Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-245/2025 08.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Qanunçuluq” vəkil bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1987-ci ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşaqları olan, orta təhsilli, işsizAbşeron Rayon Məhkəməsinin 1(012)-987/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmiş,, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində kirayədə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq elmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında yerləşən “Main” yaşayış kompleksi, ev 27, mənzil 30 ünvanının giriş qapısını asma kilitlə bağlanılan hissədən dəmir link tətbiq edib açma yolu ilə qanunsuz mənzilə daxil olub, təmir prosesində olan mənzilin otaqlarında divarlar üzərində çəkilmiş, 4 mm qalınlıqda, bir metrin qiyməti 0,80 manat hesablanmaqla, hər bir topu 100 metr uzunluğunda və hər bir topun qiyməti 80 manat olmaqla, ümumi dəyəri 640 manat olan 8 ədəd mis metaldan olan elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 640 (altı yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə təxminən saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında yerləşən “Main” yaşayış kompleksi, ev 29, mənzil 96 ünvanının giriş qapısını asma kilitlə bağlanılan hissədən dəmir link tətbiq edib açma yolu ilə qanunsuz mənzilə daxil olub, təmir prosesində olan olan mənzilin otaqlarında divarlar üzərində çəkilmiş, 4 mm qalınlıqda, bir metrin qiyməti 0.80 manat hesablanmaqla, hər bir topu 100 metr uzunluğunda və hər bir topun qiyməti 80 manat olmaqla, ümumi dəyəri 640 manat olan, 8 ədəd mis metaldan olan elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 640 (altı yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə təxminən saat 15 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında yerləşən “Main” yaşayış konpleksi, ev 29, mənzil 65 ünvanının giriş qapısını kilitlə bağlanılan hissədən dəmir link tətbiq edib açma yolu ilə mənzilə qanunsuz daxil olub, təmir prosesində olan mənzilin otaqlarında divarlar üzərində çəkilmiş, 4 mm qalınlıqda, bir metrin qiyməti 0,97 manat hesablanmaqla, hər bir topu 100 metr uzunluğunda və qiyməti 97 manat olmaqla, cəmi 776 manat dəyərində olan 8 ədəd mis metaldan olan elektrik naqillərini və 2,5 mm qalınlıqda, bir metrinin qiyməti 0,53 manat hesablanmaqla, hər bir topu 100 metr uzunluğunda və hər bir topun qiyməti 53 manat olmaqla, cəmi 318 manat dəyərində 6 ədəd mis metaldan olan elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1094 (bir min doxsan dörd) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında yerləşən “Main” yaşayış konpleksi, ev 29, mənzil 7 ünvanında yerləşən təmirsiz mənzilin balkon hissəsindən keçməklə, divara bərkidilmiş dəmir barmaqlıqlardan istifadə edib həmin binanın 3-cü mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus 4 saylı mənzilin balkon hissəsinə enmiş, balkonun plastik qapısını fiziki güc tətbiq edib açma yolu ilə qanunsuz içəri daxil olaraq, mənzilin dolab və saxlanc yerlərindən - 1 ədəd dəyəri 200 manat olan istifadədə olmuş “Samsung” markalı, GT-N8000 model planşet, 1 ədəd dəyəri 150 manat olan istifadədə olmuş “g-tab” markalı, F8X model planşet, 1 ədəd dəyəri 200 manat olan istifadədə olmuş “Fujitsu Compag mini” markalı notebook (cərəyan naqili ilə birlikdə), 01 ədəd dəyəri 50 manat olan istifadədə olmuş üzərində “Gurfice CF6205” yazısı olan qol saatı, 01 ədəd dəyəri 50 manat olan istifadədə olmuş üzərində “Swaymond” yazısı olan “Sİ 175” nömrəli qol saatı, 01 ədəd dəyəri 50 manat olan istifadədə olmuş üzərində “Lois Cardın” yazısı olan qol saatı, 01 ədəd dəyəri 1000 manat olan istifadədə olmuş üzərində “Le Mania” yazısı olan LM0169 nömrəli qol saatı, birgə dəyəri 30 manat olan 01 ədəd istifadədə olmuş 40 sm uzunluğunda bujiteriya boyunbağı və 02 ədəd istifadədə olmuş bujiteriya üzükləri, 01 ədəd dəyəri 40 manat olan istifadədə olmuş “camry” markalı tərəzi, 01 ədəd dəyəri 50 manat olan, istifadədə olmuş üzərində "Michael Kors MK 2080U (Chamonix)” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd 50 manat olan, istifadədə olmuş üzərində “Salvatore Ferragamo” yazısı olan gün eynəyi, 01 ədəd 50 manat olan, istifadədə olmuş üzərində “Valentino” yazısı olan gün eynəyi, 01 ədəd 50 manat olan, istifadədə olmuş üzərində “Boguan” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd dəyəri 20 manat olan, istifadədə olmuş üzərində “X28 Gun SL-E” yazıları olan şəffaf yapşıdırıcı aparat, 01 ədəd dəyəri 75 manat olan, istifadədə olmuş “Dwt patented” markalı, SBM06-16 model, 220-230 V yaşıl rəngli drel aparat, 01 ədəd dəyəri 5 manat olan, istifadədə olmuş kəlbətin, 01 ədəd dəyəri 330 manat olan, üzərində “Chirstian Dior” yazısı olan qadın geyim dəsti, 01 ədəd dəyəri 100 manat olan, istifadədə olmuş boz rəngli təkərli paltar çantası, 01 ədəd dəyəri 50 manat olan, istifadə olmuş boz rəngli iri paltar çantasından ibarət əşyaları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 2550 (iki min beş yüz əlli) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 8 ünvanında yerləşən “Main” yaşayış kompleksinə gəlmiş, əvvəllər orada təmir işlərinin getdiyini və tam olaraq yaşayış olmadığını bilmişdir. Həmin vaxtı o, binaya daxil olmuş, binada əsasən yaşayış olduğundan əksər mənzillərin qapısı bağlı olmuş, yuxarı mərtəbəyə qalxarkən isə orada mənzillərdən birinin qapısının örtülü, lakin açarla bağlı olmadığını görmüşdür. Mənzilə yaxınlaşaraq qapısını açıb içəri keçmiş, həmin mənzildə təmir yekunlaşmamışdır. Mənzilin içərisinə baxarkən təmir işləri getdiyi üçün hər hansı bir qiymətli əşya və ya vasitə olmamış, lakin divarlarda elektrik naqilləri çəkilmişdir. Mənzilin divarlarına bərkidilmiş misdən olan elektrik naqillərini söküb yığmış, məqsədi həmin mis naqilləri topa şəkildə bir yerə yığıb əlvan metal kimi satıb pul əldə etmək olmuşdur. O, həmin mənzildən sökdüyü naqilləri sellofan torbaya yığaraq və giriş hissəsinin qapısını yenidən örtərək oranı tərk etmişdir. Oğurladığı mis naqillər ilə kifayətlənməmiş və digər tərəfdə olan təmir gedən binaya da keçib mənzillərdən mis naqilləri oğurlamağı düşünmüşdür. Bundan başqa o, həmin tarixdə yaşayış kompleksində yerləşən 29 nömrəli binaya yaxınlaşmış, həmin binada yaşayış az olduğundan və əksər mənzillərin təmir prosesində olduğundan mənzillərə girib mis naqilləri oğurlamağı düşünmüşdür. Həmin vaxtı liftdən istifadə etməklə binanın 22-ci mərtəbəsinə qalxaraq mənzilə yaxınlaşmış, mənzilin giriş hissəsi köhnə dəmir qapı ilə örtülü və üzərində isə asma kilidi olmuşdur. O, həmin kilidi ling vasitəsilə fiziki güc ilə çəkib açaraq mənzilə daxil olmuşdur. Mənzilin içərisinə baxarkən təmir işləri getdiyi üçün hər hansı bir qiymətli əşya və ya vasitə olmamış, lakin divarlarda elektrik naqilləri çəkilmişdir. Həmin vaxtı dəmir lingin vasitəsilə mənzilin divarlarına bərkidilmiş misdən olan elektrik naqillərini söküb yığmış, məqsədi həmin mis naqilləri əlvan metal kimi satıb pul əldə etmək olmuşdur. O, həmin mənzildən sökdüyü naqilləri də sellofan torbaya yığaraq mənzilin giriş qapısını örtərək oranı tərk etmişdir. Bundan sonra o, həmin tarixdə, təxminən saat 15 radələrində liftdən istifadə etməklə həmin binanın 15-ci mərtəbəsinə enərək mənzilə yaxınlaşmış, mənzilin giriş hissəsi yerinə yeni quraşdırılmış və aralıqları boş olan dəmir qapı ilə örtülü və daxili kilitlə bağlı olmuş. Həmin vaxtı o, yuxarı mərtəbədən götürdüyü dəmir ling vasitəsilə həmin qapının kilid hissəsinə fiziki güc tətbiq edib açaraq içəri daxil olmuşdur. Bu zaman o, mənzilin divarlarına bərkidilmiş misdən olan həmin elektrik naqillərini söküb yığmış, məqəsədi həmin mis naqilləri də lopa şəkildə bir yerə yığıb əlvan metal kimi satıb pul əldə etmək olmuşdur. O, həmin mənzildən sökdüyü naqilləri sellofan torbaya yığaraq və giriş hissəsinin qapısını örtərək oranı tərk etmişdir. Bundan başqa o, həmin tarixdə, təxminən saat 16 radələrində liftdən istifadə etməklə həmin binanın 4-cü mərtəbəsinə enərək təmirdə olan mənzilə yaxınlaşmış, mənzilin giriş hissəsi köhnə dəmir qapı ilə örtülü olmuşdur. Həmin vaxtı o, qapını açıb içəri daxil olmuşdur. Mənzilin içərisinə baxarkən təmir işləri getdiyi üçün hər hansı bir qiymətli əşya və ya vasitə, eləcə də naqillər olmamışdır. Həmin mənzilin balkon hissəsindən çölə baxarkən aşağı mərtəbəyə enmək qərarına gəlmiş, mənzilin balkon hissəsinə quraşdırılmış dəmir barmaqlıqlardan tutaraq aşağı mənzilin divarına quraşdırılmış kondisioner aparatının üzərinə çıxmaqla həmin binanın 3cü mərtəbəsinə, balkon hissəsinə enmişdir. Orada iki mənzil olmuş, mənzillərdən biri təmirsiz və içərisində hər hansı bir qiymətli əşya və ya vasitə, naqil olmamış, digər mənzil isə təmirli olduğundan içərisində yaşayış olmasını düşünmüşdür. O, həmin 4 nömrəli mənzilə balkonun açıq olan plastik qapısından keçməklə içəri daxil olmuşdur. Mənzilə baxarkən orada yaşayış olmadığını və əşyaların dağınıq halda olmasını görmüşdür. Həmin vaxtı mənzilin salonunda giriş hissədə yerləşən dolabdan bir ədəd təkərli paltar çantası (çemodanı) və bir ədəd iri çanta götürmüşdür. Məqsədi digər mənzillərdən oğurladığı mis naqilləri həmin çantaya yığıb və binanı tərk etmək olmuşdur. Həmin çantanı götürüb açdıqda içərisində 1 ədəd bujiteriya boyunbağı və 2 ədəd bujiteriya üzüklər, 4 ədəd eynək və eynəklərin qutuları, 4 ədəd qol saatları, 1 ədəd göy rəngli isti yapışdırıcı aparat olmuşdur. O, evin digər dolabından 2 ədəd planşetlər, 1 ədəd netbuk kompüter və kompüterin 1 ədəd cərəyan naqilini, 1 ədəd yaşıl rəngli drel aparatını, 1 ədəd kəlbətini, həmçinin 2 ədəd parfum ətirləri və 2 ədəd paltar-geyim əşyasını da götürüb həmin çantaya yığaraq evin balkon hissəsinə çıxıb orada isə yan tərəfdə olan təmirsiz mənzilə keçərək və açıq qapıdan həmin mənzili tərk etmişdir. Digər mənzillərdən oğurladığı mis naqilləri də həmin çantalara yığaraq çıxıb getmişdir. Bundan sonra o, oğurladığı mis naqilləri aparıb Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şösesi 1 ünvanında yerləşən əlvan metal qəbulu məntəqəsində işləyən Ayaz adlı şəxsə satmış və cəmi 105 manat pul əldə etmişdir. Oğurladığı digər əşyalardan 3 ədəd eynəkləri və eynəklərin qutuları ilə birlikdə, 2 ədəd ətirləri, 1 ədəd qol saatı və 2 ədəd geyim əşyalarını bir sellofan torbaya qoyaraq özü ilə götürmüş, digər əşyaları isə elə həmin çantada bağlı vəziyyətdə həmin metal qəbulu məntəqəsində saxlayıb Ayazdan xahiş etmişdir ki, orada müvvəqqəli saxlasın, başqa yerə gedəcəyini və qayıdan zaman götürəcəyini bildirmişdir. Bundan sonra çıxıb getmişdir. Oğurluq etdiyinə görə polis əməkdaşları ona yaxınlaşmış və onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o, etdiyi cinayət hadisələrini etiraf etmiş, oğurladığı əşyaları hara satdığını və harada saxladığı yerləri polisə bildirmişdir. O, zərərçəkən şəxslərə vurduğu maddi zərəri tam şəkildə ödəmiş, etdiyi hərəkətlərdən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, onun Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 8, “Main” yaşayış konpleksi, bina 27, 8-ci mərtəbə, mənzil 30 ünvanında evi vardır, həmin evi 2019cü ildə təmirsiz vəziyyətdə almış, həmin vaxtdan da hissə-hissə olaraq evi təmir etdirməyə başlamışdır. O, arabir gedib evə nəzarət etməyə gəlib-getmiş, evin giriş qapısı isə köhnə tipli dəmir qapıdan ibarət olmuş, qapı isə asma kilit vasitəsilə bağlanmışdır. 2024-cü ilin dekabr ayının ortalarında evində tanıdığı ustalar tərəfindən təmir işlərini başlatmış, ilin sonun olduğundan və yeni ilin gəlişi ərəfəsində təmir işi dayanmış, həmin ərəfədə artıq ustalar bayrama çıxmışlar. O, da həmin ərəfədə, yəni xx.xx.2024-cü il tarixdə evinə gedib təmir olunması vəziyyətinə baxmış, həmin vaxt hər şey qaydasında olmuşdur. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə gedib evinə baxarkən, evin giriş qapının asma kilidinin açılmış vəziyyətdə olmasını görmüş, içəri keçdikdə isə evin divarlarından elektrik naqillərinin kəsildiyini və divardan sökülərək yerindən çıxarıldığını aşkar etmişdir. Həmin vaxt evindən oğurluq olmasını və elektrik naqillərinin oğurlanmasını başa düşmüşdür. Evində başqa hər hansı bir qiymətli əşya və ya vasitə olmamışdır. Evində elektrik naqilləri çəkildiyi ərəfədə o, ustalara cəmi 8 ədəd topa şəkildə hər bir topu 100 metr olmaqla, göyqırmızı rəngli, 4 mm qalınlıqda elektrik naqilləri alıb vermiş, həmin naqillərin 1 ədəd topunu 50 manata almış, 8 ədəd elektrik topuna isə cəmi 400 manat pul vermiş, naqillər evində tam şəkildə istifadə olunmuşdur. Ona görə də, evindən oğurlanmış elektrik naqillərinə görə ona cəmi 400 manat və naqillər oğurlanan zaman isə divarlarda söküntü olmasına görə mənzilinin təxminən 1100 manat təmir xərcləri olmaqla, ona ümumilikdə 1500 manat maddi ziyan vurulmuşdur. Evindən oğurluq hadisəsi olması barədə xx.xx.2025-ci il tarixində Yasamal RPİ-nin 29-cu PŞ-ə ərizə ilə müraciət etmişdir. Hadisənin konkret olaraq kim tərəfindən törədilməsini görməmiş, hadisəni törətmiş şəxsin evə giriş qapısının asma kilidini açmaqla girməsindən şübhə etmişdir. Polis İdarəsində aparılan araşdırma zamanı evindən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, onu tanımamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Evinin otaqlarının divarlarında çəkilmiş elektrik naqilləri oğurlanmış, buna görə də ona ümumilkdə 1500 manat maddi ziyan vurulmuşdur. Həmçinin o, mənzilindən oğurluq hadisəsinin xx.xx.2024-cü il tarixdə saat 13 radələrində baş verməsini qeyd edərək və dəymiş zərərin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə uyğun qəbul edilməsini, mənzilindən oğurlanmış naqillərin ümumi dəyərinin 640 manat göstərilməsi ilə bağlı ekspertiza rəyi ilə razı olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 1 ünvanında Xırdalan dairəsi yaxınlığında əlvan metal qəbulu məntəqəsində işləyir, təxminən 9 ildir ki, əlvan metalların alışı-satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, işlədiyi metal qəbulu məntəqəsinə əlvan metallar gəlirdiyi zaman görmüş, aralarında heç bir yaxın münasibəti olmamış, həmçinin aralarında ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs işlədiyi əlvan metal qəbulu məntəqəsinə gəlmiş, yanında bir ədəd təkərli boz rəngli çanta və bir ədəd də iri, boz rəngli dolu vəziyyətdə əl çantası olmuşdur. Təqsirləndirilən şəxs yaxınlaşaraq istifadəyə yararsız mis naqillərdən ibarət əlvan metal olmasını və satmaq istədiyini bildirmişdir. O da etiraz etməmiş, ala biləcəyini demişdir. Amid iri boz rəngli çantanı gətirərək içərisindəki naqilləri təqdim etmiş, həmin naqilləri tikinti zamanı yararsız olmasını və satmaq istədiyini bildirmişdir. O, həmin naqillərə baxdıqda kəsilmiş-doğranmış, istifadəyə yararsız mis naqillər olmuş, həmin çantada olan mis naqilləri çəkdikdə 35 kq bərabər olmuşdur. Həmin mis naqillər təmizlənmədiyinə görə, yəni mis hissəsi naqilin qabıq hissəsindən ayrılmadığı üçün o, Amidə həmin əlvan metalı bir kiloqramını 3 manatdan ala biləcəyini bildirmişdir. Həmçinin mis metalı təmiz vəziyyətdə olsa idi, 8 manatdan ala biləcəyini, lakin gətirdiyi mis metalının naqil qabıqları ilə birlikdə olmasını, yarıdan çoxunun qabığı təşkil etməsini demişdir. Amid də etiraz etməmişdir. Beləliklə o, 35 kq mis naqillərə görə Amidə 105 manat pul vermişdir. Bundan sonra Amid ondan digər boz təkərli çantanı müvəqqəti onun yanında saxlamaq istədiyini, bir yerə gedib işini görüb gəlib götürəcəyini bildirmişdir. O da etiraz etməmiş və məntəqədə bir kənarda saxlaya biləcəyini bildirmişdir. Bundan sonra Amid çıxıb getmiş və həmin günü gəlməmiş, o da telefonu olmadığı üçün zəng edə bilməmiş, həmin çantaya da dəyməmiş, fikirləşmişdir ki, yadından çıxıb və gəlib götürəcəkdir. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları gəlmiş, özlərini təqdim etdikdə onların Yasamal polis idarsinin əməkdaşları olduğunu bildirmişdir. Polis əməkdaşlarının yanlarında ona mis naqillər satdığı üçün tanıdığı Təqsirləndirilən şəxs olmuş, orada ona Amidin gətirib satdığı mis naqillərin oğurluq yolu ilə əldə olunmasını demişlər və həmin mis naqilləri, həmçinin Amidin məntəqədə saxladığı bir ədəd boz rəngli təkərli çantanı təqdim etməyini tələb etmişlər. O da həmin mis naqilləri qoyduğu yeri və təkərli çantanın olduğu yeri polis əməkdaşlarına göstərmişdir. Bundan sonra iştirakçılarla birlikdə həmin mis naqillərə, eləcə də bir ədəd boz rəngli təkərli çantaya baxış keçirilmiş və polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş və imzalarla təsdiq edilmişdir. O, orada polis əməkdaşlarına Amidin oğurluq etməsini bilmədiyini, nə vaxt və hansı məbləğdə mis naqilləri gətirməsi ilə bağlı Amidin barəsində bildirmişdir. Aparılan araşdırma zamanı bilmişdir ki, Amid həmin naqilləri evlərdən oğurlamışdır. O, Təqsirləndirilən şəxs həmin oğurluq hadisəsini nə vaxt və hansı şəraitdə, haradan törətməsindən heç bir məlumatı olmamış, Amidin oğurluq etməsini bilməmiş və Amid özü də ona bu barədə deməmiş, o, bu barədə məlumatsız olmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, ünvan 3 ünvanında evi vardır, həmin evi 2023-cü ilin yay aylarında təmirsiz vəziyyətdə almış, həmin vaxtda da hissə-hissə olaraq evi təmir etdirməyə başlamışdır. O, arabir gedib evə nəzarət etməyə gəlib-getmiş, evin giriş qapısı isə köhnə tipli dəmir qapıdan ibarət olmuş, qapı isə asma kilit vasitəsilə bağlanmışdır. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə evə gəlmiş, evin giriş qapımın asma kilitinin açılmış vəziyyətdə olmasını görmüş, içəri keçdikdə isə evin divarlarında çəkilmiş elektrik naqillərinin söküldüyünü, kəsilməklə yerindən çıxarıldığını aşkar etmişdir. Həmin vaxtı evindən oğurluq olmasını və elektrik naqillərinin oğurlanmasını başa düşmüşdür. Evində başqa hər hansı bir qiymətli əşya və ya vasitə olmamışdır. Evində təmir işləri gedən zaman elektrik naqilləri çəkildiyi ərəfədə o, ustalara cəmi 8 ədəd topa şəkildə hər bir topu 100 metr olmaqla, göy-qırmızı rəngli, 4 mm qalınlıqda elektrik naqilləri alıb vermiş, həmin naqillərin 1 ədəd topunu 50 manata almış, 8 ədəd elektrik topuna isə cəmi 400 manat pul vermiş və həmin naqillər evində tam şəkildə istifadə olunmuşdur. Ona görə də, evindən oğurlanmış elektrik naqillərinə görə ona cəmi 400 manat və naqillər oğurlanan zaman isə divarlarda söküntü olmasına görə mənzilinə təxminən 600 manat təmir xərcləri olmaqla, ona ümumilikdə 1000 manat maddi ziyan vurulmuşdur. Evindən oğurluq hadisəsi olması barədə xx.xx.2025-ci il tarixində Yasamal RPİ-nin 29-cu PŞ-də ərizə ilə müraciət etmişdir. Hadisənin konkret olaraq kim tərəfindən törədilməsini görməmiş, hadisəni törətmiş şəxsin evə giriş qapısının asma kilidini açmaqla girməsindən şübhə etmişdir. Polis İdarəsinda aparılan araşdırma zamanı evindən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, onu tanımamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Evindən otaqların divarlarında çəkilmiş elektrik naqilləri oğurlanmış, buna görə də ona cəmi 1000 manat maddi ziyan vurulmuşdur. Həmçinin o, mənzilindən oğurluq hadisəsinin xx.xx.2024-cü il tarixdə saat 14 radələrində baş verməsini qeyd edərək və dəymiş zərərin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə uyğun qəbul edilməsini, mənzilindən oğurlanmış naqillərin ümumi dəyərinin 640 manat göstərilməsi ilə bağlı ekspertiza rəyi ilə razı olmasını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, ünvan 4 ünvanında mənzili vardır, həmin mənzili 2024-cü ilin yaz aylarında təmirsiz vəziyyətdə almış, həmin vaxtda da hissə-hissə olaraq evi təmir etdirməyə başlamışdır. O, arabir gedib mənzilə nəzarət etməyə gəlibgetmiş, mənzilin giriş qapısı isə yeni tipli, mərkəzi kilit sistemi ilə bağlanan dəmir qapıdan ibarət olmuşdur. xx.xx.2024-cü il tarixdə gedib mənzilə və təmir olunması vəziyyətinə baxmış, həmin vaxtı hər şey qaydasında olmuşdur. Sonuncu dəfə isə xx.xx.2025-ci il tarixdə gedib mənzilə baxan zaman giriş qapısının kilitlə bağlanan hissədən zədə yetirilməklə açılmış vəziyyətdə olması görmüşdür. İçəri keçdikdə isə mənzilin divarlarında çəkilmiş elektrik naqillərinin söküldüyünü, naqillərin kəsilməklə yerindən çıxarıldığını aşkar etmişdir. Həmin vaxtı mənzildən oğurluq olmasını və elektrik naqillərinin oğurlanmasını başa düşmüşdür. Evdə başqa hər hansı bir qiymətli əşya və ya vasitə olmamışdır. Mənzildə təmir işləri gedən zaman elektrik naqilləri çəkildiyi ərəfədə o, cəmi 8 ədəd topa şəkildə hər bir topu 100 metr olmaqla, göy-qırmızı rəngli, 4 mm qalınlıqda elektrik naqilləri almışdır. Həmin naqillərin 1 ədəd topunu 97 (orginal, lakin orginal olmayanı 50 manatdır) manata almış, 8 ədəd elektrik topuna isə cəmi 776 manat pul vermiş və həmin naqillər evində tam şəkildə istifadə olunmuşdur. Bundan başqa o, təmir zamanı cəmi 6 ədəd topa şəkildə hər bir topu 100 metr olmaqla, göy-qırmızı-sarı rəngli, 2,5 mm qalınlıqda elektrik naqilləri almış, həmin naqillərin 1 ədəd topunu 53 (orginal) manata almış, 6 ədəd elektrik topuna isə cəmi 318 manat pul vermiş və həmin naqillər evində tam şəkildə istifadə olunmuşdur. Evindən oğurlanmış elektrik naqillərinə görə ona cəmi 1094 manat, naqillər oğurlanan zaman isə evin divarlarında söküntü olmasına və evin giriş qapısına zədə yetirməsinə görə isə mənzilinə təxminən 4000 manat kimi təmir xərcləri olmaqla ziyan dəymişdir. Ona ümumilikdə 5000 manat maddi ziyan vurulmuşdur. Mənzilindən oğurluq hadisəsi olması barədə xx.xx.2025-ci il tarixində Yasamal RPİ-nin 29-cu PŞ-də ərizə ilə müraciət etmişdir. Hadisənin konkret olaraq kim tərəfindən törədilməsini görməmiş, hadisəni törətmiş şəxsin evə giriş qapısının asma kilidini açmaqla girməsindən şübhə etmişdir. Polis İdarəsində aparılan araşdırma zamanı evindən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, onu tanımamış, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmçinin o, mənzilindən oğurluq hadisəsinin xx.xx.2024-cü il tarixdə saat 15 radələrində baş verməsini qeyd edərək və ona elan edilmiş Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını, dəymiş zərərin ekspertiza rəyində daha az göstərilməsini, ona görə də, mənzilindən oğurlanmış naqillərə dəymiş zərərin məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə uyğun deyil, onun göstərməsinə əsasən 1094 manat kimi qəbul olunmasını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun Bakı şəhəri, ünvan 5 ünvanında fərdi yaşayış evi vardır, o, həmin evi 7-8 il bundan əvvəl arvadı X9 üçün almış, həmin ev təmirli olsa belə, lakin hazırda həmin evdə yaşayış yoxdur. Lakin evdə müəyyən qiymətli əşyalar olmuşdur. O, arabir gedib evə baxmış, sonuncu dəfə isə həmin evə xx.xx.2024-cü ildə gedib baxmışdır. Evin balkon hissəsinin qapısı açıq olmasını görmüş, həmin qapını örtərək və birdə evdə olan əşyalara nəzər yetirmədən çıxıb getmişdir. xx.xx.2025-ci il tarixində təxminən saat 13 radələrində evə baxmağa gəlmiş, qapını açıb içəri daxil olan zaman, əşyaların yerə dağıdılmasını, oğurluq hadisəsinin olmasını aşkar etmişdir. Diqqətlə evə baxan zaman, evdən 1 ədəd dəyəri 200 manat olan işlənmiş “Samsung” markalı planşetin, 1 ədəd dəyəri 150 manat olan işlənmiş “g-tab” markalı planşetin, 1 ədəd dəyəri 200 manat olan “fujitsu” markalı netbuk və onun 1 ədəd cərəyan naqilinin, 3 ədəd hər birinin dəyəri təxminən 50 manat olan qadın qol saatları və 1 ədəd dəyəri 1000 manat olan qadın qol saatı, birgə dəyəri 30 manat olan 1 ədəd bujiteriya boyunbağı və 2 ədəd bujiteriya üzükləri, 1 ədəd dəyəri 40 manat olan “camry” markalı tərəzi, 4 ədəd hər birinin dəyəri 50 manat olan gün eynəkləri və onların qutuları, 1 ədəd dəyəri 20 manat olan ağ rəngli şəffaf yapışdırıcı aparatı, 1 ədəd dəyəri 75 manat olan “Dwt patented” yaşıl rəngli drel aparatı, 1 ədəd dəyəri 5 manat olan kəlbətin, 1 ədəd dəyəri 330 manat olan qadın geyim dəstinin, 1 ədəd dəyəri 100 manat olan təkərli paltar çantasının, 1 ədəd dəyəri 50 manat olan iri paltar çantasının oğurlanmasını aşkar etmişdir. Evindən baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2550 manat maddi ziyan vurulmuşdur. Oğurluq hadisəsi barədə xx.xx.2025-ci il tarixində Yasamal RPİ-nin 29-cıı PŞ-də ərizə ilə müraciət etmiş, hadisənin konkret olaraq kim tərəfindən törədilməsini görməmiş, hadisəni törətmiş şəxsin evə giriş qapısının asma kilidini açmaqla girməsindən şübhə etmişdir. Polis İdarəsinda aparılan araşdırma zamanı evindən oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ona məlum olmuşdur. O, Təqsirləndirilən şəxs əvvəllər görməmiş, onu tanımamış, aralarında heç bir düşmənçiliyi olmamışdır. Həmçinin o, mənzilindən oğurluq hadisəsinin xx.xx.2024-cü il tarixdə saat 16 radələrində baş verməsini qeyd edərək və ona elan edilmiş Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı olmadığını, dəymiş zərərin ekspertiza rəyində daha az göstərilməsini, ona görə də dəymiş zərərin məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə uyğun deyil, onun göstərməsinə əsasən 2550 manat kimi qəbul olunmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev 27, mənzil 30 ünvanı – Zərərçəkmiş şəxs1 məxsus 3 otaqlı mənzilə tərəfindən baxış kçeirilmişdir. Baxış zamanı təhqiqatçı tərəfindən hadisə yerinin foto şəkilləri çəkilərək protokollaşdırılmışdır. X18, Moskva prospekti 8, bina 29, mənzil 4-də yerləşir. Evə daxil olan zaman sağ tərəfdə sanitar qovşağı var. Kolidorun sol tərəfində paltar şkafı, paltar şkafının sağında mətbəx mövcuddur. Mətbəxdə sağ tərəfdə mətbəx mebeli var (cild 01, i.v. 7-10). “Baxış keçirilməsi haqqında” 03 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, X18, Moskva prospekti 8, bina 29, mənzil 4-də yerləşir. Evə daxil olan zaman sağ tərəfdə sanitar qovşağı var. Kolidorun sol tərəfində paltar şkafı, paltar şkafının sağında mətbəx mövcuddur. Mətbəxdə sağ tərəfdə mətbəx mebeli var (cild 01, i.v. 18-21). “Baxış və götürmə haqqında” 05 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X10, HK-1/20 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsi, nömrəsiz Ö/T-li fərdi yaşayış evində tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Yasamal RPİ-nin 29- cu PŞ-nin sahə inspektoru, polis mayoru X5, həmin şöbənin sahə rəisi, polis baş leytenantı X3, xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən, nömrəsiz fərdi həyət evində yaşayan Təqsirləndirilən şəxs və dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baş vermiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs oğurladığı əmlakı saxladığı, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən, özü tikili, nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış keçirilərkən hal şahidlərinə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulan aşağıdakı vəzifələri izah edilmişdir. Baxış zamanı müəyyən edildi ki, qeyd olunan ünvan ünvan 7idir. Evə daxil olan zaman qarşısı koridor, solda mətbəx və hamam otağı, öndə 1 ədəd öndə sol hissədə bir ədəd və sağda 1 ədəd otaq yerləşir. Həmin evdə olan zaman, vətəndaş Təqsirləndirilən şəxs, müxtəlif evlərdən oğurlamış olduğu əşyaların bir qismini sözgedən, kirayə olaraq yaşadığı mənzilə gətirdiyini bildirərək, əli ilə qarşıda ön hissədə olan otağı göstərdi, otağa daxil olduqdan sonra solda kiçik həcmli masa, sağda isə qış döşəklərinin yerləşdirilməsi aşkar olundu. Vət.Təqsirləndirilən şəxs oğurladığı əşyaları masanın üzərində yığaraq əli ilə göstərdi. Masanın üzərindəki əşyalara baxış keçirən zaman. 1 ədəd “michael kors” markalı, 1 ədəd “ferragamo” markalı, 1 ədəd “boguan” markalı gün eynəkləri, 3 ədəd eynək qutusu, 1 ədəd “gurfice” markalı qol saatı, 2 ədəd geyim əşyası aşkar edildi. Həmçinin masanın kənar hissəsində 1 ədəd “roses noir” markalı, 1 ədəd “sepcial for rena” markalı ətirlərində olması müəyyən olundu. Təqsirləndirilən şəxs həmin 02 ədəd ətirlərin ona məxsus olmasını və lakin digər əşyaları isə oğurladığını qeyd edərək təqdim etdi. Həmçinin Təqsirləndirilən şəxs mənzillərdən oğurluq edən zaman əldə etdiyi naqilləri isə əlvan metal qəbulu məntəqəsinə satdığını və digər bir qisim əşyaları da həmin metal qəbulu məntəqəsində saxladığını qeyd etməklə, həmin əşyaları da təqdim edə biləcəyini bildirdi. Baxış və götürmə zamanı 02 ədəd ətirlər Təqsirləndirilən şəxs məxsus olduğundan və iş üçün əhəmiyyət kəsb etmədiyindən götürülmədi. Lakin iştirakçıların iştirakı ilə qeyd olunan digər əşyalar iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən materiala və protokola əlavə edilməsi üçün götürüldü. Baxış və götürmə zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya vasitə aşkar edilmədi və götürülmədi. Baxış və götürmə keçirilən zamanı “Samsung” markalı fotoaparatın tətbiqi ilə fotoşəkillər çəkilərək protokol tərtib olundu, fotoşəkillər çıxarıldıqdan sonra protokola əlavə ediləcəkdir. Protokol baxış iştirakçılarına oxundu, heç bir şikayət, əlavə və düzəliş daxil olmadı, düzgün tərtib edilmişdir, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edildi (cild 01, i.v. 28-31). “Baxış keçirilməsi haqqında” 31 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Yasamal rayonu, Moskva prospektində yerləşən X18ndə 29-cu bina, 15-ci mərtəbədəki evdir. Mənzilə daxil olduqda sol tərəfdə elektrik qovşağı var. Sağ tərəfdə tikinti materialları var. Giriş qapısı ilə üzbəüz 3 otaq var. Mənzil remontsuzdur. Yarı təmirlidir (cild 01, i.v. 39-43). “Baxış keçirilməsi haqqında” 04 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Moskva pr. 3168-ci məhəllə, “Main” yaşayış kompleksi, blok 29, mərtəbə 22, mənzil 96 ünvanında baş vermişdir. Qeyd olunan mənzilin giriş qapısı dəmir və asqılı kilidlə bağlanır. Vətəndaş Zərərçəkmiş şəxs2 həmin mənzilin içərisini göstərərək bildirdi ki, naməlum şəxs giriş qapısının kilidini sındıraraq içəri daxil olmuş və təmir işləri getdiyi üçün bütün otaqlarda divara quraşdırılmış naqilləri sökərək oğurlamışdır. Vətəndaş Zərərçəkmiş şəxs2 oğurluq hadisəsi nəticəsində ona 1000 manat ziyan dəydiyini və bu barədə xx.xx.2025-ci il tarixdə məlumatlandığını bildirdi (cild 01, i.v. 53-58). “Baxış və götürmə haqqında” 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X10, icraatında olan HK-1/20 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 1 ünvanında yerləşən, adsız, metal qəbulu iaşə obyektində tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru, polis mayoru X5, həmin şöbənin sahə rəisi, polis baş leytenantı X3, xx.xx.1987-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən, nömrəsiz fərdi həyət evində kirayədə yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1984-cü ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Binəqədi rayonu, Sumqayıt şosesi, Azəryol Servizin yataqxanasında yaşayan, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 1 ünvanında yerləşən, adsız, metal qəbulu iaşə obyektində işləyən Şahid və dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baş vermiş oğurluq hadisəsi ilə bağlı Təqsirləndirilən şəxs oğurladığı əmlakı satdığı, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 1 ünvanında yerləşən, adsız, metal qəbulu iaşə obyektinə baxış keçirmişdir. Baxış keçirilərkən hal şahidlərinə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulan aşağıdakı vəzifələri izah edilmişdir. Baxış zamanı müəyyən edildi ki, qeyd olunan ünvan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 1 ünvanında yerləşən, adsız, metal qəbulu iaşə obyektidir. Sözügedən iaşə obyekti, Xırdalan dairəsi yaxınlığında yerləşir. Həmin yerdə metal qəbulu boş sahədə yerləşmişdir. İaşə obyektində olan zaman, şübhəli şəxs qismində, vətəndaş Təqsirləndirilən şəxs, müxtəlif evlərdən oğurlamış olduğu əşyalardan mis naqilləri sözügedən işaə obyektinə satdığını, bir qismini çemodanın içində orada saxlanc məqsədi ilə saxladığı və az bir qismini isə yaşadığı evə apardığını bildirərək, əli ilə 1 ədəd boz rəngli təkərləri olan yük çantasını, obyektin sağ hissəsində, 1 ədəd boz rəngli iri yük çantasını və həmin çantada olan naqilləri göstərdi. 01 ədəd boz rəngli təkərləri olan yük çantasına baxış keçirilən zaman, içərisində, 1 ədəd “louis cardin” markalı, 1 ədəd “lemania” markalı, 1 ədəd “swaymond” markalı qol saatları, 1 ədəd üzərində şəffav daşqaşları olan boyunbağı, 2 ədəd üzərində şəffav daş-qaşları olan üzüklər, 1 ədəd “camry” markalı tərəzi, 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “g-tab” markalı planşet, 1 ədəd “fujitsu” markalı netbuk və 1 ədəd “fujitsu” markalı netbuk-un cərəyan naqili (şarj aləti), 1 ədəd “valentino” markalı eynək, 1 ədəd “si jie long” markalı ağ rəngli isti yapışıdırıcı aparat, 1 ədəd “Dwt patented” yaşıl rəngli drel aparatı, 1 ədəd kəlbətin və 1 ədəd təxminən 100 sm uzunluqda dəmir ling aşkar edildi. Bundan sonra digər 1 ədəd boz rəngli iri yük çantasına baxış keçirən zaman içərisində kəsilmiş-doğranmış halda naqillər olması aşkar edildi, həmin naqillər, qırmızı, göy, sarı rəng çalarlarından olmaqla mis materialdan ibarət olmuşdur, həmin naqillər kəsilmiş-doğranmış halda olduğu üçün hansı uzunluqda və həcmdə olmasını müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı həmin mis naqillər tərəzidə çəkildi və təxminən 35 kq olması müəyyən olundu. Baxışda iştirak edən vətəndaş Təqsirləndirilən şəxs sözügedən çantaların içərisindəki əşyalarla birlikdə Bakı şəhəri, Yasamal rayonu, Moskva pr 8 ünvanında yerləşən “Main” yaşayış kompleksində yerləşən mənzillərdən oğurladığı, aşkar edilən 1 ədəd dəmir ling vasitəsilə isə mənzilin qapılarını açmaqda istifadə etdiyini bildirdi. Vətəndaş həmin mənzillərdən oğurluq edən zaman əldə etdiyi həmin mis naqilləri elə boz rəngli yük çantasında həmin iaşə obyektinə gətirib satdığını, lakin digər boz rəngli təkərləri olan yük çantasım isə içərisindəkilərlə birlikdə saxlanc məqsədi ilə, sonra gəlib götürməsi üçün həmin obyektə yerləşdirdiyini, bir qisim əşyanı isə yaşadığı evə apardığını qeyd etdi. Bundan sonra iştirakçıların iştirakı ilə qeyd olunan çantalar və içərisindəki əşyalar, eləcə də topa şəklində mis naqillər və 01 ədəd dəmir ling iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən materiala və protokola əlavə edilməsi üçün götürüldü. Baxış və götürmə zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya vasitə aşkar edilmədi və götürülmədi. Baxış və götürmə keçirilən zamanı “Samsung” markalı fotoaparatın tətbiqi ilə fotoşəkillər çəkilərək protokol tərtib olundu, fotoşəkillər çıxarıldıqdan sonra protokola əlavə ediləcəkdir. Protokol baxış iştirakçılarına oxundu, heç bir şikayət, əlavə və düzəliş daxil olmadı, düzgün tərtib edilmişdir, doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edildi (cild 01, i.v. 64-70). “İfadənin yerində yoxlanması barədə” 07 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində verdiyi ifadəsinin dəqiqləşdirmək məqsədi ilə ifadəsi yerində yoxlanılmış, sonuncu istintaqa verdiyi ifadəsinə əsasən oğurluq hadisəsini haradan və hansı şəraitdə törətməsini ifadəsinə uyğun olaraq göstərmişdir. İfadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə təxminən saat 13 radələrindən 16 radələrinədək olan vaxt ərzində, həmin “Main” yaşayış kompleksində əvvəlcə 27 nömrəli binaya daxil olaraq 30 nömrəli mənzilin önünə gəlmiş, mənzilin giriş qapısını kilitlə bağlanılan hissədən əl gücü ilə açmaqla içəri daxil olmuş, mənzilin otaqlarında divarlar üzərində çəkilmiş mis materialdan elektrik naqillərini söküb oğurlayaraq oranı tərk etmiş, bundan sonra o, həmin yaşayış kompleksində yerləşən 29 nömrəli binaya daxil olub lift vasitəsilə 22-ci mərtəbəyə qalxaraq 96 saylı mənzilin önünə gəlmiş, mənzilin giriş qapısının üzərində olan asma kilidi əl güçü ilə sındırıb açaraq içəri daxil olmuş, mənzilin otağının divarları üzərində çəkilmiş mis materialdan elektrik naqillərini oğurlayaraq oranı tərk etmiş, bundan sonra o, həmin binanın 15-ci mərtəbəsinə enərək 65 saylı mənzilin önünə gəlmiş, mənzilin giriş qapısını yuxarıdakı mənzildən götürdüyü dəmir ling vasitəsilə əl gücü tətbiq edib sıxıb açmaqla içəri daxil olmuş və mənzilin otağının divarları üzərində çəkilmiş mis materialdan elektrik naqillərini oğurlayaraq oranı tərk etmiş, bundan sonra isə o, həmin binanın 4-cü mərtəbəsinə enərək 7 saylı təmirsiz mənzilə daxil olmuş, həmin mənzildə oğurlayacaq heçnə tapmamış, həmin mənzilin balkon hissəsindən divara bərkidilmiş dəmir barmaqlıqlardan istifadə edərək həmin binanın 3-cü mərtəbəsinə, divarda quraşdırılmış kondisioner aparatının üzərindən keçməklə balkon hissəyə enmiş, həmin balkonun plastik qapısını əl gücü ilə sıxıb açaraq 4 saylı mənzilə daxil olmuş, orada dolabdan bir ədəd təkərli çemodan və bir ədəd iri çanta götürmüş, həmin çantalara oğurladığı mis naqilləri yığmış, çemodanı açdıqda içərisində 1 ədəd bujiteriya boyunbağı və 2 ədəd bujiteriya üzükləri, 4 ədəd eynək və eynəklərin qutuları, 4 ədəd qol saatları, 1 ədəd göy rəngli isti yapışdırıcı aparatı olmuş, o, evin digər dolabından 2 ədəd planşetləri, 1 ədəd netbuk kompüteri və onun 1 ədəd cərəyan naqilini, 1 ədəd yaşıl rəngli drel aparatını, 1 ədəd kəlbətini, həmçinin 2 ədəd parfum ətirləri və 2 ədəd paltar-geyim əşyasını da götürüb həmin çemodana yığaraq evin balkon hissəsinə çıxmış, orada isə yan tərəfdə olan təmirsiz mənzilə keçib açıq qapıdan çıxaraq həmin binanı tərk etmiş, digər mənzillərdən oğurladığı mis naqilləri də həmin çantalara yığaraq getdiyini bildirmişdir. İfadənin yerində yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, i.v. 153-174). “Əşyanın maddi sübut kimi tanınması barədə” 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə baxış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş, 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılmış 01 (bir) ədəd dəmir lingin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Yasamal RPİ-nin MSSK-na təhvil verilməsi, cinayət işi üzrə baxış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş, 02 ədəd göy rəngli sellofan torbalarda qablaşdırılmış, içərisində sarı, göy, qırmızı rənglərdə, istifadəyə yararsız elektrik naqillərinin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Yasamal RPİ-nin MSSK-na təhvil verilməsi, qərarın surətinin ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (cild 01, i.v. 217-219). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X16 daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-29/2-495/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 01, i.v. 230). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” X16 daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-30/2-26/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1987ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur (cild 01, i.v. 231). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X16 daxil olmuş xx.xx.2025-ci il tarixli, xx/xx-1199 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmayıb, xx.xx.2024-cü il tarixdən dispanser (5 - illik) narkoloji qeydiyyatdadır. Diaqnoz «Opioid və psixostimulyatorun qəbulu nəticəsində asılılıq sindiromu» (cild 01, i.v. 235). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X1 daxil olmuş 1/319 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməyib (cild 01, i.v. 236). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizası tərəfindən verilmiş 20 fevral 2025-ci il tarixli, 9/447 nömrəli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2805,37 manat müəyyən edilir. Cədvəlin 8 və 19-cu bəndində göstərilən 40 sm uzunluğunda bujiteriya boyunbağı və boz rəngli təkərli paltar çantası təyinatı üzrə istifadəyə yararsız vəziyyətdə olduğu üçün qiymətsiz hesab edilir. Cədvəlin 8-ci bəndi - 01 ədəd istifadədə olmuş 40 sm uzunluğunda bujiteriya boyunbağı, cədvəlin 19-cu bəndi - 01 ədəd istifadədə olmuş boz rəngli təkərli paltar çantası (cild 02, i.v. 7-13). “Əşyanın maddi sübut kimi tanınması barədə” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə baxış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd sellofan torbada qablaşdırılmış - 01 ədəd istifadədə olmuş “Samsung” markalı, GT- N8000 model planşet, 01 ədəd istifadədə olmuş “g-tab” markalı, F8X model planşet, 01 ədəd İstifadədə olmuş “Fujitsu Compag mini” markalı notebook (cərəyan naqili ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində “Gurfice CF6205” yazısı olan qol saatı, 01 ədəd İstifadədə olmuş üzərində “Swaymond” yazısı olan “Sİ 175” nömrəli qol saatı, 01 ədəd İstifadədə olmuş üzərində “Lois Cardın” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Le Mania” yazısı olan LM0169 nömrəli qol saatı, 01 ədəd istifadədə olmuş 40 sm uzunluğunda bujiteriya boyunbağı (qırıq vəziyyətdə), 02 ədəd istifadədə olmuş bujiteriya üzükləri, 01 ədəd istifadədə olmuş “camry” markalı tərəzi (analoji), 01 ədəd istifadədə olmuş üzərində “Michael Kors MK 2080U (Chamonix)” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində “Salvatore Ferragamo” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Valentino” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Boguan” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində istifadədə olmuş üzərində “X28 Gun SL-E” yazıları olan şəffaf yapşıdırıcı aparat, 01 ədəd istifadədə olmuş “Dwt patented” markalı, SBM06-16 model, 220-230 V yaşıl rəngli drel aparat, 01 ədəd istifadədə olmuş kəlbətin (analoji), 01 ədəd üzərində “Chirstian Dior” yazısı olan qadın geyim dəsti (analoji), 01 ədəd istifadədə olmuş boz rəngli təkərli paltar çantası, 01 ədəd istifadə olmuş boz rəngli iri paltar çantası, 01 ədəd 4 mm qalınlıqda, göy- qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 4 mm qalınlıqda, göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 4 mm qalınlıqda, göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 2,5 mm qalınlıqda, sarı-göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsindən ibarət əşyaların ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Yasamal RPİ-nin MSSK-na təhvil verilməsi, qərarın surətinin ibtidai istintaqa prosesual nəzarəti həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 35-38). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununda əlavə və dəyişikliyin edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CPM-nin 180.1 və 186.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və cinayət işindən bu barədə materialın ayrılaraq rayon prokurorluğuna göndərilməsi, iş üzrə Şahid barəsində Azərbaycan Respublikasının CM-nin 194-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin hissədə cinayət təqibinin başlanmasının rədd olunması, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 mənzilindən baş vermiş hadisə nəticəsində oğurlanmış naqillərə görə dəymiş maddi ziyanın məbləğinin 640 manat qəbul edilməsi və 1100 manat məbləğində evin təmir xərclərinin isə ittihamdan xaric edilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 1100 manat pul tələbi, sonuncuya məxsus mənzilin təmir xərcləri olduğundan və həmin hissə mülki münasibətlərə aid olduğundan, vurulmuş həmin təmir xərclərinin Zərərçəkmiş şəxs1 ərizəsinə əsasən tam ödənilməsinin nəzərə alınması, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 mənzilindən baş vermiş hadisə nəticəsində oğurlanmış naqillərə görə dəymiş maddi ziyanın məbləğinin 640 manat qəbul edilməsi və 600 manat məbləğində evin təmir xərclərinin isə ittihamdan xaric edilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 600 manat pul tələbi, sonuncuya məxsus mənzilin təmir xərcləri olduğundan və həmin hissə mülki münasibətlərə aid olduğundan, vurulmuş həmin təmir xərclərinin Zərərçəkmiş şəxs2 ərizəsinə əsasən tam ödənilməsinin nəzərə alınması, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 mənzilindən baş vermiş oğurluq hadisəsi nəticəsində vurulmuş maddi ziyanla bağlı alınmış Məhkəmə- Əmtəəşünaslıq ekspertizasının rəyinin deyil, Zərərçəkmiş şəxs3 dediklərinin əsas götürülərək, sonuncuya dəymiş maddi ziyanın məbləğinin 1094 manat qəbul edilməsi və 4000 manat məbləğində evin təmir xərclərinin isə ittihamdan xaric edilməsi, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 4000 manat pul tələbi, sonuncuya məxsus mənzilin təmir xərcləri olduğundan və həmin hissə mülki münasibətlərə aid olduğundan, vurulmuş həmin təmir xərclərinin Zərərçəkmiş şəxs3 ərizəsinə əsasən tam ödənilməsinin nəzərə alınması, cinayət işi üzrə zərərçəkmiş şəxs X7 mənzilindən baş vermiş oğurluq hadisəsi nəticəsində vurulmuş maddi ziyanla bağlı alınmış Məhkəmə- Əmtəəşünaslıq ekspertizasının rəyinin deyil, zərərçəkmiş şəxs X6 dediklərinin əsas götürülərək sonuncuya dəymiş maddi ziyanın məbləğinin 2550 manat olmasının qəbul edilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqdim edilmiş əşyalara baxış keçirilən zaman götürülmüş, 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılmış 01 (bir) ədəd dəmir lingin saxlanılmasından ötrü Yasamal RPİ-nin MSSK-na təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqdim edilmiş əşyalara baxış keçirilən zaman götürülmüş, 02 ədəd göy rəngli sellofan torbalarda qablaşdırılmış, içərisində sarı, göy, qırmızı rənglərdə, istifadəyə yararsız elektrik naqillərinin saxlanılmasından ötrü Yasamal RPİ-nin MSSK-na təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqdim edilmiş əşyalara baxış keçirilən zaman götürülmüş, 01 ədəd sellofan torbalarda qablaşdırılmış, içərisində, 01 ədəd istifadədə olmuş “Samsung” markalı, GT- N8000 model planşet, 01 ədəd istifadədə olmuş “g-tab” markalı, F8X model planşet, 01 ədəd İstifadədə olmuş “Fujitsu Compag mini” markalı notebook (cərəyan naqili ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində “Gurfice CF6205” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Swaymond” yazısı olan “Sİ 175” nömrəli qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Lois Cardın” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Le Mania” yazısı olan LM0169 nömrəli qol saatı, 01 ədəd istifadədə olmuş 40 sm uzunluğunda bujiteriya boyunbağı (qırıq vəziyyətdə), 02 ədəd istifadədə olmuş bujiteriya üzükləri, 01 ədəd istifadədə olmuş “camry” markalı tərəzi (analoji), 01 ədəd istifadədə olmuş üzərində “Michael Kors MK 2080U (Chamonix)” yazısı olan gün eynəyi (qulusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində “Salvatore Ferragamo” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Valentino” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Boguan” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində istifadədə olmuş üzərində “X28 Gun SL-E” yazıları olan şəffaf yapışdırıcı aparat, 01 ədəd istifadədə olmuş “Dwt patented” markalı, SBM06-16 model, 220-230 V yaşıl rəngli drel aparat, 01 ədəd istifadədə olmuş kəlbətin (analoji), 01 ədəd üzərində “Chirstian Dior” yazısı olan qadın geyim dəsti (analoji), 01 ədəd istifadədə olmuş boz rəngli təkərli paltar çantası, 01 ədəd istifadə olmuş boz rəngli iri paltar çantası, 01 ədəd 4 mm qalınlıqda, göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 4 mm qalınlıqda, göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 4 mm qalınlıqda, göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 2,5 mm qalınlıqda, sarı-göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsindən ibarət əşyaların saxlanılmasından ötrü Yasamal RPİ-nin MSSK-na təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqdim edilmiş əşyalara baxış keçirilən zaman götürülmüş, bir ədəd sellofan torbada qablaşdırılmış - 01 ədəd istifadədə olmuş “Samsung” markalı, GT-N8000 model planşet, 01 ədəd istifadədə olmuş “g-tab” markalı, F8X model planşet, 01 ədəd İstifadədə olmuş “Fujitsu Compag mini” markalı notebook (cərəyan naqili ilə birlikdə), 01 ədəd İstifadədə olmuş üzərində “Gurfice CF6205” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Swaymond” yazısı olan “Sİ 175” nömrəli qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Lois Cardın” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Le Mania” yazısı olan LM0169 nömrəli qol saatı, 01 ədəd istifadədə olmuş 40 sm uzunluğunda bujiteriya boyunbağı (qırıq vəziyyətdə), 02 ədəd istifadədə olmuş bujiteriya üzükləri, 01 ədəd istifadədə olmuş “camry” markalı tərəzi (analoji), 01 ədəd istifadədə olmuş üzərində “Michael Kors MK 2080U (Chamonix)” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində “Salvatore Ferragamo” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Valentino” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Boguan” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində istifadədə olmuş üzərində “X28 Gun SL-E” yazıları olan şəffaf yapışdırıcı aparat, 01 ədəd istifadədə olmuş “Dwt patented” markalı, SBM06-16 model, 220-230 V yaşıl rəngli drel aparat, 01 ədəd istifadədə olmuş kəlbətin (analoji), 01 ədəd üzərində “Chirstian Dior” yazısı olan qadın geyim dəsti (analoji), 01 ədəd istifadədə olmuş boz rəngli təkərli paltar çantası, 01 ədəd istifadə olmuş boz rəngli iri paltar çantasından ibarət əşyalar, iş üzrə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər cinayət işinin materialları və işdə olan maddi sübutlar ilə tanış olduqdan sonra, Zərərçəkmiş şəxs4 ərizəsinə əsasən, məhkəməyədək məsul saxlanılmasından ötrü Zərərçəkmiş şəxs4 təhvil verilməsi, cinayət işinə əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi, təqdim edilmiş əşyalara baxış keçirilməsi və götürülməsi, dindirmə, ifadənin yerində yoxlanılması protokolları, “məhkəmə-əmtəəşünaslıq ekspertizasın rəyləri, maddi sübutlar və eləcə də digər prosessual hərəkətlər işin faktiki hallarına uyğun olduğundan mötəbər sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 41-60). “Maddi sübutların məsul saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsinə dair” 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X12, Azərbaycan Respublikası CPM-nin 51, 85, 87 və 131-ci maddələrinə əsasən tərtib etmişdir həmin protokolu ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 iştirakı ilə ondan ötrü ki, həmin iş üzrə maddi sübut hesab olunan, 01 ədəd istifadədə olmuş “Samsung” markalı, GT-N8000 model planşet, 01 ədəd istifadədə olmuş “g-tab” markalı, F8X model planşet, 01 ədəd istifadədə olmuş “Fujitsu Compag mini” markalı notebook (cərəyan naqili ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində “Gurfice CF6205” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Swaymond” yazısı olan “Sİ 175” nömrəli qol saatı, 01 ədəd İstifadədə olmuş üzərində “Lois Cardın” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Le Mania” yazısı olan LM0169 nömrəli qol saatı, 01 ədəd istifadədə olmuş 40 sm uzunluğunda bujiteriya boyunbağı (qırıq vəziyyətdə), 02 ədəd istifadədə olmuş bujiteriya üzükləri, 01 ədəd istifadədə olmuş “camry” markalı tərəzi (analoji), 01 ədəd istifadədə olmuş üzərində “Michael Kors MK 2080U (Chamonix)” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində “Salvatore Ferragamo” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Valentino” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Boguan” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində istifadədə olmuş üzərində “X28 Gun SL-E” yazıları olan şəffaf yapşıdırıcı aparat, 01 ədəd istifadədə olmuş “Dwt patented” markalı, SBM06-16 model, 220-230 V yaşıl rəngli drel aparat, 01 ədəd istifadədə olmuş kəlbətin (analoji), 01 ədəd üzərində “Chirstian Dior” yazısı olan qadın geyim dəsti (analoji), 01 ədəd istifadədə olmuş boz rəngli təkərli paltar çantası, 01 ədəd istifadə olmuş boz rəngli iri paltar çantasından ibarət əşyalar gündəlik istifadə edilən təlabat vasitəsi hesab olunduğundan və 10 mart 2024-cü il tarixli qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında qərarın qərarverdim hissəsinin 14-cü bəndinə əsasən təqsirləndirilən və zərərçəkmiş şəxslər cinayət işinin materialları və işdə olan maddi sübutlarla tanış olduqları üçün saxlanılmasından ötrü Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. Zərərçəkmiş şəxs4 maddi sübut hesab olunan qeyd olunan əşyaları təhvil alaraq bildirdi ki, həmin maddi sübutu məhkəməyədək saxlayacaq, bunlara dair heç bir etiraz və vəsatəti yoxdur (cild 02, i.v. 95). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli yazılı ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 tərəfindən Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Natiq Rəhimova təqdim edilmiş xx.xx.2025-ci il tarixli yazılı ərizədən görünür ki, baş vermiş oğurluq hadisəsi nəticəsində ona vurulmuş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, o, təqsirləndirilən şəxsi bağışlamış, bu səbəbdən də onun maddi ziyanla bağlı şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. 18 avqust 2023-cü il tarixli, 103/1 nömrəli alqı-satqı müqaviləsini surətindən görünür ki, “icraçı” Bakı şəhəri, Moskva prospekti 8 ünvanında inşa olunan çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksinin 29 saylı binasının 22-ci mərtəbəsində yerləşən, sahəsi 129,0 m² olan 3 otaqlı 96 saylı mənzili “payçı”ya tikib təqdim etməyi öz öhdəsinə götürür. Müqavilə üzrə “Payçı” Zərərçəkmiş şəxs2, “İcraçı” isə “X18” Mənzil Tikinti Kooperativinin sədri X4r. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, iş materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılması və icraata qəbul edilərək istintaqının aparılması, cinayət işinə ********* saylı nömrə verilməsi qərara alınmışdır (cild 01, i.v. 1-2). “Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında” 06 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə saat 22:30-da tutulmuşdur (cild 01, i.v. 136-137). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, i.v. 175-176). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 22:30-dan hesablanmaqla 03 ay müddətinə, yəni 06 aprel 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 200-205). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 28 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir (cild 01, i.v. 232-233); Abşeron Rayon Məhkəməsinin 1(012)-987/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün nesablanmaqla, cəmi 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, hökmün icrasının Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılması, Təqsirləndirilən şəxs cəzasının əvvəlinin Sumqayıt şəhər Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir (cild 01, i.v. 237-245). Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-14-238/25 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ailə tərkibi - arvadı: xx.xx.1992ci il təvəllüdlü Cəfərova (Nəsirova) Könül Musaməddin qızı, nikah- xx.xx.2018-ci il tarixdə 2789 saylı akt qeydi ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Ədliyyə nazirliyinin qeydiyyat şöbəsi tərəfindən qeydə alımışdır. oğlu: xx.xx.2011-ci il təvəllüdlü X8, oğlu: xx.xx.2013-cü il təvəllüdlü X13, qızı: xx.xx.2016-cı il təvəllüdlü X11. xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ata, ana, bacı, qardaş və ad soyad dəyişməsi haqqında “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış akt qeydi aşkar edilməmişdir (cild 02, i.v. 1). Şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X13, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X8 adında övladları vardır (cild 02, i.v. 4-6). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamın məzmununda əlavə və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 02, i.v. 62-63). “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsinin nəzərə alınması haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1987-ci ildə İmişli rayonu, Gövhərli kəndində anadan olmuş, AR vətəndaşı, Azərbaycanlı, evli, orta təhsilli, işsiz, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-987/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində kirayədə yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, qərarın Təqsirləndirilən şəxs və müdafiəçisi X14 elan edilməsi və surətinin təqsirləndirilən şəxsə təqdim olunması, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (cild 02, i.v. 79-81). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, azyaşlı övladlarının olmasını (CM-nin 59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş, azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə belə, yenidən cinayət əməli törətmişdir. Bu hal göstərir ki, əvvəlki cəza növü, yəni azadlığın məhdudlaşdırılması ona lazımi tərbiyəvi və islahedici təsir göstərməmiş, onu cinayət yolundan çəkindirməmişdir. Məhkəmə hesab edir ki, məhz belə şəraitdə təqsirləndirilən şəxs barəsində daha ciddi və sərt cəza tədbirinin, yəni azadlıqdan məhrumetmənin tətbiqi zəruridir. Bu cəza həm onun islah olunmasına şərait yaradacaq, həm də cəmiyyət üçün təhlükəni minimuma endirəcəkdir. Cinayətkarın sabit və təkrarlanan davranışları onun şəxsi iradəsində möhkəmlənmiş vərdişi və cəmiyyətə qarşı dərin qarşıdurma münasibətini göstərir ki, bu da cəzanın ictimai təhlükənin qarşısını alma funksiyasını xüsusi aktuallaşdırır. Təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olması, azyaşlı övladlarının olması, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi kimi yüngülləşdirici hallar nəzərə alınmaqla, ona minimum müddətli, lakin real azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bu, həm yüngülləşdirici hallara ədalətli yanaşmanı təmin edəcək, həm də onun davranışında formalaşmış cinayətkar vərdişlərin aradan qaldırılmasına xidmət edəcəkdir. Beləliklə, əvvəlki cəzanın məqsədinə nail olunmaması, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən müsbət hallar və cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq, onun islah olunması və yeni cinayətlərin qarşısının alınması üçün azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanunvericiliyin məqsəd və prinsiplərinə tam uyğun hesab edilir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə törədilmiş AR CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Abşeron Rayon Məhkəməsinin 1(012)-987/2024 saylı, 17 oktyabr 2024-cü il tarixli hökmündən sonra, yəni 31 dekabr 2024-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən cinayət törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-987/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmalı (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə cəza təyin edilməli (CM 67.1), cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), iş üzrə maddi sübut kimi tanınan Yasamal RPİ-nin MSSK-na təhvil verilmiş 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılmış 01 (bir) ədəd dəmir ling, 02 ədəd göy rəngli sellofan torbalarda qablaşdırılmış, içərisində sarı, göy, qırmızı rənglərdə elektrik naqilləri, 01 ədəd sellofan torbalarda qablaşdırılmış, içərisində 01 ədəd 4 mm qalınlıqda, göy - qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 4 mm qalınlıqda, göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 4 mm qalınlıqda, göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 2,5 mm qalınlıqda, sarı-göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsindən ibarət əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılmalı, iş üzrə maddi sübut kimi tanınmış, təqdim edilmiş əşyalara baxış keçirilən zaman götürülmüş, bir ədəd sellofan torbada qablaşdırılmış - 01 ədəd istifadədə olmuş “Samsung” markalı, GT-N8000 model planşet, 01 ədəd istifadədə olmuş “g-tab” markalı, F8X model planşet, 01 ədəd İstifadədə olmuş “Fujitsu Compag mini” markalı notebook (cərəyan naqili ilə birlikdə), 01 ədəd İstifadədə olmuş üzərində “Gurfice CF6205” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Swaymond” yazısı olan “Sİ 175” nömrəli qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Lois Cardın” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Le Mania” yazısı olan LM0169 nömrəli qol saatı, 01 ədəd istifadədə olmuş 40 sm uzunluğunda bujiteriya boyunbağı (qırıq vəziyyətdə), 02 ədəd istifadədə olmuş bujiteriya üzükləri, 01 ədəd istifadədə olmuş “camry” markalı tərəzi (analoji), 01 ədəd istifadədə olmuş üzərində “Michael Kors MK 2080U (Chamonix)” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində “Salvatore Ferragamo” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Valentino” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Boguan” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində istifadədə olmuş üzərində “X28 Gun SL-E” yazıları olan şəffaf yapışdırıcı aparat, 01 ədəd istifadədə olmuş “Dwt patented” markalı, SBM06-16 model, 220-230 V yaşıl rəngli drel aparat, 01 ədəd istifadədə olmuş kəlbətin (analoji), 01 ədəd üzərində “Chirstian Dior” yazısı olan qadın geyim dəsti (analoji), 01 ədəd istifadədə olmuş boz rəngli təkərli paltar çantası, 01 ədəd istifadə olmuş boz rəngli iri paltar çantasından ibarət əşyaların hökm Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında (xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan iclaslar) dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və həmçinin Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-987/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan Yasamal RPİ-nin MSSK-na təhvil verilmiş 01 ədəd qara rəngli sellofan torbada qablaşdırılmış 01 (bir) ədəd dəmir ling, 02 ədəd göy rəngli sellofan torbalarda qablaşdırılmış, içərisində sarı, göy, qırmızı rənglərdə elektrik naqilləri, 01 ədəd sellofan torbalarda qablaşdırılmış, içərisində 01 ədəd 4 mm qalınlıqda, göy qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 4 mm qalınlıqda, göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 4 mm qalınlıqda, göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsi, 01 ədəd 2,5 mm qalınlıqda, sarı-göy-qırmızı rəngli 01 metr uzunluqda naqil nümunəsindən ibarət əşyalar hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahiblərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış, təqdim edilmiş əşyalara baxış keçirilən zaman götürülmüş, bir ədəd sellofan torbada qablaşdırılmış - 01 ədəd istifadədə olmuş “Samsung” markalı, GT-N8000 model planşet, 01 ədəd istifadədə olmuş “g-tab” markalı, F8X model planşet, 01 ədəd İstifadədə olmuş “Fujitsu Compag mini” markalı notebook (cərəyan naqili ilə birlikdə), 01 ədəd İstifadədə olmuş üzərində “Gurfice CF6205” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Swaymond” yazısı olan “Sİ 175” nömrəli qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Lois Cardın” yazısı olan qol saatı, 01 ədəd istifadədə olmuş üzərində “Le Mania” yazısı olan LM0169 nömrəli qol saatı, 01 ədəd istifadədə olmuş 40 sm uzunluğunda bujiteriya boyunbağı (qırıq vəziyyətdə), 02 ədəd istifadədə olmuş bujiteriya üzükləri, 01 ədəd istifadədə olmuş “camry” markalı tərəzi (analoji), 01 ədəd istifadədə olmuş üzərində “Michael Kors MK 2080U (Chamonix)” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində “Salvatore Ferragamo” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Valentino” yazısı olan gün eynəyi, 01 ədəd istifadədə olmuş üzərində “Boguan” yazısı olan gün eynəyi (qutusu ilə birlikdə), 01 ədəd istifadədə olmuş üzərində istifadədə olmuş üzərində “X28 Gun SL-E” yazıları olan şəffaf yapışdırıcı aparat, 01 ədəd istifadədə olmuş “Dwt patented” markalı, SBM06-16 model, 220-230 V yaşıl rəngli drel aparat, 01 ədəd istifadədə olmuş kəlbətin (analoji), 01 ədəd üzərində “Chirstian Dior” yazısı olan qadın geyim dəsti (analoji), 01 ədəd istifadədə olmuş boz rəngli təkərli paltar çantası, 01 ədəd istifadə olmuş boz rəngli iri paltar çantasından ibarət əşyaların Zərərçəkmiş şəxs4 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “32 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi1 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci tarixli məhkəmə iclasınadək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 3 iş saatına görə 18 manat məbləğində və xx.xx.2025-ci tarixli məhkəmə iclasından sonra isə sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 8 iş saatına görə 88 manat məbləğində vəsait olmaqla, cəmi 106 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “32 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 6 iş saatına görə 66 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Qanunçuluq” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-245/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-245/2025
08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver