Məhkəmə qərarları › İş №1(004)-243/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-243/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-243/2023 25.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-ci ildə Bakı şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, işləməyən, Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə qanunsuz olaraq yaşayış sahəsinə qanunsuz olaraq girməklə özgənin əmlakını gizli talamaqla zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrar oğlurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talama məqsədi ilə 02 avqust 2022-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Səbail rayonu O.Daşdəmirov küçəsi 85 nömrəli evin həyətyanı sahəsinə bitişik olan ərazidən hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin arxa tərəfində yerləşən, saxlanc yeri hesab olunan dam örtüklü köməkçi sahəsinə-binaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz” markalı E 220 model avtomobillər üçün nəzərdə tutulmuş, texniki cəhətdən yararlı vəziyyətdə olan ehtiyat hissələrini- dəyəri 350 manat olan 7 il müddətinə istismar edilmiş mühərrikin şilindir blokunu, dəyəri 160 manat olan 10 il müddətinə istismar edilmiş bir dəst ön işıq cihazlarını və dəyəri 15 manat olan 8 il müddətinə istismar edilmiş arxa sağ təkərin şarnirini gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 525 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 oktyabr 2022-ci il tarixdə saat 16:50 radələrində ünvan 2 ünvanındakı Zərərçəkmiş şəxs2 yaşadığı evin qapısının qıfılını sındırmaq yolu ilə evə qanunsuz olaraq daxil olub Zərərçəkmiş şəxs2 məxsus dəyəri 60 manat olan satış üçün komplektləşdirməsinə daxil edilən aksessuarlan olmayan və arxa gövdəsi qırıq vəziyyətdə və üzərində qidalandırıcı elementi (batareya) olmayan 01 ədəd qızılı rəngli Çin istehsalı olan “Samsung J6“' markalı “SM-J32OF/DS" model mobil telefon, dəyəri 120 manat olan 01 ədəd 1,5 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, dəyəri 100 manat olan 01 ədəd 1,2 qram çəkdə 585 əyarlı qızıl boyunbağı, dəyəri 350 manat olan üzəri xırda yarpaqlar formasında naxışlı 01 ədəd 3,5 qram çəkidə 750 əyarlı ağ qızıl üzük, dəyəri 280 manat olan üzəri gül formasında 01 ədəd 3,3 qram çəkidə 585 əyarlı 01 ədəd qızıl üzük, dəyəri 350 manat olan üzərində ağ mirvari qaşı olan 01 ədəd 4 qram çəkidə qızıl (rus qızılı) üzük, dəyəri 50 manat olan 01 ədəd 5 qram çəkidə gümüş boyunbağı və dəyəri 3 manat olan san rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2,19 qram üzərində çoxsaylı çızıqları olan 1 cüt sırğa, dəyəri 2 manat olan gümüşü rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 3,49 qram üzərində çızıqlan olan 1 cüt sırğa, dəyəri 3 manat olan üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2,28 qram üzərində çızıqlan olan 1 cüt sırğa, dəyəri 2 manat olan 583 əyardan aşağı qızıl metaldan hazırlanmış kütəsi 0,98 qram olan əyarı konkret müəyyən olunmadığından qiymətləndirilməsi mümkün olmayan 1 ədəd sarı rəngli üzərində çızıqlan olan 1 ədəd məmulat, dəyəri 50 qəpik olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 0,94 qram üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan 1 tay sırğanı, hər birinin dəyəri 8 manat 50 qəpik olan 03 ədəd ipdən olan biləklik və hər birinin qiyməti 7 manat olan 02 ədəd gümüşü rəngli üzüyü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1360 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, törədilmiş əməldə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, o əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olmuş, sonuncu dəfə 2018-ci ildə Səbail Rayon məhkəməsinin hökmü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 28-cün azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş və xx.xx.2021-ci ildə cəzamın sonu ilə azadlığa buraxılmışdır. O. Bakı şəhəri Səbail rayonu, ünvan 1 ünvanda xəstə bacı qardaşı ilə birgə yaşayır. 02 avqust 2022-ci il tarixdə gündüz saat 11 radələrində o yaşadığı evinin yaxınlığında «Tarelka» deyilən yerin yaxınlığında dəmir yığarkən sahibsiz enişli əraziyə keçmiş və oradan da solda yerləşən daş hasarından sahibini tanımadığı həyətə keçirmişdir. Həmin vaxt o, həyətin giriş qapısının yanında daş hasarın dibində avtomobilin işlənmiş dəmir hissələrini və iki ədəd saralmış fara görmüş, avtomobilə aid düralminiumdan olan dördbucaq formalı ağır çəkili əşyanı və bir ədəd qoşa faranı götürmüş və daxil olduğu hasarı aşaraq sahibsiz əraziyə, oradan isə küçəyə çıxmış və oradan da yaşadığı evə gəlmişdir. Oğurladığı əşyaları evin həyətinə giriş qapısının yanında qoymuşdur. Səhərsi gün məhəllədə köhnə sovet istehsalı olan nömrəsini görmədiyi avtomobillə dəmir alanlar gəlmişlər və onların «dəmir alıram» səslənməsini eşidib bayıra çıxmış və dəmir əşyanı 11 manata, plastmasdan olan faranı isə 1 manata onlara satmışdır. Bu hadisədən təxminən bir həftə sonra o, əvvəl qeyd etdiyi sahibsiz əraziyə girmiş, oradan isə oğurluq etdiyi həyətə keçib kəsə yolla aşağı küçəyə enmiş, həmin vaxtı saat 23 radələri hava qaranlıq olmuş, lakin həyətin qapısının üzərindəki projektor həyəti yaxşı işıqlandırmışdır. O. həyətə daxil olub pilləkənlə aşağı enəndən sonra evin qarşısında masa arxasında oturan təxminən 30 yaşında arıq, saqqalı oğlan onu görüb kim olduğunu və niyə görə özgənin həyətinə girdiyini soruşmuşdur. Ona aşağı küçəyə yol axtardığını deyəndə həmin şəxs ona bura həyətdir, aşağı küçəyə yol yoxdur. Əgər yol axtarırsa, endiyi pilləkənlə yenidən yuxan qalxıb həyətin qapısından küçəyə çıxmalıdır demişdir. O da həmin pilləkənlə yuxarı qalxıb giriş qapısından küçəyə çıxmış oradan isə evə getmişdir, lakin həmin vaxt oğurluq etmək niyyəti olmamışdır. Bundan bir neçə gün sonra isə yaşadığı evdə olarkən Səbail RPİ-nin 8-ci polis bölməsinin əməkdaşları gəlmişlər, onu polis bölməsinə aparmışlar. Orada törətdiyi oğurluğu etiraf etmişdir. 2-ci dəfə Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə daxil olmağına səbəb aşağı küçəyə yol axtarmağı olmuşdur. O, ilk dəfə həmin həyətə girəndə orada digər küçəyə çıxışın olub-olmamasına fikir verməmişdir. Həmin vaxt tək olmuşdur, yanında heç kimi gəlirməmişdir. Bundan başqa, o, xx.xx.2022-ci il tarixdə 16-17 radələrində ünvan 3 ünvanındakı evin önündən keçərkən dalan bir yer olduğunu görüb oraya girmişdir və həmin dalanda olan evin çöl qapısının taxtadan olduğunu qapının adi qıfılla bağlandığını və içəridə heç kimin olmadığına əmin olmuşdur. Pula ehtiyacı olduğu üçün nəfsinə güc gələ bilməyib oğurluq etməyə qərar vermişdir. Oradan bir dəmir parçası tapıb qapının qıfılının arasına salıb qıfılı açmış və dəmiri oralara alıb içəriyə evə daxil olmuş, içəri girdikdən sonra evin çöl qapısını içəridən bağlamışdır. Otaqları pul və qızıl zinət əşyası tapmaq üçün axtarmış, orada qapıdan girən kimi üzbəüz olan kiçik yataq otağından bir ədəd arxası qızılı rəngli “Samsung" markalı arxa yuxarı hissəsi qırıq olan və işləməyən telefon götürmüş, sonra isə qonaq otağına daxil olub otağın sol tərəfində yerləşən dolabın içərisində ürək formalı kiçik qızıl qabları olduğunu görmüş, həmin qabların içərisindəkiləri götürüb qutuları yerinə qoymuşdur. Həmin qutulardan 03 cüt sırqa, bir kiçik fil formasında nə olduğunu bilmədiyi qızılı rəngli əşya, 01 ədəd isə 10-11 sm ölçüsü olan olan qızılı rəngli biləkliyə bənzər əşya, 3 ədəd ipdən olan biləklik, 01 ədəd gümüşü rəngli metaldan olan üzəridə göy rəngli daş qaşı olan üzük, 01 ədəd gümüşü rəngli metaldan olan üzəri qaşsız üzük götürmüşdür. Bundan sonra qapı tərəfdən səs gəldiyi üçün evin başqa otaqlarına girmədən təcili olaraq evin pəncərəsindən həyətə tullanıb həyətdəki qapıdan çıxıb oradan uzaqlaşmışdır. Oradan çıxdıqda götürdüyü bəzək əşyalarına piyada gedə-gedə nəzər yetirmiş, 03 ədəd ipdən olan biləkliyi və 02 ədəd gümüşü rəngli üzüyü qiymətsiz olduğunu düşünərək, getdiyi yolda olan ağacların dibinə atmışdır. Oradan uzaqlaşdıqdan sonra dərhal yaşadığı ünvana gəlmişdir. Telefonu toka taxdıqdan sonra işləmədiyini görmüşdür. Oradan götürdüyü qızıl zinət əşyalarına baxdıqda isə qızıla bənzətmədiyi üçün evə qoymuş və fikirləşmişdir ki, ucuzlu bəzək əşyasıdır. Bundan 4 gün sonra, yəni xx.xx.2022ci il tarixdə yaşadığı ünvanın yanında olarkən polis əməkdaşları oğurluqda şübhəli olduğunu deyərək saxlamışlar. Yaşadığı evdə saxladığı Təmkin Xanıycvin evindən oğurladığı əşyaları və telefonu da özü ilə götürüb polis əməkdaşları ilə birgə Yasamal RPİnin 26-cı PB-na gəlmişdir. Törətdiyi əməlləri əməlimi tam etiraf etmişdir. Şübhəli şəxs qismində tutularkən üzərində olan Zərərçəkmiş şəxs2 evindən oğurladığı əşyalardan üzərində olan qızıl olmayan 3 cül sırğanı, 1 tay sırğanı və 01 ədəd qızılı rəngli əşyanı və “Samsung” markalı mobil telefonu könüllü olaraq təqdim etmişdir. O, həmin evdən qızıl zinət əşyası oğurlamamışdır. Qızıl-zinət əşyalarından xəbəri olmamışdır. Bakı şəhəri Səbail rayonu O.Daşdəmirov küçəsi 85 nömrəli evin həyətindəki hasarın dibindən yalnız mühərrikin silindirlərin blokunu və bir ədəd faranı, yəni bir ədəd işıq cihazını oğurlamışdır. Həmin ünvandan başqa əşya oğlurlamamışdır. Əməlindən peşmandır. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş şəxslərdən biri ilə barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanda yerləşən ev ona məxsusdur. Həmin ev dörd tərəfdən daş hasarla hasarlanıb, həyətə giriş üst hissədə olan dəmir qapıdandır. 2022-ci ilin iyul ayının axırlarında idarə etdiyi «Mercedes Benz» markalı E220 modelli avtomobili üçün işlənmiş vəziyyətdə mühərrikin silindrlərin blokunu, bir dəst qabaq ön işıq cihazlarını və arxa sağ təkərin şarnirini alıb həmin evin həyətyanı sahədəki yardımçı tikiliyə qoymuşdur. Həmin vaxtı qeyd etdiyi ünvanda yerləşən evdə heç kəs yaşamamışdır. 02 avqust 2022-ci il tarixdə saat 08 radələrində həmin evə getmişdir. Bundan sonra o, avtomobilin komplekt hissələri saxladığı saxlanc yerinə baxmış və hər şeyin qaydasında olduğunu görəndən sonra oradan çıxıb işə getmişdir. İşdən çıxandan sonra yenidən həmin evə gəlmiş və həyətyanı sahənin giriş qapısından pilləkənlə evin qarşısına enərkən saxlanc yerində işığın yandığını görüb, işığı söndürmək məqsədi ilə ora daxil olub “Mercedes Benz” markalı E220 model avtomobil üçün nəzərdə tutulmuş, dəyəri 350 manat olan mühərrikin şilindir blokunun, dəyəri 160 manat olan bir dəst ön işıq cihazlarının və dəyəri 15 manat olan arxa sağ təkərin şarnirinin yerində olmadığını görmüşdür. Bundan sonra o Naxçıvan Muxtar Respublikasına getmiş və qayıdandan sonra sonra Vüqar adlı kirayəşin ona zəng edərək bir nəfər oğlanın yol axtarması bəhanəsi ilə evin həyətinə qanunsuz daxil olduğunu bildirmişdir. Bundan sonra o, bu barədə 102 xidmətinə məlumat vermişdir. Təqsirləndirilən şəxs etdiyi oğurluq əməli nəticəsində ona ümumilikdə 525 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsini və onunla barışmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 16:30-da kirayədə yaşadığı ünvan 5 ünvanındakı evdən idman zalına getmək üçün evin qapısını bağlayıb çıxmışdır. Həmin vaxt evdə heç kim olmamışdır. Həmin gün təxminən saat 17:30 radələrində bacısı Şəbnəm ona zəng vuraraq evin qapısının qıfılının açıldığını, açarın başqa yerdə olduğunu və qapının içəridən bağlı olduğunu bildirmişdir. O tez bir zamanda evə gəlib çatdıqda qapının qıfılının açıq olduğunu, lakin qapının içəridən bağlı olduğunu gördüyü üçün içəridə oğru ola biləcəyini düşünüb tez DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşlarını qapının qarşısında gözləmişdir ki, evində adam varsa, çıxa bilməsin. Polis əməkdaşları gəldikdən sonra o, pəncərənin açıq olduğunu görmüşdür. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə otaqlara baxış keçirən zaman ona məlum olmuşdur ki, evin qonaq otağında divardan asılı olan dolabın üzərindəki ağ rəngli 40 manat dəyərindəki “Samsung Galaxy J6” markalı mobil telefonun yerində olmadığını, həmçinin otağın solunda yerləşən dolabın içərisində olan dəyəri 120 manat olan 01 ədəd 1.5 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, dəyəri 100 manat olan 01 ədəd 1.2 qram çəkdə 585 əyarlı qızıl boyunbağı, dəyəri 350 manat olan üzəri xırda yarpaqlar formasında naxışlı 01 ədəd 3.5 qram çəkidə 750 əyarlı ağ qızıl üzük, dəyəri 280 manat olan üzəri gül formasında 01 ədəd 3,3 qram çəkidə 585 əyarlı 01 ədəd qızıl üzük, dəyəri 350 manat olan üzərində ağ mirvari qaşı olan 01 ədəd 04 qram çəkidə qızıl üzük, dəyəri 50 manat olan 01 ədəd 5 qram çəkidə gümüş boyunbağı və dəyəri 03 manat olan san rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2.19 qram üzərində çoxsaylı çızıqları olan 01 cüt sırğa, dəyəri 2 manat olan gümüşü rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 3,49 qram olan 01 cüt sırğa, dəyəri 03 manat olan üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2,28 qram üzərində çızıqlan olan 01 cüt sırğa, dəyəri 02 manat olan 583 əyardan aşağı qızıl metaldan hazırlanmış kütəsi 0,98 qram olan əyarı konkret müəyyən olunmadığından qiymətləndirilməsi mümkün olmayan 01 ədəd sarı rəngli üzərində çızıqlan olan 01 ədəd məmulat, dəyəri 50 qəpik olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 0,94 qram üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan 01 tay sırğa, hər birinin dəyəri 08 manat 50 qəpik olan 03 ədəd ipdən olan biləklik və hər birinin qiyməti 07 manat olan 02 ədəd gümüşü rəngli üzük yerində yoxdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1360 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilməməsinə baxmayaraq ona qarşı heç bir tələb və şikayətinin olmadığını, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 11 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu Bəşir Səfəroğlu küçəsindəki 86/0 saylı yaşayış evidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 giriş qapısını göstərərək naməlum şəxs tərəfindən qapının qıfılının sındıraraq qapını açıb içəri daxil olub “Samsung Galaxy J6” markalı mobil telefonu və qızıl zinət əşyalarını və qızıl olmayan bəzək əşyalarını oğurladığını bildirmişdir. (Cild İ, i.v. 3-8) “Əşyaların götürülməsi və baxış keçirmə haqqında” 16 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurladığı əşyalardan 01 cüt damcı formalı qızılı rəngli sırqa, 01 cüt gümüşü rəngli dairəvi formada sırqa, 01 cüt üçbucaq formalı hər birinin üzərində üzərində ağ rəngli qaşlar qızılı rəngli sırqa, 01 ədəd qızılı rəngli qırıq vəziyyətdə biləklik, 01 ədəd fil formalı bağlanan hissəsi qırıq olan bəzək əşyasını, “Samsung” markalı arxası qızılı rəngli olan arxa korpusunun yuxarı hissəsi qırıq olan və arxa hissəsində elektrik daşı (batareyası) olmayan 3562xx/xx/257856/5 və 3562xx/xx/257856/3 imei kodlu mobil telefonu köüllü olaraq təqdim etmiş, tərəfimdən qeyd olunan əşyalar xx.xx.2022-ci il tarixli qərara əsasən götürülərək həmin tarixdə də protokol tərtib edilmişdir. (Cild İ, i.v. 60) “Əşyaların tanınması haqqında” 17 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ünvan 6 ünvandakı evdən xx.xx.2022-ci il tarixdə oğurladığı əşyalardan xx.xx.2022-ci il taixdə könüllü olaraq təqdim etdiyi və protokol əsasında götürülmüş 01 cüt damcı formalı qızılı rəngli sırqa, 01 cüt gümüşü rəngli dairəvi formada sırqa, 01 cüt üçbucaq formalı hər birinin üzərində üzərində ağ rəngli qaşlar qızılı rəngli sırqa, 01 ədəd qızılı rəngli qırıq vəziyyətdə biləklik, 01 ədəd fil formalı bağlanan hissəsi qırıq olan bəzək əşyası, “Samsung” markalı, arxası krem rəngli olan arxa korpusunun yuxarı hissəsi qırıq olan və arxa hissəsində elektrik daşı (batareyası) olmayan 3562xx/xx/257856/5 və 3562xx/xx/257856/3 imei kodlu mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tanıma üçün vahid nüsxələrdə təqdim edilmiş, həmin qeyd olunan əşyalarını tanıyaraq ona məxsus əşyaları olduğunu təsdiq etmişdir. (Cild İ, i.v. 62) “Baxış keçirilməsi haqqında” 17 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri Səbail rayonu O.Daşdəmirov küçəsindəki 85 saylı həyətyanı sahəsi olan fərdi yaşayış evidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 evin arxa tərəfində yerləşən, saxlanc yeri hesab olunan dam örtüklü köməkçi sahəsinə köstərib naməlum şəxs tərəfindən “Mercedes Benz” markalı E220 model avtomobillər üçün nəzərdə tutulmuş mühərrikin silindirlərin bloku, bir dəst qabaq ön işıq cihazlarını və arxa sağ təkərin şamirin oğurlandığını bildirmişdir. (Cild İ, i.v. 104-109) 20 avqust 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir. (Cild İ, i.v. 151-152) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 oktyabr 2022-ci il tarixli 9/6400 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Mercedes Benz” markalı E 220 model avtomobillər üçün nəzərdə tutulmuş, texniki cəhətdən yararlı vəziyyətdə olan ehtiyat hissələrin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti ümumi nəzəri daydada təxminən 525,00 manat müəyən olunur. O cümlədən 7 il müddətinə istismar edilmiş mühərrikin şilindir blokunun dəyəri 350,00 manat, 10 il müddətinə istismar edilmiş bir dəst ön işıq cihazlarının dəyəri 160,00 manat, 8 il müddətinə istismar edilmiş arxa sağ təkərin şarnirinin dəyəri 15.00 manat müəyyən olunur. (Cild İ, i.v. 204-206) 07 yanvar 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini təsdiq etmişdir. (Cild İ, i.v. 227-230) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2022-ci il tarixli 6/7059-9/7073 nömrəli məhkəmə-fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 8,50 manat müəyyən edilmişdir. Həmin malların qiyməti aşağıdakı kimi göstərilmişdir. Belə ki. sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2.19 qram üzərində çoxsaylı çızıqları olan 1 cüt sırğanın dəyəri 3 manat, gümüşü rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 3.49 qram üzərində çızıqları olan 1 cüt sırğanın dəyəri 2 manat, üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2,28 qram üzərində çızıqları olan 1 cüt sırğanın dəyəri 3 manat, 583 əyadan aşağı qızıl metaldan hazırlanmış kütəsi 0,98 qram olan əyarı konkret müəyyən olunmadığından qiymətləndirilməsi mümkün olmayan 1 ədəd sarı rəngli üzərində çızıqları olan 1 ədəd məmulat, sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 0,94 qram üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan 1 lay sırğanın dəyəri 0.50 manat müəyyən olunur. (Cild İİ, i.v. 65-68) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli 9/9028 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd qızılı rəngli Çin istehsalı olan “Samsung J6" markalı “SM-J320F/DS” model mobil telefonun satış üçün komplektləşdirməsinə daxil edilən akscssuarların olmaması lə hazırkı vəziyyətdə(arxa gövdəsi qırıq vəziyyətdə olması və üzərində qidalandırıcı elementin(batareya) olmaması nəzərə alınmaqla) 2022-ci ilin oktyabr ayına olan orla bazar qiyməti təxminən 60,00 manat müəyyən olunur. (Cild İİ, i.v. 69-71) “Sübutların qiymətləndirilməsi haqqında” 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung J6" markalı “SM-J320F/DS" model mobil telefonun, sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2,19 qram üzərində çoxsaylı çızıqları olan 1 cüt sırğanın, gümüşü rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 3,49 qram üzərində çızıqları olan 1 cüt sırğanın, üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2,28 qram üzərində çızıqları olan 1 cüt sırğanın, 583 əyadan aşağı qızıl metaldan hazırlanmış kütəsi 0.98 qram olan əyan konkret müəyyən olunmadığından qiymətləndirilməsi mümkün olmayan 1 ədəd sarı rəngli üzərində çızıqları olan 1 ədəd məmulat, san rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 0,94 qram üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan 1 tay sırğa iş üzrə tərəfimdən xx.xx.2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və məhkəmə baxışmadək məsul saxlanıması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təhvil verilmişdir (Cild İİ, i.v. 106-120) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2-ci və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 19 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 131) “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 20 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə İŞ-nin müstəntiqi Raqif Şərifovun vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (Cild İ, i.v. 155-158) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 16 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 46-47) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 4(004)- 887/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 oktyabr 2022-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 87-89) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 06 sentyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmişdir. 08 may 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild İ, i.v. 182-183) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli 1(009)-69/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (Cild İ, i.v. 185-191) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli 1(009)-117/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 gün tutulması nəzərə alınmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Bundan əlavə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan Səbail Rayon Məhkəməsinin 02 noyabr 2015-ci il tarixli hökmündən CMnin 177.2.3-cü maddəsi xaric edilmiş və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinə münasibətdə cəzasını tam çəkdiyindən cəzadan azad olunmuşdur. (Cild İ, i.v. 193-196) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 08 may 2021-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 14 may 2018-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 19 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 16 oktyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Samsung J6” markalı SM-J32OF/DS model mobil telefonun, sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2,19 qram üzərində çoxsaylı çızıqları olan 01 cüt sırğanın, gümüşü rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 3,49 qram üzərində çızıqları olan 01 cüt sırğanın, üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2,28 qram üzərində çızıqları olan 01 cüt sırğanın, 583 əyadan aşağı qızıl metaldan hazırlanmış kütəsi 0,98 qram olan 01 ədəd sarı rəngli üzərində çızıqları olan 01 ədəd məmulat, sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 0,94 qram üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan 01 tay sırğa Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 240 (iki yüz qırx) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 avqust 2022-ci il tarixdən 20 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 16 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 240 (iki yüz qırx) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X1, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung J6” markalı SM-J32OF/DS model mobil telefonun, sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2,19 qram üzərində çoxsaylı çızıqları olan 01 cüt sırğanın, gümüşü rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 3,49 qram üzərində çızıqları olan 01 cüt sırğanın, üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 2,28 qram üzərində çızıqları olan 01 cüt sırğanın, 583 əyadan aşağı qızıl metaldan hazırlanmış kütəsi 0.98 qram olan əyan 01 ədəd sarı rəngli üzərində çızıqları olan 01 ədəd məmulat, sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış kütləsi 0,94 qram üzərində qiymətsiz rəngsiz şəffaf qaşları olan 01 tay sırğa Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar