Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-247/2022 17.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkilləri X7, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxx 1967-ci ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, heç bir yerdə işləməyən, əvvəllər məhkum olunmamış, Şuşa şəhəri, Pənahxan küçəsi, ev 4-də qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Qobu park yaşayış massivi, ev 27, mənzil 83-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Tərəna Fərəcova yeni inşa edilmiş məcburi köçkünlər üçün nəzərdə tutulan evlərdən mənzil alınmasına köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs mənzil alınmasına köməklik göstərmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə xx.xx.2021-ci il tarixdə saat 19 radələrində sonuncunun yaşadığı ünvan 1 ünvanda 7000 manat, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvanda 3000 manat, 2021-ci ilin iyul ayının sonlarında saat 19 radələrində Zərərçəkmiş şəxs ünvan 1 ünvanda 4000 manat, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs 6000 manat olmaqla ümumilikdə Zərərçəkmiş şəxs məxsus 20.000 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs qızma xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs o, 2003-cü ildən tanıyır və onunla Təranənin ailəvi yaxın münasibətləri olub. 2021-ci may ayının sonlarında Təranə ona zəng vuraraq onu yaşadığı evə dəvət etmişdir. O, Təranənin yaşadığı evə gəlmiş və söhbət zamanı Təranə ondan xahiş etmişdir ki, məcburi köçkünlər üçün tikilmiş binadan onun qohumuna mənzil almaqda köməklik etsin. O da buna razılıq vermişdir. Ertəsi günü tarixi dəqiq yadında qalmayıb o, Təranənin yaşadığı evə gələrək orada Təranə və onan yanında bir adam var idi, Təranənin bacısı Pərvanə idi. Dedilər Pərvanə alır evi, pul onundur. Görüş zamanı bir evin söhbəti olub, onlara bildirmişdir ki, yüksək vəzifəli şəxlərlə işi həll edəcək və onları inandırmış, Pərvanədən 3000 manat pul almış, sonra təxminən 10 gün keçəndən sonra yenədə Təranənin yaşadığı evə gələrək əlavə Pərvanədən 4000 manat pul alıb bildirmişdir ki, yaxın günlərdə onun ev məsələsini həll edəcək, əslində isə onun məqsədi onları aldadıb pulunu ələ keçirmək olmuşdur. Pulları götürəndə sərxoş olmuşdur, öz şəxsi məqsədləri üçün xərcləmişdir. Sonra iş alınmayanda, gördülər ki mən onlara atmışam Telefonda danışandə məni hədələdilər ki, səni polisə verəcəm. Mən də onlara dedim ki polisə verməsinlər artıq pul verəcəm. Ona on bir min də demiş, 12 min də demiş, 15 min də demişdir, amma onlardan o qədər pul almamışdır, polisə şikayət verməmələri üçün artıq pul söz vermişdi. Lakin sonra onu polisə vermişdir. Polisə verəndən sonra ondan 20.000 manat pul istəmişdir. Buna görə də o cəmisi 7000 manat pul götürüb, həmin pulu da qaytarmağa razıdır, lakin ondan 7000 manat yox, 20000 manat pul istəyirlər. Həm də bir evin söhbəti olub, iki ev söhbəti olmayıb. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən30 ilə yaxındır ki, tanıyır. Şahmar şofer işləyirdi, ordan tanışlığı yaranmışdır, gedib gəliblər, çörək kəsiblər, Şəhmara maddi köməkliyi də dəymişdir. Bir dəfə gəlinləri rəhmətə gedəndə Şahmar ona zəng edib başsağlığı vermişdir. Həmin vaxtı Şahmarla söhbət zamanı Şahmara bildirib ki qazi qardaşı oğlu vardır, 30-31 yaşlı var, ona bir ev alıb evləndirmək istəyirlər. Şahmar da demişdir ki, kömək edə bilər. Bir gün Şahmar onlara gəldi, onun yanında Qaçqınkomun sədri Rövşən adlı şəxsə zəng etdi, telefonda danışdı, telefonda danışdı həmin adamla, lakin həmin adamın telefonda nə dediyini eşitməmişdir. Həmin adamın dəqiq Rövşən Rzayev oldluğunu da bilmir. Şahmar bildirmişdir ki, Rövşən Rzayevə zəng edir, telefonda bildirdi ki, yaxın adamdır, bir az ucuz təşkil etsin. Bundan sonra o bacısı Pərvanəyə zəng edib bunları bildirib ki, belə bir adam var, adı Şahmardı, ev düzəldə bilər qazi qardaşlarının oğluna, bu qiymətə. O da dedi ki yaxşı, hazırlayaram. Onan Şahmara inanmasının səbəbi Şahmarın Qaçqınkomun sədri Rövşən Rzayevin adından istifadə etməsi olmuşdur, inanmışdır ki, qaziyə kimdir elə belə ev versin, Rövşən onun qohumudur, kömək edə bilər. Mən bilmədim ki Şahmar Rövşənlə danışdı ya kiminləsə, Şahmarın dediyinə görə inanmışdır ki, Rövşənlə danışır. Amma Rövşənin onların qohumu olduğunu dəqiq bilir. Bundan sonra qardaş və bacısına zəng edib, düzüb qoşub toparlayıb pulu düzəldiblər. Bir dəfə evdə Şahmarla görüşdülər, orda Şahmara 7000 manat verdilər, 20 manat da pul veriblər ki, taksiylə getsin, pulu salıb itirər. Bir neçə gün sonra şahmar zəng etdi ki, filan sənədləri də düzəldin və pulun qalanında da 3000 düzəldin. Sonra da dedi ki, qalan puldan da 5000 verin, açarlar veriləndə də qalan 5000 manatı verərsizin. Sonra bir neçə gün sonra Şuşadan görüntülü yığıb onunla danışmışdır. Bir müddət keçəndən bu gün sabah beyə dey iş uzandı, sonra məsələ uzananda Yasamalda onun əmisi yaşayır Oktay baba, hammı onu tanıyır, onların evinin yanına çağırdı, getdib ora Şahmarla söhbət zamanı Şahmar bildirib ki, qaçqınkomda müavin var Rövşən Ələkbərov, Rövşən dediyi adam həmin Rövşən Ələkbərovdur, sədrin sağ əlidir, onunla danışıbmış, lakin onlar işi yubadırlar. Bu zaman o pis olub. Bacısına da zəng edib ki, maraqlanın görün Rövşən Ələkbərov kimdir, bacısı da maraqlanıb ki, belə bir adam vardır, qaçqınkomda müavin işləyir. Şahmar dedi ki, onlar işi görmək istəmirlər. Həmin vaxtı onun halı pis olub, insult keçirmiş adamdır, dərmanlarla yaşayır. Bu zaman o Şahmara deyib ki onda pulu qaytar. Şahmara deyib ki, bu nə işdir başıma açdın. Şahmar da deyib ki, məsələni öz bacısına deyəcək ki, bacısı Rövşən müəllimin arvadı Tahirə xanımla danışsın. O da Şahmara deyib ki, özü Rövşən müəllimin yanına getmək istəyir, lakin Şahmar ona deyib ki, getməsin, amanın bir günüdür, məsələ mətbuata çıxar. Rövşən müəllim məsələni həll edəcək. Beləliklə bir gün elə, bir gün belə, mən dedim o məni aldatdı, mən dedim o məni aldatdı. Bir gün Şahmarı çağırıb evlərinə, deyib ki gəlib getdiyin evdir, Şazhmara deyib ki evdə telefonu qoy mikrofona Rövşən müəllimlə danış ki, görüm nə məsələdir. Həmin vaxtı Şahmar danışanda, onun da xəbəri olmadan onu telefonun kamerasına videosunu çəkmişdir. Telefon danışığında da eşidib ki, narahat olma bayramacan məsələni həll edir. O da arxeyin olmuşdur. Lakin artıq şübhələndiyi üçün, Şahmarın səs yazılarını, votsap yazılarını saxladı və həmin videosunu çəkmişdir. Videoya çəkəndə Şahmar telefonla danışan adam mədəni şəkildə danışırdı, Şahmar həmin adama deyirdi ki, adamlar yanındadır, narahatdırlar evə görə, həmin adam da demişdir ki, narahat olmasınlar ev veriləcəkdir. Bundan sonra da belə-belə yalanlarla iş alınmırdı. Bundan sonra bir gün Şahmar dedi ki, Rövşən müəllim deyir ki, ev sözbəti düzəlmir, gəlsin Baksovetdə onun notariusu vardır, gəlsinlər notariusa, çerez notarius pulu qaytarırıq. Mən də dedim ki, necə olursa olsun, çerez notarius, ya elə belə, lijbi qaytarsınlar, razılaşdıq, sabah saat 11-də gəlirik birlikdə gedirik notariusa. Sabah saat 11 oldu Şahmar yoxdu, 12 oldu Şahmar yoxdu, nəisə belə belə Şahmar onu oynada-oynada işi gətirib çıxartdı bura. Bir gün evdə oturmuşdu Şahmarın anası zəng etdi ki sabah dur gəl bizə, saat 2-də qızı Mətanət işə gedir, qızı bilməsin. Mən də elə bildim Şahmara nəsə olub, ona görə getdim onlara, Qobuya gedib soraqlaşa soraqlaşa onların evini tapdım. Evdə anası və Şahmar idi. Anası dedi ki, Şahmar səni aldadıb, pulu da bilmirəm hara xərcləyib. Telefonda danışdığı adam da o Rövşən müəllim deyil, şahmarın tələbə yoldaşı var, Rövşən, onunla danışıb. Anası dedi ki, Mətanət bilməsin, bir təhər pulunu qaytaraq. O da Şahmarın anasına deyib ki, sən necə qaytarassan 20.000 manatı, az pül deyil. Şahmarın anası da deyib ki, Mətanət bilməsin, pensiyamla, lotereya oynaya oynaya birtəhər qaytaracağıq. Həmin vaxtı da halı pis olub, şahmarın anası ona dərman verib. Şahmarın anası deyib ki, 1-ci gün pulunu qaytaracağıq. Amma birinci gün oldu səs-xəbər yoxdu, şahmara zəng edib Şahmar telefonu açmır, 2-ci gün Şahmara zəng edir, şahar telefonu açmır. Şahmar telefonlara cavab vermir. Buna görə də o Şahmarın bacısına zəng edib deyib ki şahmara desin ki, şahmar telefonu açsın. Bacısı da deyib ki Şahmara pul verəndə məndən soruşmayıbsan ki? Şahmar yalançıdır, niyə ona pul veribsən? Bundan sonra da Şahmar pulu qaytarmadı. Bundan sonra Şahmarın əmisinin yanına getdim, dedim ki ağsaqqal adamsan, get ağsaqqallıq elə pulu qaytarsınlar. Gedib şikayət eləmək istəmirəm, bacısı və anasına yazığım gəlir. Bundan sonra da 2-3 ay möhlət verdim, Şahmar pulu gətir, para-para olsa da gətir. Amma gətirmədi. Şahmarın bacısı da işi bildi. Bundan sonra da bir dəfə taksiylə gedib Şahmar gilə. Orada bacısı hirsləndi Şahmara, dedi ki, get ver tutdur şahmarı, mənim o adda qardaşım yoxdur. Bacısı tüpürdü Şahmarın üzünə.şahmar da qalxdı yerindən dedi ki, mənim heç kimin köməyinə ehtiyacım yoxdur. Dedi ki Təranə get, 1-ci gün on altı minini gətirirəm, qalanını da sonra verəcəm. Mən ona 7000 vermişdimsə, dəli idi deyə ki xeyir ola 16000 manat pul verirəm?Sonra mənə dedi ki, fevralı axırına qədər vaxt ver 10000 manatı verim, qalanını da sonra verəcəm. Soruşdum ki, şahmar hardan alassan pulu? Dedi ki, fevralın axırı bacısının krediti var, bağlansın təzədənnə kredit götürüb verəcək. O da Şahmara deyib ki, bacın gəlsin gedək notariusa, söz versin, ondan sonra razılaşım. Lakin onlar da gəlmədilər, Şahmar ondan qaçdı, taa ki şikayət eliyənə qədər. Zənglərə cavab vermədi, bundan sonra da əmisinə gedib deyib ki, ağsaqallıq elə, mətbuata çıxmasın bu məsələ. Mən onsuzda bu mətbuat məsələsini saxlamışam, məhkəmənin axırını gözləyirəm. Əmisi də dedi ki, mən onların işinə qarışmıram, nə istəyirsən elə. O da bundan sonra gedib qacqınkoma, Rövşən Ələkbərovla görüşə, orada da onun nümayəndələri ilə görüşüb, ordan Şahmara zəng edib deyiblər ki, get camaatın pulunu qaytar, Şahmarın əmisi Oktaya deyiblər ki, şahmar pulu ödəsin, onlar da deyiblər ki, gəlsin şahmarın anasının kartını verək, ordan götürsün. Mən də buna razı olmadım. Dekdim ki, mən üç yüz üç yüz verməmişəm ki, mənim pulumu gətir ver. Məsələlər alınmadı, mən də şikayət etdim. Vurulmuş ziyan ödənilməmişdir, ziyanını tələb edir, 20000 manat maddi ziyanın ona qaytarılmasını tələb edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs sorğu sual zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs birinci dəfə 7000 manat pul verilmişdir. Bundan 10 gün keçəndən sonra, amma eyni saatda 3000 manat veriblər. 4000 manatı da Şahmar Şuşaya gedib gələndən sonra, hardasa bir ay çəkmədi ki verdi. Qalan 6000 manatı da təxminən noyabr ayında vermişdir. Dəqiq vaxtlar yadında deyil. 7000 və 3000 manatı hardasa bir ayın içində verilmişdir. Birinci 7000 manatı verəndə bacısı Pərvanə olub onların yanında, pulu Pərvanə gətirmişdir, Pərvanənin yanında verilib. Bundan sonrakı 3000 manatı da bacısı Pərvanə gətirib və Pərvanə, o, və Şahmar birlikdə olanda, pul Şahmara verilib. 3000 manat pulu bacısı Pərvanə gətirmişdir. 10000 manat pul bacısı Pərvanə gətirib, Pərvanənin pulu olub, qazi qardaşının evi üçün gətirmişdi pulu. Digər 4000 və 6000 manat pulu verəndə heç kim olmayıb, Şahmar və o, ikisi olub həmin vaxtı. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki tanıyır, yaxşı insan kimi tanımışdır. Qaçqınçılıqdan bir birlərini tanıyırlar. Bilirdi ki Şahmarın qohumu Rövşən adlı şəxs vəzifəyə getmişdir. Şahmarın qohumlarına qaçqınlar üçün tikilən evlərdən verildiyini də öyrənmişdir. Onun da qardaşı qazidir, qardaşı oğlu da qazidir. O da qazi qardaşı oğluna həmin banalardan ev almaq istəyirb, bununla bağlı Qaçqınkoma müraciət etmişdir, lakin ona bildirmişlər ki, ev yoxdur. Şahmar da ona bildirmişdir ki, qohumu Qaçqınkomda işləyir, ev təşkil eliyə bilər. Şahmar bu məsələni onanla və bacısıyla danışmışdır.Şahmar ona bildirmişdir ki, 3 otaqlı ev 10000 manata düzəldə bilər. O da Şahmara 3 otaq üçün 7000 manat bir dəfə, qalan 3000 manatı da bir dəfə vermişdir. Şahmar onlara demişdir ki, Rövşən Ələkbərov vasitəsilə düzəldəcək. O da maraqlanmışdır ki, X2 adlı adam vardır. Əslində Şahmara 7000 manatı verəndə danışıq belə olmuşdu ki, 3000 manatı da ev düzələndə verəcək, lakin Şahmar ona demişdir ki, pulun hammısı çatmalıdır, ona görə də o pulu da vermişdir. Beləliklə Şahmara 7000 manat bir, 3000 manat da bir vermişdir ki, qazi 2-ci qrup əlil, 32 yaşlı qardaşı oğlu Fərəcə ev almaq istəyirdi. Pulları bacısı Təranənin evində vermişdir. Pul veriləndə o, Şahmar və bacısı Təranə olublar orda. Onun özünün öz işi üçün, yəni qardaşı oğlu Fərəcə almaq istədiyi evə görə 10000 manat olmaqla, bir dəfə 7000 manat, bir dəfə də 3000 manat pul vermişdir Şahmara. Əslində 3000 manatı ev alandan sonra verməliydi, həm də həmin pulu yox idi, lakin Şahmar dedi ki, pulun hammısı çatmalıdır, o da fikirləşmişdir ki, onsuz da bu pulu verməlidir, nə fərqi var indi versin, ya sonra ev alınanda. Ona görə də 3000 manatı da tapıb düzəldib vermişdir. Qardaşı oğlu Fərəcə almaq istədiyi 3 otaqlı evlə bağlı onun özü Şahmarla söhbət etmişdir bacısının evində, lakin sonra görmüşdür ki Şahmar onu aldadıb. Bilsəydi Şahmara pulları verəndə yazdırardı. Birinci dəfə 7000 manatı verəndə iyul ayının əvvəli olardı. Sonra bir neçə gün sonra 3000 manatı verib. Şahmarın özüylə sonralar da dəfələrlə danışmış, telefonda da danışmışdır. Şahmar da hərdən bir söz veribdir. Məhkəmə istintaqında Şahid sorğu sual zamanı bildirmişdir ki, özünün öz işi üçün, yəni qazi qardaşı oğluna ev almaq üçün 7000 manat və 3000 manat şəxsən Şahmara vermişdir. Sonra o özü başa düşmüşdür ki, Şahmar onu aldadır, ona yalmarmışdır ki, şikayətə getməsinlər. 20 yanvar metrosunun yanındakı Qaçqınkoma şikayətə getmişdir, qəbula yazılmağa, Təqsirləndirilən şəxs də ona zəng edib demişdir ki, Pərvanə qurban olum, ayağının altına düşüm, mən özüm məşğul olacam. Bacısı Təranədən çox o özü çılğınlıq edirdi, Qaçqınkoma şikayətə gedirdi. Şahmar onlara çox ad verdi, axırda bir neçə ay sonra başa düşdülər ki, Şəhamr onları aldadıb. Birinci dəfə o özü Qaçqınkoma şikayətə gedib, orada Rövşən Ələkbərovla görüşmüşdür, ordan da Şahmarın əmisinə zəng edib deyiblər ki məsələni yoluna qoysun. 10000 manatı poçtla göndərməmişdir, Şahmarın özünü görüb, özünə vermişdir, 7000 bir, 3000 də bir vermişdir. Bacısı Təranənin başqa bir işi üçün 10000 manat pul verməsini görməmişdir, şahidi olmamışdır, bu məsələləri bacısından eşitmişdir. Lakin öz işi üçün, yəni qazi qardaşı oğlu üçün alınan 3 otaqlı evlə bağlı bacısı Şahmarla o özü danışmışdır, pulu 7000 manat və 3000 manatı özü Şahmara vermişdir bacısının evində. Pulu özü sayıb şəxsən Şahmara vermişdir. Həmin pulu bacısı Şahmara verməmişdir, o özü pulu sayıb Şahmara vermişdir, Şahmar da ona söz vermişdir ki ev düzəldəcək. Bacısı həmin günü Şahmara pul verməmişdir. Təxminən 3 gün sonra yenə bacısının evində Şahmarla görüşüb, Şahmara qalan 3000 manatı özü vermişdir. Dəqiq bilir ki 7000 manat verdiyi günün səhəri günü deyil, məhz 2 gün keçəndən sonra 3cü günü Şahmara qalan 3000 manatı vermişdir. Şahmara 3000 manatı verəndə artıq bilirdi ki, bacısı Təranə də Şahmara 10000 manat pul verib, Təranənin özü işi üçün. Şahmar, o və bacısı Təranə üçün birlikdə söhbət edəndə, o Şahmara suallar verəndə, Şahmar da deyirdi ki, bacın Təranədən də soruş da, Təranə də pul verib. Təranə Şahmara pulu ondan qabaq vermişdir, o Şahmara sonuncu dəfə 3000 manatı verəndə, artıq Təranə öz işi üçün Şahmara 10000 manatı vermişdir. 3000 manat Şahmara veriləndən sonra Təranə Şah Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Şahmarı və Təranəni tanıyır. Şahmar onun qardaşı oğludur. İş yeri evinin yanındadır, keçən il payız ayında işdən evə gələndə axşam tərəfi idi, görmüşdür ki, Təranə onun yaşadığı Yeni Yasamaldakı binanın tinində durmuşdur. Keçəndə Təranə ona demişdir ki, Oktay baba sizi olar 1 dəqiqə, o da demişdir ki, olar və Təranəyə yaxınlaşmışdır. Təranə soruşmuşdur ki, Şahmarı görməmisən, o da cavam vermşidir ki xeyir. Təranə demişdir ki, Şahmar nə telefonuna cavab vermir, nə də tapa bilmirəm. O da Təranədən soruşmuşdur ki, xeyir ola Şahmarı axtarmaqda, Təranə də ona demişdir ki, xeyir olmayıb nə olacaq, Şahmar ona iş güzəltmək üçün 3000 manat bir alıb, sonra da Şahmar ona deyib ki iş düzəlir 4000 manat da Şahmar ondan bir pul istəyib, o da sələmə zada düşüb, pulu tapıb Şahmara verib, bundan sonra Şahmar nə işi düzəltmir, nə də telefona cavab vermir, pulu da qaytarmır, get Şahmarı tap de ki o qadının, yəni Təranənin pulunu, yəni 7000 manatını ver. O da Təranəyə yaxşı deyib, gəlib evə, səhəri günü Şahmara zəng vurub, çağırıb iş yerinə. Şahmar da gəlib iş yerinə, şahmardan soruşub ki bu nə məsələdir, Şahmar da ona deyib ki, Təranədən 3000 bir alıb, 4000 də bir alıb. O da soruşub ki, pu hanı, şahmar da deyib ki pulu xərcləyib. O da Şahmara deyib ki, o qadın səni verəcək milisiyə, get başının çarəsini qıl. Bundan sonra Şahmar ordan çıxıb getmişdir və ona demişdir ki, mən öz işinlə məşğul ol, bunu Təranə bilər, mən bilərəm, sənin işin deyil. Bundan sonra bir həftə keçmişdir, görmüşdür ki, Təranənin bacısı Pərvanə və Təranə gəliblər onun iş yerinə. Orda şüşəbənddə oturublar sözbət ediblər, ona bildiriblər ki, səni ağsaqqal bilib gəlmişik, bəs sənin qardaşın oğlu Şahmar bizdən 7000 manat pul alıb. Onu tap, anasına, bacısına de ki bizim 7000 manatımızı düzəldib versin, yoxsa onu tutduracağıq. O da Təranəgilə deyib ki, bir manat deyil, beş manat, az bul deyil, 300 manat olsaydı gedib tapıb gətirib verərdi. Şahmarın anası və bacısının o qədər pulu hardadır, şahmar da heç yerdə işləmir, ona gərək pul verməzdiniz. Söhbət belə də qaldı, onlar da çıxıb getdilər. Bir müddət keçəndən sonra şahmar gəlib onun evinə ki bəs Təranə onu milisiyə verib, gedək müstəntiqin yanına, o da Şahmarla gedib müstəntiqin yanına. Müstəntiqin yanında müstəntiq dedi ki bəs təranə 20000 manat pul yazıb, biz də dedik ki 7000 mant olmalıydı, müstəntiq deyib ki, 20000 manat yazıb, gedin Təranəylə tanışın, razı salsanız gələrsiniz işi bağlayarıq. Onlar da gediblər Təranə gilə, Təranəyə deyib ki, 3000 manatı o özü düzəldib verir, 4000 manatı da şahmarın anasının kartını onu verirlər, ordan çıxartsın, deyib ki, Təranə sən demişdin sələmə pul götürübsən, həmin sələminə görə də əlavə 1500 manat götürərsən, bütövlükdə 8500 manat pulla məsələni bağlayan, sən də get ərizəni milisədən geri götür. Təranə də dedi ki 20000 manat verməlisiniz, o da Təranəyə deyib ki, bəs siz gəlmişdiniz mənim yanıma 7000 manat deyiordiniz, məsələ alınmadı o yerdə də sözbət qaldı. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Şahmar onun qardışıdır, Təranəni də tanıyır. Keçən ilin təxmini noyabr ayı olardı, axşam işdən gələndə saat təxmnən doqquz, ona işləmiş, evə gəldindən təxminən 5 dəqiqə sonra qapı döyüldü, qapını açanda Təranəni görüb, təəcüblənib ki, Təranə onlara nə yaxşı gəlib, çünki elə də münasibətləri yoxdur. Həmin vaxtı evdə o, anası, Şahmar və Təranə olmuşdur. Təranə orda anasıgildən soruşmuşdur ki, Mətanətin bu işdən xəbəri yoxdur? Bu zaman o Təranədən soruşmuşdur ki, nədən xəbərim olmalıdır? Təranə də demişdir ki, şahmara 7000 manat pul verib. Bu zaman o Təranəyə əsəbləşmişdir ki, nə üçün Şahmara o qədər pul verib və nəyin qarşılığında verib, atan deyil, qardaşın deyil, qohumun deyil ki, sən Şahmara nəyə görə 7000 manat pul veribsən, çox böyk puldur bizim ailə üçün o pul. Sonra da o əsəbləşib mətbəxə keçmişdir, Təranə də demişdir ki polisə verəcəm, o da Təranəyə demişdir ki get ver. Sonra Təranə gedit şahmarı polisə verib və polisə verəndən sonra deyib ki Şahmara 20000 manat pul veribdir guya. Lakin Təranə onlara gələndə demişdir ki, 7000 manat pul veribdir Şahmara. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evində Təqsirləndirilən şəxs telefonla danışığının çəkildiyi videogörüntüyə zərərçəkmiş Zərərçəkmiş şəxs telefonunda baxış keçirilmişdir. Müəyyən edildi ki, Şahmar telefonda danışarkən Təranə onun danışığını telefonla vedosunu çəkmişdir. Şahmar telefonda danışaraq deyir ki, evin yiyəsinin yanındayam, o işlə əlaqədar, onlar narahatdırlar, bu iş necə olacaq, dəəqiq düzələcək ya yox? Həmin videoyazının nə vaxt çəkilməsi ilə bağlı detallarına baxdıqda görünür ki, həmin videoçəkiliş xx.xx.2021-ci il tarixdə, saat 19:11 dəqiqədə çəkilmişdir. Digər çəkilişdə də şahmar deyir ki, qabaqdan bayram gəlir, o vaxta qədər hər şey həll olunaxaq da? Həmin videoyazının da nə vaxt çəkilməsi ilə bağlı detallarına baxdıqda görünür ki, həmin videoçəkiliş xx.xx.2021-ci il tarixdə, saat 19:12 dəqiqədə çəkilmişdir. Araşdırılan sübutlarla məhkəmədə belə bir həqiqət müəyyən edilir ki, Təqsirləndirilən şəxs iş üzrə şahid kimi göstərilən Şahid söz verib ki, onun qazi qardaşı oğluna ev düzəldəcək və bu məqsədlə ondan 7000 manat pul alıb. Məhz həmin 7000 manat pul Şahid olubdur, Şahid həmin pulu Təqsirləndirilən şəxs verib. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs və Şahid ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxslər kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin həqiqətə uyğun olması, ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. Bununla əlaqədar məhkəmədə əlavə şahidlər Oktay Əliyev və Mətanət Əliyevanın ifadələri ilə və zərərçəkənin telefonundakı videonun çəkilmə tarixinə əsasən tam təsdiq edilir ki, əslində Şahmar Əlieyvə məhz 7000 manat pul verilib. Artıq pul verilməyib. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs telefonuna baxış zamanı, videoçəkilişin detallarından da görünür ki, çəkiliş xx.xx.2021-ci il tarixdə çəkilmişdir. Zərərçəkmiş şəxs bildirir ki, Şahmara etibarı itdiyi üçün, şahmarın onu aldatmasını hiss etdiyi üçün Şahmarı gizlindən kameraya çəkmişdir. Bununla da artıq Şahmara pul verilib qurtarandan sonra, Şahmar verdiyi sözü yerinə yetirmədiyi üçün Təranə onu kameraya çəkmişdir. Belə olduğu təqdirdə də çəkiliş xx.xx.2021-ci il tarixdə çəkildiyi üçün, artıq həmin tarixədək artıq pullar Şahmara verilmiş hesab edilir. Bu tarix isə iyul ayının ortasıdır. Belə olduğu təqdirdə də artıq kamera çəkilişindən sonra Şahmara pul verilmədiyi üçün, Təqsirləndirilən şəxs qarşı ittiham aktında verilmiş ittihamdakı 2021-ci ilin iyul ayının sonunda 4000 manat və həmin ilin xx.xx.2021-ci il tarixdə 6000 manat pul verilməsi istisna edilir, təsdiq edilmir. Bundan əlavə Şahid bildirir ki, onlar ikinci dəfə Şahmara 3000 manatı verəndə, artıq Təranə də öz işi üçün Şahmara 10000 manat verib qurtarmışdır. Zərərçəkmiş şəxs da ifadəsi həqiqətə uyğun deyildir. Çünki ittiham aktında yazılır ki, xx.xx.2021-ci il tarixdə 3000 manat Şahmara verilib, bundan sonra iyul ayının sonunda 4000 manat, xx.xx.2021-ci il tarixdə isə 6000 manat Şahmara verilib. Sadalananlara əsasən məhkəmə verilmiş pulun məbləği ilə bağlı Zərərçəkmiş şəxs və Şahid ifadələrini inandırıcı hesab etmir, ziddiyətli ifadələrdir, həqiqətə uyğun olmayan ifadələrdir, qərəzli ifadələrdir. Belə bir şəraitdə məhkəmə qeyd edir ki, bu cür şəxslərin ifadələri, yəni faktiki olaraq həqiqət uyğun olmayan ifadələr ümumiyyətlə şəxsə qarşı sürülmüş ümumilikdə bütün ittihamın əsasını təşkil edə bilməz. Bu cür ifadələr mötədər və dayanıqlı sübut kimi qəbul edilməzdir. Bu cür ifadələri həqiqətə uyğun olmadığı üçün, həmin şəxslərin ümumiyyətlə təqsirləndirilən şəxsə qarşı verdiyi ifadələr ittihamın əsasını təşkil edə bilməz. Ümumi ittihamın sübuta yetirilb-yetirilməməsində bu cür şəxslərin ifadəsinə etibar edilə bilməz. Etibarlı olmayan ifadələrlə şübhələrə aydınlıq gətirilə bilməz. Həmin ifadələrlin həqiqətə uyğun olan hissəsi və digər sübutlarla təsdiq edilən faktı bundan ibarətdir ki, Təqsirləndirilən şəxs şahid kimi göstərilən Şahid onun qardaşı oğluna ev düzəltmək adı ilə aldadıb 7000 manat pul almışdır. Bundan fərqli olaraq şahidlər Oktay Əliyev və Mətanət Əliyevanın ifadələri inandırıcıdır, həqiqətə uyğundur, reallığa uyğundur, biri birini tatmamlayır, zidiyyətlər yoxdur, zərərçəkmiş Zərərçəkmiş şəxs çəkiliş etdiyi videogörüntü ilə də təsdiq edilir. İşin halların birlikdə götürdükdə, həmin ifadələr etibarlı ifadələrdir. Bununla da məhkəmə həm Zərərçəkmiş şəxs və Şahid zidiyyətli ifadələrini, həm də digər şahidlər Oktay Əliyev və Mətanət Əliyevanın ifadələrini, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs çəkdiyi videogörüntünün yalızma tarixini birlikdə götürdükdə, müəyyən edilir ki, Təqsirləndirilən şəxs şahid kimi göstərilən Şahid qardaşı oğluna ev düzəltmək adı ilə məhz Şahid məxsus 7000 manat pulu Şahid almışdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq əməli törətməsi ilə bağlı qeyd edir ki, həmin epizod üzrə təqsirləndirilən şəxsi təqsirli olması və əməlində cinayət tərkibinin olması iş üzrə sübut edilmədi. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bildirməsi məqamına qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxs Şahiddın 7000 manat pul alması və onu aldatmasın qəbul etsə də, həmin faktla bağlı ona ittiham verilməmişdir. Ona görə də təqsirləndirilən şəəxsin ona qarşı verilməmiş ittiham üzrə özünü qismən təqsirli bilməsi, onun əlehinə istifadə edilə bilməz. Həmçinin təqsirləndirilən şəxsin özünü təqsirli bilib-bilməməsi digəər sübutlarla təsdiq edilməli olduğundan, digər sübutları araşdırdıqda isə ona qarşı elan edilmiş ittihamdakı əməli törətməsi məhkəmədə sübuta yetirilmədi. Yəni təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamda CM-nin 178.2.4-cü maddəsinin tərkibi mövcud olmur, dispozitiv şərtlər mövcud deyildir. Belə ki, ümumiyyətlə ittiham aktında göstərilən və məhkəmə istintaqı zamanı sübut olunan faktara əsasən, zərərçəkmiş şəxs kimi göstərilmiş Zərərçəkmiş şəxs münasibətdə ümumiyyətlə dələduzluq cinayətinin tərkibi yoxdur. Çünki CM-nin 178-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür. Cinayət Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət qanunu bu Məcəllədən ibarətdir. CM-nin 1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. CM-nin 3–cü maddəsinə əsasənyalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 4-cü maddəsinə əsasən həmin Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. CM-nin 5-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. CM-nin 5.2-ci maddəsinə əsasən cinayət qanununun analogiya üzrə tətbiqinə yol verilmir. CM-nin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəllənin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhz sadalananlar baxımından Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı dələduzluq əməli törətməsi ilə bağlı ittiham hissədə CM-nin 178.2.4-cü maddəsinin tərkibi mövcud olmur, həmin maddənin dispozitiv şərtləri tam olaraq mövcud deyildir. Həmin zərərçəkmiş şəxsə münasibətdə ittiham aktında göstərilən və məhkəmə istintaqı zamanı sübut olunan faktara əsasən, təqsirləndirilən şəxsin əməlində ümumiyyətlə dələduzluq cinayətinin tərkibi yoxdur. Çünki CM-nin 178-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə başa düşülür. Həmin maddəyə əsasən həmin cinayətin zərərçəkəninə münasibətdə təqsirləndirilən şəxsin 2 əməli mövcud olmalıdır, yəni 2 dispozitiv şərt vardır. Birinci - təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin etibarını qazanmalı və həmin etibardan sui-istifadə etməlidir və ya zərərçəkəni aldatmalıdır, İkinci - təqsirləndirilən şəxs zərərçəkənin etibarından sui-istifadə etməklə və ya aldatmaqla həmin zərərçəkənin əmlakını ələ keçirməli və ya əmlak hüquqlarını əldə etməlidir. Təqsirləndirilən şəxsin bir şəxsin etibarını qazanıb, həmin etibardan sui-istifadə etməklə və ya aldatmaqla, lakin digər başqa bir şəxsin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsi dələduzluq cinayətinin tərkibini yaratmır. Yəni etibarından sui istifadə edilən və ya aldadılan şəxslə, əmlakı və ya əmlak hüquqları ələ keçirilən şəxs eyni olmalıdır. Əks halda cinayət tərkibinin bütün əlamətləri mövcud olmur. Çünki bu halda ya aldadılan və ya etibarından sui istifadə edilən şəxsin əmlakı və ya əmlak hüquqları ələ keçirilmir. Və ya əmlakı və ya əmlak hüquqları ələ keçirilmiş şəxsə qarşı aldatma və ya etibarından sui istifadə etmə mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə də məhkəmədə müəyyən edildi ki, Şazhmar Əlieyvə verilmiş 7000 manat pul ittiham aktı üzrə zərərçəkən kimi tanınmış Zərərçəkmiş şəxs məxsus olmamışdır. Həmin pulu Təqsirləndirilən şəxs zərərçəkmiş kimi göstərilən Zərərçəkmiş şəxs almamışdır. Həmin pul şahid kimi göstərilən Şahid məxsus olmuşdur, Şahid iş görmək adı ilə ondan alınmışdır. Belə olduğu təqdirdə həmin 7000 manata münasibətdə ümumiyətlə təqsirləndirilən şəxs nə zərərçəkən şəxs kimi göstərilən Zərərçəkmiş şəxs 7000 manat ziyan vurmamışdır, həmin pul Şahid məxsus olmuşdur, ziyan vurulsa da Şahid vurulmuş olacaqdır. Həmin 7000 manat pulla bağlı etibarından sui istifadə edilmə və ya aldatma halı olsa da, pulun məxsus olduğu Şahid qarşı həmin əməl törədilmiş olardı. Lakin hazırkı cinayət işi üzrə Şahid qarşı Şahmar Əlieyv tərəfindən dələduzluq əməli törədilməsi bağlı ittiham verilməmişdir. Çünki hesab etsək ki, Təqsirləndirilən şəxs 7000 manat pul verilib, onda zərərçəkən kimi Zərərçəkmiş şəxs tanınsa da, ittiham aktına əsasən Təqsirləndirilən şəxs həmin pulu şahid kimi göstərilən Pərvanə Əliyeva vermişdir, zərər vurulsa da, onda Şahid vurulmuş olardı. Bununla da şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. Müəyyən edildi ki, Təqsirləndirilən şəxs verilməsi məhkəmədə sübut olunan 7000 manat zərərçəkən şəxslər kimi göstərilən şəxsin pulu deyildir, ona görə də həmin pul ələ keçirilərkən təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər kimi göstərilən şəxsin əmlakını və ya əmlak hüquqlarını ələ keçirirməmişdir. Yəni Təqsirləndirilən şəxs şahid kimi göstərilən Şahid etibarından sui istifadə edib, onu aldadıb, lakin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmamış həmin şahidə zərər vurulması formasında da ittiham verilməmişdir. Çünki CM-nin 178-ci maddəsinin dispozisiyasına əsasən aldalılan və etibarından sui-istifadə edilən şəxsə zərər vurulmalıdır ki, dələduzluq cinayətinin tərkibi yaransın. Düzdür, dələduzluq cinayətində aldalılan və etibarından sui-istifadə edilən şəxslə birlikdə digər şəxslərə də ziyan vurula bilir. Belə ki, ələ keçirilən əmlak və ya əmlak hüquqları aldadılan və ya etibarından sui-istifadə edilən şəxsə yox, digər bir şəxsə məxsusdursa, onda belə bir vəziyyətdə aldadılan və ya etibarından sui-istifadə edilən şəxslə birlikdə, ələ keçirilən əmlak və ya əmlak hüquqlarının məxsus olduğu, yəni həmin əmlakın mülkiyyətçisi də zərərçəkən şəxs kimi tanınmalıdır. Çünki “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərər çəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Şəxsin bank və ya digər kredit təşkilatı ilə qanunvericiliyə uyğun olaraq bağlanmış müqaviləyə əsasən depozit hesabında saxlanılan, yaxud da borc müqaviləsinə əsasən başqa şəxsə verdiyi pul vəsaiti bankdan, kredit təşkilatından və ya borc alandan dələduzluq yolu ilə ələ keçirildikdə iş üzrə zərər çəkmiş şəxs qismində həmin pul vəsaitinə sahiblik edən bank, digər kredit təşkilatı və ya borc alan tanınır. Həm də məhkəmənin həmin şəxsi (yəni Şahid) zərərçəkən şəxs kimi tanıması, faktiki olaraq məhkəmənin verilmiş ittihamın məzmunundan, ittiham daxilindən kənara çıxması kimi qiymətləndirilir. Belə bir vəziyyətdə Cinayət-Prosessual Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, Şahid qarşı dələduzluq əməlinin törədilməsinə dair ittiham mövcud deyildir. Qeyd edilən ziddiyyətli hallar, ittihamdakı çatışmamazlıqlar, istintaq orqanının təsdiq edilərək məhkəməyə göndərdiyi ittihamdakı dələduzluq əməlinin tərkibini yaradan çatışmamazlıqlar, təqsirləndirilən şəxsin ziyanına yox, onun xeyrinə həll edilməlidir. Belə hallar şübhəli məqamlar olmuşdur, bu şübhəli məqamları aradan qaldıran sübutlar mövcud deyildir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün iş üzrə tanınmış zərəçəkənlərlə təqsirləndirilən şəxs arasındakı əlaqələrin, münasibətlərin, etibarlı münasibətin olub-olmaması, zərərçəkənləri aldadıb-aldatmaması, zərərçəkənlərə zərər vurub-vurmaması ilə bağlı yuxarıda qeyd edilən məqamlar, həmin məqamlarla bağlı zidiyyətlər, hazırkı cinayət işi üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirəsi sübutlar mövcud olmadığından, təqsirləndirilən şəxs cinayət törətməsini təsdiq edən sübutlar kifayət etmir. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. CPM-nin 21.2-ci maddəsinə əsasən həm ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr, həm də cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bununla da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda məhz həmin zərərçəkmiş şəxsə qarşı onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. İttiham aktında göstərilən həmin zərərçəkmiş şəxslərə münasibətdə əməlində cinayət tərkibinin bütün əlamətləri mövcud deyildir. Həmçinin göründüyü kimi məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən, onun tərəfindən törədilməsi qeyd edilən əməldə cinayət tərkibi olması qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, əməldə cinayət tərkibi mövcud deyildir, törədilən əməlin cinayət olmasını təsdiq edən sübutlar kifayət etmir. Bununla da toplanmış sübutlar onun əməlində cinayət tərkibinin olmadığını sübut edir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bəraət hökmü çıxarılır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmişin telefonuna baxış zamanı qeydə alınmış video və foto görüntülərin yazıldığı CD disk də cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk, həmçinin məhkəmə istintaqı zamanı zərərçəkmişin telefonuna baxış zamanı qeydə alınmış video və foto görüntülərin yazıldığı CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 17 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 17 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-247/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-247/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver