Məhkəmə qərarları › İş №1(004)-243/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-243/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-243/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər 4 saylı Vəkil Bürosunun vəkili X5 və X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu Hökməli qəsəbəsi yeni məhəllə nömrəsiz ünvanda qeydiyyatda olmaqla ünvan 2də “həbs” qətimkan tədbiri seçilmiş və hazırda AR-sı ƏN-nin PXnin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə, 24.06.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda AR-sı ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasındasaxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdirlər. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə ilə digər Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq cinayət əməli törədəcəkləri yeri qabaqcadan müəyyən edərək əlverişli vaxt təyin edib 04 fevral 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 ünvanında yerləşən 98 saylı Körpələr Evi-Uşaq Bağçasının qarşısına gələrək bağçanın dəhlizinin pəncərəsini əli ilə açıb qanunsuz olaraq binaya daxil olduqdan sonra həmin dəhlizlə hərəkət edib Körpələr Evinin müdir otağının arxa hissəsinə keçərək həmin otağın sanitar qovşağının pəncərəsinin dəmir barmaqlıqlarını əlləri ilə çıxararaq içəri daxil olmuş, həmin otaqda olan Zərərçəkmiş şəxs məxsus olan qiyməti 600 manat olan bir ədəd HP markalı noutbuku, qiyməti 550 manat olan bir ədəd Acer markalı noutbuku, qiyməti 80 manat 1 ədəd HP markalı «Pro-3330MT» model prosessoru, qiyməti 80 manat Çin istehsalı olan HP markalı «VCVRA-1001» model J510 seriyalı printeri, qiyməti 25 manat Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGBA11BX” model naqilsiz ev telefonu, qiyməti 25 manat Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGA161FX” model naqilsiz ev telefonu, qiyməti 20 manat olan 1 ədəd “Gigaset” markalı «A415» model naqilsiz ev telefonu, qiyməti 15 manat Vyetnam istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TG1611FX” model naqilsiz ev telefonun cərəyan qidalandırıcısını, qiyməti 15 manat Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGB11UE” model naqilsiz ev telefonunun cərəyan qidalandırıcısını, qiyməti 3 manat olan 1 ədəd “Clipsal” markalı elektrik yuvasını, hər binin qiyməti 3 manat olan 2 ədəd “Schmeler Elektrik” markalı elektrik yuvalarını, qiyməti 5 manat olan ağ rəngli 1 ədəd 3 hissəli naqil uzadıcısını, qiyməti 15 manat olan 1 ədəd “Crema”markalı 230 ml kremini, qiyməti 30 manat olan 1 ədəd “Mon Platin DSM” markalı 200 ml tutumlu antiselulite geli, qiyməti 25 manat 1 ədəd ”Beauty Life” markalı 170 qram tutumlu üz maskasını, qiyməti 15 manat olan 1 ədəd “Aromatik body Butter” markalı bədən yağını, qiyməti 10 manat olan 1 ədəd ”Beauty Life” markalı 180 ml tutumlu ayaq kremini, 50%-dən çox hissəsi istifadə olunduğu üçün qiyməti 4 manat olan 1 ədəd ”Beauty Life” markalı 50 ml tutumlu kremini, 50%-dən çox hissələri istifadə olunduğu üçün hər birinin qiyməti 2 manat olan 3 ədəd ”Beauty Life” markalı 50 ml tutumlu pilinqləri və hər birinin qiyməti 2 manat olan 2 ədəd ”Air Valse” markalı 300 ml hava təravətləndiricilərini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1535 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir Digər Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq cinayət əməli törədəcəkləri yeri qabaqcadan müəyyən edərək əlverişli vaxt təyin edib 04 fevral 2022-ci il tarixdə saat 04 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal 1 ünvanında yerləşən 98 saylı Körpələr Evi-Uşaq Bağçasının qarşısına gələrək bağçanın dəhlizinin pəncərəsini əli ilə açıb qanunsuz olaraq binaya daxil olduqdan sonra həmin dəhlizlə hərəkət edib Körpələr Evinin müdir otağının arxa hissəsinə keçərək həmin otağın sanitar qovşağının pəncərəsinin dəmir barmaqlıqlarını əlləri ilə çıxararaq içəri daxil olmuş, həmin otaqda olan Zərərçəkmiş şəxs məxsus olan qiyməti 600 manat olan bir ədəd HP markalı noutbuku, qiyməti 550 manat olan bir ədəd Acer markalı noutbuku, qiyməti 80 manat 1 ədəd HP markalı «Pro-3330MT» model prosessoru, qiyməti 80 manat Çin istehsalı olan HP markalı «VCVRA-1001» model J510 seriyalı printeri, qiyməti 25 manat Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGBA11BX” model naqilsiz ev telefonu, qiyməti 25 manat Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGA161FX” model naqilsiz ev telefonu, qiyməti 20 manat olan 1 ədəd “Gigaset” markalı «A415» model naqilsiz ev telefonu, qiyməti 15 manat Vyetnam istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TG1611FX” model naqilsiz ev telefonun cərəyan qidalandırıcısını, qiyməti 15 manat Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGB11UE” model naqilsiz ev telefonunun cərəyan qidalandırıcısını, qiyməti 3 manat olan 1 ədəd “Clipsal” markalı elektrik yuvasını, hər binin qiyməti 3 manat olan 2 ədəd “Schmeler Elektrik” markalı elektrik yuvalarını, qiyməti 5 manat olan ağ rəngli 1 ədəd 3 hissəli naqil uzadıcısını, qiyməti 15 manat olan 1 ədəd “Crema”markalı 230 ml kremini, qiyməti 30 manat olan 1 ədəd “Mon Platin DSM” markalı 200 ml tutumlu antiselulite geli, qiyməti 25 manat 1 ədəd ”Beauty Life” markalı 170 qram tutumlu üz maskasını, qiyməti 15 manat olan 1 ədəd “Aromatik body Butter” markalı bədən yağını, qiyməti 10 manat olan 1 ədəd ”Beauty Life” markalı 180 ml tutumlu ayaq kremini, 50%-dən çox hissəsi istifadə olunduğu üçün qiyməti 4 manat olan 1 ədəd ”Beauty Life” markalı 50 ml tutumlu kremini, 50%-dən çox hissələri istifadə olunduğu üçün hər birinin qiyməti 2 manat olan 3 ədəd ”Beauty Life” markalı 50 ml tutumlu pilinqləri və hər birinin qiyməti 2 manat olan 2 ədəd ”Air Valse” markalı 300 ml hava təravətləndiricilərini gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 1535 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu Hökməli qəsəbəsi yeni məhəllə nömrəsiz ünvanda qeydiyyatda olmaqla ünvan 4tik vasitələrin aludəçisidir və 1 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. 03.02.2022-ci il tarixdə tanışı və bir məhəllədə yaşadığı qonşu Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları məhəllədə söhbət etmişdirlər. Təqsirləndirilən şəxs2 da narkotik vasitələrin aludəçisidir. Onların üzərində pul olmadığından və narkotik vasitəyə təlabatları artdığından buna görədə narkotik vasitə almaq istəmişlər. Söhbət zamanı yaşadıqları Bakı şəhəri Yasamal rayonu 1 ünvanında yerləşən, yəni yaşadıqları məhəllədə olan 98 saylı Körpələr evi-Uşaq bağçasına girərək oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün Bağırla söhbət zamanı əlverişli vaxt müəyyən edib həmin zamanda Körpələr evindən oğurluq etməyi planlaşdırmışlıar. Onlar qabaqcadan bağçanın ətrafında dövr edərək həmin ərazidə içəri daxil olmaq üçün daha əlverişli yerləri müəyyən etmişlər. Həmin ərazini daha yaxşı tandıqları üçün binanın pəncərələrinin hansı vəziyyətdə olmasından, bağçanın içərisinin və otaqlarının harada yerləşməsindən məlumatlı olmuşlar, Belə ki, hər ikisi həmin bağçada tərbiyə almışlar. Oğurluq üçün ən əlverişli zaman gecə saat 04 radələri olmasını, həmin vaxtı seçməkdə məqsəd həmin saatda hamının yatacağını fikirləşmişlər. Təqsirləndirilən şəxs2la saat 04 radələrində bağçanın ətrafına gəlmişlər. Muhafizəçinin çöldə olmamasına əmin olduqdan sonra bağça binasının arxa hissəsinə keçmişlər. Körpələr Evinin binası iki hissəli olmaqla binaları bir-birinə bağlayan dəhliz olmuşdur. Həmin dəhlizin pəncərələri plastik pəncərə olduğundan Bağır əli ilə güc verərək həmin pəncərini açıb içəri daxil olmuşdur. Bağırın arxasınca da o, içəri keçmişdir. Həmin dəhlizlə üzbəüzdə yerləşən plastik pəncərəni açaraq müdirin otağının arxa hissəsinə keçmişlər. Müdirin otağının arxa hissəsi boşluq olmuşdur. Ora yalnız Körpələr evinin içərisindən daxil ola bilərdilər. Müdirin otağının pəncərələri dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Buna görə də, daha əlverişli və rahat sındıra biləcəklərdən balaca olan dəmir barmaqlığa tərəf getmişlər. Bağır və o,əlləri ilə həmin dəmir barmaqlığa güc gəlib onun yerindən çıxararaq kənara qoymuşdurlar. İçəri keçdikdən sonra dəmir barmaqlığı çıxardıqları otağın sanitar qovşağı olmasını müəyyən etmişlər. Onlar sanitar qovşağından müdirin otağının qapısını açıb rahatlıqla içəri keçmişlər. İçəri keçdikdən sonra həmin otaqda sol tərəfdə yerləşən masanın üzərinə qoyulmuş bir ədəd “HP” markalı və bir ədəd “Acer” markalı dizüstü kompüteri götürmüşlər. Həmin stolun üzərində bir ədəd printer və stolun alt hissəsində bir ədəd kompüter prosessoru olmuşdur. Otaqda olan dolabdan bir ədəd sellofon torba götürərək həmin notebookları, yəni dizüstü kompüterləri, printeri və prosesoru sellofona torbaya qoymuşlar. Daha sonra həmin otaqda olan dolabda sellefon torbanın içərisində 03 ədəd simsiz telefonun, 03 ədəd rozetkanın, 01 ədəd naqil uzadıcının, 02 ədəd hava təravətləndiricinin və digər sellefon torbada müxtəlif kosmetika əşyalarının olmasını müəyyən etmişlər. Həmin əşyalarıda götürərək sellefon torbanın içərisinə qoymuşlar. Onlar otağa daxil olduqları sanitar qovşağından çölə çıxmaq istəsəkdə hündür olduğu üçün digər qapıdan çölə çıxmaq qərarına gəlmişlər. Müdirin iş otağından çölə çıxmağa çalışsalar da həmin otaq bağlı olduğu üçün maneçilik törətmişdir. Buna görədə müdirin otağında dolabları axtarmışlar. Həmin dolabda bir ədəd vint açan tapıb qapının cəftəsini açmağa başlamışlar. Cəftəni qırdıqdan sonra dəhlizə çıxmışlar. Digər otaqlarda olan dəyərli əşyaları götürmək üçün digər qapıları açmağa başlamışlar. Buna görədə 1-ci mərtəbədə yerləşən bir neçə otağa keçmişlər. Həmin otaqların da qapısı bağlı olduğu üçün mudirin otağından götürdükləri vint açanla həmin otaqların da qapısını açmağa başlamışlar. Həmin otaqlara keçsələr də, orada dəyərli əşya tapmadıqları üçün heç bir əşya götürməmişlər. Daha sonra körpələr evində üzərində “metodist” yazısı olan otağa keçmişlər. Həmin otağın qapısı açıq olmuş, həmin otağın pəncərəsindən çölə çıxaraq oğurladıqları əşyaları özlərilə birlikdə aparmışlar. Daha sonra oğurladıqları əşyaları yaşadıqları evin yaxınlığında ağaclıq sahədə gizlətmişlər. 04.02.2022-ci il tarixdə saat 10 radələrində Körpələr evindən oğurladıqları bir ədəd HP markalı və bir ədəd Acer markalı dizüstü kompüterlərinotebookları və bir ədəd printeri Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsində yerləşən “Primier computers” mağazasında həmin mağazanın sahibi Teymur adlı şəxsə satmışlar. Həmin mağazanın sahibi Teymur onu tanıdığından və həmin mağazada sürücülük vəsiqəsinin surəti olduğundan həmin əşyaları rahatlıqla satmışdır, lakin Teymura həmin əşyaları satanda cinayət yolu ilə əldə etdiklərini bildirməmişdir. Teymura satdıqları əşyalardan 350 (üç yüz əlli manat) qazanc əldə etmişlər. Həmin pulu Bağırla birgə Şamaxinka adlanan ərazidə tanımadıqları şəxsdən narkotik vasitə əldə etmişlər. Geriyə qalan 03 ədəd simsiz telefonu, 03 ədəd rozetkanı, 01 ədəd naqil uzadıcını, 02 ədəd hava təravətləndiricini, müxtəlif kosmetika əşyalarını və bir ədəd kompyuter prosessorunu isə Bağır yaşadığı ünvan 6 ünvanına aparmışdır. X7rluq etdikləri həmin Körpələr evində işlədiyindən baş vermiş oğurluqdan məlumatlı olacağını fikirləşdiyi üçün həmin əşyaları Bağırın yaşadığı evə aparmasını istəmişdir. 12.02.2022-ci il tarixdə günorta saat 16 radələrində iki nəfər mülki geyimli şəxs onlara yaxınlışaraq polis əməkdaşı olduqlarını bildirmişlər və Körpələr evində baş vermiş oğurluq hadisəsi ilə bağlı onları Yasamal RPİnin 29-cu Polis Şöbəsinə dəvət etmişdirlər. Törətdikləri əməlləri etiraf edərək oğurladıqları HP markalı notebook qara rəngli, Acer markalı notebook qırmızı rəngli, HP markalı printer boz rəngli, HP markalı kompüter prosessoru qara rəngli, simsiz telefonlardan iki Panasonic firmasına məxsus, digər telefon isə Gigaset firmasına məxsus olmuşdurlar, bəzək əşyalarının və digər oğurladıqları əşyaların xüsusi əlamətlərini xatırlamasa da həmin əşyaların hamısını evdə yatdığı yatağın altında gizlətmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və təhqiqatçı tərəfindən Bağır yaşadığı evə baxış keçirilərəkən həmin əşyaları olduğu kimi təqdim etmiş və həmin əşyalar polis əməkdaşları tərəfindən götürülmüşdür.Törətdikləri cinayət əməlindən heç kəsin məlumatı olmamışdır. Bundan başqa heç bir cinayət əməli törətməmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanında yaşayır. Narkotik vasitələrin aludəçisidir və 1 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadə edir. İşləmədiyindən gündəlik olan təlabatlarını və narkotik vasitəyə olan təlabatını cinayət hadisəsi törədərək qarşılayır. Belə ki, 03.02.2022-ci il tarixdə tanışı və bir məhəllədə yaşadığı qonşusu Təqsirləndirilən şəxs1 ilə birlikdə yaşadıqları məhəllədə söhbət etmişlər. Təqsirləndirilən şəxs1 də narkotik vasitələrin aludəçisidir. Pulları olmadığından və narkotik vasitəyə təlabatları artdığından buna görə də narkotik vasitə almaq istəmişlər. Söhbət zamanı yaşadıqları Bakı şəhəri Yasamal rayonu 1 ünvanında yerləşən, yəni məhəlləmizdə olan 98 saylı Körpələr evi-Uşaq Bağçasına girərək oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün Cavidlə söhbət zamanı əlverişli vaxt müəyyən edib həmin Körpələr evindən oğurluq etməyi planlaşdırmışlar. Qabaqcadan bağçanın ətrafında dövr edərək həmin ərazidə içəri daxil olmaq üçün daha əlverişli yerləri müəyyən etmişlər. Həmin ərazini daha yaxşı tandıqları üçün binanın pəncərələrinin hansı vəziyyətdə olmasından, həmin bağçanın içərisinin və otaqlarının harada yerləşməsindən məlumatlı olmuşlar. Belə ki, onların hər ikisi həmin bağçada tərbiyə almışlar. Oğurluq üçün ən əlverişli zaman gecə saat 04 radələrini seçməkdə məqsəd həmin saatda hamının yatacağını fikirləşmişlər. Təqsirləndirilən şəxs1lə saat 04 radələrində baxçanın ətrafına gəlmişlər. Muhafizəçinin çöldə olmamasına əmin olduqdan sonra bağça binasının arxa hissəsinə keçmişlər. Körpələr Evinin binası iki hissəli olmaqla binaları bir-birinə bağlayan dəhliz olmuşdur. Həmin dəhlizin pəncərələri plastik pəncərə olduğundan əli ilə güc verərək həmin pəncərini açıb içəri daxil olmuşdur. Onun ardınca Cavid də içəri keçmişdir. Həmin dəhlizlə üzbəüzdə yerləşən plastik pəncərəni açaraq müdirin otağının arxa hissəsinə keçmişlər. Müdirin otağının arxa hissəsi boşluq olmuşdur. Ora yalnız Körpələr evinin içərisindən daxil ola bilmişlər. Müdirin otaqlarının pəncərələri dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Buna görə də daha əlverişli və rahat sındıra biləcəkləri balaca olan dəmir barmaqlığa tərəf getmişlər. Cavid və o əlləri ilə həmin dəmir barmaqlığa güc gəlib onun yerindən çıxararaq kənara qoymuşlar. İçəri keçdikdən sonra dəmir barmaqlığını çıxardıqları otağın sanitar qovşağı olmasını müəyyən etmişlər. Sanitar qovşağından müdirin otağının qapısını açıb rahatlıqla içəri keçmişlər. İçəri keçdikdən sonra həmin otaqda sol tərəfdə yerləşən masanın üzərinə qoyulmuş bir ədəd “HP” markal və bir ədəd “Acer” markalı dizüstü kompüteri götürmüşlər. Həmin stolun üzərində bir ədəd printer və stolun alt hissəsində bir ədəd kompyuter prosessoru olmuş, otaqda olan dolabdan bir əddə sellofon torba götürərək həmin notebookları-dizüstü kompüterləri, printeri və prosesoru sellofon torbaya qoymuşlar. Daha sonra həmin otaqda olan dolabda sellefon torbanın içərisində 03 ədəd simsiz telefonun, 03 ədəd rozetkanın, 01 ədəd naqil uzadıcının, 02 ədəd hava təravətləndiricinin və digər sellefon torbada müxtəlif kosmetika əşyalarının olmasını müəyyən etmişlər. Həmin əşyalarıda götürərək sellefon torbanın içərisinə qoymuşlar. Otağa daxil olduqları sanitar qovşağından çölə çıxmaq istəsəkdə hündür olduğu üçün digər qapıdan çölə çıxmaq qərarına gəlmişlər. Müdirin iş otağından çölə çıxmağa çalışsalar da, həmin otaq bağlı olduğu üçün maneçilik törətmişdir. Buna görə də müdirin otağında dolabları axtarmışlar. Həmin dolabda bir ədəd vint açan tapıb qapının cəftəsini açmağa başlamışlar. Cəftəni qırdıqdan sonra dəhlizə çıxmışlar. Digər otaqlarda olan dəyərli əşyaları götürmək üçün digər qapıları açmağa başlamışlar. Buna görədə 1-ci mərtəbədə yerləşən bir neçə otağa keçmişlər. Həmin otaqlarında qapısı bağlı olduğu üçün mudirin otağından götürdükləri vint açanla həmin otaqlarında qapısını açmağa başlamışlar. Həmin otaqlara keçsələr də, orada dəyərli əşya tapmadıqları üçün heç bir əşya götürməmişlər. Daha sonra körpələr evində üzərində “metodist” yazısı olan otağa keçmişlər. Həmin otağın qapısı açıq olmuş, həmin otağın pəncərəsindən çölə çıxaraq oğurladıqları əşyaları özləri ilə birlikdə aparmışlar. Daha sonra oğurladıqarı əşyaları yaşadıqarı evin yaxınlığında ağaclıq sahədə gizlətmişlər. 04.02.2022-ci il tarixdə saat 10 radələrində Körpələr evindən oğurladıları bir ədəd HP markalı və bir ədəd Acer markalı dizüstü kompüterləri-notebookları və bir ədəd printeri Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsində yerləşən mağazaların birinə satmışlar. Həmin mağazanın sahibi Cavidi tanıdığından və Cavidin həmin mağazada sürücülük vəsiqəsinin surəti olduğundan həmin əşyaları rahatlıqla satmışlar. Cinayət yolu ilə əldə etdikləri əşyalardan 350 (üç yüz əlli manat) qazanc əldə etmişlər. Həmin pulu Cavidlə birgə Şamaxinka adlanan ərazidə tanımadıqları şəxsdən narkotik vasitə əldə etmişlər. Geriyə qalan 03 ədəd simsiz telefonu, 03 ədəd rozetkanı, 01 ədəd naqil uzadıcını, 02 ədəd hava təravətləndiricini, müxtəlif kosmetika əşyalarını və bir ədəd kompüter prosessorunu isə o, yaşadığı ünvan 6 ünvanın aparmışdır. 12.02.2022-ci il tarixdə günorta saat 16 radələrində iki nəfər mülki geyimli şəxs onlara yaxınlışaraq polis əməkdaşı olduqlarını bildirmişdirlər və Körpələr evində baş vermiş oğurluq hadisəsi ilə bağlı onları Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmişlər.Körpələr evindən oğurladıları bir ədəd HP markalı və bir ədəd Acer markalı dizüstü kompüterləri-notebookları və bir ədəd printeri alan şəxs Bakı şəhəri Nəsimi rayonu 20 yanvar küçəsində yerləşən “Primier computers” mağazasında işləyir, adı Teymurdur, onun anket məlumatları və əlaqə vasitələri barədə heç bir məlumatım yoxdur. Teymur adlı şəxsə satdıqları kompüterlərin və printerin cinayət yolu əldə olunmasını bildirməmişlər, Teymura bu barədə məlumat verməmişdir.Oğurladıqları HP markalı notebook qara rəngli, Acer markalı notebook qırmızı rəngli, HP markalı printer boz rəngli, HP markalı kompüter prosessoru qara rəngli, simsiz telefonlardan iki ədədi Panasonic firmasına məxsus, digər telefon isə gigaset firmasına məxsus olmuşdurlar, bəzək əşyalarının və digər oğurladıqları əşyaların xüsusi əlamətlərini xatırlamasa da həmin əşyaların hamısını evdə yatdığı yatağın altında gizlətmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və təhqiqatçıya yaşadığı evdən həmin əşyaları olduğu kimi təqdim etmiş və həmin əşyalar polis əməkdaşları tərəfindən götürülmüşdür,törətdikləri cinayət əməlindən heç kəsin məlumatı olmamışdır. Bundan başqa heç bir cinayət əməli törətməmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafları ilə yanaşı, zərərçəkmiş və şahidin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsi 1 ünvanında yerləşən 98 saylı Körpələr Evi-Uşaq Bağçasının müdiri vəzifəsində işləyir. 03.02.2022-ci il tarixdə saat 18 radələrində işlədiyi 98 saylı uşaq bağçasından çıxaraq evə getmişdir. 04.02.2022-ci il tarixdə saat 08 radələrində bağçaya işə gələndə bağcadan oğurluq olduğunu aşkar etmişdir. Belə ki, naməlum şəxslər onun xidməti otağının pencərəsinin dəmir barmaqlığını çıxararaq onun iş otağına daxil olaraq oğurluq etmişdirlər. Bu hadisə barədə Yasamal RPİ-nin 29-cu PB-nə şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları işlədiyi bağcaya gələrək hadisə yerinə baxış keçirmişlər. Bu oğlurluq hadisəsi zamanı naməlum şəxslər xidməti otağından 600 manat olan 01 ədəd qara rəngli “HP” markalı və dəyəri 550 manat olan qırmızı rəngli Acer markalı notebookları, dəyəri 100 manat olan bir ədəd HP markalı printeri, dəyəri 250 manat olan 01 ədəd qara rəngli prosessoru, hər birinin dəyəri 30 manat olan iki ədəd “Panasonic” markalı simsiz telefonu, dəyəri 25 manat olan bir ədəd “Gigaset” markalı simsiz telefonu, həmin otaqda olan dolabların içirisindən dəyəri 4 manat olan bir ədəd “Crema” markalı əl kremini, dəyəri 5 manat olan bir ədəd “Moni Platin DSM” markalı antisellulitet geli, dəyəri 5 manat olan bir ədəd “Beaty life” markalı dəri kremini, dəyəri 10 manat olan bir ədəd “X11” markalı kremi, dəyəri 5 manat olan bir ədəd “Beauty life” markalı dəri kremini, dəyəri 10 manat olan bir ədəd “Mon Platin DSM” markalı kremi, hər birinin dəyəri 5 manat olan dörd ədəd “Beauty life” markalı üz kremini, hər birinin dəyəri 2 manat olan iki ədəd “Air Valse” markalı hava təravətləndiricisini, hər birinin dəyəri 1 manat olan üç ədəd elektrik yuvasını və dəyəri 5 manat olan bir ədəd naqiluzadıcını oğurlamaqla ona 1656 manat məbləğində maddi ziyan vurmuşdurlar. Naməlum şəxslər içəri digər otaqlara keçərək oradanda oğurlamaq üçün əşya axtarsalar da, tapmamışdılar. Həmin otaqlar da dağınıq vəziyyətdə olmuşdur. Oğurlanmış bütün əşyalar onun özünə məxsus olmuşdur. Hazırda ona dəymiş zərər ödənildiyinə görə, onun təqsirləndirilən şəxslərə tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanda yerləşən bir otağı icarə müqaviləsi əsasında götürərək «Premier kompüters» mağazası açaraq kompüter və avadanlıqları alışı və satışı fəaliyyəti ilə məşqul olur. Təqsirləndirilən şəxs1 təxminən 15 ildir ki, tanıyır, Təqsirləndirilən şəxs1 20 yanvar küçəsində onu işlətdiyi mağazanın yaxınlığında 2006-2012-ci illərdə «internet klub» işlətmişdir, sonra isə kompüter üstası kimi fərdi olaraq fəaliyyət göstərmişdir. Onunla heç bir düşmənçiliyi, qərəzçiliyi və ədavəti olmamış və yoxdur. 04 yanvar 2022-ci il tarixdə təxminən saat 10-11 radələrində işlədiyi «Premier kompüters» mağazasında olarkən Təqsirləndirilən şəxs1 dükana daxil olmuş və özü ilə istifadə olunmuş bir ədəd HP markalı, bir ədəd Acer markalı notebook kompüterlərini və bir ədəd HP-deskjet markalı printeri gətirərək həmin notebooklar və printer özünə məxsus olmasını və hamısını birlikdə 350 manata satmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs1 tanıdığından və onun sürücülük vəsiqəsinin surəti onda dükanda olduğundan onunla həmin əşyaları 350 manata almağa razılaşmış və ona 350 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 aldığı bir ədəd HP markalı, bir ədəd Acer markalı notebook kompüterləri və HP-deskjet markalı printeri mağazada satışa qoymuşdur, HP markalı, bir ədəd Acer markalı notebook komputerlərini təxminən 2-3 gün müddəti ərzində tanımadığı şəxslərə satmışdır, həmin satışdan 130 manat pul qazanmışdır. Lakin bir ədəd HP markalı printeri isə satılmadığından mağazada qalmışdır. 12 yanvar 2022-ci ildə Yasamal RPİ-nin 29-cu PB-nin polis əməkdaşları mağazaya gəlmişlər və onların sözlərindən ona məlum olmuşdur ki, Cavidin ona satdığı 02 ədəd kompüterlər və 01 ədəd printer oğurluqdur. O, həmin Caviddən aldığı printeri Yasamal RPİ-nin 29-cu PB-nə aparmaqla ora təhvil vermişdir. Təqsirləndirilən şəxs1 kompyuter ustasıdır və əvvələr dəfələrlə şifahi razılaşma əsasında müştərilərə kompüter xidmətləri göstərmişdir. Cavid həmin əşyaları ona satarkən özünə məxsus olduğunu bildirmiş, o da Cavidə inanmışdır. Təqsirləndirilən şəxs1 işlədiyi mağazaya tək gəlmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan 12 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 152-154-cü vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 12 fevral 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 183-186-cı vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay, yəni 12 may 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 58-ci vərəqəsində olan 12 fevral 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 149-151-ci vərəqələrində olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində barəsində 12 fevral 2022-ci il tarixdən hesablanmaqla 02 (iki) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 187-190-cı vərəqələrində olan olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 09 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 (bir) ay, yəni 12 may 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 193-196-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 aprel 2022-ci il tarixli 9/2266 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş ekspertiza tədqiqatına təqdim edilmiş 2021-ci ilin fevral ayına olan orta bazar qiymətlərinin istifadə olunmuş vəziyyətlərdə 1 ədəd HP markalı «Pro-3330MT» model prosessorun qiyməti 80 manat, Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGBA11BX” model naqilsiz ev telefonunun qiyməti 25 manat, Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGA161FX” model naqilsiz ev telefonunun qiyməti 25 manat, 1 ədəd “Gigaset” markalı «A415» model naqilsiz ev telefonun qiyməti 20 manat, Vyetnam istehsalı olan “Panasonic” markalı “KX-TG1611FX” model naqilsiz ev telefonunun cərəyan qidalandırıcısının qiyməti 15 manat, Çin istehsalı olan “Panasonic” markalı “KX-TGB11UE” model naqilsiz ev telefonunun cərəyan qidalandırıcısının qiyməti 15 manat, “Clipsal” markalı elektrik yuvasının qiyməti 3 manat, 2 ədəd “Schmeler Elektrik” markalı elektrik yuvalarının hər binin qiyməti 3 manat, ağ rəngli 3 hissəli naqil uzadıcısının qiyməti 5 manat, “Crema”markalı 230 ml kremin qiyməti 15 manat, “Mon Platin DSM” markalı 200 ml tutumlu antiselulite gelin qiyməti 30 manat,”Beauty Life” markalı 170 qram tutumlu üz maskasının qiyməti 25 manat, “Aromatik body Butter” markalı bədən yağının qiyməti 15 manat, ”Beauty Life” markalı 180 ml tutumlu ayaq kreminin qiyməti 10 manat, ”Beauty Life” markalı 50 ml tutumlu kremin 50%dən çox hissəsi istifadə olunduğu üçün qymətsiz, 3 ədəd ”Beauty Life” markalı 50 ml tutumlu pilinqlər 50%-dən çox hissələri istifadə olunduğu üçün qymətsiz, 2 ədəd ”Air Valse” markalı 300 ml hava təravətləndiricilərin hər birinin qiyməti 2 manat, ekspertiza tədqiqatına təqdim edilmiş Şahid götürülmüş Çin istehsalı olan HP markalı «VCVRA-1001» model J510 seriyalı printerin istifadə olunmuş vəziyyətdə 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti 80 manat, ümumilikdə 375 manat müəyyən edilmişdir. Cinayət işinin 194-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 208-218-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın 1525 manat olması kimi qiymətləndirilmiş və cinayət işi üzrə Zərərçəkmiş şəxs məxsus Təqsirləndirilən şəxs2 götürülmüş 1 ədəd HP markalı «Pro-3330MT» model prosessor, Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGBA11BX” model naqilsiz ev telefonu, Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGA161FX” model naqilsiz ev telefonu, 1 ədəd “Gigaset” markalı «A415» model naqilsiz ev telefonu, Vyetnam istehsalı olan “Panasonic” markalı “KX-TG1611FX” model naqilsiz ev telefonunun cərəyan qidalandırıcısı, Çin istehsalı olan “Panasonic” markalı “KX-TGB11UE” model naqilsiz ev telefonun cərəyan qidalandırıcısı, “Clipsal” markalı elektrik yuvası, 2 ədəd “Schmeler Elektrik” markalı elektrik yuvaları, ağ rəngli 3 hissəli naqil uzadıcısı, “Crema”markalı 230 ml kremi, “Mon Platin DSM” markalı 200 ml tutumlu antiselulite geli,”Beauty Life” markalı 170 qram tutumlu üz maskası, “Aromatik body Butter” markalı bədən yağı, ”Beauty Life” markalı 180 ml tutumlu ayaq kremi, 50%-dən çox hissəsi istifadə olunmuş ”Beauty Life” markalı 50 ml tutumlu krem 3 ədəd 50%-dən çox hissəsi istifadə olunmuş”Beauty Life” markalı 50 ml tutumlu pilinqlər, 2 ədəd ”Air Valse” markalı 300 ml hava təravətləndiriciləri, Şahid götürülmüş HP markalı «VCVRA-1001» model J510 seriyalı printer cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsiə kömək edən əşylar olduğu nəzərə alınaraq iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi üzrə yekun qərar qəbul edilənədək sahibi, zərərçəkmiş Zərərçəkmiş şəxs məsul saxlancına verilmişdir. Cinayət işinin 164-165-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam Hərbi Məhkəməsinin 06.12.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə 6 ay şərti sınaq müddəti müəyyən edilməklə 6 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cinayət işinin 163-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 fevral 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tamamilə ödənilmiş və hazırda onlara qarşı şikayət və tələbi yoxdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onların əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 12 fevral 2022-ci il tarixindən hökmün çıxarıldığı 24 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı hər hansı tələbi, şikayəti və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi həmin Məcəllənin 177.2.1. və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 12 fevral 2022-ci il tarixindən hökmün çıxarıldığı 24 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 12 (on iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 1 ədəd HP markalı «Pro-3330MT» model prosessor, Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGBA11BX” model naqilsiz ev telefonu, Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGA161FX” model naqilsiz ev telefonu, 1 ədəd “Gigaset” markalı «A415» model naqilsiz ev telefonu, Vyetnam istehsalı olan “Panasonic” markalı “KX-TG1611FX” model naqilsiz ev telefonunun cərəyan qidalandırıcısı, Çin istehsalı olan “Panasonic” markalı “KX-TGB11UE” model naqilsiz ev telefonun cərəyan qidalandırıcısı, “Clipsal” markalı elektrik yuvası, 2 ədəd “Schmeler Elektrik” markalı elektrik yuvaları, ağ rəngli 3 hissəli naqil uzadıcısı, “Crema”markalı 230 ml kremi, “Mon Platin DSM” markalı 200 ml tutumlu antiselulite geli,”Beauty Life” markalı 170 qram tutumlu üz maskası, “Aromatik body Butter” markalı bədən yağı, ”Beauty Life” markalı 180 ml tutumlu ayaq kremi, 50%-dən çox hissəsi istifadə olunmuş ”Beauty Life” markalı 50 ml tutumlu krem 3 ədəd 50%-dən çox hissəsi istifadə olunmuş”Beauty Life” markalı 50 ml tutumlu pilinqlər, 2 ədəd ”Air Valse” markalı 300 ml hava təravətləndiriciləri və HP markalı «VCVRA-1001» model J510 seriyalı printer zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkilləri R.R.Qarayevə və Ə.M.Əhmədliyə məhkəmədə iştirak etdikləri 20 saata görə hər birinə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 manat Təqsirləndirilən şəxs1dan və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 12 fevral 2022-ci il tarixindən hökmün çıxarıldığı 24 may 2022-ci il tarixədək, yəni 03 (üç) ay 12 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1. və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 12 fevral 2022-ci il tarixindən hökmün çıxarıldığı 24 may 2022-ci il tarixədək, yəni 03 (üç) ay 12 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonunun, Sumqayıt və Bakı şəhərlərinin tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd HP markalı «Pro-3330MT» model prosessor, Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGBA11BX” model naqilsiz ev telefonu, Çin istehsalı olan 1 ədəd “Panasonic” markalı “KX-TGA161FX” model naqilsiz ev telefonu, 1 ədəd “Gigaset” markalı «A415» model naqilsiz ev telefonu, Vyetnam istehsalı olan “Panasonic” markalı “KX-TG1611FX” model naqilsiz ev telefonunun cərəyan qidalandırıcısı, Çin istehsalı olan “Panasonic” markalı “KX-TGB11UE” model naqilsiz ev telefonun cərəyan qidalandırıcısı, “Clipsal” markalı elektrik yuvası, 2 ədəd “Schmeler Elektrik” markalı elektrik yuvaları, ağ rəngli 3 hissəli naqil uzadıcısı, “Crema”markalı 230 ml kremi, “Mon Platin DSM” markalı 200 ml tutumlu antiselulite geli,”Beauty Life” markalı 170 qram tutumlu üz maskası, “Aromatik body Butter” markalı bədən yağı, ”Beauty Life” markalı 180 ml tutumlu ayaq kremi, 50%-dən çox hissəsi istifadə olunmuş ”Beauty Life” markalı 50 ml tutumlu krem 3 ədəd 50%-dən çox hissəsi istifadə olunmuş”Beauty Life” markalı 50 ml tutumlu pilinqlər, 2 ədəd ”Air Valse” markalı 300 ml hava təravətləndiriciləri və HP markalı «VCVRA-1001» model J510 seriyalı printer zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə 4 saylı Vəkil Bürosunun vəkilləri X6 və X4 məhkəmədə iştirak etdikləri 20 saata görə hər birinə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar