Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-24/2025 07.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Göygöl rayonunun Qırıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, tamah niyyəti ilə «Tik-tok» sosial şəbəkəsində «@Ləman yusifli 833» adı ilə qeydiyyatdan keçməklə fəaliyyət göstərən Zərərçəkmiş şəxs qızma məxsus hesabdan sonuncuya aid fotoşəkillər və video görüntüləri özünün “qehbe lemann” adı ilə yaratdığı saxta hesabına köçürərək “görüşürəm hərtərəfli 1 saatı 100 AZN” kimi rüsvayedici ifadələr əlavə edib 08 yanvar 2024-cü il tarixdə saat 02:12-də Ləman Abdurəhimanovanm yaşadığı ünvan 2 ünvandan açdığı canlı yayımına qoşularaq haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlak xarakterli hərəkətlər etməklə həmin məlumatları ona göstərib rüsvayedici məlumatlardan ibarət hesabın silinməsi müqabilində 54 ABŞ dolları, yəni milli valyuta olan manata nisbətdə 91,80 manat dəyərində «Tik-tok» sosial şəbəkəsində istifadə olunan 5K (5.000) mükafat jetonunu özünün adına olan “Zloy Qaqasel” hesabına göndərməsini hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 182.1-ci maddəsi ilə təqsirli nilmir, həmim səhifə ona aid deyil, kimə məxsus olduğunu bilsə də deyə bilməz. İstintaqda verdiyi ifadəsini təzyiq altında vermişdir. Ziyanı anası ödəmişdir. Xahiş edir ki, barəsində bəraət hökmü qəbul edilsin. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ifadəsindən görünür ki, əvvəllər Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə islah işlərinə,Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.2,126.2.4, 221.3, 66,3, 68.1.3, 67.1-ci maddələrinə əssən 08 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.Sonuncu dəfə isə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur.Cəzadan azad olunandan təxminən 7-8 ay sonra «Tik-tok» sosial şəbəkəsinə «Zloy Qaqasel» adı ilə qeydiyyatdan keçməklə istifadə etməyə başlamışdır. 08 yanvar 2024-cü il tarixdə «Tik-tok» sosial şəbəkəsində olan zaman orada «ləman yusifli 833» adlı hesabı görərək həmin hesabda yerləşdirilmiş video görüntülərə baxış keçirmiş və bundan sonra “Ləman” adlı hesab açmaq qərarına gəlmiş və «Tik-tok» sosial şəbəkəsinə «@ləman yusifli 833» hesabından şəkilləri və video görüntülərini öz telefonuna yükləmiş, daha sonra «Tik-tok» sosial şəbəkəsində «qehbe lemann» adlı hesab yaradaraq «@ləman yusifli 833» hesabından telefonuna yüklədiyi şəkilləri və video görüntüləri «qehbe-lemann” adlı hesabına yükləmişdir.Həmin ərafələrdə «ləman yusifli 833» hesabını işlədən “Ləman” adlı şəxs canh yayımda olan zaman o özüdə həmin yayıma açdığı «qehbe-lemann”adh saxta hesabla qoşulmuşdur.Bundan sonra “Ləman” adlı şəxs canh yayımı dayandıraraq onun açdığı «qehbe-lemann» adlı hesabına yazaraq onun şəkillərini və video görüntülərini silməyi xahiş etmişdir.O,isə bundan imtina etdikdə Ləman ondan qeyd olunan hesabın silinməsinin müqabilində nə istədiyini soruşmuşdur. Ləmana cavab olaraq açdığı «qehbe-lemann” adlı hesabın silinməsi müqabilində «Tik-tok» sosial şəbəkəsində mükafat kimi istifadə olunan “Tiktok”Sosial şəbəkəsində 54 ABŞ dolları,təxminən 92 manat dəyərində satış elanı yerləşdirilmiş 5K(5.000) jetonunu istəmişdir.Hətta belə, Ləman ondan kart hesabı istəyərək həmin karta məbləğini demədiyi miqdarda pul yükləyə biləcəyini təklif etsədə o,bundan imtina edərək ancaq jeton istədiyini bildirmiş və ona tanımadığı və heç bir əlaqəsi olmadığı,yalnız sosial şəbəkə qeydlərində gördüyü «hacı jeton 085» hesabının linkini göndərmişdir.Bir müddət sonra Ləman yenidən ona yazaraq jeton alıb ona göndərə bilmədiyini,ancaq jetonun pulunu göndərə və onun özünün istədiyi jetonu göndərilən pulla ala biləcəyini bildirsədə onun təklifindən imtina etmiş, yalnız jeton göndərməsini istəmişdir.Ləman onun “Zloy Qaqasel” adlı hesabına jeton göndərmədiyi üçün onun şəkillərini və videolarını yerləşdirdiyi «qehbe- lemann» adlı hesabı silməmiş, Ləmanm ona “5K” jetonunu tezliklə əldə edib göndərməsi üçün yaratdığı «qehbe-lemann”adh hesabda Ləmanm guya 100 manat müqabilində 1 saatlıq hərtərəfli intim münasibət təklif etdiyinə dair onun adından «görüşürüm hərtərəfli 1 saatı 100 AZN» ifadələrini qeyd etmişdir.Təqsirləndirilən şəxs, həmçinin bildirmişdir ki, Ləman adlı qadım əvvəllər tanımamış, onunla aralarında heç bir ədavəti, düşmənçiliyi olmamış, onun canlı yayımına cəmi bir dəfə qoşulmuş və canlı yayımda başqalarının iştirakında onun şəxsi həyatına toxunmamış, hədə-qorxu gəlməmiş, pul tələb etməmiş, 5K jeton göndərmədiyi halda barəsində yalnız rüsvayedici məlumatlar yayacağı ilə hədələmişdir. Zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma, hədə-qorxu ilə onun əmlakını tələb etmə kimi hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyini anlamamış, yalnız cinayət məsuliyyətinə cəlb edilərək ona ittiham elan olunarkən hüquqları və törətmiş olduğu cinayətin məzmunu ona izah edildikdən sonra cinayət törətdiyini bilmişdir. Təqsirləndirilən şəxs təqsirli olması zərəçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X1 əvvələr tanımamış, onunla hec bir əlaqəsi və ünsiyyəti olmamışdır. Təxminən 2023-cü ilin sentyabr-oktyabr aylarında «Tik-tok» sosial şəbəkəsinə «@ləman yusifli 833» adı ilə qeydiyyatdan keçməklə istifadə etməyə başlamışdır. 08 yanvar 2024-cü il tarixdə saat 02:12 radələrində «Tik-tok» sosial şəbəkəsində olan zaman «qehbe lemann” adlı hesabdan ona tanımadığı şəxs yazmağa başlamışdır. Həmin hesaba baxdıqda özünə aid fotoşəkillər və video görüntülərinin yerləşdirildiyini və «görüşürüm hərtərəfli 1 saatı 100 AZN» sözlərinin yazıldığını görmüşdür. Bundan sonra dərhal həmin səhifəyə yazaraq ona aid şəxsi fotoşəkillər və videoların və digər rüsvayedici sözlərin silinməsini xahiş etmişdir. Həmin şəxs isə bundan imtina etdikdə, o, qeyd olunan hesabın silinməsinin müqabilində nə istədiyini soruşmuşdur. Həmin şəxs cavab olaraq açdığı «qehbe lemann» adlı hesabının silinməsi müqabilində «Tik-tok» sosial şəbəkəsində mükafat kimi istifadə olunan 54 ABŞ dolları,yəni 91,80 manat dəyəri olan,lakin ,Cavad Əliyev adlı şəxsin ona 50-60 manat olduğunu dediyi 5K jetonunu ondan istəmişdir. Jeton əvəzinə ona pul təklif etdikdə həmin şəxs bundan imtina edərək ancaq jeton istəmiş və ona jeton satışı ilə fəaliyyət göstərən hesablardan biri olan «hacı jeton 085» hesabının linkini göndərmişdir. Müəyyən vaxt sonra həmin şəxsə yazaraq jeton alıb ona göndərə bilmədiyi və hesab kartına pul göndərmək üçün kartının nömrəsini istəsə də həmin şəxs ona jeton göndərilməsində israr etmişdir. Həmin şəxsin hesabmdakı rüsvayedici məlumatları silməməsini və ondan israrla jeton istədiyini görüb bununla əlaqədar xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət etməli olmuş və yalnız bundan sonra barəsində rüsvayedici məlumatlara əks etdirən «qehbe lemannn» adlı hesabının silinməsinə nail olmuş və həmin hesabı açan və «Zloy Qaqasel» adlı hesabla onunla əlaqə saxlayan şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olduğu məlum olmuşdur. Cinayət işinin 49-50-ci vərəqələrində olan 18 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 92-96-cı vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 18 fevral 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 69-71-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli “baxış keçirmə haqqında” protokolla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tələb etdiyi 54 ABŞ dolları dəyərində olan 5K (5.000) mükafat jetonunun Azərbaycan Respublikasının Milli Bankının www.cbar.az saytında yerləşdirilmiş məlumatlarda xx.xx.2024-cü il tarixə olan məzənnənin 1 ABŞ- dollarının 1,7000 manat olduğu, “Tik-tok” sosial şəbəkəsindən əldə edilmiş məlumata əsasən 5K (5.000) yetonunun həmin tarixə olan dəyərinin 54 ABŞ dolları,yəni milli valyuta manata olan nisbətinin 91.80 (doxsan bir manat səksən qəpik) təşkil etdiyi müəyyən edilmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirmə haqqında” protokolu ilə “@qehbe-lemann” adlı hesabın 390 takibçisi, 876 beyeni olduğu, hesabın ilk səhifəsində “Görüşürəm hər Terefli 1 saatı 100 AZN” sözləri, Zərərçəkmiş şəxs aid canlı yayım zamanı çəkilmiş fotoşəkillər və onlardan 1120 takibçisi olduğu göstərilən yayım üzərində “ZLOY QAQASEL” yazılarının qeydə alındığı və bunda başqa,”ZLOY QAQASEL” hesabının sahibi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında 15:56 daZərərçəkmiş şəxs:”Mən seyfeni yeni açmışam ve heçneden başım çıxmır. “İlk canlıydı açmışdım.” Təqsirləndirilən şəxs(Zloy Qaqasel”-“Jeton satan seyfeler var zakaz verirsən gəlib atıb gedirlər,” Zərərçəkmiş şəxs-“Sen seyfeni sil mene seher basa sal hell ederik. “Be deyqe heç ne ede bilmirəm seher açılsın” Təqsirləndirilən şəxs(Zloy Qaqasel”-“Pul yox yeton ay qız” Zərərçəkmiş şəxs-“Sil seyfeni tamam seher jeton alım. Təqsirləndirilən şəxs(Zloy Qaqasel”-Sabah də sabah, bax,Sehere kimi Heç ne Paylaşmayacam ki, Keşvyeta Düşməsin” Zərərçəkmiş şəxs-“Tamam” Zərərçəkmiş şəxs-“Bu deyqe heç ne de bilmirəm. Seher açılsın. Didiyini eliyəcəm Sen indi seyfeni sil. Təqsirləndirilən şəxs(Zloy Qaqasel”-“Mende seher silerem” Zərərçəkmiş şəxs-“Baxır camaat ayıbdır axı” Təqsirləndirilən şəxs(Zloy Qaqasel”-“Vallah nə deyim gersi sene qalıb” Zərərçəkmiş şəxs-“ 5 К jeton neqeder edir?” Təqsirləndirilən şəxs(Zloy Qaqasel”-“50-60 manat” Zərərçəkmiş şəxs-“ Sil vidyonu kart at seher pulu atım”,Seyfeni sil kart gönder seher pul gönderim özün al” Təqsirləndirilən şəxs(Zloy Qaqasel”-“Pul yox yeton ay qız” Zərərçəkmiş şəxs-“Sil seyfeni tamam seher yeton alım” Təqsirləndirilən şəxs(Zloy Qaqasel”-“Noldu?” Təqsirləndirilən şəxs(Zloy Qaqasel”-“Az boylan seyfeye”-məzmunlu dialoqun aparıldığı təsdiq olunmuşdur. Cinayət işinin 97-99-cu vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə şəhəri, Kəpəz rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə islah işlərinə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.2,126.2.4, 221.3, 66,3, 68.1.3, 67.1-ci maddələri ilə təqsirli bilinərərk 08 il 01 ay müddətinə, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 109-116-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 30 aprel 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi, Təqsirləndirilən şəxs tərəfindən rüsvayedici məlumatlar yaymaqla hədə-qorxuya məruz qalınması və əmlak tələbli hərəkətlərdən ibarət məlumatların köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət təqibi üzrə əhəmiyət kəsb edən halların müəyyən edilməsinə kömək edən əşya olduğu nəzərə alınaraq iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Həmin diskə məhkəmədə baxış keçirilmişdir. Diskdə olan səslərin kimə məxsus olmasıyla bağlı Təqsirləndirilən şəxs ona məxsus olduğunu etiraf etmişdir. Həmin səsyazmalardan sonuncu videoyazıdan görünür ki, “Zloy-Qaqasel” adlı tik-tok səhifəsindən canlı açır və digər tik-tok istifadəçisinə canlıda bir qızla bağlı səhifə açdığını, səhifənin bağlanması üçün ona müxtəlif zənglərin gəldiyini, həmin şəxsləri şəxsidə söydüyünü, həmçinin kim istəsə nömrəsiz və imelsiz tik-tok və instaqram səhifələri aça biləcəyini elan etmişdir, Təqsirləndirilən şəxs məhkəmə zalında həmin səsləri dinləyərkən, səsin ona məxsus olduğuna etiraz etməmi, lakin həmin etrafını izah edə bilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 xx.xx.2024-cü il tarixli 4847 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs Fərhad oğlunda şəxsiyyətin emosionaldavamsız tip pozuntusu müəyyən edilir. C.F.Vəliyevdə müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. C.F.Vəliyev ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, C.F.Vəliyev ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Məhkəmə istintaqında @qehbe_lemann”, “@ZLOY_QAQASEL” və “@Zloy.Qaqasel” istifadəçi adı hesabların kimə məxsus olması, həmin hesabların İP ünvanları, İP ünvanlarının kim tərəfində istifadə və idarə olunması, profillərin hansı mobil nömrələrlə qeydiyyatdan keçməsi, profil sahiblərini İD kart nömrəsi, profillərin hansı cihazlardan istifadə edilməklə idarə edilməsi, İP ünvanlarının hansı qeydiyyat ünvanları vasitəsi ilə istifadə edilməsi, həmin profillərin hansı İP ünvanları ilə istifadə edilməklə yaradılması, profil sahiblərinin elektron poçt ünvanları, pasport, istifadəçi və şəxsiyyəti müəyyən edən digər məlumatlar “Tiktok” social şəbəkə platformasından (ByteDance şirkəti) əldə edilməsi qərar alınmış, qərarın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlılqa Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsindən Yasamal rayon Polis İdarəsinə ünvanlanmış 21 dekabr 2024-cü il tarixli məktubla göndərilmiş qərara cavab olaraq bildirilmişdir ki, “Tik-tok” sosial şəbəkəsinin serverləri ölkə xaricində yerləşdiyinə görə araşdırma aparılması texniki imkanlar xaricindədir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətini törətməsi zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ifadəsində özünü müdafiə məqsədilə göstərdiyi xüsusatlar cinayət işinin materiallarında olan istintaq materialları ilə, xüsusilə də iş materiallarında olan CD disklə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Odur ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təsvir olunanlara zidd olaraq dəlil kimi göstərdiyi hallar mötəbər sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin həmin hissələrdə verdiyi ifadəsini şübhə altına alır və ifadəsində göstərdiyi həmin xüsusatları həqiqətə uyğun olmayan, hər hansı dəlilə söykənməyən, özünümüdafiə xarakterli hesab edir. Yuxarıda təsvir olunanlar onu ehtiva edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə, çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 oktyabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələbetmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Məlumatların rüsvayedici kimi qiymətləndirilməsi tamamilə zərərçəkmiş şəxsin həmin məlumatları necə qəbul etməsindən asılıdır. Zərərçəkmiş şəxs həmin məlumatları gizli saxlamağa çalışır, onları yayma hədəsi isə təqsirkar tərəfindən zərərçəkmiş şəxsdən müəyyən əmlak əldə etmək məqsədilə istifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs şəxsiyyətin emosional-davamsız tip pozuntusu cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bu kimi hal da Təqsirləndirilən şəxs məhkumluğunun götürülməmiş və ödənilməmiş hesab olunduğundan onun tərəfindən törədilmiş yuxarıda göstərilən cinayətə aid hərəkətlərində cinayətin residivini yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 18 fevral 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hədə-qorxu və əmlak tələbli hərəkətlərdən ibarət məlumatların köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış hədə-qorxu və əmlak tələbli hərəkətlərdən ibarət məlumatların köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 90 saata görə 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-24/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-24/2025
07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver