Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-24/2024 23.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, Müdafiəçilər “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi2 və Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1978-ci il tarixdə Kəlbəcər rayonu, Ağdaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-texniki təhsilli, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu X6 yardım stansiyasında sürücü işləyən Kəlbəcər rayonu, Ağdaş kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda faktiki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə xx.xx.1954-cü il tarixdə Naxçıvan MR, Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, hazırda işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3ki yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim etməklə hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olmaqla vəzifəli şəxsin səlahiyyətlərini təkrarən mənimsəmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı niyyətə uyğun olaraq 2019-cu ilin noyabr ayında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlə təmin edilməsinə köməklik edilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 vasitəsilə özlərinə müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 özbaşına özünü vəzifəli şəxs, yəni Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək, özlərinin geniş əlaqələrə malik olduqlarını, həmin Nazirlikdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, 10000 manat müqabilində Zərərçəkmiş şəxs1 Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyində mühəndis vəzifəsinə işə qəbul etdirməsi imkanına malik olmalarını 2019-cu ilin noyabr ayında Bakı şəhər Yasamal rayonu, Elmlər Akademiyası metro-stansiyası yaxınlığında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə görüşü zamanı yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları qeyd edilən Nazirliyin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 10.000 (on min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs1 yalandan bildirməklə onunla razılaşmaqla sövdələşib, həmin adla 2019-cu ilin noyabr ayında Bakı şəhər Yasamal rayonu, Elmlər Akademiyası metro-stansiyası yaxınlığında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə 5.000 (beş min) manat, 2020-ci ilin əvvəllərində eyni məqsədlə eyni ünvanda 5.000 (beş min) manat, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini alıb aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa, o, təkrarən, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı niyyətə uyğun olaraq 2021-ci ilin noyabr ayında bacısı oğlu X8 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlə təmin edilməsinə köməklik edilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 vasitəsilə özlərinə müraciət etmiş Bakı şəhər sakini Zərərçəkmiş şəxs4 özbaşına özünü təkrarən vəzifəli şəxs, yəni Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək, özlərinin geniş əlaqələrə malik olduqlarını, həmin Nazirlikdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmasını, 15000 manat müqabilində X11 Hallar Nazirliyinin Aparatında kargüzar vəzifəsinə işə qəbul etdirməsi imkanına malik olmalarını qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsilə və 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən Elmlər Akademiyası metro-stansiyasının yaxınlığında görüşləri zamanı yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları qeyd edilən Nazirliyin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Taleh Ramazanovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan 15.000 (on beş) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs4 yalandan bildirməklə onunla razılaşmaqla sövdələşib, həmin adla 2021-ci ilin noyabr ayının sonlarında Binəqədi rayonu mərkəzi ərazisi adlanan yerdə yeraltı keçidin yanında Təqsirləndirilən şəxs2 vasitəsi ilə 8.000 (səkkiz min) manat, eyni tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Elmlər Akademiyası metro-stansiyasının yaxınlığında şəxsən olaraq 2.000 (iki min) manat, ümumilikdə 10.000 (on min) manat məbləğində pul vəsaitini alıb, aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 15.000 (on beş min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı niyyətə uyğun olaraq 2021-ci ilin dekabr ayında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlə təmin edilməsinə köməklik edilməsi ilə bağlı Təqsirləndirilən şəxs2 vasitəsilə özlərinə müraciət etmiş Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs3 özbaşına özünü vəzifəli şəxs, yəni Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək, özlərinin geniş əlaqələrə malik olduğunu, həmin Nazirlikdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmalarını, 11000 manat müqabilində Zərərçəkmiş şəxs3 Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyində mühəndis vəzifəsinə işə qəbul etdirməsi imkanına malik olmalarını xx.xx.2021-ci il tarixdə Bakı şəhər Yasamal rayonu, Elmlər Akademiyası metro-stansiyası yaxınlığında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə yalandan vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları qeyd edilən Nazirliyin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs3 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 11.000 (on bir) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Zərərçəkmiş şəxs3 yalandan bildirməklə onunla razılaşmaqla sövdələşib, həmin adla xx.xx.2021-ci il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi A.Səhhət küç nömrəsiz evin həyətində 11.000 (on bir min) manat məbləğində pul vəsaitini alıb, aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 məxsus 11.000 (on bir min) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı niyyətə uyğun olaraq 2023-cü ilin yanvar ayında oğlu Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işlə təmin edilməsinə köməklik edilməsi ilə özlərinə müraciət etmiş Bakı şəhər sakini Şahid1 özbaşına özünü vəzifəli şəxs, yəni Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək, özlərinin geniş əlaqələrə malik olduğunu, həmin Nazirlikdə yüksək vəzifələrdə işləyən şəxslərlə guya yaxın əlaqələrinin olmalarını, 5000 manat müqabilində Zərərçəkmiş şəxs2 Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyində nəzarətçi vəzifəsinə işə qəbul etdirməsi imkanına malik olmasını Bakı şəhər, Yasamal rayonu, ünvan 4 ünvanının yaxınlığında vəd verib, qeyd edilən məsələnin müsbət həlli üçün yaxın münasibətdə olduqları qeyd edilən Nazirliyin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs2 xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özləri vasitəsilə maddi nemət olan 5.000 (beş min) manat pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 yalandan bildirməklə onunla razılaşmaqla sövdələşib, həmin adla 2023-cü ilin yanvar ayında ünvan 5 ünvanda yerləşən 3 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısında Zərərçəkmiş şəxs2 2500 manat, xx.xx.2023-cü il tarixdə eyni ünvanda Zərərçəkmiş şəxs2 2000 manat alıb, özünün təqdim etdiyi özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 416973********0651 nömrəli plastik karta xx.xx.2023-cü il tarixdə Kapital bank mobil tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs2 tərəfindən göndərilmiş 500 (beş yüz) manat pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən bankomatdan çıxarmaqla, ümumilikdə 5.000 (beş min) manat məbləğində pul vəsaitini alıb, aralarında bölməklə şəxsi ehtiyaclarına sərf edib, Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 5.000 (beş min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsində ifadə olunan həmin hərəkətləri ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini əhali arasında nüfuzdan salınmaqla vətəndaşların qarşısında etimadsızlığına zəmin yaradaraq hüquqlarının və qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə təkrarən vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər FHN əməkdaşı olmuş, 2015-ci ildə işdən azad edilmişdir. Şahid2 onun tanışıdır. Şahid2 ona bir tanışının olduğunu və həmin şəxsin öz yaxın adamlarını işə düzəltmək istədiyini bildirmişdir. O, bundan əvvəl heç kəsə işə düzəlməklə bağlı yardım etməmiş, lakin həmin dövrdə həyat yoldaşı xəstə olduğu və maddi vəziyyəti ağır olduğu üçün Mehparənin təklifi ilə razılaşaraq müəyyən məbləğdə pulun qarşılığında işə qəbul olmaq istəyən şəxslərə kömək edə biləcəyini bildirmişdir. Bundan sonra Mehparə onu Eldəniz adlı şəxslə tanış etmiş və o, Eldəniz vasitəsi ilə bir neçə şəxsdən FHN-nə işə düzəltmək adı ilə pul vəsaitləri almışdır. Lakin o, heç vaxt həmin şəxslərlə ona veriləcək məbləğin miqdarı barədə söhbət aparmamış və bu məsələlərin hamısını Təqsirləndirilən şəxs2 özü həll etmişdir. Təqsirləndirilən şəxs2 ona həmin şəxslərdən pul istəməməsini bildirmiş və işə düzəlmək istəyən şəxslərdən pul alaraq ona fərqli məbləğdə pul vermişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 işə düzəltmək məqsədilə aldığı puldan ona cəmi 7300 manat pul vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 görə ona iki dəfə 2000 manat məbləğində pul, bir dəfə isə 1100 manat məbləğində pul olmaqla, cəmi 5100 manat məbləğində pul, Zərərçəkmiş şəxs3 özü isə ona tibbi komissiyadan keçmək məqsədilə 200 manat məbləğində pul vermiş, eyni zamanda Şahid2 də həmin məsələ ilə bağlı 900 manat məbləğində pul verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 bacısıoğlunu işə düzəltmək məqsədilə ona bir dəfə 1300 manat, daha sonra isə 2750 manat olmaqla, cəmi 4050 manat pul vermiş, bundan əlavə Talehin özü tərəfindən ona 2000 manat məbləğində pul verilmişdir. Bundan başqa o, tanışı Şahid1 oğlu Ceyhunu FHN-nə işə qəbul etdirmək adı ilə ondan 5000 manat pul almışdır. Həmin puldan Təqsirləndirilən şəxs2 xəbəri olmamışdır. Onun məqsədi Ceyhunu və Eynullanı aldatmaq olmamış, sadəcə müəyyən səbəblərdən Ceyhunu işə düzəldə bilməmişdir. İş alınmadıqdan sonra aldığı məbləği hissə-hissə olmaqla geri qaytarmışdır. O heç kimə özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi kimi təqdim etməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə Şahid2 adlı tanışı vasitəsilə Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və onlar Bakı şəhəri, Yasamal rayonu, Elmlər metrostansiyası yaxınlığında görüşmüşdürlər. Görüş zamanı Təqsirləndirilən şəxs1 mülki geyimdə olsa da, o, Təqsirləndirilən şəxs1 xidməti vəsiqəsini görmüş və onun kapitan rütbəsini daşıması ona məlum olmuşdur. Danışıq zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası FHN-də işə düzəlmək istəyən tanışları olsa, onları orada işə düzəltmək imkanın olmasını bildirmişdir. Həmin vaxtlarda onun dostu Alim adlı şəxs özünə iş axtardığı üçün o, Alimi Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. Təqsirləndirilən şəxs1 Alimə ərizə yazdırmış və onun FHN-in inzibati binasında qəbul edilməsini, eləcə də tibbi komissiyadan keçirilməsini təşkil etmişdir. Alimin işə düzəlməsi üçün Təqsirləndirilən şəxs1, əvvəlcə, bu işi xahiş edərək görəcəyini söyləmiş, lakin sonradan pul verilməsə, işin alınmayacağını deyərək bunun üçün 9000 manat pulun lazım olduğunu bildirmişdir. Alim onun dostu olduğu və onu tanıdığı üçün 9000 manat pulun 5000 manat məbləğini onun özünə vermiş, lakin sonradan qalan məbləği Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Sonradan iş alınmadığı üçün o, Alimdən götürdüyü 9000 manat puldan 7000 manat məbləğində pulu ona geri qaytarmışdır. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs3 da iş axtardığı üçün Mehribanla tanış etmiş və İbadın yaşadığı Saray qəsəbəsində yerləşən həyət evinə gələrək onun FHN-ə işə qəbul olunması üçün ondan 11000 manat məbləğində pul almışdır. Həmin pulun 2000 manatını isə Mehribanın göstərişi ilə Alimə qaytarmış, qalan 9000 manat məbləğində pulu isə Mehribana vermişdir. Bundan başqa, digər tanışı Zərərçəkmiş şəxs4 bacısıoğlu Talehin FHN-də işə düzəldilməsi məqsədi ilə ona 7000 manat, Təqsirləndirilən şəxs1 isə 2950 manat məbləğində vermiş, həmin pulunun 2000 manatından onun xəbəri olmamışdır. Zərərçəkmiş şəxs2 və Şahid1 isə tanımır və Mehribanın ondan işə düzəltmək adı ilə pul almasından xəbəri yoxdur. Bütün bu proseslər iki il müddətində davam etmiş, lakin Təqsirləndirilən şəxs1 onun tanışlarından heç kəsi işə düzəltməmişdir. Onun məqsədi sadəcə tanışlarına kömək etmək olmuş, Təqsirləndirilən şəxs1 isə ona həmin şəxslərin əmrləri verildikdən sonra hörmət şəklində müəyyən məbləğdə pul verəcəyini söz vermişdir. O, tanışlarının işə düzəlməsi məsələsində sadəcə vasitəçi olmuş, Təqsirləndirilən şəxs1 əsl niyyətindən xəbərdar olmamış və onunla əlbir şəkildə hərəkət etməmişdir. Hətta onun özü işə düzəlməsi üçün Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası yaxınlığında yerləşən “Qoçət” restoranında 18000 manat məbləğində pul vermişdir. Lakin o, nə tanışlarının, nə də özünün pulunu Təqsirləndirilən şəxs1 geri ala bilməmiş, zərərcəkmiş şəxslərə dəymiş zərəri özü ödəmiş və bununla bağlı Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Vaqif Rəcəbov onun atasıdır. O, 2019-cu ildə işsiz olduğuna görə özünə iş axtarmağa başlamış, bu məqsədlə atası V.Rəcəbov Rusiya Federasiyasında yaşadığı üçün özünün orada yaşayan dostlarına onu işə düzəltməklə bağlı müraciət etmişdir. Atası V.Rəcəbovun adını xatırlamadığı həmin dostlarından biri onları Təqsirləndirilən şəxs2 ilə tanış etmişdir. Təqsirləndirilən şəxs2 onun atasına onu işə düzəltməkdə kömək edə biləcəyini bildirmiş və bu məsələ ilə bağlı onları Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası yaxınlığında Təqsirləndirilən şəxs1 adlı şəxslə ilə tanış etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onun FHN-in Tikintidə X3 Agentliyində mühəndis vəzifəyə təyin olunmasının mümkün olduğunu söyləmiş və bununla bağlı öz sənədlərini hazırlamağı ona bildirmişdir. Bir neçə gün sonra isə Mehriban onu Fövqəladə Hallar Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən Tibb Xidmətinin Tibb Mərkəzinə apararaq onu tibbi ekspert komissiyasından keçirmişdir. Onun atası onu işə düzəltmək məqsədilə 10000 manat məbləğində pul verməyə razılaşdıqdan sonra o, dəqiq xatırlamadığı tarixlərdə Yasamal rayonu, Elmlər Akademiyası yaxınlığında FHN-ə işə qəbul olunmaq üçün hər dəfə 5000 manat olmaqla, birinci dəfə Mehribanın iştirakı ilə, ikinci dəfə isə Eldənizin təkcə özünün iştirakı ilə Təqsirləndirilən şəxs2 vermişdir. Sonradan pandemiyanın başlanması ilə əlaqədar olaraq onun işə düzəlmək məsələsi baş tutmamış, bu səbəbdən Təqsirləndirilən şəxs2 onun verdiyi 10000 manat məbləğində pulu ona geri qaytarmışdır. Onun işə düzəlməyi ilə bağlı məsələdə Təqsirləndirilən şəxs2 sadəcə vasitəçilik etmiş, sənədlərin hazırlanması işi ilə Təqsirləndirilən şəxs1 məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs1 onu apardığı yerlər barədə Təqsirləndirilən şəxs2 məlumat verməklə daim onunla əlaqədə olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şahid1 onun atasıdır və yaşadıqları evin yaxınlığında yerləşən marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs1 onun atasının tanışıdır, onun özü isə Təqsirləndirilən şəxs1 şəxsən tanımır. Təqsirləndirilən şəxs1 onun atasının işlədiyi mağazaya gəldiyi zaman atası onun FHN-nə işə qəbul olunmaq istəyini bildirmişdir. Mehriban müəyyən məbləğdə pulun müqabilində onu Tikintidə X3 Agentliyində nəzarətçi vəzifəsinə işə qəbul etdirmək imkanın olduğunu bildirmiş, bunun üçün ilkin olaraq atasından hazırda xatırlamadığı məbləğdə pul tələb etmiş, lakin sonradan həmin qiyməti aşağı salaraq Mehriban bu işi 5000 manat pul müqabilində həll edəcəyinə söz vermişdir. Bundan sonra o, atası ilə birlikdə dəqiq xatırlamadığı tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun qarşısında Mehribanla görüşərək ona hazırda xatırlamadığı məbləğdə pul vermişdir. Bir müddət sonra isə yenə də xatırlamadığı tarixdə onun özü şəxsən Bakı şəhəri, Yasamal rayonunda yerləşən 3 saylı ASAN xidmətin qarşısına gedərək orada Təqsirləndirilən şəxs1 2000 manat pul vermişdir. Orada olan zaman Mehriban 5000 manat pulu ondan alması ilə bağlı öz xətti ilə yazı yazıb imzalayıb həmin vərəqəni ona vermişdir. Bundan başqa o, özünə məxsus kartdan 500 manat məbləğində pulu Mehribanın istifadəsində olan karta köçürmüşdür. Bu müddətdə müxtəlif vaxtlarda Mehriban ona müvafiq sənədlərin kserosurətləri və ərizə ilə Nazirliyin inzibati binasına getməyini tapşırmış, o da gedib orada qəbul otağında gözləmişdir. Lakin onun təqdim etdiyi sənədləri Nazirlikdə qəbul etməyərək onu geri qaytarmışlar və o, qəbula girə bilməmişdir. Onlar atası ilə birlikdə işə düzəlməklə bağlı bütün pulu Təqsirləndirilən şəxs1 vermişlər. Təqsirləndirilən şəxs2 isə tanımır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Novruz Sadıqov onun atası, Təqsirləndirilən şəxs2 isə onun atasının tanışıdır. Onun atası ilə Təqsirləndirilən şəxs2 arasında dostluq münasibətləri olmuşdur. O, müddətli hərbi xidmətdən qayıtdıqdan sonra özünə iş axtardığı üçün atası Novruz Sadıqov 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs2la görüşdüyü zaman söhbət əsnasında Təqsirləndirilən şəxs2 atasına oğlunu işə düzəltməkdə kömək edə biləcəyini bildirmiş və bu məsələ ilə bağlı onları Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası yaxınlığında Təqsirləndirilən şəxs1 adlı şəxslə ilə tanış etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona Təqsirləndirilən şəxs1 onu Tikintidə X3 Agentliyinə düzəldəcəyini bildirmiş və Təqsirləndirilən şəxs1 onlara özünün FHN-nin əməkdaşı olduğunu, lakin təqaüdə çıxdığını söyləmişdir. Orada olan zaman o, Təqsirləndirilən şəxs1 göstərişi ilə öz adından ərizə yazmış və ona aid sənədlərin surətini çıxardıqdan sonra Eldəniz onu öz avtomobili ilə FHN-in əsas inzibati binasına gətirmiş və o, həmin sənədləri aparıb qəbul otağında qutuya salmışdır. Bu zaman Təqsirləndirilən şəxs1 tanımadığı bir şəxslə mobil telefon vasitəsilə əlaqə saxladıqdan sonra ona sənədlərini onun mobil telefonuna göndərməsini istimişdir. Bundan bir gün sonra, dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs2 onların yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivi A.Səhhət küçəsində yerləşən evlərinə gələrək onun atasından, əvvəlcə, 2000 manat məbləğində pul almış, bundan bir neçə gün sonra isə Təqsirləndirilən şəxs2 yenidən onların yaşadıqları evə gələrək işin düzəlməsi üçün Mehriban xanımın daha 9000 məbləğində pulu da generala verməli olduğu üçün onun atasından həmin məbləğdə pul almışdır. Bu müddət ərzində o, Təqsirləndirilən şəxs1 ilə birlikdə işə düzəlməklə bağlı müxtəlif idarələrə getmiş, lakin Təqsirləndirilən şəxs1 heç vaxt onların getdikləri idarələrdə özü içəri keçməmişdir. O, Təqsirləndirilən şəxs1 göstərişi ilə işə düzəlməklə əlaqədar FHN-in inzibati binasına daxil olub növbəyə dayanmış və orada oturan əməkdaşa öz ad, soyadını bildirmişdir. Həmin əməkdaş öz qeydlərini apardıqdan sonra ona gözləməli olduğunu və onun çağırılacağını ona söyləmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 onu Fövqəladə Hallar Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən Tibb Xidmətinin Tibb Mərkəzinə aparmış və o, Təqsirləndirilən şəxs1 tapşırığı ilə Tibb Mərkəzinin içərisinə daxil olaraq orada tibbi komissiyadan keçmişdir. O, bunun müqabilində Təqsirləndirilən şəxs1 200 manat məbləğində pul vermişdir. Bütün bu proseslərə baxmayaraq onların razılaşdıqları vaxtdan bir il keçsə də, onun işə düzəlmə məsələsi baş tutmamışdır. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qonşusudur və onlar bir-birini uzun müddətdir ki, tanıyırlar. O, bacısıoğlu olan X10 işədüzəltmək məqsədilə Təqsirləndirilən şəxs2 köməklik istəmişdir. Təqsirləndirilən şəxs2 isə ona bacısıoğlu Taleh Ramazanovu Azərbaycan Respublikası FHN-nə işə düzəldə biləcək bir tanışının olduğunu bildirmiş və onlar razılaşmışdır. Daha sonra Eldəniz ona Talehin FHN-də işə düzəlməsi üçün 15000 manat məbləğində pul lazım olduğunu bildirmiş, o isə Eldənizin bu təklifi ilə razılaşaraq Binəqədi rayonu mərkəzi ərazisi adlanan yerdə yeraltı keçidin yanında Təqsirləndirilən şəxs2 7000 manat pul vermiş, razılığa əsasən qalan 8000 manat məbləğində pulu isə bacısıoğlunun əmri verildikdən sonra ödəyəcəyini bildirmişdir. Bundan bir müddət sonra Eldəniz onun bacısıoğlu Taleh Ramazanovu tanışı Azərbaycan Respublikası FHN-nin əməkdaşı olan Təqsirləndirilən şəxs1 işə düzəltdiyini, bu məsələ ilə bağlı 2950 manat məbləğində pul lazım olduğunu ona bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2 tapşırığı ilə Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyasının qarşısında Təqsirləndirilən şəxs1 ilə görüşərək ona 2950 manat məbləğində pul vermişdir. O, Təqsirləndirilən şəxs1 ilk dəfə həmin vaxt görmüş və Təqsirləndirilən şəxs1 ona FHN-in işçisi olduğunu bildirmiş, lakin nə xidməti vəsiqəsini göstərmiş, nə də ki orada hansı vəzifədə işlədiyini ona söyləmişdir. Təqsirləndirilən şəxs1 ona FHN-də işləyən general rütbəli tanışı olduğunu deyərək onu bacısıoğlu ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən binasına çağıraraq bacısıoğlu Taleh Ramazanovu general rütbəli tanışının qəbuluna salacağını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1 general rütbəli tanışının qəbuluna düşmək üçün getdikləri vaxt yolda olan zaman Təqsirləndirilən şəxs1 ona zəng vuraraq həmin şəxslə artıq danışdığını bildirmiş və qısa müddət ərzində Talehi işə düzəldəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs1 bu hərəkəti bir neçə dəfə təkrarlayaraq Taleh Ramazanovu işə düzəldəcəyinə dair onlara vədlər vermişdir. Xeyli müddət keçdikdən sonra o, Talehin işə qəbul olunmadığını görüb Eldənizin evinə gedərək ona verdiyi pulu geri qaytarmasını, əks halda onun barəsində polisə şikayət edəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək Talehin işə düzəlməsi ilə bağlı verdiyi bütün məbləğin onda olduğunu, bu məsələ ilə bağlı Eldənizin qapısına getməməsini bildirərək verdiyi məbləği geri qaytaracağına dair ona söz vermişdir. Lakin bundan sonra yenə də Təqsirləndirilən şəxs1 müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamış, bununla bağlı Təqsirləndirilən şəxs2 Mehribana zəng edərək onun pulunu qaytarmasını bildirdikdə, Mehriban Təqsirləndirilən şəxs2 “pul verməli olduğum adam tək o deyil, bir az gözləsin” ifadəsini işlətmişdir. Sonradan isə onun pulu Təqsirləndirilən şəxs2 tərəfindən ona tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi qismində dindirilmiş X12 izahatında göstərdi ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olmuş, 04 may 2015-ci il tarixində tutduğu vəzifədən azad olunmuşdur. Təqsirləndirilən şəxs1 hərəkətləri nəticəsində AR FHN-nin nüfuzuna xələl gətirilmişdir. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun oğludur. O, yaşadığı evin yaxınlığında yerləşən marketdə satıcı işləyir. Təqsirləndirilən şəxs1 onun qonşusudur və onu FHN-nin əməkdaşı kimi tanımışdır. Təqsirləndirilən şəxs1 müxtəlif vaxtlarda onun işlədiyi mağazaya gəlmişdir. Dəqiq xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs1 onun işlədiyi mağazaya gəldiyi zaman ondan söhbət əsnasında oğlu Zərərçəkmiş şəxs2 işləyib-işləmədiyini soruşduqda o, oğlunun işsiz olduğu üçün ona iş axtardığını bildirmiş, Mehriban isə FHN-də əmək müqaviləsi üzrə işlədiyini və müəyyən məbləğdə pulun müqabilində onun oğlu Ceyhunu FHN Tikintidə X3 Agentliyində nəzarətçi vəzifəsinə işə qəbul etdirməklə bağlı yardım edə biləcəyini ona bildirmişdir. Təqsirləndirilən şəxs1 bunun üçün ilkin olaraq ondan 7000 manat pul tələb etmiş, daha sonra isə onun xahişi ilə qiyməti aşağı salaraq 5000 manat pul müqabilində işi həll edəcəyinə söz vermişdir. O, Təqsirləndirilən şəxs1 bu təklifi ilə razılaşaraq dəqiq xatırlamadığı tarixdə oğlu Zərərçəkmiş şəxs2la birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ASAN xidmətin qarşısında Mehribana 2500 manat pul vermişdir. Bundan sonra isə 09 fevral 2023-cü il tarixdə onlar 3 saylı ASAN xidmətin qarşısında görüşərək orada 2000 manat məbləğində pulu Mehribana vermişlər. Bundan başqa 500 manat məbləğində pulu isə kart vasitəsilə Mehribanın bank hesabına köçürmüş, həmçinin daha 50 manat məbləğində pulu müəyyən sənədlərin hazırlanması üçün hörmət kimi Təqsirləndirilən şəxs1 vermişdirlər. Bu müddətdə müxtəlif vaxtlarda, Mehriban onun oğluna iki dəfə Nazirliyin inzibati binasına getməyini tapşırmış, oğlu Ceyhun isə gedib orada qəbul otağında gözləmişdir. Mehriban ona qısa müddət ərzində oğlunu işə düzəldəcəyinə söz vermiş, lakin nəticədə onları aldatmışdır. Təqsirləndirilən şəxs1 onun oğlunu kimin vasitəsilə işə düzəldəcəyini bildirməmiş və bu barədə heç kəsin adını çəkməmişdir. Təqsirləndirilən şəxs2 isə tanımır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təxminən 20 ildir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası FHN-nin əməkdaşı kimi tanıyır və onu sonuncu dəfə 10 il bundan qabaq xidməti geyim formasında görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 24 oktyabr 2010-cu il tarixdən Azərbaycan Respublikası FHN-də işləyir. Təqsirləndirilən şəxs1 FHN-in Tikintində X3 agentliyinin əməkdaşı kimi tanımış və onunla aralarında səmimi dostuq münasibəti olmuşdur. Onun Təqsirləndirilən şəxs1 vəzifə səlahiyyətləri barədə məlumatı olmamışdır. O, sadəcə olaraq bir əməkdaş kimi bəzən Təqsirləndirilən şəxs1 xahişi ilə onun özü ilə bərabər yanında gətirdiyi şəxsləri fövqəladə hallar nazirinin müavinin qəbuluna keçirməkdə ona kömək etmiş, bunun müqabilində isə Təqsirləndirilən şəxs1 pul və hər hansı maddi nemət almamışdır. Onun Təqsirləndirilən şəxs1 başqa şəxsləri işə düzəltməklə məşğul olması və həmin şəxslərdən pul alması barədə məlumatı olmamış, həmçinin Təqsirləndirilən şəxs1 ona hər hansı şəxsi işə düzəltməkdə köməklik göstərilməsi ilə bağlı müraciət etməmişdir. Ümumiyyətlə, Təqsirləndirilən şəxs1 FHN-ə işə qəbul prosesini həyata keçirmək səlahiyyəti olmamışdır. Təqsirləndirilən şəxs2 isə tanımır, lakin o, Təqsirləndirilən şəxs1 ilə aralarında olan səmimi dostluq münasibətinə görə Mehribana verdiyi 1500 manat məbləğində pulu geri almağa getdiyi zaman Təqsirləndirilən şəxs2 iki dəfə Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində olarkən görmüşdür. Ona Təqsirləndirilən şəxs1 və ya Təqsirləndirilən şəxs2 tərəfindən heç bir məbləğdə pul verilməmişdir. Alim, Ceyhun, İbad və Sənan adlı şəxsləri isə tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun dayısıdır. O, 2021-ci ildə işsiz olduğuna görə özünə iş axtarmağa başlamış, bu məqsədlə dayısı Zərərçəkmiş şəxs4 onun xəbəri olmadan əvvəllər tanımadığı Təqsirləndirilən şəxs2 onu işə düzəltməklə bağlı müraciət etmişdir. Onun işə düzəlməsi məsələsi ilə bağlı dayısı Zərərçəkmiş şəxs4 əvvəldən kiminlə danışması barədə məlumatı olmamışdır. O və dayısı Zərərçəkmiş şəxs4 tərəfindən onun işə düzəlməsi ilə əlaqədar ümumilikdə 10000 manat məbləğində pul verilmişdir. Həmin 10000 manat puldan 2000 manat məbləğində pul onun tərəfindən şəxsən Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs1, qalan 8000 manat məbləğində pul isə dayısı tərəfindən verilmişdir, lakin əvvəldən bu məsələdən xəbəri olmadığından, dayısı tərəfindən həmin pulun konkret olaraq kimə verilməsi barədə məlumatı yoxdur. O, dayısı ilə birlikdə Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs1 ilə görüşdükləri zaman orada həmçinin Təqsirləndirilən şəxs2 və Mehparə adlı bir şəxs də olmuşdur. Mehriban xanım və Mehparə xanım özlərini FHN-in işçiləri kimi təqdim etmişlər və Mehriban xanım onu FHN-də işlə təmin edəcəyini bildirmişdir. O, işə düzəlmə məsələsi ilə əlaqədar dəfələlə FHN-nin inzibati binasına gəlsə də, içəri keçə bilməmiş və heç kəslə görüşməmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs1 ilə Fövqəladə Hallar Nazirliyinin Biləcəri qəsəbəsində yerləşən Tibb Xidmətinin Tibb Mərkəzinin qarşısında görüşmüş və tibbi komissiyadan keçmək üçün Təqsirləndirilən şəxs1 150 manat məbləğində pul vermişdir. Lakin həmin 150 manat məbləğində pul ümumilikdə verilən 10000 manat məbləğində pulun tərkibinə daxil olmamışdır. Bütün bu proseslərdən sonra bir müddət keçməsinə baxmayaraq işin alınmadığını gördükdə o aldadıldıqlarını anlamışdır. Onu işə düzəlməsi ilə bağlı əsas işi Təqsirləndirilən şəxs1 görsə də, onlara dəymiş ziyanın böyük bir hissəsi Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 141-145-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, qohumlarının qonşusu olan Bakı şəhər, Yasamal rayonu Mətbuat prospektində yaşayan tanışı FHN-in Tikintidə X3 Agentliyin əməkdaşı olan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası FHN-də işləyən vəzifəli şəxsləri yaxından tanıdığını, həmin vəzifəli şəxslər vasitəsi ilə işə düzəlmək istəyən şəxsləri Nazirlikdə müxtəlif vəzifələrə qəbul etdirmək imkanın olmasını ona bildirmişdir. 2020-ci ilin yanvar ayında o, tanışı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə tanış etmiş, Mehriban da Eldənizə özünü Azərbaycan Respublikası FHN-in Tikintidə X3 Agentliyin işçisi kimi təqdim etmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxs2 da dostunun qohumu Alim adlı şəxsin özünə iş axtardığı üçün sonuncunu Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. 2020-ci ilin fevral ayında Mehriban Alimə aid FHN-ə işə qəbul əmrin hazır olduğunu və 9.000 manat pulun FHN-də yüksək vəzifədə işləyən şəxsə çatmalı olduğunu demişdir. Sonra onun bildiyinə görə Mehriban Alimdən 9.000 manat pul almışdır. Daha sonra Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 eyni qaydada FHN-ə qəbul olunmaq istəyən İbad adlı şəxslə tanış etmiş, Mehriban onunla da eyni qaydada danışıb sonuncudan FHN-in Tikintidə X3 Agentliyinə işə qəbul edilməsi üçün sənədləri tələb edib eyni qaydada İbadı da proseduralardan keçirib FHN-ə işə qəbul olunması üçün 11.000 manat pul almışdır. Eldənizin ona dediyinə görə sonuncu 2022-ci ilin oktyabr ayınadək bir neçə şəxsdən müxtəlif məbləğdə pulları alıb Mehribana vermiş, bir neçəsi isə birbaşa olaraq özləri Mehribana pulu vermişdirlər və o, Mehribana 73.420 manat pul vermişdir. Sonradan həmin şəxslər işə qəbul olmamaları səbəbindən şikayətçi olmuşlar, Eldəniz həmin şəxslərə öz vəsaiti hesabına 13.300 manat pul qaytarmışdır. Eldəniz Çırağovun ona deməsinə görə Mehriban ondan FHN-də nəzarət şöbəsinə rəis müavini vəzifəsinə işə qəbul olunma adı ilə 18.000 manat pul almışdır. Onun Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 ilə tanış etməkdə məqsəd yalnız Eldənizə köməklik etmək olmuş, çünki Mehriban ona bir çox işlərdə köməklik edə biləcəyini demişdir, onun hər hansı maddi marağı olmamış, ona pul verilməmiş, o heç kimdən şəxsən pul almamışdır. Eldəniz onu bir neçə dəfə FHN-in inzibati binasının qabağına çağırmışdır ki, Mehribanla görüş zamanı o da şahidlik etsin. Onun məsələlərdə hər hansı iştirakı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Telefondakı “whatsapp” səsli danışıqlara baxış keçirilməsi barədə” 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında cinayət törədildikdən sonra zərərçəkmiş şəxslərin pullarını geri tələb etmələri ilə bağlı mübahisə edilməsi müəyyən edilmişdir. (Cild İ, i.v. 94-95) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2011-ci ildən xx.xx.2015-ci ilədək Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin Mühendis-axtarış, layihə və ekspertiza işlərinə nəzarət şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişdir və xx.xx.2015-ci il tarixində tutduğu vəzifədən azad olunmuşdur. X4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 ve X1 Hallar Nazirliyinə işə qəbul ilə əlaqədar müraciət etməyiblər. (Cild İ, i.v. 153) “Qeyd dəftərlərinə baxış keçirilməsi haqqında” 23 may 2023-cü il tarixli protokoldan görünür ki, 2 dəfətər 31 vərəqdən, digəri isə 33 vərəqdən ibarətdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, FHN-ə işə qəbul olunmaları adı ilə Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda olmaqla cəmi 7350 manat, Zərərçəkmiş şəxs3 müxtəlif vaxtlarda olmaqla cəmi 6000 manat, Zərərçəkmiş şəxs4 cəmi 1600 manat, Zərərçəkmiş şəxs2 isə 5000 manat məbləğlərində pul almaqla qeyd edilən məbləğlər ona, qalan məbləğlər isə Təqsirləndirilən şəxs2 çatmışdır. Baxış zamanı qeyd edilən dəftərlərdən Təqsirləndirilən şəxs1 aldatma yolu ilə pullarını ələ keçirilən şəxslərdən Təqsirləndirilən şəxs2 vasitəsi pul almasını təsdiq edən qeydlərin olduğu səhifələr (10 səhifə) kserosurətləri çıxarılıb protokola əlavə olunmuşdur. (Cild İ, i.v. 196-207) 24 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, o bacısı oğlu Şahid4 FHN-nə işə qəbul olunması məqsədi ilə 2021-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs2 vasitəsi ilə Təqsirləndirilən şəxs1 8000 manat, 2022-ci ilin noyabr ayında isə Bakı şəhər Yasamal rayonu Elmlər Akademiyası metrostansiyası qarşısında birbaşa olaraq Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs1 2000 manat pul vermişdir. (Cild İ, i.v. 208-211) 24 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3 FHN-nə işə qəbul olunmaları məqsədi ilə 2019- 2021-ci illər ərzində Təqsirləndirilən şəxs1 ilə görüşdürüb həmin şəxslərdən müxtəlif məbləğlərdə pullar alıb sonuncuya vermişdir. (Cild İ, i.v. 212-215) 25 may 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, X9 ilkin verdiyi ifadəni Təqsirləndirilən şəxs1 ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 223- 225) Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş 09 fevral 2023-cü il tarixli əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə 5.000 manat məbləğində pul vəsaiti almışdır. (Cild İ, i.v. 233) “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 istifadəsində olan 416973******3595 saylı "xxxx" ASC-yə məxsus plastik kart üzrə çıxarışın surəti, xx.xx.2023-ci il tarixdə 416973******3595 saylı kart hesabından 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs1 istifadəsində olan 416973******0651 saylı kart hesabına köçürülməsini təsdiq edən Zərərçəkmiş şəxs2 Kapital Bank mobil tətbiqindən çıxarış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə 5.000 manat pul almasını təsdiq edən Təqsirləndirilən şəxs1 əlyazması (kağız vərəqəsi), Təqsirləndirilən şəxs1 aldatma yolu ilə pullarını ələ keçirilən şəxslərdən Təqsirləndirilən şəxs2 vasitəsi pul almasını təsdiq edən dəftərlərdən qeydlərin olduğu səhifələr (10 səhifə) kserosurətləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdirlər. (Cild İ, i.v. 240-256) Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 ona dəymiş ziyanın tamamilə ödədiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və ya tələbinin olmamasını təqsirləndirilən şəxslərlə barışdığı bildirmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tamamilə ödədiyini, ondan heç bir şikayət və ya tələbinin olmamasını təqsirləndirilən şəxslərlə barışdığı bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və ya tələbinin olmamasını təqsirləndirilən şəxslərlə barışdığı bildirmişdir. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın tamamilə ödənildiyini, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və ya tələbinin olmamasını təqsirləndirilən şəxslərlə barışdığı bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməməsi, yəni onun özünü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin vəzifəli şəxsi kimi təqdim etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 310-cu maddəsinə əsasən özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 310-cu maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərəfindən 17 aprel 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild İ, i.v. 76) “Qətimkan tədbirinin seçilməsi haqqında” 07 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 74) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-953/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2, 29,178.2.4, 310 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə dövlət ittihamçısının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri üzrə ittihamdan imtina etməsi səbəbindən cinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29,178.2.4 və 32.4,312.2-ci maddələri ilə bağlı olan hissədə xitam verilmişdir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışdığından, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ümumi ziyanın 25 (iyirmi beş) faizi miqdarında ödənişin ona düşən payını dövlət büdcəsinə ödədiyindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddələri tətbiq edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və bu hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-953/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310cu maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2000 (iki min) manat miqdarında cərimə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-953/2023 saylı göstərişinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)- 953/2023 saylı hökmü 15 yanvar 2024-cü il tarixdən etibarən qüvvəyə minmişdir. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-953/2023 saylı hökmünə əsasən barəsində təyin edilmiş 2000 manat cərimə cəzasını ödəməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-24/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 yetmiş yaşı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, onun yaşını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin olunmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-953/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2000 (iki min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cərimə cəzasına qismən toplanılmalı və üzərində qəti cəza müəyyən edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 310-cu maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 istifadəsində olan 416973******3595 saylı "xxxx" ASC-yə məxsus plastik kart üzrə çıxarışın surəti, xx.xx.2023-ci il tarixdə 416973******3595 saylı kart hesabından 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs1 qızının istifadəsində olan 416973******0651 saylı kart hesabına köçürülməsini təsdiq edən Zərərçəkmiş şəxs2 Kapital Bank mobil tətbiqindən çıxarış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə 5.000 manat pul almasını təsdiq edən Təqsirləndirilən şəxs1 əlyazması (kağız vərəqəsi), Təqsirləndirilən şəxs1 aldatma yolu ilə pullarını ələ keçirilən şəxslərdən Təqsirləndirilən şəxs2 vasitəsi pul almasını təsdiq edən dəftərlərdən qeydlərin olduğu səhifələr (10 səhifə) kserosurətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-953/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2000 (iki min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş 2000 (iki min) manat cərimə cəzasına qismən toplanılsın və üzərində qəti olaraq 2500 (iki min beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 istifadəsində olan 416973******3595 saylı "xxxx" ASC-yə məxsus plastik kart üzrə çıxarışın surəti, xx.xx.2023-ci il tarixdə 416973******3595 saylı kart hesabından 500 (beş yüz) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs1 qızının istifadəsində olan 416973******0651 saylı kart hesabına köçürülməsini təsdiq edən Zərərçəkmiş şəxs2 Kapital Bank mobil tətbiqindən çıxarış, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə 5.000 manat pul almasını təsdiq edən Təqsirləndirilən şəxs1 əlyazması (kağız vərəqəsi), Təqsirləndirilən şəxs1 aldatma yolu ilə pullarını ələ keçirilən şəxslərdən Təqsirləndirilən şəxs2 vasitəsi pul almasını təsdiq edən dəftərlərdən qeydlərin olduğu səhifələr (10 səhifə) kserosurətləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-24/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-24/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver