Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-246/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X4 oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş X1 X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çixarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 sentyabr 2019-cu il tarixli qərarı ilə, AR-sı CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddəti üç ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 22 sentyabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Barəsində cinayət işinin açılmasına əsas X5 və digər şəxslərin Bakı şəhəri Nərimanov RPİ-nə və ARsı DİN-nin BMCMİ-nə etdikləri ərizələr olmuşdur. Barəsində şikayət verən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 sentyabr 2019-cu il tarixli qərarından dərhal sonra, ona verilmiş ittihamla bağlı məhkəmə hökmünün çıxarılmasını gözləmədən ictimaiyyətdə ona qarşı əvvəldən mənfi fikir yaranması məqsədi ilə 24 sentyabr 2019-cu il tarixdə “Bakı- Xəbər” qəzetinə müraciət edib müsahibə verərək onun saxtakar olması, özünə və bir neçə vətəndaşa “İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitənin” Bakı nümayəndəliyinə rəhbər vəzifələrə qoyulması və işə düzəltmək məqsədi ilə saxta sənədlərin düzəldilməsi (pasportlar, vəsiqələr, əmrlər, möhürlər və şairələr) özünü BİHMKnin Paris Departamentinin Mərkəzi Asiya layihəsi üzrə rəhbəri kimi təqdim etməsi, yalandan həmin təşkilatda General-mayor rütbəsində olan şəxs kimi yalan məlumatlar verməsi, onun təqdim etdiyi pasportun və vəsiqənin saxta olması, təşkilatın Bakı filialının direktoru vəzifəsinə təyin olunması üçün ondan 30.000 manata yaxın pul alması, onun dediyi hansısa X3 üzvü olmasında şübhə yarandığından, Fransadakı dostları ilə əlaqə yaradaraq, təşkilatın ünvanını onlara göndərdikdən sonra belə bir qrumun orada mövcud olmaması, “Sən demə” həmin təşkilatın yalnız virtual aləm üzərindən qurulan bir təşkilat olması, qurumun özünün və onun mütəşəkkil dəstə olması və həmin saxtakar təşkilatın mütəşəkkil cinayətkar qrup olması, onun ifşa edilməsi üçün hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra, hazırda özünün və digər şəxslərin zərərçəkmiş şəxs qismində tanınmasını qeyd etmişdir. Belə ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28.08.2020-ci il tarixli hökmünün “Müəyyən etdi” hissəsinin 20-ci abzasında müəyyən edilmişdir ki, “Cinayət işinin İ cildinin 76-80-ci vərəqələrində olan “Əmək müqaviləsinin” tərcümə olunmaqla “xxxx” MMC tərəfindən təsdiq olunmuş surətindən görünür ki, hazırkı müqavilə bir tərəfdən X10 direktoru qismində çıxış edən cənab Fernand Duchamp tərəfindən təmsil olunan “İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə” Assosasiyası və digər tərəfdən Azərbaycan vətəndaşı Ağayev İsmayıl arasında bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsində göstərilmişdir ki, İsmayıl Ağayev 17.11.2017-ci il tarixdən etibarən “İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitə” Assosasiyasında işə qəbul olunmuşdur. Həmin müqavilənin 2-ci maddəsində göstərilmişdir ki, İsmayıl Ağayev nümayəndəliyin direktoru vəzifəsini icra edəcəkdir. Status: Özəl sektorda rəhbər işçi: Vəzifə: İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitənin Azərbaycan Nümayəndəliyinin direktoru”. Hökmün “Müəyyən etdi” hissəsinin 23 və 24-cü abzaslarında X7 təşkilatın Azərbaycan nümayəndəliyinə direktor vəzifəsinə təyin edilməsi ilə bağlı qəbul edilmiş qərar və əmr öz əkslərini tapmışdır. Göründüyü kimi “Bakı- Xəbər” qəzetində müsahibə verən İsmayıl Ağayev “İHMBK-nin” faktiki cəhətdən mövcud olmaması “Sən demə” onun yalnız virtual aləm üzərindən qurulan bir təşkilat olmasını qeyd edərkən, onun sözləri ilə “Sən demə” desək özü hələ 17.11.2017-ci il tarixli “Əmək müqaviləsinə”, təşkilatın direktorlar şurasının 20.11.2017-ci il tarixli qərarına və həmin tarixli 988/D nömrəli əmrinə əsasən İHMBK-nin Azərbaycan nümayəndəliyinin direktoru vəzifəsinə təyin edilmiş və fəaliyyət göstərmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19.11.2020-ci il tarixli qanuni qüvvəsinə minmiş qərarının “Müəyyən etdi” hissəsinin 7-ci abzasından görünür ki, “Belə ki, iş materiallarında olan Fransa Respublikası tərəfindən apostil verilmiş “İnsan Hüquqlarının Qorunması üzrə Beynəlxalq Komitə” (CİPDH) Birliyinin Nizamnaməsinin tərcümə olunmaqla notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “İnsan Hüquqlarının Qorunması üzrə Beynəlxalq Komitə” Birliyi, Avropa Birliyi ölkələri və digər ölkələrin vətəndaşlarının həmrəylik prinsipi əsasında qeyri-kommersiya, qeyri- hökumət və müstəqil belnəlxalq qrupudur. Birliyin əsas məqsədi İnsan hüquqları haqqında Paktda yer alan hüquq və azadlıqları hər yerdə inkişaf etdirməkdədir. X11, Monmartre küçəsi 151, 75002 ünvanında yerləşir”. Göründüyü kimi “Bakı Xəbər” qəzetində müsahibə verən İsmayıl Ağayev təşkilata və ona ləkə yaxılması məqsədi ilə, guya belə bir təşkilatın mövcud olmasından şübhələri yarandığından, Fransada yaşayan dostlarına təşkilatın hüquqi ünvanını göndərdikdən sonra belə bir qurumun orada mövcud olmamasından məlumatlı olduğunu qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin CK-nin qərarının “Müəyyən etdi” hissəsinin 22-ci abzasından görünür ki, “İş materiallarına əlavə edilmiş “İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitənin” (CİPDH) hüquq şöbəsinin rəisi xanım Anna Bojen tərəfindən imzalanmış 04 noyabr 2019-cu il tarixli, 111 saylı məktubundan görünür ki, beynəlxalq təşkilat olan “insan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitənin” (CİPDH) İnzibati Şurası X9 üzvülüyünü təsdiq edir. X9 barəsində istintaq hərəkətlərinin aparılması ilə əlaqədar olaraq təşkilatın rəhbərliyi onu CİPDH Mərkəzi Asiya üzrə Lahiyələrin Koordinasiyası İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılması barədə qərar qəbul etmişdir və hal- hazırda o, beynəlxalq təşkilat olan “İnsan Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Komitənin” (CİPDH) məsləhətçisidir”. Amma “Bakı Xəbər” qəzetində müsahibə verən İsmayıl Ağayev onun İHMBK-nin Mərkəzi Asiya üzrə Lahiyyələrinin rəhbəri olması barədə, onu və digər şəxsləri aldatması barədə yalan məlumatlar verməsini bildirməklə, onun saxtakar insan olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarının “Müəyyən etdi” hissəsinin 20 və 21-ci abzaslarında müəyyən edilən hallardan görünür ki, “AR-sı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 15 və 22 yanvar 2020-ci il tarixli rəylərinə əsasən Firdovsi Ələkbərovun və İsmayıl Ağayevin adına verilmiş müvafiq hüquq müəyyənedici sənədlərdə, möhürdə və şairələrdə saxtakarlığın əlamətləri aşkar edilməmişdir”. Sonda apellyasiya məhkəməsinin qərarının “Müəyyən etdi” hissəsinin 26-cı abzasında “Beləliklə, birinci instansiya məhkəməsi araşdırılan sübutlarla təqsirləndirilən şəxs X2na AR-sı CMnin 320.1-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən həm öz adına, həmdə X6 adına olan sənədlərin saxtalaşdırmaqla hazırlanmasında təqsirli olması öz təsdiqini tapmamışdır” əksini tapmışdır. Amma “Bakı Xəbər” qəzetində müsahibə verən İsmayıl Ağayev məhkəmənin qanuni qüvvəsinə minmiş qərarı mövcud olmadan barəsində ictimai fikrin mənfi istiqamətdə olmasına nail olmaq üçün bildirmişdir ki, “Firdovsi Ələkbərov guya onu işə düzəltmək adı altında ona saxta sənədlər həmçinin möhür verərək vədinə əməl etməmiş və bununlada onun beynəlxalq cinayətkar dəstə üzvü olduğundan hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Barəsində şikayət verilmiş şəxs böhtan xarakterli məlumatları nəinki kütləvi informasiya vasitələrində yaymış, həmçinin onun hüquq mühafizə orqanlarına saxtakarlıq və beynəlxalq cinayətkar dəstə üzvü olmağı ilə bağlı ərizələrini Bakı şəhəri Nərimanov RPİ-nin və AR-sı DİN-nin BMCMİnin dəftərxanalarından tutmuş, məhkəmələrin dəftərxanalarına qədər, müstəntiqlər, təhqiqatçılar, məhkəmə hakimləri, məhkəmə iclas katibləri oxumuş və barəsində mənfi fikirdə olmuşlar. Ona elan olunmuş AR-sı CM-nin 320.1-ci maddəsi ilə bağlı bəraət alsada, AR-sı CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə əsassız məhkum olunmağı barədə Bakı Apellyasiya Məhkəməsinin 19.11.2020-ci il tarixli qərarından kassasiya şikayəti vermişdir və həmin şikayətə Ali Məhkəmədə baxılması 30.06.2021- ci il tarixə təyin edilmişdir. “Bakı Xəbər” qəzetində müsahibə verən İsmayıl Ağayev, guya onun bir neçə vətəndaşı aldatmasını onları beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyinə işə düzəltmək adı altında pul alaraq onlara saxta əmrlər və poasportlar verilməsini də qeyd etmişdir. Həmin şəxslərdən biri kimi o, Elçin Axundzadə adlı şəxsin adını çəkmişdir. “Sputnik” saytında Ramella İbrahimxəlilovanın verdiyi 27.02.2018-ci il tarixli məqaləsindən görünür ki, “Beynəlxalq İnsan Hüquqları üzrə Müdafiə Komitəsinin” Azərbaycan Nümayəndəliyinin Bakı Ofisinin açılışı mərasimi keçirilmişdir. Beynəlxalq Təşkilatın saytına istinad edən Ramella İbrahimxəlilova bildirmişdir ki, nümayəndəliyin direktoru vəzifəsinə İsmayıl Ağayev onun müavini vəzifəsinə Elçin Axundzadə təyin edilmişdir. Amma “Bakı Xəbər” qəzetində onu saxtakarlıqda ittiham edən və beynəlxalq cinayətkar dəstənin üvü adlandıran İsmayıl Ağayev və onun göstərişi ilə barəsində 2019-cu il tarixdə hüquq müfafızə orqanlarına ərizə verilərkən İsmayıl Ağayevin “Sən demə” sözlərindən görünür ki, o, nəinki kütləvi informasiya vasitələrinə yalan məlumatlar vermiş, hətta o, və onun əlaltısı 2017-ci il tarixdən etibarən beynəlxalq təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbərləri vəzifələrinə təyin edilmişlər. Bu faktların ibtidai istintaqda üzə çıxacağını nəzərə alan İsmayıl Ağayev və onun əlaltıları dələduzluq əməlinin sübuta yetirilməsinin təsdiq edilməsi üçün yalandan onlara dəymiş zərərin guya tam ödənməsi barədə istintaq orqanına notarial qaydada təsdiq edilmiş ərizələr verməklə kifayətlənmişlər. Məhkəmə hazırlıq iclasında X2 şikayəti müdafiə edərək, X12 barəsində xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılmasını və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə 06 (altı) ay və 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X6 müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi bildirmişdir ki, şikayət heç bir mötəbər dəlilə əsaslanmadan verilmişdir. Buna görə də şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 302.1.3cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.2-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Həmin Məcəllənin 293.3.4-cü maddələrinə əsasən, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Lakin, şikayətçi üzərinə düşən vəzifəni yerinə yetirməyərək şikayət üzrə materialları natamam şəkildə məhkəməyə təqdim etmiş, həmçinin, şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk əvvəl qeyd etməyi zəruri hesab edir ki, hazırki şikayətin müvafiq olaraq “Bakı-xəbər” qəzetinin 24.09.2019-cu il tarixli məqaləsində yayılmış məlumatlara görə verildiyi bildirilsə də, bunu rəsmi qaydada təsdiq edən hallar müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş məqalənin (məs., xüsusi ittihamin irəli sürülməsinin əsasını təşkil edən məqalənin) “Bakı-xəbər” qəzetində dərc edilməsini müəyyən etmək olmur. Əksinə həmin məqalənin üzərində başqa bir xəbər saytına, yəni “Teref.az”info xəbər portalına aid olması qeyd olunur. Digər tərəfdən qeyd edilməlidir ki, hətta məhkəmə həmin məqalənin mövcud olmasını qəbul etsə belə yenə də həmin məqalənin məzmunundan barəsində şikayət verilmiş X12 tərəfindən Firdovsi Ələkbərov barəsində onun ağır və ya xüsusilə ağır cinayətdə ittiham edilməsi ilə bağlı dəlillərə və sübutlara rast gəlinmir. Halbuki, Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının sübutlarla təsdiq edilməsi vəzifəsi şikayət vermiş şəxsin üzərinə bir vəzifə kimi qoyulmuşdur. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.2 və 293.3.4-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X8 göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 04 saata görə 24 (iyirmi dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.4, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. X8 göstərilmiş hüquqi xidmətə görə “Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 24 (iyirmi dörd) manat məbləğində pul köçürülsün. Qərardan elan olduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-246/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-246/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver