Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-243/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:40 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri “Mərkəz” Vakil Bürosunun vəkili X1 və Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1990-cı ildə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə eldiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2023-cii il tarixdə, saat 07:30 radələriudə xx.xx.2022-ci il tarixli mülkiyyətçi X6 tərəfindən verilmiş etibarnamə əsasında idarə etdiyi ağ rəngli "JAGİİFC" markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu Tbilisi prospektində Sumqayıt-Bakı istiqamətində 50 km/saal sürətlə hərəkətdə olarkən "Su Meliorasiya" idarəsinin qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadis-ənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun həmin tələblərini pozaraq, Sumqayıt şəhəri istiqamətindən üzü Tbilisi prospekti istiqamətində yolun sol tərəfindən sağ tərəfinə "Su Meliorasiya" idarəsi istiqamətinə keçmək istəyən piyada 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs üz və sağ diz ətrafının açıq yarası, sol bud sümüyünün aşağı 1/3-nin, yuxarı 1\3-nin açıq qəlpəli sınığı, dizaltı arteriyasının zədələnməsi ilə, burun sümüyündə və burun arakəsmədə yerdəyişmiş, qəlpəli, hər iki əng cibinin arxa-yan divarında yerdəyişmiş sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır bədən xəsarətləri yetirməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 07:45 radələrində etibarnamə əsasında idarə etdiyi JAGHFC markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə saatda 50 kilometr saat sürətlə Sumqayıt-Bakı yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Yasamal rayonu, Tbilisi prospektində yerləşən körpüyə çatanda bir nəfər piyadanın yolu soldan sağa doğru keçinəsini görüb onu vurmamaq üçün əyləcə basmış və sükanı sağa burmuşdur. Lakin, ara məsafəsi az olduğu üçün hadisənin qarşısını ala bilməmiş, 20 Yanvar metrostansiyası istiqamətinə ayrılan yol ayrıcında həmin piyadanı avtomaşının ön hissəsi ilə vurmuşdur. Avtomaşını saxlayaraq həmin şəxsə yaxınlaşmış və görmüşdür ki, həmin şəxsin ayaqlan avtomaşınla yol ayrıcında olan səkinin arasında qalmışdır. Bundan sonra o, təcili yardıma müraciət etmişdir.Təcili yardım hadisə yerinə gələrək həmin şəxsi xəstəxanaya aparmışdılar. O, həmin şəxsin xəstəxana xərclərini qarşılamış, həmçinin həmin şəxsin amputasiya olunmuş sol ayağı üçün 12.000 manat protez pulunu ödəmişdir. Bundan başqa o, əlavə olaraq Zərərçəkmiş şəxs 9.756 manat kredit borcunu, 2.034 manat avtomobilinin kreditini ödəmişdir. Buna görə də Zərərçəkmiş şəxs ondan heç bir şikayəti olmaması barədə notariat qaydada ərizə vermişdir. Lakin, sonradan o, yenə də ondan pul istəmişdir. O isə başqa pulunun olmamasını bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs polisə şikayət etmişdir. İfadəsinin sonunda o, ehtiyatsızlıqdan törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə ümumilikdə 23790 manat pul ödəməsini, ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsində öz təqsirini dərk etdiyini nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 09 sentyabr 2023-ci il tarixdə, saat 07:45 radələrində işə gedən z.aınan “Şamaxinka" istiqamətindən üzü Tbilisi prospekti istiqamətində yolun sol tərəfindən sağ tərəfinə keçmək üçün körpünün üzərindəki beton arakəsmələrdən atlayaraq yolun hərəkət istiqamətinə çıxmışdır. O yolun orta hissəsinə kimi yolda avtomobil olmadığına görə asta yerişlə gəlib, yolun orta hissəsində olan düz xəttdən sonra “Avtovağzal’' istiqamətindən üzü Tbilisi prospekti istiqamətində hərəkət edən JAG markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini görmüşdür. O, avtomobili görüb bir qədər iti yerişlə yolu “Su Meliorasiya” idarəsi istiqamətində keçmək istəyən zaman həmin avtomobil onun yolu keçməyini gözləməyərək onu vurmuşdur. Onun baş nahiyyəsi avtomobilə dəydikdən sonra sol ayaq nahiyyəsi yolun “20 Yanvar” dairəsi istiqamətində ayrılan yolun orta hissəsində yerləşən beton arakəsmənin arasında qalmışdır. Ondan sonra huşunu itirmişdir və ayılan zaman xəstəxananın reanimasiya şöbəsində olduğunu görmüşdür. Hadisədən sonra avtomobilin sürücüsü onun ilkin xəstəxana xərclərini ödəmiş, sol ayağını amputasiya olduğuna görə protez ayaq qoyulmasında köməklik göstərmişdir. Bundan başqa banka olan 9756,29 (doqquz min yeddi yüz əlli altı manat iyirmi doqquz qəpik) manat kredit borcu, 2034 (iki min otuz dörd) manat ona məxsus olan nəqliyyat vasitəsinə dair olan kredit borcu da Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Lakin, o, hadisədən əvvəlki sağlamlığına qayıtmamışdır. O, hazırda da müalicə alır və həmin şəxs onun müalicə xərclərini ödəməkdən yayınır. Dəfələrlə həmin şəxsə müraciət edərək ona vəd etdiyi köməkliyi göstərməsini xahiş və tələb etsə də Fuad buna məhəl qoymayaraq ona bu günə kimi heç bir köməklik göstərməmişdir. Hətta burun nahiyyəsində də sınıq xəsarətləri də vardır. Həmin xəsarətlərin müalicə edilməsində və əməliyyat olunmasında təqsrləndirilən şəxs ona heç bir köməklik göstərmir. Ona görə də təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanın tam ödənilməsini xahiş etmişdir. İfadəsinin dəqiqləşdirilməsi ilə bağlı ona verilmiş suala cavab olaraq bildirmişdir ki, həqiqətən də təqsirləndirilən şəxs tərəfindən ona umunilikdə 23790 manat məbləğində (9756 manat kredit borcu, 12000 protez üçün və 2034 avtomobil üçün redit borcu) vəsait ödəmişdir, lakin bunu baxmayaraq o Təqsirləndirilən şəxs şikayətçidir. Belə ki, onun müalicəsi üçün əlavə xərclərin ödənilməsini təmin etmir.Hələ də burnunun müalicə olunması (əməliyyat olunması) üçün vəsait tələb olunur, lakin təqsirləndirilən şəxs ona kömək etməkdən yayınır. Baxmayaraq ki, əvvəllər notariat qaydada vermiş olduğu ərizədə təqsirləndirilən şəxsdən şikayətinin olmamasını bildirmişdir, onunla basdığını qeyd etmişdir hazırda həmin ərizədən imtina edir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında elan edilmiş ifadəsindən müəyyən edilmişdir ki, o da Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanılması barədə” 16 noyabr 2023-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (İ/V. 1). “Baxış aparılması haqqında” 9 sentyabr 2023-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində yerləşir. (İ/V. 8-13). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 9 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, JAGHFC markalı, **-GN- *** dövlət qeydiyyat nişanlı yük avtomaşını texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsi baş verdikdən sonra avtomobilin ön hissəsi əzilmişdir. (İ/V. 14-15). “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin” 9 sentyabr 2023-cü il tarixli 2/32469 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. (İ/V 20). 29 sentyabr 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş “Barışıq sazişi”nə əsasən Zərərçəkmiş şəxs bildirmişdir ki, ona dəymiş maddi ziyan, onun müalicə xərcləri, banka olan 9756,29 (doqquz min yeddi yüz əlli altı manat iyirmi doqquz qəpik) manat kredit borcu, 2034 (iki min otuz dörd) manat ona məxsus olan nəqliyyat vasitəsinə dair olan kredit borcu və 12000 (on iki min) manat protez xərcləri Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir və bu səbəbdən onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Gələcəkdə də bu məsələ ilə bağlı heç bir şikayət, iddia və tələbi olmayacaqdır. (İ/V 30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 13 oktyabr 2023-cü il tarixli 8/2910 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olıınımış məlumatlara əsasən: 1.2. JAG markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin siirücüsii Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. (İ/V. 31-34). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X12 Yasamal rayon şöbəsinin 1 noyabr 2023-cü il tarixli 394 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - üz və sağ diz ətrafının açıq yarası, sol bud sümüyünün aşağı 1/3-nin, yuxarı 1/3-nin açıq qəlpəli sınığı, dizaltı arteriyasının zədələnməsi ıiə, burun sümüyündə və burun arakəsmədə yerdəyişmiş, qəlpəli, hər iki əng cibinin arxayan divarında yerdəyişmiş sınığı küt əşyanm (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-ciı il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vıırmaya aiddirlər. (İ/V. 39-42). “Qətimkan tədbirinin seçilməsi barədə” 25 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. (İ/V. 89-90). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ/V. 94). “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində, sürücü Təqsirləndirilən şəxs idarəetdiyi JAGHFC markalı. **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt- Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sol tərəfindən sağ tərəfinə “Su Meliorasiya" idarəsi istiqamətində keçinək istəyən piyada Zərərçəkmiş şəxs vuraraq, "20 Yanvar" dairəsi istiqamətində ayrılan yolun orta hissəsində yerləşən beton arakəsmənin arasında qalmış və ağır xəsarət yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. (İ/V. 102-108). “Könüllü gəlmə haqqında” 5 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 5 fevral 2024-cü il tarixdə, saat 16:30-da könüllü şəkildə Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinə gəlmişdir.(İ/V. 117). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 5 fevral 2024-cü il tarixli 8/200 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: 1.2. JAG markalı. **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. (İ/V. 122-125). “Sübutların qiymətləndirilməsi haqqında” 5 fevral 2024-cü il tarixli qərardan görünür ki, Baş vermiş yol-nəqliyyat hadisəsinin predmeli olmuş Təqsirləndirilən şəxs etibarnamə ilə idarə eldiyi ağ rəngli “JAGHFC” markalı. **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır.( İ/V. 127-131). AC 098210 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs məxsus BC kateqoriyalı sürücülük vəsiqəsi 12 dekabr 2019-cu il tarixdə verilmiş, etibarlılıq müddəti 12 dekabr 2029-cu il tarixədəkdir. (İ/V 16). İş materiallarına əlavə olunmuş Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il və xx.xx.2019-cu il təvəllüdlü 2 azyaşlı uşağı vardır. (İ/V 93). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətləri ilə bağlı protokollar və işin digər materialları ilə tam sübuta yetirilir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, onun əvvəllər məhkum olunmamasını, himayəsində 2 azyaşlı övladının olması, eləcə də zərərçəkmiş şəxsin müalicəsi və digər ehtiyacları üçün ümumilikdə 23790 manata yaxın məbləğdə zərərin ödənilməsi hallarını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1- 1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər.Məhkəmə bu qənaətə gələrkən birincisi onun nəzərə alır ki, təqsirləndirlən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir, törətmiş olduğu cinayət ehtiyatsızlıqdan törədilmiş cinayətdir, onun himayəsində ata qayğısına möhtac olan iki azyaşlı uşaqları vardır.İkincisi isə məhkəmə qeyd edir ki, iş materiallarına əsasən, habelə məhkəmə istintaqı zamanı təsdiq edilmişdir ki, təqsirləndirilən şəxs hadisə törətdikdən dərhal sonra zərəçəkmiş şəxsə tibbi yardımla bağlı zəruri köməklik etmişdir, yaranmış xərcləri qarşılamışdır, zərərçəkmiş şəxsin 9756 manat kredit borcunu, 12000 manat məbləğində protezə olan ehtiyacı ilə bağlı xərcləri və 2034 manat məbləğində avtomobil krediti üzrə borcunu ödəmişdir.Bu hallar işin mübahisəsiz hallarıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 170 (bir yüz yetmiş) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “JAGHFC” markalı, **- GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-243/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Mərkəz” Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin X1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X9 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. X5 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət X5 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. X5 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X9 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “JAGHFC” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 170 (bir yüz yetmiş) manat məbləğində ekspertiza xərci X4 məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-243/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-243/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver