Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-242/2020 21.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, mənzil 106 ünvanında yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1.475 qram çəkidə narkotik vasitə heroin və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan 1.160 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 2 saylı ünvanın qarşısına qanunsuz daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində ünvan 2 saylı ünvanın qarşısında saxlanılaraq üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin sol iç cibində satış məqsədilə qanunsuz olaraq əldə edib saxladığı bir ədəd kibrit qutusunda dörd ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda 0.460 qram, 0.478 qram, 0.461 qram və 0.076 qram olmaqla 1.475 qram ümumi təmiz çəkidə narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda beş ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda 0.126 qram, 0.020 qram, 0.036 qram, 0.505 qram və 0.473 qram olmaqla 1.160 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə yaşadığı ünvan 2 ünvanda yerləşən 106 saylı mənzilə baxış keçirilən zaman dəhlizdə yerləşən dolabın üstündən bir ədəd üzərində narkotik vasitə heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, tutulmamışdan əvvəl heç yerdə işləməmişdir. Hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir və heç bir əsəb ruhi dispanserdə qeydiyyatda deyil. Evlidir, himayəsində 2 nəfər azyaşlı uşaqları vardır. Uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Polis əməkdaşları tərəfindən tutulmamışdan bir gün əvvəl Yasamal rayonu ərazisinində tanımadığı şəxsdən 1 qramını 25 manata heroin, 1 qramını 50 manat metamfetamin almış, belə ki, həmin şəxslə söhbət edən zaman o, narkotik vasitə satdığını demiş, onu daha əvvəllər tanımamış və hər hansı bir yerdə görməmişdir, həmin narkotik vasitələri və psixotrop maddələri ayrı ayrı bükümlərdə iki ədəd kibrit qutusunda əynində olan göy rəngli gödəkçənin sol iç cibinə qoymuşdur. X12 uzun müddətdir ki, tanıyır. Ruslan anasıgillə qonşuluqda yaşadığından Qonşu kimi münasibətləri olmuşdur. Ruslanın narkotik vasitələr qəbul etməsi barədə məlumatı olmuşdur. X5 ilə eyni məktəbdə təhsil almışlar. Rahiblə yaxın münasibəti olmasa da, mərasimlərdə görüşən zaman salamlaşmışlar. xx.xx.2019-cu il tarixdə saat 23:30-da ünvan 3 ünvanında olan zaman mülki geyimli şəxslər ona yaxınaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və xidməti vəsiqələrini təqdim etmişlər. Onlar barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş, bildirmişlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir. Təklif olunmuşdur ki, üzərində nə əşya varsa təqdim etsin. Əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 02 (iki) ədəd kibrit qutularını çıxararaq həmin kibrit qutularının içərilərindəki maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını bildirmiş, həmçinin yaşadığı ünvan 3, mənzil 106 ünvanında qanunsuz əşya və maddələrin olmadığını bildirmiş, evə baxış keçirilməsinə etiraz etməmiş, lift vasitəsilə binanın altıncı mərtəbəsinə qalxaraq polis əməkdaşlarını evə dəvət etmiş, baxış zamanı mənlizin dəhlizində yerləşən dolabın üzərindən 01 (bir) ədəd elektron tərəzini aşkar edilmişdir. Üzərindən aşkar edilmiş bükümlər 01 (bir) ədəd zərfdə qablaşdırılmış və möhürlənmiş, həmin zərfin üzərinə imza etmiş, bundan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən və yaşadığı evdən heç bir qanunsuz əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Mənlizindən götürülmüş 01 (bir) ədəd elektron tərəzi 01 (bir) ədəd zərfə qoyularaq möhürlənmiş, sorğu zamanı Ruslan Ağayevə narkotik vasitələr və psixotrop maddələr satmadığını, aşkar edilən maddələri öz istifadəsi üçün saxladığını bildirmişdir. Tərəzinin aşkar olunması ilə bağlı bildirmişdir ki, özü üçün aldığı narkotik vasitələri gündəlik dozalara bölüşdürmək üçün istifadə edirdi. Saxlanılan zaman ona qarşı heç bir fiziki və ya psixi təsir olmamış, özü də polis əməkdaşlarının bütün göstərişlərinə tabe olmuş, onlara heç bir müqavimət göstərməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmur, əvvəllər də, hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. Daha sonra özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD-R diskində olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 xüsusilə mühüm işlər üzrə baş əməliyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə məlumat daxil olmuşdur ki, ünvan 4, mənzil 4 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, 1982-ci il təvəllüdlü X15 mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin və metadonun, psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olur və həmin maddələri ünvan 6, mənzil 106 ünvanında yaşayan tanışı, 1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs əldə edir. Alınmış məlumat barədə raportla Baş X3 rəhbərliyinə məruzə edildikdən sonra X10 və Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunmaları istiqamətində Bakı şəhəri, Yasamal rayonu ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, qərara əsasən Baş İdarə əməkdaşlarından ibarət qrup yaradılmaqla tədbirin keçirilməsinə başlanılmış, əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixdə X10 olması ehtimal olunan ünvan 4 ünvanının yaxınlığına yollanmışlar. Oraya gəldikdə əməliyyat mövqeyi seçilmiş, xx.xx.2019-cu il tarixdə saat 16:36-da ünvan 4 ünvanında özünü şübhəli aparan, xarici görünüşcə X13 oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmış, həmin şəxsə xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş, saxlanılan şəxsdən anket məlumatlarını soruşduqda özünü xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 5 ünvanında qeydiyyatda olan, faktiki ünvan 4, mənzil 4 ünvanında yaşayan X7 təqdim etmişdir. Ruslan Ağayev əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş, sonra ona izah edilmişdir ki, o, mütəmadi olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitə olan heroinin, metadonun və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsində şübhəlidir.. Sorğu zamanı R.Ağayev bildirmişdir ki, üzərindən və yaşadığı evdən təqdim etdiyi narkotik vasitə olan heroinin 1 qramını 25 manata manata, psixotrop maddə olan metamfetaminin 1 qramını 50 manata, narkotik vasitə olan metadon həbini birini 8 manata saxlandığı vaxtdan təxminən 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonunda olarkən həmin rayon ərazisində yaşayan tanışı, ***-***-**-** mobil telefon nömrəsindən istifadə edən Samir adlı şəxsdən bir hissəsini özü istifadə etmək, digər hissəsini satmaq məqsədilə almışdır. Daha sonra R.Ağayev tanışı Samir adlı şəxsin cinayət əməllərinin ifşa edilməsinə razılıq vermiş, yaranmış əməliyyat zərurəti ilə bağlı Baş idarənin növbətçi hissəsi ilə telefon vasitəsilə əlaqə yaradılmış və tədbirə əlavə qüvvə kimi xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid3 da cəlb olunmuş, bundan sonra əməliyyat tədbirinin iştirakçıları və Ruslan Ağayevlə birlikdə xx.xx.2019-cu il tarixdə ünvan 6 ünvanının yaxınlığına getmiş və orada əməliyyat mövqeyi seçilmişdir. xx.xx.2019-cu il tarixdə saat 23:30-da ünvan 6 ünvanın qarşısında özünü şübhəli aparan, xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs müəyyən edilərək saxlanılmış, həmin şəxsə xidməti vəsiqə göstərilməklə özlərini təqdim etmiş, saxlanılan şəxsdən anket məlumatları soruşulduqda o, özünü xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 7 Q ünvanında qeydiyyatda olan, faktiki ünvan 6, mənzil 106 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edilmiş və ona izah edilmişdir ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində olan qanunsuz əşyaları varsa təqdim etsin. Belə olan halda o, əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən iki ədəd kibrit qutularını çıxararaq həmin kibrit qutularının içərilərindəki maddələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olmasını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı ünvan 6, mənzil 106 ünvanında qanunsuz əşya və maddələr yoxdur. O, evinə baxış keçirilməsinə etiraz etməmiş, lift vasitəsilə binanın altıncı mərtəbəsinə qalxaraq sol əlində saxladığı açarla mənzilinin qapısını açmış və tədbir iştirakçılarını oraya dəvət etmiş, Təqsirləndirilən şəxs yaşadığı mənlizin dəhlizində yerləşən dolabın üzərindən bir ədəd elektron tərəzini təqdim etmiş, sonuncunun təqdim etdiyi bir ədəd kibrit qutusu açıldıqda oradan iki ədəd şəffaf polietilen, bir ədəd göy rəngli kağız və iki ədəd gümüşü rəngli kağız bükümlərdə içərilərində ağ rəngli toz-kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzər, digər kibrit qutusu açıldıqda isə oradan üç ədəd şəffaf polietilen və bir ədəd ağ rəngli kağız bükümlərdə içərilərində tünd qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə olan heroinə oxşar maddələr aşkar olunmuşdur. Həmin bükümlər maddələrlə birlikdə iki ədəd kibrit qutularına qoyularaq bir ədəd zərfdə qablaşdırılaraq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar həmin zərfin üzərinə imza etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, üzərindən əməliyyat marağı kəsb edən əşya və predmetlər aşkar olunmamış və götürülməmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənlizin dəhlizində yerləşən dolabın üzərindən olan bir ədəd elektron tərəzi bir ədəd zərfə qoyularaq DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, iştirakçılar həmin zərfin üzərinə imza etmiş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və qonaq otağındkı masanın üzərindən sonuncuya məxsus bir ədəd «Nokia» markalı mobil telefon və şəxsiyyət vəsiqəsi aşkar olunmuş və əməliyyat marağı kəsb etdiyindən götürülmüşdür. Bütün tədbir mobil telefonu vasitəsi iə videoçəkilişlə aparılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən təqdim etdiyi narkotik vasitə olan heroinin 1 qramını 25 manata, psixotrop maddə olan metamfetaminin 1 qramını 50 manata saxlandığı vaxtdan təxminən 1 gün əvvəl Bakı şəhəri, Yasamal rayonunda olarkən tanımadığı, adını və ünvanın bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə almışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs Ruslan Ağayevə narkotik vasitələr və psixotrop maddələr satmadığını bildirmiş, lakin Ruslan Ağayev Təqsirləndirilən şəxs dediklərini təkzib etmişdir. Bundan sonra tədbir iştirakçıları və saxlananılan şəxslə birlikdə Baş Narkotiklərlə Mübarizə idarəsinə yollanmış, oraya gəldikdə saxlanılan şəxsin hüquqlarının müdafiə edilməsi məqsədilə ona müdafiçi təqdim edilməklə keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və iştirakçılarla birlikdə protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 onlardan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında yaşayır. Samiri çoxdan müsbət tərəfdən tanıyır, onun narkotik vasitələrin aludəçisi olmağından xəbəri olmayıb və həmin vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatı olmayıb. Cinayət işinin 30-cu vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 107-109-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 188-190-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 (üç) ay, yəni xx xxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 223-229-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 (üç) ay, yəni xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 45-47-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29843 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan iki ədəd kibrit qutusunda...” yazısı olan 1 N-li paketdə, 2 (iki) ədəd kibrit qutunun içərisində, 4 (dörd) ədəd bükümdə, ümumi təmiz çəkisi 1,475 qr qəhvəyi rəngli tozşəkilli maddə : əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olubkustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 5 (beş) ədəd bükümdə, ümumi təmiz çəkisi 1,160 qr ağ rəngli kristall şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Vət. Təqsirləndirilən şəxs evindən aşkar olunan elektron tərəzi” yazısı olan 4 N-İi paketdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Tədqiqata təqdim edilmiş, üzərində: “Vət.Ağayev Ruslanın üzərindən aşkar olunan...” yazısı olan 2N-İi paketdə, 6 (altı) ədəd bükümdə, ümumi təmiz çəkisi 15,362 qr olan qəhvəyimtil rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd qara elektron tərəzinin üzərində narkotik vasitə olan-heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş, üzərində: “Vət. X10 evindən aşkar olunan....” yazısı olan 3N-İi paketdə, 2(iki) ədəd polietilen bükümdə, ümumi təmiz çəkisi 100,429 qr olan qəhvəyimtil rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə, təmiz çəkisi 50,626 qr ağ rəngli kristall şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və 23 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər zavod üsulu ilə hazırlanmış metadon tərkibli dərman preparatıdır. 23 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,92 qr təşkil edir. ( b həbdə 0,04 qr metadon olmaqla). Həmin paketdə olan bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan-heroinin izləri vardır. Beləliklə, X10 üzərindən və evindən götürülmüş heroinir ümumi təmiz çəkisi 115,791 qr-dır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlər, X10 üzərindən və evindən götürülmüş heroinlərlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidirlər. Vət. Təqsirləndirilən şəxs götürülmüş metamfetaminlər, X10 evindən götürülmüş metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Tərəzilərin üzərində aşkar edilmiş heroin və metamfetamin iz şəklində olduğu üçün R.Ağayevdən və Təqsirləndirilən şəxs götürülmüş heroinlərlə və metamfetaminlərlə eyni olub-olmamasını müəyyən etmək mümkün olmadı. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 114,00 (bir yüz on dörd) manat təşkil etmişdir. Cinayət işinin 122-123-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 29862 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət X2 həyətindən aşkar olunan bir büküm...” yazısı olan kağız paketdəki, bir ədəd polietilen bükümdə təmiz çəkisi 50,065 qr olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin 174-176-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 192 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X1 götürülmüş, 1 (bir) ədəd bükümdə, ilkin tədqiqat zamanı təmiz çəkisi 50,065qr narkotik vasitə heroin (“3” dekabr 2019-cu il tarixli 29862 saylı ekspert rəyi), X8 götürülmüş 8 (səkkiz) ədəd bükümdəki, ilkin tədiqqat zamanı ümumi təmiz çəkisi 115,791 qr olan heroinlərlə (3” dekabr 2019-cu il tarixli 29843 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir; - X1 götürülmüş, 1 (bir) ədəd bükümdə, ilkin tədqiqat zamanı təmiz çəkisi 50,065 qr narkotik vasitə heroin (“3” dekabr 2019-cu il tarixli 29862 saylı ekspert rəyi), Təqsirləndirilən şəxs götürülmüş 4 (dörd) ədəd bükümdəki, ilkin tədqiqat zamanı ümumi təmiz çəkisi 1,475qr olan heroinlərlə (3” dekabr 2019-cu il tarixli 29843 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə fərqlidir. Cinayət işinin 230-231-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsi Ambulator X4 ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli, 616 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəisndə asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 191-194-cü vərəqələrində olan maddi sübut hesab etmə haqqında xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1.475 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 1.275 qramı, 1.160 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 1.01 qramı və ondan aşkar edilmiş bir ədəd elektron tərəzi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 236-252-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, 03 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 159-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X6 tərəfindən xx xxxxxx 2019-cu-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin 167-ci vərəqəsində olan AA seriyalı, ******* saylı və AA seriyalı, ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətlərindən görünür ki, Qasımov Vaqif və Qasımova Məryəm xx xxxxxx 2019-cu il tarixdə anadan olmuşlar, ataları Təqsirləndirilən şəxsdur. Cinayət işinin materiallarında olan DVD-R diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 23:30-da ünvan 9 ünvanının qarşısında saxlanılıb üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd kibrit qutusunda dörd ədəd bükümdə narkotik vasitə heroinə bənzər və bir ədəd kibrit qutusunda beş ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Həmin tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs faktiki yaşadığı ünvan 2, mənzil 106-ya keçirilən baxış zaman dəhlizdə yerləşən dolabın üstündə bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD-R diskində olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının xx xxxxxx 2019-cu il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 şəxsi Ambulator X4 ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli, 616 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut 1.475 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 1.275 qramı, 1.160 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 1.01 qramı və aşkar edilmiş bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, üzrə digər maddi sübut kimi olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut 1.475 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatlarından sonrakı qalıq 1.275 qramı, 1.160 qram çəkidə psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatdan sonrakı qalıq 1.01 qramı və aşkar edilmiş bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-242/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-242/2020
21.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver