Məhkəmə qərarları › İş №1(004)-245/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-245/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-245/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1991 -ci ildə Şabran rayonu, Pirəmsən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Şabran rayonu, Pirəmsən kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 4-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə rayonun Tbilisi prospekti istiqamətindən H.Cavid parkı istiqamətində hərəkət edərək, həmin tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi yerdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, “relssiz nəqliyyat vasitəsinin sürücüsü svetoforun yaşıl işığında sola və ya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir” kimi tələblərə riayət etməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək, avtomobilin hərəkətini dayandırmadan sola, yəni Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti istiqamətində dönmə əməliyyatı edib onunla əks istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi “Toyota Camry” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən onun hərəkətdə olduğu zolağa çıxmaqla idarə etdiyi “Toyota Prius” markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Toyota Camry» markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə ehtiyyatsızl ıqdan «Toyota Camry» markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs sol bud sümüyünün yuxarı-orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Şabran rayonu, Pirəmsən kəndində qeydiyyatda olmaqla, ünvan 4-də yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. Hazırda taksi fəaliyyəti ilə məşğul olur. BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 02 mart 2021-ci ildən 02 mart 2031-ci ilədək müddəti olmaqla aktivdir. 22 avqust 2023-cü il tarixdə X2 «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini icarəyə götürərək etibarnamə əsasında idarə etməklə taksi fəaliyyəti ilə məşğul olur. Məlum hadisədən sonra isə etibarnamə ləğv edilmişdir. 20 oktyabr 2023-cü il tarixdə o, Əlixan adlı sərnişini idarə etdiyi «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə dediyi ünvana aparırmış, ünvan 1tində hərəkət edirmiş, məqsədi Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsindən sola, yəni İnşaatçılar prospekti istiqamətində dönərək hərəkətini davam etdirmək olmuş, Əlixan adlı sərnişin qabaq sağ yan oturacağda əyləşmiş, o, idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsinə çatmış, saat 01:45 olarmış, qarşısındakı avtomobil düzünə hərəkət etdikdən sonra əks istiqamətdə düzünə hərəkət edən qara rəngli “Toyota Camry” markalı avtomobil hərəkətdə olduğun görmüş, nəzərdə tutduğu kimi, sola tərəf dönmə əməliyyatı edərək hərəkətinə davam edə biləcəyini düşünmüş, ona görə də, “Toyota Camry" markalı avtomobilin hərəkətini gözləmədən dərhal avtomobili sola döndərmiş, həmin vaxt idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə əks istiqamətdə düzünə hərəkətdə olan “Toyota Camry” markalı avtomobilin qabaq sol hissəsi toqquşmuş, avtomobildən dərhal yerə düşüb “Toyota Camry” markalı avtomobilə yaxınlaşmış, həmin avtomobilin sürücüsü, yəni sonradan şəxsiyyəti ona məlum olan Şahid1 sağ biləyini tutaraq əzildiyini bildirmiş, onun yanında olan sərnişin, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs da sol bud sümüyü sınmış, o, idarə etdiyi avtomobildə olan sərnişin, yəni sonradan şəxsiyyəti ona məlum olan Şahid2 da heç bir xəsarət almamış, “Toyota Camry” markalı avtomobilin dövlət qeydiyyat nişanı **-OZ-*** olmamış, hadisədən sonra təcili tibbi yardım stansiyasına, polisə məlumat verildikdən sonra hadisə yerinə TTYS-nın həkimləri, polis əməkdaşları gəlmişlər. Təcili tibbi yardım stansiyasının həkimləri tərəfindən “Toyota Camry” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1, onun avtomobilində qabaq sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmiş, onlar birlikdə X11 getmişlər. O, sərnişin Şahid2 xəsarət almamalarına baxmayaraq, hadisə nəticəsində zərbənin təsirindən bədənində müəyyən keçici ağrılar olduğuna görə müayinə olunmuş, daha sonra xəstəxanadan çıxmışlar. Zərərçəkmiş şəxs isə Kliniki Tibbi mərkəzdə palataya yerləşdirmişlər. Sonradan Zərərçəkmiş şəxs tibbi əməliyyat keçirdiyini bilmişdir.Şahid Təqsirləndirilən şəxs ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki. yol nəqliyyat hadisəsi “Toyota Camry” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu zolaqda baş vermiş, o, həmin avtomobilin hərəkətinə imkan verməyərək idarə etdiyi avtomobili sola döndərərək onun hərəkətdə olduğu zolağa çıxmış, keçib gedə biləcəyini düşünmüş, lakin avtomobillər toqquşmuş, hadisə gecə vaxtı olmuş, yol işıqlandırılmış, yol örtüyü asfaltdır. Hava yağışlı olduğu üçün asfalt örtüyü yaş vəziyyətdə olmuş, idarə etdiyi «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin tormoz sistemi normal işləmiş, idarə etdiyi avtomobillə dönmə əməliyyatı aparan zaman avtomobilin sürət həddi təxminən 15-20 km/saat olmuş, çünki o, dönmə əməliyyatı etmişdir. Hadisədən əvvəl idarə etdiyi avtomobilin qabaq alın şüşəsi təmiz halda olmuş, yolu aydın görə bilirmiş, avtomobilin işıq sistemi də normal işləyirmiş, hadisə zamanı idarə etdiyi «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilində Şahid2 başqa sərnişin, yük olmamış, spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmiş, ümumiyyətlə spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etmir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hadisənin onun təqsiri üzündən baş vermədiyini nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Digər tərəfdən məhkəmə hesab edir ki, iş üzrə şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər istintaq hərəkətlərinin protokollarını, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmək cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 onun dostudur, Hüseyn də tələbədir. Hüseynin özünə məxsus «Toyota Camry» markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. O, dostu Hüseynlə teztez görüşərək onunla birlikdə idarə etdiyi həmin avtomobildə müəyyən yerlərə gedib gəlirmişlər. 20 oktyabr 2023-cü il tarixdə Şahid1 ilə onun idarə etdiyi «Toyota Camry» markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkının yanından rayonun Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olarkən avtomobilin qabaq sağ oturacağında əyləşmiş, ikisindən başqa avtomobildə heç kim olmamış, Hüseyn avtomobili təxminən 55-60 km/saat sürətlə hərəkət etdirmişdir. Həmin tarixdə saat 01:45 radələrində Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi yerə çatmışlar. İşıqforun yaşıl işığı yandığı üçün Hüseyn avtomobillə hərəkətinə davam edərək yolun kəsişməsinə daxil olmuş, həmin vaxt Tbilisi prospekti tərəfdən onlarla qarşı-qarşıya hərəkətdə olan markası və dövlət qeydiyyat nişanını görmədiyi qara rəngli minik avtomobilinin arxa hissəsindən bir «Toyota Prius» markalı avtomobil gözləmədən qəfildən sola, yəni İnşaatçılar prospekti istiqamətində dönmə əməliyyatı etmiş, həmin avtomobil əyləşdiyi «Toyota Camry» markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, toqquşma nəticəsində onun sol bud nahiyəsi sınmış, Hüseynin isə sağ biləyi əzilmiş, hadisədən sonra təcili tibbi yardım stansiyasına, polisə məlumat verildikdən sonra hadisə yerinə təcili yardım həkimləri və polis əməkdaşları gəlmişlər. Hadisə yerinə baxış keçirildikdən sonra təcili tibbi yardım həkimləri tərəfindən onlara, digər avtomobildə olan sürücü və sərnişinə ilk tibbi yardım göstərib onları birlikdə X11 aparmışlar. Orada onu palataya yerləşdirmişlər. Həmin gün səhər açıldıqdan sonra onu valideynləri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparmışlar. O, orada tibbi əməliyyat olunmuş, orada təxminən 2 həftə qaldıqdan sonra evlərinə getmiş, hazırkı günə qədər də ev şəraitində müalicəsini davam etdirir. Sol ayağının buduna mil qoyulmuşdur. Hadisədən sonra ona əyləşdiyi avtomobillə toqquşan «Toyota Prius» markalı avtomobilin dövlət qeydiyyat nişanının **- XP-*** olması, sürücüsünün də Təqsirləndirilən şəxs olması məlum olmuş, «Toyota Prius» markalı 77- XP-573 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs tərəfindən ona və Hüseynə heç bir maddi köməklik edilməmiş, o, heç bir şəkildə onun səhhətilə bağlı maraqlanmamış, ona qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2023-cü il tarixdə idarə etdiyi «Toyota Camry» markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən H.Cavid parkının yanından rayonun Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olmuş, dostu Zərərçəkmiş şəxs avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. İkisindən başqa avtomobildə heç kim olmamışdır. O, avtomobili təxminən 55-60 km/saat sürətlə hərəkət etdirmişdir. Həmin tarixdə səhv xatırlamırsa, saat 01:45, yəni saat 02 radələrində Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi yerə çatmış, işıqforun yaşıl işığı yandığı üçün avtomobillə hərəkətinə davam edərək yolun kəsişməsinə daxil olmuşdur. Bu zaman Tbilisi prospekti tərəfdən onunla qarşı-qarşıya hərəkətdə olan markası və dövlət qeydiyyat nişanını görmədiyi qara rəngli minik avtomobilinin arxa hissəsindən bir «Toyota Prius» markalı avtomobil gözləmədən qəfildən sola, yəni İnşaatçılar prospekti istiqamətində dönmə əməliyyatı etmiş və həmin avtomobil idarə etdiyi ((Toyota Camry» markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində onun sağ biləyi əzilmiş, İlqarın isə sol bud sümüyü sınmışdır. Hadisədən sonra təcili tibbi yardım stansiyasına və polisə məlumat verildikdən sonra hadisə yerinə təcili yardım həkimləri və polis əməkdaşları gəlmişlər. Hadisə yerinə baxış keçirildikdən sonra təcili tibbi yardım həkimləri tərəfindən onlara və digər avtomobildə olan sürücü və sərnişinə ilk tibbi yardım göstərilib, onları birlikdə X11 aparmışlar. Orada Zərərçəkmiş şəxs palataya yerləşdirmişlər. Həmin gün səhər açıldıqdan sonra İlqarı valideynləri Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna aparmışlar və İlqar orada tibb! əməliyyat olunmuş, hazırda İlqar ev şəraitində müalicəsini davam etdirir. Hadisədən sonra ona idarə etdiyi avtomobillə toqquşan ((Toyota Prius» markalı avtomobilin dövlət qeydiyyat nişanının **-XP-*** olması, sürücüsünün də Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Şahid1 ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, yol nəqliyyat hadisəsi hərəkətdə olduğu zolaqda baş vermişdir. Qeyd etdiyi kimi, «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onun hərəkətinə imkan verməyərək sola dönmə əməliyyatı edərək hərəkətdə olduğu zolağa çıxmış və avtomobillər toqquşmuşdur. Hadisə gecə vaxtı olmuş, həmin vaxt yol işıqlandırılmışdır. Yol örtüyü asfaltdır, hava yağışlı olduğu üçün yaş olmuşdur. Hadisə zamanı idarə etdiyi «Toyota Camry» markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin tormoz sistemi normal işləmişdir. Avtomobili həmin vaxt 55-60 km/saat sürətlə idarə etmiş, «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət sürəti də dönmə əməliyyatına başlayarkən toqquşma anına qədər 20 km/saat olarmış. Hadisə zamanı idarə etdiyi «Toyota Carnry» markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə Zərərçəkmiş şəxs başqa sərnişin və ya yük olmamışdır. Qeyd etdiyi kimi hadisə nəticəsində hər ikisi xəsarət almışlar. Hadisədən əvvəl o, spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Ümumiyyətlə o, spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etmir. Hadisədən sonra hadisə yerinə çoxlu adam gəlmiş, lakin onun başı qarşıdığı üçün həmin şəxslərin kim olduğuna fikir verməmişdir. Hadisə nəticəsində «Toyota Prius» markalı 77-XP- 573 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və sərnişini xəsarət almamışlar. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X3 elan edilmiş ifadəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Babaşov küçəsi, ev 5, mənzil 35-də qeydiyyatda olmaqla, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil. İşləmir. X8 onun dostudur. Fuad Abbasov 2023- cü ilin avqust ayında özünə «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, avtomobili onun adına qeydiyyatdan keçirmək istədiyini bildirmiş, ona razılıq vermiş, 22 avqust 2023-cü il tarixdə avtomobil onun adına qeydiyyatdan keçirilmiş, o isə Fuad Abbasova baş etibarnamə vermişdir. 2023-cü ilin oktyabr ayının sonlarında Fuad Abbasovla telefonda danışıq zamanı Fuad «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verdiyi baş etibarnamə əsasında etibarnamə ilə Təqsirləndirilən şəxs icarəyə vermiş, Təqsirləndirilən şəxs da 20 oktyabr 2023-cü il tarixdə həmin avtomobillə yol nəqliyyat hadisəsi törətdiyini bildirmiş, «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına qeydiyyatdan keçirilsə də, faktiki olaraq avtomobil ona deyil, dostu X4 mülkiyyətində olmuş, ona görə də, baş vermiş yol- nəqliyyat hadisəsi nəticəsində ona heç bir ziyan dəyməmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Ucar rayonu, Qazyan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Babaşov küçəsi, bina 17, mənzil 72-də yaşayır. Heç bir psixi dispanserdə qeydiyyatda deyil, işləmir. X7 onun dostudur. O, 2023-cü ilin avqust ayında özünə «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, şəxsi səbəblərinə görə dostu Təbriz Quliyevdən avtomobili onun adına qeydiyyatdan keçirməyi xahiş etmiş, Təbriz onunla razılaşmış, 22 avqust 2023-cü il tarixdə avtomobil Təbriz Quliyevin adına qeydiyyatdan keçirilmiş, Təbriz Quliyev də ona avtomobili sürmək, istifadə etmək, sərəncam verməyilə bağlı baş etibarnamə vermiş, o da, avtomobili idarə etmək üçün həmin tarixdə tanışı Təqsirləndirilən şəxs etibarnamə vermiş, Ruslan avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa başlamış, ona icarə haqqı verirdi. 20 oktyabr 2023-cü il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək bildirmiş ki, ona məxsus «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, ondan hadisənin harada baş verdiyini soruşduqda, Ruslan ona hadisənin Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi yerdə baş verdiyini bildirmiş, o, dərhal yol-nəqliyyat hadisəsinin baş verdiyi yerə getmiş, Təqsirləndirilən şəxs idarə etdiyi ona məxsus «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə hərəkət edib həmin küçə ilə Ə.Haqverdiyev küçəsinin kəsişdiyi yerdə sola dönmə əməliyyatı apararkən avtomobilin onunla əks istiqamətdə hərəkətdə olan «Toyota Camry» markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşduğunu, hadisə nəticəsində «Toyota Camry» markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, və avtomobildə olan sərnişin xəsarət aldığını, hadisə yerinə təcili tibbi yardım həkimlərinin, polis əməkdaşlarının gəldiklərini görmüşdür.Şahid X8 ona əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra «Toyota Prius» markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi ilə əlaqədar ona dəymiş ziyanı tam olaraq ödəmiş, ona görə də, ona qarşı heç bir şikayt və tələbi, eləcə də, heç bir iddiası olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 20 oktyabr 2023-cü il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu Haqverdiyev küçəsi ilə Ş.Mehdiyev prospektinin kəsişməsində yerləşir. (İ/V. 4-11). “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanması haqqında” 02 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Toyota Camry markalı ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. (İ/V. 12- 13). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 Yasamal rayon şöbəsinin 01 noyabr 2023-cü il tarixli 391 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan «Bədənin bir neçə nahiyəsini əhatə edən səthi travmalar» diaqnozunun obyektiv əlamətləri qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. (İ/V 46-48). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 Yasamal rayon şöbəsinin 01 noyabr 2023-cü il tarixli 388 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Şahid2 adına KTM-da tərtib edilmiş tibbi sənəddə qeyd olunan «Bədənin bir neçə nahiyələrini əhatə edən səthi travmalar» diaqnozunun obyektiv əlamətləri (qançır, sıyrıq, yara və s.) qeyd olunmadığından onu xəsarət kimi qiymətləndirmək mümkün deyil. (İ/V 49-51). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 Yasamal rayon şöbəsinin 01 noyabr 2023-cü il tarixli 396 nömrəli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarət- sol bud sümüyünün yuxarı-orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (İ/V 52-54). Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzinin 04 noyabr 2023-cü il tarixli 3- 16-16/2-8/3205 nömrəli rəyindən görünür ki, İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Prius" markalı, 77- XP-573 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (İ/V 55-58). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X14 Yasamal rayon şöbəsinin 15 noyabr 2023-cü il tarixli 1270 nömrəli rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Şahid1 almış olduğu xəsarət- sağ mil-bilək oynağının hərəkət məhdudluğu və şişkinlik halında əzilməsi küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İ/V 59-61). İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Camry” markalı 99- OZ-789 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının almağa texniki imkanı olmamış və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 128 manat təşkil edir. (İ/V 55-58). “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin” 20 oktyabr 2023-cü il tarixli 2/40247 və 2/40251 nömrəli protokollarından X9 və Şahid1 hadisədən əvvəl spirtli içki qəbul etməmələri, alkoqol sərxoşluğu vəziyyətində olmamaları müəyyən edilir. (İ/V 18-19). BA 253349 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Camry" markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 fevral 2023-cü il tarixdə Şahid1 adına qeydiyyatdan keçirilmişdir. (İ/V 25). BA 309018 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Toyota Prius” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 avqust 2023-cü il tarixdə X3 adına qeydiyyatdan keçirilmişdir. (İ/V 27). Cinayət işinin materiallarına əlavə edilmiş etibarnamələrdən görünür ki, “Toyota Prius” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı 22 avqust 2023-cü il tarixdə X7 tərəfindən X5 baş etibarnamə, həmin tarixdə sonuncu tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. (İ/V 28- 29). BA413639 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Şahid1 məxsus B kateqoriyalı sürücülük vəsiqəsi 21 yanvar 2022-ci il tarixdə verilmiş, aktivlik müddəti 21 yanvar 2032-ci il tarixədəkdir. (İ/V 22). BA600965 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs məxsus BC kateqoriyalı sürücülük vəsiqəsi 02 mart 2021 -ci il tarixdə verilmiş, aktivlik müddəti 02 mart 2031-ci il tarixədəkdir. (İ/V 26). Bakı şəhəri, Yasamal rayon Polis İdarəsinin 15 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən xx xxx 1991-ci il tarixdə Şabran rayonu, Pirəmsən kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs məxsus BD 600965 nömrəli sürücülük vəsiqəsi xx.xx.2031-ci il tarixədək, xx xxxxxxx 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 74, mənzil 53-də qeydiyyatda olan Şahid1 məxsus BA 413639 nömrəli sürücülük vəsiqəsi xx.xx.2032-ci il tarixədək aktivdir, hər iki şəxsin sürücülük hüququnun məhdudlaşdırılması barədə heç bir məlumat mövcud deyildir. (İ/V 105). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 adı qeyd olunan mərkəzdə qeydiyyatda yoxdurlar. (İ/V 96). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 arxiv məlumatına görə adı göstərilən xəstəxanada müalicədə olmayıblar. (İ/V 101). “Qətimkan tədbirinin seçilməsi barədə” 16 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. (İ/V 147). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2022-ci il tarixd AR CM-nin 263.1-1-ci maddəsi ilə barəsində olan cinayət işi üzrə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmişdir. (İ/V 22). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətləri ilə bağlı protokollar və işin digər materialları ilə tam sübuta yetirilir onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən ləndirilən şəxs Təqsirləndirilən şəxs əvəllər məhkum olmamasını halını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi 36 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-245/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin Müdafiəçi2 vəkil işlədiyi 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Toyota Prius” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı və “Toyota Camry" markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin ibtidai istintaq zamanı sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi 36 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar