Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-246/2020 30.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, ünvan 1 saylı ünvanda qeydiyyatda olan və ünvan 2 rayonunda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 02 radələrində özünə məxsus, “B” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Jeep Cherokee” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi ilə 20 yanvar dairəsi istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu tələblərə əməl etməmiş və həmin tələblərə əməl etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, Yasamal rayonu Müzəffər Həsənov küçəsi 15B saylı ünvanda yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sağ hissəsi ilə vuraraq sonuncuya ürəyin tamponadası, qalxan aortanın travmatik cırılması, baş beyinin yumşaq qişası altına və yan mədəciklərə qansızmalar, alının sağ rayısının dərialtı hematoması, sağ bud sümüyünün və sol said sümüklərinin qapalı sınıdqları, alın nahiyəsinin, qarının, sol budun, sağ diz oynağının sağ baldırın və sağ ayağın sıyrıqları kimi ölümlə birbaşa səbəbli əlaqəli olan, dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki,xx.xx.2014-cü il tarixdə “B” kateqoriyalı sürücülük vəsiqəsi almış və elə həmin tarixdən avtomobil idarə edir. xx.xx.2020-ci il tarixdə, saat 02 radələrində özünə məxsus “Jeep Cherokee” minik markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi ilə 20 yanvar dairəsi istiqamətində idarə edən zaman “xxxxxx” ASC-yə çatmamış yolu soldan sağa keçən 65-70 yaşlarında kişi cinsindən olan piyada anidən idarə etdiyi avtomaşının qarşısına çıxmışdır. O, dərhal hadisənin qarşısını almaq istəsə də həmin şəxslə arasında məsafənin çox az olması səbəbindən əyləc pedalına basmağa imkanı olmamış və avtomaşının qabaq sol hissəsi ilə həmin şəxsi vurmuşdur. Piyada zərbənin təsirindən başı ilə kapotun sağ tərəfinə dəyərək oradan yerə düşmüşdür. O dərhal sükan arxasından düşüb, vurduğu adama yaxınlaşmaq istədikdə onun hərəkətsiz vəziyyətdə yerdə uzandığını görmüş və həmin anda özünü itirmişdir. Ətrafda olan şəxslər dərhal təcili tibbi yardıma zəng etmişlər və bir neçə dəqiqə sonra təcili tibbi yardım briqadası və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmin hadisə nəticəsində güclü stress keçirtdiyi üçün hadisədən sonra olanları xatırlamır. Yekun olaraq o əməlindən peşiman olmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət hadisəsi tördiyini, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil Ramiz Mirzəyevin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X4 ifadəsində göstərmişdir ki, yolnəqliyyat hadisəsi nəticəsində ölmüş mərhum Zərərçəkmiş şəxs hər hansı qohumunun olması müəyyən edilmədiyi üçün istintaq orqanının qərarı ilə Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən o sonuncunun hüquqi varisi qismində tanınmışdır. İstintaqda iştirak etdiyi və iş materialları ilə tanış olan zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ciiltarixdə, saat 02 radələrində, Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi ilə özünə məxsus Jeep Cherokee markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan onun ölümünə səbəb olmuşdur. Son olaraq təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim edərək, təqsirləndirilən şəxsə yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, “Jeep Cherokee” markalı ** TR *** dövlət qeydiyyat nişanlı avtomaşın Yasamal rayonu, M.Həsənov küçəsi 15 “B” ünvanının qarşısında olan yolun hərəkət hissələrini ayıran qoşa xətdən 1 metr sağ tərəfə piyadanı vurduqdan sonra yolun sağ tərəfində yerləşən səkinin yaxınlığında dayanmışdır. Meyid yolun sağ kənarında səkinin yanında asfalt örtüyün üzərində, avtomaşının qarşısında aşkar edilmişdir. Əynində qara palto, cins şalvar və qara dəri ayaqqabı, alın nahiyəsində zədə vardır. (i.v. 4-12) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2020ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:00-da ayıq olmuşdur. (i.v. 22) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2020ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i.v. 33) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 xx xxx 2020-ci il tarixli 016- 46668-1220 nömrəli məktubundan görünür ki, DİN-in Baş Dövlət X8 Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarıan əsasən xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə AD 173748 nömrəli “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. (i.v. 34) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyesteri Xidmətinin xx.xx.2020-cı il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs doğumu nikahda olmayan ananın ərizəsi əsasında dövlət qeydiyyatına alındığından onun doğumu haqqında akt qeydində “ata haqqında məlumat qrafasında” hər hansı məlumat qeyd edilməmişdir. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş məlumatlar öyrənilərkən Zərərçəkmiş şəxs nikahının pozulması, habelə övladlarının doğumları haqqında hər hansı məlumat aşkar edilməmişdir. (i.v. 41-44) “Videogörüntüyə baxış keçirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, saat 02:00:39 radələrində Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 15B saylı ünvanda yolu keçən üzərində qara rəngdə paltar geyinən şəxsin yolun ortasında çəkilmiş qoşa xətti keçdikdən sonra dövlət qeydiyyat nişanı və markası tam müəyyən ediməyən sedan tipli olmayan avtomobilin ön tərəfi ilə vurulub, təxminən 5-7 metr özündən kənara atılması, sonradan avtomobildən düşərək avtomobil ilə vurmuş olduğu şəxsə yaxınlaşması müşahidə olunur. Bundan sonra təxminən 10 dəqiqə sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardı avtomobilinin gəldiyi müşahidə olunur. “xxxxxx” ASC-nin qarşısında quraşdırılan kameranın videogörüntüsündən hadisə baş verən yerdə, Jeep markalı avtomobilin, 02:00:39 radələrində qarşı tərəfi ilə qaraltıya dəyməsi görünür. Hadisə yeri tamamilə qarnlıq olduğundan, görüntü uzaqdan və qaranlıq olduğundan videogörüntüdən hadisəni tam detalları ilə görmək mümkün deyildir. (i.v. 60) “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, azərbaycan Respublikası DİN-in Təhlükəsiz şəhər kamerasından baş vermiş hadisənin görüntülərini fiksə edən bir ədəd CD disk maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 61) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 X9 xx.xx.2020-ci il tarixli, 101 saylı ekspert rəyindən görünür ki,60-65 yaşlı naməlum kişimeyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Ürəyin tamponadası, qalxan aortanın travmatik cırılması, baş beyinin yumşaq qişası altına və yan mədəciklərə qansızmalar, alının sağ yarının dərialtı hematoması, sağ bud sümüyünün və sol said sümüklərinin qapalı sınıqları, alın nahiyəsinin, qarının, sol budun, sağ diz oynağının, sağ baldırın və sağ ayağın sıyrıqları.Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən avtoqəza nəticəsində avtomaşının hissələrinin və yer örtüyünün təsirindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə, canlı şəxslərdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baç vermə səbəbi ilə birbaşa əlaqəlidir. 60-65 yaşlı naməlum kişi meyitinin ölümünə səbəb-almış olduğu travma nəticəsində qalxan aortanın travmatik cırılması nəticəsində baş vermiş ürəyin tampanadası olmuşdur. Ölümün baş vermə müddəti meyitinin meyitxanadakı müayinəsindən 8-12 saat əvvələ uyğun gəlir. 60-65 yaşlı naməlum kişi meyidindən götürülmüş qanda etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (i.v. 65-70) “Maddi sübut kimi tanıma haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə bir ədəd qırmızı rəngli ** TR *** dövlət qeydiyyat nişanlı Jeep Cherokee markalı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və məhkəmə baxışına qədər saxlanılması üçün ibtidai istintaq yekunlaşdıqdan sonra sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. (i.v. 71) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 8/927 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Jeep Cherokee markalı **-TR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 73-75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2020-ci il tarixli 0115479-1220 nömrəli məktubundan görünür ki, aparılmış krikinalistik tədqiqatlar nəticəsində naməlum kişi meyitinin xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində anadan olmuş Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. (i.v. 37-39) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin xx xxxxxxxx 2020-ci il tarixli 131-259117-1711 nömrəli məktubundan görünür ki, ünvan 3 mənzil 6 saylı ünvanda Zərərçəkmiş şəxs heç bir qohumu yaşamır. Onunla nikahda olmuş X6 1989-cu ildə vəfat etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs hər hansı bir qohumunu müəyyən etmək mümkün olmamışdır. (i.v. 76) Vəkilin zərərçəkmiş şəxsin hüquqi varisi qismində dəvət edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə hadisə nəticəsində ölmüş mərhum Zərərçəkmiş şəxs hər hansı yaxın və ya uzaq qohuma malik olmadığından, Azərbaycan Respublikası CPM-nin 87.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varsi qismində tanınması üçün Bakı şəhər “Mərkəz” Vəkil bürosundan vəkil dəvət edilmişdir. (i.v. 77) Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X4 iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış və zərərçəkmiş şəxsin hüquqlarının həyata keçirilməsi ona həvalə edilmişdir. (i.v. 81) Azərbaycan Respublikası “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2-də qeydiyyatda deyil və həmin məzildə yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B” kateqoriyalı sürücüdür.(i.v. 26) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa edən özünün ifadələri, hadisə yerinə baxış protokolu, məhkəmə-tibbi, yol-nəqliyyat ekspertizalarının rəyi və Təqsirləndirilən şəxs əməlinini ifşa edilməsi istiqamətində toplanmış digər materiallar ********* saylı cinayət işi üzrə sübut növü kimi qəbul edilmişdir. (i.v. 87-92) “Qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seşilmişdir. (i.v. 123-124) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin izahatı, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-in: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-cü hissəsinin tələblərinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıqforması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edildiyindən, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və CPM-in 44.1-ci maddəsinə uyğun olaraq onun barəsində ittiham hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CMin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CPM-nin 87.2-ci maddəsinə əsasən Törədilmiş cinayət nəticəsində zərər çəkmiş şəxs ölmüşsə, bu maddədə nəzərdə tutulmuş zərər çəkmiş şəxsin hüquqlarını onun yaxın qohumları həyata keçirirlər. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, zərər çəkmiş şəxsin hüquqları cinayət prosesini həyata keçirən orqanın qərarı əsasında müvafiq ərazi üzrə fəaliyyət göstərən vəkil qurumunun rəhbərinin təyin etdiyi vəkil tərəfindən həyata keçirilir. CPM-nin 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. Ölmüş zərər çəkmiş şəxsin yaxın qohumları olmadıqda, digər qohumları, onlar da olmadıqda və ya həmin şəxslər bu Məcəllənin 106.2-ci maddəsinə əsasən hüquqi varis hesab edilə bilmədikdə, bu Məcəllənin 87.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin edilmiş vəkil həmin cinayət işi üzrə icraatda zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınır. CPM-nin 106.6-cı zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi istisna olmaqla, digər hüquqi varisin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququ yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli səmimi etiraf edərək peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında azadlıqdan məhrumetmə cəzası yeganə əsas cəza növü kimi nəzərdə tutulduğundan təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin maddənin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3), habelə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqətipli çəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş“ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat X5 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. BikCTREAZ22 hesabakeçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat X5 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs əsas cəzanı çəkib qurtardıqdan sonra əlavə cəzanın icrası əsas cəzanı icra edən cəzaçəkmə müəssisəsinə həvalə olunsun. Maddi sübut bir ədəd qırmızı rəngli ** TR *** dövlət qeydiyyat nişanlı Jeep Cherokee markalı avtomobil sahibi Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-246/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-246/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver