Məhkəmə qərarları › İş №1(004)-246/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-246/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-246/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri ünvan 5al Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: xx.xx.1981-ci il tarixdə Ermənistanın Qafan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri ünvan 5al Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 fevral 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən avtobus dayanacağının qarşısında Bakı şəhəri, ünvan 5al rayonu ərazisindən keçən 119 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna sərnişin kimi minmək istəyən şəxslərin sıxlığından istifadə edib avtobusa minmək istəyən Zərərçəkmiş şəxs1 əynində olan yaşıl rəngli gödəkcənin sağ yan cibindən üzərində hər biri 5 manat olmaqla 10 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olan 300 manat dəyərində 01 ədəd “Xiaomi” markalı, “Redmi Note 8” modelli mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 cəmi 310 (üç yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq elmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 fevral 2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən avtobus dayanacağının qarşısında Bakı şəhəri, ünvan 5al rayonu ərazisindən keçən 119 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna sərnişin kimi minmək istəyən şəxslərin sıxlığından istifadə edib avtobusda minmək istəyən Zərərçəkmiş şəxs2 əynində olan gödəkcənin sağ yan cibindən üzərində 5 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 700 manat dəyərində 01 ədəd “Xiaomi” markalı, “Redmi Poco X3” modelli mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 cəmi 705 (yeddi yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 07 fevral 2022-ci il tarixdə, saat 17 radələrində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd bükümdə təmiz çəkisi 0.766 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0.405 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 07 fevral 2022-ci il tarixdə saat 19:00 dəqiqədə Bakı Şəhər ünvan 5al RPİ-nin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən avtobus dayanacağının qarşısında saxlanılaraq Bakı şəhəri, ünvan 5al rayonu, Yeni ünvan 5al 1 ünvanında yerləşən ünvan 5al RPİ-nin 29-cu Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində müdafiəçinin iştirakı və video çəkilişlə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ van cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,766 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,405 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən melamfetamin, eləcə də Zərərçəkmiş şəxs2 cibindən çıxarıb gizli olaraq talamaqla oğurladığı üzərində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olan 01 ədəd “Xiaomi” markalı, “Redmi Poco X3” modelli mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər dörd dəfə məhkum olunmuşdur. 2008-ci il tarixdə soyğunçuluq cinayəti etdiyinə görə dörd il, 2010-cu il tarixdə oğurluq cinayəti etdiyinə görə üç il altı ay iyirmi gün, 2015-ci il tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə istifadə etdiyinə və qanunsuz olaraq odlu silah gəzdirdiyinə görə iki il və 2017-ci il tarixdə soyğunçuluq cinayətinə cəhd etdiyinə görə dörd il azadlıqdan məhrum edilmişdir. Ailəlidir, bir azyaşlı qız övladı vardır. Təxminən 10 ildən çox müddətdir narkotik vasitə qəbul edir. İlk olaraq marixuana, sonralar “kakos” dedikləri narkotik vasitə olan heroin və son zamanlarda da “şüşə”, “palı” kimi tanınan psixotrop maddə olan metamfetamini dəri altına iynə vurmaqla qəbul etmişdir. Faktiki olaraq heç bir yerdə işləməmişdir. Narkotik vasitə və psixolop maddəyə olan tələbatını ödəmək, ağrılarını qarşılamaqdan ötrü narkotik vasitə və psixotrop maddə almaq üçün oğurluq elmiş, asan yolla qazanc əldə etməyə çalışmışdır, günün sıxlıq vaxtları, adətən insanların işdən çıxdığı və evlərinə getdiyi zamanlarda, sıx toplaşdıqları yerlərdə, adətən metronun “20 Yanvar” stansiyası ətrafındakı avtobus dayanacaqlarında, dayanacaqlardan avtobusa minilən zamanlarda yaranmış sıxlıqdan istifadə edib insanların çox toplaşdığı və sıxlıq olduqları anda fürsətdən istifadə edib ciblərindən oğurluq etmişdir. 03 fevral 2022-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, ünvan 5al rayonu ərazisinə, metronun “20 Yanvar” stansiyası yaxınlığına getmişdir. Ətrafa nəzər yetirib insanların daha çox sıx toplaşdığı, metronun “20 Yanvar” stansiyası yaxınlığındakı “20 Yanvar” dairəsi tərəfdən Bakı şəhəri, ünvan 5al rayonu, “Şamaxinka deyilən” istiqamətə, adətən Abşeron rayonu, Xırdalan şəhərinə gedən avtobusların dayandığı, Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən avtobus dayanacağının qarşısında dayanmışdır. Bir qədər gözləyib insanların daha da çox toplaşmasını gözləmişdir. Bakı şəhəri, ünvan 5al rayonu ərazisindən keçən və Abşeron rayonu, Xırdalan şəhərinə gedən 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus dayandığı dayanacağın qarşısında dayanmış və sərnişinlər avtobusun giriş qapısında yığılaraq növbə ilə avtobusa minməyə başlamışlar. Həmin vaxt yaranmış fürsətdən istifadə edib əvvəlcədən tanımadığı qadının bir gödəkcəsinin cibindən oğurluq etmişdir. 03 fevral 2022-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən avtobus dayanacağının qarşısında Bakı şəhəri, ünvan 5al rayonu ərazisindən keçən 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa sərnişin kimi minmək istəyən qadının üzərindəki gödəkcəsinin cibindən 01 ədəd mobil telefonunu çıxararaq həmin qadından oğurluq etmişdir. Dərhal avtobusa minməyib geri çevrilərək oradan uzaqlaşmışdır. Kənarda, sakit bir yerdə qadının üzərindəki gödəkcəsinin cibindən çıxartdığı mobil telefona baxan zaman “Redmi Note 8” markalı mobil telefon olduğunu müəyyən etmişdir. Bir qədərdə irəliləyib telefon alqı-satqısı olan mağazaların qarşısında dayanmışdır. Mağazalara keçən müştərilərə nəzər yetirib hansı telefonla maraqlandıqlarını, təxmini hansı qiymətə telefon almaq istədiklərini öyrənirmişdir. Müştəri telefon almayıb bayıra çıxdıqda bir qədər əvvəl oğurladığı mobil telefonu satmağı təklif elmişdir. Nəhayət bir nəfər, orta yaşlı, yumrusifət quruluşuna malik, ağbəniz gənc bir oğlan telefonu alacağına razı olmuş və bunun qarşılığında 60 (altmış) manat ona pul ödəmişdir. Sözügedən telefonun özünə məxsus olub-olmadığını, korobkasının və lazımı əşyalarının harada olduğunu tanımadığı, əvvəllər görmədiyi telefonu alan gənc oğlan soruşduqda yalandan işləməyən bir əlaqə nömrəsi vermiş və istədiklərini, sabah çatdıracağını bildirmişdir. Bundan sonra dərhal həmin yerdən də uzaqlaşmışdır. Bundan başqa, 07 fevral 2022-ci il tarixdə günortadan sonra yaşadığı mənzildən çıxıb Bakı şəhəri, ünvan 5al rayonu ərazisinə, “Şamaxinka” adlanan əraziyə getmişdir. İlkin olaraq ağrılarını qarşılamaq xə şəxsi istifadəsi üçün narkotik vasitə və psixotop maddə maddə əldə etmişdir. 07 fevral 2022-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, ünvan 5al rayonu, “Şamaxinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli bir şəxsdən şəxsi istifadəsi üçün 30 manat pul müqabilində siqaretin qızılı kağızına bükülmüş bir bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroin və şəffaf polietilenə bükülmüş bir bükümdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamini alıb şəxsi istifadəsi üçün əynindəki qara rəngli cins şalvarın sağ yan cibinə qoyub üzərində saxlayıb gəzdirmişdir. Daha sonra eyniliklə bundan öncə də oğurluq etdiyi, insanların sıx toplaşdığı, metronun “20 Yanvar” stansiyası yaxınlığındakı “20 Yanvar” dairəsi tərəfindən Bakı şəhəri, ünvan 5al rayonu, “Şamaxinka deyilən” istiqamətə, adətən Abşeron rayonu, Xırdalan şəhərinə gedən avtobusların dayandığı, Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən axtobus dayanacağının qarşısına gəlib orada dayanmışdır. Bir qədər gözləmişdir ki, insanlar daha da çox toplaşsın. Sonra, Bakı şəhəri, ünvan 5al rayonu ərazisindən keçən və Abşeron rayonu, Xırdalan şəhərinə gedən 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus dayandığı dayanacağın qarşısında dayanmış və sərnişinlər avtobusun giriş qapısında yığılaraq növbə ilə avtobusa minməyə başlamışlar. Həmin vaxt yaranmış fürsətdən istifadə edib yenə təkrarən bu dəfə bir kişinin gödəkcəsinin cibindən oğurluq etmişdir. 07 fevral 2022-ci il tarixdə təxminən saat 18 radələrində Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən avtobus dayanacağının qarşısında Bakı şəhəri, ünvan 5al rayonu ərazisindən keçən 119 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusa sərnişin kimi minmək istəyən kişi cinsli orta vaşlı şəxsin üzərindəki gödəkcəsinin sağ yan cibindən bir ədəd mobil telefonu çıxardaraq növbəli oğurluğunu etmişdir. Bir az həmin yerdən uzaqlaşıb oğurladığı telefona baxdıqda telefonun “Xiaomi Poco 3” markalı mobil telefon olduğunu görmüşdür. Kənarlaşıb telefonu salıb asan yolla qazanc əldə etmək istədikdə istəyinə nail ola bilməmişdir. 07 fevral 2022-ci il tarixdə saat təxminən 19:00 radələrində Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən avtobus dayanacağının qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək Bakı Şəhər ünvan 5al Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələr və psixotrop maddələr qəbul etdiyindən, həmçinin cibgirlik cinayəti törətdiyindən şübhə etdiklərini bildirib onu Bakı Şəhər ünvan 5al Rayon Polis İdarəsinin 29-cıı Polis Şöbəsinə dəvət elmişlər və o. polis əməkdaşları ilə birlikdə getmişdir. Polis Şöbəsində oraya dəvət edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkolik xasitə və ya psixotrop maddə nə varsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt şəxsi istifadəsi üçün əldə edib, saxlayıb və üzərində daşıdığı siqaretin qızılı kağızına bükülmüş bir bükümdə qəhvəyi rəngli narkotik vasilə olan heroini, şəffaf polietilenə bükülmüş bir bükümdə “palı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfelamini əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən, həmçinin bir qədər öncə Bakı şəhəri, ünvan 5al rayonu ərazisindən keçən 119 nömrəli marşrut xətli üzrə hərəkət edən avtobusa sərnişin kimi minmək istəyən kişi cinsli orta yaşlı şəxsin üzərindəki gödəkcəsinin sağ yan cibindən çıxartdığı bir ədəd “Xiaomi Poco 3” markalı mobil telefonu əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən çıxardıb təqdim etmişdir. Sonra həmin bir bükümdə narkotik vasitə olan heroin və bir bükümdə psixotop maddə olan melamfetamin, həmçinin mobil telefon orada olan müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə çəkiliş edilərək içi boş zərfə qoyulub möhürlənmiş və zərfin üzərində müvafiq qeydlər aparılmaqla qablaşdırılmışdır. Həmçinin Təqsirləndirilən şəxs Əmralı oğlu verilmiş suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsini törətdikdən sonra telefonu satmaq üçün gəzdirərkən oğurladığı mobil telefonu satdığı şəxs təsadüf nəticəsində qarşına çıxmış və qısa zaman içində həmin telefonu sonuncusa satmağa razılaşmış, telefonu satdıqdan sonra isə dərhal uzaqlaşmışdır. Buna görə 03 fevral 2022-ci il tarixdə qadının üzərindəki gödəkcəsinin cibindən oğurladığı telefonu satdığı şəxs barəsində hər hansı bir məlumat verə bilməmişdir. Həmin şəxs gənc, yumrusifət və ağbəniz biri olmuşdur. Həmin şəxslə telefon mağazasının qarşısında tanış olmuşdur. Həmin telefonun özünə məxsus olduğuna, sadəcə pula ehtiyacı olduğuna görə təcili aşağı qiymətə saldığına inandırıb daha sonra telefonu satmışdır. Üzərindən aşkar edilmiş 01 (bir) ədəd bükümdən ibarət içərisində narkotik vasitə olan heroini və 01 (bir) ədəd bükümdən ibarət “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamini, saxlandığı gün, yəni, 07 fevral 2022-ci il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, ünvan 5al rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi, üzü tüklü, orta yaşlı, kişi cinsli şəxsdən əldə etmiş, saxlayıb və üzərində daşımışdır ki, şəxsi istifadəsi üçün istifadə edər. Üzərindən aşkar edilən 01 (bir) ədəd bükümdən ibarət içərisində narkotik vasitə olan heroini və 01 (bir) ədəd bükümdən ibarət “patı”, “şüşə” kimi tanınan psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün, yəni ağrıları olanda özünün istifadə etməyi niyyəti ilə əldə edib üzərində saxlamaqla daşımışdır. Həmin heroin və melamfetamini hər hansı bir şəxsə satmaq və ya vermək niyyəti olmamışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Bakı Şəhər ünvan 5al Rayon Polis İdarəsinin 29-cu PŞ-nin Cinayət-axtarış iizrə əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rülbəsindədir. 03.02.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “Redmi Note 8” markalı mobil telefonun naməlum şəxs tərəfindən cibgirlik yolu ilə ələ keçirilməsi barədə Bakı Şəhər ünvan 5al RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olmuşdur. Qeyd edilən məlumatla bağlı Şöbənin bütün əməliyyat aparatı təlimatlandırılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxsin Təqsirləndirilən şəxs olması və həmçinin narkotik vasitələrin istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə 07 fevral 2022-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Buna görə də ondan və Bakı Şəhər ünvan 5al RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O, və Şahid1 ilə birlikdə məlumat əsasında 07 fevral 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 ünvanının yaxınlığında yerləşən avtobus davanacağının qarşı hissəsinə gedərək əməliyyat mövqeyi seçərək gözləməyə başlamışlar. Həmin vaxt onlar, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx.xx.1981-ci il tarixdə Ermənistanın Qafan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və 03.02.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus “Redmi Note 8” markalı mobil telefonu cibgirlik yolu ilə ələ keçirilməsində şübhəli olduğunu bildirib sonuncunu saxlayaraq Bakı Şəhər ünvan 5al RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Sərdar Təqsirləndirilən şəxs də buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün Bakı Şəhər ünvan 5al RPİ-nin 29-cu PŞ-nin təhqiqatçı, polis kapitanı Tural Mahmudova təhvil vermişlər. X8 da Təqsirləndirilən şəxs hüquqlarını müdafıə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxardıb təqdim etməsini təklif edilmişdir. Sərdar Həsənqıılivev də əynindəki qara rəngli cins şalvarın sağ van cibindən 01 ədəd siqaretin qızılı kağızına və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd “Xiaomi Pacco 3” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin açılaraq içərisinə baxış keçirilən zaman şəffaf rəngli sellofan bükümün içərisində kristal şəkilli, şəffaf ağ rəngli psixotrop maddə metamfetaminə və siqaretin qızılı kağızına bükülmüş bükülünün içərisinə tünd qəhvəsi rəngli narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Sərdar Həsənqulivev şəffaf rəngli sellofan bükümdə olan maddənin psixotrop maddə metamfetamin və siqaretin qızılı kağızına bükülmüş bükülünün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddələri “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 30 manata şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitə əldə etmək üçün məcbur qalıb oğurluq, cibgirlik cinayətini törətdiyini, təqdim etdiyi mobil telefonu 07.02.2022-ci il tarixdə saat 18:00 radələrində metronun “20 Yanvar” stansiyası yaxınlığında, Abşeron rayonu, Xırdalan şəhəri istiqamətində gedən taksilərin dayandığı dayanacaqda olan zaman “119 saylı marşrut xətt avtobusuna” minən sərnişinlərin sıxlığından istifadə edərək bir nəfər kişi cinsli şəxsin cibindən oğurladığını bildirmişdir. Həmin mobil telefona baxış keçirilən zaman “Xiaomi Pocco 3” markalı **********90640 və **********90657 imei kodlu olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə və “Xiaomi Pocco 3” markalı mobil telefon qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs özü tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini haradan əldə etməsi barədə soruşduqda sonuncu üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni 07.02.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 5al rayonu, “Şamaxinka” adlanan yerdə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 03 fevral 2022-ci il tarixdə müəyyən işlərini görmək üçün anası Güldəstə Qulişeva ilə birlikdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindən Bakı şəhərinə gəlmişlər. İşlərini gördükdən sonra həmin günü, yəni 03 fevral 2022-ci il tarixdə təxminən saat 19 radələrində anası ilə birlikdə şaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə geri qayıtmaq üçün Bakı şəhəri, ünvan 5al rayonu, metronun “20 Yanvar” stansiyası yaxınlığında, “20 Yanvar” dairəsindən Bakı şəhəri, ünvan 5al rayonu, “Şamaxinka” adlanan istiqamətə, Abşeron rayonu, Xırdalan şəhərinə gedən avtobusların dayandığı dayanacağa, yəni Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən avtobus dayanacağının qarşısına gəlib dayanacağın önündə dayanmışlar. Bir qədər gözlədikdən sonra "119 avtobus xəti nömrəli” markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtobus dayanacağa yaxınlaşmışdır. Anası ilə birlikdə “119 avtobus xətt nömrəli” avtobusa minmək üçün avtobusun qapısının ağzına yaxınlaşmışlar. Avtobusa minmək istəyən zaman adamlar çox olduğundan qapının ağzında bir qədər sıxlıq yaranmışdır. Giriş hissədə bir qədər ləngidikdən və yüngül sıxlıq itələşməsindən sonra avtobusa minmişlər və avtobus hərəkət elməyə başlamışdır. Avtobusun içərisində olarkən əynindəki yaşıl rəngli gödəkcənin cibinə qoyduğu, 2019-cu il tarixdə təxminən 650 (altı yüz əlli) manata aldığı, hazırda orta bazar qiyməti 300 (üç yüz) manat olan, **********19482 və **********1528 seriya nömrəli imei kodlu, tünd göy rəngli, sağlam, işlək vəziyyətlə, içərisində təxminən beş il bundan öncə hər birini 5 (beş) manata aldığı ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olan “Redmi Note 8” markalı mobil telefonunun gödəkcəsinin cibində olmadığını aşkar etmişdir. Dərhal saat 19:40-da anası Güldəstə Quliyevanın ***-***-**-** saylı mobil telefon nömrəsi ilə öz telefonuna zəng etmiş, lakin zəng çatmamışdır. Belə olan halda dərk etmişdir ki, avtobusa minən zaman yaranmış sıxlıqda mobil telefonum əynindəki gödəkcəsinin cibindən oğurlanmışdır. Bundan sonra baş verənlər barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 Zəng Məlumat Xidmətinə” zəng edərək məlumat vermişdir. Həmçinin bildirmişdir ki, baş vermiş hadisə nəticəsində, ona məxsus hazırda 300 (üç yüz) manat dəyəri olan bir ədəd tünd göy rəngli “Redmi Note 8” markalı mobil telefonu, həmin telefonun içərisində olan, təxminən 5 il bundan öncə hər birini 5 (beş) manata aldığı iki ədəd mobil telefon nömrələri oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 310 (üç yüz on) manat məbləğində maddi ziyan dəymişdir. O, mütəmadi olaraq evinə getmək üçün həftənin beş günü eyni saatda, eyni yerdən, eyni avtobusla hərəkət etmişdir. Getdiyi yer və saat eyni olduğu üçün orada olan adamlar və həmin yerə toplaşan şəxslərin simasını təxmini xatırlamışdır, Təxmin etmişdir ki, bir neçə gün olmuşdur ki, bir nəfər kişi cinsindən olan, orta yaşlı, arıq bədən quruluşuna malik, üzü azmaz tüklü, saçlarının bir hissəsi ağarmış şəxs onu müşayiət etmişdir. Belə ki, həmin adam kənarda dayanıb insanların sıx toplaşmasını gözləmiş, insanlar sıx şəkildə bir yerə toplaşıb avtobusa minmək istədiklərində isə avtobusun giriş hissəsinə yaxınlaşıb itələşmə salmış, daha sonra isə avtobusa minmədən oradan uzaqlaşmışdır. Eyniliklə həmin günü də belə situasiya baş vermişdir. Həmin adam insanların sıxlaşmasını, avtobusa minmək anında sıx toplaşmasını gözləmişdir. O, nə qədər ehtiyat edib özünü qorusa da adam çox olduğundan və itələşmə yarandığından bunu bacara bilməmiş və həmin şəxs onun cibindən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, gündəlik olaraq axşam saatlarında işdən çıxdıqda yaşadığı Abşeron rayonu, Xırdalan şəhərinə getmək üçün Bakı şəhəri, ünvan 5al rayonu, metronun “20 Yanvar” stansiyası yaxınlığında, “20 Yanvar” dairəsindən Bakı şəhəri, ünvan 5al rayonu, “Şamaxinka” adlanan istiqamətə, Abşeron rayonu, Xırdalan şəhərinə gedən avtobusların dayandığı, Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən avtobus dayanacağına gedib oradan 119 nömrəli marşrut xəttinin avtobuslarından istifadə edib yaşadığı ünvana getmişdir. 07 fevral 2022-ci il tarixdə təxminən saat 18 radələrində yaşadığı ünvana, Abşeron rayonu, Xırdalan şəhərinə getmək üçün Bakı şəhəri, ünvan 5al rayonu, Moskva prospekti 88 nömrəli ünvanda yerləşən avtobus dayanacağının qarşısına getmişdir. Bir qədər gözlədikdən sonra 119 nömrəli markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtobus dayanacağa yaxınlaşmış və 119 nömrəli avtobusa minmək üçün avtobusun qapısının ağzına tərəf irəliləmişdir. Avtobusa minmək istəyən zaman adamlar çox olduğundan qapının ağzında bir qədər sıxlıq yaranmışdır. Avtobusa giriş hissədə bir qədər ləngidikdən sonra avtobusa minmi, və avtobus hərəkət etməyə başlamışdır. Avtobusun içərisində olarkən əynindəki gödəkcənin sağ yan cibinə qoyduğu, 2021-ci ilin aprel ayında 800 (səkkiz yüz) manata aldığı, hazırda orta bazar qiyməti 700 (yeddi yüz) manat olan, **********90640/00 və **********90657/00 seriya nömrəli imei kodlu, tünd göy rəngli, sağlam, işlək vəziyyətdə, içərisində telefonla birlikdə təxminən 5 (beş) manata aldığı ***-***-**-** saylı mobil telefon nömrəsi olan “Xiaomi Poco 3” markalı mobil telefonunun gödəkcəsinin cibində olmadığını aşkar etmişdir. Dərhal avtobusda tanımadığı, anket məlumatlarını və mobil telefon nömrəsini bilmədiyi şəxsin telefonu ilə özünə zəng etmiş, lakin zəng çalmamışdır. Bundan sonra Bakı Şəhər ünvan 5al Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə yaxınlaşaraq baş verənlər barədə məlumat vermişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 705 (yeddi yüz beş) manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində şahid X4 ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 08.02.2022-ci il tarixli, 6/778 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №169” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.766 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0.405 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25.02.2022-ci il tarixli, 9/978 № saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən (nəzəri qaydada) malların 2022-ci ilin fevralına orla bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1 ədəd təqdim edilən tünd göy rəngli, Çində istehsal edilmiş “Xiaomi” markalı, “M2007.120CG” (Redmi Poco X3) model mobil telefon - 350.0 manat; 1 ədəd təqdim edilməyən “Redmi Note 8” markalı mobil telefon nəzəri qaydada - 180.0 manat; ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı GSM mobil nömrələr - 12.0 manat (3 ədəd x 4.0 manat). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 09.02.2022-ci il tarixli 614 saylı rəyindən görünür ki, müayinə zamanı X2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.5 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 04.08.2017-ci il tarixli hökmü ilə CM-nin 29, 180.1 və 315.2-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 17.07.2020-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01.05.2020-ci il tarixli qərarı ilə cəzası 03 il 09 ay müddətinə endirilib. 27.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində 09.02.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07.02.2022-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi saxlanılan narkotik və psixotrop vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri ünvan 5al rayon Polis İdarəsində saxlanılan 01 ədəd “Xiaomi” markalı, “M2007J20CG” (Redmi Poco X3) modelli mobil telefon və 01 ədəd ***-***-**-** saylı mobil nömrə Zərərçəkmiş şəxs2 geri qaytarılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 08 ay (iki il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 08 ay (bir il səkkiz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il (üç il) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 07 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 115 manat (yüz on beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri ünvan 5al rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,716 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 0,355 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri ünvan 5al rayon Polis İdarəsində saxlanılan 01 ədəd “Xiaomi” markalı, “M2007J20CG” (Redmi Poco X3) modelli mobil telefon və 01 ədəd ***-***-**-** saylı mobil nömrə hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 ədəd «DVD» disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər ünvan 5al Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar