Məhkəmə qərarları › İş №1(004)-242/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-242/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-242/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1975-ci ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üstündə saxlamış və daşımışdır. Belə ki, o, 01 fevral 2021-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən «Kubinka» adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağız parçasına bükülmüş vəziyyətdə təmiz çəkisi 2,782 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli maddə - narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşıyaraq ünvan 2 ünvanın qarşısına gətirdikdən sonra, həmin gün saat 19:00 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanda saxlanılıb 27-ci PB-nə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli «cins» şalvarının sağ yan cibindən qeyd olunan 2,782 qram çəkidə narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o bir müddətdir ki, narkotik vasitə olan heroini çəkmək yolu ilə qəbul edir. Bu əməlinə görə əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 22.02.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və həmin cəzasının sonu ilə azad olunmuşdur. 01 fevral 2021-ci il tarixdə saat 17 radələrində o, narkotik vasitə olan heroin almaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonunda yerləşən «Kubinka» adlanan əraziyə gəlib, üzdən tanıdığı, lakin adını bilmədiyi orta yaşlı arıq bədən quruluşlu şəxsə yaxınlaşıb ondan 60 manat müqabilində bir büküm narkotik vasitə olan heroin almışdır. Bundan sonra o həmin narkotik vasitəni istifadə etmək üçün yaşadığı Bakı şəhəri ünvan 7 evə gedən zaman yaşadığı binanın qarşısında üç nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları kimi təqdim edərək onu PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 27-ci polis şöbəsinə getmişdir. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız paraçaya bükülmüş narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni 01.02.2021-ci il tarixdə saat 17 radələrində «Kubinka» kimi tanınan yerdən üzdən tanıdığı, lakin adını və telefon nömrəsini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 60 manata almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 27-ci Polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməsi barədə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 01 fevral 2021-ci il tarixdə ondan və iş yoldaşı əməliyyat müvəkkili olan Şahid2 və Şahid3 ibarət əməliyyat qurupu təşkil edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 fevral 2021-ci il tarixdə saat 19:00-da ünvan 4 ünvanın qarşısında saxlanılmışdır. Ceyhunun üzərində narkotik vasitənin olmasına əsaslı şəkildə şübhələr yarandığından ona polis bölməsinə getmək təklif olunmuş və Ceyhun buna etiraz etmədiyi üçün onu xidməti avtomobilə əyləşdirərək özləri ilə Yasamal RPİ-nin 27-ci PB-nə aparıb təhqiqatçıya təhvil vermişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Ceyhun əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli dəftər vərəqəsindən ibarət olan kağız parçasına bükülmüş tünd qəhvəyi rəngli narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Ceyhun həmin narkotik vasitə olan heroini həmin gün təxminən saat 17 radələrində “Kubinka” adlanan ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan kişi cinsli şəxsdən öz istifadəsi üçün 60 manata alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları hər biri özünə aid hissədə bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 138-140-cı vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, polis mayoru rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 01 fevral 2021-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1975-ci il təvəllüdlü, ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal onun tərəfindən raport əsasında 27-ci PB-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında bölmənin əməliyyat müvəkkilləri polis leytenantı Şahid2 və polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün, yəni 01 fevral 2021-ci il tarixdə əməliyyat müvəkkilləri polis leytenantı Şahid2 və polis leytenantı Şahid3la birlikdə Polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də saat 19:00 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 4 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətəndə o, xx.xx.1975-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar, Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ondan onlarla Yasamal RPİ-nin 27-ci PB-nə getməsini təklif etmişlər, Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan 27-ci PB-nə gəlmişdir. Bundan sonra, əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs yaxalanaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Polis bölməsinin baş təhqiqatçısı polis kapitanı X3 həvalə olunmuşdur. Bununla bağlı, baş təhqiqatçı N.Seyidzadə Yasamal RPİ-nin 27-ci PBdə iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından vəkil X1 maddi imkanı olmadığını bildirərək dövlət hesabına hüquqlarının müdafiə olunması üçün həmin vəkilin dəvət olunmasını xahiş etmişdir. Bununla bağlı, baş təhqiqatçı N.Seyidzadə dövlət büdcəsi hesabına Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X8 27-ci PB-nə dəvət etmişdir. Bundan sonra isə baş təhqiqatçı N.Seyidzadə, Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Məzahir Şahmarovu təqdim etmiş və o da, təqdim olunan vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra, baş təhqiqatçı N.Seyidzadə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş, daha sonra isə onun üzərinə vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvlərinin iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, baş təhqiqatçı N.Seyidzadə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla baş təhqiqatçı N.Seyidzadə tərəfindən şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üçün sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız parçasından ibarət bükülünü çıxarıb təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, göstərilən heroini həmin gün təxminən saat 17 radələrində “Kubinka” adlanan ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan kişi cinsli şəxsdən öz istifadəsi üçün 60 manata alıb əynindəki həmin cins şalvarının sağ yan cibinə qoymaqla sonradan istifadə etməkdən ötrü üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli kağız parçasından ibarət olan kağız bükülünün içərisinə baxış keçirilərkən onun içində tünd qəhvəyi rəngli, spesifik iyli narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edilmişdir. Bununla yanaşı baş təhqiqatçı Nəsimi Seyidzadə tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddənin Təqsirləndirilən şəxs aşkar olunubgötürülməsi ilə bağlı baş təhqiqatçı N.Seyidzadə tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin maddə zərfə qoyularaq DİN-nin 168 saylı möhürü ilə möhürlənərək götürülmüş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd DVD disk maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. O da, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, həmin bir ədəd bükümdə olan maddə həqiqətəndə narkotik vasitə heroindir və çəkisi 2,782 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 1 ədəd bükülünü könüllü çıxardıb təqdim edərək bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan heroindir. Həmin bükülü açılaraq içərisində spesifik iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə hesab olunan heroinə oxşar maddə götürülmüşdür. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən iarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən könüllü çıxardaraq təqdim etdiyi ağ rəngli kağıza bükülmüş maddə heroindir, həmin narkotik vasitəni 01 fevral 2021-ci il tarixində saat 17 radələrində “Kubinka” deyilən ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan kişi cinsli şəxsdən özünün istifadəsi üçün 60 manata alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibinə ağ rəngli kağızın içərisinə yerləşdirərək qoymuş və 01.02.2021-ci il tarixdə saat 19:00 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir. (i.v. 34-36) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 02 fevral 2021-ci il tarixli 6/454 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 168” dairəvi möhür əksi olan “Vət.Təqsirləndirilən şəxs....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 2.782 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (i.v. 44-47) “Diskə baxış keçirilməsi barədə” 02 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqları baş təhqiqatçı N.Seyidzadə tərəfindən izah olunmaqla ona üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunması təklif edilir və bundan sonra Təqsirləndirilən şəxs özü əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız parçasından ibarət olan kağız bükülünü çıxarıb təqdim edir və bundan sonra baş təhqiqatçı N.Seyidzadə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparması və sonuncunun üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlərin aşkar olunmaması müəyyən olunur. Üzərindən aşkar edilmiş bükülüdə olan maddənin nədən ibarət olması barədə sorğu edilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli kağız parçasından ibarət olan kağız bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni bu gün, yəni 01 fevral 2021-ci il tarixində təxminən saat 17 radələrində “Kubinka” adlanan ərazidən tanımadığı və barəsində heç bir anket məlumatı olmayan kişi cinsli şəxsdən öz istifadəsi üçün 60 manata alıb əynindəki həmin cins şalvarımın sağ yan cibinə qoymaqla sonradan istifadə etməkdən ötrü şəxsi istifadəsi üçün üzərində saxladığını və saat 19:00 radələrində yaşadığı Yasamal rayonu, Ş.Əzizbəyov küçəsindəki 95 saylı binanın qarışısına gəldiyini və bundan sonra həmin ünvanda da polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gətirildiyini bildirir. Bundan sonra, Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ağ rəngli kağız parçasından ibarət olan kağız bükülünün içərisinə keçirilən baxış zamanı bükülünün içində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin olması müəyyən olunur. Müdafiəçi M.Şahmarov, Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən ona təzyiq olub-olmamasını, tutulması ilə bağlı yaxın qohumlarına məlumat verilibverilməsi, narkotik vasitə qəbul edib-etməsi, narkotik vasitələrdən aslılığının olubolmamasını barədə sorğu etdikdə Təqsirləndirilən şəxs polis bölməsinə gətirilərkən ona heç bir təzyiq göstərilmədiyini, tutulması barədə yaxın qohumlarına məlumat verildiyini, ağrıları olduğuna görə narkotik vasitə qəbul etdiyini, narkotik vasitələrdən aslılığının olduğunu və törətdiyi əməldən peşiman olduğunu bildirir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi yuxarıda göstərilən bir ədəd ağ rəngli kağız parçasından ibarət olan kağız bükülü içərisindəki həmin maddə ilə birlikdə kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur. (i.v. 56-57) “Maddi sübut kimi tanınması haqqında” 05 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 2.782 qram çəkidə olan maddə kustar üsulla hazırlanmış narkoptik vasitə heroin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə heroinin tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 2.732 qram olan hissəsi məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (i.v. 87-88) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X2 nəticələrinə dair 18 mart 2021-ci il tarixli 859 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 110-111) “Sübutların qiymətləndirilməsi haqqında” 18 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib-götürülmüş narkotik vasitə heroinin maddi sübut kimi tanınması və tədqiqata sərf edildikdən sonra 2,732 qram çəkidə qalan qalığının məhkəmə baxışınadək saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması ilə bağlı 01.02.2021-cı il tarixdə tərtib olunmuş şəxsi axtarış və götürmə haqqında protokol və ona əlavə məlumat daşıyıcısı olan “DVD” disk, maddi sübut, Təqsirləndirilən şəxs izahat və ifadələri, Şahid1 və Şahid2 ifadələri, eləcə də iş üzrə keçirilmiş məhkəmə-kimyəvi və ambulator-məhkəmənarkoloji ekspertizalarının 6/454 saylı 02.02.2021-ci il tarixli və 859 saylı 18.03.2021-ci il tarixli rəyləri sübut növü kimi qəbul edilmişdir. (i.v. 142-150) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 2.782 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 01 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:15-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 19) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03.02.2021-ci il tarixli 4(004)-65/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 01 fevral 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 82-84) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 27.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29.01.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 29.08.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 03.12.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.11.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 28.06.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə və Binəqədi rayon Məhkəməsinin 22.02.2010ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 07.12.2012ci il tarixdə cəzasınının sonu ilə azad edilmişdir. (i.v. 99-102) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.11.2003-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal Rayon Qeydiyyat Şöbəsinin AZ İİİ № 998816 doğum haqqında şəhadətnamədən görünür ki, 20.09.2017-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxsdur. (i.v. 107) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 fevral 2010-cu il tarixli hökmünə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, 07.12.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nın 83.3.3-cü maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2.732 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 01 fevral 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroin məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut – Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə təhvil verilmiş 2.732 qram qalıq çəkisi olan heroin məhv edilsin. Maddi sübut – 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X7, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ**********0000003944, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun Bürosunun “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** olan hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar