə aid heç bir pul alış verişi olmamışdır. Bundan əlavə həmin söhbətləri zamanı Şahid4 bildirmişdir ki, həqiqətəndə onun tanışları olmaqla Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən şəxslər həmin ərazidə 100 ədəd yataqxanaların inşasını ona həvalə olunacağını vəd etmişlər, lakin hələki həmin məsələ reallaşmamışdır. Həmçinin, Şahid4 həmin söhbətləri zamanı bildirmişdir ki, göstərilən yataqxanaların inşasının ona həvalə olunacağı barədə Asəf adlı tanışı bildikdən sonra xahiş etmişdir ki, həmin yataqxanaların 50 ədədinin inşasını ona, yəni Asəfə tapşırsın ki, o da, öz tanışı Vəliş adlı şəxslə birlikdə işləyib bir qədər pul qazana bilsin. O da, yəni Şahid4 aralarında olan münasibətləri və həmin lahiyənin həcminin çox böyük olmasını nəzərə alaraq heç bir təmanna güdmədən Asəflə razılaşmışdır. Bununla da, həmin vaxt Zərərçəkmiş şəxs2la Şahid4 aralarında olmuş yuxarıda göstərilən məzmunda olmuş söhbət nəticəsində müəyyən olmuşdur ki, həmin Vəliş adlı şəxs dələduzluq edərək Zərərçəkmiş şəxs2 26.000 ABŞ dollarını Şahid4 xəbəri olmadan alaraq əvəzində guya həmin yataqxanaların inşasını Zərərçəkmiş şəxs2 həvalə olunmasını təşkil edəcəyini yalandan vəd etmişdir. Bununla da, həmin görüş və söhbətləri tamamlandıqda Zərərçəkmiş şəxs2 orada Şahid4 xahiş etmişdir ki, bir neçə gündən sonra zəngləşərək birlikdə Vəlişin işlədiyi ev alqı-satqısı ofisinə gedib araşdırma aparsınlar. Şahid4 həmin vaxt Zərərçəkmiş şəxs2la razılaşsa da həmçinin, sonuncudan xahiş etmişdir ki, pulunu kimə veribsə gedib ondan geri tələb etməlidir. Bununla da, həmin görüş və söhbətləri tamamlanaraq Zərərçəkmiş şəxs2la Şahid4 bir-birinə öz mobil telefon nömrələrini verərək razılaşmışlar ki, sonradan özləri zəngləşib Vəlişin yanına gedəcəklər. Bundan sonra isə onun başı öz işlərinə qarışdığı üçün yuxarıda göstərilən problem və bilavasitə Zərərçəkmiş şəxs2 Şahid4lə birlikdə həmin Vəliş adlı şəxsin yanına gedib-getməmələri haqqında heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Məhərrəmov Tahir Məhəmməd oğlu ifadə verərək göstərmişdir ki, həmin cinayət işi üzrə bir neçə dəfə ifadə vermişdir. hər dəfə də ifadələrində hadisələri olduğu kimi düz, necə olmuşdursa elə də demişdir. Müxtəlif müstəntiqlərə ifadələr vermişdir. Lakin sonuncu dəfə cəzaçəkmə yerində müstəntiq Əli Babayevə ifadə vermişdir. İfadə verməzdən əvvəl müstəntiq ona bildirmişdir ki, Vəliş Hüseynov onun əlehinə ifadə verib, işi onun üstünə qoymaq istəyir, buna görə də müstəntiq demişdir ki, əvvəllər ifadəndə göstəribsən ki pulu Kərəmdən Sən götürübsən, vəliş də buna görə deyir ki, pulu Tahir götürüb, o da verməlidir, bu səbəbdən də işi sənin üstünə atır. Buna görə də o müstəntiqdən belə sözlər eşitdikdən sonra əsəbləşdiyi üçün Vəlişin ziyanına ifadə vermək qərarına gəlmişdir. Müstəntiq dediyi formada ifadə vermişdir. Əvvəl müstəntiq dedi, o da əlyazma şəklində yazmıb imzalayıb ifadəsini, sonra da müstəntiq kompüterdə yazılmış şəkilə ifadəsini çıxarıb, o da onu imzalamışdır. Həmin ifadəsi yadında deyil, çünki çox şeylər orada həqiqət olmadığı üçün yadında qalmamışdır ki, əlyazma və kompüterdə olan ifadələrində nə yazılıb. Lakin həqiqət bundan ibarətdir ki, Vəlişlə uzun müddətdir ki, dostluq ediblər. Vəliş maklerliklə məşğul olub. Vəlişin yanına tez-tez gedib gəlib. 1996-cı ildən Naxçıvandan olan Asəf adlı şəxslə də yaxşı münasibətləri olmuşdur, iş görən adam kimi. Bir dəfə söhbət zamanı Asəf ona demişdir ki, onun Natiq adlı dostu vardır, hərbidə yaxşı dostları var.Hərbidə tikinti işləri var, tikinti işi ilə məşğul olmaq istəyən adam olarsa ona bu barədə bildirim. Vəlişin ofisinə gəlib-gedən zaman orada Füzulidən olan Kərəm adlı şəxslə də tanış olub, orada bir neçə dəfə nərd-taxta oynamışıq. Söhbətləri zamanı kərəm ona bildirib ki, tikinti işləri üzrə mütəxəssisdir işləmək üçün tikinti obyekti olarsa ona bu barədə desin. Mən tikinti barədə vəlişə də əvvəllər demişdim, ona görə də Vəlişdən soruşdum ki, bu barədə Kərəmə bir söz deyib, ya yox, Vəliş bildirmişdir ki, kərəmlə bu barədə söhbətləri olmayıb. Ona görə də o qərara almışdır ki, Kərəmə bu barədə desin. Buna görə də o Kərəmə Asəf adlı dostu və Natiq adlı şəxs barədə demiş, Asəfin ona etdiyi təklif barədə Kərəmə danışmışdır. Kərəmə bildirib ki, Natiqə Pirəküşküldə hərbi kazarmalar tikintisi ilə bağlı işlər təklif edilib, mütəxəssis axtarır. Bu zaman Kərəm demişdir ki, görüşüb söhbət edək. 1-2 gün sonra yenə Vəlişin ofisində görüşən zaman Asəfi və Natiqi də vəlişin ofisinə dəvət etdim. Həmin vaxta qədər Vəliş Asəfi və Natiqi ümumiyyətlə tanımamışdır.kərəm də İsmayıl adlı şəxslə həmin ofisə gəldilər, orada bir birləri ilə tanış olduqdan sonra oradan getmişdir. Sonradan ona məlm olub ki Kərəm, İsmayıl Asəf və natiq gedib Pirəküşküldəki həmin hərbi obyektə baxıblar, öz aralarında razılığa gəliblər.Bundan bir neçə gün sonra onların oturmağa yerləri, ofisləri olmadığı üçün Kərəm, İsmayıl Asəf və Natiq vəlişin işlədiyi ofisə gəlib öz aralarında müqavilə bağlamaq istəyiblər. Əvvəl mən gəldim, sonra Asəf, sonra Kərəm və İsmayıl, sonra isə Natiq gəldi.Söhbət zamanı Natiq Kərəmə dediki hazırsanmı, Kərəmdə dedi ki, 50 ədəd kazarmanın tikintisi üçün ilkin olaraq 20000 manat verəcəyəm. Kərəm pasportunu çıxarıb Natiqə verdi və onlar öz aralarında müqavilə bağladılar. Bu zaman Kərəm qardaşı Rabilə zəng edərək onu ofisə çağırdı. Rabil ofisə gəldi və cibindən pul çıxararaq stolun üstünə qoydu və Kərəmə dedi ki sayın götürün. Bu zaman Natiqin telefonuna zəng gəldi, natiq də dediki elə Müdafiə Nazirliyindən tikinti ilə bağlı zəng edirlər və Natiq telefonla danışa-danışa bayıra çıxdı. Tahir də Asəfə dedi ki, pulu götür və natiq də danışa-danışa Asəfə işarə etdi ki, pulu götür və Tahir də stolun üstündəki hər biri 10000 manat olan iki paçka pulu, yəni 20000 manat pulu Asəfə uzadıb, Asəf də 20000 manatı götürüb Natiqin dalınca bayıra çıxdı və Natiqə yaxınlaşdı, Natiqdə qulağında telefon danışadanışa əli ilə Kərəmə əl edərək dedi ki, Kərəm müəllim danışdığımız kimi səhər tezdən obyektdə görüşək. Asəflə Natiq çıxıb getdilər. Yazılı müqavilənin birini Natiqdə qaldı, biri də Kərəmdə. Asəflə Natiq getdikdən bir neçə dəqiqə sonra Kərəm, İsmayıl və Rabil də durub getdilər. Sonradan Asəf Tahirə demişdir ki, Natiqin Tovuz rayonunda anası rəhmətə gedib. Sonra Tahir Kərəmlə telefon əlaqəsi saxlayıb, Kərəm deyib ki, Natiq telefonu açmır. Asəf Tahirə deyib ki, kərəmlə Natiq telefonda danışan zaman Natiq deyib ki anamın 3-cü verim gələcəm. Sonradan Tahirə məlum olub ki, tahirlə kərəm arasında olan söhbət alınmayıb. Buna görə də Kərəm Natiqdən pulunu geri istəyib. Sonra Kərəm Vəlişə deyib ki mən sənə görə Tahiri tanımışam, Tahirə görə də Natiqi və Asəfi. Kərəm deyib ki o həmin tikinti işinə gedəsi olmayıb onun pulunu qaytarsınlar. Sonra Tahir Vəlişlə birlikdə Asəf, Natiq və Kərəmi 20 yanvar dairəsi yanında çayxanada görüşüblər. Orada Natiq Kərəmə deyib ki, uzağı 10 günə sənin pulunu qaytaracam. Bundan bir neçə gün sonra Natiq dediyi müddətdə Kərəmin pulunu qaytarmadığına görə yenə də Vəliş, Tahir Kərəmlə birlikdə Natiqi Koroğlu parkınınyanında görüşüblər. Natiq yenə də Kərəmdən xahiş edib ki, vaxt versin. Sonradan Tahir eşidib ki, Natiq dələduzluğa görə Xətai rayonunda həbs edilib. Bundan sonra Kərəm Tahirə və Vəlişə qarşı pul tələbi etməyə başladı. Tahir də Kərəmə bildirib ki, nə ona, nə də Vəlişə pul verməmişdir. Odur ki, bundan sonra Tahir Asəfi taparaq ondan öz xətti ilə iltizam alıb ki, Tahirdən aldığı 20000 manat pulu o Tağıyev Natiqə vermişdir və Tahir də həmin iltizamı gətirib Vəlişə vermişdir. Bundan sonra eşitmişdir ki Kərəm Vəlişdən şikayət edib. Vəlişin o işdə heç bir aidiyyəti yoxdur, sadəcə söhbət eləməyə və müqavilə bağlamağa yer olmadığı üçün Vəlişin ofisində görüşüb söhbət edib, müqavilə bağlayıblar. Məhkəmə istintaqında sorğu-sual zamanı Məhərrəmov Tahir Məhəmməd oğlu bildirdi ki, ilkin ifadələri və hazırkı ifadəsi düzdür və həqiqətdir. Müstəntiq Əli Babyaev onu Vəlişin əlehinə ifadə vermək üçün aldadıb. Sonradan bunu bilib ki, Vəliş onun əlehinə heç bir ifadə verməyib. Tikinti işini Kərəmlə Natiq öz aralarında danışıblar, pulu razılaşdırıblar. Pulu stolun üstündən götürüb Asəfə verib, Asəf də pulu götürüb Natiqlə birlikdə çıxıb gediblər. Pul veriləndə Natinə zəng gəldi, Natiq danışa-danışa ofisdən çıxdı, pul ortada qaldı, Tahir də pulu götürüb Asəfə verib. Əvvəl də ifadələrində bunu göstərib ki, Tahir pulu götürüb Asəfə verib. Nə əvvəllər ifadə verəndə, nə də indi ifadə verəndə ona heç kim təsir etməyib, yalnız cəzaçəkmə müəssisəsində ifadə verəndə müstəntiq onu aldadıb təsir edib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Tağıyev Natiq İbrahim oğlu ifadəsində göstərmişdir ki, bu iş üzrə şahid qismində dindirilib, Kərəmlə cəmi iki dəfə görüşüblər. Uzun müddət keçdiyi üçün, 4 il keçibdir. Ona göroə də hansısa məqamlar yadından çıxa bilər. Ona məlum olan hissədə o sonradan bilmişdir ki, Vəliş Kərəm kişidən pul alıb. Kərəm kişi ilə onun tanışlığı arada Asəf və Tahir olub, onlar vasitəsi tanış olubdur. Vəlişin ofisində olub tikinti məsələləri ilə bağlı. 5 dəqiqə görüşüb söhbət ediblər,Ö sonra o ayrılıb, götürüləcək tikinti ilə bağlı söhbət ediblər. Kərəm kişi ilə o 5 dəqiqə söhbət edib götürüləcək tikinti işi ilə balğı. Aparılacaq tikintilərdə köməkçi briqada kimi. Kərəmi ona Asəf Tahir Vəlişin dostu kimi deyiblər belə bir adam var. Pirəküşkül qəsəbəsində kazarmalar tikilirdi, iş götürülmüşdü, əlavə briqadaya ehtiyac var idi. Ona görə də Asəf vasitəsilə, əsa Asəfə demişdim, Asəfdə Tahirlə söhbət etmişdir.Elə oldu ki, Kərəm kişi ilə onun görüşünü təşkil ediblər. Görüşüb tikinti ilə bağlı necə aparılacaq, harda aparılacaq barədə 5 dəq söhbət etmişik, oradan ayrılmışıq. İşlə bağlı olan hissədə Kərəm kişinin bizə verilmiş 50 kazarmanın 50-si kərəm kişiyə verilməsi idi. Kərəm 50 ədəd kazarma tikintisi işini aparmalı idi. Kərəm kişi dövlətdən ayrılmış pul hesabına iş görməliydi. Bizim Kərəm kişi ilə danışığımız belə oldu ki, Kərəm kişinin bu sahədə işçi qüvvəsi lazım idi bizə. Vəsait lazım deyildi. O yönümdə Kərəm kişi ilə bukvalnı 5 dəqiqə söhbətimiz olub, ordan ayrılmışam. Sonra anam rəhmədə gedib, başım qarışıb, rayona getmişəm, indiki cəzaçəkdiyim işlə bağlı başım qarışdı, sonra başqa səbəblərdən Müdafiə Nazirii işi başqa podratçıya verdiyindən biz oradan çıxarılmışıq. Sentyabrın 3-ü mən tutulmuşam xətai rayonu polis idarəsi tərəfindən. 5 gündən sonra polisə nəzarətə çıxmışam. Sonradan mənə məlum olub ki, pul alıblar, pul veriblər. kərəm kişi ilə mənim aramda heç bir halda pul söhbəti olmayıb. Kərəm orada rəhbərlik edəcəydi. Bundan sonra Kərəm kişi ilə bir dəfə görüşmüşük. Telefon danışıqlarımız olmayıb. Görüşmüşük Vağzalda Şamil kişinin vasitəsilə. Orada məlum olub ki, Vəliş Kərəm kişidən pul götürüb, guya bir hissəsi də mənə verilib. Ofisdə mənim yanımda pul söhbəti olmayıb. Vəlişlə də mənim aramda pul söhbəti olmayıb. Tahirlə Asəfin vasitəsilə tanış olmuşam. Fəaliyyəti nədən ibarət olmasını bilmirəm. Kərəm kişi ilə cəmi 2 dəfə , bir dəfə ofisdə 5 dəqiqəlik söhbət və Vağzalda Şamil kişinin yanında olub. Pul söhbətini görməmişəm və eşitməmişəm. Sonradan bilmişəm. Əgər mən orada Kərəmlə müqavilə bağlamışdımsa, bu qədər riskin altına girmişdimsə, niyə pulu orada qoyub çıxırdım. Vağzalda görüşəndə Kərəm dedi ki 20000 manat pul verib Vəlişə. Görüşümüzün səbəbkarı Şamil müəllim olmuşdu. Şəmil zəng etdi ki, belə bir hadisə var, sənin adından istifadə edirlər. Görüşdük Vəliş dedi ki mən Vəlişə 20000 manat pul vermişəm. (Tahir ifadə verəndə bu məqamda Kərəm kişi müdaxilə edib dollar sözü deyir dollarla 26000 dollar). Mən də həmin vaxtı Vəlişlə görüşüb aydınlıq gətirmək istəmək istədim ki, mən pul götürməmişəmsə niyə mənim adımdan istifadə edirsən. Lakin axşam olduğu üçün görüşmədi. Məni ofisə Kərəmlə tanış eləməyə Tahirlə Asəf gətirib tanış edib. Həmin görüşdə Natiqlə Kərəm arasında olan tikinti söhbətində iştirak etmirdi, heç kimin tərəfindən hər hansı bir formada iştirak etmirdi. Kərəmlə Natin arasında olan söhbətdə Vəliş qarışmamışdır. Vəliş Kərəmin nömrəsiylə ona zəng etməyib. Vəliş öz nömrəsiylə mənə zəng etməsi yadıma gəlmir, ümumiyyətlə mənim Vəlişlə heç bir əlaqəm olmayım. Vəlişlə mənim nə iş barədə, nə kiminsə barəsində aramızda iş söhbəti olmayıb. Vağzalda görüşdə o dövrün kursu ilə 26000 dollar, amma 20000 manat şəklində verildiyini demişdir Kərəm. Kərəm kişi ifadəsində demişdir ki, mən 2000 manat o vaxitkı dövrlə 26000 dollar vermişəm. Ofisə gələndə orada kərəmlə Vəlişi tanıyırdım, başqa adamları tanımırdım. Ofisdən birinci mən çıxdım, sonra Asəf çıxdı. Həmin vaxtı istifadəmdə 055-lə 203-20-72 saylı telefon olub. kərəm kişi bu nömrəyə 1 dəfə zəng edib Şamil kişiylə, 1 dəfə də anamın rəhmətə getməsi ilə bağlı başsağlığı ilə əlaqədar. Məhkəmə istintaqından fərqli olaraq Tağıyev Natiq İbrahim oğlunun ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, O.Kərimov küçəsi ev 9 mənzil 6 qeydiyyatda olmaqla orada ailə üzvləri ilə birlikdə əvvəllər yaşamışdır. xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətdiyi ilə bağlı həbs olunmuşdur, xx.xx.2015-ci il tarixdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 6 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu üçün hal-hazırda AR-sı ƏN-nin PX-nin 16 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkir. Onun peşəsi inşaatçıdır və buna görə də həbs olunanadək o, Bakı şəhərində və Respublikamızın müxtəlif rayonlarında aparılan müxtəlif tikintilərdə prorab kimi fəaliyyət göstərirmişdir. Bununla da əlaqədar olaraq, 2014-cü ilin yaz aylarında, yəni təxminən aprel ayında hal-hazırda adlarını bildirmək istəmədiyi onun qohumu olmaqla Müdafiə Nazirliyində yüksək vəzifədə işləyən şəxs, Abşeron rayonunda Pirəsəkül qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin hərbi hissələrinin 3.400 kvadrat metr sahədə 100 ədəd yataqxanalarının inşa olunacağını bildirərək həmin ərazidə yataqxanaların lahiyəsi ilə inşasına nəzarəti və rəhbərliyi ona həvalə olunmasını təklif etmişdir. Bununla əlaqədar o, həmin qohumu ilə birlikdə göstərilən qəsəbəyə gedərək orada Müdafiə Nazirliyinin hərbi hissələrinə aid olan və bilavasitə üzərində göstərilən tikinti işləri gedəcək əraziyə baxış keçirib, aralarında şifahi qaydada qarşılıqlı razılıq əldə etsələr də, həmin məsələ yalnız sözdə olmuş, yəni onunla Müdafiə Nazirliyinin Tikinti idarəsinin arasında həmin vaxt yazılı qayda da heç bir müqavilə bağlanmamışdır, ona görə ki, həmin tikintiyə böyük sərmayənin qoyulması tələb olunmuşdur. Həmin vaxt onun maddi vəziyyəti tam imkan vermədiyindən əvvəlcə bu işin icrası ilə bağlı özünə hər hansı bir şərik tapmaq qərara gəlmişdir. Buna görə də o, həmin qohumundan bir neçə günlük möhlət alaraq ona bildirmişdir ki, şəriklə bağlı bir neçə gün ərzində axtarışlar apardıqdan sonra ona cavab verərək gəlib həmin müqaviləni bağlayacaqdır. Beləliklə də, o, həmin tikintiyə aid olan təklifi aldıqdan sonra, həmin tikintinin çox gəlirli olmasına baxmayaraq özünün maddi imkanı böyük olmadığından tikiləcək həmin yataqxanaların bir hissəsinin inşası ilə bağlı özünə bir maddi imkanı olan şərik tapmaq qərarına gəlmişdir. Bu məqsədlə də o, bu barədə müxtəlif tanışlarına bildirərək bu işdə, yəni maddi imkanı olan şərikin tapılmasında ona köməklik göstərmələrini xahiş etmişdir. O, ümumi tanışlarının vasitəsi ilə Seyidov Asəf Rza oğlu ilə 2005-ci il tanış olaraq sonradan da aralarında xoş yoldaşlıq münasibətləri yaranmışdır. Məhz bu səbəbdən də o, yuxarıda göstərilən yataqxanaların yarısının, yəni 1.700 kvadrat metr sahədə 50 ədədinin inşası ilə bağlı maddi imkanlı şərik axtarışında olmağı haqqında A.Seyidovada bildirmişdir. Bundan sonra isə, yəni 2014-cü ilin iyun və ya iyul ayında tanışı Asəf Seyidov ona müraciət edərək bildirmişdir ki, onun bir nəfər Tahir adlı tanışının Vəliş adlı maddi imkanı olan tanışı var və məhz həmin Vəliş adlı şəxs göstərilən yataqxanaların 50 ədədinin inşasına lazımı qədər pulu sərmayə kimi sərf edə bilər. Həmçinin Asəf, uzun illər Tahirlə dostluq etdiyini və həmin Vəliş adlı şəxsin Tahiri qohumu olduğunu bildirərək ondan xahiş etmişdir ki, bu işə məhz Vəlişi qoşsun, ona görə ki, bu barədə Tahir ondan xahiş etmişdir. Buna görə də o, Asəfin bu kimi söz və xahişini nəzərər alaraq etiraz etməmişdir. Təxminən 2-3 gündən sonra isə Asəf onunla təkrar əlaqə saxlayaraq bildirmişdir ki, o özü artıq həmin Tahir və Vəliş adlı şəxslərlə görüşərək bu barədə söhbətləşmiş və Vəliş həmin yataqxanaların tikintisinə aid sərf olunmalı olacaq pulların miqdarı ilə heç bir problemin olmadığını bildirərək bu məqsədlə onunla görüşübsöhbətləşmək istəyir. Buna görə də həmin günü o, Asəfin dəvəti əsasında Bakı şəhəri Yasamal rayonunda “Beş Mərtəbə” adlanan ərazidə yerləşən bir ev alqısatqısı ofisinə gələrək orada da, əvvəllər tanımadığı və ilk dəfə gördüyü həmin Tahir və Vəliş adlı şəxslərlə görüşərək söhbətləşmişdir. Aralarında olmuş söhbətləri zamanı Vəliş adlı şəxs ona bildirmişdir ki, o, bir nəfər Kərəm adlı şəriki ilə birlikdə həmin yataqxanaların tikinti işlərini icra etmək imkanındadır və bu məqsədlə də göstərilən yataqxanaların inşasını ona həvalə olunmasını ondan xahiş etmişdir. O da, etiraz etməyərək həmin vaxt Vəlişə bildirmişdir ki, yataqxanaların inşası yaxın ay ərzində reallaşmalıdır və bu prosesin başlanması üçün o, özüm ilk növbədə yaxın günlər ərzində Müdafiə Nazirliyinin Tikinti idarəsi ilə əsas müqaviləni bağlamalıdır. Vəliş də heç bir problemin olmadığını və lazımı qədər gözləyə biləcəyini bildirərək ondan xahiş etmişdir ki, birlikdə Pirəkəşkül qəsəbəsinə gedərək orada yerləşən həmin tikinti aparılacaq ərazini ona göstərsin. O da, etiraz etməyərək həmin vaxt Vəliş və Asəflə birlikdə göstərilən ofisdən çıxaraq bir başa Pirəkəşkül qəsəbəsinə gedib, orada tikinti aparılacaq ərazini göstərdim və bununla da həmin gün olan görüş və söhbətimiz tamamlanmışdır. Bir neçə gündən sonra isə Asəf yenidən ona zəng edərək bildirmişdir ki, həmin Vəliş adlı şəxs öz şəriki olacaq Kərəm adlı şəxslər birlikdə işlədiyi ev alqı-satqısı ofisindədir və ondan xahiş etmişdir ki, birlikdə gedib həmin Kərəm adlı şəxsində kim olmasını görüb sonuncu ilə də söhbətləşsinlər. O da, etiraz etməyərək Asəfin dəvəti ilə həmin vaxt təkrarən Vəlişin işlədiyi göstərilən ev alqı-satqısı ofisinə gəlmişdir. Beləliklə də, o, həmin vaxt Asəflə birlikdə göstərilən ev alqı-satqısı ofisnə gəldikdə orada Vəliş və Tahir adlı şəxslərdən başqa daha 1-2 neçə nəfər tanımadığı digər şəxslərin də olmasını görmüşdür. 5-10 dəqiqədən sonra isə həmin ofisə əlavə olaraq 2-3 nəfərdə başqa əvvəllər tanımadığı şəxslər gəlmiş və Vəliş onlardan biri olan adı sonradan ona məlum olmuş Kərəm adlı şəxslə özü təkliklikdə kənarda söhbət etdikdən sonra onlara yaxınlaşıb Kərəmi təqdim edərək bildirmişdir ki, məhz Kərəm həmin yataqxana tikintisində onun şəriki olacaq. Bu kimi tanışlıqları zamanı o, öz növbəsində onlara xeyir-duasını verərək bildirmişdir ki, heç bir problem olmamalıdır və o, özü bir neçə gün ərzində Müdafiə Nazirliyinin Tikinti idarəsi ilə zəruri olan müqaviləni bağladıqdan dərhal sonra onlarla da müvafiq qayda da müqavilə bağlayacaqdır ki, onlar da dərhal öz növbədərin də onun təqdim edəcəyi lahiyə üzrə həmin 50 ədəd yataqxanaların tikintisinə başlaya bilsinlər. Həmçinin, həmin vaxt o, Vəlişin suallarına cavab olaraq ona bildirmişdir ki, 2 gün ərzində özü Müdafiə Nazirliyinin Tikinti idarəsi ilə müqavilə bağlayaraq gəlib onunla görüşəcəkdir. Bu kimi məzmunda təxminən 5-6 dəqiqə aralarında söhbətləşdikdən sonra o, başqa işləri olduğu üçün oradan çıxıb getməli olmuşdur və onunla yanaşı birlikdə Asəf də həmin ofisdən çıxaraq küçədə onunla soğollaşıb harasa getmişdir. Lakin bundan sonra, yəni yuxarıda göstərdiyi görüşlərinin sabahısı gün Tovuz rayonunda yaşayan mərhum anasının səhhətində ciddi problemlər yarandığı üçün məcbur olub Tovuz rayonuna getməli olmuşdur, 2-3 gündən sonra isə anası orada vəfat etmişdir. Məhz bu səbəbdən də o, Tovuz rayonunda keçirilən yas mərasimi ilə bağlı bir neçə gün ərzində Bakı şəhərinə gələ bilməmişdir. Təxminən 10 gündən sonra isə o, Tovuz rayonundan Bakı şəhərinə gəlib Müdafiə Nazirliyində işləyən həmin qohumu ilə görüşüb-söhbətləşdikdə onun deməsinə görə ona məlum olmuşdur ki, Müdafiə Naziri şəxsən özü həmin işi qarışaraq göstərilən yataqxanaların lahiyə və tiktisini özünün hansısa qohumlarına həvalə etmişdir. Məhz bu səbəbə görə də göstərilən yataqxanaların lahiyə və tikinti işinin icrası ona həvalə olunmamışdır. Bir neçə gündən sonra isə o, Asəflə görüşübsöhbətləşdikdə ona bu barədə bildirərək ondan xahiş etmişdir ki, özü həmin Tahir və Vəliş adlı şəxslərə məlumat verərək sonunculara bildirsin ki, bu məsələ alınmayacaq. Bundan sonra isə o, öz işləri ilə məşqul olmuş və bir daha nə həmin Tahir və Vəliş adlı şəxsləri görməmişdir. 2014-cü ilin dekabr ayında isə onun tanışı olmaqla eyni olaraq onun kimi tikinti işləri ilə məşqul olan Zeynalov Şamil adlı şəxs onun mobil telefonuna zəng edərək ondan Kərəm adlı şəxsi tanıyıb-tanımadığını və həmin şəxsin yuxarıda göstərilən həmin yataqxanaların tikintisinə aidiyyətinin olub-olmamasını soruşduqdan sonra bildirmişdir ki, Vəliş adlı şəxs həmin Kərəm adlı şəxsdən 26.000 ABŞ dolları alaraq əvəzində vəd etmişdir ki, Pirəşəkül qəsəbəsində Müdafiə Nazirliyinin Hərbi Hissələrinə aid olan 50 ədəd yataqxanaların inşasının ona həvalə olunması məsələsini müsbət həll edəcək. Həmçinin, həmin danışıqları zamanı tanışı Şamil Zeynalovun deməsinə görə ona məlum olmuşdur ki, həmin Vəliş adlı şəxs 26.000 ABŞ dollarını Kərəmdən həmin ilin iyul ayında özü alsa da, 3 aydan sonra ona, yəni Kərəmə bildirmişdir ki, guya həmin pulları tamlıqla mənə verib və məhz o, həmin pulları mənimsəmişdir. O da, öz növbəsində bu kimi sözləri eşitdikdən sonra təəccüblənib, çox əsəbi vəziyyətə düşərək Şamil Zeynalova bildirmişdir ki, həmin Vəliş adlı şəxsin Kərəmdən 26.000 ABŞ dolları miqdarda pul almasından və yaxud da Vəlişin hər hansı bir digər şəxslərlə aralarında olmuş pul alış-verişindən nə xəbəri və nə də ki, iştirakı yoxdur və olmamışdır. Bununla da, Şamil Zeynalovla aralarında olan söhbətləri tamalanaraq ondan xahiş etmişdir ki, həmin Kərəm adlı şəxsə çatdırsın ki, onun bu məsələyə aidiyyəti yoxdur və özünün pul problemlərini gedib pulu ondan almış şəxs olan həmin Vəlişin özü ilə öz aralarında həll etsinlər. Bununla da o, Şamil Zeynalovla aralarında olan söhbətləri tamamlandıqdan sonra həmin məsələyə bir aydıqlıq gətirməkdən ötrü çalışmışdır ki, Asəf Seyidovu tapıb ona bu barədə bildirməklə tələb etsin ki, gedib öz dostu olan Tahirə bildirsin ki, onun tanışı olan həmin Vəliş adlı şəxs yalandan onun adını hallandırmaqla kiminsə pulunu ələ keçirməsin. Lakin, o, həmin vaxt çox çalışsa da, Asəfi nə görə bilməmiş və nə də ki, onun mobil telefonu söndürülmüş vəziyyətdə olduğundan onunla əlaqə saxlaya bilməmişdir. Bundan sonra təxminən bir həftədən sonra isə Şamil Zeynalov yenidən ona zəng edib, həmin Kərəm adlı şəxsin onunla üz-üzə görüşüb söhbət etmək istədiyini bildirərək onlarla bir yerdə görüşməyini xahiş etmişdir. O da, etiraz etməyərək həmin vaxt Bakı şəhər Dəmiryol vağzalının aşağı hissəsində yerləşən “Bələdçilər idarəsi”-nin qarşısında olan çayxanada olduğu üçün Şamili həmin Kərəm adlı şəxslə birlikdə söhbət etmək üçün oraya dəvət etmişdir. Təxminən 30-40 dəqiqədən sonra Şamil və həmin Kərəm adlı şəxslə birlikdə göstərilən çayxanaya gəlib onun əyləşdiyi masa arxasında oturmuşlar və aralarında olan söhbətləri zamanı Kərəm ona bildirmişdir ki, bir neçə ay əvvəl, yəni 2014-cü ilin iyul ayında o, onunla və Asəflə Vəlişin işlədiyi ev alqı-satqısı ofisində görüşüb söhbətləşdikdən sonra və bilavasitə o, Asəflə oradan çıxıb getdikdən dərhal sonra həmin Vəliş adlı şəxs yuxarıda göstərilən həmin 50 ədəd yataqxanaların tikintisini ona həvalə etmək məqsədi ilə ondan 26.000 ABŞ dolları miqdarda pulu almışdır. Həmçinin, göstərilən söhbətləri zamanı həmin Kərəm adlı şəxsin deməsinə görə ona məlum olmuşdur ki, Vəliş həmin yataqxanaların inşasının ona həvalə olunması məqsədi ilə ondan, yəni Kərəmdən ilkin olaraq 50.000 ABŞ dolları tələb etmiş və sonradan o qədər pulunun olmaması səbəbindən əvvəlcədən 26.000 ABŞ dolları götürüb, qalan 24.000 ABŞ dollarının tikintiyə başladıqdan sonra verməsinə razılaşmışdır. O isə, bu kimi pul alış-verişindən və bilavasitə Vəliş adlı şəxsin Kərəmdən 50.000 ABŞ dolları istəyərək həmin yataqxanaların inşasının ona həvalə olunması məsələsini həll edəcəyini vəd etməsindən heç bir aidiyyəti və məlumatının olmadığını bildirərək Kərəmdən xahiş etmişdir ki, Vəlişlə olan öz pul problemlərini gedib Vəlişin özü ilə də həll etsin. Bununla yanaşı, aralarında olan həmin söhbətləri zamanı o, bilavasitə Şamil Zeynalovun qarşısında həmin Kərəm adlı şəxsdən soruşmuşdur ki, əgər həmin yataqxanaların lahiyə və inşa məsələsinə o, baxırmışdırsa, onda nə üçün o, onunla deyil, məhz həmin Vəliş adlı şəxslə danışıqlar aparmaqla sonradan da Vəlişə pul vermişdir. Kərəm də cavabında bildirmişdir ki, o, onunla Vəlişin işlədiyi ev alqı-satqısı ofisində görüşüb-söhbət etməmişdən əvvəl məhz Vəliş ondan bu barədə onunla söhbət etməməsini xahiş edərək bildirmişdir ki, əsk halda, yəni o və Asəf həmin pullar haqqında bilsələr, onda özləri üçün də, onlardan əlavə olaraq pulu gəlir kimi tələb edəcəklər. Eləcə də, həmin söhbətləri zamanı Kərəm ona bildirmişdir ki, həmin Vəliş adlı şəxs ondan 26.000 ABŞ dollarını götürdükdən sonra düz üç ay müddət ərzində bildirmişdir ki, guya həmin pulları özü Müdafiə Nazirliyindən yüksək vəzifədə işləyən hansısa məsul şəxs vermiş, üç ay keçdikdən sonra isə Vəliş sözlərini dəyişərək bildirmişdir ki, həmin pulları guya əlbəəl onun özünə vermişdir. Bununla da, həmin görüş və söhbətləri zamanı o, Kərəmin dediklərini eşitdikdən sonra çox əşəbi hala düşdüyüm üçün hətda söyüşlə də belə and içərək ona bildirmişdir ki, Vəlişin ondan pul almasından heç bir məlumatı yoxdur və eləcə də, nə Vəliş özü və nə də ki, Asəf və Tahir ona heç bir miqdarda pul verməmişdirlər. Hətta həmin vaxt o, bunu təsdiq etmək məqsədi ilə Kərəm və Şamillə birlikdə Vəlişin iş yerinə gedib birlikdə orada araşdırma aparmaqda istəmişdir. Lakin həmin vaxt gec, yəni təxminən saat 21-22:00 radaləri olaraq ev alqı-satqısı ofisinin iş vaxtı tamamlandığından onlar oraya gedə bilməmişlər. Bu səbəbdən də o, Kərəmdən xahiş etmişdir ki, o, özü mobil telefonundan zəng edərək Vəlişi araşdırma aparmaqları üçün əyləşdikləri həmin çayxanaya dəvət etsin. Həmin vaxt Kərəm onun bu kimi təklifi ilə razılışmış, lakin o, bir neçə dəfə öz mobil telefonundan zəng etsə də, Vəlişin mobil telefonu bağlı olduğundan onunla həmin vaxt əlaqə saxlaya bilməmişdir. Buna görə də, həmin gün göstərilən çayxanada olan görüş və söhbətləri tamamlandıqda Kərəm ondan yaxın günlərdə onunla zəngləşib-görüşərək birlikdə Vəlişin işlədiyi həmin ev alqısatqısı ofisinə gedib bu məsələyə aydınlıq gətirməyi xahiş etmişdir. O da, razılaşaraq öz mobil telefonunun nömrəsini Kərəmə vermişdir. Lakin, yuxarıda göstərilən görüş və söhbətlərindən təxminən 1 və 2 gün sonra o, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinin baxışı prosesində həbs olunmuş və buna görə də sonradan nə Kərəmlə görüşüb-söhbətləşə bilməmiş və nə də ki, onunla həmin Vəliş adlı şəxsin arasındakı pul problemlərindən xəbəri olmamışdır. Bundan əlavə Şahid4 ifadəsində bildirmişdir ki, Müdafiə Nazirliyinin Hərbi Hissələrinə aid həmin yataqxanaların lahiyə və inşası ona rəsmi qayda da podratçı qismində olmaqla müqavilə əsasında həvalı olunmalı idi, lakin o, əvvəlcə maddi imkanlı şərik axtarışında olduğundan və sonradan məhz həmin ərəfədə mərhum anası vəfat etdiyindən bu kimi müqaviləni dərhal imzalayıb-bağlaya bilməmişmişdir. Həmin lahiyə və tikintini isə ona Müdafiə Nazirliyində işləyən qohumu təklif etmişdir, lakin o, müəyyən səbəblərə görə həmin qohumunun adı hazırda istintaqa bildirmək istəmir. Vəlişin işlədiyi ev alqı-satqısı məntəqəsinə gəlibgedərkən və bilavasitə orada Vəlişin özü və sonradan da Kərəmlə görüşdükdə onların hər hansı biri ilə və yaxudda Tahirlə adlı şəxslə müqavilə bağlamamışdır. Əsl həqiqətdə Zərərçəkmiş şəxs2 pulları Təqsirləndirilən şəxs1 götürmüş və sonradan Təqsirləndirilən şəxs1 öz əməllərini ört-bastır etməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə onun üstünə müxtəlif məzmunda ollan şərlər atmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Hüseynov Elçin Yusif oğlu ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişir ki, 1999-cu ildən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində mənzillər üzrə müfəttiş vəzifəsində və 2005-ci ildə tutuduğu vəzifədən azad edilmişdir. Həmin vaxtdan heç bir yerdə rəsmi işləməyərək yalnız fərdi əməklə məşqul olmuşdur. Hüseynov Vəliş Qabil oğlunu 2017-ci ilin yanvar ayından tanıyır, belə ki, həmin vaxtlarda Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Dövlət Milli Dram teatrının yaxınlığında yerləşən çayxanada olarkən ümumi söhbət əsasında orada çayxanada olan Vəliş Hüseynovla tanış olmuşdur. Həmin vaxtdan aralarında münasibət yaranmışdır. Vəliş Hüseynov ona özünü əmlakın alqı satqısı ilə məşqul olaraq makler kimi təqdim edərək bildirmişdir ki, özünün ayrıca ofisi vardır. 2017-ci ilin noyabr ayında dəqiq gün yadında deyil, Vəliş Hüseynov onu istifadə etdiyi ***- ***-**-** nömrəli telefonuna hal hazırda xatırlamadığı, həmişə istifadə etdiyi mobil telefon nömrəsi ilə zəng edərək ona bildirmişdir ki, onun Nazim adlı dostu özünə məxsus bağ evinin ətrafındakı torpağı rəsmiləşdirmək istəyir və bununla da bağlı həmin Nazim adlı şəxsə köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra 2017ci ilin noyabr ayında dəqiq günü xatırlamır, o, Vəliş Hüseynovla və onun dostu olan əvvəllər tanımadığı və ilk dəfə gördüyü Nazim adlı şəxslə, yəni tam adı sonradan ona məlum olan Novruzov Nazim Heydər oğlu ilə Bakı şəhərində «Koroğlu» metrostansiyasının yaxınlığında görüşüb torpaq sahəsinə baxmaq üçün birlikdə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində «Xaşa-Xuna» adlanan yerə gəlmişlər. Orada Nazim onları əvvəllər tanımadığı və ilk dəfə gördüyü adı sonradan ona məlum olan Qasımov Müzəffər Əzim oğlu adlı şəxslə görüşdürərək bildirmişdir ki, həmin bağ evi onun, yəni Nazimin arvadının adına olmasına baxmayaraq evin əsas sahibi bilavasitə Müzəffər Qasımovdur. Həmin görüşləri zamanı o, göstərilən bağ evinin ətrafındakı torpaq sahəsinə baxış keçirdikdən sonra onların dördü də birlikdə orada yaxınlıqda yerləşən kafedə əyləşərək nahar edib söhbətləşmişlər. Göstərilən söhbətləri zamanı Zərərçəkmiş şəxs3 özündə olan həmin bağ evinin sənədlərinin, yəni çıxarış və texniki pasportunun surətlərini ona təqdim etmişdir. Həmçinin, həmin bağ evi hərrac yolu ilə alındığından Zərərçəkmiş şəxs3 hərraca aid olan sənədində surətini ona vermişdir. O, həmin əraziyə baxış keçirib göstərilən sənədlərin surətlərini götürdükdən sonra bildirmişdir ki, həmin sənədləri öz tanışına göstərib-məsləhətləşdikdən sonra bir neçə günə onlara bir cavab verəcək. Bununla da o, orada Nazimin və Müzəffərin istifadə etdikləri hal hazırda xatırlamadığı telefon nömrələrini götürərək özü də istifadə etdiyi telefon nömrəsini onlara vermişdir. Bundan sonra həmin görüş və söhbətləri tamamlanmışdır. Bundan bir gün sonra o, Rauf adlı tanışının istifadə etdiyi xatırlamadığı mobil telefon nömrəsinə özünün yuxarıda qeyd etdiyi mobil telefon nömrəsindən zəng edərək Bakı şəhəri, “Kubinka” adlanan ərazidə sonuncu ilə görüşmüşdür. Belə ki, o, həmin Rauf adlı şəxslə təxminən 2017-ci ilin sentyabr ayında Bakı şəhəri, “Kubinka” adlanan ərazidə çayxanada olarkən ümumi söhbət zamanı tanış olmuşdur. Həmin vaxt Rauf yuxarı hakimiyyət orqanlarında tanışları olduğunu və əlindən hər bir iş gəldiyini ona demişdir. Məhz buna görə də o, fikirləşmişdir ki, həmin Raufun vasitəsi ilə Müzəffər və Nazimə həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı köməklik göstərə bilər. Bununla da o, Raufla görüşdükdə Nazim və Müzəffərin ona verdiyi sənədləri Raufa vermiş və Rauf da ona demişdir ki, sənədləri lazımı adamlara göstərib məsləhətləşəndən sonra ona məlumat verəcək. Təxminən 7 gündən sonra saat 12 radələrində Bakı şəhəri Xəqani küçəsində yerləşən “Rus Dram Teatrı”-nın yaxınlığında olarkən Rauf istifadə etdiyi xatırlamadığı telefon nömrəsi ilə onun istifadə etdiyi yuxarıda göstərdiyi mobil telefonuna zəng edərək bildirmişdir ki, onunla görüşüb həmin məsələ ilə bağlı söhbət etmək istəyir, o da, razılaşaraq həmin gün saat 13 radələrində Ruafla Bakı şəhəri,”Kubinka” adlanan ərazidə görüşmüşdür. Həmin görüş zamanı aralarında olan söhbətdə Rauf ona demişdir ki, torpaqla bağlı ona verdiyi sənədə aid olduğu torpaq sahəsini yalnız hərrac yolu ilə özəlləşdirilməsi mümkündür və bu işin həll olunması üçün 18.000 manat məbləğində pulun dövlət rüsumu kimi ödənilməsi lazımdır. Bundan sonra o, Raufdan ayrılaraq mobil telefonu ilə Təqsirləndirilən şəxs1, Şahid5 və Zərərçəkmiş şəxs3 zəng edib qeyd olunan torpağın özəlləşdirilməsi ilə bağlı görüşmək lazım olduğunu bildirərək razılaşmışdırlar ki, Bakı şəhəri Nərimanov rayonunda “Nərimanov” metrostansiyasının üst tərəfində yerləşən parkda götüşsünlər. Bundan sonra o, Təqsirləndirilən şəxs1la görüşüb həmin parka gedərək həmin gün saat 11-12 radələrində orada Zərərçəkmiş şəxs3 və Şahid5la görüşüb parkda olan kafeyə gələrək orada bir masa arxasında əyləşmişdir. Həmin söhbət zamanı bildirmişdir ki, Şahid5 arvadının adına olan həmin bağ evinin ətrafındakı torpaq sahəsinin özəlləşdirilməsi məsələni müsbət həll edə biləcək tanışı həmin torpaq sahəsini hərrac yolu ilə özəlləşdirilməsini öz üzərinə götürərək bu işin həll olunması üçün 18.000 manat məbləğində pulun dövlət rüsumu kimi ödənilməsini istəmiş, Zərərçəkmiş şəxs3 da Şahid5la həmin qiymətlə razılaşmişdirlar. Bundan 2 gün sonra isə saat 11-12 radələrində Nazim və ya Müzəffər ona zəng edib, 2.000 manat pulu hazırladıqlarını bildirdikləri üçün birlikdə ”Nərimanov” metrostansiyasının üst tərəfindəki parkda görüşməyi qərara gəlmişlər. Buna görə də o, Vəliş Hüseynova zəng edib, onuda həmin yerə dəvət etmişdir. Bundan sonra həmin gün saat 12 radələrində onların dördü də qeyd olunan parkda görüşüb orada yerləşən kafelərin birində əyləşərək Müzəffər orada ona 2.000 manat pul vermək istəmişdir. O isə, həmin pulu almaq istəməyərək bildirmişdir ki, 18.000 manat bütov şəkildə verilməlidir ki, dövlətə rüsum da bütov ödənilsin. Müzəffər və Nazim isə bildirmişdirlər ki, yaxın günlərdə ona pulun qalanını toplayıb verəcəklər. Buna görə də o, razılaşaraq elə oradaca həmin pulları Müzəffərdən götürmüşdür. Onlardan ayrılandan sonra o, tanışı Raufun istifadəsində olan hazırda xatırlamadığı mobil telefonuna zəng edib harada görüşə biləcəyini soruşmuş, Rauf da Bakı şəhəri “Kubinka” adlanan yerdə görüşməyi təklif etmişdir. Buna görə də o, həmin gün saat 15 radələrində Bakı şəhəri “Kubinka” adlanan yerə gələrək orada Raufla görüşüb, özündə olan 2.000 manatı Ruafa verərək bildirmişdir ki, qalan pullarıda yaxın günlərdə ona çatdıracaqdır. Rauf da həmin pulu ondan götürdükdən sonra onlar bir-birlərindən ayrılmışlar. Bundan bir həftə keçəndən sonra isə, yəni 2017-ci ilin noyabr ayında dəqiq gün yadında deyil, o, Abşeron rayonu Xırdalan şəhəri ərazisində olarkən Müzəffər və Nazim ona zəng edərək əlavə pul hazırladıqlarını və “Nərimanov” metrostansiyasının üstündə olan parkda görüşməyi bildirmişdirlər. O da, Vəliş Hüseynova zəng edib bu görüşdə iştirak etməsini xahiş etmişdir. Bir qədər sonra o, Vəlişlə həmin parkda görüşmüş, daha sonra Nazim və Müzəffər də oraya gəlmişlər, birlikdə parkın içərisində olan kafelərin birində əyləşdikdən sonra Müzəffər hələki cəmi 3.000 manat pul toplaya bildiyini demişdir. O, yenə etirazını bildirərək, pulu cəm halında bütöv vermək lazım olduğunu bildirmişdir. Müzəffər və Nazim isə pulun qalan hissəsini yaxın günlərdə hazırlayacaqlarını bildirmişlər. Bundan sonra, Müzəffər özündə olan 3.000 manat pulu ona vermiş və o da, həmin pulu götürdükdən sonra görüşləri tamamlanmışdır. Daha sonra isə o, Vəlişdən aralanmış və Raufa zəng edib 3.000 manatın da onda olduğunu bildirmişdir. Nəticədə də o, Raufla danışaraq elə həmin gün təxminən 1-2 saatdan sonra onunla Bakı şəhəri “Kubinka” adlanan yerdə görüşüb, özündə olan 3.000 manatı Ruafa verib, qalan pulları da yaxın günlərdə ona çatdıracağını bildirmişdir. Bundan sonrakı günlər ərzində isə Zərərçəkmiş şəxs3 məsələni uzatmış və son görüşlərindən təxminən 20-25 gün sonra 2017-ci ildə dekabr ayının əvvələrində təxminən saat 11-12 radələrində mobil telefonu ilə onun mobil telefonuna zəng edib 7.000 manat pulu hazırladığını bildirmişdir. Həmin vaxt o, Bakı şəhəri Yasamal rayonu, “5 mərtəbə” adlanan ərazidə olduğu üçün Müzəffərdən xahiş etmişdir ki, oraya gəlsin. Sonra isə o, öz mobil telefonundan Vəliş Hüseynovun mobil telefonuna zəng edərək həmin görüşdə iştirak etməsi üçün göstərilən əraziyə gəlməsini xahiş etmişdir. Təxminən 1 saat ərzində Vəliş Hüseynov həmin əraziyə gəlmiş və onlar Füzuli küçəsinin baş hissəsində yerləşən “Təndir” adlanan kafeyə gəlmişlər. Bir qədər sonra Nazim və Müzəffər də həmin kafeyə gəlmiş və onların dördü də göstərilən kafedə bir masa arxasında oturub söhbətləşərkən Zərərçəkmiş şəxs3 cibindən çıxartıdığı 7.000 manat pulu sayıb ona vermək istəyərkən, o, yenidən öz etirazını bildirərək həmin pulları götürmək istəməyib bildirmişdir ki, əgər bütün pulları bir dəfəyə verməyə imkanı yoxdursa, onda ona verdiyi əvvəlki pulları vermiş olduğu tanışından gedib xahiş edəcək ki, həmin pulları, yəni 5.000 manatı geri qaytarsın və o da, öz növbəsində həmin 5.000 manatı gətirib Zərərçəkmiş şəxs3 geri qaytaracaqdır. Bu zaman Zərərçəkmiş şəxs3 bir neçə gün ərzində qalan pulları da verəcəyini bildirərək həmin 7.000 manatı götürməyini xahiş etmişdir. Buna görə də, o, məcbur olub həmin 7.000 manatı təhvil alaraq Zərərçəkmiş şəxs3 götürmüş və bununla da görüşləri tamamlandıdığı üçün o və Vəlişlə birlikdə Nazim və Müzəffərdən ayrılmışlar, daha sonra isə Vəliş də ondan ayrılaraq çıxıb getmişdir. Bundan sonra isə o, elə həmin gün təxminən saat 13 radələrində Bakı şəhəri Yasamal rayonu, “5 mərtəbə” adlanan ərazidə olarkən Raufa zəng edib torpağın özəlləşdirilməsi ilə bağlı əlavə olaraq 7.000 manatı da götürdüyünü və pulu ona çatdırmaq istədiyini bildirmişdir. Rauf da bu məqsədlə onu həmin gün axşam saat 19 radələrində Bakı şəhəri “Kubinka” adlanan yerə dəvət etmişdir. Buna görə də o, həmin gün saat 19 radələrində qeyd olunan yerə gələrək orada Raufla görüşüb 7.000 manatı Ruafa verib, qalan 6.000 manat pulu da yaxın günlərdə ona çatdırılacağını bildirmişdir. Bununla da həmin görüşləri tamamlandığı üçün o, Raufdan aralanmışdır. Lakin bundan təxminən 10-15 gün keçsə də, Zərərçəkmiş şəxs3 və Şahid5 6.000 manat pulu hazırlaya bilməyərək əvəzində vermiş olduqları 12.000 manatı ondan geri qaytarmağını tələb etməyə başlamışlar. Bununla bağlı o, Raufa zəng edib pulun qalan hissəsi olan 6.000 manatını hazırlamaq mümkün olmadığından, qeyd olunan torpağın özəlləşdirmək istəyən şəxslərin verdikləri 12.000 manatı geri istədiklərindən, ona verdiyi həmin 12.000 manat pulu geri qaytarmasını xahiş etmişdir. Lakin, Rauf həmin danışıqları zamanı göstərilən pulları qaytaracağını vəd etsə də, sonradan qaytarmamışdır. Bununla bağlı o, dəfələrlə Raufa zənglər etmiş, o isə telefonuna cavab verməyərək sonra ümumiyyətlə telefonunu söndürmüşdür. Buna görə də pul tələbi ilə bağlı yaranmış problemə görə Müzəffər ondan və Vəliş Hüseynovdan Yasamal RPİ-nin 27-ci PB-nə şikayət ərizəsi yazmışdır. Bu səbəbdən də o və Təqsirləndirilən şəxs1 həmin bölməyə gedərək orada izahat yazmışlar. Lakin buna baxmayaraq o, Raufu axtarmış və onun çalışmağı və çox saylı tələblərindən sonra nəhayət 29 mart 2018-ci il tarixdə saat 09:30 radələrində yaşadığı mənzildə olarkən istifadə etdiyi yuxarıda göstərilən mobil telefon nömrəsinə Rauf naməlum nömrədən zəng edib 12.000 manatdan 7.000 manatı qaytarmaq istədiyini və bununla bağlı Bakı şəhəri “Kubinka” adlanan ərazidə yerləşən “Türk Litseyi”-nin binasının yaxınlığında olan “Hacıların Qutabxanası” adlanan balaca kafenin yanında görüşməyi xahiş etmişdir. Buna görə də o, həmin gün saat 10 radələrində həmin yerə gələrək orada küçədə Raufla görüşmüş və Rauf ona 7.000 manat pulu verərək bildirmişdir ki, götürdüyü pulun qalan hissəsi olan 5.000 manatıda 7-8 gün müddəti ərzində ona qaytaracaq. Aralarında olmuş söhbət zamanı Rauf pulları hansı səbəbə görə qaytarılmasının yubandırması ilə əlaqədar ona heç bir açıqlama verməmişdir. Bununla da Raufla olan həmin görüşü tamamlandıqdan sonra o, Vəlişə, Nazimə və Müzəffərə zəng edərək həmin 7.000 manat pulu Raufdan aldığını bildirmişdir. Həmin vaxt Müzəffər Yasamal rayonu “20 Yanvar” dairəsi adlanan ərazidə olan çayxanaların birində olduğunu bildirərək onu oraya dəvət etmişdir. Bu səbəbdən də o, Vəliş Hüseynovla görüşüb həmin 7.000 manatı Təqsirləndirilən şəxs1 verərək onunla birlikdə həmin gün saat 12 radələrində göstərilən yerə gəlmişdirlər. Göstərilən yerə, yəni Yasamal rayonu “20 Yanvar dairəsi”-də yerləşən “Azərsu” Açıq Səhimdar Cəmiyyətinin inzibati binasının üst tərəfində olan “Ləvəngi” adlanan kafedən bir qədər irəlidə yerləşən balaca kafeyə gəldikdə Müzəffərlə Nazimin birlikdə orada əyləşdiklərini görmüşlər. Bununla o, Təqsirləndirilən şəxs1la həmin kafedə onların əyləşdikləri masanın arxasına oturmuşlar və Təqsirləndirilən şəxs1 həmin 7.000 manat pulu öz cibindən çıxarıb onlara, yəni Müzəffərlə Nazimə vermək istədiyini bildirmişdir. Həmin görüşləri zamanı Vəliş Hüseynov Müzəffərə təklif etmişdir ki, həmin 7.000 manatı öz aralarında təhvil-təslim etməkdən ötrü birlikdə gedib Notariat Kontorunda müqavilə bağlasınlar, Müzəffər isə bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün Notariusda müqavilə tərəfdaşı kimi çıxış edib imzalaya bilməyəcək. Həmin vaxt Müzəffər göstərilən pulların təhvil-təslimi ilə bağlı Yasamal rayon Polis idarəsinə getməyi Vəlişə təklif etsə də, Vəliş razılaşmamışdır. Buna görə də, həmin söhbətə Nazim qarışaraq bildirmişdir ki, özü həmin pulları təhvil alıb götürərək lazımı qəbzi yazıb verəcək. Müzəffər də buna etiraz etməmişdir. Bununla da aralarında əldə olunmuş razılığa əsasən Nazim özü dəsti xətti ilə qəbz yazaraq bildirmişdir ki, daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı ona və Vəlişə verilmiş 12.000 manatın 7.000 manatını təhvil almışdır. Həmçinin, Rauf ona qalan pulları bir həftə ərzində qaytaracağını vəd etdiyi üçün Vəlişin təklifi ilə Nazim həmin qəbzdə qeyd etmişdir ki, qalan pulları o və Vəliş bir həftəyə ona verəcəklər. Sonra isə Nazim götürmüş olduğu həmin 7.000 manatı öz növbəsində sayıb Müzəffərə vermişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, Nazim heç vaxt ona bildirməmişdir ki, Müzəffərin ona vermiş olduğu həmin 12.000 manata görə hər ay üçün 1.200 manat olmaqla 5 aya görə 6.000 manat pulu ödəmiş və heç vaxt o, özü ona söz verməmişdir ki, guya həmin 12.000 manatla yanaşı ona həmin faiz pullarını da ödəyəcəkdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Hüseynov Vəliş Qabil oğlu ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2004-cü ildə Kazımov Nurlan Qüdrət oğlu ilə tanış olmuş, belə ki, həmin illərdə Bakı şəhəri Yasamal rayonu Mirzəağa Əliyev küçəsində yerləşən ev alqı-satqısı məntəqəsində işləmişdir. Zərərçəkmiş şəxs1 isə qonşuluqda yerləşən zərgərlik emalatxanasında usta işləmişdir. Bu yolla da onunla Nurlan Kazımovun arasında yoldaşlıq münasibətləri yaranmışdır. Belə ki, 2013-cü ilin təxminən yaz aylarında Nurlan ona müraciət edərək təklif etmişdir ki, birlikdə hər hansı bir şərikli iş görməklə qazanc əldə etsinlər. O da, həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu Azadlıq prospekti 140 saylı ünvanda yerləşən avtomobil qarajından biri satıldığı üçün Nurlana həmin qarajı alaraq avtoyuma sexinə çevirməyi və sonra həmin sexi daha baha qiymətə satmaqla müəyyən qazanc əldə etməyi təklif etmişdir. Nurlan da onun bu kimi təklifi ilə razılaşmışdır. Bununla bağlı, o, ilkin olaraq özü tək gedib həmin qarajın sahibi Rusif adlı şəxslə zəngləşib görüşmüş və birlikdə qaraja baxış keçirmişlər. Nurlan haqqında isə Rusifə heç bir məlumat verməmişdir. Bundan sonra isə o, Nurlanı göstərilən əraziyə gətirərək həmin qarajı açıb içini ona göstərmiş və Nurlan da bəyəndiyi və ilkin olaraq qarajın alınması üçün ona 1000 və ya 1500 ABŞ dolları verib. Bundan sonra o, Rusifə zəng edib görüşərək, həmin puldan 500 ABŞ dolları Rusifə vermişdir. Rusiflə qarajın qiymətini 23000 ABŞ dolanına danışmışlar. Danışmışlar ki 20-25 gün ərzində təkrar görüşüb alqı-saqtını sənədləşdirəcəklər. Bundan sonra həmin günlər ərzində Nurlan ona hissə-hissə 13950 dollar pul vermişdir. Lakin həmin vaxtı paralel olaraq həmin qarajın yerləşdiyi əraziyə gedib gəldikdən sonra orada avtoyuma sexi açıb-aça bilməyəcəyi ilə maraqlanmış və orada yerləşən binaların sakinləri tanımadığı adamlar ona bildirdilər ki, həmin ərazidə artıq 3 avtoyuma sexi vardır. Həmin sexlərin sahibləri və ya işçiləri yeni avtoyuma sexinin açılmasına maneçilik törədəcəklər, bu səbəbdən də o həmin qarajın alınmasından imtina etmişdir. Həmin ərəfələrdə anasında ciddi xəstəliklər olduğu üçün anasına vaxt ayırmış, digər işlərlə məşğul ola bilməmiş, qarajın alınmasından imtina edilməsi ilə bağlı Rusiflə görüşüb behi qaytarmaq barədə söhbət edə bilməmişdir. Bir ay keçdikdən sonra Rusiflə telefonda danışanda Rusif ona bildirib ki, qarajı ona satmır, başqa adamlarla behləşib Bir müddət sonra o Rusiflə görüşüb behin qaytarılmasını xahiş edib, lakin Rusif bundan imtina etmişdir. Bununla bağlı Rusiflə aralarında mübahisə olmuş, nəticədə səhəri gün Rusif ondan aldığı 500 dolları geri qaytarmışdır. Bu barədə Nurlana bildirmiş və Nurlanla qərara gəlmişlər ki, başqa bir qaraj axtarıb tapıb alsınlar avtoyuma sexinə çevirsinlər. Bu səbəbdən də Nurlanın verdiyi pullar bir müddət onda qalmışdır.Lakin sonradan heç bir qaraj alası olmadıqları üçün, 2-3 ay ərzində onda qalan 13950 ABŞ dollarını hissə-hissə olmaqla Nurlana tamlıqla qaytarmışdır.Bundan sonra Rusif özü həmin qarajı avtoyuma sexi kimi işlətmiş, nurlan gedib bu kimi halı gördükdə Vəlişin üstünə gələrək bildirib ki, guya vəliş onu aldadıb və qarajı vəliş avtoyuma sexinə çevirərək başqa adamlara satıb qazanc əldə edib. Buna görə də Nurlan başlamışdır ondan pul tələb etməyə ki, guya hesab etmişdir ki, onun pulu ilə qarajı alıb avtoyuma sexinə çevirib 47000 dollara satmışam. Nurlan özü bu qiyməti müəyyən edib, başlamışdar ondan 12500 dollar tələb etməyə. Nurlan bunu onunla əsaslandırdı ki, guya qarajı şərikinə 22000 dollara almışıq və 47000 dollara satdığım üçün əldə olunmuş 25000 dolların 50%-ni ona verməliyəm. Bununla bağla Nurlanla aralarında mübahisə başlamış, bundan sonra Nurlana bildirib ki, birlikdə gedib qarajın sahibi ilə görüşüb məsələyə aydınlıq gətirsinlər, lakin nurlan bundan imtina etmiş və başlamışdır ondan şikayətlər etməyə. Müstəntiq Əli Babayev xx.xx.2017-ci ildə onu aldadıb ifadəsini dəyişdirmişdir ki, guya ona kömək edəcək, lakin sonradan da heç bir köməklik etməmişdir. Bundan əlavə Nurlan əvvəlki şikayətlərində göstərdiyi, guya Nurlan qaynatasının yaşadığı evin yaxınlığında torpaq sahəsinin qaraj tikdirməklə bağlı verdiyi onun barəsində etdiyi şikayətlərdə göstərdiyi hallar, yəni onun Nurlandan həmin torpağın sənədləşdirilməsinə görə 20000 manat pul alması barədəki şikayətlər də tam əsassızdır. Nurlandan həmin işlə bağlı 20000 manat pul almamışdır və nurlana həmin işlə bağlı 20000 manat pul qaytarmamışdır. Bu Nurlanın uydurmasıdır. Həmin ərazini Nurlan tanıyır, qaynatasıgilin qaldığı yerə yaxındır. Bunu özü uydurub. Ona görə ki qaraj alqısatqısı ilə bağlı verdiyi 13950 dollara görə ondan şantaş edə-edə 20000 manata qədər pul alıb, həmin pulu ört basdır etmək üçün bunu uydurub ki, ona verdiyim 20000 manatı həmin torpağın sənədləşdirməsi kimi qələmə versin. Belə ki, həmin torpaq sahəsi məhz Nurlan Kazımovun qaynatasının yaşadığı evin yaxınlığında yerləşir və məhz Nurlan özü həmin sahəni ona göstərərək orada avtoyuma sexlərini inşa etmək istədiyini bildirmişdir. Nurlan ona bu barədə bildirib, tanışları vasitəsilə maraqlanıb onu almaq yollarını öyrənsin. O da öz növbəsində Nurlanla olan münasibətlərinə görə bu işlə maraqlanmış, sahənin yerləşdiyi MKİS-ə gedib, maraqlanmış və məlum olmuşdur ki, həmin ərazidə yaxınlıqda yerləşən binalar üçün istixana inşa ediləcək, ona görə də həmin ərazinin alınması mümkünsüzdür. Bunları Nurlana bildirdikdən sonra həmin söhbət bağlanmışdır. Bundan başqa həmin ərəfədə, yəni 2014-cü ilin təxminən aprel aylarında o, Kazımov Nurlan Qüdrət oğlunun özünün təklifi və təqdimi əsasında onun vasitəsi ilə və bilavasitə onun özündən təklikdə iki ədəd qarnitur adlanan qızıl komplektləri, yəni balaca komplekti 6.000 ABŞ dollar hesabı ilə, böyük komplekti isə 13.000 ABŞ dollar hesabı ilə əvvəllər işləmiş olduğu ev alqı-satqısı ofisində pulunu nisyə olaraq bir neçə ay ərzində ödəyəcəyi şərti ilə götürərək ilkin ödəniş kimi Zərərçəkmiş şəxs1 2.000 ABŞ dolları vermişdir. Lakin sonra maddi vəziyyəti ağırlaşdığından heç bir ödənişlər edə bilməmişdir. Bu səbəbdən də Nurlanla həmin qızıl komplektlərin sahibinin arasında pul tələbi ilə bağlı olan mübahisələr yaranmışdır. Bununla da bağlı o, Nurlanın ona görə pis vəziyyətdə qalmaması üçün özünə məxsus yaşadığı Bakı şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 124 saylı ünvanda yerləşən binanın 10 saylı mənzilinin çıxarışını və özünə məxsus olmuş «Mersedes-C» markalı **-HQ-*** markalı avtomobilinin sənəd və açarlarını Nurlana verərək xahiş etmişdir ki, onları aparıb qızılların sahibinə girov kimi qoymaqla sonuncadan möhlət alsın. Bundan sonra o, Nurlanla birlikdə «Bakıxanov» qəsəbəsində yerləşən «Dəmir Yolu stansiyası»-nın yaxınlığına gələrək özü çayxanada oturub gözləmiş, Nurlan özü isə harasa gedib təxminən bir saatdan sonra geri qayıdaraq gəlib ona bildirmişdir ki, qızıl sahibi yalnız onun mənzilinin çıxarışını girov kimi qəbul edərək özündə saxlayıb və qızılların pulunu ödəməkdən ötrü bir ay ərzində onlara möhlət vermişdir. Lakin bundan sonra bir ay keçsə də onun maddi vəziyyəti düzəlmədiyindən heç bir miqdarda pul ödəyə bilməmişdir. Nəticədə qızılların sahibi olan şəxs Nurlandan tələb edib onun telefon nömrəsini almış. Bundan sonra qızılların sahibi onun istifadə etdiyi ***-***-**-** saylı tömrəyə özünün ***-***-**-** saylı nömrəsindən zəng edərək danışdıqda ona məlum olmuşdur ki, onun adı Azaddır. Həmin azadı isə o bir il əvvəl 2012-ci ildə Nurlanın vasitəsilə görüb tanımışdır. Bakıxanov qəsəbəsində yerləşən “Məscidin” yanında olan torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar görüşmüşdülər. Beləliklə özü Azadla danışıb təxminən 2013-cü ilin sonlarında Bakı şəhərində Səməd Vurğun küçəsində yerləşən Zorge adına parkda görüşmüş, aralarında olan söhbət zamanı Azada bildirmişdir ki, qızılların pulundan nurlana artıq 6000 manat və 1000 dollar, yəni 800 manat, cəmi 6800 manat verib və borclu qaldığı 5200 manat təşkil edir. Bununla bağlı, o, Azadla bildirmişdir ki, özünə məxsus olan digər, yəni Bakı şəhəri, Yasamal rayonu, Mirələi Seyidov küçəsindəki 59 saylı 5 mərtəbəli binanın 2 otaqdan ibarət 5-ci mərtəbəsində olan mənzilini 61.000 manata satır və əgər istəyirsə, həmin puldan qızılların pullarını çıxıb, yerdə qalan pulları ona ödəməklə həmin mənzili öz adına keçirsin. Lakin, Azad gedib özü həmin mənzilə baxdıqdan sonra bəyənməmiş və həmçinin o qədər pulunun olmadığını bildirərək mənzili götürməkdən imtina etmişdir. Lakin, bundan sonra Azad özü iki nəfər tanımadığı müştəriləri taparaq onun həmin mənzilinə göndərmiş, amma həmin şəxslər də mənzilini almaq istəməmişdirlər. Bundan sonra isə o, qarşıdan gələn bir ay ərzində həmin mənzilini satmış və əldə olunmuş pulların hesabına digər borclarını ödəməklə yanaşı həmçinin əlində qalmış 5.200 manatı qızıllara görə olan borcunun ödənişi kimi Nurlana və Azada vermək istəmişdir. Bununla bağlı, o, Nurlana zəng edərək qızıllara görə borclu qaldığı pullara aid 5.200 manat ödəmək istədiyini bildirərək ondan xahiş etmişdir ki, birlikdə gedib Azadla görüşərək, bu məsələyə son qoyaq. Lakin, Nurlan vaxtının olmadığına istinad edərək onunla getməmiş və xahiş etmişdir ki, o, özü tək gedib Azadla görüşərək pulları sonuncuya ödəsin. Bununla bağlı, o, Azada zəng etmiş, lakin Azadda vaxtının olmadığını və həmin vaxt bir qədər uzaq məsəfədə olduğunu bildirərək xahiş etmişdir ki, onun xalası oğlu Seymur adlı şəxslə görüşərək pulları məhz Seymura versin. Bununla bağlı, o, zəngləşib Seymurla Yasamal rayonunda «Beş mərtəbə» adlanan ərazidə yerləşən Azərbaycan Dram Teatrının qarşısında görüşmüş və 5.200 manatı orada ona vermişdir. Pulları verdikdən sonra bildirmişdir ki, qızılların pulunu artıq tam qaytarıb bağlayıb, ona görə də o Seymurdan özünə məxsus və girov kimi Azada vermiş olduğu mənzilin çıxarışını geri qaytarmağı istəyib. Oradan Azada zəng ediblər, Azad uzaqda olduğu üçün çıxarışı haraya qoyduğunu xatırlamadığını bildirib. Sonra da bildi ki, çıxarış Nurlandadır, nurlan çıxarışı qaytamaqdan istina etmişdir. Nurlan da çıxarışın qaytarılması üçün ondan əlavə pul tələb edib. Buna görə də mənzilin çıxarışı Nurlanda qalmışdır. Sonra isə o, özünün və ailəsinin maddi vəziyyətləri ağır olduğundan məcbur olub həmin avtomobilini evində qalan dublikat açarı ilə 2016-cı ilin yay aylarında doğma oğlunun Türkiyədə təhsil aldığı universitetdə qrup yoldaşı olan oğlanın atasına 20.000 manata sataraq həmin pulların hesabına oğlunun təhsil haqqını ödəmişdir. Onun barəsində Nurlanın etdiyi haqsız şikayətlər nəticəsində müstəntiq Əli Babayev onu qanunsuz saxlamış, ailəsi bundan xəbər tutan kimi qohumu Müşfiq Mirturabov məsələ ilə maraqlanmış, müstəntiq onu Müşfiqlə görüşdürmədən, işin halını Müşfiqə aydınlatmadan Müşfiqdən 30000 manat pul tələb etmişlər ki, Nurlana versin, yoxsa Vəlişi tutacaqlar. Müşfiq də əlacsız qalıb borcun məbləği barədə xəbəri olmadan, iş barədə ətraflı xəbərdar olmadan müstəntiqin yanında Nurlana 30000 manat pul verib, hətta müstəntiqə də əlavə pul verib. Bundan sonra Nurlan yenə də ondan pul tələb edib, Müşfiq bildirdikdə ki, pulu yoxdur, onda Nurlan tələb edib ki, gedək notariatda borc müqaviləsi bağlayaq. Müşfiq də gedib heç bir pul almadan Nurlanla müqavilə bağlayıblar ki, nua nurlan Müşfiqə 32000 manat pul verir, Müşfiq də həmin pulu nurlana qaytaracaqdır. Amma müqavilə bağlananda Nurlan Müşfiqə heç bir məbləğdə pul verməmişdir. Onun Nurlana heç bir borcu yoxdur. Əslində Nurlan ona şantaj edərək külli miqdarda punu almışdır. Nurlandan cəmi 13950 ABŞ dolları pul almış və 13000 dollar və 6000 dollar dəyərində qarnitur almışdır. Həmin 13950 Abş dolları müqabilində Nurlana 20700 manat hissə-hissə bir qaytarmışdır. Babək də ifadələrində bildirir ki, hissə-hissə Nurlan vəlişdən 20000 manat pul alıb ona verib. Babək ifadələrində göstərir ki, nurlan pulları Vəlişdən alıb ona verib. Babəkə 20000 müqabilində əlvə olaraq qazanc kimi 10000 manat pul verib. Həmin pulu da ondan alıb qazanc kimi Babəkə vermişdir. Nurlan həmin pulları izh itirmək üçün yalandan özündən ukydurur ki, guya həmin 20000 manat pul porpağın sənədləşdirilməsi üçün verdiyi pullar kimi ona qaytarmışam. Əslində belə bir məqsədlə Nurlan ona pul verməmişdir. həm də Nurlan göstərir ki, 20000 manat pulu ona verib, lakin 5000 manatı qaytarıb özünə vermişəm. Onda məndə 15000 manat qalır, Babək də təsdiq edir ki, məndən hissə-hissə 20000 manat Nurlan pul alıb. Həmin 20000 manat pul 13950 abş dollarına görə Nurlanaq qaytarılmış puldur. Bundan əlavə qızılların pulunu da tam şəkildə qaytarılmışdır. İlkin olaraq 2000 dollar vermişdim. Hissə-hissədə Nurlana verilmişdi, o da qızılların sahibinə qaytarmışdı. Axırıncı qalan pulu Semura Azdaramanın yanında 5200 manatı verəndə Semurdan evin çıxarışını istəmişdim. Özləri də demişdilər ki, 5200 ver çıxarışı verək. Əgər 5200 verədnə sonra qızıla görə borc qalacaqdısa, niyə görə çıxarışın qaytarılması sözbəti gedirdi. Görüdüyü kimi 5200 manat veriləndə, qızılların pulu tam qaytarılmış hesab edilirdi, çıxarış qaytarılmalıydı. Lakin nurlan çıxarışı qaytarmadı, əlavə pul tələb elədi. Bundan əlavə də qohumu Mşfiqdən nurlan 30000 manat pul alıb. Beləliklə 13950 dollara və 2 ədəd qızıl qarnitura görə hələ məhkəmədə təsdiq edilən 20000 manat bir, 2000 ABŞ dolları bir, 5200 manat bir, 30000 manat da bir pul qaytarılmışdır. Bundan başqa Kərəm Cəfərovla qonşu olaraq 20 ildir ki, bir-birlərini tanıyırlar. Əvvəllər o, Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi 59-da yerləşən ev alqı-satqısı mənqətəsində işlədiyi üçün Kərəm çox vaxt onun ofisinə gəlib-gedərək orada nərd-taxta oynayıb vaxtlarını keçirmişdirlər. Həmçinin Təqsirləndirilən şəxs1bildirmişdir ki, o, Məhərəmov Tahir Məhəmməd oğlunu uşaqlıq yaşlarından tanıyır və onunla həmyerli olmaqla eyni zamanda uzaq qohumdurlar, eləcə də, Tahirinin anası Bərdə rayonunda 3 saylı orta məktəbdə onun rus dili müəlliməsi olmuşdur. Yuxarıda göstərdiyi ofisdə işlədiyi zamanlar Tahir Məmmədov da tez-tez oraya gəlib-gedərək onunla söhbətləşmiş və orada nərd-taxta oynayıb vaxtlarını keçirmişlər. Məhz bu yolla da Kərəmlə Tahir 2014-cü ilin yay aylarında onun işlədiyi ofisə gəlib-gelərkən bir-biri ilə, yəni Kərəm Cəfərovla Tahir Məhərrəmov tanış olublar, orada nərd-taxta oynayıblar, tanış olmuşlar, lakin onların tanışlıqlarının günü və ayı olduğu kimi dəqiq yadında deyildir. Beləliklə də, 2014-cü ilin yay ayında Kərəm onu işlədiyi həmin ofisə gələrək ona bildirmişdir ki, Məhərrəmov Tahir onu Natiq və Asəf adlı şəxslərlə tanış edib və həmin şəxslər onu, yəni Zərərçəkmiş şəxs2 Pirəkəşkül qəsəbəsində Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin birində gedən tikinti işinə iş icrası kimi düzəldəcəkdir. Bununla bağlı, Kərəm həmin vaxt ondan xahiş etmişdir ki, Tahir və Asəflə onun ofisində görüşüb bu barədə onun qarşısında söhbət etsinlər və eləcə də ondaq xahiş etmişdir ki, o da, bir qonşu kimi bu söhbətlərdə iştirak etsin. Eyni zamanda, Kərəm ona demişdir ki, artıq gedib həmin yerədə özü baxıb və həmin yer xoşuna gəlmişdir. Bununla yanaşı, Zərərçəkmiş şəxs2 bildirmişdir ki, Natiq və Asəf ondan bu işə görə 20.000 manat miqdarda pul istəyiblər. O da, Zərərçəkmiş şəxs2 etiraz etməyərək onların onun ofisində görüşmələrinə razılıq vermişdir, ona görə ki, Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, o, həmin Natiq adlı şəxslə öz aralarında müqavilə bağlamaq istəyirlər. Bir gün əvvəl Kərəm gedib tikinti sahəsinə baxdıqdan sonra, 2014-cü ilin yay aylarında, dəqiq tarix yadında deyil, o, ofisdə olduğu zaman Kərəm Cəfərov, Tahir Məhərrəmovla və əvvəllər tanımadığı və ilk dəfə gördüyü Asəf adlı şəxslə birlikdə onun işlədiyi ofisə gəlmişlər. Təxminən 20-25 dəqiqədən sonra isə həmin Asəf adlı şəxs öz mobil telefonu ilə Natiq adlı şəxslə zəngləşmiş və bir neçə dəqiqədən sonra Asəf çölə çıxıb Natiqi qarşılayaraq ikisi birlikdə onun işlədiyi ofisə gəlmişlər. Həmin vaxt o, Natiq adlı şəxsi ilk dəfə görürmüş və əvvəllər onu tanımamışdır. Bir neçə dəqiqədən sonra isə Kərəm Cəfərov öz mobil telefonundan zəng edərək qardaşı Rabili və öz dostu olan əvvəllər tanıdığı İsmayıl adlı şəxsi onun işlədiyi ofisə çağırmışdır. Beləliklə də, Kərəm adlarını yuxarıda qeyd etdiyi şəxslərlə onun ofisində görüşmüş və həmin vaxt Tahir Məhərrəmov, Natiqi və Asəfi onunla tanış edərək bildirmişdir ki, Asəf əvvəllər Prokurorluqda texniki işçi olub və bu yolla da özü, yəni Tahir əvvəllər Polisdə işlədiyindən Asəflə tanış olmuşdur. Həmin vaxt eyni olaraq Asəfdə öz növbəsində Natiqi onlarla tanış edərək bildirmişdir ki, dostluq edirlər və Natiq tikinti işlərində çalışır. Bununla da, onlar 5-10 dəqiqə hal-əhval tutduqdan sonra aralarında tikinti işlərinindən söhbət etmişdirlər. Həmin vaxtı Natiq özündə olan yazılmış müqaviləni Kərəmə vermişdir. Kərəm həmin müqaviləni oxuduqdan sonra müqaviləyə imza etmiş və Natq cibindən çıxardığı möhürlə həmin müqaviləni möhürləyib imzalayaraq təsdiqləmişdir. Aralarında olan söhbətə görə Kərəm Natiqə 20.000 manat pul verməli olmuş və Kərəm həmin vaxt ofisində olan öz qardaşı Rabildən götürdüyü iki paçka 100 manatlıq pul əskinazlarından ibarət olan pulu Natiqə vermək istəyərkən həmin vaxtı Natiqə zəng gəlmiş və buna görə də Natiq telefonla danışmaq üçün ofisdən çölə çıxmışdır. Bu səbəbdən də Kərəm məcbur olub əlindəki pulları qarşılarında olan masanın üstünə qoyduğu üçün Tahir Məhərrəmov həmin pulları tamlıqla əli ilə götürürək hamının qarşısında ofisin içində Asəfə vermişdir. Asəf də həmin pulları götürüb sellofana bükərək özündə saxlamışdır. 3-4 dəqiqədən sonra Natiq telefonla danışıb qurtardığı üçün geri onun işlədiyi ofisə qayıtmış və Kərəmlə bir-biriləri ilə əl görüşərək xeyir-dua verdikdən sonra müqavilənin bir nüsxəsini Natiq, digər nüsxəsini isə Kərəm götürmüşdür və Natiq Kərəmə demişdir ki, 5-10 günə işə başlayacaqsan. Bununla da həmin söhbət və görüş tamamlandığı üçün ilk növbədə Asəflə Natiq birlikdə çıxıb getmiş, təxminən 5 dəqiqədən sonra isə Kərəm öz qardaşı Rabil və tanışı İsmayılla birlikdə oradan çıxıb getmişdirlər. Bundan sonra isə o, Tahir Məhərrəmovla ofisin qarşısında oturub bir qədər nərd-taxta oynadıqdan sonra Tahirdə çıxıb getmişdir. Kərəm həmin pulları öz qardaşı Rabildən götürüb masanın üstünə qoyduqda və sonradan Tahir həmin pulları götürüb Asəfə verdikdə onların heç biri pulları saymamışlar və buna görə də o, həmin pulun məhz 20.000 manat olmasını dəqiqliklə bilməmişdir. Bununla da həmin görüşdən təxminən 10-15 gün keçsə də, bu məsələ alınmayaraq uzanmağa başlamışdır. Kərəm dəfələrlə onun işlədiyi ofisə gəlib onun qarşında mobil telefonu ilə Natiqin hazırda nömrəsini xatırlamadığı mobil telefonuna zənglər edərək işin nə üçün alınmamasını ondan soruşmuşdur. Natiq isə Kərəmə vədlər verərək yalnız vaxtı uzatmışdır. Bununla da əlaqədar olaraq o, Kərəm onun yanında Natiqlə telefonla danışarkən Kərəmə demişdir ki, Natiqin olduğu yeri soruşsun ki, gedib onunla üz-üzə görüşüb-söhbətləşə bilsinlər. Həmin vaxtı Natiq Kərəmə «Neftçi futbol komandasının bazasının» yanında olmasını bildirdiyi üçün o, Kərəmlə həmin yerə getmişlər. Həmçinin, o, yolda Tahir Məhərrəmova zəng etdiyi üçün o da, həmin vaxt göstərilən yerə gəlmişdir. Bu yolla da, onlar üçü də Natiqlə orada görüşdükdə həmin vaxtı Asəf də onun yanında olmuşdur. Aralarında olan söhbət zamanı onlar Natiq və Asəfdən soruşmuşlar ki, bu iş nəyə görə bu günə kimi uzanıb və bildirmişlər ki, əgər iş alınmırsa onda Kərəmin pullarını geri qaytarsınlar. Həmin vaxt Natiq və Asəf isə cavabında onlara demişdirlər ki, əgər işi gözləmək istəmirlərsə, bu halda pullarını 10-15 gün ərzində geri qaytararlar. Bununla da, həmin söhbət və görüşləri tamamlanmışdır. Lakin 10-15 gün keçəndən sonra Natiq və Asəf hər ikisi də Kərəmdən gizlənməyə və onun telefon zənglərinə cavab verməməyə başlamışlar. Bir neçə gündən sonra isə Natiq və Asəf hər ikisi də mobil telefon nömrələrini dəyişdirdiklərindən onları ümumiyyətlə tapmaq mümkün olmamışdır. Həmin vaxtdan 2 ay sonra Tahir ona bildirmişdir ki, Asəflə Natiqin yerini öyrənib və sonuncular hazırda «Şamaxinka» adlanan ərazidə yerləşən çayxanaların birində olduqları üçün oraya gedib onları tapmaq olar. O da, dərhal Kərəmə zəng edib bu barədə dedikdən sonra onunla və Tahirlə birlikdə həmin əraziyə getmiş və axtarışlar apardıqdan sonra orada yerləşən çayxanaların birində Natiqlə Asəfi tapmışlar. Orada onlar Asəf və Natiqlə sözlə mübahisəsi edərək sonunculardan Kərəmin pullarını geri qaytarmalarını qəti tələb etmişdirlər. Həmin vaxt Natiq bildirmişdir ki, o, hansısa qohumundan pul almalıdır və buna görə də onlardan əlavə vaxt istəyərək 10 gündən sonra Kərəmin pullarını geri qaytaracağını vəd etmişdir. Onlar isə etiraz edərək Natiqlə Asəfə bildirmişdir ki, dərhal pulları qaytarmasalar, onda onların barələrində Polisə şikayət edəcəklər. Bununla da həmin söhbət və görüşləri tamamlanmışdır. Bundan sonra sabahısı gün o, Kərəmlə görüşdükdə sonuncu ona bildirmişdir ki, onun hansısa qohumu Yasamal rayon Polis idarəsinin 26-cı Polis bölməsinin rəis müavininə tapşırmışdır ki, onları qəbul edib dinləsin. Bununla bağlı, o, Kərəmlə birlikdə göstərilən Polis bölməsinə getmişlər, lakin rəis müavini yerində olmamışdır. Bununla bağlı Kərəm öz qohumuna zəng edib bu barədə dedikdən sonra, həmin qohumu bir neçə dəqiqədən sonra ona geri zəng edərək bölmənin rəis müavinin Yasamal rayonu Hüseyn Cavid prospektində yerləşən «Speys» telekanalının yanındakı parkda olmasını bildirərək onlardan xahiş etmişdir ki, oraya gedib həmin şəxslə görüşsünlər. Bu səbəbdən də o, Kərəmlə birlikdə göstərilən parka gələrək orada mülki geyimdə olan həmin bölmənin müavini əvvəllər tanımadığı təxminən 40-50 yaşlarında olan bir kişi ilə görüşmüşlər. Aralarında olan söhbətləri zamanı Kərəm Natiq və Asəfin hərəkətləri barədə danışmış və həmin şəxsdə dinlədikdən sonra Kərəmə təklif etmişdir ki, sabah 26-cı PB-nə gələrək bu barədə yazılı şəkildə şikayət ərizəsini versin. Bununla da həmin görüşləri tamamlanmışdır. Lakin sonradan Kərəmin deməsinə görə ona məlum olmuşdur ki, o, sabahı gün göstərilən bölməyə getməmiş və ərizə yazmamışdır. Bundan sonrakı aylar ərzində isə Asəf və Natiq əvvəlki kimi onlardan gizlənməyə başlamışdırlar. 2014-cü ilin təxminən avqust ayında isə Tahirin deməsinə görə ona məlum olmuşdur ki, Natiq «Xətai» metrostansiyasının yaxınlığında Xətai rayon Polis idarəsinin hansısa bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Bununla bağlı bu barədə maraqlandıqda onlara məlum olmuşdur ki, Natiq həqiqətəndə başqa hansısa bir şəxsin şikayət ərizəsi əsasında dələduzluqla bağlı həbs olunmuş və Natiq kimisə texnikomların birinə qəbul etdirmək adı ilə aldadıb pul almış və nəticədə şikayət əsasında tutulmuşdur. Bu səbəbdən də o, Kərəmlə birlikdə Xətai RPİ-nin Müvəqqəti Saxlama Təcridxanasına gəlib Natiq haqqında maraqlandıqda onlara bildirmişlər ki, həmin gün ona həbs etdirmək məqsədi ilə Xətai rayon Prokurorluğuna aparacaqlar. Bununla bağlı o, Kərəmə məsləhət görmüşdür ki, o da, həmin Prokurorluğa gedərək rəsmi qayda da Natiqin barəsində şikayət etsin. Lakin, Kərəm imtina edərək bildirmişdir ki, bu məsələni polissiz həll edərək Natiq həbs olunduqdan sonra özü türmə vasitəsi ilə pullarını ondan geri alacaq. Təxminən 2 aydan sonra isə eşitmişdir ki, Kərəm onun adını hallandıraraq bilmişdir ki, guya pulu Natiqlə Asəfə yox, şəxsən ona vermişdir. Bununla bağlı o, Kərəmlə görüşərək bu barədə ondan soruşmuş, Kərəm isə cavabında bildirmişdir ki, guya belə bir sözləri onun barəsində deməmişdir. Daha sonra isə 2016-cı ilin yaz aylarında, yəni Nurlan Kazımov onun barəsində şikayət etdikdən sonra Kərəm Cəfərov da ondan şikayət edərək bildirmişdir ki, guya ona 26.000 ABŞ dolları miqdarda pul vermişdir, baxmayaraq ki, o, Kərəmdən heç vaxt heç bir miqdarda pul almamışdır. Bununla da, Kərəm Cəfərov onun üstünə şər və böhtan ataraq öz pullarını Natiqlə Asəfin əvəzinə ondan almağa çalışmışdır. Çünki kərəm görmüşdür ki, Natiq tutulub, Asəf yoxdur, ona görə də hesab etmişqdir ki onlardan pul ala bilməyəcək, buna görə də ondan pul tələb etmişdir. Məhkəmə istintaqı zamanı da kərəmin yalanları bir daha üzə çıxdı. Kərəm ifadə verir ki, guya Vəliş pulu götürdü stolunun altındakı süyürməyə qoydu, ayağa durmadan. Qardaşı Rabil ifadə verir ki, Vəliş pulu götürdü durdu ayağa getdi qapının yanındakı dəmir seyfi açdı seyfə qoydu pulları. Kərəm çöldən Sərdar İsmayılova və Şamil Zeynalova təsir göstərir, onların notariat kontoruna aparıb ifadələrini yazılı yazdırır. Halbuki məhkəmədə müəyyən edildi ki, İsmaıl və Şamil ittiham aktındakı ifadələri ilə birə-bir ərizə yazıb notariatda təsdiq ediblər. İsmayıl və Şamildə ittiham aktı nə gəzir, onlar belə yazını necə yaza bilərlər? İsmayıl 10-15 gün əvvəl notariat qaydada yazdığı ifadəsini məhkəmədə təsdiq edə bilmədi. Cinayət işindəki ifadələrində, notariat qaydadakı ərizəsində yazır ki, Tahir də pul veriləndə orada olmuşdur, lakin məhkəmədə sorğu sual ediləndə deyir ki, orada Tahir olmayıb. Kərpəm onu da öyrədib ki, desin ki, pul veriləndə yalnız orada Vəlişin, kərəmin, İsmayılın və Rabilin olmasını məhkəmədə desin ki, pulun Vəlişə verilməsi təsdiq edilsin. Məhkəmə iclasında Natiq ifadə verəndə deyir ki, Kərəmlə Şamil kişi onunla dəmiryol vağzalında görüşüblər, Kərəm ona bildirib ki, 20000 manat pul verib işlə bağlı. Özü də bir neçə dəfə bildirdi ki, kərəm 20000 manat pul verməsini bildirib. Lakin Kərəm yerdən müdaxilə edərək Natiqə istiqamət verdi ki, 26000 dollar desin, bundan sonra Natiq ifadəsini dəyişərək dedi ki, Kərəm ona deyib ki, 26000 dollar verib işə görə, gah da dedi ki, 20000 manat dollara məzənnə ilə 26000 dollar. Tahir məhərrəmov məhkəmə iclasında göstərdi ki, müstəntiq Əli Babayev ondan ifadə alanda ona təsir edib, onu aldadıb ki, guya vəliş onun əlehinə ifadə verib. Buna görə də tahir bildirdi ki, müstəntiq belə dediyi üçün, o da ifadəsini dəyişərək Vəlişin əlehinə ifadə verib. Lakin sonradan bilib ki müstəntiq onu aldadıb, ona görə də məhkəmə iclasında hər şeyi olduğu kimi danışdı. Yəni pulu Tahir götürüb verib Asəfə, Asəfdə verib Natiqə. Bir daha bildirmək istəyir ki, Kərəmin Pereşküldəki tikinti işi ilə bağlı onunla kərəm arasında heç bir söhbət olmayıb, pul alış-verişi olmayıb. Tahir Kərəmi Asəf və Natiqlə tanış edib, Kərəm özü Natiq və Asiflə bu barədə danışıblar, özləri öz aralarında həll ediblər. Həmin iş üzrə onun heç bir təqsiri yoxdur. Bundan əlavə Nazim Novruzovu təxminən 10 ilə yaxın müddətdir ki, ev alqı-satıqısı ilə məşqul olan bir makler kimi tanıyır. Əvvəllər Şahid5 Yasamal rayonu ərazisində olan ofislərdə işləyib, hal-hazırda isə Abşeron rayonu Xırdalan şəhərində yerləşən başqa bir ofisdə makler kimi fəaliyyət göstərir. Belə ki, 2017-ci ilin noyabr ayında Nazim Novruzov ona zəng edərək bildirmişdir ki, onun həyat yoldaşının adına Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən bir bağ evi varıdır və həmin bağlı evinin ətrafındakı 15 sot ölçüyə yaxın torpaq sahəsini özəlləşdirmək istəyir. Bununla da, Şahid5 bu barədə ona bildirməklə həmin məsələnin həllində ona köməklik etməsini xahiş etmişdir. Təxminən 2016-cı ilin əvvəllərində işlədiyi ev alqı-satqısı ofisinə müştəri kimi müraciət etmiş əvvəllər tanımadığı Hüseynov Elçin Yusif oğlu ilə tanış olmuşdur. Daha sonra isə aralarında yaranmış xoş münasibətlər əsasında o, Elçin Hüseynovla yoldaşlıq etməyə başlamışdır. Təqsirləndirilən şəxs2la tanış olduqdan sonra, onun deməsinə görə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 təxminən 1997-2005-ci illər ərzində Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətində hansısa vəzifədə işləmişdir. Həmçinin, Təqsirləndirilən şəxs2 deməsinə görə mənə məlum olmuşdur ki, onun bir nəfər Rauf adlı tanışı istənilən torpaq sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində özəlləşdirilməsi məsələlərini müsbət həll edə bilir. Məhz bu səbəbdən də, Şahid5 ona müraciət etdikdən sonra ona köməklik etmək məqsədi ilə Elçin Hüseynova zəng edərək həmin torpaq sahəsinin özəlləşdirilməsi məsələsini öz tanışının vasitəsi ilə həll edib-etməyə biləcəyi ilə maraqlanmışdır. Təqsirləndirilən şəxs2 da öz tanışı ilə məsləhətləşdikdən sonra bu məsələnin həlli ilə bağlı Şahid5 arvadının adına olan bağ evinin sənədlərinə baxmaq istədiyini bildirmişdir. Bununla bağlı o, bu barədə Şahid5 məlumat verdikdə sonuncu onu Təqsirləndirilən şəxs2la birlikdə Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağ massivinə dəvət etmişdir. Göstərilən ərazidə Şahid5 onları qarşılayıb yuxarıda qeyd olunan həmin bağ evinin ərazisinə gətirmiş və orada əvvəllər tanımadığı, ilk dəfə gördüyü və adını sonradan bildiyi Qasımov Müzəffər Əzim oğlu adlı şəxslə onları görüşdürərək bildirmişdir ki, həmin bağ evi onun arvadının adına olmasına baxmayaraq evin əsas sahibi bilavasitə Müzəffər Qasımovdur. Həmin görüşləri zamanı Elçin Hüseynov göstərilən bağ evinin ətrafındakı torpaq sahəsinə baxış keçirdikdən sonra onların dördü də birlikdə orada yerləşən kafedə əyləşərək nahar edib söhbətləşmişlər. Göstərilən söhbətləri zamanı Zərərçəkmiş şəxs3 özündə olan həmin bağ evinin sənədlərinin, yəni çıxarış və texniki pasportunun surətləri Təqsirləndirilən şəxs2 təqdim etmişdir. Həmçinin, həmin bağ evi hərrac yolu ilə alındığından Zərərçəkmiş şəxs3 hərraca aid olan sənədində surətini Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 həmin əraziyə baxış keçirib göstərilən sənədlərin surətlərini götürdükdən sonra bildirmişdir ki, öz tanışları ilə məsləhətləşib bir neçə günə bir cavab verəcək. Bununla da Təqsirləndirilən şəxs2, Şahid5la və Zərərçəkmiş şəxs3la bir-birinə öz mobil telefon nömrələrini verdikdən sonra həmin görüş və söhbətləri tamamlanmışdır. Təxminən 15 gündən sonra isə Təqsirləndirilən şəxs2 onun mobil telefonuna zəng edib, , həmin məsələ ilə bağlı söhbət etmək üçün Şahid5la Zərərçəkmiş şəxs3 görüşə dəvət etdiyini bildirərək ondan da həmin görüşdə iştirak etməsini xahiş etmişdir. Bununa bağlı o, Təqsirləndirilən şəxs2 dəvəti əsasında Bakı şəhəri Nərimanov rayonunda “Nərimanov” metrostansiyasının üst tərəfində yerləşən parkda olan kafeyə gələrək orada Təqsirləndirilən şəxs2, eləcə də Şahid5 və Zərərçəkmiş şəxs3la görüşüb bir masa arxasında əyləşərək aralarında olan söhbətdə iştirak etmişdir. Həmin söhbət zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Şahid5 arvadının adına olan həmin bağ evinin ətrafındakı torpaq sahəsinin özəlləşdirilməsi üçün həmin məsələni Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində müsbət həll edə biləcək tanışı dövlət rüsumu ilə birlikdə cəmi 18.000 manat miqdarda pul istəyərək həmin özəlləşdirmə məsələsini 1 həftə – 10 gün müddəti ərzində həll edə biləcəyini bildirmişdir. Şahid5 da Zərərçəkmiş şəxs3la birlikdə razılaşaraq bildirmişlər ki, həmin pulları bir neçə gün ərzində vermək imkanındadırlar. Bununla da həmin görüş və söhbətləri tamamlanmışdır. Təxminən 2 gündən sonra isə Təqsirləndirilən şəxs2 ona zəng edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs3 ona zəng edərək pul verməkdən ötrü yenidən “Nərimanov” metrostansiyasının üst tərəfində yerləşən parkda olan kafeyə dəvət etmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs2 dəvəti əsasında onunla birlikdə həmin kafeyə gələrək orada yalnız Zərərçəkmiş şəxs3 özü ilə görüşmüşlər. Həmin görüş zamanı Zərərçəkmiş şəxs3 cibindən 3.000 manat pulu çıxarıb sayaraq Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 isə həmin pulları götürmək istəməyərək bildirmişdir ki, həmin torpağın özəlləşdirilməsi ilə bağlı rüsumları bir dəfəyə köçürmək tələb olunduğundan hissə-hissə ödənişlər etmək mümkün deyildir. Zərərçəkmiş şəxs3 isə yaxın 2-3 gün ərzində qalan pulları da tamlıqla verə biləcəyini bildirərək Təqsirləndirilən şəxs2 xahiş etmişdir ki, hələlik həmin 3.000 manatı götürüb özündə saxlasın. Bu səbəbdən də, Təqsirləndirilən şəxs2 həmin 3.000 manatı Zərərçəkmiş şəxs3 təhvil alaraq götürmüşdür. Təxminən 3-4 gündən sonra isə yenidən Elçin Hüseynovun dəvəti əsasında “Nərimanov” metrostansiyasının üst tərəfində yerləşən parka gəlib orada yaxınlıqda yerləşən digər kafedə onunla və Müzəffər Qasımovla görüşdükdə həmin vaxt Nazim Novruzov da oraya gəlmişdir. Görüşləri zamanı Zərərçəkmiş şəxs3 bildirmişdir ki, hələki 2.000 manat pul toplaya bilib və bir neçə gündən sonra kimdənsə borcunu geri götürəcəyi üçün qalan pullarıda tamlıqla verəcəyini bildirmişdir. Bununla bağlı yenidən Təqsirləndirilən şəxs2 öz iradlarını bildirərək həmin pulları götürmək istəməmiş, lakin Zərərçəkmiş şəxs3 xahiş edib onu əmin etdikdən sonra Təqsirləndirilən şəxs2 həmin 2.000 manatı hamının qarşısında Zərərçəkmiş şəxs3 təhvil alaraq götürmüşdür. Bundan sonrakı günlər ərzində isə Təqsirləndirilən şəxs2 deməsinə görə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs3 məsələni uzadır və hələdə vəd etdiyi pulları tamlıqla ona çatdırmamışdır. Nəticədə də son görüşlərindən təxminən 20-25 gün sonra Elçin Hüseynov ona zəng etmiş, Zərərçəkmiş şəxs3 söhbət etməkdən ötrü onu Bakı şəhəri Yasamal rayonu, “5 mərtəbə” adlanan ərazidə Füzuli küçəsinin baş hissəsində olan “Təndir” kafesinə dəvət etdiyini bildirərək ondan da oraya gəlməyini xahiş etmişdir. Bu səbəbdən də o, Təqsirləndirilən şəxs2 dəvəti əsasında həmin kafeyə gələrək orada onunla, eləcə də Zərərçəkmiş şəxs3 və Nazim Novruzovla görüşmüşdür. Göstərilən kafedə bir masa arxasında oturub söhbətləşərkən Zərərçəkmiş şəxs3 cibindən çıxartıdığı 7.000 manat pulu sayıb Təqsirləndirilən şəxs2 vermək istəyərkən, Təqsirləndirilən şəxs2 yenidən öz iradlarını bildirərək həmin pulları götürmək istəməyərək bildirmişdir ki, əgər onun, yəni Zərərçəkmiş şəxs3 bütün pulları bir dəfəyə verməyə imkanı yoxdursa, onda əvvəlki pulları vermiş olduğu tanışından gedib xahiş edəcək ki, həmin pulları, yəni 5.000 manatı geri qaytarsın və özüdə öz növbəsində həmin 5.000 manatı gətirib Zərərçəkmiş şəxs3 geri qaytaracaqdır. Lakin bu zaman Zərərçəkmiş şəxs3, mütləq şəkildə bir neçə gün ərzində qalan pullarıda verəcəyini bildirərək həmin 7.000 manatı götürməsini Təqsirləndirilən şəxs2 xahiş etmişdir. Həmçinin o da, Şahid5la tanış olduğu üçün bununla bağlı Təqsirləndirilən şəxs2 müraciət edərək xahiş etmişdir ki, Zərərçəkmiş şəxs3 köməklik etsin. Buna görə də, Təqsirləndirilən şəxs2 məcbur olub həmin 7.000 manatı təhvil alaraq Zərərçəkmiş şəxs3 götürmüşdür. Bundan təxminən 10-15 gün sonra isə Nazim Novruzov ona zəng edib, Zərərçəkmiş şəxs3 hələki pul tapa bilmədiyini bildirərək xahiş etmişdir ki, o, hər hansı bir tanışlarından onlar üçün faiz və ya kredit şərtəlri ilə 6.000 manatı borc tapsın ki, onlar həmin pulları Təqsirləndirilən şəxs2 verməklə göstərilən torpağın özəlləşdirmə məsələsini həll edib tamamlaya bilsinlər. Həmçinin, Şahid5 ona bildirmişdir ki, əgər onlar həmin torpaq sahəsini özəlləşdirə bilsələr onda, həmin torpağı girov qoymaqla kreditə 100.000- 150.000 manat miqdarda pul götürə biləcəklər. 2-3 gündən sonra isə o, Təqsirləndirilən şəxs2, Şahid5 və Zərərçəkmiş şəxs3 Bakı şəhəri Yasamal rayonu, “5 mərtəbə” adlanan ərazidə Füzuli küçəsində yerləşən “Qış Parkı” adlanan parkda görüşüb söhbətləşərkən Şahid5 yenidən bu məzmunda söhbət etmişdir. Zərərçəkmiş şəxs3 da ona qoşulub eyni olaraq xahiş etmişdir ki, o, hər hansı bir tanış adamlardan onlar üçün faizlə olsa da, belə 6.000 manat pulu borca tapsın ki, həmin məsələni müsbət həll etsinlər və əvəzində də bunun müqabilində həmin 6.000 manatın üstündə bir aydan sonra əlavə 1.000. manat hörmət ejəcəyini bildirmişdir. Həmin görüşlərdən sonra o, bir neçə tanış və dostlarından maraqlanmış və onların arasından tanışı olan Elgün adlı oğlan bildirmişdir ki, girovsuz borca pul vermir və buna görə də o, zəng edib bu barədə Şahid5 bildirmişdir. Bundan bir neçə gün sonra isə Şahid5 ona zəng edərək bildirmişdir ki, onun bir nəfər tanışı olan şəxs ona köməklik etmək məqsədi ilə özünə məxsus Masazır qəsəbəsində yerləşən 120.000-130.000 manat dəyərində olan fərdi yaşayış evini cəmi 100.000 manata satır və ya kreditə pul götürmək məqsədi ilə girov kimi qoymağa razıdır. Bununla da, Şahid5 bu barədə ona bildirib, həmin evin fotoşəkillərini mobil telefonuna göndərməklə xahiş etmişdir ki, həmin ev üçün alıcı qismində bir müştəri tapsın. O da, öz növbəsində həmin evi müxtəlif adamlara təklif etməklə oraya bir müştəri tapmışdır. Həmin şəxsi ünvana göndərərək Şahid5 vasitəsi ilə göstərilən evə baxış keçirmişdir. Lakin bundan sonra həmin müştəri göstərilən evi 100.000 manata almağa hazır olsa da, göstərilən evin sahibi və Şahid5 tanışı olan tanımadığı şəxs evi satmaqdan imtina etmişdir. Buna görə də həmin evin alqı-satqısı baş tutmamışdır. Beləliklə də, Şahid5 və Zərərçəkmiş şəxs3 heç bir yollarla əlavə pul əldə bilmədiklərinə görə Təqsirləndirilən şəxs2 müraciət edərək əvvəl vermiş olduqları cəmi 12.000 manatlarını geri tələb etməyə başlamışlar. Bu kimi məzmunda olan söhbətlərdə iştirak edərkən Elçin Hüseynovun deməsinə görə məlum olmuşdur ki, onun tanışı, yəni həmin torpaq sahəsinin özəlləşdirilməsi məsələsində vasitəçilik edən şəxsin adı Raufdur. Belə ki, Şahid5la Zərərçəkmiş şəxs3 pulları geri tələb etməyə başladıqdan sonra Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onlardan almış olduğu 12.000 manatı tamlıqla həmin Rauf adlı şəxsə vermiş və buna görə də məhz Raufdan da geri aldıqdan sonra onlara geri qaytara biləcək. Daha sonra isə Təqsirləndirilən şəxs2 deməsinə görə ona məlum olmuşdur ki, onunla həmin Rauf adlı şəxsin aralarında problemlər baş vermiş və nəticədə də Rauf pulları geri qaytarmayaraq onunla görüşməkdən yayınır. Bu səbəbdən də, sonradan Təqsirləndirilən şəxs2la Zərərçəkmiş şəxs3 və Şahid5 aralarında həmin pul tələbi ilə bağlı mübahisələr yaranmışdır. Bununla əlaqədar, Təqsirləndirilən şəxs2 ona müraciət edərək bildirmişdir ki, həmin pulları geri qaytarması üçün ona bir qədər vaxt lazımdır, lakin Şahid5la Zərərçəkmiş şəxs3 əvvəllcədən tanımadığı üçün onlara müraciət edib möhlət ala bilmir. Bununla da, Təqsirləndirilən şəxs2 ondan xahiş etmişdir ki, hər ikisi də Şahid5 və Zərərçəkmiş şəxs3 bildirsinlər ki, guya o, yəni Təqsirləndirilən şəxs2 həmin 12.000 manatı ona (Təqsirləndirilən şəxs1) vermişdir ki, həmin torpağın özəlləşdirmə məsələsi ilə özü məşqul olsun. O da, Təqsirləndirilən şəxs2la dostluq etdiyi üçün onunla razılaşmış və ona kömək edib vaxt udmaq məqsədi ilə növbəti görüşləri zamanı Şahid5la Zərərçəkmiş şəxs3 yalandan bildirmişdir ki, guya onlardan alınmış həmin 12.000 manatı Təqsirləndirilən şəxs2 tamlıqla ona vermişdir. Bununla da o, bir neçə gün möhlət almağa nail ola bilmişdir. Lakin sonrakı günlər ərzində Təqsirləndirilən şəxs2 pul tapıb geri qaytara bilmədiyi üçün Zərərçəkmiş şəxs3 gedib onunla Təqsirləndirilən şəxs2 barələrində Yasamal RPİ-nin 27-ci Polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhz buna görə də o, Polis bölməsində izahat verərkən məcbur olub Təqsirləndirilən şəxs2 köməklik etmək məqsədi ilə eyni olaraq yalandan bildirmişdir ki, guya Zərərçəkmiş şəxs3 götürülmüş 12.000 manatı Təqsirləndirilən şəxs2 sonradan ona vermişdir. Bundan sonra isə, yəni 29 mart 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 7.000 manat miqdarda olan pulları toplaya bildiyi üçün o, Təqsirləndirilən şəxs2la birlikdə gedib, Şahid5la görüşərək həmin pulları Şahid5 təhvil vermişlər və Təqsirləndirilən şəxs2 söz vermişdir ki, növbəti bir həftə ərzində qalan 5.000 manatı da Şahid5 geri qaytaracaq. Bununla da bağlı Şahid5 onun və Təqsirləndirilən şəxs2 iştirakları ilə özü dəsti xətti ilə iltizam yazaraq ona vermişdir. Belə ki, həmin görüşləri zamanı Müzəffərdə orada iştirak etmiş və o, ilk növbədə Zərərçəkmiş şəxs3 təklif etmişdir ki, həmin 7.000 manatı öz aralarında təhvil-təslim etməkdən ötrü birlikdə gedib Notariat Kontorunda müqavilə bağlasınlar. Müzəffər isə bildirmişdir ki, onun şəxsiyyət vəsiqəsi üstündə olmadığı üçün notariusda müqavilə tərəfdaşı kimi çıxış edib imzalaya bilməyəcək. Həmin vaxt Müzəffər göstərilən pulların təhvil-təslimi ilə bağlı Yasamal rayon Polis idarəsinə getməyi ona təklif etsə də, o, razılaşmayaraq bildirmişdir ki, ona pulları Polisdə verməyib ki, eyni olaraq Polisdə də geri təhvil alsın. Buna görə də, həmin söhbətə Nazim qarışaraq bildirmişdir ki, özü həmin pulları təhvil alıb götürərək lazımı qəbzi yazıb verəcək. Bununla da aralarında əldə olunmuş razılığa əsasən Nazim özü dəsti xətti ilə qəbz yazaraq bildirmişdir ki, məhz həmin daşınmaz əmlakın sənədləşdirilməsi ilə bağlı Elçinə və ona verilmiş 12.000 manatın 7.000 manatını geri təhvil almışdır. Nazim Novruzov məhkəmə iclasında da təsdiq etdi ki, həmin 7000 manat pul onlardan alınmış 12000 manat görə Müzəffərə qaytarılmalı olan puldur. Yəni 12000 manatın 7000 manatı artıq qaytarılıb. Qalan pulu da, yəni 5000 manatı da məhkəmə gedişində Elçin Hüseynov özü Müzəffərə ödəmişdir. Ona görə də Müzəffər Qasımova heç bir borc qalmamışdır. Cinayət işində Təqsirləndirilən şəxs1 qarşı verilmiş ittihamın Kərəm Cəfərova aid hissəsi üzrə olan materiallarına əsasən cinayət işinin başlanması əvvəllər 4 dəfə rədd edilib. 1-ci dəfə xx.xx.2016-cı ildə Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı cinayət işi başlanması rədd edilib (Müstəntiq A.Əliyev) (cild - 1, səhifə - 23) Sonradan xx.xx.2016-ci il tarixdə həmin cinayət işi başlanmasının rədd edilməsinə dair qərar ləğv edilib (cild - 1, səhifə - 31) 2-ci dəfə xx.xx.2016-cı ildə Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı cinayət işi başlanması rədd edilib (müstəntiq F.Əlizadə) (cild - 1, səhifə - 37) Sonradan xx.xx.2016-ci il tarixdə həmin cinayət işi başlanmasının rədd edilməsinə dair qərar ləğv edilib ləğv edilib (cild - 1, səhifə - 44) 3-cü dəfə xx.xx.2017-cı ildə Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı cinayət işi başlanması rədd edilib (müstəntiq A.Əliyev) (cild - 1, səhifə - 53) xx.xx.2017-ci il tarixdə həmin cinayət işi başlanmasının rədd edilməsinə dair qərar ləğv edilib ləğv edilib (cild - 1, səhifə - 62) 4-cü dəfə xx.xx.2017-cı ildə Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı cinayət işi başlanması rədd edilib (müstəntiq A.Əliyev) (cild - 1, səhifə - 64) xx.xx.2017-ci il tarixdə həmin cinayət işi başlanmasının rədd edilməsinə dair qərar ləğv edilib ləğv edilib (cild - 1, səhifə - 1) Hər dəfə eyni şəxslərin izahatları alınmış, lan Vəliş Hüseynovun təqsiri sübuta yetmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir, lakin sonuncu dəfə müstəntiq Ə.Babayev Tahir Məhərrəmovun Vəliş Hüseynovun əlehinə ifadə verməsinə istinadən Təqsirləndirilən şəxs1 ittiham irəli sürmüşdür. Belə ki, Tahir Məhərrəmov Ə.Babayevə xx.xx.2018-ci ildə verdiyi ifadəsi əvvəlki ifadələrindən və məhkəmədə verdiyi ifadəsindən fərqli olur.. Müstəntiq Tahir Məhərrəmovu şahid kimi xx.xx.2018-ci ildə dindirmək barədə protokol tərtib edib. Protokolda Şahid3 heç bir ifadə vermədən, ona sual verməklə dindirmə başlayıb. Müstəntiqin ilk sualı bundan ibarət olub ki: əvvəlki müstəntiq Asif Əliyev tərəfindən aparılmış ilkin araşdırma zamanı vermiş olduğunuz izahatınızı bir daha təsdiq edirsinizmi? Belə bir vəziyyətdə Şahid3 da heç bir sərbəst ifadə vermədən, cinayət işi ilə tanış olmadan (şahidin belə bir hüququ da yoxdur, iş materiallarına əsasən tanış olması barədə qeyd də yoxdur), Kərəm Cəfərovun ifadəsi ilə tanış olmadan, sərbəst ifadə vermədən, birbaşa suala cavab verərək göstərir ki: “baş vermiş hadisə məhz Cəfərov Kərəm Cəfərxan oğlunun göstərdiyi qaydada və halda baş vermişdir”. Bununla bağlı məhkəmə qeyd edir ki, Şahid3 cəzaçəkmə müəssisəsində dindirilir, o, cəza çəkir, ətraf mühitdən, azadlıqdan mərhum edilmiş şəxsdir. Cəfər Kərəmovun hadisənin hansı qaydada və necə baş verməsi barədə göstərdiklərini Şahid3 hardan bilə bilərdi ki, suala cavabında da belə qeyd edir? Şahid3 ifadəsində həmçinin göstərir ki, guya Vəlişin xahişi ilə Asəfdən xahiş etmişdir ki, iltizam yazsın ki, guya pulu Kərəmdən götürüb Natiqə verib, ona görə də Asəf belə yazıb. Tahir Məhərrəmovla Kərəm Cəfərovun xx.xx.2018-ci il tarixli üzləşməsində də Tahir ifadəsini dəyişir. (cild 4, səh 115) Tairlə Vəliş üzləşmədə də Tahir ifadəsini dəyişir (cild 4, səh 200) Lakin Şahid3 məhkəmə iclasında bir daha təsdiq etdi ki, iş üzrə ilkin dövrlərdə verdiyi ifadəsi və məhkəmədə verdiyi ifadəsi düzgündür. Belə ki, həmin ifadəyə əsasən tikinti məsələsini Vəlişin ofisində Natiq Tağıyevlə Kərəm Cəfərov öz aralarında danışıb, razılaşdırıblar, pul verilən anda Natiq telefonla danışa-danışa çölə çıxıb, Tahir də həmin pulu götürüb verib Asifə, Asifdə puklu götürüb Natiqlə çıxıb birlikdə gediblər. Bununla da müstəntiq işi qərəzli aparmış, şahid Tahir Məhərrəmova təsir edərək Vəliş Hüseynovun əlehinə ifadə verməyə məcbur edib, buna nail olub. Belə ki, Şahid3 müstəntiq Ə.Babayev tərəfindən dindirilənədək bir neçə dəfə ifadə verib, müxitəlfi müstəntiqlərə ifadə verib, ifadələri də eyni olub. Lakin Ə.Babayevə ifadə verəndə ifadəsi dəyişib, məhkəmə istintaqında da yenə də əvvəlki verdiyi ifadələrin düzgün olduğunu, iş üzrə ilkin ifadəsinə uyğun ifadə vermişdir. Həmçinin müstəntiq təqsirləndirilən şəxs kimi cəlb etmədiyi təqdirdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 epizodu üzrə Vəliş Hüseynova ziyan ödətdirib. Arif Kərimovu Vəliş Hüseynovun əlehinə ifadə verməyə məcbur edir, bu barədə Şahid8 dövlət orqanlarına şikayətləri mövcuddur. Cinayət işi üzrə hadisənin birbaşa iştirakçısı olmuş Rabil Cəfərovla, zərərçəkmiş Kərəm Cəfərovun, İsmayıl Sərdarovun ifadələri biri birini tamamlamır, biri birinə zidiyyət təşkil edir. Belə ki, Kərəm Cəfərov ifadəsindəsində göstərir ki, o pulu Vəliş Hüseynova verib, Vəliş də pulu sayıb, oturduğu stolun altındakı siyirməni açıb pulları həmin siyirməyə qoydu. Vəliş pulu seyfə qoymamışdır. Lakin C.Kərəmovun həmin ifadəsindən fərqli olaraq Rabil Cəfərov göstərir ki, Vəliş pulu götürdü, durdu ayağı getdi qapıya tərəf, qapının yanında olan dəmir seyfi açıb, pulları seyfə qoydu. İsmayıl Sərdarov məhkəmədə sərbəst ifadə verir ki Natiq, Asəf, Tahir pulun verilməsi zamanı Vəlişin ofisində olmayıb. Lakin iş materiallarındakı istintaqa verdiyi ifadəsində göstərir ki, pulun Vəlişə verilməsinin şahidi Tahir məhərrəmov da olmuşdur. Bundan əlavə Sərdarov İsmayıl şahid olduğu üçün, onun məhkəmədə dindirilməzdən 20 gün əvvəl xx.xx.2018-cu il tarixdə Bakı şəhər 39 saylı notariat kontorunda təsdiq edərək məhkəməyə ünvanladığı ərizəsində, məhkəmə istintaqındakı ifadəsində də göstərir ki, Vəlişlə Kərəm xx.xx.2014-cü ildə ofisdə tikinti barədə söhbət ediblər, razılaşıblar xx.xx.2014-cü ildə Vəlişin ofisində Vəlişlə Kərəmin tikinti barədə razılaşması barədə ifadəni Kərəm Cəfərov və Rabil cəfərov da verir. Lakin həmin ifadələrdən fərqli olaraq Vəliş Hüseynov Tahir Məhərrəmov, hətta NatiqTağıyev də ifadəsində göstərir ki, ofisdə Pirəküşküldəki hərbi hissədəki tikinti barədə söhbət Natiqlə Kərəm arasında olub Natiq Tağıyev bu barədə bildirir ki, təxminən 5 dəqiqə Kərəmlə bu barədə söhbət ediblər, işi necə, nə cür görməyi müzakirə ediblər. Vəliş həmin vaxtı onların söhbətinə qarışmayıb, heç kimin tərəfindən söhbətdə iştirak etməmişdir. Bundan əlavə cinayət işi üzrə Natiq Tağıyev dindirilərkən Vəliş Hüseynov Şahid4 sual verir ki, əgər Natiq Kərəmlə müqavilə bağlamayacdısa, Kərəmdən pul götürməyəcəkdisə, onda Vəlişin ofisinə Natiq nəyə gəlmişdi, orada nə işi var idi? Natiq Tağıyev bu suala cavab verə bilməmişdir. Bundan əlavə Vəliş Hüseynov Şahid4 sual verir ki, tikintini Natiq tapıb, ora kimisə cəlb etmək Natiqlik idisə, Natiq bu barədə Kərəmlə danışırdısa, onda Kərəm Vəlişə niyə pul verilməli idi? Natiq Tağıyev bu suala da cavab verə bilmədi. Natiq Tağıyev məhkəmədə ifadə verir ki, Dəmiryol vağzılanda görüşənə qədər bilmirdi ki, Vəliş onun adından Kərəmdən pul alıb. Vağzalda Şamil və Kərəmlə görüşüb, Kərəm deyib ki Vəlişə 20000 manat pul verib. İfadəsində iki dəfə, bir neçə dəqiqədən sonra da səsləndirir ki, 20000 manat pul verilib. Lakin Kərəmin yerdən müdaxiləsindən sonra deyir ki, 26000 dollar 20000 manat hesabı ilə. Sonra yenə çaşır deyir ki, 20000 manat dolların kursu ilə 26000 dollar verdiyini Kərəm deyib. Natiq Tağıyev deyir ki həmin işlə bağlı Kərəmin pul məsələsi ilə bağlı onu heç kim narahat etməyib, yalnız Şamildən bunu eşidib, görüş təyin edib Vağzalda görüşüblər. Və bundan sonra Kərəmlə və Şamillə Dəmiryol vağzalında görüşəndə Kərəm ona deyib ki, Vəlişə pul verib. Kərəmə pul atıblar, pulunu qaytarmırlar. Kərəmin pulunun qaytarılması ilə bağlı ona həmin vaxtadək heç kim müraciət etməyib. Vəkil Vüqar Tumasovun sualına Şahid4 cavab verir ki, əvvəllər istifadəsində olan telefon 203-20-72 olub. vəkil soruşur ki, neçəynən olubdur, Natiq cavab verir ki, 055-lə. Bu nömrəyə 1 dəfə kərəm kişi Şamilnən zəng edib. 1 dəfə də anamış rəhbətə getməsi ilə bağlı zəng edib başsağlığı verib. Lakin iş materiallarında olan şəxsin əlaqə məlumatları barədə elektron sistemdən çıxarışa əsasən Natiq Tağıyevin istifadəsində olmuş telefon nömrəsi ***- ***-**-** kimi olmuşdur. Natiq Tağıyev ifadəsində hansısa səbəbdən 203-20-72 saylı telefonun operatorunu 055 kimi göstərir. Lakin iş materiallarında olan Natiq Tağıyevin adına olan telefon nömrələrinə əsasən onun 203-20-72 saylı nömrəsi 070-lə olmuşdur, yəni ***-***-**-** olmuşdur. Bu hal Natiq Tağıyevin ifadəsinin səmimi olmadığını, onun telefon əlaqələrinin müəyyən edilə bilməməsində çətinlik yaratmaq məqsədinə dəlalət edir. Natiq Tağıyev ifadə verir ki, Vəlişin onunla telefon əlaqəsi olmayıb. Göstərir ki, Kərəmlə cəmi 2 dəfə telefon əlaqəsi olub. Həmçinin deyir ki, Vəlişin Kərəmdən pul alması barədə məlumatı Şamil kişi ona zəng edib bildirib, Vağzalda görüşdə ona deyiblər. O vaxta qədər bu barədə məlumatı olmayıb. Vağxaldakı görüşdən sonra Vəlişlə görüşüb bu barədə söhbət etmək istəyib, lakin axşam olduğu üçün görüşməyib. Göstərir ki Tahirlə onun əlaqəsi olmayıb. Natiq Tabıyevin ifadəsminin bu hissəsi ilə əlaqədar iş materiallarında olan müdafiə tərəfinin vəsatəti əsasında əldə edilmiş Azərfon MMC-nin xx.xx.2019-cu il tarixli məktubu ilə məhkəməyə ünvanlanmış telefon danışıqları barədə məlumatlara əsasən aşağıdakılar müəyyən edilir: Asəf Seyidovun istifadəsində olmuş ********** saylı nömrədən Natiq Tağıyevin istifadəsində olmuş ********** saylı nömrəyə göndərilmiş SMS-ləri mətni xx.xx.2014-cü ildə saat 22:14:21 radələrində: Keremle daniş xx-xx-2014-cu ildə saat 23:30:01 radələrində: Danişdinsa mene yaz xx-xx-2014 10:13:15: Təcili xx-xx-2014 14:22:26: Kerem şikayet etmeye gedir xx-xx-2014 14:26:03: Meni niye poxa salirsan ac ….. xx-xx-2014 14:33:15: razborkaya gelirler ac xx-xx-2014 11:41:42: Kerim meni cagirir xx-xx-2014 20:40:29: Tahir Fizuli burda telefonu ac ayibdi xx-xx-2014 22:13:40: Veli poxu poxa qatir xx-xx-2014 20:28:32: Veli adresi axtarir xx-xx-2014 23:04:55: Ceferov Kerem Ceferqulu o xx-xx-2014 19:19:07: Otublar burda seni axtarirlar xx-xx-2014 19:39:55: Men iltizam yaziram verim seni de minecem Həmin SMS-lər tərəflərin aralarında yaranmış mübahisə ilə əlaqədardır. Bundan əlavə Natiq Tağıyevin istifadəsində olmuş 702032072 telefondan Kərəm Cəfərovun istifadəsində olmuş ********** saylı nömrəyə 2014/08/28 17:46:43 tarixdə və vaxtda zəng edilmiş, 78 saniyə danışıq aparılmışdır. Daha sonra 2014/08/28 21:20:29 tarixdə və saatda 120 saniyə danışıq aparılıb xx/xx/2014 22:43 tarixdə Kərəm Cəfərovun istifadəsində olmuş ********** nömrədən Asəf Seyidovun istifadəsində olmuş ********** nömrəyə zəng edilərə 75 saniyə danışıq aparılmışdır. xx/xx/2014 16:09 tarixdə Kərəm Cəfərovun istifadəsində olmuş ********** nömrədən Natiq Tağıyevin istifadəsində olmuş ********** nömrəyə zəng edilərə 30 saniyə danışıq aparılmışdır. Beləliklə sadalanan şahid ifadələri arasında zidiyyət aşağıdakılardan ibarətdir. Həmin şahidlər məhz hadisənin birbaşa iştirakçılarıdır, ifadələr hadisələrin biri-birini aşağıdakı mühüm əhəmiyyət kəsb edən hallarda tamamlamır.

1. Pulun məbləği barədə. Tahir Məhərrəmovun ifadəsində, Natiq Tağıyevin sərbəst iradəsinə əsasən verdiyi ifadəsində, Vəliş Hüseynovun ifadəsində pulun 20000 manat olduğu göstərilir. Bundan fərqli olaraq Kərəm Cəfərov, Rabil cəfərov, Sərdarov İsmayıl pulun 26000 ABŞ dolları olduğunu qeyd edirlər.

2. Pulun kimə verilməsi və hara qoyulması, orada kimlərin olması barədə. Kərəm Cəfərov ifadəsindəsində göstərir ki, o pulu Vəliş Hüseynova verib, Vəliş də pulu sayıb, oturduğu stolun altındakı siyirməni açıb pulları həmin siyirməyə qoydu. Vəliş pulu seyfə qoymamışdır. Lakin C.Kərəmovun həmin ifadəsindən fərqli olaraq Rabil Cəfərov göstərir ki, Vəliş pulu götürdü, durdu ayağı getdi qapıya tərəf, qapının yanında olan dəmir seyfi açıb, pulları seyfə qoydu. İsmayıl Sərdarov məhkəmədə sərbəst ifadə verir ki, Natiq, Asəf, Tahir pulun verilməsi zamanı Vəlişin ofisində olmayıb. Lakin iş materiallarındakı istintaqa verdiyi ifadəsində göstərir ki, pulun Vəlişə verilməsinin şahidi Tahir Məhərrəmov da olmuşdur.

3. Tikinti işinin Kərəm Cəfərovun kimlə söhbət etməsi və razılaşması barədə. Natiq Tağıyev göstərir ki, xx.xx.2014-cü ildə Vəlişin ofisində Kərəm Cəfərovla 5 dəqiqəlik iş barədə söhbəti olub. Həmin vaxtı tikinti barədə söhbət yalnız Kərəm və natiq arasında olub. Vəliş həmin söhbətdə heç kimin tərəfindən iştirak etməyib, tikinti ilə bağlı Kərəmlə söhbət etməyib. Bu halı Tahir Məhərrəmov, Vəliş Hüseynov da təsdiq edir. Kərəm Cəfərov da tikinti barədə Natiq Tağıyevlə söhbəti olmasını inkar etmir. Kərəm Cəfərov özu tikinti barədə Natiq Tağıyevlə söhbət etməsini inkar etməsə də, şahid Sərdarov İsmayıl bunu inkar edir. Göstərir ki sonra ora 2 nəfər gədi, nədənsə söhbət edib getdilər.

4. Pulun kimə verilməsi barədə. İş üzrə yazılı sənədlər aşağıdakılardan ibarət olmuşdur. Belə ki, iş materiallarında olan Seyidov Asəf Rza oğlunun xx.xx.2014-cü ildə öz xətti ilə yazdığı iltizamda göstərmişdir ki, Məhərrəmov Tahir Məhərrəm oğlundan aldığı 20000 manat pulu Natiq Tağıyevə verib iş üçün (sənədin əsli cild 4, səhifə 177). İş materiallarında olan Məhərrəmov Tahir Məhərrəm oğlunun öz xətti ilə yazdığı xx.xx.2016-cı il tarixli iltizamda göstərir ki, Kərəm adlı şəxslə vəlişin ofisində tanış olub. Kərəmi Natiq və Asəflə o tanış edib. Natiq Kərəmlə görüşüb Pirəküşküldə tikinti barədə razılaşıblar. Həmin günün səhəri günü Kərəm, qardaşı və dostu ilə birlikdə Vəlişin ofisində Natiq və Asəf görüşüb. Natiq və Kərəm tikinti ilə bağlı rəsmi müqavilə bağlayıblar. Hər ikisi müqaviləni imzalayıb. Kərəm bundan sonra 20000 manat pulu sayaraq masanın üstünə qoydu. Həmin anda Natin telefonla danışdığı üçün pulu Tahir götürüb Asəfə verib. Həmin puldan Tahirə və Vəlişə heç bir məbləğ verilməyib. Buna görə də Tahir Asəfdən bu barədə iltizam alıb (cild 4, səh 178). Məhkəmə qeyd edir ki, həmin iltizamların həqiqətən də iltizamı yazmış şəxslər tərəfindən imzalanmasına şübhə yoxdur. Çünki iş materiallarında olan məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2018-ci il tarixli rəyi ilə təsdiq edilir ki, Seyidov Asəf Rza oğlunun xx.xx.2014-cü il tarixdə yazdığı itizam SEYİDOV ASƏF RZA OĞLU tərəfindən yazılmış və imzalanmışdır. Həmçinin Tahir Məhərrəmov tərəfindən yazılmış xx.xx.2016-cı il tarixli iltizam MƏHƏRRƏMOV TAHİR MƏHƏRRƏM OĞLU tərəfindən yazılmış və imzalanmışdır (cild 5, səh 181). Bundan əlavə Asəf Seyidovun istifadəsində olmuş ********** saylı nömrədən Natiq Tağıyevin istifadəsində olmuş ********** saylı nömrəyə göndərilmiş SMS-də də “iltizam” yazdığını bildirmişdir. Qeyd edilən ziddiyyətli hallar təqsirləndirilən şəxsin ziyanına yox, onun xeyrinə həll edilməlidir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərəçəkən, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri arasındakı zidiyyətlər, Şahid3 və A.Seyidovun yazdıqları iltizamlardan başqa digər sübutların mövcud olmaması, bu sübutların isə Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün kifayət etmədiyindən, hazırkı cinayət işi üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirəsi sübutlar mövcud olmadığından, sübutlar kifayət etmir. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin zərərçəkmiş və şahidlərin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxslər kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin həqiqətə uyğun olması, ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs qarşı ifadə vermiş şəxslər zərərçəkmiş Kərəm Cəfərov və şahid Rabil Cəfərov qardaşdırlar, şahid İsmayıl Sərdarov zərərçəkmiş Zərərçəkmiş şəxs2 yaxın tanışıdır. Natiq Tağıyev məhkəmədə Zərərçəkmiş şəxs2 müdaxiləsindən sonra ifadəsini dəyişir, verilən pulun məbləğini əvvəl manatla ifadə edirdisə, sonra məbləği dollarla ifadə etmək istəyir. Şahid4 bildirir ki, Kərəmin Vəlişə pul verməsini yalnız 2014-cü ilin dekabr ayında vağzalda Kərəm və Şamillə görüşdükdən sonra bilmişdir. Lakin iş üzrə digər şahidlər bildirir ki, yaranmış problem barədə Şahid4 xəbərdar edilib. Həmçinin telefon yazışmaları ilə də müəyyən edilir ki, Asəf Seyidov Şahid4 əvvəllər dəfələrlə bu barədə xəbərdar edib. Həmçinin iş üzrə görünür ki, həmin ifadələr nəinki zidiyyətlidir, ümumiyyətlə həqiqətə uyğun deyildir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan təqsirləndirilən şəxsin, şahidin və zərərçəkmişin ifadələrindən, həmin ifadələrdən zərərçəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmçinin iş üzrə Şahid3 və A.Seyidov tərəfindən yazılmış iltizamlar da nəzərə alınmaqla, pulun məzh Vəliş Hüseynova verilməsinə dair sübutlar, pulun məbləğinə dair sübutlar zidiyyətli olduğundan, həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi, iltizamlara əhəmiyyət verilməməsi CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı Zərərçəkmiş şəxs2 epizodu üzrə irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən həmin cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Ona görə də Hüseynov Vəliş Qabil oğlunun özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qonşusu olmuş Cəfərov Kərəm Cəfərxan oğlunun hər hansı bir böyük tikinti layihəsi üzrə iş icraçısı kimi iştirak etməklə gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya Abşeron rayonu Pirəküşkül qəsəbəsində inşa edilməli olan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinə aid hər birinin ölçüsü 1.700 kvadrat metr təşkil edəcək 50 ədəd yataqxanaların tikintisi üzrə onu iş icraçısı kimi təyin etdirəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 30 iyul 2014-cü il tarixdə işlədiyi Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi 59 saylı ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəsində Kərəm Cəfərovdan 26.000 ABŞ dolları milli pul ekvivalenti ilə 20.389 manat 20 qəpik məbləğində nağd pul vəsaitini alaraq ələ keçirmiş və götürdüyü pulların müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Cəfərov Kərəm Cəfərxan oğluna 20.389 manat 20 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi ilə əlaqədar hissədə irəli sürülmüş ittiham üzrə Hüseynov Vəliş Qabil oğluun təqsiri sübuta yetirilmədiyindən, o həmin fakt üzrə təqsirsiz bilinib, ona bəraət verilməlidir. Bununla belə məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadələrinə, zərər çəkmiş şəxslərdən Nurlan Kazımov və Müzəffər Qazımovun və şahidlər Nazim Novruzovun, Müşfiq Mirturabovun, Camal Əliyevin, Babək Ataməliyevin, Arif kərimovun, Rusif Novruzovun, Seymur İbadovun ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, zərərçəkmişlər Nurlan Kazımova və Müzəffər Qasımova dair epizodlar üzrə cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Həmçinin məhkəmə bir daha qeyd edir ki, cinayət işi üzrə vurulmuş ziyanın məbləği, əməlin törədildiyi zaman vurulmuş ziyanın məbləği kimi götürülür. Cinayət işi üzrə vurulmuş ziyanın məbləği manata məzənnə ilə müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasında alqı-satqı manatla həyata keçirilir. Qeyd edilənlərə əsasən əməlin törədildiyi zaman, həmçinin ittiham aktındakı dəyərləndirməyə görə də 2000 ABŞ dolları 1.569,6 manat hesab edildiyindən, əməlin törədildiyi zaman vurulmuş ziyanın məbləği də 19000 ABŞ dolanına münasibətdə 14.911 manat 20 qəpiyə münasibətdə müəyyən edilməlidir. Həmçinin İttiham aktına əsasən də vurulmuş ziyan manatla hesablanmışdır. Yəni Vəliş Hüseynov Nurlan Kazımova ABŞ dolları ilə pulu qaytarmamalıdır. Əməlin törədildiyi zaman dolların manata məzənnəsi ilə vurulmuş ziyanın məbləği müəyyən edilmişdir, həmin məbləğ nə qədər edirsə, həmin manat miqdarında da ziyan vurulmuşdur və Vəliş Hüseynov Nurlan Kazımova həmin manata münasibətdə ziyanın məbləğini qaytarmalıdır. Məhz ittiham aktında da qaraj alqı-satqısına görə 13950 ABŞ dollarına münasibətdə ziyanın məbləği də buna görə 10947 manat 96 qəpik göstərilmişdir. Buna görə də Vəliş Hüseynovun zərərçəkmiş Nurlan Kazımova qarşı qızıl-zinyət əşyaları ilə bağlı hissədə verilmiş ittiham üzrə dələduzluq əməli nəticəsində vurulmuş ziyan ittiham aktında düzgün göstərilməmişdir. Belə ki, yuxarıda göstərildjiyi kimi ittiham aktında qızıl-zinyət əşyalarının dəyəri ekspertiza rəyi ilə hesablanması düzgün olmamışdır. Qızıl zinyət əşyalarının (2 ədəd qarniturun) həmin vaxtı dəyəri olan 19000 ABŞ dollarından 2000 ABŞ dolları alqı-saqtı zamanı qaytarılmışdır. Yerdə qalır 17000 ABŞ dolları, yəni Azərbaycan manatına məzənnə ilə 13341 manat 60 qəpik təşkil etmişdir. Həmin məbləğdən də 5200 manatının qaytarıldığı təsdiq edilir. Belə olduğu təqdirdə qızıllara görə Vəliş Hüseynovun Nurlan Kazımova 8141 manat 60 qəpik ziyan vurduğu müəyyən edilir və qaytarılmalı məbləğ həmin miqdarda olmalıdır. Ona görə də həmin epizodlar üzrə verilmiş ittiham qaraj alqı-satqısına görə 10947 manat 96 qəpik, qızıl zinyət əşyalarına görə 8141 manat 60 qəpik təşkil edir, dələduzluq əməli həmin məbləğlərə münasibətdə törədilmişdir. Göstərilənlərə əsasən 8141,60 manat və 10947,96 manat müqabilində, yəni cəmi 19089,56 manat Vəliş Hüseynovun vurduğu ziyana görə cinayət işi üzrə Müşfiq Mirturabov tərəfindən, cinayət işinə əlavə edilmiş protokola əsasən 30000 manat pul Nurlan Kazımova qaytarılmışdır. Bununla da Vəliş Hüseynovun Nurlan Kazımova qarşı törətdiyi dələduzluq əməli nəticəsində vurulmuş ziyandan da artıq məbləğdə pul, yəni 10910 manat 44 qəpik artıq məbləğdə pul M.Mirturabov tərəfindən zərərçəkən Nurlan Kazımova ödənilmişdir. Belə olduğu təqdirdə Vəliş Hüseynovun dələduzluq əməli nəticəsində, həmin ziyana görə Müşfiq Mirturabovun üzərinə Nurlan Kaızmova əlavə olaraq 32000 manat pul ödənilməsi öhdəliyi qoyula bilməz. Həmin xx.xx.2017-ci il tarixli kredit müqaviləsi həm müqavilə bağlanarkən, real icra edilməmişdir, yəni borc verən kimi Zərərçəkmiş şəxs1 tərəfindən borc alan kimi M.Mirturabova 32000 manat borc pul verilməmişdir. Həm də məhkəmədə artıq müəyyən edilir ki, vurulmuş ziyan məbləğində də artıq məbləğ zərərçəkənə ödənilmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, vurulmuş zərərin məbləği ittiham aktında düzgün müəyyən edilməməsi, hər bir halda Vəliş Hüseynova qarşı verilmiş ittihamda təqsirli bilindiyi CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin tövsifinə təsir etmir. Həmçinin Vəliş Hüseynovun və Elçin Hüseynovun zərərçəkmiş Müzəffər Qasımova qarşı 12000 manat dəyərində dələduzluq əməlinə görə vurulmuş ziyanın tam şəkildə onlar tərəfindən geri qaytarılması müəyyən edildi. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materialları ilə sübut olunur ki, Nurlan Kazımova və Müzəffər Qasımova qarşı edilmiş dələduzluq nəticəsində vurulmuş ziyan tamamilə ödənilmişdir. İş materiallarına əsasən təqsirləndirilən şəxs Vəliş Hüseynov evli olmaqla himayəsində 3 uşağı vardır. Həmçinin təqsirləndirilən şəxs Elçin Hüseynov da ailəlidir. Məhkəmə təqsirləndirilən şəxslərin ilk dəfə cinayət törətməsini, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 dəymiş ziyanın tam ödənilməsini, təqsirləndirilən şəxslərin evli olmasını, Vəliş Hüseynovun 3 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs Hüseynov Vəliş Qabil oğlu xx.xx.2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2017-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sonradan o, xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir, hazırkı vaxtadək. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 11 ay 24 gün həbsdə olmuşdur. Təqsirləndirilən şəxs Hüseynov Elçin Yusif oğlu xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2018-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı onun barəsində xx.xx.2018-ci il tarixədək “ev dustağlığı” qətimkan tədbiri seçilmişdir, xx.xx.2019-cu il tarixli qərarla “ev dustaqlığının” müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır, hazırkı vaxtadək o, ev dustaqlığındadır. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 11 ay 22 gün həbsdə və ev dustağlığında olmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxs Hüseynov Vəliş Qabil oğlundan tutulub dövlət nəfinə keçirilməlidir. Belə ki, həmin ekspertiza xərci Təqsirləndirilən şəxs1 zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı qızıl-zinyət əzyaları ilə əlaqədar verilmiş ittiham üzrə keçirilmiş ekspertiza xərcxinə aiddir. Həmçinin Nurlan Kazımov tərəfindən Vəliş Hüseynova qarşı xx.xx.2017-ci ildə 60400 manat (cild 3, səh 48), Müzəffər Qasımov tərəfindən Elçin Hüseynova və Vəliş Hüseynova qarşı xx.xx.2018-ci ildə 12000 manat (cild 6, səh 235), Kərəm Cəfərov tərəfindən Vəliş Hüseynova qarşı xx.xx.2018-ci ildə 25500 ABŞ dolları milli manata ekvivalenti ilə 43350 manat (cild 7, səh 42) dəyərində mülki ididalar verilmişdir. Məhkəmə hesab edir ki, cinayət işinin Müzəffər Qasımova aid hissəsi üzrə zərər tam ödənilmişdir. Həmçinin Nurlan Kazımova aid hissədə vurulmuş ziyandan da artıq məbləğ ödənilmişdir, ona görə də onların mülki iddiaları rədd edilməlidir. Həmçinin Kərəm Cəfərova aid hissədə Vəliş Hüseynova verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 əməli sübuta yetmədiindən, ona bəraət verilməsi qənaətinə gəlindiyindən, həmin hissədə də mülki iddia rədd edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Hüseynov Vəliş Qabil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 11 ay 24 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 12 gün (bir il on iki gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Hüseynov Vəliş Qabil oğlunun üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.

Hüseynov Elçin Yusif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ay 22 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 06 ay 16 gün (altı ay on altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri ləğv edilsin və o, ev dustaqlığından dərhal azad edilsin. Hüseynov Elçin Yusif oğlunun üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun Məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərcə görə 172 manat (yüz yetmiş iki manat) təqsirləndirilən şəxs Hüseynov Vəliş Qabil oğlundan tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə Kazımov Nurlan Qürbət oğlunun Hüseynov Vəliş Qabil oğluna qarşı 60400 manat pul tələbinə dair, Qasımov Müzəffər Əzim oğlunun Hüseynov Vəliş Qabil oğluna və Hüseynov Elçin Yusif oğluna qarşı 12000 manat pul tələbinə dair, Cəfərov Kərəm Cəfərxan oğlunun Hüseynov Vəliş Qabil oğluna qarşı 43350 manat pul tələbinə dair mülki iddiaları rədd edilsin.

Hüseynov Vəliş Qabil oğlunun özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qonşusu olmuş Cəfərov Kərəm Cəfərxan oğlunun hər hansı bir böyük tikinti layihəsi üzrə iş icraçısı kimi iştirak etməklə gəlir əldə etmək istəyi barədə bildikdə tamah niyyəti ilə guya Abşeron rayonu Pirəküşkül qəsəbəsində inşa edilməli olan Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinə aid hər birinin ölçüsü 1.700 kvadrat metr təşkil edəcək 50 ədəd yataqxanaların tikintisi üzrə onu iş icraçısı kimi təyin etdirəcəyini yalandan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə 30 iyul 2014-cü il tarixdə işlədiyi Bakı şəhəri Yasamal rayonu İslam Səfərli küçəsi 59 saylı ünvanda yerləşmiş ev alqı-satqısı məntəqəsində Kərəm Cəfərovdan 26.000 ABŞ dolları - milli pul ekvivalenti ilə 20.389 manat 20 qəpik məbləğində nağd pul vəsaitini alaraq ələ keçirməsi və götürdüyü pulların müqabilində heç bir iş görməyib zərərçəkmiş şəxs Cəfərov Kərəm Cəfərxan oğluna 20.389 manat 20 qəpik xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etməsi ilə əlaqədar hissədə irəli sürülmüş ittiham üzrə Hüseynov Vəliş Qabil oğlunun təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar