Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-242/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 və onların vəkili və nümayəndəsi Müdafiəçi4, müdafiəçilər Müdafiəçi5, Müdafiəçi6 və Müdafiəçi7, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialında işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 127.2.3 və 221.2.1-ci maddəsi ilə xx xxxxxx 1996-cı il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Peppe Pizza” restoranında ofisiant işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1 və 221.2.2-ci maddəsi ilə xx xxxxxx 1997-ci il tarixdə Baki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1 və 221.2.2ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində ictimai yer olan Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanın qarşısında Zərərçəkmiş şəxs1 onlar üçün tərkibində spirt olan kokteyllər almasını istəməsi və sonuncunun bu tələbdən imtina etməsi səbəbindən aralarında baş vermiş münaqişə zamanı heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 burun nahiyəsindən bir dəfə qəsdən yumruqla vuraraq ona burun sümüyünün orta 1/3-nin yerini dəyişən qapalı sınığı, eləcə də burunun yumşaq toxumlarının şişkinliyi və qançırı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş az ağır dərəcəli bədən xəsarətləri yetirdikdən sonra qərəzli hərkətlərini davam etdirərək özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutub öz üstünlüyünü nümayiş etdirərək ucadan səs-küy salmaqla cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq etməklə itələyib yerə yıxmasının ardınca qardaşı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 yerdə yıxılı vəziyyətdə olan zaman baş və sol qabırğa nahiyəsindən bir neçə dəfə təpiklə qəsdən vurub ona başın ənsə nahiyəsinin sol yarısının və döş qəfəsinin sol yarısının ön səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmçinin Təqsirləndirilən şəxs3 da Zərərçəkmiş şəxs1 yerdə yıxılı vəziyyətdə olan zaman qəsdən sağ bud nahiyəsindən təpiklə vuraraq ona sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində ictimai yer olan Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanın qarşısında Zərərçəkmiş şəxs1 onlar üçün tərkibində spirt olan kokteyllər almasını istəməsi və sonuncunun bu tələbdən imtina etməsi səbəbindən aralarında baş vermiş münaqişə zamanı qardaşı Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 burun nahiyəsindən qəsdən yumruqla vuraraq ona burun sümüyünün orta 1/3-nin yerini dəyişən qapalı sınığı, eləcə də burunun yumşaq toxumlarının şişkinliyi və qançırı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş az ağır dərəcəli bədən xəsarətləri yetirməklə itələyib yerə yıxmasının ardınca qardaşı Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə bir qrup şəxs halında birləşərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutub öz üstünlüyünü nümayiş etdirərək ucadan səs-küy salmaqla cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Zərərçəkmiş şəxs1 yerdə yıxılı vəziyyətdə olan zaman baş və sol qabırğa nahiyələrindən bir neçə dəfə təpiklə qəsdən vuraraq ona başın ənsə nahiyəsinin sol yarısının və döş qəfəsinin sol yarısının ön səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmçinin Təqsirləndirilən şəxs3 da Zərərçəkmiş şəxs1 yerdə yıxılı vəziyyətdə olan zaman qəsdən sağ bud nahiyəsindən təpiklə vuraraq ona sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək həmin qərəzli hərəkətlərini davam etdirən zaman onların qanunazidd davranışlarına son qoyaraq ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 qarşı aktiv müqavimət göstərməklə zor tətbiq edib sonuncunu sifət nahiyəsindən bir dəfə qəsdən yumruqla vuraraq ona sol üst göz qapağının yumşaq toxumaları şişkinliyi və qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsinin ardınca Təqsirləndirilən şəxs3 da Zərərçəkmiş şəxs2 itələyib yerə yıxmaqla ona sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində ictimai yer olan Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanın qarşısında Zərərçəkmiş şəxs1 onlar üçün tərkibində spirt olan kokteyllər almasını istəməsi və sonuncunun bu tələbdən imtina etməsi səbəbindən aralarında baş vermiş münaqişə zamanı tanışı Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 burun nahiyəsindən qəsdən yumruqla vuraraq ona burun sümüyünün orta 1/3-nin yerini dəyişən qapalı sınığı, eləcə də burunun yumşaq toxumlarının şişkinliyi və qançırı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş az ağır dərəcəli bədən xəsarətləri yetirməklə itələyib yerə yıxmasının ardınca tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutub öz üstünlüyünü nümayiş etdirərək ucadan səs-küy salmaqla cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymadan ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Zərərçəkmiş şəxs1 yerdə yıxılı vəziyyətdə olan zaman qəsdən sağ bud nahiyəsindən təpiklə vuraraq ona sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmçinin digər tanışı Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs1 yerdə yıxılı vəziyyətdə olan zaman baş və sol qabırğa nahiyələrindən bir neçə dəfə təpiklə qəsdən vuraraq ona başın ənsə nahiyəsinin sol yarısının və döş qəfəsinin sol yarısının ön səthinin qançırları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək həmin qərəzli hərəkətlərini davam etdirən zaman onların qanunazidd davranışlarına son qoyaraq ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs2 qarşı aktiv müqavimət göstərməklə zor tətbiq edərək sonuncunu itələyib yerə yıxmaqla ona sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, eyni zamanda Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs2 sifət nahiyəsindən bir dəfə qəsdən yumruqla vuraraq ona sol üst göz qapağının yumşaq toxumaları şişkinliyi və qançırı kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialınının Xocalı rayonu, Sığınaq kəndində yerləşən şantiyedə işləyir. Təqsirləndirilən şəxs2 onun qardaşıdır, Təqsirləndirilən şəxs3 Şahmar oğlu isə onun dostudur. xx.xx.2021-ci il tarixdə, təxminən saat 22 radələrində Samir və Uğurla birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ilə gəzən zaman spirtli içki içmək məqsədi ilə həmin küçədə yerləşən “Platforma” adlı bara yaxınlaşmışlar. Onlar həmin barın qarşısında dayanıb özlərinə kokteyl sifariş vermişlər və bir müddət əylənmişdirlər. xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində o bir nəfər əvvəllər tanımadığı, sonradan adının Aqil olduğunu bildiyi şəxslə Samirin mübahisə etdiyini görmüş və nə baş verdiyini öyrənmək məqsədi ilə onlara yaxınlaşmışdır. Bu zaman, Aqilin Samiri kobud ifadələrlə nalayiq formada təhqir etdiyini eşitmiş, Samir isə onu itələyərək söyüş söyməməsini tələb etmişdir. Bundan sonra onlar məsələni daha da böyütməmək üçün Aqildən kənarlaşmışlar, Aqil isə təhqiredici sözlərinə davam edərək gücləri varsa, onu gəlib döyməklərini bildirmişdir. Onlar Aqilə onlardan uzaq durmasını bildirdikdə Aqil mobil telefonunu çıxardıb onları təhqiramiz ifadələr işlətməklə çəkməyə başlamışdır. O, Aqilə telefonu yığışdırmasını bildirmiş, Aqil isə ona fikir verməyərək onları çəkməyə davam etmişdir. Bu zaman o, onları çəkməməsi üçün Aqilin əlindən tutub telefonunu aşağı salmışdır və Aqili itələmişdir. Bundan sonra qardaşı Samir ətraflarına toplaşmış şəxslərə onları biyabr etdiyi üçün artıq əsəbləri tab gətirməyərək yumruqla Aqilə bir dəfə burun nahiyəsindən zərbə vurmuşdur. Samir və Aqil bir-birlərini itələmişlər, Aqil isə söyüş söyməkdə davam etdiyi üçün Samir Aqilin yaxasından yapışaraq arxası üstə yerə yıxmışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, ətrafda onlardan başqa adamlar da olmuşdur. Bundan sonra onlar Aqilin yenə də öz təhqirlərinə davam etdiyini görərək qaçıb oradan uzaqlaşmışdırlar. O, sonradan mübahisənin Aqil tərəfindən dostu Təqsirləndirilən şəxs3 narkotik vasitə verməsi müqabilində onunla cinsi əlaqədə olmasını təklif etməsi səbəbindən başladığını bilmişdir. Hadisə vaxtı o heç kimi vurub xəsarət yetirməmişdir. Münaqişə zamanı qardaşı Samir Aqili sonuncu onları söyüb təhqir etdiyi üçün vurmuşdur. O sadəcə Aqilin onları mobil telefonla videoya çəkdiyini görüb ona yaxınlaşaraq telefonu əlindən tutub aşağı salmışdır və itələmişdir ki, Aqil onları çəkə bilməsin. Həmçinin həmin vaxt nə o, nə Samir, nə də ki Uğur Zərərçəkmiş şəxs2 vurmamışlar və sonuncunun necə xəsarət aldığı barədə məlumatı yoxdur. Lakin yekun məhkəmə iclasında olan son sözündə o, ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını və hazırda Xocalı və Şuşa rayonlarında işlədiyini nəzərə alaraq ona azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o “Peppe Pizza” restoranında ofisiant işləyir. Təqsirləndirilən şəxs1 onun qardaşıdır, Təqsirləndirilən şəxs3 Şahmar oğlu isə onun dostudur. xx.xx.2021-ci il tarixdə, təxminən saat 22 radələrində Famil və Uğurla birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ilə gəzən zaman spirtli içki içmək məqsədi ilə həmin küçədə yerləşən “Platforma” adlı bara yaxınlaşmışlar. Onlar həmin barın qarşısında dayanıb kokteyl sifariş etmişlər və bir müddət əylənmişlər. Bu zaman sonradan adının Aqil oğluğunu bildiyi bir şəxs onlara yaxınlaşaraq həmin obyektin sahibinin adını deyə bilsələr, onlara kokteyl alacağını bildirmişdir. Bu zaman onların arasında heç bir mübahisə olmamış, o əvvəllər həmin şəxsi tanımamışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində o, ondan bir qədər aralıda dayanan dostu Uğurun Aqillə mübahisə etdiyini görüb, onlara yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Uğur isə cavabında bildirmişdir ki, Aqil Uğura narkotik vasitə müqabilində onunla qeyri təbii yolla cinsi əlaqədə olmağı təklif etmiş, o isə Aqilə onlardan aralanmasını bildirmişdir. Bundan sonra o, barın qarşı tərəfindəki yolun kənarında dayanmış Aqilin onlar barədə nalayiq ifadələrlə danışdığını eşitmiş, Aqilə yaxınlaşaraq bu sözləri kim haqqında dediyini soruşduqda Aqil onu təhqir edərək DİN-in 102 xidmətinə və ya DTX-ya zəng edərək onu tutduracağı ilə hədələmişdir. Bu zaman yolun digər tərəfində olan Famil və Uğur onların yanına gəlmişlər, o isə məsələni uzatmamaq üçün oradan uzaqlaşmaq istəmişdir. Lakin Aqil ona qarşı təhrikedici ifadələr işlədərək, bildirmişdir ki, cəsarəti varsa, onu vursun. O, Aqilə öz işi ilə məşğul olmasını bildirdikdə sonuncu mobil telefonunu çıxararaq onları nalayiq ifadələrlə təhqir edərək çəkməyə başlamışır. O, Aqilə onları camaata biyabr etməməyini bildirmiş və telefonu yığışdırmasını tələb etmişdir. Lakin Aqil onun bu sözünə məhəl qoymayaraq onları çəkməyə davam etmişdir. O, Aqilin təhrikedici hərəkətlərinə dözməyərək onu itələmiş, daha sonra sifət nahiyəsinə yumruq vurmuş, Aqil isə yerə yıxılmışdır. Bundan sonra orada çaxnaşma düşmüş, yolun kənarında olan başqa şəxslər də səs-küyə yığışmışdırlar. O, həmin vaxt Aqilə qarşı heç bir təhqiredici, nalayiq ifadə işlətməmiş, söyüş söyməmişdir. Həmin mübahisə Aqilin dostu Uğur Rzayevə narkotik vasitə verməsi müqabilində onunla cinsi əlaqədə olması təklifinə görə başlamış, sonradan Aqilin nalayiq ifadələrlə onu təhqir edərək onları mobil telefonu ilə videoya çəkməsi onu əsəbiləşdirmiş və bununla da mübahisə uzanmışdır. Bu zaman nə Famil, nə Uğur Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmamışdır. O isə Zərərçəkmiş şəxs1 itələdiyi zaman onun burun nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Hadisədən bir müddət sonra bu məsələ ilə bağlı Yasamal RPİ-nin 26-cı PB-dən axtarıldığı ona məlum olmuşdur. Lakin yekun məhkəmə iclasında olan son sözündə o, ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və onun qardaşı Təqsirləndirilən şəxs2 onun dostlarıdır. xx.xx.2021-ci il tarixdə, təxminən saat 22 radələrində Famil və Samirlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ilə gəzən zaman spirtli içki içmək məqsədi ilə həmin küçədə yerləşən “Platforma” adlı bara yaxınlaşmışlar. Onlar həmin barın qarşısında dayanıb kokteyl sifariş etmişlər və bir müddət əylənmişlər. xx.xx.2021ci il tarixdə saat 00:30 radələrində burada əvvəllər tanımadığı və sonradan adının Aqil olduğunu bildiyi şəxs ona yaxınlaşaraq narkotik vasitə müqabilində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. Bu zaman o, Aqildən ondan aralanmasını tələb etmişdir. Onların arasında mübahisə yarandığını görən Samir onlara yaxınlaşaraq nə baş verməsi ilə maraqlanmış, o da Samirə bildirmişdir ki, Aqil ona əxlaqsız təklif etmişdir. Bunu eşidən Samir də Aqilə onlarla işinin olmamasını bildirmişdir. Hər şey onların Aqilin təklifindən imtina etməsi ilə başlamış, bundan sonra səs-küy düşmüş, Samirlə Aqilin arasında mübahisə yaranmışdır. Bu zaman Aqil Samiri nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Samir Aqilə onları camaata biyabr etdiyini bildirirək bu hərəkətlərə son qoymasını tələb etmişdir. Aqil isə Samirə məhəl qoymayaraq nalayiq ifadələr işlətməklə onu təhqir etməyə davam etmişdir. Samir isə camaata biyabr olmamaq üçün onu itələyərək söyüş söyməməsini tələb etmişdir. Mübahisə təxminən 5-10 dəqiqə ərzində davam etmiş, bu zaman o, nə Aqilə, nə də Kənana heç bir zərbə vurmamış, sadəcə olaraq məsələnin böyüməməsi üçün həm dostu Samiri, həm də Aqili tutaraq sakitləşdirməyə çalışmışdır. Həmçinin onlar tərəfindən Aqilə qarşı heç bir nalayiq ifadə işlədilməmişdir. Aqilin onların tələblərinə məhəl qoymaraq kobud şəkildə təhqiredici ifadələrlə danışmağa davam etməsi səbəbilə onlar birlikdə hadisə yerindən uzaqlaşmışdırlar. Yekun məhkəmə iclasında olan son sözündə o həmin hadisə olan vaxt o mübahisə edən şəxsləri aralamaq məqdəsi ilə itələdiyini, heç kimi vurmadığıni bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun dostudur. xx.xx.2021-ci il tarixdə onlar görüşərək birlikdə bir qədər spirtli içki içmək qərarına gəlmişlər və Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən “Platforma” adlı bara yaxınlaşmışlar. Həmin gün, 00:30 radələrində onlar barın qarşısında dayanıb içki içən zaman əvvəllər tanımadığı, sonradan adlarının Famil, Samir və Uğur olduğunu öyrəndiyi üç nəfər şəxs onun yanına gələrək onlara da içki almasını ondan xahiş etmişdirlər. O isə sözügedən şəxsləri tanımadığı üçün onların xahişini yerinə yetirməkdən imtina etmiş və dostları ilə birlikdə özlərinə içki aldıqdan sonra barın qarşısında yerləşən yolun qarşı tərəfinə keçmişdir. Onlar burada dayanıb taksi sifariş etmək istəyən zaman bir qədər əvvəl onlara içki almasını istəyən həmin üç nəfər şəxs yenidən onlara yaxınlaşmışdırlar. Bu zaman onların arasında Uğur adlı şəxs onlara narkotik vasitə almağı təklif etmişdir. Onlar isə Uğurun bu təklifindən imtina edərək narkotik vasitə almaq istəmədiklərini bildirmişdirlər. Bu zaman Uğur onların üstlərinə gedərək bayaq onlara içki almadıqlarını bildirmiş, indi isə heç olmasa, onlardan narkotik vasitə almaqlarını təkid etmişdir. Həmin vaxt dostu Kamran problem yaranmaması üçün ona buradan getmək lazım olduğunu bildirmişdir. O isə cavabında Kamrana narahat olmamasını, onlarla mübahisə edənlərdən qorxmadığını demişdir. Onun bu sözündən əsəbiləşən Famil adlı şəxs onun burun nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş və aralarında itələşmə olmuşdur. Həmin zərbənin təsirindən onun burnu qanamış və yerə yıxılmışdır. Həmin vaxt o polisə zəng etmək istəyərkən onu vuran Famil onu yenidən itələyərək telefonunu əlindən alıb yerə salmışdır. Samir isə onu sinə nahiyəsindən vuraraq yerə yıxmışdır. Samir və Famil ona təpiklə zərbələr vurmuş, Uğur adlı şəxs isə onu itələyərək, onun ayağına təpiklə zərbə endirmişdir. Həmin vaxt dostu Kamran ona kömək etmək məqsədilə araya girdiyi zaman həmin şəxslər Kamranıda vurmuşlar. Hadisədən sonra o, döyülməsi ilə bağlı DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini və onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə dostluq münasibətləri vardır. Onlar xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində öz aralarında razılığa gələrək spirtli içki almaq məqsədilə Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsində yerləşən “Platforma” adlı barda görüşmüşdürlər. Həmin barın qarşısında olan zaman dostu Aqilin əvvəllər tanımadığı, adının sonradan Uğur olduğunu öyrəndiyi şəxslə söhbət etdiyini görmüş, lakin nə barədə danışdıqlarından xəbəri olmamışdır. Onlar özlərinə içki aldıqdan sonra barın yerləşdiyi yolun əks tərəfinə keçmişdirlər. Bu zaman sonradan adlarının Famil və Samir olduğu ona məlum olan iki nəfər şəxsin onların ardınca gəldiyini görmüşdür. Həmin vaxt Samir Aqilə nə isə demiş, o isə Aqilə problem yarana biləcəyi üçün oradan uzaqlaşmaq lazım olduğunu bildirmişdir. O problem yaşamamaq üçün çalışmışdırki, o və Aqil həmin yerdən uzqlaşsınlar. Aqil isə ona cavabında “heç bir shey edə bilməzlər” ifadəsini işlətmiş, bu ifadə isə Samir və Famili əsəbiləşdirmişdir. Bu zaman o, Familin arxadan gələrək Aqilin yaxasından tutub onun burun nahiyəsindən yumruq vurduğunu görmüşdür. Bundan sonra Aqil yerə yıxılmış, burnundan qan axmağa başlamışdır. Həmin vaxt Famil və Samir oradan uzaqlaşmaq istəmişlər, Aqil isə yerdən ayağa qalxaraq onlara hücum edən şəxslərin görüntüsünü sonradan polisə şikayət etmək məqsədilə mobil telefonu vasitəsilə çəkməyə başlamışdır. Həmin vaxt sözügedən şəxslər Aqilin onları çəkdiyini görərək yenidən onlara yaxınlaşmış və Aqilin əlindən tutub mobil telefonunu alıb yerə atmış və Aqilin üzərinə yenidən hücum etmişdirlər. Bu zaman Aqil yerə yıxılmış və Samir isə Famillə birlikdə ona təpiklə zərbələr vurmuşdurlar. O, Aqilə kömək etmək məqsədilə onların arasına girdikdə Samir onu bir daha vurmuş, daha sonra mübahisə uzanmışdır. Mübahisə zamanı Uğur adlı şəxs Aqili itələyərək, onun yaxasından yapışmış və həmin vaxt o, yerə yıxılmışdır. Bu vaxt Aqil onun yanına gələrək ona zərbə dəyməməsi üçün ayağa qalxmasına kömək etmişdir. Həmin vaxt orada səs-küy olmuş, ətrafdakı insanlar onların mübahisə etdikləri yerə yığışsalar da, onları aralamağa kömək edən olmamışdır. O həmin hadisə vaxtı hadisənin qarşısını almaq məqsədi ilə əlindən gələni etsədə buna nail ola bilməmişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini və onlara qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 146-148-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən ünvan 5 ünvanında yerləşən 7 kv metr sahəni əhatə edən “Platforma” barı icarəyə götürüb işlədir. O həmin barın həm icarədarı həm də barmenidir. O bildirmişdir ki işlətdiyi bar hər gün saat 17:00-da fəaliyyətə başlayır və saat 24:00 da bağlanır. Qış vaxtları isə hava soyuq olduğu üçün daha tez bağlanır. Onun işlətdiyi barda sadəcə olaraq müştərilərə spirtli içki koktcyilləri verilir. Barda oturmaq üçün yer olmadığından müştərilər içkilərini barın qarşısındakı küçədə içirlər. O, işlətdiyi “Platforma” barın qarşısında xx.xx.2021-ci il tarixdə dava-dalaş etmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Uğuru tanıyır. Həmin şəxslər onun daimi müştəriləridir. O işlətdiyi “Platforma” barı xx.xx.2021-ci il tarixdə saat 23:45-də bağlayıb evinə getmişdir. Onu da qeyd etmişdir ki o, sonuncu sifarişi Aqil üçün hazırlayıb sonuncuya təhvil vermişdir. Həmin gün həm Aqil həm də Uğur yanında bir neçə nəfərlə gəlib ondan içki almışdırlar. O işlətdiyi barı bağlayana kimi orada heç bir dava-dalaşın şahidi olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 02 radələrində ona polisdən zəng edilib işlətdiyi obyektin qarşısında quraşdırdığı müşahidə kameralarına baxması bildirilmişdir. O da həmin kamerlalara mobil telefonu vasitəsi ilə nəzarət etdiyini deyərək telefonunda deyilən saatlarda kamera görüntülərinə baxmış, lakin hər hansı dava-dalaş hadisəsinin olmasını aşkar etməmişdir. Sonradan öyrənmişdir ki o, obyekti bağlayıb gedəndən sonra Zərərçəkmiş şəxs1 və Uğurun yanında olan şəxslər arasında dava-dalaş baş vermişdir. O, Zərərçəkmiş şəxs1 6- 7 aydır işlətdiyi barın müştərisi kimi tanımış və onun tanıdığı qədəri ilə Aqilin cinsi azlıqların nümayəndəsi olduğunu bilmişdir. Aqil içkiyə meyilli olduğu üçün spirtli içki qəbul etdikdən sonra öz danışığını və hərkətlərini itirib ətrafdakılarla səs küylü şəkildə nalayiq ifadələrlə danışırmış. O, Aqilin bu hərəkətləri nəticəsində tanımadığı bir neçə şəxlə münaqişə etməsinin şahidi olmuşdur. Zərərçəkmiş şəxs2 əyani şəkildə tanımasa da qiyabən onun da cinsi azlıq nümayəndəsi olduğunu bilmişdir. O, Təqsirləndirilən şəxs2 və Uğur Rzayevi işlətdiyi barın müştərisi kimi tanımış, Famil adlı şəxsi isə tanmamışdır. O, Təqsirləndirilən şəxs2 və Uğur Rzayevi kifayət qədər normal insanlar kimi tanıdığını və sonuncuların həmişə onun işlətdiyi bara gəlib spirtli içki qəbul etsələr də özlərini normal şəkildə aparıb ətrafdakılarla normal münasibət və davranış qaydaları çərçivəsində rəftar etdiklərini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 və Uğur Rzayev onun bildiyi qədəri ilə narkotik vasitə istifadəçisi və satıcısı deyillər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən yer ictimai yer hesab olunan ünvan 6 ünvanın yerləşdiyi küçədə və qarşısında bir sıra ictimai iaşə obyektləri vardır. Hadisənin baş verdiyi yerlə üzbə-üz yəni ünvan 5 ünvanında “Platforma” adlı bar yerləşir. Hadisənin baş verdiyi yerin yanında 14 mərtəbəli yaşayış binası vardır. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanının qarşısında baş vermiş münaqişə zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin ünvanda tanımadıqları üç nəfər şəxs döyrək xəsarət yetirmişdir. Baxış zamanı hadisə yerindən təxminən 2 metr kənarda yerləşən 14 mərtəbəli binanın küçəyə baxan hissəsində quraşdırılmış müşahidə kamerasının qeydə aldığı video görüntüyə baxış keçirilən zaman orada dava-dalaşın olması müəyyən edilmiş və həmin görüntülər Səbail RPİ-nin 9-cu PBnin baş təhqiqatçısı, polis mayoru Mehman Doluxanov tərəfindən 01 ədəd diskə köçürülərək götürülmüşdür. Baxış açıq hava şəraitində keçirilmiş və hadisə yerinin şəkilləri çəkilərək protokola əlavə edilmişdir. (i.v. 15-20) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 16 dekabr 2021-ci il tarixli, 800 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - burun sümüyünün repozasiyası (cərrahi əməliyyat) ilə nəticələnmiş burun sümüyünün orta 1/3-nin yerini dəyişən qapalı sınığı, eləcə də, burunun yumşaq toxumlarının şişkinliyi və qançırı, başın ənsə nahiyəsinin sol yarısının və döş qəfəsinin sol yarısının ön səthinin qançırları, sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsinsə göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2021-ci il tarixində kənar şəxs (şəxslər) tərəfindən burun nahiyəsini yumruqla, digər nahiyələrə əl və ya təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlərdən burun sümüyünün repozasiyası (cərrahi əməliyyat) ilə nəticələnmiş burun sümüyünün orta 1/3-nin yerini dəyişən qapalı sınığı, eləcə də, burunun yumşaq toxumlarının şişkinliyi və qançırı ilə müşaiyət olunan burunun küt travması dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya, başın ənsə nahiyəsinin sol yarısının və döş qəfəsinin sol yarısının ön səthinin qançırları, sağ diz oynağı nahiyəsinin ön səthinin sıyrığı hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərə aiddirlər. (i.v. 23-26) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 13 dekabr 2021-ci il tarixli, 801 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol üst göz qapağının yumşaq toxumaları şişkinliyi və qançırı, eləcə də sol diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2021-ci il tarixində kənar şəxs (şəxslər) tərəfindən qeyd olunan nahiyələrə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər, hər biri ayrı-ayrılıqda elcə də, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. (i.v. 27-29) “Videogörüntüyə baxış keçirilməsi barədə” 04 fevral 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən 01 ədəd diskdə WhatsApp Video 2021-12-13 at 16.44.37 adlı fayllar vardır. Həmin fayl açıldıqda 01:37 saniyə qeydə alınmış videogörüntü aşkar edilir. Həmin görüntü Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə qeydə alınmışdır. Qeydə alınmış videogörüntünün 00:05-ci saniyəsində bir neçə nəfər şəxsin markası və dövlət qeydiyyat nişanı görsənməyən avtomobilin yanında səkinin üzərində dayanıb mübahisə edirlər. Görüntünün 00:10-cu saniyəsində görünr ki, iki nəfər əyinlərində gödəkcə olan şəxslər bir nəfər əynində boz rəng palto və belində çanta olan şəxsi yaxasından arxaya doğru itələyirlər, bu zaman onların yanında əynində papaqlı gödəkcə və bel çantası olan şəxslə başqa bir şəxsdə onlara yaxınlaşır. Bundan sonra əynində boz rəng palto və belində çanta olan şəxs yanındakı şəxslə birlikdə mübahisə etdiyi üç nəfər şəxsdən bir neçə addım kənara çəkilib söhbət edərək yenidən həmin şəxslər yaxınlaşırlar. Həmin vaxt yəni görüntünün 00:51-ci saniyəsində bir nəfər fiziki cəhətədən bir qədər iri əynində qısa gödkcə olan şəxs orada əynində boz rəng palto və belində çanta olan şəxsi əli ilə sifət nahiyəsindən vurub geri çəkilir. Bundan sonra həmin üç nəfər şəxs əynində boz rəng palto olan şəxsin ətrafında toplaşırlar. Görüntünün 01:10-cu saniysində isə əynində qısa gödəkcəli fiziki cəhtdən bir qədər zəif olan şəxs əynində boz rəng palto olan şəxsə yaxınlaşaraq onunla mübahisə edərək onu əli ilə yaxasından arxaya doğru itələyir. Görüntünün 01:27-ci saniyəsində isə əynində boz rəng palto olan şəxslə mübahisə edən üç nəfər şəxs oradan uzaqlaşaraq müşahidə kamersının görüntü hüdülarından çıxırlar. Görüntünün 00:34-cü saniyəsində isə əynində boz rəng palto olan şəxslə yanında olan şəxs münaqişə baş verən yerdən uzaqlaşırlar. Bundan sonra həmin faylda iş üçün əhmiyyət kəsb edəck hər hansı bir hal aşkar olunmur. (i.v. 43) “Videogörüntüyə baxış keçirilməsi barədə” 16 fevral 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən 01 ədəd yaddaş kartında VİD-20211213-WA0006 və WhatsApp Video 2022-04-13 at 11.43.50 AM adlı fayllar vardır. Baxış zamanı yaddaş kartında olan VİD- 20211213-WA0006 adlı fayl açıldıqda, həmin faylda 00:25 saniyə qeydə alınmış videogörüntü olması aşkar edilir. Həmin video görüntü Zərərçəkmiş şəxs1 tərəfindən şəxsi mobil telefonun kamerası vasitəsi ilə qeydə alınmışdır. Qeydə alınmış videogörüntünün 00:02-ci saniyəsində Zərərçəkmiş şəxs1 və yanında olan bir nəfər şəxsin küçədə əynində papaqlı kofta və onun üzərindən qolsuz jilet geyinmiş şəxsə yaxınlaşaraq “hara gedirsiz gəlində” deyrək səslənməsi həmin şəxsin isə onlara fikir vermədən yoluna davam etməsi müşahidə olunur. Görüntünün 00:11-ci saniyəsində Zərərçəkmiş şəxs1 və yanında olan şəxsin qarşısında gedən əynində papaqlı kofta olan şəxsə və qara rəngli qısa gödəkcə olan şəxsə doğru “gəldə ala, gəl çəkdə, gəl şillə vur təzədən” deyə yüksək səslə səslənmələri, həmin şəxslərin isə onlara fikir vermədən öz yollarına davam etmələri müşahidə olunur. Həmin faylda qeyd olunanlardan başqa video görüntünün sonuna kimi iş üçün əhmiyyət kəsb edə biləcək başqa hər hansı bir hal aşkar olunmadı. WhatsApp Video 2022-04-13 at 11.43.50 AM adlı fayl açıldıqda, həmin faylda 00:26 saniyə qeydə alınmış videogörüntü olması aşkar edilir. Həmin video görüntü Zərərçəkmiş şəxs1 tərəfindən şəxsi mobil telefonun kamerası vasitəsi ilə qeydə alınmışdır. Qeydə alınmış videogörüntünün 00:02-ci saniyəsində Zərərçəkmiş şəxs1 küçədə bir nəfər şəxsin arxasınca “gözdə də gözdə mən polis çağırmışam” deyə səslənməsi müşahidə olunur. Görüntünün 00:18-ci saniyəsndə bir nəfər əynində qara rəngli gödəkcə və cins şalvar olan üzü tüklü cavan oğlanın təhqir ifadələri işlədərək Aqil Abdulayevə doğru yaxınlaşaraq ona “döyülmək istəyirsən yoxsa nətəhər” “ayə zəng elədə də yaxşı”, “sən pox yeyir kimə deyirdin” deyə səslənməsi müşahidə olunur. Görüntünün 00:24-cü saniyəsində bir nəfər əynində qara rəngli gödəkcə olan üzü tüksüz fiziki cəhtdən digərindən böyük olan şəxs Aqil Abduayevı yaxınlaşıb sol əli ilə sonuncunun video çəkməsinin qarşısını alması müşahidə olunur. Həmin faylda qeyd olunanlardan başqa video görüntünün sonuna kimi iş üçün əhmiyyət kəsb edə biləcək başqa hər hansı bir hal aşkar olunmadı. (i.v. 68) “Şəxsin tanınması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş 04 nəfər şəxsi nəzərdən keçirərək, qarşısında olan şəxslərdən soldan sağa doğru 3-cü şəxsi yəni Təqsirləndirilən şəxs2 əli ilə göstərib tanıyaraq, həmin şəxsin xx.xx.2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanının qarşısında onu itələyən və yerdə yıxılı vəziyyətdə olarkən təpiklə onun sol qaburğa nahiysndən bir neçə dəfə vurub xəsarət yetirən şəxs olduğunu bildirmişdir. (i.v. 70-72) xx.xx.2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində vermiş olduqları ifadələrində göstərdiyi xüsusatları yəni xx.xx.2021-ci il tarixdə saat 00:30-da ünvan 7 ünvanının qarşısında baş vermiş münaqişə zamanı onu burun nahiyəsindən Samirin yox qardaşı Familin yumruqla vurub, daha sonra itələyərək yerə yıxıb və yerdə olan zaman isə təpiklə qarın nahiyəsindən vurduğunu, Samirin isə onu təpiklə baş və sağ qaburğa nahiyələrindən vurduğunu, həmçinin Təqsirləndirilən şəxs2 qardaşı Famili məsuliyyətdən kənarda qoymaq üçün bütün günahları öz üzərinə götürdüyünü bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 79-83) “Şəxsin tanınması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş 04 nəfər şəxsi nəzərdən keçirərək, qarşısında olan şəxslərdən soldan sağa doğru 4-cü şəxsi yəni Təqsirləndirilən şəxs3 əli ilə göstərib tanıyaraq, həmin şəxsin xx.xx.2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanının qarşısında yerdə yıxılı vəziyyətdə olarkən onu sağ bud nahiyəsindən vuran və sağ ayağından tutub burmaqla ayaqqabısının bir tayını ayağından çıxaran şəxs olduğunu bildirmişdir. (i.v. 84-86) xx.xx.2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində vermiş olduqları ifadələrində göstərdiyi xüsusatları yəni xx.xx.2021-ci il tarixdə saat 00:30-da ünvan 7 ünvanının qarşısında baş vermiş münaqişə zamanı o yerdə yıxılı vəziyyətədə olan zaman Uğurun onu sağ bud nahiyəsindən vurub daha sonra sağ ayağını burmaqla ayaqqabısının bir tayını ayağından çıxardığın, Samir və Uğurun Famili məsuliyytədən kənarda qoymaq üçün yalan ifadə verdiklərini bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 92-96) “Şəxsin tanınması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş 04 nəfər şəxsi nəzərdən keçirərək, qarşısında olan şəxslərdən soldan sağa doğru 2-ci şəxsi yəni Təqsirləndirilən şəxs2 əli ilə göstərib tanıyaraq, həmin şəxsin xx.xx.2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanının qarşısında onu sol göz nahiyəsindən yumruqla vurub xəsarət yetirən şəxs olduğunu bildirmişdir. (i.v. 114-116) xx.xx.2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində vermiş olduqları ifadələrində göstərdiyi xüsusatları yəni xx.xx.2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanının qarşısında baş vermiş münaqişə zamanı o, yerdə yıxılı vəziyyətdə olan Aqili onların əlindən almağa çalışan zaman Samirin onu yumruqla sol göz nahiyəsindən vurduğunu bir daha Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 117-121) “Şəxsin tanınması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ona təqdim edilmiş 04 nəfər şəxsi nəzərdən keçirərək, qarşısında olan şəxslərdən soldan sağa doğru 4-cü şəxsi yəni Təqsirləndirilən şəxs3 əli ilə göstərib tanıyaraq, həmin şəxsin xx.xx.2021-ci il tarixdə saat 00:30-da ünvan 7 ünvanının qarşısında onu itələyib yerə yıxan və dostu Aqil yerdə yıxılı vəziyyətdə olarkən onu sağ bud nahiysindən vurub sağ ayağından tutub burmaqla ayaqqabısının bir tayını ayağından çıxaran şəxs olduğunu bildirmişdir. (i.v. 124-126) xx.xx.2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində vermiş olduqları ifadələrində göstərdiyi xüsusatları yəni xx.xx.2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanının qarşısında baş vermiş münaqişə zamanı o, yerdə yıxılı vəziyyətdə olan Aqili onların əlindən almağa çalışan zaman Uğurun onu itələyib yerə yıxması nəticəsində diz nahiyəsindən xəsart almasını bir daha Təqsirləndirilən şəxs3 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 127-130) “Şəxsin tanınması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ona təqdim edilmiş 04 nəfər şəxsi nəzərdən keçirərək, qarşısında olan şəxslərdən soldan sağa doğru 2-ci şəxsi yəni Təqsirləndirilən şəxs1 əli ilə göstərib tanıyaraq, həmin şəxsin xx.xx.2021-ci il tarixdə saat 00:30-da ünvan 7 ünvanının qarşısında onu burun nahiyəsindən yumruqla vurub, sonra isə itələyib yerə yıxaraq yerdə olan vaxt təpiklə qarnına vurub xəsarət yetirən şəxs olduğunu bildirmişdir. (i.v. 132-134) xx.xx.2022-ci il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində vermiş olduqları ifadələrində göstərdiyi xüsusatları yəni xx.xx.2021-ci il tarixdə saat 00:30-da Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanının qarşısında baş vermiş münaqişə zamanı onu burun nahiyəsindən yumruqla vurub, daha sonra itələyərək yerə yıxıb və yerdə olan zaman isə təpiklə qarın nahiyəsindən onun vurduğunu bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək ifadəsini təsdiq etmişdir. (i.v. 140-144) “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən iş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanın qarşısında baş vermiş xuliqanlıq hadisəsinin video görüntüsu olan 01 ədəd yaddaş kartı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2021-ci il tarixdə Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Mehman Doluxanov tərəfindən hadisə yerinə baxış keçirilən zaman aşkar olunmuş müşahidə kamerasından götürülmüş içərisində xx.xx.2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi 12A ünvanın qarşısında baş vermiş xuliqanlıq hadisəsinin video görüntüsu olan 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. İş üzrə zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, şəxsin tanınmaya təqdim edilməsi protokolları, üzləşdirmə protokolları, götürmə protokolu, video görüntüyə baxış protkolları, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 800 nömrəli, xx.xx.2021-ci il tarixli, 801 nömrəli rəyləri, habelə digər istintaq sənədləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 159-171) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittihamda qeyd olunan əməlin törədilməsini yekun məhkəmə iclasında etiraf etmələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf etməməsi, yəni həmin vaxt o mübahisə edən şəxsləri aralamaq məqdəsi ilə itələdiyini, heç bir xuliqanlıq hərəkətləri törətməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. 6-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyətnümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyətiolan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakedən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 16-cı bəndinə əsasən, sağlamlığın uzun müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçəkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1nın əməli CM-in 127.2.3-cü və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli CM-in 221.2.1 və 221.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 97) “Qətimkan tədbiri seçilməsi haqqında” 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 197-198) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs1 heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. “DKT İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının direktoru X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin şirkətin Xocalı rayonu, Sığınaq kəndində yerləşən şantiyedə tərəzi/çəkib ölçmə vəzifəsində işləyir. Hal-hazırda onunla şirkət arasında əmək münasibətləri davam edir. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsin onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş zərərin ödənilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinməli və ona CM-in 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə, CM-in 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan işlah işləri növünda cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri cəzasının hər dörd günü azadlıqdan mərhumetənin bir gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası hesablanmalı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti cəzası təyin edilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs1 Xocalı rayonunun ərazisində işləməsini, zərərçəkən şəxslərlə barışmasını, onlara dəymiş zərəri ödəməsini və sonuncuların ona qarşı şıkayət və tələblərinin olmaması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkilmələri cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi, eləcə də ailələrini ciddi məhrumiyyətlərə düçar edər. Təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür. Buna görə də məhkəmə hər bir təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində sınaq müddəti təyin edilməklə onun Xocalı rayonunda işləməsini nəzərə alaraq üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalı və onun üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin ediləcək sınaq müddətinin əvvəli isə hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 98) “Qətimkan tədbiri seçilməsi haqqında” 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 228-229) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsin onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş zərərin ödənilməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs2 məhz islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 99) “Qətimkan tədbiri seçilməsi haqqında” 04 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 259-260) Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs3 heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxsin onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs3 məhz islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs3 CM-in 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 01 ədəd disk və 01 ədəd yaddaş kartı cinayət işi materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs2 Famil oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi6 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi7 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi5 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi6 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi7 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat, Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 127.2.3 və 221.2.1-ci, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, CM-in 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 221.2.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri cəzasının hər dörd günü azadlıqdan mərhumetənin bir gününə bərabər tutulmaqla 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulsun və onun üzərində nəzarətin həyata keçirilməsi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd disk və 01 ədəd yaddaş kartı cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi5 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat, Təqsirləndirilən şəxs2 Famil oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi6 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat, Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi7 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 420 (dörd yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-242/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-242/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver