Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-24/2022 11.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X5, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1966-cı ildə Laçın rayonu, Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, evli, işləməyən, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Şimal hissə küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs oğlu Şahid Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiya bölməsinə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə qəbul edilməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs 15000 (on beş min) manat pul müqabilində oğlu Şahid adıçəkilən yerdə xidmətə qəbul etdirəcəyinə vəd verib əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə 2019-cu ilin oktyabr ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində - metronun 20 Yanvar stansiyasının "xxxx" ASC-nin inzibati binasının yaxınlığında olan çıxışının qarşısında Zərərçəkmiş şəxs məxsus 15000 (on beş min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 10-15 ildir ki, tanıyır və onların dostluq münasibətləri olmuşdur. Tanışlığının səbəbi Zərərçəkmiş şəxsla eyni kənddən, yəni Laçın rayonu, Güləbird kəndindən olmaları olmuşdur. Təxminən 2014-cü ildə o, Laçın rayon hərbi komisarlığında ilkin qeydiyyat üzrə müfəttiş işləyən vaxt X3 Əhmədovu Milli Qvardiyada hərbi xidmət etmək üçün həmin yerə düşməsinə köməklik etmişdir. Şahid xidmətini çəkib qurtarandan sonra, yəni 2017-ci il tarixdə o, artıq Laçın rayon Hərbi Komisarlığından işdən çıxmışdır. 2019-cu ilin oktyabr ayında Zərərçəkmiş şəxs onunla görüşüb oğlu Şahid Milli Qvardiyaya müddətdən artıq xidmət etmək üçün işə düzəltməsini ondan xahiş etmişdir. O, da Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin işi düzəldə bilər və bunun müqabilində 15.000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs isə onunla razılaşıb 2019-cu ilin oktyabr ayının sonlarında Bakı şəhəri, yaşamal rayonu ərazisində yerləşən 20 yanvar metrostansiyasının qarşısında görüşərək 15.000 manat pulu ona vermişdir. Lakin o, Zərərçəkmiş şəxs oğlu Şahid qeyd edilən yerə işə düzəldə bilməmişdir. Sonra o, Zərərçəkmiş şəxs aldığı 15.000 manat pulu 5500 manatını geri qaytarmış, qalan 9500 manatını isə öz ehtiyacına xərcləmişdir. Zərərçəkmiş şəxs onun barəsində Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət etdikdən sonra o, 500 manat pulu Zərərçəkmiş şəxs göndərmişdir. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini, müəyyən qədər zərərin qaytarılmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, hazırda Ağcəbədi rayonu, Taxta körpü qəsəbəsində yerləşən Elin Məhərrəmov adma tam orta məktəbdə fiziki bədən tərbiyyəsi müəllimi işləyir. Təqsirləndirilən şəxs o, təxminən 10-15 ildir ki, tanıyır və Təqsirləndirilən şəxsla onun normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs uzun illər Laçın rayon hərbi komisarlığında ilkin qeydiyyat üzrə müfəttiş işləyirmiş. 2014-cü ildə tarixi dəqiq yadında qalmayıb yay aylarlında oğlu Şahid hərbi xidmətə çağırılan zaman Hüseynlə hərbi komisarlıqda tanış olmuş və Hüseyn Muradı Milli Qvardiyada hərbi xidmət etmək üçün ora düşməsinə kömək etmişdir. Murad xidmətini çəkib qurtarandan sonra, yəni 2017-ci il tarixdə Hüseyn artıq Laçın rayon Hərbi Komisarlığından işdən çıxarılmışdır. 2019-cu ilin oktyabr ayında o, Hüseynlə metronun 20 yanvar stansiyasının yaxınlığında görüşüb oğlu Muradı Milli Qvardiyaya müddətdən artıq xidmət etmək üçün işə düzəlməsini Hüseyndən xahiş etmişdir. Hüseyn də ona demişdir ki, həmin işi düzəldə bilər və bunun müqabilində 15.000 manat ondan pul istəmişdir. O, da Hüseynlə razılaşıb 2019-cu ilin oktyabr ayının sonlarında 20 yanvar metrostansiyasının qarşısında görüşərək 15.000 manat pulu Hüseynə vermişdir. Həmin vaxt Hüseyn ona demişdir ki, bir aya qədər Muradın işini düzəldəcək. Sonra oğlu işə düzəlmək məqsədi ilə Ağcəbədi rayonundan Bakı şəhərinə köçüb gəlmişdir. Lakin Təqsirləndirilən şəxs onun oğlu Muradın işini düzəltmək əvəzinə ona müxtəlif yalan söyləməklə aldatmağa başlamışdır. Sonra o, Hüseynə dəfələrlə zəng vurub pulunu istədikdə Hüseyn 5500 manat pulu ona qaytarmış, lakin qalan 9500 manat pulu qaytarmamışdır. Daha sonra isə o, Təqsirləndirilən şəxs tərəfindəm aldadıldığını bilib onun barəsində Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. O, Yasamal RPİnin 29-cu PŞ-nə müraciət etdikdən sonra araşdırma zamanı Hüseyn 500 manat pulu ona qaytarsa da 9000 manatı qaytarmamışdır. Məhkəmə gedişində də 1000 manat qaytarmışdır, 8000 manat isə qaytarmamışdır. Hər gün bir bəhanə edir, lakin pulu qaytarmır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəməmişdir, ona görə də şikayətçidir və cəzalanmasını tələb edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemi məlumatlarına əsasən Təqsirləndirilən şəxs 26.09.1998-ci il təvəllüdlü X8 və 08.12.2003-cü il təvəllüdlü X1 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, ilk dəfə cinayət törətməsini, uşaqlarının olmasını, vurduğu zəzərin bir hissəsini ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 05.08.2021-ci il tarixdə tutulmuş, Yasamal rayon prokuroru vəzifəsini icra edən Rəşadət Orucovun 07.08.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. 07.08.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək” qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. Bununla da o, ibtidai istintaq dövründə 02 gün həbsdə olmuşdur. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il (iki il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 28 gün (bir il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 11 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili X2 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-24/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-24/2022
11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver