Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-244/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Prospekt Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, orla təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri Yasamal rayonu Vasil Əliyev küçəsi ev 210-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan Vasif adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 dekabr 2022-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinin qarşısından Bakı şəhəri Nərimanov rayonu X13 1/1 ünvanın istiqamətində hərəkət edən 211 saylı xətt marşrutuna Bakı şəhəri Yasamal rayonu X12 Əhmədov küçəsində yerləşən “Bravo” marketin qarşısında yerləşən dayanacaqdan minərək həmin avtobusda ayaq üstə dayanmış sərnişin Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus dəyəri 2680 manat olab bir ədəd “İphone 13” markalı **********35822 İMEİ kodlu mobil telefonu, həmin telefonun üzərindəki 25 manat dəyərində telefon üzlüyünün, dəyəri 10 manat olan ekran qoruyucusunun və dəyəri 20 manat olan 077 *** ** ** saylı sim nömrəni çıxarıb gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2735 manat dəyərində maddi ziyan vurmaqla oğurluq elmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki. xx.xx.2022-ci il tarixdə Vasif adlı tanışı ilə Bakı şəhəri Yasamal rayonu X12 Əhmədov küçəsində yerləşən “Bravo" marketin qarşısından 211 nömrəli xətt marşurutuna minmişlər. Həmin vaxt avtobusda olan oturacaqların hamısında sərnişinlər oturmuşdur. Bir neçə sərnişin isə ayaq üstə dayanmışdır. Adını istintaq araşdırması zamanı bildiyi X6 211 saylı xətt maşurutunda qabaq qapının qarşısında ayaq üstə dayanmışdır. O, avtobusda olan sərnişinlərə nəzər yetirmişdir. Sərnişinlərin heç birinin diqqətinin onda olmadığından əmin olduqdan o, avtobusda olan sərnişin Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibində olan mobil telefonu oğurlamışdır. O, telefonu oğurladıqdan sonra Gülayın qarşısında dayanmış Vasif adlı tanışına demişdir ki, dayanacaqda avtobusdan düşsünlər. Həmin telefonu Nəsimi rayonu 3-cü mikrorayon dairəsi adlanan yerdə öz şəxsiyyət vəsiqəsi ilə 100 manata satmışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməklə səmimi peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən anası X4 ilə birlikdə “Bravo” marketin qarşısında 211 nömrəli xətt marşrutuna minmişlər. Həmin marşruta minən zaman ona məxsus istifadəsində olan “İphone 13” markalı mobil telefonun əynində olan qış gödəkçəsinin sağ yan cibində idi. Onlar metronun “20 Yanvar” stansiyasının qarşısında avtobusdan düşmüşlər. Onlar metronun “20 Yanvar" stansiyasına daxil olan zaman əynində olan qış gödəkçəsinin sağ yan cibindəki ona məxsus “İphone 13" markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Hazırda təqsirləndirilən şəxsdən tələbkar və şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 qızı eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində 2 nəfər mağazaya gəlmişdir. Həmin şəxslərdən birinin əlində “ İphone 13” markalı mobil telefon var idi. Həmin şəxs telefonun nəvəsinə aid olduğunu deyib satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən telefonu götürüb baxmış, telefonunun kiliddə olduğunu görmüşdür. Həmin vaxt telefonun kilidi soruşmuşdur. Həmin şəxs telefonun kilidini yadında qalmadığını, telefonun kilidinin nəvəsi tərəfindən dəfələrlə səhv yığıldığını, telefonun kilidə düşdüyünü və ehtiyat hissəsi kimi satdığını bildirmişdir. Həmin şəxs telefonu 600 manata satdığını demişdir. O, həmin şəxslə razılaşmayıb 450 manata ala biləcəyini demişdir. Sonra onlar ümumi razılığa gəlmiş və telefonu 500 manata almışdır. Telefonu alan zaman telefonu satan şəxsdən şəxsiyyət vəsiqəsini iştəmişdir. Lakin telefonu satan adam üzərində şəxsiyyəl vəsiqəsinin olmadığını və yanında olan tanışının şəxsiyyət vəsiqəsini vermişdir. Həmin vaxt o, bilmişdir ki, telefonu satan şəxslərdən biri Təqsirləndirilən şəxsdur. Sonra həmin şəxs öz xətti ilə kiril əlifbası ilə həmin A 4 formatlı kağızda “oğurluq və girov deyil özümə məxsusdur zapçast kimi satdım Aykodd idi. Satdım zapçasi kimi imza ayfon 13 imey **********35882 tarix xx.xx.2022” yazdı. Şəxsiyyəl vəsiqəsi Vüqar Mırzəyevə aid olduğu üçün həmın A4 formatlı kağızı Təqsirləndirilən şəxs imzaladı. O, telefonu aldıqdan sonra həmin telefonu ehtiyat hissələrinə ayırmış və ehtiyat hissəsi kimi 2-3 gün ərzində satmışdır. İş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzinin qarşısından Bakı şəhəri Nərimanov rayonu X13 1/1 ünvanı istiqamətində hərəkət edən 211 saylı xətt marşrutuna Bakı şəhəri Yasamal rayonu X12 Əhmədov küçəsində yerləşən “Bravo” marketin qarşısında yerləşən “Bravo” marketin qarşısında yerləşən dayanacaqdan minərək həmin avtobusda ayaq üstü dayanmış sərnişin Zərərçəkmiş şəxs əynində olan qış gödəkçəsinin sağ yan cibindən sonuncuya məxsus bir ədəd mobil telefonu gizli talayaraq digər şəxsə verib avtobusdan düşürlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2023-cü il tarixli “İfadənin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadənin yerində yoxnaılması zamanı oğurluq etdiyi yeri əyani olaraq göstərmiş və bu barədə protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir (səh. 66-68). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2023-cü il tarixli “götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd “İphone 13” markalı, **********35822 İMEİ kodlu mobil telefonu salmasına dair öz xətli ilə yazdığı şəxsiyyət vəsiqəsinin surəti şahid X2 götürülmüş və cinayət işi materiallarına əlavə edilmişdir (səh. 73-76). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən və Bakı şəhər Yasamal rayon məhkəməsindən verilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası CM in 234.1 -ci maddəsi ilə təqsirli bilinib 02 il 10 ay müddətinə azadlıqdan məhrum edilmişdir (səh. 93-102). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh. 40) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 4(004)-31/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinədək həbs qətimkan tədbiri seçilmişdir (səh.82-85). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, “ifadənin yerində yoxlanması haqqında” protokol, maddi sübutlar və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və Vasif adlı oğurluq etdiyi görüntünü göstərən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-244/2023 saylı, 06 aprel 2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 50 (əlli) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Prospekt” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 10 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs və Vasif adlı oğurluq etdiyi görüntünü göstərən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi qızının vəkil işlədiyi Prospekt Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-244/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-244/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver