Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-244/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 Şahmədin oğlunun və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəlili Müdafiəçi3 iştirakları ilə,
1. xx.xx.1991-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, subay, Ağstafa rayonu, Vurğun qəsəbəsində qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1
2. xx.xx.1990-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2
3. xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, subay, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə
4. xx.xx.1983-cü ildə Abşeron rayonu Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, evli, Abşeron rayonu, Qobu qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə
MÜƏYYƏN ETDİ:
İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmışə maddi ziyan vurmaqla oğurluq etmiş, təkrarən qabaqcadan əlbir ola qrup şəxs halında tamah niyyətilə qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmişə maddi ziyan vurmaqla oğurluğa cəhd etmişdir Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli o talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 02 aprel 2022-ci il tarixdə saat 20 radələrində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4 əvvəlcədən bu niyyətlə Zərərçəkmiş şəxs məxsus avtomobildən götürüb surətini çıxartmaqla oğurluq cinayətinin törədilməsinə şərait yaratdığı açarlardan istifadə edərək Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanın qapısını açaraq qanunsuz olaraq mənzilə daxil olaraq, oradan 1700 manat dəyərində 01 ədəd «Doxa» mj 360.10 nömrəli paslanmayan metal kəmərli qol saatını və 50 manat dəyərində bijuter talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ta məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 Şahmədin və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bir cinayət əlaqəsinə girərək, 02 aprel 2022-ci il tarixdə saat 23 radələrində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4 əvvəlcədən bu niyyətlə Zərərçəkmiş şəxs məxsus avtomobildən götürüb surətini çıxartmaqla oğurluq cinayətinin törədilməsinə şərait yaratdığı açarlardan istifadə edərək Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanın qapısını açaraq qanunsuz olaraq mənzilə daxil olaraq, orada olan mənzilin divarına bərkidilmiş seyfin içərisində ola biləcək 4000 manat pulu talamaq məqsədi ilə özləri ilə gətirdiyi laqonda aparatı ilə şefin qapısını kəsməklə özgə əmlakını gizli olaraq talamağa cəhd etmiş, lakin zərərçəkmiş şəxsin özünə məxsus mənzilə qayıtmaq üzrə olması səbəbindən öz iradələrindən asılı olmayan səbəblərdən niyyətlərini başa çatdıra bilməyərək mənzili tərk etmişlər. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmişə maddi ziyan vurmaqla oğurluq etmiş, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmişə maddi ziyan vurmaqla oğurluğa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 02 aprel 2022-ci il tarixdə saat 20 radələrində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4 əvvəlcədən bu niyyətlə Zərərçəkmiş şəxs məxsus avtomobildən götürüb surətini çıxartmaqla oğurluq cinayətinin törədilməsinə şərait yaratdığı açarlardan istifadə edərək Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanın qapısını açaraq qanunsuz olaraq mənzilə daxil olaraq, oradan 1700 manat dəyərində 01 ədəd «Doxa» markalı 360.10 nömrəli paslanmayan metal kəmərli qol saatını və 50 manat dəyərində bijuteriyanı talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 02 aprel 2022-ci il tarixdə saat 23 radələrində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4 əvvəlcədən bu niyyətlə Zərərçəkmiş şəxs məxsus avtomobildən götürüb surətini çıxartmaqla oğurluq cinayətinin törədilməsinə şərait yaratdığı açarlardan istifadə edərək Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanın qapısını açaraq qanunsuz olaraq mənzilə daxil olaraq, orada olan mənzilin divarına bərkidilmiş seyfin içərisində ola biləcək 4000 manat pulu talamaq məqsədi ilə özləri ilə gətirdiyi aqonda aparatı ilə şefin qapısını kəsməklə özgə əmlakını gizli olaraq talamağa cəhd etmiş, lakin zərərçəkmiş şəxsin özünə məxsus mənzilə qayıtmaq üzrə olması səbəbindən öz iradələrindən asılı olmayan səbəblərdən niyyətlərini başa çatdıra bilməyərək mənzili tərk etmişlər. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmişə maddi ziyan vurmaqla oğurluq etməyə şərait yaratmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmişə maddi ziyan vurmaqla oğurluq etməyə şərait yaratrmaqla oğurluğa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 Şahmədin oğlu və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 02 aprel 2022-ci il tarixdə saat 20 radələrində əvvəlcədən bu niyyətlə qohumu Zərərçəkmiş şəxs məxsus avtomobildən götürüb surətini çıxartmaqla oğurluq cinayətinin törədilməsinə şərait yaratdığı açarları Təqsirləndirilən şəxs1 vermiş, sonuncu həmin açarlardan istifadə edərək Təqsirləndirilən şəxs2la Məhəmməd Sadıqzadəyə məxsus ünvan 4 ünvanın qapısını açaraq qanunsuz olaraq mənzilə daxil olub, oradan 1700 manat dəyərində 01 ədəd «Doxa» markalı 360.10 nömrəli paslanmayan metal kəmərli qol saatını və 50 manat dəyərində bijuteriyanı talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1750 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 Şahmədin oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 02 aprel 2022-ci il tarixdə saat 23 radələrində əvvəlcədən bu niyyətlə Zərərçəkmiş şəxs məxsus avtomobildən götürüb surətini çıxartmaqla oğurluq cinayətinin törədilməsinə şərait yaratdığı açarlardan Təqsirləndirilən şəxs1 istifadə edərək Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanın qapısını açaraq qanunsuz olaraq mənzilə daxil olub orada olan mənzilin divarına bərkidilmiş seyfin içərisində ola biləcək 4000 manat pulu talamaq məqsədi ilə özləri ilə gətirdiyi laqonda aparatı ilə şefin qapısını kəsməklə özgə əmlakını gizli olaraq talamağa cəhd etmiş, lakin zərərçəkmiş şəxsin özünə məxsus mənzilə qayıtmaq üzrə olması səbəbindən öz iradələrindən asılı olmayan səbəblərdən niyyətlərini başa çatdıra bilməyərək mənzili tərk etmişlər. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29, 177.2.1, 29, 177.2.2 və 29, 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb, zərərçəkmişə maddi ziyan vurmaqla oğurluğa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şahmədin oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, 02 aprel 2022-ci il tarixdə saat 23 radələrində cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs4 əvvəlcədən bu niyyətlə qohumu X1 məxsus avtomobildən götürüb surətini çıxartmaqla oğurluq cinayətin törədilməsinə şərait yaratdığı açarlardan istifadə edərək Məhəmməd Sadıqzadəyə məxsus ünvan 4 ünvanın qapısını açaraq qanunsuz olaraq mənzilə olaraq, orada olan mənzilin divarına bərkidilmiş seyfin içərisində ola biləcək 4000 manat pulu talamaq məqsədi ilə özləri ilə gətirdiyi laqonda aparatı ilə şefin qapısını kəsməklə özgə əmlakını gizli olaraq talamağa cəhd etmiş, lakin zərərçəkmiş şəxsin özünə məxsus mənzilə qayıtmaq üzrə olması səbəbindən öz iradələrindən asılı olmayan səbəblərdən niyyətlərini başa çatdıra bilməyərək mənzili tərk etmişlər. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyır, münasibəti həmişə yaxşı olmuşdur. Təqsirləndirilən şəxs4 isə onun əsgərlik yoldaşıdır. Elçinlə də həmçinin münasibəti yaxşı olmuşdur. Elçinin çoxlu miqdarda borcları olmuş və sonuncu hər dəfə pul tapmaq barədə fikir eşirmiş. Təxminən 2022-ci ilin mart ayının əvvəlləri Elçinlə oturub söhbət edən zaman Elçin ona imkanlı qohumu olduğunu və sonuncunun evindən oğurluq etmək niyyətində olduğunu, lakin bunun üçün onun köməyinin lazım olduğunu bildirmişdir. O, Elçinlə razılaşmış və birlikdə evə girmək üçün plan hazırlamağa başlamışlar. Belə ki, Elçinlə o, 2022-ci ilin mart ayının əvvələri birlikdə Yasamal rayonu, Tağı Şahbazi küçəsinə getmiş və Elçin ona özü qohumunun evini göstərmişdir. Bundan bir müddət sonra Elçin evin açarını ona təqdim etmişdir. O, qeyd olunan evə açarla qapını açıb daxil olmalı və oğurluq cinayət əməlini başa çatdırdıqdan sonra evin yataq otağını pəncərəsini açıq qoymalıdır ki, şübhələr Elçindən uzaq olsun. Belə bir təsurat yaransın ki, guya evə pəncərədən daxil olmaqla cinayət əməlini törətmişlər. Bundan sonra o, bu barədə tanışı Firodovsiyə də məlumat vermişdir. Belə ki, o, Firdovsiyə etibar edirmiş və qeyd olunan cinayət hadisəsini icra etməkdən ötəri ona avtomobil lazım olmuşdur. Firdovsinin isə «Tayota Prius» markalı avtomobili olmuşdur. O, Firdovsi ilə hər dəfə görüşdükdə oğurluq barədə ona məlumat vermiş və Elçinlə birlikdə hər bir xırdalığı fikirləşdiyini bildirirmiş. 01 aprel 2022-ci il tarixdə saat 20 radələrində o, tək ünvan 5 ünvanına gəlmişdir. O, Elçinin ona verdiyi açarla qapını açmış və qanunsuz olaraq evə daxil olmuşdur. O, həmin günü evdən oğurluq etmək niyyətində olsa da evdən pul və qızıl tapa bilməmişdir Lakin divarda dəmir seyf olduğunu görmüşdür. Həmin seyfi aça bilməmiş, belə ki, lazımi avadanlığı olmamışdır. Bu səbəbdən evdən heç bir əşya götürmədən evi təri elmişdir. Bundan sonra o, Elçinlə görüşmüş və vəziyyəti sonuncuya izah etmişdir. Elçin ona pulların seyfdə olduğunu bildirmişdir. Ona seyfi açmaq üçün laqonda və sair ətlər lazım olmuşdur. Bu səbəbdən o, Firdovsi ilə əlaqə saxlamış və sonuncuya qeyd olunan oğurluq hadisəsini törətmək üçün laqonda lazım olduğunu bildirmişdir. Firdovsi ona laqonda təşkil edə biləcəyini bildirmişdir. 02 aprel 2022ci il tarixdə Elçin ona ev sahibinin hələdə bağda olduqlarını və gecə qayıdacaqlarını bildirmişdir. Həmin günü saat təxminən 20 radələrində o, Firdovsi ilə görüşmüş və birlikdə qeyd olunan ünvanın yaxınnlığına gəlmişlər Firdovsi avtomobili binadan aralıda saxlamışdır. O, tək piyada ünvan 5 ünvanına gəlmişdir. Qapını açarla açmış və daxil olmuşdur. Firdovsidən götürdüyü laqonda ilə seyfi kəsməyə başlamışdır. Həmin laqondanın daşı qurtarmış, lakin seyf kəsilməmişdir. O, evdən bir ədəd kişi qol saatı ve bijuteriya oğurlayıb evdən çıxmış və Firdovsinin idarə etdiyi avtomobilin yanına gəlmişdir. O, Firdovsiyə laqondanın daşı qurtardığını və əlavə daş almaq lazım olduğunu bilmişdir. Bundan sonra o, Elçinə də zəng vurub bu barədə məlumat vermişdir. O, Firdovsi ilə birlikdə Yasamal rayonu ərazisndə olan tikinti materialları mağazasından 3 ədəd daş almışdır. Həmin zaman Elçin ona zəng vurmuş və ev sahibinin 40 dəqiqə sonra evdə olacağını bildirmişdir. O, Elçinə həmin müddət ərzində oğurluq cinayət əməlini çatdıra bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar şəxsi işlərilə bağlı Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlmiş və orada Firdovsinin tanışı Füzuli ilə rastlaşmışdır. Söhbət zamanı o, Füzuliyə törətmək istədikləri oğurluq barədə danışmışdır. Həmin zaman Elçin ona zəng vurmuş və sahibinin gec gələcəyini bildirmişdir. Bu səbəbdən o, yenidən oğurluq cinayət əməlini başa çatdırmaq üçün ünvan 6 ünvanına qayıtmaq qərarına gəlmişdir. Həmin zaman Füzulidə onlarla getmək istədiyini və seyfi açmaqda kömək edə biləcəyini bildirmişdir. Onlar birlikdə yenidən Yaşamal rayonu ərazisinə gəlmiş və Firdovsi avtomobili binadan aralı saxlamışdır. Həmin günü dünən saat 23 radələrində o, və Füzuli laqondanı götürüb oğurluq cinayəti törədəcəkləri evə gəlmişlər. O, yenidən qapını açarla açmış və daxil olmuşlar. Füzulidə qeyd olunan seyfə baxmış və həmin seyfi aça bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar evdən çıxmış və yenidən Firdovsinin idarə etdiyi avtomobilə əyləşmişlər. Onlar birlikdə 20 yanvar metrosunun yaxınlığına gəlmiş və Füzuli orada avtomobildən düşmüşdür. O, isə Firdovsi ilə birlikdə evə getmişdir. Oğurladığı bijuteriyanı sonradan harasa tullamış, saat isə onun qolunda qalmış və polis əməkdaşlarına təqdim etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs4 ona evdə olan seyfdə təxminən 4000 manat olması barədə məlumat emişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs1 törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onadan heç bir şikayət və tələbinin olmamasını, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 o, uzun müddətdir ki, tanıyır. Onunla münasibəti həmişə yaxşı olmuşdur. Təxminən 1 aydan çox vaxtdır ki, Məhərrəm ona evdən oğurluq etmək barədə danışmışdır. Belə ki, Məhərrəm ona Elçin adlı tanışı olduğunu, Elçin adlı şəxsin imkanlı qohumu olduğunu və Elçinin təşkilatçılığı ilə həmin evdən oğurluq etmək istədiklərini bildirmişdir. Bu barədə Məhərrəm ona dəfələrlə söhbət etmişdir. Məhərrəm və Elçinin çox miqdarda xərclərı olmuşdur. Onlar oğurluq edib borclarını qaytarmaq istəmişlər. 02 aprel 2022-ci il tarixdə Məhərrəm ona zəng vurmuş və Elçin adlı şəxsin evin açarını ona verdiyi, oğurluq etməyə gedecəyini bildirmişdir. Bundan sonra Məhərrəm ondan laqonda istəmiş və o, laqonda gətirə biləcəyini bildirmişdir. O, Buzovna qəsəbəsində tanışından laqonda götürmüş və Məhərrəmin dediyinə əsasən həmin günü Nərimanov rayonu ərazisində yerləşən Ulduz metrosu yaxınlğına gəlmişdir. Orada Məhərrəm avtomobilə əyləşmiş və birlikdə oğurluq etmək məqsədi ilə Yasamal rayonu ərazisinə gəlmişlər. Həmin günü saat 20 radələrində o, avtomobili saxlamış və Məhərrəm onun gətirdiyi laqondanı götürüb gətmişdir. Təxminən 20 dəqiqə sonra Məhərrəm gəlmiş və seyfi kəsə bilmədiyini, laqondanın daşının xarab olduğunu bildirmişdir. Lakin həmin zaman Məhərrəm ona evdən kişi qol saatı oğurladığını bildirmişdir. Bundan sonra qərara gəlmişlər ki, gedib laqonda üçün daş alsınlar. Bu məqsədlə onlar tikinti materilları mağazasına getmişlər və orada Məhərrəm laqonda üçün daş almışdır. Bu zaman ev sahibinin xalası oğlu Elçin Məhərrəmə zəng vurmuş və ev yiyəsinin 40 dəqiqə ərzində evə qayıdacağını bildirmişdir. Həmin zaman Məhərrəm qeyd olunan müddət ərzində oğurluq cinayət əməlini başa çatdıra bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar birlikdə Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmişlər və orada tanışı Fizuli ilə görüşmüşlər. Onlar orada olduqları zama söhbət zamanı Məhərrəm oğurluq hadisəsi barədə Füzuliyə də məlumat vermişdir. Bu zaman Elçin Məhrrəmə zəng vurmuş və ev sahibinin gec gələcəyini bildirmişdir. Həmin zaman Füzuli də qeyd olunan seyfə baxmaq istədəyini və seyfin açılmasında onlara kömək edə biləcəyini bildirmişdir. Bundan sonra Füzuli onlarla gəlmiş və onlar yenidən Yasamal rayonu ərazisinə gəlmişlər. Orada o, yenidən avtombili kənarda saxlamış və Füzuli Məhərrəmlə birlikdə həmin evə doğru getmişlər. Təxminən 20 dəqiqə sonra Məhərrəm və Füzuli geri qayıtmışlar. Onlar ona seyfi açmaq mümkün olmadığını bildirmişlər. Onlar onun idarə eldiyi Tayota prius markalı, 99- BK-549 dövlət nömrə nişanlı avtomobilə əyləşmişlər. O, Füzulini Qobuya aparmış, Məhrrəm isə Koroğlu metrosu yaxınlğında avtomobildən düşüb harasa getmişdir. Bundan sonra o, Məhərrəmlə görüşməmişdir. Onun oğurluq barədə məlumatı olmuşdur. Məhərrəm uzun müddətdir ki, bu oğurluq üçün hazırlaşmışdı. Bundan əlavə qeyd etmişdir ki, Məhərrəm ona qeyd olunan seyfdə təxminən 4000 manat pul olmasını bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs2 törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmamasını, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə o, eyni vaxtda hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonrada sonuncu ilə əlaqə saxlamış və münasibətləri yaxşı olmuşdur. Təxminən 2022-ci ilin mart ayında Məhərrəm ilə görüşmüş və oturub söhbət etmişlər. Söhbət zamanı Məhərrəm maddi vəziyyətindən şikayət edirmiş və onun da borcları olduğundan Məhərrəmə xalası oğlu Məhəmmədin evindən oğurluq etməyi təklif etmişdir. Belə ki, Məhəmmədin maddi vəziyyəti yaxşı olmuş və fikirləşmişdir ki, Məhəmmədin evindən oğurluq edib o, və Məhərrəm də maddi vəziyyətlərini yaxşılaşdırarlar. Məhərrəm də onunla razılaşmış və birgə oğurluq etmək üçün plan hazırlamağa başlamışlar. Həmin ərəfədə o, Məhərrəmlə birlikdə Yasamal rayonu, Tağı Şahbazi küçəsinə getmiş və orada o, Məhərrəmə xalası oğlu Məhəmmədin yaşadığı evi göstərmişdir. Bundan bir neçə gün sonra o, Məhəmmədlə birlikdə bağda olan zaman Məhəmmədin avtomobilindən açarı götürmüş və həmin açardan eynisini çıxartdırmaq üçün Məhərrəmə vermişdir. Məhərrəm həmin günü açarın yerini çıxartdırıb özünə götürmüş, onun verdiyi açarı isə qaytarmışdır. O, həmin açarı yenidən avtomobilə qoymuşdur ki, heç kim açarın götürülməyindən şübhələnməsin. Məhərrəm evin qapısını açarla açıb evə daxil olmalı, oğurluq yekunlaşdıqdan sonra pəncərəni açıq qoyub evdən çıxmalı olmuşdur. Belə ki, o, istəmirmiş ki, evə qapını açmaq yolu ilə daxil olunması sonradan bilinsin. Bundan sonra 01 aprel 2022-ci il tarixdə o, Məhərrəm ilə əlaqə saxlamış və ona ev sahibinin, yəni Məhəmmədin bağda olduğunu, hazırda evdə heç kimin olmadığını bildirmişdir. Həmin günü axşam Məhərrəm ünvan 5 ünvanına getmiş və özündə olan açarla qapını açıb evə daxil olmuşdur. Sonra Məhərrəm ona zəng vurmuş və yataq otağında divarda seyf olduğunu bildirmişdir. Onun həmin seyfdən xəbəri olmamışdır. Həmin günü Məhərrəm evdən heç bir əşya oğurlamamışdır. Məhərrəm ona laqonda ilə seyfi kəsə biləcəyini bildirmiş və o, razılaşmışdır. Həmin günün səhərisi yenidən Məhərrəm əlaqə saxlamış və sonuncuya Məhəmədin bağda olduğunu bildirmişdir. Məhərrəm bir nəfər avtomobili olan şəxslə ünvan 5 ünvanına gedəcəyini bildirmişdir. Lakin kimlə gedecəyini o, bilməmişdir. 02 aprel 2022-ci il tarixdə saat 20 radələrində Məhərrəm ünvan 5 ünvanına getmiş və orada laqonda ilə seyfi kəsməyə cəhd göstərsə də seyfi kəsə bilməmiş və hazırda laqonda üçün daş almağa getdiyini bildirmişdir. Bu barədə Məhərrəm ona məlumat verdikdə o, Məhərrəmə 40 dəqiqəyə Məhəmmədin evdə olacağını bildirmiş və Məhərrəm ona artıq oğurluq cinayət əməlini törətməyə vaxt çatdıra bilməyəcəyinı söyləmişdir. Həmin vaxt Məhəmməd ona zəng vurmuş və onunla çay içmək istədiyini bildirmişdir. O, razılaşmış və Məhəmməd onu evdən götürmüşdür. Onlar birikdə çay içən zaman Məhərrəmlə əlaqə saxlamış və sonuncuya Məhəmmədin evə gec gələcəyini, oğurluq etmək üçün evə qayıda biləcəyini bildirmişdir. Bundan sonra Məhərrəm yenidən ünvan 5 ünvanına qayıtmışdır. Lakin o bir az sonra Məhərrəm onunla əlaqə saxlayaraq seyfi açmaq mümkün olmadığını bildirmişdir. Bundan sonra o, Məhəmmədlə birlikdə yaşadığı evə gəlmişdir. Orada onlara məlum olmuşdur ki, guya kimsə evə pəncərəni açmaqla daxil olmuşdur. Bundan sonra Məhəmməd DİN-in 102 xidmətinə zəng vurmuş və polis əməkdaşları gəlmişlər. Əlavə olaraq qeyd etmişdir ki, o borcları olduğundan qeyd olunan cinayəti törətmək qərarına gəlmişdir və qeyd olunan seyfdə 4000 manat pulun olmasını güman etmiş və bu barədə məlumatlarını vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs4 törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onadan heç bir şikayət və tələbinin olmamasını, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır, münasibətləri yaxşı olmuşdur. 02 aprel 2022-ci il tarixdə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində olduğu zaman Firdovsi ona zəng vurmuş və harada olmağı barədə soruşmuşdur. O, sonuncuya Qobu qəsəbəsində olduğunu bildirmiş və Firdovasi ona «səninlə işim var, gəlirəm ora» sözlərini bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra Firovsi və üzdən tanıdığı Məhərrəm adlı şəxs işlədiyi sexə gəlmişlər. O, Məhərrəmi 2 dəfə Firdovsinin yanında görmüş və sonuncu ilə başqa heç bir münasibəti olmamışdır. Məhərrəm ona “sənin köməyinə ehtiyac var, xeyrimiz olacaq” sözlərini bildirmişdir. O, pula ehtiyacı olduğundan razılaşmış və avtomobilə əyləşmişdir. Avtomobildə Məhərrəm ona mənzilə getdiklərini, evdə seyf olduğunu, lakin seyfi aça bilmədyini bildirmişdir. Məhərrəm oğurlanmış əmlakdan ona da müəyyən hissə veriləcəyini bildirmişdir. Onlar birlikdə Yasamal rayonu ərazisinə gəlmiş, orada Firdovsi avtomobili saxlamış və Məhərrəm onunla piyada tanımadığı ünvana getmişlər. Orada Məhərrəm açarla qapını açmış və onlar evə daxil olmuşlar. Məhərrəm ona yataq otağında olan seyfi göstərmiş, həmin seyf laqonda ilə zədələnmiş vəziyyətdə olmuşdur. O seyfə baxmış və seyfin möhkəm şəkildə divara yapışdığını görmüşdür. Məhərrəmə həmin seyfi açmaq mümkün olmayacağı bildirmişdir. Məhərrəm ona əziyyət çəkdiyini, əziyyətinin hədərə getdiyini bildirmişdir. O, Məhərrəmə bir daha seyfi açmağın mümkün olmayacağını bildirmiş, bundan sonra birlikdə evdən çıxmışlar və Firdovsinin idarə etdiyi avtomobilə əyləşib oradan aralanmışlar. Onu Qobu qəsəbəsinə gətirmişlər və o, yaşadığı evə getmişdir. Məhərrəm və Firdovsi isə harasa getmişdir. O, qeyd olunan cinayət hadisəsini Məhərrəm və Firdovsi ilə cinayət əlaqəsinə girərək törətmişdir. O, qeyd olunan evə oğurluq etmək məqsədi ilə daxil olmuş, lakin özündən aslı olmayan səbəblərdən oğurluq cinayət əməlini başa çatdıra bilməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Məhərrəm ona həmin seyfdə 4000 manat pulun olması ilə bağlı məlumat vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs3, törətdiyi əmələ görə səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyini, zərəçəkmişin oğurluq hadisəsi ilə əlaqədar heç bir şikayətinin olmamasını, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Şahmədən oğlundan və Təqsirləndirilən şəxs4 heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadə məhkəmə iclasında tədqiq olunan zaman müəyyən edilmişdir ki, o, ünvan 4 ünvanında yaşayır, lakin hər həftə sonu Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən bağ evinə gedir. 02 aprel 2022-ci il tarixdə saat 17 radələrində həmişə olduğu kimi bağa getmişdir. Həmin günü axşam bağ evi darıxdırıcı olduğundan o, oradan tez qayıtmaq qərarına gəlmişdir. Yolda olan zaman xalası oğlu Elçinə zəng vurmuş və şəhər istiqamətində hərəkət etdiyini bildirmişdir. İlk əvvəl Elçin ona evdə olacağını bildirmişdir, lakin sonradan Elçin ona zəng vurmuş və çay içməyə getmək istədiyini bildirərək onu da götürməyini bildirmişdir. Onun yaşadığı Binə qəsəbəsindən götürmüş və birlikdə Yasamal rayonu ərazisində çay içməyə gəlmişlər. Orada onlar təxminən saat 02 radələrinə kimi oturmuş və yaşadığı ünvan 9 ünvanına gəlmişlər. Elçin də həmin günü onun yaşadığı evdə qalmalı olmuşdur. Belə ki, həmin, vaxtı Binə qəsəbəsinə qayıda bilməmişdir. O, qapını açmış və evə daxil olmuşdur. O, qonaq otağına daxil olmuş və işığı yandırmışdır. Həmin zaman divanın dağınıq vəziyyətdə olduğunu görüb başa düşmüşdür ki, evə naməlum şəxs oğurluq etmək məqsədi ilə daxil olmuşdur. Bundan sonra yataq otağına daxil olmuş və oranın da dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, yataq otağında olan divardakı seyfə baxdıqda görmüşdür ki, seyfə müdaxilə olunmuş, lakin seyfi aça bilməmişlər. O, evə baxdıqda ona məlum olmuşdur ki, evdən 1700 manat dəyərində kişi qol saatı və 50 manat dəyərində bijuteriya oğurlanmışdır. Bundan sonra Elçin ona 102 xidmətinə zəng etməyini bildirmişdir. O, DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Baş vermiş hadisə zamanı ona 1750 manat maddi ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi fakta görə 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanmışdır. (İ/V. 1). “Baxış keçirilməsi haqqında” 03 aprel 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yeri ünvan 10 ünvanda yerləşir. (İ/V. 04-12). “Təqdim edilmiş maddi sübutun götürülməsi haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş 1 ədəd «Doxa» markalı kişi qol saatı götürülmüş və Zərərçəkmiş şəxs tanınması üçün təqdim edilmiş sonuncu həmin «Doxa» markalı kişi qol saatı tanıyaraq həmin saatın ona məxsus olmasını bildirmişdir. (İ/V. 82). Üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Firdovsi Məmədov istintaqa verdiyi ifadəni bir daha təstiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmiş, sonuncu həmin ifadəni təstiq etmişdir. (İ/V. 203-205). Üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəni bir daha təstiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmiş sonuncu həmin ifadəni təstiq etmişdir. (İ/V. 206-208). Üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Təqsirləndirilən şəxs4 istintaqa verdiyi ifadəni bir daha təstiq edərək Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmiş, sonuncu hamin ifadəni təstiq etmişdir. (İ/V. 200-202). Üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və sonuncu bir daha ifadəsində qeyd etdiyi xüsusatları əyani şəkildə hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (İ/V. 209-210). “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs3 ifadəsində qeyd etdiyi xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və sonuncu bir daha ifadəsində qeyd etdiyi xüsusatları əyani şəkildə hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (İ/V. 254-255). “İfadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş və sonuncu bir daha ifadəsində qeyd etdiyi xüsusatları əyani şəkildə hadisə yerində göstərməklə bir daha təsdiq etmişdir. (İ/V. 250-252). “Şübhəli şəxsin tutulması haqqında” 04 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 04 aprel 2022-ci il tarixdə (saat 23:30 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Sərxan Ramazanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, İ/V. 44). “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 06 aprel 2022-ci il tarixdə (saat 17:20-dən) “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, İ/V. 175). “Şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 05 aprel 2022-ci il tarixdə (saat 20:00 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Sərxan Ramazanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, İ/V. 68). “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində 06 aprel 2022-ci il tarixdə (saat 15:05-dən) “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, İ/V. 161). “Şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 05 aprel 2022-ci il tarixdə (saat 17:00 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Sərxan Ramazanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, İ/V. 68). “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 06 aprel 2022-ci il tarixdə (saat 17:45-dən, yəni 24 saat keçdikdən sonra) “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, İ/V. 145). “Şübhəli şəxsin tutulması haqqında” 05 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 05 aprel 2022-ci il tarixdə (saat 23:00 dəqiqədən) Yasamal Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Sərxan Ramazanov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, İ/V. 68). “Qətimkan tədbirinin seçilməsi haqqında” 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 06 aprel 2022-ci il tarixdə (saat 20:00-dan) “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (cild 1, İ/V. 191). “Götürmə aparılması haqqında” 05 aprel 2022-ci il tarixli qərardan görünür ki, cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd qol saatı götürülmüşdür. “Məhkəmə-əmtəəşünaslıq ekspertizasının” 02 avqust 2022-ci il tarixli 9/4960 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Doxa» markalı 360.10 nömrəli paslanmayan metal kəmərli qol saatının istifadədə olması nəzərə alınmaqla 2022-ci ili naprel ayına olan orta bazar qiyməti təxminən 350 manat müəyyən edilir. (İ/V. 256-258). Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 02 avqust 2022-ci il tarixli 9/4960 saylı rəyi ilə razı olmadığını, həmin rəydə ona məxsus saatının dəyərinin düzgün qeyd edilmədiyini bildirərək ona dəymiş maddi ziyanın ifadəsində göstərdiyi kimi 1750 manat olmasını nəzərə alınmasını istədiyini bildirmişdir. (İ/V. 263-264). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. (İ/V. 211). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (İ/V. 216). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Seyidov X3 rayon məhkəməsinin 05 iyul 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib barəsində CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 4000 manat cərimə cəzasına məhkum edilmiş, cəriməsini tam ödəmişdir. (İ/V. 214-215). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Xanmətov X4 rayon məhkəməsinin 20 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay müddətinə azadlığın - məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 12 aprel 2021-ci ildə cəzasını çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. (İ/V. 216). Zərərçəkmiş şəxs 6 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyanın tam ödənilməsini və bununla bağlı heç kimdən şikayətinin olmamasını bildirmişdir. (İ/V. 132). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 11 dekabr 2023-cü il tarixli qərardan görünür ki, İş üzrə bir ədəd «Doxa» markalı 360.10 nömrəli paslanmayan metal kəmərli qol saatı maddi sübut kimi tanınmış və saxlanması üçün sahibinə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********270 nömrəli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, 1(004)-244/2024 saylı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 heç bir şikayət və tələbi yoxdur və olmayacaqdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə, eləcə də Təqsirləndirilən şəxs3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin etirafları, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin "cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə ittihamda qeyd olunan əməllərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsüf məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli isə 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur və onlar törətdikləri cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir.Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslə barışmalarını, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla əməlinə görə səmimi peşmançılıq çəkməsini, zərəçəkmiş şəxsə vurulmuş ziyanın tam şəkildə ödənilməsini, onunla barışdıqlarını, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən onların cinayət törətməyə meyilliliyi, əvvəlki cəzadan düzgün nəticə çıxarmamaları kimi şəxsiyyətlərini xarakterizə edən əhəmiyyətli hallar da cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, məhkəmə hesab edir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 aprel 2022-ci il tarixdən (saat 17:00 dəqiqədən) 06 aprel 2022-ci il tarixdək saat 17:45-ə qədər yəni 24 saatdan artıq bir müddət şübhəli şəxs qismində tutulduğu vaxt 02 günə bərabər tutulmaqla bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 05 aprel 2022-ci il tarixdən (saat 23:00 dəqiqədən) 06 aprel 2022-ci il tarixdək saat 20:00-dək (yəni 24 saatadək olan vaxt) şübhəli şəxs qismində tutulduğu 01 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 isə təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 05 aprel 2022-ci il tarixdən (saat 20:00 dəqiqədən) 06 aprel 2022-ci il tarixdə (saat 15:05-dən) şübhəli şəxs qismində tutulduğu 01 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs4 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs4 haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs2 04 aprel 2022-ci il tarixdən (saat 23:30 dəqiqədən) 06 aprel 2022-ci il tarixdək (saat 17:20-dək) şübhəli şəxs qismində tutulduğu 02 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 12 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs2 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, şəxs bir neçə başa çatmamış cinayət törətmişsə onlardan hər birinə görə cəza Cinayət Məcəlləsinin 63-cü maddəsinə uyğun təyin edilir, lakin cinayətlərin məcmusu üzrə qəti cəza Cinayət Məcəlləsinin 66.2 və 66.3cü maddələri ilə müəyyən edilən qaydalara uyğun olmalıdır. Bu zaman CM-in 66.2-ci maddəsi ilə müəyyən edilən qaydalara uyğun olaraq (cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə) təyin edilmiş azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə CM-in Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq, CM-in 66.3-cü maddəsinin müəyyən etdiyi qaydalara uyğun təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasının müddəti isə iyirmi ildən çox ola bilməz. Başa çatmış və başa çatmayan cinayətlərin çoxluğu cinayətlərin təkrar törədilməsi əlaməti üzrə Cinayət Məcəlləsinin bir (məsələn, 177.2.2-ci) maddəsi ilə deyil, başa çatmayan və başa çatmış cinayətlərin məcmusu kimi tövsif edildiyi, yəni başa çatmış və başa çatmayan cinayətlərin istər real, istərsə də ideal məcmusu olduğu hallarda təqsirkar şəxsə cəza da cinayətlərin məcmusuna görə cəzaların təyin edilməsi qaydalarına riayət olunmaqla təyin olunmalı, yəni Cinayət Məcəlləsinin 66.1-ci maddəsi tələb etdiyi kimi əvvəlcə cinayətlərin məcmusuna daxil olan hər bir cinayətə, o cümlədən başa çatmış və CM-in 66-cı maddəsinin müəyyən etdiyi hədlər daxilində başa çatmayan cinayətə görə ayrı-ayrılıqda cəzalar təyin edilməli və daha sonra məcmuya daxil olan cinayətlərin təsnifatından asılı olaraq CM-in 66.2 və yaxud 66.3-cü maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə qəti cəzanın müddəti və ya həcmi müəyyən olunmalıdır. Başa çatmış və başa çatmayan cinayətlərin məcmusu üzrə birbaşa vahid cəzanın təyin edilməsi cinayətlərin məcmusu üzrə cəzaların təyin edilməsi qaydalarına zidd olmaqla yanaşı həm də ona görə yolverilməzdir ki, başa çatmayan cinayətlərə görə cəzanın CM-in 63-cü maddəsinə müvafiq olaraq təyin edilməli olmasını, yəni həmin maddəyə görə məcmuya daxil olan başa çatmayan və başa çatmış cinayətlər üzrə sanksiyaların fərqli olduğunu nəzərə almır. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. (66.2-ci maddə). Yuxarı qeyd edilənlərlə bərabər məhkəmə hesab edir ki, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməli və iş üzrə maddi sübut olan 01 ədəd qol saatının zərərçəkmiş şəxs X1 qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 Baba oğlunun, Müdafiəçi4, Müdafiəçi1 və Müdafiəçi3 vəkil işlədikləri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-244/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Təqsirləndirilən şəxs4 hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəlili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi4 vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs4 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 60 (altmış) iş saatına bərabər hesab edilərək, göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 vəkil işlədiyi 4 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs1 2 (iki) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 05 aprel 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində tutulduğu iki gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 01 (bir) il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs2 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 Şahmədin oğlunun 04 aprel 2022-ci il tarixdən 06 aprel 2022ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Şahmədin oğlunun üzərinə yaşadığı ünvan 12 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 Şahmədin oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 Şahmədin oğlunun cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Şahmədin oğlunun haqqında seçilmiş “polisin nəsarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə 01 (bir) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs4 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs4 05 aprel 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fərdi yaşayış evi ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 haqqında seçilmiş “polisin nəsarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 05 aprel 2022-ci il tarixdən 06 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli 06 iyun 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs2 Şahmədin oğlundan, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd qol saatının zərərçəkmiş şəxs X1 qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 Baba oğlunun, Müdafiəçi4, Müdafiəçi1 və Müdafiəçi3 vəkil işlədikləri Bakı şəhəri 4 Saylı Vəkil Bürosunun hesabına hər bir vəkil üçün ayrı-ayrılıqda 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rəşad Cavadzadə