Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-242/2024 29.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" MMC-də icraçı işləyən, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, X33 küçəsi ev 89, mənzil 139 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə maddi ziyan vurmuşdur. Belə ki, o tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü X1 15 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən övladı X3 cəzasının 4 il müddətinin azaldılmasına köməklik etmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid parkında yerləşən "xxxx" iaşə obyektində 15.000 manat pulunu alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 15.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 il müddətdir ki, bank olmayan kredit təşkilatı "xxxx" MMC-də icraçı işləyir. 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən dostu X15 2022-ci ilin yanvar-fevral ayında onunla telefon əlaqəsi saxlayan zaman eyni müəssisədə cəza çəkən Sənan adlı şəxsin atası Fəqani adlı şəxslə görüşməyini, Sənanın cəzasının azaldılmasına köməklik etməyini xahiş etmişdir. O, da razılaşmışdır. Aradan bir iki gün keçdikdən sonra Fəqani adlı şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, da Fəqanini Yasamal rayonunda yerləşən "Hüseyn Cavid" parkına dəvət etmişdir. Fəqani ilə parkda görüşmüşlər. Parkda olan "xxxx"də oturmuşlar. Söhbət əsnasında Fəqani ona oğlu Sənanın 2021-ci ilin əvvəllərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün polis əməkdaşları tərəfindən tutulduğunu və 12 il müddətinə azadlıqdan məhrum edildiyini bildirmişdir. Fəqani ondan Sənanın həbs müddətinin azaldılması ilə bağlı köməklik göstərməyini xahiş etmişdir. O, da Fəqaniyə tanışları ilə bu məsələni maraqlanıb xəbər edəcəyini demişdir. Sonra sağollaşıb çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra o, Fəqaniyə zəng edərək Sənanın cəzasının azaldılmasının mümkün olmadığını bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra fevral ayının ortalarında o, Fəqaniyə zəng edərək görüşmək istədiyini bildirmişdir. Fəqani də onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində Fəqani ilə “Hüseyn Cavid” parkında yerləşən "xxxx"də görüşmüşlər. Fəqaninin yanında bir nəfər olmuşdur. O, Fəqaniyə ona 15000 manat borca pul verməsini xahiş etmişdir. Fəqani də ona həmin tanımadığı şəxsin yanında 15000 manat pulu sayaraq vermişdir. O, Fəqaniyə həmin pulu bir həftə ərzində qaytaracağını bildirmişdir. Bundan sonra sağollaşıb ayrılmışlar. Bir həftə ərzində Fəqaninin pulunu qaytara bilməmişdir. Aradan bir neçə gün keçdikdən sonra Fəqaniyə zəng edərək pulundan bir qədər düzəltdiyini, həmin pulu ona vermək istədiyini bildirmişdir. Fəqani də ona yaşadığı Bərdə rayonunda olduğunu, Bakıda yaşayan qohumunun ona zəng edəcəyini, görüşüb pulu həmin şəxsə verməyini demişdir. Aradan bir qədər keçdikdən sonra ona bir nəfər zəng edərək kart hesabı göndərmək istədiyini, Fəqaniyə göndərəcəyi pulu həmin karta köçürməyini bildirmişdir. Bundan sonra həmin şəxs ona kart hesabı göndərmişdir. O, da Vergilər Nazirliyinin arxa küçəsində yerləşən “Araz’* marketdə olan milliön ödəmə terminalı vasitəsi ilə həmin karta 4000 manat pul göndərmişdir. Pulu göndərdikdən sonra Fəqaniyə zəng edərək 4000 manat göndərdiyini, qalan məbləği isə iki gün ərzində qaytaracağını bildirmişdir. Aradan iki gün keçdikdən sonra Fəqaniyə zəng edərək 500 manat pul düzəltdiyini demişdir. Fəqani də ona həmin məbləği istəmədiyini, pulunu tam ödəməyini tələb etmiş və onun ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. O, da Fəqaniyə qalan pulunu verməyəcəyini, hara istəyirsə barəsində şikayət etməsini deyərək telefona adboy vermişdir. Həmin vaxtdan sonra o, Fəqaniyə ödəniş etməmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində X2 15000 manat pulu borc almış, həmin vaxt yanlarında Fəqani ilə gələn tanımadığı bir nəfər şəxs də olmuşdur. X2 15000 manat pul aldığı vaxtdan təxminən 10 gün keçdikdən sonra, yəni 2022-ci ilin aprel ayında Fəqaninin dediyi adamın kart hesabına 4000 manat, bundan başqa xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin Təhqiqat şöbəsində 500 manat Fəqaniyə ödənilməsi üçün pul vermişdir. Ümumilikdə 4500 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs ümumilikdə 3500 manat pul qaytarmasını bildirməsinin yalan olduğunu, Fəqaniyə 4500 manat pul ödədiyini bildirmişdir. X4 bildirdiyi ona xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Hüseyn Cavid” parkında yerləşən "xxxx"də qardaşı oğlu X16 və tanışı Şahid2 yanında 15.000 manat pulu oğlu 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X5 cəzasının 4 il müddətinə azaldılmasına köməklik etməyi üçün verməsinin yalan olduğunu, Fəqanidən həmin pulu borc aldığını, Sənanın cəzasının azaldılması üçün ən azı 50000 manat pul lazım olduğunu dediyini, ona Fəqaninin 15000 manat pulu verən zaman yanlarında bir nəfər tanımadığı şəxs olduğunu bildirmişdir. O, Fəqaniyə oğlu Sənanın cəzasını yüngülləşdirmək üçün 30.000 manat deyil, 50000 manat pul lazım olduğunu demişdir. Qardaşının da barəsində heç bir söz deməmişdir. Fəqaniyə oğlu Sənanın cəzasını yüngülləşdirmək üçün 30.000 manat deyil, 50000 manat pul lazım olduğunu təxmini olaraq demişdir. Fəqani Zülfıqarovla ümumilikdə iki dəfə Bakı şəhəri, Yasamal rayonu, “Hüseyn Cavid” parkında yerləşən "xxxx"də görüşdüyünü bildirmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında oğlu X11 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün tutulmuşdur. Sənana 12 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. Sənan Bakı şəhərində yerləşən 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Oğlu Sənanın cəzasının azaldılması üçün köməklik edə biləcək adam axtarırmış. 2022-ci ilin fevral ayının əvvəllərində oğlu Sənanla telefonda danışan zaman Sənan ona Niyaz adlı şəxsin olduğunu, onun ***-***-**-** saylı mobil nömrəsini verib, həmin şəxslə əlaqə saxlayıb danışmağım demişdir. O, da 2022-ci ilin fevral ayının təxminən ortalarında özünə məxsus 050- ***-**-** saylı mobil nömrədən Sənanın verdiyi həmin nömrəyə zəng edib görüşmək istədiyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində tanışı Bakı şəhərində yaşayan Şahid2 və qardaşı oğlu X17 ilə birlikdə Niyaz ilə Yasamal rayonu, Hüseyn Cavid parkında yerləşən "xxxx"də görüşmüşlər. Söhbət əsnasında Niyaz ona oğlu Sənanın cəzasından 4 il müddət azaltmaq üçün 30.000 manat pul lazım olduğunu demişdir. Hətta qardaşının Daxili İşlər Nazirliyində işlədiyini də bildirmişdir. O, Niyaza üzərində 15.000 manat pul olduğunu, qalan məbləği də yaşadığı Bərdə rayonunda saxladığı mal-qaradan satıb verəcəyini demişdir. Niyaz da onunla razılaşmışdır. Bundan sonra o, üzərində olan 100 manatlıq əskinas şəklində 15.000 manat pulu sayaraq Şamonun və Cəlalın yanında Niyaza vermişdir. Sənanın anket məlumatlarını da Niyaza demişdir. Niyaz ona narahat olmamağını, ən geci 2 ay müddətində Sənanın cəzasının 4 ilini azaltdıracağını demişdir. Bundan sonra sağollaşıb ayrılmışlar. Arada Niyaz ilə əlaqə saxladıqda Niyaz hər dəfə ona narahat olmamağını deyirmiş. Təxminən 2 ay keçdikdən sonra o, Niyaza dediyi vaxtın bitdiyini, işin alınıb-alınmamasını deməsini bildirmişdir. Niyaz ona qalan 15.000 manat pulu da verməyini demişdir. O, da Niyaza narahat olmamasını, oğlu Sənanın işi ilə bağlı hər hansı işi görüb-görmədiyini soruşmuşdur. Niyaz da ona narahat olmamağını demişdir. Aradan bir müddət keçdikdən sonra Niyazin bu işi görmədiyini, onu aldatdığını başa düşüb Niyazla əlaqə saxlayıb pulunu geri qaytarmasını tələb etməyə başlamışdır. Niyaz da pulunu qaytaracağını bildirmişdir. Hətta bir neçə dəfə Niyaz ona zəng edərək pulunu qaytarmaq üçün Bakıya dəvət etsə də hər dəfə onu aldatmışdır. O, artıq Niyaz tərəfindən aldadıldığını başa düşüb bu barədə ərizə yazmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid parkında yerləşən "xxxx"də tanışı Şahid2 və qardaşı oğlu X12 yanında 15.000 manat pulu 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən oğlu X5 cəzasının 4 il müddətinə azaldılmasına köməklik etməsi üçün vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə verdiyi 15.000 manat puldan sonradan 3500 manat qaytarsa da, 11.500 manat pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxsla əvvəllər heç bir iş görməmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla aralarında tanışlıq, qərəzli münasibət, düşmənçilik, ədavət olmamışdır. Təqsirləndirilən şəxs ondan 15.000 pulu borc almasını bildirməsinin yalan olduğunu, tanış olmadığı adama borc pul verməyinin mümkün olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs pulu alan zaman ondan heç bir sənəd istəmədiyini, Niyazin oğlu Sənanın anket məlumatlarını soruşduğunu bildirmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 1 il müddətdir ki, “X27” komitəsində sürücü vəzifəsində işləyir. X13 doğma əmisidir. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Arada əmisi Fəqaninin avtomobili olmadığı üçün işi olanda Bakı şəhərinə aparır. xx.xx.2023-cü il tarixdə əmisi Fəqani ona zəng edərək səhəri gün onu Bakı şəhərinə aparmağını xahiş etmişdir. O, da səhəri gün tezden hazır olmasını, Bakı şəhərinə onu avtomobili ilə aparacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhərinə çatmışlar. Yolda gələn zaman əmisi Fəqani ona oğlu Sənanın cəzasının azaldılması üçün bir nələr Niyazi adlı şəxslə görüşmək üçün Bakı şəhərinə getdiyini demişdir. Saat təxminən 11 radələrində Yasamal rayonunda olan “Hüseyn Cavid” parkında yerləşən "xxxx" adlı yerdə Niyazi adlı şəxslə görüşmüşlər. Həmin vaxt yanlarında tanışları Şamo da olmuşdur. Söhbət əsnasında əmisi Fəqani oğlu Sənanın cəzasının azaldılmasına köməklik etməsini Niyazdan xahiş etmişdir. Niyaz da Fəqaniyə oğlu Sənanın cəzasından 4-5 il müddət azaltmaq üçün 30.000 manat pul lazım olduğunu demişdir. Niyaz qardaşının Daxili İşlər Nazirliyində işlədiyini də bildirmişdir. Fəqani Niyaza üzərində 15.000 manat pul olduğunu, qalan məbləği də yaşadığı Bərdə rayonunda saxladığı mal-qaradan satıb verəcəyini demişdir. Niyaz da Fəqaninin dedikləri ilə razılaşmışdır. Bir qədər oturduqdan sonra Fəqani 100 manatlıq əskinas şəklində 15.000 manat pulu sayaraq onun və Şamonun yanında Niyaza vermişdir. Niyaz Sənanın anket məlumatlarını da Fəqanidən soruşmuşdur. Bundan sonra Niyaz Fəqaniyə narahat olmamağını, uzağı 2 ay müddətində Sənanın cəzasının 4 ilini azaltdıracağını demişdir. Sonra sağollaşıb ayrılmışlar. Aradan təxminən bir neçə ay keçdikdən sonra əmisi Fəqani dedikdən sonra Niyazin onu aldatdığını, Sənanın cəzasının azaldılmasına köməklik etmədiyini, verdiyi pulunu Niyazin qaytarmadığını bilmişdir. X4 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid parkında yerləşən "xxxx"də mənim və tanışı Şamonun yanında 15.000 manat pulu oğlu 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X5 cəzasının 4 il müddətinə azaldılmasına köməklik etməsi üçün verməsi barədə əmisi Fəqanini Bakı şəhərinə avtomobili ilə gətirən zaman yolda məlumatı olmuşdur. Niyaz adlı şəxsi tanımır. Onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs Fəqanidən 15000 manat borc pul aldığını bildirməsinin yalan olduğunu, Niyazin onun və Şamonun yanında əmisi oğlu Sənanın cəzasının azaldılması üçün həmin pulu əmisi Fəqanidən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3 il müddətdir ki, həmrayonlu kimi tanıyır. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Arada Fəqani Bakı şəhərinə gəldikdə görüşürlər. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Fəqani ona zəng edərək Yasamal rayonu ərazisində yerləşən “Hüseyn Cavid” parkını tanımadığını, onu həmin yerə aparmağını xahiş etmişdir. O, da beynəlxalq avtovağzal ərazisində Fəqani və qardaşı oğlu Cəlal ilə görüşüb birlikdə "Hüseyn Cavid” parkına getmişlər. Orada saat təxminən 11 radələrində Niyaz adlı şəxslə görüşmüşlər. Söhbət əsnasında o, Fəqaninin oğlu Sənanın 2021-ci ilin mart ayında narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün tutulduğunu, ona 12 il azadlıqdan məhrum etmə cəzası verildiyini, Sənanın Bakı şəhərində yerləşən 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsini bilmişdir. Onlar Niyaz adlı şəxslə birlikdə “Hüseyn Cavid” parkında yerləşən "xxxx"də əyləşmişlər. Söhbət əsnasında Fəqani oğlu Sənanın cəzasının azaldılmasına köməklik etməsini Niyazdan xahiş etmişdir. Niyaz da Fəqaniyə oğlu Sənanın cəzasından 4 il müddət azaltmaq üçün 30.000 manat pul lazım olduğunu demişdir. Niyaz qardaşının Daxili İşlər Nazirliyində işlədiyini də bildirmişdir. Fəqani Niyaza üzərində 15.000 manat pul olduğunu, qalan məbləği də yaşadığı Bərdə rayonunda saxladığı mal-qaradan satıb verəcəyini demişdir. Niyaz da Fəqaninin dedikləri ilə razılaşmışdır. Bir qədər oturduqdan sonra Fəqani 100 manatlıq əskinas şəklində 15.000 manat pulu sayaraq onun və Cəlalın yanında Niyaza vermişdir. Niyaz Sənanın anket məlumatlarını da Fəqanidən soruşmuşdur. Bundan sonra Niyaz Fəqaniyə narahat olmamağını, uzağı 2 ay müddətində Sənanın cəzasının 4 ilini azaltdıracağını demişdir. Sonra sağollaşıb ayrılmışlar. Aradan təxminən 4 ay keçdikdən sonra Fəqani ilə telefonda danışan zaman Sənanın işinin nə yerdə olduğunu soruşduqda, Fəqani ona Niyazin onu aldatdığını, Sənanın cəzasının azaldılmasına köməklik etmədiyini, verdiyi pulunu Niyazin qaytarmadığını bilmişdir. Əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid parkında yerləşən "xxxx"də onun və X14 yanında 15.000 manat pulu oğlu 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X6 cəzasının 4 il müddətinə azaldılmasına köməklik etməsi üçün verməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır, Fəqani pulu onun yanında Niyaz adlı şəxsə verərkən bu barədə məlumatı olmuşdur. Niyaz adlı şəxsi tanımadığını, onunla heç bir münasibəti olmadığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilmişdir ifadəsindən məlum olmuşdur ki, o, “Uber” taksi şirkətində sürücü işləyir. Zərərçəkmiş şəxs qohumudur. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Arada qohum kimi Fəqani ilə ya Bakıda, ya da rayonda görüşürlər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Fəqani ona zəng edərək onunla bir nəfərin görüşüb 4000 manat pul verəcəyini, həmin pulu da Fəqaniyə çatdırmağını xahiş etmişdir. O, da etiraz etməyib Fəqaniyə həmin şəxsin mobil nömrəsini verməsini bildirmişdir. Bundan sonra o, Fəqaninin verdiyi xatırlamadığı mobil nömrəyə zəng etmişdir. Özünü ona Niyaz kimi təqdim edən şəxsə nömrəsini qohumu Fəqani verdiyini, Fəqaniyə çatası pulu ondan götürməli olduğunu dedikdə, Niyaz da ona görüşmək üçün xəbər edəcəyini bildirmişdir. O, Niyaz adlı şəxsə bir neçə dəfə yığıb öz işləri olduğu üçün ona dəqiq vaxt və harada görüşməli olacağını soruşduqda, Niyaz ona hər dəfə müxtəlif sözlər demişdir. Bir qədər keçdikdən sonra Niyaz ona zəng edərək kart nömrəsini deməyini bildirmişdir. O, da özünə məxsus “Unibank”a aid 4098-5844-5095-0595 nömrəli kartının şəklini vatsap proqramında Niyaza göndərmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 12:20 radələrində Niyaz onun kart hesabına 3000 manat pul göndərmişdir. O, 3000 manat pul hesab kartına gəldikdən sonra Niyaza zəng edərək Fəqaninin ona 4000 manat verməli olduğunu dedikdə, Niyaz ona 3000 manat pulu onun kart hesabıma köçürdüyünü, qalan 1000 manat pulu isə Fəqani ilə görüşüb özünə verəcəyini bildirmişdir. O, da Fəqaniyə zəng edərək Niyazin onun kartına 3000 manat pul göndərdiyini, qalan 1000 manat pulu isə Niyazin onun özü ilə görüşüb verəcəyini dediyini bildirmişdir. Fəqani də ona narahat olmamağını, özü Niyazla danışacağını demişdir. O, Niyazin göndərdiyi 3000 manat pulu Fəqaniyə vermişdir. X4 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid parkında yerləşən "xxxx"də 15.000 manat pulu oğlu 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən X5 cəzasının 4 il müddətinə azaldılmasına köməklik etməsi üçün verməsi barədə əvvəlcədən heç bir məlumatı olmadığını, bu barədə Niyaz adlı şəxs Fəqaniyə vermək üçün onun kartına 3000 manat göndərdikdən sonra, həmin pulu Fəqaniyə verdikdən sonra söhbət edərkən məlumatı olmuşdur. Niyaz adlı şəxsi tanımadığını, onunla heç bir münasibəti olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli “Baxış haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X13 oğlunun cəzasının azaldılmasına köməklik etməsi üçün Təqsirləndirilən şəxs pulu Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid parkında yerləşən "xxxx"də vermişdir. (İ/V. 17-21). xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” qərardan görünür ki, X7 müraciəti əsasında Yasamal rayon polis idarəsinin 26-cı polis bölməsində toplanmış 485/22 nömrəli rədd materialı üzrə sabiq təhqiqatçı Rüfət Mustafazadə tərəfindən qəbul edilmiş 27 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş və material üzrə fakta görə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X13 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə deyərək təsdiq etmişlər. (İ/V. 53-57). xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Cinayət işi üzrə şahid qismində dindirilmiş şəxs X18 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə deyərək təsdiq etmişlər. (İ/V. 58-61). xx.xx.2023-cü il tarixli “Məcburi gətirilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon polis idarəsinə məcburi gətirilməsi qərara alınmışdır. (İ/V. 64). xx.xx.2023-cü il tarixli “İttiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (İ/V. 66). xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ/V. 93). xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 110). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X25 daxil olmuş xx.xx.2024-cü il tarixli 1577 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. (İ/V. 164). Şahid3 təqdim etdiyi “Unibank ASC-nin Leobank”a aid çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxs X10 çatdırması üçün sonuncunun tanışı Şahid3 kart hesabına 3000 manat pul köçürmüşdür. (İ/V. 118-123). Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-1280/2021 nömrəli hökmünün surətindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs X4 övladı X11 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (İ/V. 148-163). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-351/2023 nömrəli hökmünün surətindən görünür ki, Kərimov X19 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə təqsirli bilinərək barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (İ/V. 73-75, 131-146). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-69/2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-351/2023 nömrəli hökmü ilə ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır və ona vurulmuş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. xx.xx.2024-cü il tarixli, 24066 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 3750,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X8 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmi şəxsə dəymiş ziyanın tamamilə ödəməsini, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 1(004)-242/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 70 iş saatına bərabər hesab edilərək, göstərilmiş 70 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun hesabına 420 ( dörd yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi «Ruslan Vəliyev və partnyorları» Vəkil Bürosunun hesabına 420 manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-242/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-242/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver