Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-245/2021 08.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, xx xxxx 1986-cı ildə Qubadlı rayonu, Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Qubadlı rayonu, Muradxanlı kəndində qeydiyyatda olub, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi ev 34, mənzil 59-da yaşayan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bir ədəd zavod üsulu ilə istehsal edilmiş, tiyəsinin uzunluğu 195 mm, orta hissəsinin eni 32 mm, qalınlığı 3,2 mm, dəstəyinin uzunluğu 135 mm, orta hissəsinin eni 25 mm, qalınlığı 26 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını 2019-cu ilin dekabr ayının ortalarında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə edib gəzdirərək idarə etdiyi VAZ-2121 markalı, 05 O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfindəki oturacağın alt hissəsində gizlətməklə həmin avtomobillə 11 oktyabr 2020-ci il tarixdə saat 00:30 dəqiqədə hərəkətdə olarkən ölkə ərazisində elan edilmiş komendant saatı rejimi ilə əlaqədar ünvan 1 ünvanda quraşdırılmış 8 saylı stasionar postda polis əməkdaşları tərəfindən saxlanılaraq qadağan olunmuş vaxtda hərəkətlərinə icazə olubolmaması ilə bağlı aparılan yoxlama zamanı polis əməkdaşları tərəfindən avtomobildə qadağan olunmuş əşyaların olması ehtimalına görə Yasamal RPİ-nin 27-ci polis bölməsinin inzibati binasının həyətinə gətirilərək orada keçirilən baxış zamanı həmin avtomobildən ona məxsus bir ədəd zavod üsulu ilə istehsal edilmiş, tiyəsinin uzunluğu 195 mm, orta hissəsinin eni 32 mm, qalınlığı 3,2 mm, dəstəyinin uzunluğu 135 mm, orta hissəsinin eni 25 mm, qalınlığı 26 mm olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11.10.2020-ci il tarixdə təxminən saat 00:30 radələrində dayısı Raufa məxsus olan “VAZ 2121 Niva” markalı, 0 664 HP 05 RUS dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən zaman Yasamal rayonu ərazisində olan Dövlət Statistika Komitəsinin binasının qarşısında qurulmuş postda polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt onun idarə etdiyi avtomobildə ondan başqa dostları Şahid2, Şahid1, Şahid4 olmuşlar. Onları saxladıqdan sonra polis əməkdaşları onların ölkə ərazisində olan mövcud hərbi rejimlə əlaqədar olaraq evdən bayıra çıxmaq üçün müvafiq icazələri olub-olmamasını soruşmuş, onlar icazələrinin olmamasını bildirdikdən sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində onun idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sol tərəfində yerləşən sürücü oturacağının alt hissəsindən tünd qəhvəyi rəngli dəri qabda olan bir ədəd bıçaq, avtomobilin sürət ötürücüsünün yanında isə bir ədəd qatlanan bıçaq aşkar edilmişdir. O, həmin bıçaqların ona məxsus olmasını bildirmiş, sonra onun üzərində olan bir ədəd qara rəngli əl çantasına baxış keçirilərkən çantanın içərisindən bir ədəd 1 manatlıq pul əskinazı aşkar edilmişdir. Onun avtomobilindən aşkar edilmiş bıçaqlar və 1 manatlıq pul əskinazı polis əməkdaşları tərəfindən götürülərək zərfə qoyulmuş və o həmin zərfi imzalamışdır. Son olaraq törətdiyi əməldən peşman olduğunu və birinci qrup əlil olduğunu nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 11 oktyabr 2020-ci il tarixdə gecə saatlarında ünvan 2 ünvanda ölkə ərazisində elan olunmuş hərbi vəziyyətlə əlaqədar quraşdırılmış 8 saylı postda iş yoldaşı Şahid3 ilə xidmətdə olmuşdur. Təxminən saat 00:30 radələrində içərisində 4 nəfər şəxs olan “VAZ-2121” markalı Rus dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edərək postdan keçmək istəmişdir. Həmin şəxslərin komendant rejimi zamanı xüsusi icazələrinin olub-olmamasını yoxlamaq məqsədi ilə həmin avtomobil onun tərəfindən saxlanılmışdır. Bundan sonra o və Yasamal RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 həmin avtomobilə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Avtomobilin içərisində olan şəxslərə özlərini təqdim etdikdən sonra hərbi vəziyyət ilə əlaqədar evdən çölə çıxmağın qadağan olunması onlara izah olunmuşdur. Lakin həmin şəxslər heç nə deməyərək özlərini şübhəli aparmışlar. Polis əməkdaşları həmin şəxslərdən xahiş etmişlər ki, avtomobildən düşsünlər və avtomobili yoxlasınlar. Onlar da heç bir etiraz etməmiş və avtomobildən düşmüşlər. Bundan sonra avtomobilin yük yerinə baxan zaman yük yerinin üst rəfində qara rəngli dəri materialdan olan əl çantası olduğu müəyyən edilmişdir. Həmin çantaya baxış keçirilən zaman çantanın arxa hissəsində seplə bağlanmış cibindən üzərindən “Midea VRF” yazıları olan qutu aşkar olunmuşdur. Həmin qutu yoxlanıldıqda içərisində metamfetamin yazıları olan 3 ədəd qəhvəyi rəngli həb, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində quru ot halında kütlə, 1 ədəd tünd göy rəngli siqaret kağızına bükülmüş içərisində quru ot halında kütlə, 4 ədəd sellofana bükülmüş qəhvəyi rəngli spesfik iyə malik maddə müəyyən edilmişdir. Bundan sonra əl çantasının ön sepli cib hissəsi yoxlanılmış və bu zaman həmin yerdən içərisində tünd qəhvəyi rəngli maye olan şpris aşkar olunmuşdur. Sürücüyə və avtomobildə olan 3 nəfər sərnişinə əl çantasında olan maddələrin nə və kimə məxsus olması barədə sual verilmiş, onlar müxtəlif bəhanələr gətirmişlər. Bundan sonra həmin avtomobili və şəxsləri Yasamal RPİ-nin 27-ci PB-nə gətirmişlər. Polis bölməsində həmin şəxslərin Şahid2, Şahid1, Şahid4 və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Polis bölməsidə xidməti otaqların birinə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra həmin şəxslərin, polis əməkdaşlarının və vəkilin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilən zaman sükanın arxa hissəsində olan oturacağın ayaqaltısından tünd qəhvəyi rəngli qabın içində metal rəngli bir ədəd bıçaq, sürət ötürücüsünün yanından isə qara rəngli açılıb-bağlanan bir ədən bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan çantasından isə bir ədəd bükülmüş 1 manatlıq əskinas, avtomobilin sürət ötürücüsünün yanında isə maye olan bir ədəd şpris aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bıçaqların ona məxsus olmasını demişdir. Təqsirləndirilən şəxs avtomobildə olan həmin çantanın kimə məxsus olması barədə sual verildikdə Şahid4 bildirmişdir ki, çanta və içərisində olan mayelər, həb və kütlələr ona məxsusdur. Bunun nəticəsi olaraq Şahid4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5 Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 10.10.2020-ci il tarixdə saat 23:30 radələrində dostu Mahmudla “Məşədi Dadaş” məscidinin yanında rastlaşmışdır. Bir qədər söhbət etdikdən sonra o Mahmudun idarə etdiyi “VAZ 2121” markalı, 0 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobilə eyləşmişdir. Onlar birlikdə “Təzə Bazar” adlanan ərazidən keçərkən Mahmud özünün tanışı olan Elşadı yolun kənarında görüb avtomobili saxlayıb onunla söhbət etmişlər. Söhbət zamanı Elşad da Mahmudan onu Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə aparmasını xahiş etmişdir. Mahmud Elşadın bu xahişinə etiraz etməmiş və sonuncu Mahmudun avtomobilində qabaq sağ tərəfdə əyləşmişdir. Onlar yolda olan zaman Mahmud öz mobil nömrəsindən Nazimin mobil nömrəsinə zəng edərək demişdir ki, tanışlarını evlərinə aparır və istəyirsə o da gələ bilər. Nazim Mahmudla telefon danışığı zamanı razılaşmış və bir neçə dəqiqədən sonra Mahmud Nazimi “Heydər Əliyev” sarayının qarşısında olan yolun kənarından götürmüşdür. Nazim avtomobilin arxa sol tərəfində, yəni Mahmudun arxasında əyləşmişdir. Bir qədər getdikdən sonra 11.10.2020-ci il tarixdə saat 00:30 radələrində Yasamal rayonu ərazisində olan Dövlət Statistika Komitəsinin binasının qarşısında qurulmuş postda polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları ölkə ərazisində olan mövcud hərbi rejimlə əlaqədar olaraq evdən bayıra çıxmaq üçün müvafiq icazələrinin olub-olmamasını soruşmuşlar və onlar icazələrinin olmağını bildirmişlər. Bundan sonra polis əməkdaşları Mahmuda avtomobilin arxa yük yerinə baxış keçirmək istədiklərini bildirmişlər, sonuncu isə avtomobilin arxa tərəfindəki yük yerini açmış və polis əməkdaşları orada olan ona məxsus qara rəngli əl çantasının içərisindən maye ilə dolu olan şpris və bir neçə bükümdə narkotik vasitə aşkar etmişlər. Bundan sonra polis əməkdaşları onları Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Polis bölməsində onların iştirakı ilə Mahmudun idarə etdiyi həmin avtomobilə baxış keçirilərkən avtomobilin qabaq sol tərəfində yerləşən sürücü oturacağının alt hissəsindən tünd qəhvəyi rəngli dəri qabda olan bir ədəd bıçaq, avtomobilin sürət ötürücüsünün yanında isə bir ədəd qatlanan bıçaq və həmin yerdən içərisində maye olan bir ədəd şpris aşkar edilmişdir. Mahmud həmin bıçaqların özünə məxsus olmasını, şprisin isə ona məxsus olmadığını bildirmişdir. Bunun nəticəsi olaraq o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 81-83-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Şahid4 və Şahid2 tanımır, onlarla heç bir tanışlığı və münasibəti yoxdur. Təqsirləndirilən şəxs isə dostudur və ünasibəti vardır. 10.10.2020-ci il tarixdə saat 23 radələrində Mahmud zəng edərək hal-əhval tutmuş və demişdir ki, “tanış uşaqlar var, onları maşınla aparıb evlərinə düşürəcəm, istəyirsən sən də gəl, sonra yenə birlikdə qayıdarıq”. Mahmudla razılaşmış və bir qədər sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan “Heydər Əliyev” sarayının arxa tərəfindən yolun kənarında dayanmışdır. Mahmud idarə etdiyi 05 O 664 HP dövlət qeydiyyat nişanlı ağ rəngli Niva markalı avtomobillə həmin yerə gəlmiş və götürmüşdür. Mahmud sükanın arxasında, sonradan Şahid2 olmasını bildiyi şəxs qabaq sağ tərəfdə, Şahid4 olmasını bildiyi şəxs Elşadın arxa tərəfində, o, isə Mahmudun arxasında əyləşmişdir. Mahmud demişdir ki, bu şəxslər onun tanışlarıdır, Ruslanı Binəqədi rayonuna, Elşadı isə Abşeron rayonu, Xırdalan şəhərinə mənzillərinə düşürəcək, daha sonra isə onlar ikisidə birlikdə qayıdacaq. Bir bir qədər getdikdən sonra 11.10.2020-ci il tarixdə saat 00:30 radələrində Yasamal rayonu ərazisində olan “Dövlət Statistika Komitəsinin” binasının qarşısında qurulmuş postda polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları ölkə ərazisində olan mövcud hərbi rejimlə əlaqədar olaraq evdən bayıra çıxmaq üçün müvafiq icazələrinin olub-olmamasını soruşmuşlar, onların icazələrinin olmamasını gördükdə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Mahmud sükandan düşərək polis əməkdaşları ilə bir qədər söhbət etmiş və avtomobilin arxa tərəfindəki yük yerini açmışdır. Bundan sonra polis əməkdaşları təkidlə onların hamısı polis bölməsinə dəvət etmişlər. Hamısı polis bölməsinə gəldikdən sonra polis əməkdaşları onların iştirakı ilə həmin avtomobilə baxış keçirərkən avtomobilin salonundan iki ədəd bıçaq, iki ədəd şpris, bir neçə ədəd büküm aşkar edilmişdir. Baxış zamanı Mahmud demişdir ki, bıçaqlar ona məxsusdur, Ruslan isə aşkar edilmiş həmin şpris və içərisində narkotik vasitə olan bükümlərin ona məxsus olmasını bildirmişdir. Avtomobildən başqa heç nə aşkar edilməmişdir. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan çəkərək istifadə etmiş, lakin sonrada istifadə etməmişdir. Ruslanın həmin avtomobildə narkotik vasitə daşımasını, Mahmudun isə həmin avtomobildə iki ədədə bıçaq saxlamasını bilməmiş, bu barədə əvvəldən heç bir məlumatı olmamış, Mahmudla və Ruslanla birlikdə heç bir narkotik vasitə qəbul etməmiş. Mahmudun, Ruslanın və Elşadın narkotik vasitələrdən istifadə edib-etməmələrini bilməmişdir. 10.10.2020-ci il tarixdə təxminən saat 23 radələrində yaşadığı evdən çıxaraq Mahmudla birlikdə gedib qayıtmağa razı olmiş və buna görə də ölkədə olan mövcud hərbi vəziyyətin tələblərini pozmuşdur. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 78-80 vərəqlərində olan ifadəsində göstərmişdir ki, Şahid4 və Şahid1 tanımır, onlarla heç bir tanışlığı və münasibəti yoxdur. Təqsirləndirilən şəxs isə dostudur və münasibətlər vardır. 10.10.2020-ci il tarixdə saat 23 radələrində Mahmud idarə etdiyi idarə etdiyi 05 O 664 HP dövlət qeydiyyat nişanlı ağ rəngli Niva markalı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlanan ərazidə hərəkət edərkən onu görmüş, avtomobil saxlayaraq salamlaşmış və hara getməsini soruşmuş, sonuncuya demişdir ki, “evə gedirəm, əgər mümkünsə məni Abşeron rayonu, Xırdalan şəhərinə yaşadığım ünvana düşür”. Mahmud da etiraz etməmişdir. Mahmudun sağ tərfində əyləşmiş, arxasında isə sonradan Şahid4 olmasını bildiyi şəxs əyləşmişdir. Bir qədər sonra onlar yoldan sonradan Şahid1 olmasını bildiyi şəxsi də götürmüşdür. Nazim Mahmudun arxa tərəfində əyləşdmiş, söhbət zamanı Mahmud demişdir ki, onlar Xırdalana, Ruslanı isə Binəqədiyə aparıb qoyduqdan sonra Mahmudla Nazim birlikdə şəhər qayıdacaqlar. Bir bir qədər getdikdən sonra 11.10.2020-ci il tarixdə saat 00:30 radələrində Yasamal rayonu ərazisində olan “Dövlət Statistika Komitəsinin” binasının qarşısında qurulmuş postda polis əməkdaşları onları saxlanışlar. Polis əməkdaşları onları ölkə ərazisində olan mövcud hərbi rejimlə əlaqədar olaraq evdən bayıra çıxmaq üçün müvafiq icazəmizin olub-olmamasını soruşmuşlar, icazələrinin olmamasını gördükdə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə dəvət etmişlər. Mahmud sükan arxasından düşərək polis əməkdaşları ilə bir qədər söhbət etiş və avtomobilin arxa tərəfindəki yük yerini açmışdır. Bundan sonra polis əməkdaşları təkidlə onların hamısını polis bölməsinə dəvət etmişlər. Hamısı polis bölməsinə gəldikdən sonra polis əməkdaşları onların iştirakı ilə həmin avtomobilə baxış keçirərkən avtomobilin salonundan iki ədəd bıçaq, iki ədəd şpris, bir neçə ədəd büküm aşkar etmişdir. Baxış zamanı Mahmud demişdir ki, bıçaqlar ona məxsusdur, Ruslan isə bildirmişdir ki, aşkar edilmiş həmin şpris və içərisində narkotik vasitə olan bükümlər ona məxsusdur. Avtomobildən başqa heç nə aşkar edilməmişdir. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan çəkərək istifadə etmiş, lakin sonrada istifadə etməmişdir. Ruslanın həmin avtomobildə narkotik vasitə daşımasını, Mahmudun isə həmin avtomobildə iki ədədə bıçaq saxlamasını bilməmiş, bu barədə əvvəldən heç bir məlumatı olmamış, Mahmudla və Ruslanla birlikdə heç bir narkotik vasitə qəbul etməmişdir. Mahmudun, Ruslanın və Elşadın narkotik vasitələrdən istifadə edib-etməmələrini bilməmişdir. 10.10.2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Təzə Bazar” adlanan ərazidən qohumlarıgildən çıxaraq yaşadığı evimə getmiş, Mahmuddan xahiş edərək avtomobillə evə aparmasını xahiş etmiş və buna görə də birlikdə gedərkən ölkədə olan mövcud hərbi vəziyyətin tələblərini pozmuşdur. İş üzrə şahid qismində göstərilmiş X4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 84-87-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Bakı şəhəri BPİ-nin DYPİ-nin YPXA-nın inspektoru vəzifəsində işləyir və polis kapitanı rütbəsindədir. 11 oktyabr 2020-ci il tarixdə gecə saatlarında ünvan 2 ünvanda 8 saylı postda xidməti avtomobillə iş yoldaşı, polis serjantı Şahid6 ilə xidmətdə olmuş. Avtomobilin sükanı arxasında Şahid6, o, isə avtomobilin qabaq sağ oturacağında əyləşmişmişdir. Saat 00:30 radələrində qeyd etdiyi ünvanda VAZ-2121 markalı Rus dövlət qeydiyyat nişanlı avtomobil hərəkət edərək postan keçmək istəmiş. Respublikanın ərazisində elan edilmiş hərbi vəziyyət ilə əlaqədar həmin avtomobili saxlamışlar. Həmin vaxt ərazidə Yasamal RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 Rahiboiç də xidmət də olmuşdur. Onlar həmin avtomobili saxladıqda xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Avtomobilin içərisində 4 nəfər şəxs olmuş, həmin şəxslərdən biri sürücü, biri qabaq sağ oturacaqda, digər iki nəfər isə arxa oturacaqda əyləşmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra hərbi vəziyyət ilə əlaqədar evdən çölə çıxmağın qadağan olunması onlara izah olunmişdur. Lakin həmin şəxslər heç nə deməyərək özlərini şübhəli aparmışlar. Polis əməkdaşları həmin şəxslrədən xahiş etmişdir ki, avtomobildən düşsünlər və avtomobili yoxlasınlar. Onlar da heç bir etiraz etməmiş və avtomobildən düşmüşlər. Bundan sonra avtomobilin yük yerinə baxan zaman yük yerinin üst rəfində qara rəngli dəri materialdan olan əl çantası müəyyən edilmişdir. Həmin çantaya baxış keçirilən zaman çantanın arxa hissəsində seplə bağlanmış cibindən üzərindən “Midea VRF” yazıları olan qutu aşkar olunmuşdur. Həmin qutu yoxlanıldıqda içərisində metamfetamin yazıları olan 3 ədəd qəhvəyi rəngli həb, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində quri ot halında kütlə, 1 ədəd tünd göy rəngli siqaretin kağızına bükülmüş içərisində quru ot halında kütlə, 4 ədəd sellofana bükülmüş qəhvəyi rəngli spesfik iyə malik maddə müəyyən edilmişdir. Bundan sonra əl çantasının ön sepli cib hissəsi yoxlanılmış və bu zaman həmin yerdən içərisində tünd qəhvəyi rəngli maye olan şpris aşkar olunmuşdur. Sürücüdən və avtomobildə olan 3 nəfər sərnişindən əl çantasında olan maddələrin nə və kimə məxsus olması barədə sual verilmiş, onlar müxtəlif bəhanələr gətirmişlər. Bundan sonra həmin avtomobili və şəxsləri Yasamal RPİ-nin 27-ci PB-nə gətirmiş və təhvil vermişlər. Polis bölməsində həmin şəxslərin Şahid2, Şahid1, Şahid4 və Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Polis bölməsidə xidməti otaqların birinə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra həmin şəxslərin, polis əməkdaşlarının və vəkilin iştirakı ilə avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış keçirilən zaman sükanın arxa hissəsində olan oturacağın ayaqaltısından tünd qəhvəyi rəngli qabın içində metal rənfli bir ədəd bıçaq, sürət ötürücüsünün yanından isə qara rəngli açılıb-bağlanan bıçaq aşkar olunmuşdur. Təqsirləndirilən şəxs əlində olan çantasından isə bir ədəd bükülmüş 1 manatlıq əskinas, avtomobilin sürət ötürücüsünün yanında isə maye olan bir ədəd şpris aşkar olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bıçaqların ona məxsus olmasını demişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobildə olan həmin çantanın kimə məxsus olması barədə sual verildikdə Şahid4 bildirmişdir ki, çanta və içərisində olan meyelər, həb və kütlələr ona məxsusdur. Çantanın içərisinə baxış keçirilən zaman yuxarıda qeyd etdiyim maye, kütlə və şsrislər aşkar olunmişdur. Şahid4 həmin maddələrin “kakos” və “nəşə” olmasını dedi. Şahid4 şprisdə olan mayeni özü hazırladığını və istifiadə edəcəyini demişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə axtarış davam etdirilmiş, lakin başqa qanunsuz əşya müəyyən olunmamışdır. Aşkar edilmiş bıçaqlar və maddələr zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunaraq imzamla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Nəqliyyat vasitəsinə baxış və götürmə aparılması haqqında 11 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 00:30 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nə gətirilmiş Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2121 markalı, 05 O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin arxa sol oturacağının ayaqaltı hissədə tünd qəhvəyi rəngli qabın içindən metal rəngli uzunluğu 32 sm, tiyəsinin uzunluğu 19 sm, dəstəyinin uzunluğu 13 sm olan,tiyəsində 4993 nömrəsi yazılmış bir ədəd bıçaq, sürət ötürücüsünün yanında qara rəngli uzunluğu 21 sm, dəstəyinin uzunluğu 12 sm olan, tiyəsinin uzunluğu 9 sm olan bir ədəd açılıb-bağlanan bıçaq, əl çantasının içərisindən bir ədəd bükülmüş halda F42393293 nömrəli 01 mantlıq əskinas, avomobilin sürət ötürücüsünün yanında içərisində maye olan bir ədəd şpris, avtomobilin arxa yük yerində olan qara rəngli dəri çantanın arxa cibindən üzərində “Midea VRF” yazıları olan dəmir qutunun içərisindən 3 ədəd qəhvəyi rəngli həb, bir ədəd gümüşü rəngli falqaya bükülmüş içərisində spesfik iyə məxsus ot şəkilində kütlə, bir ədəd göy rəngli kağıza bükülmüş içərisində spesfik iyə məxsus ot şəkilində olan kütlə, 4 ədəd sellofa bükülmüş, qəhvəyi rəngli spesfik iyə məxsus olan maddələr, çantanın yan cibindən içərisi qəhvəyi rəngli maye ilə dolu olan bir ədəd şpris aşkar olundu. Təqsirləndirilən şəxs bıçaqların ona məxsus olmasını bildirdi. Bundan sonra axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş bıçaqlar və maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb Yasamal RPİ-nin 27-ci PB-nin 167 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. (i.v. 26-28) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 11 oktyabr 2020-ci il tarixli 20/1395a nömrəli arayışından görünür ki, Tədqiqata təqdim edilmiş bıçaq tiyə və dəstəkdən ibarətdir. Bıçağın ümumi uzunluğu 225 mm-dir. Tiyənin əsası boz rənğii metaldan hazirlanmış üzəri qara boya ilə rənglənmişdir, uzunluğu 100 mm, orta hissədən eni 20 mm, qalinligi 2,5 mm-dir. Tiyənin ikitərəfli itikənmiş bir kəsici agzi vardir. Tiyənin kəsici ağzının maili əyilərək küt tərəfi ilə birləşməsi onun döyüş ucunu əmələ ğətirir Tiyənin daban hissəsində bir üzündə “D805” rəqəmi həkk edilmiş. Dəstəyin əsası qara rəngli metaldan hazırlanmışdır və iki hissədən ibarətdir. Onlar bir-birilə 3 ədəd vint vasitəsilə bərkidilmişdir. Dəstəyin bir tərəf üzünə 80 mm uzunluğunda laminat material bərkidilmiş digər üzünə bışağı kəmərdən asmaq üçün nəzərdə tutulmuş 60 mm uzunluğunda metal bərkidilmişdir. Sonluğunda bıçağı hər hansı bir yerdən asmaq üçün nəzərdə tutulmuş deşik vardır. Dəstəyin uzunluğu 125 mm, orta hissədən eni 23 mm, qalınlığı 11 mm-dir Dəstəyin tiyə ilə birləşən hissəsində bir tərəf üzündə metal düymə vardır ki, bu da tiyəni döyüş vəziyyətinə gətirmək və əvvəlki vəziyyətinə qaytarmaq üçün nəzərdə tutulmuş fiksatordu. Tədqiqata təqdim edilmiş bıçağın formasına, tiyəsinin və dəstəyinin hazırlanma materialına, üzərində zavod nişanı olması əlamətlərinə ğörə belə nəticəyə gəlmək olar ki, bıçaq zavod üsulu ilə hazırlanmışdır. Tədqiqata təqdim olunmuş bıçaq ilə E.N.Tixonovun “Soyug silahların kriminalistik ekspertizası” adlı ədəbiyyatındakı tiyəli soyuq silahların, ov bıçaqlarının sənaye və kustar üsulla hazırlanmış, təsərrüfatməişət və xüsusi təyinatlı bıçaqların əlamətləri arasınca müqayisəli tədqiqat aparıldı. Məlum oldu ki, forma ölçü və konstruktiv əlamətlərinə görə tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş bıçaq tiyədən, dəstəkdən və qından ibarətdir. Bıçağın ümumi uzunlugu 330 mm-dir. Tiyənin uzunluğu 190 mm, orta hissədən eni 31 mm, qalınlığı 3.5 mm-dir.Tiyə boz rəngli metaldan hazırlanmışdır. Tiyənin döyüş ucu onun orta xəttindən (küt tərəfinə doğru) yuxarı hissədədir. Döyüş ucu tiyənin kəsici ağzının sivri formada əyilərək küt tərəfi ilə maili birləşməsi nəticəsində əmələ gəlmişdir. Dəstəyin əsası boz rəngli slindrik formada hazırlanmışdır. Uzunluğu 140 mm, orta hissədən eni 26 mm-dir. Dəstək tiyənin əsasına pərçimlənərək daban hissədən iki ədəd bolt vasitəsilə bərkidilmişdir. Dəstək kustar üsulla hazırlanmışdır. Tədqiqata təqdim olunmuş bıçağın formasına, tiyəsinin və dəstəyinin hazırlanma materialına, səliqəli hazırlanma əlamətlərinə görə belə nəticəyə gəlmək olar ki, bıçağın tiyəsi zavod, dəstək isə kustar üsulla hazırlanmışdır. Tədqiqata təqdim olunmuş bıçağın tiyəsinin bərkliyini yaylı dinamometr vasitəsilə dartılma qüvvəsi 5 kq dan yuxarı yoxladıqda, bıçaqla qalınlığı 25 mm olan quru taxta parçası üzərinə müxtəlif hündürlüklərdən zərbələr endirdikdə heç bir deformasiya əlaməti və sınma müşahidə edilmədi. Tədqiqata təqdim olunmuş bıçağın yuxarıda göstərilən əlamətləri ilə E N.Tixonovun “Soyuq silahların kriminalistik ekspertizası” adlı ədəbiyyatındakı tiyəli soyuq silahların, ov bıçaqlarının, sənaye və kustar üsulla hazırlanmış, təsərrüfat-məişət və xüsusi təyinatlı bıçaqların əlamətləri arasında müqayisəli tədqiqat aparıldı. Məlum oldu ki, forma, ölçü və konstruktiv əlamətlərinə görə tədqiqata təqdim edilmiş bıçağın tiyəsi zavod, dəstək isə kustar üsulla hazırlanmış ümumi təyinatlı ov bıçağıdır və kəsici-deşici xassəli soyuq silahdır. Qın qonur rəngli dəri materialdan hazırlanmışdır. Uzunluğu 330 mm-dir. Yuxarıda aparılan tədqiqata əsasən belə nəticəyə gəlmək olar ki, vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş iki ədəd bıçaq:
1. 1 nömrəli bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir.
2. 2 nömrəli bıçağın tiyəsi zavod dəstək isə kustar üsulla hazırlanmış ümumi təyinatlı ov bıçağıdır və kəsici-deşici xassəli soyuq silahdır. (i.v. 36-38) “Diskə baxış keçirilməsi haqqında” 11.10.2020-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə 1.20201011_042859 adlı 28 dəq:14 saniyə, 2.202021011_045717 adlı 01 dəq:50 saniyə müddəti əhatə edən mp4 formatlı iki ədəd video fayl var. “X17” proqramı vasitəsi ilə həmin video fayllar açıldıqda polis bölməsinin həyətində polis əməkdaşlarının və bir neçə nəfər mülki geyimli şəxslərin avtomobilə baxış keçirmələri görünür. Həmin video görüntünün məzmununa baxış keçirilərkən məlum olur ki, Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı, polis mayoru Azər Əliyev 11.10.2020-ci il tarixdə saat 02:00-da Yasamal RPİ-nin 27-cı PB-nin həyətində Bakı şəhəri DYPİ-nin YPXA-nın YPX baş inspektoru, polis kapitanı Şahid3, Bakı şəhəri DYPİ-nin YPXA-nın YPX inspektoru, polis serjtanı Şahid6 və Yasamal RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid5, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs, Şahid4, Şahid1, Şahid2 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 2121 Niva” markalı, O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobildə axtarış və götürmə istintaq hərəkətinin keçiriləcəyini elan edir. Çəkiliş “İphone” markalı mobil telefon vasitəsi ilə aparılır. Şübhəli şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olmasını, 10.0.1986-cı il təvəllüdlü, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, M.Cəlal küçəsi, ev 34, mənzil 59-da yaşamasını bildirir. Təhqiqatçı tərəfindən istintaq hərəkətinin iştirakçılarına Azərbaycan Respublikası CPM-in 51.5 və 244.6-cı maddələrində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunması və Azərbaycan Respublikası CM-nin 300-cü maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilir Şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə hər hansı qanunsuz əşyanın olub-olmaması barədə soruşulur və əgər varsa həmin qanunsuz əşyanı könüllü təqdim edməsi təklif edilir. Şübhəli şəxs M.Abdullyev bildiririk ki, onun idarə etdiyi “VAZ 2121 Niva” markalı, O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobildə ona məxsus olan iki ədəd bıçaq var. Bundan sonra avtomobilin salonuna baxış keçirildikdə qabaq sol tərəfdə yerləşən sürücünün oturacağının alt hissəsindən tünd qəhvəyi rəngli dəri qabda olan bir ədəd bıçaq, avtomobilin sürət ötürücüsünün yanında isə bir ədəd qatalanan bıçaq və həmin yerdən içərisində maye olan bir ədəd şpris aşkar edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bıçaqların ona məxsus olmasını bildirir, şprisin isə ona məxsus olmamasını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bir ədəd qara rəngli əl çantasının içərisindən bir ədəd bükülü vəziyyətdə F 42393293 nömrəli bir manatlıq pul əskinazı aşkar edilir. Bundan sonra avtomobilin arxa yük yerindən bir ədəd qara rəngli əl çantası aşkar edilir. İştirakçı Şahid4 həmin çantanın ona məxsus olmasını və onun içərisində narkotik vasitə olmasını bildirir. Həmin çantanın içərisindən üzərində “Midea VRF” yazıları olan dəmir qutunun içəsidindən üç ədəd qəhvəyi rəngli həb, bir ədəd gümüşü rəngli kağıza bükülmüş halda spesifik iyli ot kütləsi, bir ədəd göy rəngli kağıza bükülmüş halda spesifik iyli ot kütləsi, dörd ədəd sellofana bükülmüş halda qəhvəyi rəngli spesifik iyli kütlələr, çantanın yan cibindən isə içərisində qəhvəyi maye olan bir ədəd şpris aşkar edilir. Şahid4 bildirir ki, aşkar edilmiş həmin predmetlərin içərisində “nəşə” və “kokos” adlanan narkotik vasitələrdir, həmin narkotik vasitələri bir müddət əvvəl internet vasitəsi ilə qramını 25 manat olmaqla öz istifadəsi üçün almışdır, şprisdəki narkotik vasitə olan mayeni isə özü üçün qəbul etməsi üçün hazırlamışdır. Bundan başqa avtomobildən iş üzrə əhəmiyyət kəsb edən digər predmet aşkar edilmədi. Aşkar edilmiş predmetlər kağız zərflərdə qablaşdırılaraq üzəri 167 saylı möhürlə möhürləndi və zərflərin üzəri istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalandı. (i.v. 45-46) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2020-ci il tarixli 3/1345 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində onun təyinatını dəyişdirən hər hansı əlavə dəyişikliklər edilməmişdir. (i.v. 120-123) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 nəticələrinə dair 03.12.2020-ci il tarixli 3365 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müaliocə tətbiq edilməsi mümükün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (i.v. 124-125) “Sübutların qiymətləndirilməsi haqqında” 25 fevral 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd bir manatlıq əskinaz və iki ədəd bıçaq iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. Vaz-2121 markalı, 05 O 664 HP 05 RUS dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman çəkilmiş özündə videogörüntüləri əks etdirən bir ədəd “DVD” disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (i.v. 132-150) “Sübutların qiymətləndirilməsi haqqında” 04 mart 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs X2 ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən şahid qismində dindirilmiş Şahid1, X10, Şahid3, Şahid6 və Şahid5 ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 şəxsin rəyləri, avtomobilə baxış və götürmə aparılması, diskə baxış protokolları iş üzrə sübut kimi qiymətləndirilmişdir. (i.v. 151-161) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünü cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 may 2005-ci il tarixli, 2 saylı “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” qərarında qeyd olunmuşdur ki, CM-nin 228.4-cü maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silah nəzərdə tutulur. 3-cü maddəsinin İİ hissəsinin 11-ci bəndinə əsasən soyuq silahın idman obyektlərindən kənarda saxlanılması və istifadə edilməsi və vətəndaşlar tərəfindən əldə edilməsi qadağandır. 24-cü maddəsinə əsasən bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 11 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.18) “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 12 oktyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 73-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 21 oktyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16 fevral 2018-ci il tarixli qərarı ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən xitam verilmişdir. (i.v. 96-97) Qaradağ Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli 1(002)-203/2017 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdətutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. (i.v. 104-107) Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 16 fevral 2018-ci il tarixli 1(103)-203/2018 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli hökmü ləğv edilmişdir. 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə edilmiş dəyişikliyə əsasən, Təqsirləndirilən şəxs barəsində Azəbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1 və 39.1.11-ci maddələrinə əsasən xitam verilmişdir. (i.v. 108-113) “Tutma haqqında” 25.05.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.05.2021-ci il tarixdə saat 14:30-da tutulmuşdur. (i.v. 170) “Qətimkan tədbirinin seçilməsi haqqında” 25 may 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs X2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. (i.v. 187) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15.09.2021-ci il tarixli 1(004)-245/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin 23.09.2021-ci il tarixli 093-18633-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22.09.2021-ci il tarixdə tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X6 İ qrup əlildir. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Sumqayıt şəhəri sektorunun arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatsız məskunlaşmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını və İ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd soyuq silah hesab edilməyən turist bıçağı və 1 manatlıq pul əskinazı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs geri qaytarılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halları olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından dərhal azad edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, şübhəli şəxs qismində saxlanıldığı 1 (bir) gün, tutulduğu 1 (bir) gün və həbsdə saxlanıldığı 17 gün, ümumilikdə 19 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52- 1), və məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 11 oktyabr 2020-ci il tarixdən 12 oktyabr 2020-ci il tarixdək olan 1 gün, tutulduğu 25 may 2021-ci il tarixində 1 gün və həbsdə saxlanıldığı 22 sentyabr 2021-ci il tarixdən 08 oktyabr 2021-ci il tarixədək olan 17 gün olmaqla, ümumilikdə onun 19 gün həbsdə saxlanıldığı müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 1 (bir) ay 8 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 7 (yeddi) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan 1 (bir) ədəd soyuq silah hesab edilməyən turist bıçağı və 1 manatlıq pul əskinazı hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun "xxxx" ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:-AZ37NABZ********************; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov