Məhkəmə qərarları › İş №1(004)-242/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-242/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-242/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi sahibkar, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qızı Azərbaycan Respublikası DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyat Polis İdarəsində polis nəfər vəzifəsində işlədiyi 06 iyul 2016-cı il tarixdən 2021-ci ilin mart ayınadək olan dövr ərzində özgənin əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə tanışı Şahid vasitəsi ilə tanış olduğu həmkəndlisi Zərərçəkmiş şəxs oğlu X9 İşlər Orqanlarında işləmək arzusunun olduğunu bilib buna hər hansı səlahiyyəti və niyyəti olmadığı halda yalandan vəd verib aldatmaqla onu guya polis nəfəri kimi işə düzəldəcəyini deyərək, bunun müqabilində 2020-ci ilin mart ayında Yasamal rayonu Yeni Yasamal ərazisində ilkin olaraq Şahid Zərərçəkmiş şəxs məxsus 7000 (yeddi min) manat, daha sonra isə 2020-ci ilin iyun ayında həmin ərazidə verdiyi yalan vədi davam etdirərək aldatmaqla qalan 5000 manat (beş min) manat pulu alaraq faktiki olaraq Qurban Cabirlinin işə düzəldilməsi ilə bağlı heç bir iş görməməklə öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə 12000 (on iki min) manat pulunu ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs qızı ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 06 iyul 2016-cı il tarixdə Daxili işlər orqanlarına qəbul olunmuş, 2021-ci ilin mart ayının ortalarınadək DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyat Polis İdarəsində polis nəfər vəzifəsində işləmişdir. 2021-ci ilin mart ayının sonundan 2022-ci ilin aprel mart ayının əvvəlinədək DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyat Polis İdarəsində post Patrul Xidmətində polis nəfəri vəzifəsində işləmiş və həmin ildə Şahid qohumunu DİO-ya işə düzəltmək adı ilə ondan 11500 manat pul aldığına görə ona qarşı şikayət ərizəsi üzrə orqandan xaric olunmuşdur. Belə ki, o, 2020-ci ilin mart ayının ortalarında Bakı şəhəri Xəzər rayon ərazisində yerləşən Heydər Əliyev adına olan Hava Limanında xidmətdə olan zaman, 2018-ci il tarixdən X10 vasitəsi ilə tanıdığı Şahid tanışını hava limanından hansısa ölkəyə yola saldıqdan sonra, Şahid ona yaxın qohumu olan Cəmil adlı şəxsin oğlu Qurbanı polisə düzəltməsi üçün ona köməklik etməsini və hansısa məbləğdə işə qəbul etməsini xahiş etmişdir. Şahid onun tanışı X7 bu işlərlə məşğul olduğunu və ondan soruşub bu barədə məlumat verəcəyini bildirmiş, bundan sonra A.Namazovla görüşərək bu barədə danışmış, Anar Qurbanov DİO-ya işə düzəltmək müqabilində ondan 12.000 manat pul istəmişdir. Bundan sonra o, Şahidla görüşmüş, ona bu barədə məlumat verdikdə sonuncu onunla razılaşmış, 12.000 manat pulu Cəmildən alıb ona verəcəyini demişdir. Təxminən 2020-ci ilin mart ayının sonunda Şahid ona zəng edərək Cəmilin onu gözlədiyini və oğlu Qurbanı işə düzəltməsi üçün ilkin olaraq 7000 manat pulu ondan almasını bildirmiş, elə həmin gün o, Cəmillə əlaqə saxlayaraq Yasamal rayonu, Yeni Yasamal adlanan yerə gedərək dəqiq bilmədiyi ünvanın qarşısında Cəmillə görüşərək 7000 manat pulu götürmüş, qalan 5000 manat pul qısa müddət ərzində çatıracağını dedikdə Cəmili oğlunu Anar Namazovun vasitəsi ilə qısa müddət ərzində işə düzəldəcəyinə əmin etmişdir. Bundan sonra oradan çıxıb elə həmin günü Anar Namazovla Bakı şəhərində Heydər Əliyev prospekti Hava Limanı yolu ərazisində Suraxanı keçidinin qarşısında görüşərək ona 7000 manat pul vermiş və qalan 5000 manat pulu isə qısa müddət ərzində ona çatdıracağını demişdir. Təxminən 2020-ci ilin iyun ayının əvvələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 77 saylı sərnişin daşıyan avtobus dayanacağının qarşısında Oktayla görüşərək əlavə olaraq ondan 5000 manat pul almış, həmin puldan 500 manat pulu arada olan adam kimi Oktaya vermiş, elə həmin gün oradan çıxıb Anar Namazovla Bakı şəhərində Heydər Əliyev prospekti Hava Limanı yolu ərazisində Suraxanı keçidinin qarşısında görüşərək 4500 manat puldan 4000 manat pulu Anara vermiş və 500 manat pul isə özünə götürmüşdür. Bu zaman Anar ona Qurbanı 3 ay müddətinə işə düzəldəcəyini dediyindən Anara inanmış, lakin üstündən bir müddət keçdikdən sonra Anarın onları aldadaraq Qurbanı işə düzəltmədiyini başa düşmüşdür. Buna görə də Şahid ondan 11500 manat pul tələb etdikdə həmin pulları Anara verdiyini demişdir. Lakin Şahid ona 11500 manat pulu qaytarmadığı halda barəsində DİO-nə şikayət edəcəyini dedikdə o, Anar Namazovun əlaqə mobil telefonu və yaşadığı ünvanı bilmədiyi üçün onu tapa bilməmişdir. Buna görə də Şahid onun barəsində 2022-ci ilin fevral ayında Daxili işlər Nazirliyinə şikayət etmiş və onun şikayəti əsasında DİO-dan xaric edilmişdir. Hazırda Oktay tərəfindən Cəmilin 12.000 manat pulu ödənmişdir. X12 ilə bağlı o, heç bir dövlət orqanına şikayət etməmişdir. Özünü verilmiş ittiham üzrə təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələblərinin olmadığını, onunla barışdığını, həmçinin vurulmuş ziyanın 25% məbləğində dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxs və şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Masallı rayonu 1-ci Yeddioymaq kəndindən olan tanışları Oktaya kiçik oğlu, 20 oktyabr 1994-cü il təvəllüdlü X5 işə düzəltmək istədiyini bildirmiş və uyğun iş olsa deməsini xahiş etmişdir. Təxminən 2020-ci ilin ortalarında Oktay ona Qurbanı polis orqanına işə düzəltmək istəyib-istəmədiyini soruşduqda razılaşaraq Qurbanı Daxili işlər orqanında hansısa işə düzəldə bilsə, nə lazımdırsa edə biləcəyini demişdir. Belə ki. Qurban özü Daxili Qoşunlarda xidmət etmiş, Oktay ona Əliəkbər adlı polisdə işləyən tanışının olduğunu və Qurbanın DİN-ə mühafizə polisi vəzifəsinə işə düzəldə biləcəyi ilə bağlı Əliəkbərin sözlərini ona demişdir. Bunun üçün 12.000 manat pul lazım olduğunu və Əliəkbərə veriləcəyini bildirdikdə o, razılaşmışdır. Əliəkbər adlı şəxsi tanımamış və görməmiş, telefonla danışmamışdır. Bir müddət sonra o, Bakıya gələrək Oktayla görüşmüş, bundan sonra Əliəkbər adlı şəxs də gələrək birlikdə Yasamal rayonu 77 nömrəli avtobus dayanacağının axırında görüşmüşlər. Həmin vaxt 7000 manat pulu Əliəkbərə verməsi üçün Oktaya vermiş, Əliəkbərlə danışdıqda yaxın müddətdə oğlu Qurbanın işə düzələcəyini, tanışlarının olduğunu bildirmişdir. Bir müddət, yəni təxminən- 1 ay sonra qalan 5000 manatı Masallı rayonunda Oktaya vermiş, o, həmin pulların Əliəkbərə çatacağını demişdir. Lakin, aradan xeyli vaxt keçsə də nə oğlu Qurban işə düzəlmiş, nə də ki Təqsirləndirilən şəxs pulları geri qaytarmışdır. Təxminən 7-8 ay bundan qabaq Oktay onun 12.000 manat pulunu tam şəkildə özü geri qaytarmışdır. Buna görə də hər hansı şikayət və tələbi yoxdur. Barəsində olan şikayətin geri götürülməsi, istintaq zamanı işinin yüngülləşdirilməsi üçün 11500 manat pulu Şahid qaytarmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyat Polis İdarəsində polis nəfəri vəzifəsində işləyən Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, tanıyır, onunla Heydər Əliyev adına hava limanında tanış olmuş və münasibətləri yaranmışdır. Dəfələrlə ona etdiyi xahişləri yerinə yetirdiyindən etibarı yaranmış, ortada Vüsal adı ortaq tanışları da olmuşdur. Təqsirləndirilən şəxs dəfələrlə ona işlədiyi qurumda boş yer olanda ona deyəcəyini və işə düzəlmək istəyən şəxsin müraciət edəcəyi halda köməklik edə biləcəyini, tanış adamlarının olduğunu demişdir. 2020-ci ilin yaz aylarında o, Təqsirləndirilən şəxs həmkəndliləri Zərərçəkmiş şəxs oğlu, təxminən 24-25 yaşı olan X3 DİN-ə mühafizə polisi kimi işə düzəlmək istədiyini bildirdikdə Əliəkbər köməklik edə biləcəyini, bunun üçün 12.000 manat pul lazım olduğunu demiş və pulların kadrlar idarəsində adını demədiyi şəxsə çatacağını bildirmişdir. O, Cəmilə bu barədə bildirdikdə razılaşmış, onunla birlikdə Əliəkbərlə Yasamal rayonu 77 nömrəli avtobus dayanacğının axırında görüşmüş, ilkin olaraq 7000, daha sonra isə 5000 manat pulu Əliəkbərə vermişdir. Əliəkbər ona 500 manat qaytarmış və onun arada olan şəxsi xeyri kimi qiymətləndirmişdir. X6 hərbi bilet, şəxsiyyət vəsiqəsi və s. sənədlərin surətlərini götürmüş və 3 ay ərzində işə düzələcəyini demişdir. Lakin, aradan xeyli vaxt keçsə də nə Cabirli Qurban işə düzəlmiş, nə də ki, Təqsirləndirilən şəxs pulları geri qaytarmış, hər dəfə bir bəhanə gətirərək pulları tezliklə verəcəyini demişdir. O, Zərərçəkmiş şəxs yanında biabır olmaması üçün onun pulunu öz cibindən, öz pulu ilə qaytarmış, Əliəkbər isə ona verdiyi pulu qaytarmadığı üçün və onlara qarşı dələduzluq etdiyi üçün onun barəsində rəhbərliyinə, yəni DİN-nin Nəqliyyatda Baş Polis İdarəsinə şikayət etmiş, onun şikayəti əsasında Təqsirləndirilən şəxs DİN-dən xaric edilmişdir. Anar Namazov adlı şəxsi tanımamış, Təqsirləndirilən şəxs yalandan onun adını verməklə məsuliyyətdən yayınır. Belə ki, Əliəkbər bu hadisələrdən sonra Anar Namazov adlı şəxsin adını yalandan ortaya atmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinin materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsinə əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. Cinayət işinin materiallarında olan Kapital Bank ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 11827 saylı ödəniş qəbzinə əsasən X1 vasitəsilə dövlət büdcəsinə Təqsirləndirilən şəxs tərəfindən 3000 manat əvvəlcədən ödəniş və 3 manat xidmət haqqı olmaqla, cəmi 3003 manat ödəniş edilmişdir. Həmin ödənişin təyinatı cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödənişdir. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar