Məhkəmə qərarları › İş №1(004)-240/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-240/2023

08.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-240/2023 08.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində 02 il 08 ay 28 gün azadlıqdan məhrum etmə və 700 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, mənzil 31- də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 52, məcburi köçkünlərin məskunlaşdığı yataqxana otaq 121-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talama məqsəd ilə 15 dekabr 2022-ci il tarixdə saat 04 radələrində vətəndaş Zərərçəkmiş şəxs Mövlam oğlunun icarə əsasında işlətdiyi ünvan 1 ünvanında yerləşən köşkün dəmir örtüyünün qıfılını sındıraraq saxlanc yeri sayılan köşkə qanunsuz daxil olmaqla vitrində yığılmış, sonuncuya məxsus hər birinin dəyəri 4 manat 10 qəpik olmaqla ümumilikdə 123 manat dəyərində 30 ədəd kompakt ballı “Sobraniya” markalı, hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 ədəd göy qalın “Sobraniya” markalı, hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 74 manat dəyərində 20 ədəd göy nazik “Sobraniya” markalı,hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 74 manat dəyərində 20 ədəd ağ qalın “Sobraniya” markalı, hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 74 manat dəyərində 20 ədəd ağ nazik “Sobraniya” markalı, hər birinin dəyəri 3 manat 70 qəpik olmaqla ümumilikdə 37 manat dəyərində 10 ədəd kompakt ballı “Sobraniya” markalı,hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla ümumilikdə 76 manat dəyərində 20 ədəd “Kent-8” markalı, hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla ümumilikdə 38 manat dəyərində 10 ədəd qalın “Kent-4” markalı, hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla ümumilikdə 114 manat dəyərində 30 ədəd nazik “Kent-4” markalı, hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla ümumilikdə 76 manat dəyərində 20 ədəd nazik “Kent-1” markalı, hər birinin dəyəri 3 manat 80 qəpik olmaqla ümumilikdə 76 manat dəyərində 20 ədəd mentol “Kent” markalı, hər birinin dəyəri 3 manat 60 qəpik olmaqla ümumilikdə 108 manat dəyərində 30 ədəd komspakt boz “Vinston” markalı, hər birinin dəyəri 3 manat 60 qəpik olmaqla ümumilikdə 72 manat dəyərində 20 ədəd kompakt ballı “Vinston” markalı, hər birinin dəyəri 3 manat 60 qəpik olmaqla ümumilikdə 72 manat dəyərində 20 ədəd kompakt mentol “Vinston” markalı, hər birinin dəyəri 3 manat 60 qəpik olmaqla ümumilikdə 10 manat 80 qəpik dəyərində 3 ədəd kompakt göy “Vinston” markalı,hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 96 manat dəyərində 30 ədəd ağ kompakt “LD” markalı, hər birinin dəyəri 3 manat 20 qəpik olmaqla ümumilikdə 96 manat dəyərində 30 ədəd boz nazik “LD” markalı, hər birinin dəyəri 2 manat 40 qəpik olmaqla ümumilikdə 36 manat dəyərində 15 ədəd boz nazik “Vinçester” markalı, hər birinin dəyəri 2 manat 40 qəpik olmaqla ümumilikdə 48 manat dəyərində 20 ədəd boz kompakt “Vinçester” markalı,hər birinin dəyəri 2 manat 70 qəpik olmaqla ümumilikdə 40 manat 50 qəpik dəyərində 15 ədəd göy nazik “Vinçester” markalı, hər birinin dəyəri 2 manat 45 qəpik olmaqla ümumilikdə 36 manat 75 qəpik dəyərində 15 ədəd kompakt boz “Vinçester” markalı siqaretləri gizli olaraq talayaraq, ümumilikdə Zərərçəkmiş şəxs 1415 manat 05 qəpik dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 04 radələrində o, Bakı şəhəri Yasamal rayonu, Akim Abbasov 8 ünvanında yerləşən yolun kənarında köşk diqqətini cəlb etmişdir. Ətrafa baxdıqdan sonra kimsənin olmadığını görüb, köşkün qarşısında bağlı vəziyyətdə olan ağ rəngli dəmir pərdəni (jalyüzi) qaldırıb, köşkə girmişdir. Köşkdə vitrində və yerdə yığılmış siqaretlərin demək olar ki, yarısını köşkün içərisindən götürdüyü qara rəngli sellofan torbaya yığmış və piyada yaşadığı yataqxanaya gəlmişdir. 20 yanvar metrostansiyasının yaxınlığında Şamaxika adlanan ərazidə yolun kənarında siqaret satışı köşkünə yaxınlaşmış, tanımadığı şəxsə pula ehtiyacı olduğunu siqaret satdığını demişdir. Torbada ümumi sayı 170 ədəd olan qarışıq sayını bilmədiyi ağ və göy rəngli nazik və qalın Sobraniye, Kent, Vinçestr, LD, Prima və sair yadında qalmayan siqaretləri 470 manata ona satmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını, zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 6 kvadrat metr olan siqaret köşkündə satıcı işləyir. Həmin köşkə malları yəni əsasən də siqret məhsullarını ona hər siqaretin öz şirkəti gətirir. Həftədə bir və ya iki dəfə üç firmadan Vinston, Mest və Kent firmalarından 600-800 manat civarında siqaret alır. 15 dekabr 2022-ci il tarixdə saat 07:00-da işlədiyi ünvan 3 ünvanında yerləşən siqaret köşkünə gələn zaman köşkün qarşı hissəsində dəmirdən olan qoruyucu pərdə, yəni jalyuzi kimi bildiyi örtüyün yarıya kimi açılmış vəziyyətdə olduğunu görmüşdür. İçəriyə keçəndə köşkdə olan hər üç vitrində siqaretlərin olmadığını görüb dərhal 102 mərkəzi zəng sisteminə oğurluq barədə telefonla məlumat vermişdir. Köşkdən bir qutunun dəyəri 3,70 manat cəmi 10 qutu göy qalın Sobraniya, dəyəri 3,70 manat olan cəmi 20 qutu göy nazik Sobraniya, dəyəri 3,70 manat olan 20 qutu ağ qalın Sobraniya, dəyəri 3,70 manat olan 20 qutu ağ nazik Sobraniya, dəyəri 3,70, 10 qutu qara qalın Sobraniya, dəyəri 3,62, 30 qutuSobraniya kompakt ballı, dəyəri 3,46, 20 qutu kent-8, dəyəri 3,46, 10 qutu Kent-4 qalın, dəyəri 3,46, 30 qutu Kent-4 nazik, dəyəri 3,46, 20 qutu Kent-1 nazik, dəyəri 3,46, 20 qutu Kent mentol, dəyəri 3,26, 30 qutu Kompakt boz Vinston, dəyəri 3,26, 20 qutu Kampakt ballı Vinston, dəyəri 3,26, 20 qutu Vinston kampakt mentol, dəyəri 3,60 olan 3 qutu nazik qararəngli Vinston, dəyəri 2,72, 30 qutu LD ağ kampakt, dəyəri 2,90, 30 qutu LD boz nazik, dəyəri 2,45, 15 qutu Vinçestr boz nazik, dəyəri 2,45, 20 qutu Vinçestr boz kampakt, dəyəri 2,45, 15 qutu vinçestr göy kampakt və hər birinin dəyəri 2,45 manat olan 15 qutu Vinçestr göy nazik siqaret qutularını oğurlamış və ümumilikdə həmin siqretlərə görə ona 1.306 manat 65 qəpik maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu, Şamaxinka adlanan ərazidə 20 yanvar küçəsində yerləşən Bakı şəhər İcra Hakimiyyətinin nəznində ticarət departamenə məxsus yaşıl rəngli köşkdə satıcı işləyir. Həmin köşkdə siqaret su, şirə, şiriniyyat, qazet jurnal, xırda uşaq oyuncaqları və digər xırdavat mallar satılır. Hər bir malı öz şirkəti gətirir siqret məhsullarını isə hər bir siqaretin öz firması gətirib təhvil verir. 15 dekabr 2022-ci il tarixdə saat təxmini 09:30 radələrində təxmini 35-40 yaşlarında adını bilmədiyi qarayanız bir oğlan əlində tünd rəngli çantada açıq və bloklarda müxtəlif çeşiddə siqaret qutularını göstərərək satdığını ona demişdir. Həmin siraretlərin içərisində bir blok göy rəngli nazik sobraniya siqareti qalan siqaret qutuları isə açıq vəziyyətdə olmuş, həmin siqaretləri saydıqda 170 qutu olduğunu görmüşdür. Həmin siqaretlərin çərisində nazik palmal, nazik, qalın göy və ağ sobraniya, kompak rotmans, nazik vinston siqareti, maqna, Vinçestr, qırmızı malboro, LD, Prima siqaretləri olmuşdur. O, həmin siqaretlərin bir ədədini 2 manat 80 qəpik ödəməklə ümumilikdə həmin oğlana 470 manat pul vermişdir. Amma cəmi 476 manat pul verməli olmuş, xırdası olmadığına görə 6 manatını verməmişdir. 18 dekabr 2022-ci il tarixdə 15 radələrində polis əməkdaşları köşkə gələndə bilmişdir ki, həmin siqaretlər oğurluq olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Kamil Rahmanov tərəfindən tərtib edilmiş 15 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən köşkdür (səh.11-14). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 dekabr 2022-ci il tarixli “maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Şahid işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən xırdavat malları satışı köşkündən 10 ədəd nazik “Sobranie”, 11 ədəd ayrı-ayrı rənglərdə “Sobranie”, 3 ədəd Vinston” markalı siqaretlərini təqdim edərək 15 dekabr 2022-ci il tarixdə 470 manata tanımadığı şəxsdən aldığını, bir qismini satdığını bildirmişdir. Təqdim edilmiş siqaretlər götürülmüşdür (səh.19). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 03 fevral 2023-cü il tarixli 9/134 nömrəli rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş tütün məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 96,90 manat müəyyən edilir. Tədqiqata təqdim edilməyən, qərarda göstərilən tütün məmulatlarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 47,80 manat müəyyən edilir. Kompakt ballı “Sobraniya” markalı siqaretin 1 ədədəinin dəyəri 4,1 (4 manat 10 qəpik), “Kent-8” markalı siqaretin bir ədədi 3,8 manat, Qalın “Kent-4” markalı siqaretin bir ədədi 3,8 manat, Nazik “Kent-4” markalı siqaretin bir ədədi 3,8 manat, Nazik “Kent-1” markalı siqaretin bir ədədi 3,8 manat, Mentol “Kent” markalı siqaretin bir ədədi 3,8 manat, Kompakt boz “Vinston” markalı siqaret qutusunun bir ədədinin dəyəri 3,6 manat, Kompakt ballı “Vinston” markalı siqaret qutusunun bir ədədinin dəyəri 3,6 manat, Kompakt mentol “Vinston” markalı siqaret qutusunun bir ədədinin dəyəri 3,6 manat, Ağ kompakt “LD” markalı siqaret qutusunun bir ədədinin dəyəri 3,2 manat, Boz nazik “LD” markalı siqaret qutusunun bir ədədinin dəyəri 3,2 manat, Boz nazik “Vinçestr” markalı siqaret qutusunun bir ədədinin dəyəri 2,4 manat, Boz kompakt “Vinçestr” markalı siqaret qutusunun bir ədədinin dəyəri 2,4 manat, Göy nazik “Vinçestr” tütün markalı siqaret qutusunun bir ədədinin dəyəri 2,7 manat təşkil edir (səh.142-145). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 1000 manat cərimə cəzasına, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 69.3, 67.1, 68.2-ci maddələri tətbiq edilməklə 02 il 08 ay 28 gün azadlıqdan məhrum etmə və 700 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin olunmuş 700 manat cəriməni ödəmədiyi müəyyən edilmişdir (səh.127-128, 132-141,156). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən 10 ədəd nazik göy rəngli “Sobranie” markalı, 1 ədəd ağ rəngli qalın “Sobranie”, 8 ədəd ağ rəngli nazik “Sobranie” markalı, 2 ədəd göy rəngli qalın “Sobranie”, 3 ədəd nazik qara rəngli “Vinston” markalı siqaretlər maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə qədər sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (səh.182). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (səh. 33-36). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli 4(004)-1088/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir (səh. 46-47, 57-67). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o ifadəsində qeyd etdiklərini hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir (səh. 68- 74). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 1000 manat cərimə cəzasına, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 69.3, 67.1, 68.2-ci maddələri tətbiq edilməklə 02 il 08 ay 28 gün azadlıqdan məhrum etmə və 700 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs təyin olunmuş 700 manat cəriməni ödəmədiyi müəyyən edilmişdir. Göründüyü kimi hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 18 dekabr 2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 10 ədəd nazik göy rəngli “Sobranie” markalı, 1 ədəd ağ rəngli qalın “Sobranie”, 8 ədəd ağ rəngli nazik “Sobranie” markalı, 2 ədəd göy rəngli qalın “Sobranie”, 3 ədəd nazik qara rəngli “Vinston” markalı siqaretlər maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə qədər sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Həmçinin, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-240/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(060)-162/2020 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 700 manat cərimə cəzası yeni təyin edilmiş cəza ilə tam birləşdirilməklə ona qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə və 700 (yeddi yüz) manat miqdarında cərimə cəzaları saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun. İş üzrə maddi sübut kimi tanınmış 10 ədəd nazik göy rəngli “Sobranie” markalı, 1 ədəd ağ rəngli qalın “Sobranie”, 8 ədəd ağ rəngli nazik “Sobranie” markalı, 2 ədəd göy rəngli qalın “Sobranie”, 3 ədəd nazik qara rəngli “Vinston” markalı siqaretlər maddi sübut kimi tanınmış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə qədər sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar